Məhkəmə qərarları › İş №1(006)-290/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-290/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-290/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun vəkili X12, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun vəkili X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 iştirakı ilə, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 və X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 və X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X11 barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş X24 ilə 2004-cü ilin mart ayında evlənib ailə qurmuşlar, onların nikahları xx xxxx 2005-ci ildə, 123 nömrə ilə qeydə alınmış və bu barədə nikah haqqında şəhadətnamə verilmişdir. Həmin vaxtdan birgə yaşamaqla, birgə nigahlarından xx xxxxxx 2004-cü il təvəllüdlü X26 və xx xxxxxx 2007-ci il təvəllüdlü X20 adlı iki uşaqları olmuşdur. Son dövrlərdə, onların ailə münasibətləri barəsində şikayət olunmuş şəxsin ailəyə baxmaması, maddi cəhətdən dolanışığını təmin etməməsi səbəbindən pisləşmiş, ailədə tez-tez mübahisə və münaqişələr baş vermiş və birgə yaşamaq mümkün olmamış və belə mübahisələr zamanı barəsində şikayət olunmuş Natiq Qasımov dəfələrlə xüsusi ittihamçı İnarə Qasımovanın özünü və valideynlərini nalayiq formada təhqir etmiş, nəhayət onu evdən qovmuş, belə yaşamaq istəmirsə boşanmasını ondan tələb etmiş və belə yaşamağın artıq mümkün olmadığını başa düşən xüsusi ittihamçı İnarə Qasımova valideynlərinin yaşadığı Zaqatala rayonuna getmiş və daha sonra 2019-cu ilin sentyabr ayında nikahın pozulması tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra barəsində şikayət olunmuş Natiq Qasımov xüsusi ittihamçının bu hərəkətlərindən daha da aqressivləşərək istifadəsində olan 070 ***-**-** və 077 ***-**-** nömrəli mobil telefondan əvvəlcə xüsusi ittihamçı İnarə Qasımovanın istifadəsində olan 077 ***-**-** və 051 ***-**-** nömrəli mobil telefona onun və atasının, həmçinin yaxınları və həmkəndlilərinin barələrində hədə-qorxu, təhdid, təhqir və böhtan dolu zənglər etmiş, “Whatsapp”la mətnlər, səsli mesajlar, foto şəkillər göndərmiş, onun fahişəliklə məşğul olması, 5 manata intim xidmətlər göstərməsi barədə onu tanıyan həmkəndlilərinə tanışlıq və intim münasibətlər barədə təkliflər göndərmişdir. Barəsində şikayət olunmuş Natiq Qasımov bununla kifayətlənməyərək, özünün istifadəsində olan 070 ***-**-** və 077 ***-**-** nömrəli mobil telefondan xüsusi ittihamçılar İnarə Qasımovanın və onun atası Əfsələddin Durmuşovun barələrində açıq şəkildə böhtan və təhqir dolu məlumatları eyni zamanda xüsusi ittihamçıların qohumları və həmkəndliləri olan xx xxxx 1980-ci ildə Zaqatala rayonunun, Yengiyan kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla yaşayan X18 istifadəsində olan 070 ***-**- ** nömrəli, xx xxxxxxxx 1975-ci ildə Zaqatala rayonunun, Yengiyan kəndində anadan olmuş və həmin yerdə qeydiyyatda olmaqla yaşayan, X8 istifadəsində olan 050 ***-**-** nömrəli, xx xxxxxxxx 1981-ci ildə Zaqatala rayonunun, Yengiyan kəndində anadan olmuş və həmin yerdə qeydiyyatda olmaqla yaşayan X13 050 ***-**-** nömrəli, xx xxxxx 1993-cü ildə Zaqatala rayonunun, Yengiyan kəndində anadan olmuş və həmin yerdə qeydiyyatda olmaqla yaşayan X6 istifadəsində olan 050 ***-**-** nömrəli, həmçinin xx xxxx 1994-cü ildə Zaqatala rayonunun, Yengiyan kəndində anadan olmuş və həmin yerdə qeydiyyatda olmaqla yaşayan X9 istifadəsində olan 077 ***-**-** nömrəli mobil telefonuna göndərməklə yaymışdır. Belə ki, barəsində şikayət olunmuş Natiq Qasımovun istifadəsində olan 070 ***- **-** və 077 ***-**-** nömrəli mobil telefondan xüsusi ittihamçı İnarə Qasımovanın istifadəsində olan 077 ***-**-** və 051 ***-**-** mobil telefona 2019-cu ilin sentyabr ayının ortalarından başlayaraq, “qəh..,”, “sənin ağzına...”, “yatmırsan, ...., s... üçün darıxmısan”, “gəl Bakıya sənə d.... kababı yedirim”, “qəh..., məni bloka atmısan, əcəb etmisən, Odnoklassnikə sənin tel, nömrəvi qoymuşam 5 m çıx qeh... et”, Feyzdə (Facebook sosial şəbəkə nəzərdə tutulur) s.... hamınızı”, “Gəncəlilər bilsə Əfzələddinin g.... ağac soxacaq”, “s... sizin namusunuzu” və s. bu kimi çoxsaylı “Whatsapp”la yazılar göndərmişdir. Bundan başqa, barəsində şikayət olunmuş Natiq Qasımov istifadəsində olunan yuxarıda qeyd olunan mobil telefondan xüsusi ittihamçının həmkəndlisi və qohumu olan şahidlər Pərvanə Əlixanovanın istifadəsində olan 077 ***-**-** nömrəli X18 istifadəsində olan 070 ***-**-** nömrəli, X8 istifadəsində olan 050 ***-**-** nömrəli, X13 050 ***-**-** nömrəli, X6 istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefonlarına təxminən 2019-cu ilin sentyabr ayının sonlarından başlayaraq, mütəmadi olaraq “Whatsapp” vasitəsilə “Gelin o qeh... denen qizi versin yiyesine. qeh... Efseleddine denen instaqrami dağıdıram.sabahdan butun Genceliler gelib si....onun ailesini”, “efseleddinin ağzına v...”, “g... ailesi qarışacaq”, “seni Bakıda tutsam ağ... ve...”, “Epişin de gö... butulka soxulacaq”, “si... , şizin namusunuzu”, “qeh.. ailesi”, “gəlin özunu gözlə Efseleddin pula göre namusunu və qizini satdı”, “bütün Bakı şeheri, Zaqatala Gence de bilecek senin qeh...”, “Nicat senin ağzına ve… böyüyende”, “Odnoklassnike telefon nömreni qoymuşam 5 m çıx qeh…ik et” və daha nalayiq formada böhtan və təhqir məzmunlu yazılar göndərmişdir. Beləliklə, barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş X24 bu hərəkətləri ilə xüsusi ittihamçılar X11 və X3 təhqir edərək, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Göstərilənlərə əsasən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin vəkilləri X21 və X15 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülərək, məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X24 həmin yazıları öz telefonundan X11 və X2 telefonuna göndərdiyini, onlar barədə heç bir məlumatın yayılmadığını, şikayətin əsassız olduğunu bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət əsassız olduğuna və şikayət vermiş şəxslərin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, şikayət ərizəsində X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi fərqləndirilməmişdir. Həmçinin, şikayət ərizəsində X19 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qadasında şikayət vermiş şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X24 tərəfindən onlar barəsində təhqir və böhtan xarakterli məlumatın yayılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 və X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 və X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar