Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-292/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - X6, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2001-ci ildə Cəlilabad rayonu, Çinar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Çinar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, özbaşına təkrar özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxs X6 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Belə ki, o, özünü Müdafiə Nazirliyinin leytenant rütbəli hərbi qulluqçusu kimi təqdim etdiyinə və hərbi geyim forması geyindiyinə görə onun hərbi qulluqçu olmasına inanan və icraya yönəldiləcək qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ipoteka saxlayan "xxxx" Bank ASC-yə olan borcun ödənilməsi üçün nəzərdə tutulmuş və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilin özgəninkiləşdirilməməsi üçün ondan kömək istəmiş bibisi X6 aldatma və etibardan sui-istifadə etmə yolu ilə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə 29 fevral 2024-cü il tarixdə bibisi Əsmər Şükürovanın yaşadığı evdə olarkən etibarından sui-istifadə etməklə və aldatmaqla ona özbaşına özünü Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi təyinatlı qüvvələrinin leytenant rütbəli vəzifəli şəxsi kimi təqdim edib yaxın əlaqəsi olduğu, yüksək vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik jurnalist fəaliyyəti ilə məşğul olan Rəna Kərimova ad və soyadlı tanışı olmasına və sonuncunun müəyyən ödəniş müqabilində Əsmər Şükürova və onun əri Şahid3 məxsus mənzilin müsadirə edilərək onlardan alınmaması, eləcə də banka ödədikləri ödənişlərlə bağlı onlara kompensasiya olaraq pul ödənilməsinə köməklik edəcəyini yalandan vəd edərək Əsmər Şükürovanı özünə inandırmaq üçün 29 fevral 2024-cü ildən - 28 mart 2024-cü il tarixədək olan müddət ərzində “whatsapp” mobil tətbiqi vasitəsilə Rəna Kərimova adı ilə özünə məxsus olmaqla istifadəsində olan mobil telefon nömrəsi ilə Əsmər Şükürova ilə əlaqə saxlayaraq evlə bağlı məsələni həll edə biləcək vəzifəli şəxslərə verilməsi, həmçinin özünün guya hərbi xidmət zamanı aldığı xəsarətin müalicəsi və bununla bağlı hərbi təlimlərə cəlb olunmaması üçün müvafiq tibbi arayışın alınması və sair bəhanələrlə onu aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə, Əsmər Şükürovadan ümumilikdə 2100 (iki min yüz) manat məbləğində pul vəsaitini həmin müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ödəniş terminalları vasitəsilə özünə məxsus plastik bank kartı hesabına köçürtdürərək və Əsmər Şükürovanın yaşadığı mənzildə nağd qaydada alaraq şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxs X6 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, o, təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü Müdafiə Nazirliyinin leytenant rütbəli hərbi qulluqçusu kimi təqdim etdiyinə və hərbi geyim forması geyindiyinə görə onun hərbi qulluqçu olmasına inanan və icraya yönəldiləcək qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ipoteka saxlayan "xxxx" Bank ASC-yə olan borcun ödənilməsi üçün nəzərdə tutulmuş və ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən yaşadığı mənzilin özgəninkiləşdirilməməsi üçün ondan yenidən kömək istəmiş bibisi X6 təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 30 mart 2024-cü il tarixdə sonuncunun yaşadığı evdə olarkən etibarından suiistifadə etməklə və aldatmaqla ona özbaşına təkrar özünü Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi təyinatlı qüvvələrinin leytenant rütbəli vəzifəli şəxsi kimi təqdim edib yaxın əlaqəsi olduğu, yüksək vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər vəzifəli şəxsi Faiq Məmmədov ad və soyadlı tanışı olmasına və sonuncunun müəyyən ödəniş müqabilində Əsmər Şükürova və onun əri Şahid3 məxsus mənzilin müsadirə edilərək onlardan alınmaması, eləcə də banka ödədikləri ödənişlərlə bağlı onlara kompensasiya olaraq pul ödənilməsinə köməklik edəcəyini yalandan vəd edərək Əsmər Şükürovanı özünə inandırmaq üçün 30 mart 2024-cü ildən - 08 iyul 2024-cü il tarixədək olan müddət ərzində “whatsapp” mobil tətbiqi vasitəsilə Faiq Məmmədov adı ilə özünə məxsus olmaqla istifadəsində olan mobil telefon nömrəsi ilə Əsmər Şükürova ilə əlaqə saxlayaraq evlə bağlı məsələni həll edə biləcək vəzifəli şəxslərə verilməsi, həmçinin özünün guya hərbi xidmət zamanı aldığı xəsarətin müalicəsi və bununla bağlı hərbi təlimlərə cəlb olunmaması üçün müvafiq tibbi arayışın alınması və sair bəhanələrlə onu aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə, Əsmər Şükürovadan ümumilikdə 33900 (otuz üç doqquz yüz) manat məbləğində pul vəsaitini həmin müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla sonuncunun yaşadığı mənzildə nağd qaydada alaraq və Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ödəniş terminalları vasitəsilə özünə məxsus plastik bank kartı hesabına köçürtdürərək şəxsi ehtiyaclarına xərcləməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmiş, özbaşına təkrar özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxs X6 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında N saylı Hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxılmışdır. O, hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra təxminən 2023-cü ilədək Çinar kəndində, anası Zəminə ilə birlikdə yaşamışdır. X26 kənd tam orta məktəbində xadimə işləyir. Kənddə yaşadığı müddətdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən karxanalarda fəhlə işləmişdir. Təxminən 2023-cü ildə birdəfəlik Bakı şəhərinə köçmüşdür. Anası isə kənddə tək yaşamışdır. Bakı şəhərinə köçdükdən sonra müxtəlif yerlərdə tikintilərdə fəhlə işləmiş və müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Sonuncu dəfə Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində gündəlik evdə kirayədə yaşamışdır. O, hərbi qulluqçu deyil, lakin təxminən 2023-cü ilin ortalarından hamıya hərbi qulluqçu olduğunu, Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən hərbi hissəsinin leytenantı, 2023-cü il sentyabr ayından sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi təyinatlı qüvvələrinin leytenantı olduğunu bildirmişdir. Lakin, heç kimə hansı nömrəli hərbi hissədə, konkret hansı vəzifədə işlədiyini deməmiş, ümumi olaraq əvvəlcə Şəmkirdə yerləşən hərbi hissədə, sonra isə DTX-nin xüsusi təyinatlı hərbi hissəsində işlədiyini bildirmişdir. Bundan başqa, Müdafiə Mazirliyinə hərbi qulluqçularının geyindiyi hərbi formanı geyinib qardaşı Xaliq, bibisi Əsmər də daxil olmaqla bir çox qohumlarının yaşadığı evə getmiş, habelə müxtəlif yerlərə gedərkən də forma geyinmişdir. Bundan əlavə öz telefonu ilə hərbi şəkillər çəkdirib həmin şəkillləri telefonda saxlamışdır və bəzi vaxtlarda həmin şəkilləri bibisi Əsmərə və digər qohumlarına göstərmişdir. İlk əvvəllər o, anasını hərbi qulluqçu olduğuna inandırmaq üçün ona, eləcə də digər qohumlarına hərbi qulluqçu olduğunu demişdir. Anası onkoloji xəstədir və onun tikintilərdə fəhlə işləməsindən narahat olmuşdur. Belə ki, anası tez-tez ona yüksək mərtəbəli tikintilərdə fəhlə işləməməsini demişdir. O, da anası narahat olduğu üçün onu yalandan hərbi qulluqçu olduğuna inandırmışdır. Bundan başqa, özü də digər qohumlarına fəhlə işlədiyini deməyə utanmışdır. Buna görə də digər qohumlarına da hərbi qulluqçu olduğunu demişdir. Sonradan isə hamının ona inandığını görüb ümumiyyətlə özünü nüfuzlu şəxs kimi təqdim etməyə başlamışdır. Maddi imkanı zəif oluğu üçün və ehtiyaclarına xərcləmək üçün pulu olmadığına görə qohum və tanışlarının onu nüfuzlu şəxs kimi tanımasından istifadə etmək istəmişdir. Belə ki, o, fikirləşmişdir ki, hansısa qohumun onun nüfuzlu şəxs olduğuna inanar və hansısa işi həll etmək üçün ona pul verər və o da həmin pulu öz şəxsi ehtiyaclarına xərcləyər. Bibisi, yəni atasının bacısı X10 və onun əri Şahid3la münasibəti hər zaman yaxşı olmuşdur. O, aradabir bibisi Əsmərin yaşadığı evə getmiş, bəzən isə onlara məxsus evdə qalmışdır. Hər dəfə də gedəndə bibisinə nüfuzlu şəxs olmasından, müxtəlif tanışlarının müxtəlif problemlərini həll etməsindən danışmışdır. Bibisinin əsl adı Əsmər olsa da qohumları arasında hamı ona Əsli demişdir. Təxminən 2024-cü ilin fevral ayında bibisi Əsmər ona zəng edərək banka olan borcuna görə ünvan 5 ünvanında yerləşən mənzilinin məhkəmə qətnaməsinin icraya yönəldildiyini və bu səbəbdən də evinin müsadirə olunacağını deyib həmin məslədə köməklik göstərmək üçün onun yaşadığı evə gəlməsini bildirmişdir. Bibisi Əsmər zəng etdikdən sonra həmin gün onun yaşadığı evə getmişdir. Bibisi Əsmərlə hal-əhval etdikdən sonra sonuncu ona banka olan borcuna görə ünvan 5 ünvanında yerləşən mənzilinin məhkəmə qətnaməsinin icraya yönəldildiyini və bu səbəbdən də evinin müsadirə olunacağını deyib atası Rəsulun tanışı olmuş jurnalist Rəna Kəriməvanın mətbuat vasitəsilə ona bu məsələdə kömək edə bilib-bilməyəcəyi ilə bağlı maraqlanmasını xahiş etmişdir. O, bibisi Əsmər və digər qohum və tanışlarına özünü Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən Hərbi hissəsinin zabiti vəzifəsində xidmət edən nüfuzlu bir şəxs kimi təqdim etdiyi üçün, eləcə də onlara müxtəlif vəzifəli şəxslərlə, atasının tanışı olmuş müəyyən vəzifələrdə işləyən şəxslərlə əlaqəsi olduğunu dediyi üçün bibisi Əsmər və digər qohumları onun müxtəlif vəzifəli şəxslərə əlaqəsi olan bir şəxs kimi tanıyırdılar. Buna görə də, bibisi Əsmər ondan evinin müsadirə olunması ilə bağlı kömək etməsini, o cümlədən Rəsulun tanışı olmuş jurnalist Rəna Kərimovanın mətbuat vasitəsilə ona kömək edə bilib-bilməyəcəyi ilə bağlı maraqlanmasını demişdir. O, bibisi Əsmərin onun nüfuzlu şəxs olduğuna və Rəna Kərimova ilə əlaqəsi olduğuna inandığını görüb onu həmin adla aldadıb pulunu ələ keçirməyi qərara almışdır. Daha sonra bibisi Əsmərə bu məsələdə ona köməklik göstərəcəyini deyib, guya atasının tanışı olmuş jurnalist fəaliyyəti ilə məşğul olan Rəna Kərimova ilə danışacağını və sonuncunun bu işdə köməklik göstərəcəyini demişdir. X17 ad və soyadlı tanışı olmuşdur. Onlar atasının söhbətlərindən bu barədə məlumatlı olmuşlar. Bundan bibisi Əsmərində məlumatı olmuşdur. Lakin, o, Rəna Kərimovanı şəxsən özünü görməmiş və onunla hər hansı formada əlaqə saxlamamışdır. Həmin şəxsin ata adını ümumiyyətlə bilmir, ad və soyadının isə dəqiq olaraq Rəna Kərimova olduğunu bilmir. X2 kömək edə bilib-bilməyəcəyi ilə bağlı maraqlanmasını dediyi üçün o, bibisi Əsməri həmin adla aldadıb onun pulunu almağı qərara almışdır. Bundan sonra o, 29 fevral 2024-cü il tarixdə özünə məxsus olan ***-***-**- ** saylı mobil nömrəsi vasitəsilə bibisi Əsmərə Whatsapp sosial şəbəkəsindən yazaraq özümü jurnalist Rəna Kərimova kimi təqdim etmiş və bildirmişdir ki, guya o, bibisinin ev məsələsi barədə danışmış, DTX-da bölmə rəisi olan qardaşı vasitəsilə DTX rəhbərliyi və ölkə rəhbərliyi ilə əlaqə yaradıb onun bankla olan mülki məsələsini həll edəcəkdir. O, Rəna Kərimova adı ilə ev məsələsini həll edəcəyini yalandan vəd edərək Əsmərdən 29 fevral - 28 mart 2024-cü il tarixəcək müxtəlif bəhanələrlə bir neçə dəfəyə, hər dəfə müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 2100 manat məbləğində pul vəsaitinin bir hissəsini nağd qaydada almış və qalan hisəssini isə özünə məxsus olan "**********953596 nömrəli “Kapital Bank” bank kartı hesabına göndərtdirib sonradan həmin pulu bankomatdan çıxarmışdır. Lakin, sonradan bibisi X21 adı ilə ona yazdığı nömrəyə yazıb ev məsələsinin həll olunub-olunmadığını soruşmuşdur. O, həmin mesajlara cavab yazmadıqda isə Əsmər zəng etmişdir. Lakin, o, telefonu açacağı halda yalan dediyinin bilinəcəyi üçün 29 və ya 30 mart 2024-cü il tarixdən onun zənglərinə, o cümlədən mesajlarına cavab verməmişdir. Həmin ərəfələrdə o, bir neçə gün bibisi Əsmərin evində qalmışdır. O, Rəna adı ilə bibisi Əsmərə yalnız yazılı mesaj yazmış, ona səsli mesaj göndərməmiş, eləcə də zəng etməmişdir. 2024-cü ilin mart ayının sonunda bibisi Əsmər ona Rəna Kərimovanın onun zənglərinə cavab vermədiyini və atasının dostu olmuş DTX-də işləyən Faiq Məmmədov adlı şəxslə əlaqəsi olub-olmadığını soruşmuşdur. O, isə Faiqlə əlaqəsinin olduğunu dedikdə bibisi Əsmər Faiqin ona bu işdə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, da bibisinə bu barədə Faiqlə danışacağını və ondan sonra nəticəsi barədə ona məlumat verəcəyini demişdir. X18 ad və soyadlı tanışı olmuşdur. Olar atasının söhbətlərindən bu barədə məlumatlı olmuşlar. Bundan bibisi Əsmərin də məlumatı olmuşdur. Lakin, o, Faiq Məmmədovu şəxsən özünü görməmiş və onunla hər hansı formada əlaqə saxlamamışdır. Həmin şəxsin ata adını ümumiyyətlə bilmir, ad və soyadının isə dəqiq olaraq Faiq Məmmədov olduğunu bilmir. Həmin gün və ya ondan bir gün sonra Əsmərə Faiqlə danışdığını və Faiqin ona bankla olan mülki məsələsində köməklik edəcəyini demişdir. Bundan sonra özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə Əsmərə Whatsapp mobil tətbiqindən yazıb özünü guya DTX-də general olan Faiq Məmmədov kimi təqdim etmiş və bildirmişdir ki, DTX rəhbərliyi və ölkə rəhbərliyi ilə olan əlaqəsindən istifadə edərək onun banka olan borcu ilə bağlı evinin müsadirə edilməsi barədə məsələsini həll etməkdə kömək edəcək. Bundan sonra Əsmərə Faiq adlı şəxsin adından yazaraq müxtəlif bəhanərlə müxtəlif vaxtlarda 600 (altı yüz) manat, 1300 (min üç yüz) manat, 4000 (dörd min) manat, 3400 (üç min dörd yüz) manat, 300 (üç yüz) manat, 2400 manat, 3400 manat, 300 (üç yüz) manat, 2600 (iki min altı yüz) manat, 3500 (üç min beş yüz) manat, 1500 (min beş yüz) manat, 1500 manat, 200 (iki yüz) manat və 300 (üç yüz) manat və digər məbləğlərdə olmaqla ümumilikdə 27600 (iyirmi yeddi altı yüz) manat məbləğində pul vəsaitinin az bir hissəsini nağd qaydada, qalan hissəsini isə plastik bank kartı hesabına köçürtdürmüş, daha sonra isə kartına köçürtdürdüyü pulları müxtəlif yerlərdə bankomatdan çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Faiq Məmmədovun adından Əsmərə Whatsapp mobil tətbiqindən yazarkən bəzi vaxtlarda ona guya bankla arasnda olan problemi həll edəcəyini, bəzi vaxtlarda isə qardaşı oğlunun, yəni onun Qarabağ döyüşlərində iştirak etdiyini, qəlpə yarası aldığını deyib müalicə almaq üçün və hərbi təlimlərə cəlb olunmaması üçün pul istəmişdir. X27 adı ilə yazdığı 30 mart 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək olan müddətdə aldadaraq onun cəmi 27600 (iyirmi yeddi min altı yüz) manat pulunu ələ keçirmişdir. Bibisi Əsmərin etibarını qazanmaq üçün o, guya Faiq Məmmədova, yəni ona zəng vurduqda boğunuq səslə onunla danışaraq özünün Faiq olduğuna inandırmışdır. Qeyd etmişdir ki, bibisi Əsmərə Rəna və Faiq adı ilə yazaraq onu aldadıb bir hissəsini nağd almaqla, qalan hissəsini isə öz bank kartına köçürtdürməklə ümumilikdə 29700 (iyirmi doqquz min yeddi yüz) manat pulunu ələ keçirmişdir. Lakin, bibisi Əsmər şikayətində qeyd etdiyi ona 36000 (otuz altı min) manat məbləğində ziyan vurması ilə bağlı bildirdiklərini qəbul edir. Çünki, bibisi Əsmər onun istədiyi pulları göndərmək üçün bankdan, lombardddan kredit götürmüş və borca düşmüşdür. Bibisi Əsməri aldadaraq aldığı pulun hər hansı məbləğini geri qaytarmamışdır. Bibisi Əsmər sonuncu dəfə 08 iyul tarixdə onun kartına 1500 manat pul göndərmişdir. Həmin vaxtdan sonra hər hansı adla bibisi Əsmərə yazmamış və ondan pul istəməmişdir. Sonradan bibisi Əsmər onun və Faiqin barəsində şikayət edəcəyini bildirmişdir. Lakin, bibisi Əsmər ona həmin adlarla onun özünün yazdığını bilməmişdir. Bibisi Əsmərin evində olarkən sonuncu, Rəna və Faiq adlı şəxslərin onun məsələsini həll etməyi yubatmalarından və onun pulunu almalarından gileylənsə də, o da hər dəfə bibisi Əsmərə həmin şəxslərin nüfuzlu şəxslər olduğunu və onun məsələsini həll edəcəklərini demişdir. Bibisi Əsmərin kartına göndərdiyi pulları müxtəlif yerlərdə bankomatlardan kartdan çıxarmışdır. Lakin, konkret olaraq harada çıxardığı yadında qalmamışdır. Ailə üzvləri onu hərbi formada görmüşlər. Atasının söhbətlərindən Faiq və Rəna adlı tanışları olmasını bilmişdir. Lakin, o Faiq və Rənanı görməmiş və onlarla hər hansı formada əlaqə saxlamamışdır. Hər hansı şəxsin onun bibisi Əsməri başqa adla aldatmasından məlumatı olmamışdır. X24 və Rənanın adı ilə danışdığı telefon nömrələri onun özünə məxsus olmuşdur. Rəna adı ilə danışdığı nömrə ***-***-**-**, Faiq adı ilə danışdığı nömrə isə ***- ***-**-** olmuşdur. O, bibisi Əsməri aldadaraq ondan ələ keçirdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarıma sərf etmişdir, konkret olaraq hara xərclədiyi yadımda qalmamışdır. O, özünə məxsus kartı hara qoyduğunu xatırlamır. Lakin, xatırladığına görə həmin karta yüklənmiş pulları bankomatdan çıxarmışdır. O, Rəna adı ilə bibisi Əsməri aldadıb pulunu ələ keçirdiyi vaxt Faiq adı ilə və ya başqa şəxsin adı, eləcə də başqa üsulla bibisi Əsməri aldadıb əlavə pulunu ələ keçirmək fikrim olmamışdır. Çünki, Rəna məsələsindən sonra düşünmüşdür ki, bibisi Əsmər ona inanmayacaqdır. Lakin, bibisi Əsmərlə söhbət edərkən onun yenə də ona inanmağa davam etdiyini və ona atasının tanışı olmuş Faiq Məmmədovla onun məsələsinin həllində kömək edə bilib-bilməyəcəyi ilə israrla maraqlanmasını dediyi üçün yenidən bibisi Əsməri Faiq adı ilə aldadıb pulunu keçirmək qərarına gəlmişdir. Bibisi Əsmərdən başqa qardaşı Xaliqi aldadaraq onun 350 (üç yüz əlli) manat pulunu ələ keçirmiş, daha sonra is həmin pulu qaytarmışdır. Əsmər və Xaliqdən başqa hər hansı şəxsi aldadaraq pulunu ələ keçirməmişdir. O, həmin pullarla heç bir daşınar və ya daşınmaz əmlak almamışdır. O, həmin puldan hansısa tanışına pul verib-vermədiyini dəqiq xatırlamır. Lakin, heç bir qohumu və ya tanışına Əsmərə və qardaşı Xaliqə məxsus pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi, yəni cinayət törətməsi barədə məlumat verməmişdir. Əsmərin ifadəsinə əlavə etdiyi və ona təqdim edilən fotoşəkillərlə tanış olmuşdur. Həmin fotoşəkillərdəki o özüdür. O, həmin fotoşəkilləri dəqiq olaraq harada çəkdirdiyini, eləcə də şəkilləri kimin çəkdirdiyini xatırlamır. Onun şəkil çəkdirdiyi tapança həqiqi silah deyil, oyuncaq tapançadır. O, həmin oyuncaq tapançanı 8-ci kilometr bazarı adlanan yerdə yerləşən oyuncaq mağazasından almışdır. Şəkildə olan bıçaq da həqiqi silah deyil, kauçuk bıçaqdır. O, həmin kauçuk bıçağı da 8-ci kilometr bazarı adlanan yerdə yerləşən oyuncaq mağazasından almışdır. O, geyindiyi hərbi formaları isə Bakı şəhərində, dəqiq xatırlamadığı ünvanlarda yerləşən hərbi ceyim mağazalarından almışdır. Onun həmin oyuncaq tapança və oyuncaq bıçaqla şəkil çəkdirməkdə məqsədi digər şəxsləri hərbiçi olduğuna inandırmaq olmuşdur. X24 və Rənanın adı ilə danışdığı telefon nömrələri özünə məxsus olmuşdur. Bibisi Əsmər 2024-cü ilin iyul ayının ortalarında onun, eləcə Faiq və Rəna adı ilə ona yazmış şəxslərin barəsində şikayət edəcəyini dediyi üçün onu aldadaraq şikayət etməməsinə nail olmaq üçün həmin dövrdə ***-***-**-** mobil telefon nömrəsindən bibisi Əsmərə zəng edib Faiq adı ilə danışmışdır. Həmin nömrə ilə zəng etdiyi vaxtlarda bibisi Əsmərdən pul istəməmiş və almamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş (mülki iddiaçı) X10 ifadəsində göstərdi ki, 1993-cü ildən Bakı şəhəri, Yasamal rayonu telefon qovşağının 430/431 saylı ATS şöbəsində rabitəçi mühəndis olaraq işləyir. 2013-cü ildə Şahid3 ilə evlənmişdir, övladı yoxdur. Evləndikdən sonra Kamrana məxsus ünvan 7 ünvanında yaşamışlar. Kamran əvvəllər evli olub ayrılmışdır və əvvəlki arvadının də yaşadıqları mənzildən istifadə hüququ olmuşdur. Təxminən 2014-cü ilin ortalarında Kamran birinci ailəsinin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. 2014-cü ilin sonlarında Nəsimi Rayon Məhkəməsi Şahid3 keçmiş arvadı X7 ünvan 8 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi və əvəzində kompensasiya olaraq 10000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı yekun qətnamə çıxarmışdır. Həmin dövrdə maddi vəziyyətləri yaxşı olmadığından 25 dekabr 2014-cü il tarixdə ünvan 5 ünvanındakı mənzili əvvəlki adı “Nikoil" Bank ASC olan, hazırda isə “Yelo" Bank ASC adlanan bankda girov qoyub 15300 ABŞ dolları məbləğində krediti götürüb Nəzirəyə çatmalı olan 10000 manat pul kompensasiyasını ödəmişlər. Daha sonra kredit ödənişlərini yaranmış devalvasiya səbəbindən geçikdirdiklərindən, 2021-ci il tarixdə “Yelo" Bank ASC (“Nikoil" Bank ASC) ona və Şahid3 qarşı "kredit ödənişləri" tələbinə dair Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və bankın xeyrinə qərar qəbul edilmişdir. Onlar Apellyasiya Məhkəməsinə müraciət etsələr də yenə də bankın xeyrinə qərar qəbul edilmişdir. Həmin qərardan da Ali məhkəməyə müraciət etmişlər. Ali Məhkəmə tərəfindən mülki işin yenidən araşdırılması barədə qərar qəbul etsə də Bakı Apellyasiya Məhkəməsi yenidən bankın xeyrinə qərar qəbul etmişdir. 2024-cü ilin əvvəllərində Nəsimi rayon icra şöbəsindən onlara zəng edilərək yaşadıqları evi boşaltmaları və evin hərraca çıxarılacağı barədə qərar qəbul edildiyi bildirilmişdir. Bu ərəfələrdə maddi cəhətdən çətin vəziyyətdə olduğu üçün ona kömək etməsi üçün vəfat etmiş qardaşı Rəsulun övladı, özünü ona, əri Kamrana və digər qohumlarına əvvəllər Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən Hərbi hissəsinin kiçik leytenantı, 2023-cü il sentyabr ayından sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi təyinatlı qüvvələrinin leytenanatı kimi təqdim edən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq ona yaranmış problemlərin həllində köməklik göstərməsi üçün yaşadığı evə gəlməsini demişdir. Qasım hansı nömrəli hərbi hissədə işlədiyini deməmişdir. Bundan başqa, Qasım öz telefonunda olan hərbi formada çəkdirdiyi şəkilləri onlara göstərmişdir. Qasım hər zaman onu gördüyü vaxtlarda ona və digər qohumlarına özünü Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissələrinin zabiti vəzifəsində xidmət edən nüfuzlu bir şəxs kimi təqdim etdiyi üçün, eləcə də müxtəlif vəzifəli şəxslərlə, habelə atasının tanışı olmuş müəyyən vəzifələrdə işləyən şəxslərlə əlaqəsi olduğunu dediyi üçün o, Qasımın sözlərinə inanmış və onun müxtəlif vəzifəli şəxslərlə əlaqəsi olan bir şəxs olduğunu düşünmüşdür. Buna görə də, Qasımın ona kömək edə biləcəyini düşünüb ona zəng edib yaşadığı evə çağırmışdır. O, zəng etdikdən sonra 2024-cü ilin fevral ayının sonlarında Qasım yaşadığı evə gəlmişdir və onlar bir müddət məişət xarakterli söhbətlər etmişlər. Daha sonra o, Qasıma məhkəmə və bankla olan problemləri haqqında məlumat verərək mərhum qardaşı Rəsulun tanışı olan jurnalist işləyən Rəna Kərimovanın mətbuat vasitəsilə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Qasım isə Rənanın yanına gedəcəyini, qeyd olunan məsələ ilə bağlı ona köməklik göstərə bilib-bilməyəcəyini maraqlandıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə özünü Rəna Kərimova kimi təqdim edən şəxs “Whatsapp'’ sosial şəbəkəsi üzərindən ***-***-**-** saylı mobil nömrə ilə ona yazaraq Rəsulun tanışı olduğunu, bankla bağlı problemi haqqında Qasımın ona danışdığını və bu işdə ona köməklik göstərə biləcəyini qeyd edərək bu məsələ ilə bağlı bütün sənədləri Qasıma verməsini bildirmişdir. Bundan əlavə ona qeyd olunan işin müzakirə etmək üçün kafedə oturacaqlarını və bu səbəbdən də 100 (yüz) manat da çay puluna ehtiyaclarının olduğunu bildirmişdir. Bu barədə Rəna ilə yazışmalarından bir neçə saat keçdikdən sonra Qasım yaşadığı ünvana gələrək bank sənədləri, məhkəmə qərarları, bu işlə bağlı olan bütün sənədləri və 100 manat pul vəsaitini ondan götürüb getmişdir. Təxminən bir neçə gün sonra Rəna yenidən “Whatsapp” sosial şəbəkəsi üzərindən həmin nömrə ilə yazaraq bank və məhkəmə ilə bağlı olan problemini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbər heyətinə məruzə etdiyini bildirib ondan yenidən çay içmək üçün 200 (iki yüz) manat məbləğində pul vəsaiti istəmiş və həmin pulu Qasımın gəlib götürəcəyini demişdir. Daha sonra Qasım yaşadığı evə gəlmiş və o, həmin məbləğdə pul vəsaitini Rənaya çatdırması üçün Qasıma nağd formada təqdim etmişdir. Təxminən bir neçə gün sonra özünü Rəna kimi təqdim edən şəxs “Whatsapp” sosial şəbəkəsindən yenidən ona yazaraq bu məsələni guya ölkə rəhbərliyinə məruzə etdiklərini, guya DTX-nin rəhbər heyətinin razılığına əsasən "xxxx" ASC-də DTX əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçiriləcəyini deyib yenidən 300 (üç yüz) manat məbləğində vəsaiti istəmiş və həmin pulu Qasımın gəlib götürəcəyini demişdir. Daha sonra Qasım yaşadığı evə gəlmiş və o, isə həmin vəsaiti Qasıma yaşadığı evdə nağd formada verib Rənaya çatdırmasını bildirmişdir. Ondan bir neçə gün sonra özünü Rəna kimi təqdim edən şəxs “Whatsapp'' sosial şəbəkəsindən yenidən ona yazaraq məsələnin həlli üçün 300 (üç yüz) manat məbləğində vəsaiti istəmiş və həmin pulu Qasımın gəlib götürəcəyini demişdir. Daha sonra yaşadığı evə gəlmiş Qasıma həmin vəsaiti nağd formada verib Rənaya çatdırmasını bildirmişdir. Bundan sonra Rəna Kərimova “Whatsapp” sosial şəbəkəsi üzərindən ona yazaraq Qasımla maraqlanmasını, Qasımın 2023-cü ilin sentyabr ayında Xankəndi döyüşlərində iştirak etdiyini, həmin döyüşlərdə beynində travma aldığını və ayağında qəlpə olduğunu demişdir. Rəna əlavə olaraq, 2024-cu ilin aprel ayında hərbi əməliyyatlarla əlaqədar hərbi təlimlərin keçiriləcəyini və Qasımın həmin təlimlərə apararılacağını, təlimə gedəcəyi halda Qasımın öləcəyini bildirmişdir. O, da Rənaya Qasımın mərhum qardaşının oğlu olması səbəbindən həmin hərbi təlimlərdə iştirak etməsini istəmədiyini demişdir. Rəna isə bundan sui-istifadə edərək həkimdən Qasımın hərbi təlimlərdə iştirak üçün yararsız olması ilə bağlı tibbi arayış alacağını, bunun müqabilində isə 400 manat məbləğində vəsaitini Qasımın bank kartına köçürməli olduğunu bildirib Qasımın bank kartının nömrəsini ona göndərmişdir. O, da Qasıma görə narahat olduğu üçün həmin gün Bakı şəhəri, ünvan 10 ünvanında, işlədiyi və yaşadığı yerin yaxınlığında yerləşən Tamstore adlı marketdə quraşdırılmış Kapital Bank terminalından 400 (dörd yüz) manat məbləğində pul vəsaitini qardaşı oğlu Qasıma məxsus “**********953596" saylı Kapital Bank hesabına köçürmüşdür. xx.xx.2024-cü il tarixdə Rəna Kərimova “Whatsapp" şəbəkəsindən yenidən ona yazaraq şad xəbəri olduğunu, artıq ona məxsus evin sənədlərinin guya DTX əməkdaşları tərəfindən bankdan götürüldüyünü və DTX əməkdaşlarına 400 (dörd yüz) manat şirinlik vermək lazım olduğunu və həmin pulu Qasımın bank kartına göndərməsini demişdir. O isə buna inanaraq 14 mart 2024-cü il tarixdə Bakı şəhəri, ünvan 10 ünvanında, işlədiyi və yaşadığı yerin yaxınlığında yerləşən Tamstore adlı marketdə quraşdırılmış Kapital Bank terminalından 400 (dörd yüz) manat məbləğində pul vəsaitini Qasıma məxsus “**********953596“ saylı Kapital Bank hesabına köçürmüşdür. Rənaya göndərdiyi pul vəsaitlərinin bir hissəsini Qasıma nağd qaydada vermiş, qalan hissəsini isə Qasıma məxsus bank hesabına köçürmüşdür. 27 mart 2024-cü il tarixdə Rəna “Whatsapp" şəbəkəsindən yenidən ona yazaraq evin sənədlərinin bacısı oğlunda olduğunu və həmin oğlanın evin sənədlərini 400 (dörd yüz) manat məbləğində şirinlik qarşılığında ona verəcəyini qeyd etmişdir. O, da 400 manat məbləğində pul vəsaitini Rənanın kartına köçürməsi üçün 28 mart 2024-cü il tarixdə yaşadığı evdə nağd qaydada Qasıma vermişdir. Qasım da həmin pulu aldıqdan sonra terminal vasitəsilə həmin pulu Rənanın DTX-də işləyən bacısı oğluna göndərəcəyini bildirmişdir. Qeyd etmişdir ki, Rəna ona bacısı oğlunun sənədləri 31 mart 2024-cü tarixdə təqdim edəcəyini bildirmişdir. 28 mart 2024-cü il tarixdə Qasıma 400 manatı verdikdən sonra 31 mart 2024-cü il tarixədək Rənaya yazıb evinin sənədlərini 31 martda ona təqdim edə bilib-bilməyəcəyini soruşmuşdur. Lakin, Rəna yazdıqlarına cavab verməmişdir. Qasım 2024-cü ilin mart ayının əvvəllərindən etibarən tez-tez yaşadığı evə qonaq gəlmiş, hətta bəzən onun yaşadığı evdə qalmışdır. 29-30 mart 2024-cü il tarixlərdə Qasım onun yaşadığı evdə qalmışdır. Yaşadığı evdə qaldığı üçün Qasımla Rəna ilə əlaqə saxlaya bilməməsindən və ev məsləsinnin hansısa vasitəsilə həll etmək istəyindən danışmışlar. Qasım isə Rənanın adətən ona deyilən bütün məsələləri həll etdiyini, Rənanın telefonlara cavab verməməsinin səbəbini özünün də bilmədiyini demişdir. Söhbət zamanı Qasım yenə özünü nüfuzlu şəxs olmasından, müxtəlif dostlarının işlərini yoluna qoymasından danışmışdır. O da başqa ümid yeri olmadığı üçün Qasımdan atasının dostu olan Faiq adlı DTX işçisinin ona köməklik göstərə bilib-bilməyəcəyi haqqında soruşmuşdur. Rəsulun söhbətlərindən onun Faiq Məmmədov adlı DTX işçisi və Rəna Kərimova adlı jurnalist tanışı olmasını bilmişdir. Lakin, o, həmin şəxsləri üzdən görməmiş və onlarla heç bir formada əlaqə saxlamamışdır. Qasımdan Faiq adlı DTX işçisinin ona köməklik göstərə bilib-bilməyəcəyi haqqında soruşduqda Qasım isə bu barədə Faiqin özü ilə danışacağını və ona məlumat verəcəyini bildirmişdir. Bir gün sonra, təxmminən 30 mart və ya 31 mart 2024-cü il tarixdə Qasım yenidən ona məxsus olan mənzilə gəlib atasının dostu olan Faiq adlı şəxsi tapdığını deyib onun nömrəsini Faiqə verə bilib-bilməyəcəyini soruşmuşdur. O isə çıxılmaz vəziyyətdə olduğu üçün buna etiraz etməyib nömrəsini Faiqə verməsini demişdir. Həmin gün günorta vaxtlarında özünü Faiq kimi təqdim edən şəxs ona ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Whatsapp" sosial şəbəkəsindən yazaraq problemi haqqında Qasımın ona danışdığını, narahat olmamasını, bu işi həll edəcəyini, banka artıq ödədiyi məbləğin kompensasiya olaraq geri ödəniləcəyini, lakin məsələnin həlli üçün Qasımın kartına 2400 manat pul göndərməli olduğunu bildirmişdir. Faiq adlı şəxs bundan başqa, Rənaya göndərdiyi pulu da Rənadan alacağını bildirmişdir. O, da həmin günlərdə Rəna ilə əlaqə saxlaya bilmədiyindən sonuncunun onu aldatdığını düşünüb məcbur qalaraq özünü Faiq kimi təqdim edən şəxsin yazdıqlarına inanmışdır. O, isə tanışlarından borc alaraq 2400 (iki min dörd yüz) manat pulu xatırladığına görə Faiqin kartına göndərməsi üçün Təqsirləndirilən şəxs yaşadığı evdə nağd qaydada vermişdir. Faiqə çatdırması üçün Qasıma 2400 manat pul verdikdən təxminən bir-iki gün sonra Faiq adlı şəxs “Whatsapp" sosial şəbəkəsindən ona yazaraq Qasımın 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatında iştirak etdiyini, səhhətinin yaxşı olmadığını, həmin döyüşlərdə beynindən travma və ayağından qəlpə yarası aldığını demişdir. Faiq əlavə olaraq, 2024-cu ilin aprel ayında hərbi əməliyyatlarla əlaqədar hərbi təlimlərin keçiriləcəyini və Qasımın həmin təlimlərə apararılacağını, təlimə gedəcəyi halda Qasımın həyatı üçün təhlükə olacağını bildirmişdir. O da Faiqə mərhum qardaşının oğlu olması səbəbindən Qasımın həmin hərbi təlimlərdə iştirak etməsini istəmədiyimi demişdir. Özünü Faiq kimi təqdim edən şəxs bundan sui-istifadə edərək Qasımın hərbi təlimlərdə iştirak etməməsini təmin etmək üçün 600 manat məbləğində vəsaitini Qasımın bank kartına köçürməli olduğunu bildirmişdir. O, da Qasıma görə narahat oduğu üçün xatırladığına görə həmin vaxtdan bir gün sonra Aytən adlı tanışından borc alaraq Təqsirləndirilən şəxs “**********953596" saylı kart hesab nömrəsinə 600 (altı yüz) manat vəsaiti köçürmüşdür. Lakin, onun 600 manat pulu Qasımın kartına köçürdüyü və ya Qasımın özünə nağd qaydada verdiyi dəqiq yadında qalmamışdır. Bundan sonra aprel ayında özünü Faiq adı ilə təqdim edən şəxs “Whatsapp” sosial şəbəkəsindən ona yazarac Qasımın səhhətinin yaxşı olmadığını və müalicə üçün Türkiyə Respublikasına göndərilməli olduğunu deyərək aprel ayının ayrı-ayrı günlərində ondan 1300 (min üç yüz) manat, 4000 (dörd min) manat və iki dəfə 1000 (min) manat olmaqla ümumilikdə 7900 (yeddi min doqquz yüz manat pul istəmişdir. Faiq Qasımın DTX-da işlədiyini və onun DTX-dan əmək haqqı aldığını, Qasımın maaş aldıqdan sonra təlimə getməməsi üçün verəcəyi pulu geri qaytaracağını bildirmişdir. O, da buna görə Faiqə inanıb ümumilikdə 7900 (yedd min doqquz yüz) manat məbləği Qasımın müalicəsi və hərbi təlimlərdə iştirak etməməsi üçün 2024-cü ilin aprel ayı ərzində ayrı-ayrı vaxtlarda yaşadığı yerin yaxınlığında yerləşən Tamstore adlı marketdə və Sünbül adlı maketdə quraşdırılmış Kapital Bank terminalından Təqsirləndirilən şəxs “**********953596" saylı kart hesab nömrəsinə köçürmüşdür. Təxminən bir neçə gün sonra özünü DTX işçisi Faiq kimi təqdim etmiş şəxs “Whatsapp" sosial şəbəkəsindən ona yazaraq narahat olmamasını, ondan başqa bir neçə şəxsində bank işini həll etdiyini bildirib yenidən 3400 (üç min dörd yüz) manat pul vəsaiti istəmiş və həmin vəsaiti Qasımın kart hesab nömrəsinə göndərməsini demişdir. O, isə 08 aprel 2024cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən Bravo adlı marketdə quraşdırılmış Kapital Bank terminalından 3400 (üç min dörd yüz) manat məbləğində pul vəsaitini Qasıma məxsus "**********953596" saylı Kapital Bank hesabına köçürmüşdür. Bundan sonra özünü DTX işçisi Faiq kimi təqdim etmiş şəxs yenidən “Whatsapp" sosial şəbəkəsindən yazaraq onun işi ilə bağlı Prezident Aparatında iki nəfərə pul verilməli olduğunu bildirərək 9000 (doqquz min) manat pul vəsaiti istəmişdir. O, isə bu qədər pulu olmadığını dedikdə, Faiq ona 2100 manatı Rənadan alacağını və onun 6900 manat verməli olduğunu demişdir. Faiq ona yazaraq pulu təcili verməli olduğunu dediyi üçün əvvəlcə Faiqə çatdırması üçün Qasıma yaşadığı evdə nağd qaydada 300 (üç yüz) manat pul vermişdir. Faiq ona yazaraq qalan pulu təcili verməli olduğunu dediyi üçün 10 may 2024-cü il tarixdə bacısı Şahid2 məxsus qızılları lombarda girov qoyub qarşılığında 2600 (iki min altı yüz) manat vəsait götürərək Faiq adlı şəxsə çatdırması üçün Təqsirləndirilən şəxs nağd formada yaşadığı evdə vermişdir. Bacısı Fəxriyyə onun ev problemindən və Faiq adlı şəxslə həmin məsələni həll etməsi üçün danışdığını bilmişdir. Fəxriyyə də Qasımın hərbi qulluqçu olduğunu düşünmüşdür və o da onun kimi Qasıma inanmışdır. Fəxriyyə ona kömək məqsədilə öz qızıllarını lombarda girov qoymaq üçün ona vermişdir. 2600 manatı verdikdən sonra Faiq yenə ondan pul tələb etdiyi üçün və kredit götürə bilmədiyinə görə Faiqin istədiyi 6900 manat pulun qalan hissəsini vermək üçün Fəxriyyə özünə məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.035 ha torpaq sahəsini 8000 (səkkiz min) manata satıb həmin pulu ona vermişdir. Fəxriyyə kömək etmək məqsədilə torpağın dəyəri olan 8000 manatı ona borc vermişdir. O, isə sonradan 8000 manatı bacısı Fəxriyyəyə ödəməli idi. O; 8000 manatın 4000 (dörd min) manatını 2024-cü ilin may ayında Faiqə verməsi üçün Təqsirləndirilən şəxs "**********953596” saylı kart hesab nömrəsinə köçürmüşdür. Faiq özü həmin pulu Qasımın kartına köçürməsini demişdir. Fəxriyyənin ona verdiyi 8000 manat pulun qalan hissəsindən Fəxriyyənin qızıllarını lombarda qoyması ilə bağlı olan 2756 manat borcu ödəmişdir. 30 may 2024-cü il tarixdə Faiq zəng vuraraq məsələnin guya həll olunduğunu deyib 5000 (beş min) manat şirinlik pulu istəmişdir. O isə pulu olmadığı üçün Fəxriyyə və özünə məxsus qızılları lombarda girov qoyub ümumilikdə 3500 (üç min beş yüz) manat pul vəsaiti götürərək həmin pul vəsaitini Qasıma məxsus Bank hesabına köçürmüşdür. Həmin tarixdə yəni 31 may 2024-cü il tarixdə yaxın rəfiqəsi və keçmiş iş yoldaşı olan Laiza Paşayevadan 1500 (min beş yüz) manat pul borc almışdır. Laiza həmin məbləği xx.xx.2024-cü il tarixdə onun kart hesabına köpürmüşdür. O, da həmin gün öz kartından 1500 manat pulu çıxarıb Faiqə çatdırması üçün Qasıma məxsu kart hesasına köçürmüşdür. 2024-cü ilin iyun ayının sonlarında özünü DTX işçisi Faiq kimi təqdim etmiş şəxs yenidən zəng vuraraq və mesaj yazaraq işin sonu olduğunu və 2000 (iki min) manat pulu verməli olduğunu demişdir. O, əvvəlcə xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat məbləğində pul vəsaitini Qasıma məxsus həmin kart hesabına köçürmüşdür. Daha sonra bacısı Fəxriyyədən xx.xx.2024-cü il tarixdə 300 manat borc alıb həmin pulu Faiqə çatdırması üçün yaşadığı evin yaxınlığında Qasıma nağd qaydada vermişdir. Faiq ona yazaraq işin sonu olduğunu deyərək istədiyi 2000 manat pulun qalan 1500 manatını da ona göndərməsini demişdir. Buna görə də xx.xx.2024- cü il tarixdə əri X14 1500 (min beş yüz) manat kredit götürüb ona vermişdir. O da xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, ünvan 10 ünvanında, işlədiyi və yaşadığı yerin yaxınlığında yerləşən Tamstore adlı marketdə quraşdırılmış Kapital Bank terminalından 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini Qasıma məxsus “**********953596“ saylı Kapital Bank hesabına köçürmüşdür. Qeyd etmişdir ki, Faiq adı ilə özünü təqdim edən şəxs hər dəfə pulu Qasımın kartına köçürməsini dediyi vaxtlarda o, həmin məbləğləri Qasımın kartına köçürmüşdür. 08 iyul 2024-cü il tarixdən sonra özünü Faiq kimi təqdim etmiş şəxs ***-***-**-** mobil telefon nömrəsindən ona yazmamış və zəng etməmişdir. O, “Whatsapp” sosial şəbəkəsi üzərindən, eləcə də adi qaydada özünü Faiq kimi təqdim etmiş şəxsin ***-***-**-** mobil telefon nömrəsinə zəng etsə də, Faiq adlı şəxs onun zənglərinə, eləcə də “Whatsapp" proqramında yazdığı mesajlara cavab verməmişdir. O, da buna görə həmin şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 15 iyul 2024-cü il tarixdə adi mesaj yazaraq ona cavab verməyəcəyi halda barəsində şikayət edəcəyini bildirmişdir. Bundan sonra 15 və 16 iyul 2024-cü il tarixlərdə özünü Faiq kimi təqdim etmiş şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edərək qısa zamanda məsələni həll edəcəyini bildirmişdir. O, Faiqin danışığından sonuncunun onun barəsində şikayət etməsini istəmədiyini hiss etmişdir. Faiq həmin danışıqlarda ondan pul istəməmiş, yalnız ona vaxt verməsi ilə bağlı danışmışdır, o isə hər dəfə qısa zamanda pulunu qaytarmasını, əks halda onun barəsində şikayət edəcəyini bildirmişdir. Lakin, sonradan özünü Faiq kimi təqdim etmiş şəxs ***-***-**-** mobil telefon nömrəsinə etdiyi zənglərə də cavab verməmişdir. Buna görə sonradan həmin nömrəyə də adi mesaj yazaraq ona cavab verməyəcəyi halda barəsində şikayət edəcəyimi bildirmişdir. Lakin, həmin vaxtdan sonra özünü Faiq kimi təqdim etmiş şəxs ona zəng etməmiş və ya yazmamışdır. Özünü Faiq adı ilə təqdim etmiş şəxsin istəyinə əsasən təxminən 30 mart 2024-cü il tarixdən 08 iyul 2024cü il tarixədək Qasıma nağd və kartına köçürməklə ümumilikdə 27600 (iyirmi yeddi min altı yüz) manat pul vermişdir. Qasımdan hər dəfə onun kartına göndərdiyi pulları Faiqə veribverməməsi, eləcə də Faiqlə əlaqə saxlaya bilməməsinin səbəbi barədə soruşduqda Qasım ona kartına əvvəl köçürdüyü pulları Rənaya, sonradan isə Faiqin istəyi ilə köçürdüyü pulları isə Faiqin özünə verdiyini demişdir. O sonradan Qasımın hərəkətlərindən şübhələnmişdir. Sonradan o, “Whatsapp" sosial şəbəkəsi üzərindən Qasıma zəng edərək bütün pulları onun özünə verdiyini və buna görə də pullarını geri qaytarmasını bildirmişdir. Lakin, Qasım pulunu qaytarmayacağını və heç kimin ona heç nə edə bilməyəcəyini demişdir. Daha sonra Qasım, Rəna və Faiq barəsində DTX-yə şikayət etmişdir. O, şikayət üzrə DTX-yə çağırıldıqdan sonra öyrənmişdir ki, Faiq və Rəna adlı şəxslərin adından ona yazan şəxs Qasım özüdür. Özünü Rəna və Faiq adı ilə təqdim etmiş şəxslərin istəyinə əsasən, yəni Qasımın onu aldatması nəticəsində Qasıma ümumilikdə nağd və kartına köçürməklə 29700 (iyirmi doqquz min yeddi yüz) manat pul vermişdir. Lakin, Qasımın onu aldadaraq pulunu ələ keçirməsi ilə bağlı götürdüyü kredit, lombard borcu ilə bağlı ödənişlərinə görə ona ümimilikdə 36000 (otuz altı min) manat ziyan dəymişdir. Buna görə də Qasım ona 36000 (otuz altı min) pul qaytarmalıdır. Qasım Naxçıvan MR-da əsgərlikdə olmuşdur. Özünü DTX işçisi Faiq kimi təqdim etmiş şəxslə görüşməmiş, onunla bir neçə dəfə telefon danışığı olmuşdur. Danışıq zamanı Faiq boğunuq və qalın səslə danışmışdır. Buna görə də o, Faiq adlı şəxsin səsini Qasımın səsinə oxşatmamışdır. Bildiyinə görə Yelo Banka 18140 ABŞ dolları borcu olmuşdur. Qasımın ondan və Xaliqdən başqa hər hansı şəxsin dələduzluq yolu ilə pulunu ələ keçiribkeçirməməsi barədə hər hansı məlumatı yoxdur. Özünü Faiq və Rəna adı ilə təqdim edən şəxs ona kredit borcuna görə artıq ödədiyi pullarla bağlı ona kompensasiya ödəniləcəyini deyərək onu buna inandırdıqları üçün o da borc alıb, kredit götürüb ondan istənilən pulları göndərmişdir. Özünü Faiq və Rəna adı ilə təqdim edən şəxslərin yazdıqlarının yalan olduğunu bilsəydi həmin pulları verməz və banka olan borcunu ödəyərdi. Qasımın istifadəsində iki telefon olmuşdur. Onlardan biri sadə düyməli telefon, digəri smartfon tipli telefon olmuşdur. Lakin, Qasımın istifadəsində olan mobil telefonların markasını bilmir. Sonda zərər çəkmiş X10 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, O, özünə məxsus evi “Yelo" Bank ASC-də girov qoyaraq pul götürmüş, daha sonra isə yaranmış devalvasiya səbəbindən kredit ödənişləri gecikmiş və bank onu məhkəməyə vermişdir. Məhkəmə tərəfindən onun və həyat yoldaşı Əsmər Şükürovanın ziyanına qətnamə çıxarılmış və evin satılması və onların həmin evdən çıxarılmaları qərara alınmışdır. X10 onun həyat yoldaşıdır. Onlar çətin vəziyyətdə olduqları üçün məsələnin daha dərin araşdırılması və bank tərəfindən ələ keçirilmiş mənzilinin sənədlərinin geri qaytarılması üçün həyat yoldaşı Əsmər Şükürovanın qardaşı oğlu Təqsirləndirilən şəxs kömək istəmişlər. Belə ki, Təqsirləndirilən şəxs hər zaman özünü Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin hərbi hissələrinin zabiti vəzifəsində xidmət edən nüfuzlu bir şəxs kimi təqdim etdiyi üçün, eləcə də müxtəlif vəzifəli şəxslərlə, habelə atasının tanışı olmuş müəyyən vəzifələrdə işləyən şəxslərlə əlaqəsi olduğunu dediyi üçün o, Qasımın sözlərinə inanmış və onun müxtəlif vəzifəli şəxslərlə əlaqəsi olan bir şəxs olduğunu düşünmüşdür. Buna görə də, həyat yoldaşı Əsmər Qasıma zəng vuraraq, sonuncunu evə dəvət etmiş, yaranmış problemlə bağlı kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bu məsləni Dövlət Təhlükəsizlik Xidmətində olan tanışlarına bildirəcəyini, məsələnin araşdırılması üçün çalışacağını bildirmişdir. Bundan sonra isə həyat yoldaşı Əsmər özünü Rəna və Faiq adı ilə təqdim etmiş şəxslərin istəyinə əsasən, yəni X1 aldatması nəticəsində, sonuncu Qasıma ümumilikdə nağd və kartına köçürməklə 29700 manat pul vermişdir. Lakin, X1 aldadaraq pulunu ələ keçirməsi ilə bağlı götürülmüş kredit, lombard borcu ilə bağlı ödənişlərinə görə onlara ümumilikdə 36000 (otuz altı min) manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qardaşı Qasım yalan danışmağa meylli olduğu üçün o, onunla gec-gec əlaqə saxlamışdır. Qasım özünü ona və digər qohumlarına Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən Hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu olduğunu demişdir, sonradan isə iş yerinin Bakıya dəyişildiyini demişdir. Qasım hansı nömrəli hərbi hissədə işlədiyini deməmiş, yalnız ümumi olaraq Şəmkirdə, sonra isə Bakıda yerləşən hərbi hissədə işlədiyini bildirmişdir. O, Qasımın özündən bir neçə dəfə hansı hərbi hissədə işləməsi ilə bağlı maraqlandıqda sonuncu ona dəqiq məlumat verməkdən imtina etmişdir. O, Qasımın iş yeri barədə dəqiq məlumat verməməsindən şübhələnib ona düz yolda olmadığını deyib ona düzgün məlumat verməsini tələb etmişdir. Lakin, Qasım ona öz işi olduğunu və heç kimin qarışmamasını demişdir. Bundan başqa, bir neçə dəfə Qasımın hərbi forma geyindiyini görmüşdür. O, Qasımın Bakı şəhərində harada yaşadığını da bilməmişdir. Qasımla görüşdüyü vaxtlarda, eləcə də telefonla danışdığı vaxtlarda o, atasının tanışı olmuş Faiq Məmmədov adlı DTX işçisi və Rəna Kərimova adlı jurnalist tanışı ilə əlaqələri olduğunu demişdir. Bundan başqa, Qasım Ruslan adlı vəzifəli dostu olduğunu da demişdir. Qasım bibisi Əsmərgilə tez-tez gedib-gəlmişdir. Onun da bibisi Əsmərlə münasibəti hər zaman yaxşı olmuşdur. O, xəstəliyi ilə bağlı müddətli həqiqi hərbi xidmətə getməmişdir. 2024-cü ildə SHXÇDX-nin Cəlilabad rayon şöbəsindən ona təkrar tibbi müayinədən keçməli olmağı ilə bağlı zəng gəlmişdir. O, isə işi ilə bağlı Cəlilabad rayonuna gedə bilmədiyi üçün bu barədə bibisi Əsmərə demişdir. Bibisi Əsmər də həmin vaxt ona özünün ev problemi ilə bağlı Qasımın vasitəsilə mərhum atasının tanışı Rəna Kərimova ilə danışdığını və Rənadan onun da işinə köməklik göstərməsini xahiş edəcəyini demişdir. Daha sonra bibisi Əsmər ona Rəna və Qasımla danışdığını, onun hərbi biletini Rəna adlı qadının SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə aparıb o, getmədən hərbi biletə möhür vurduracağını demişdir. Sonradan bu barədə Qasımla danışmışdır. Qasım da ona Rəna bu işi həll edəcəyini demişdir. Əsmər və Qasım onun nömrəsini Rənaya verdiklərini demişdir. Daha sonra özünü Rəna adı ilə təqdim edən şəxs hazırda xatırlamadığı nömrədən Whatsapp proqramından ona yazaraq hərbi biletinə möhür vurdurması üçün ona 350 (üç yüz əlli) manat pul verməli olduğunu və həmin pul vəsaitini Qasımın bank kartına köçürməli olduğunu bildirib Qasımın bank kartının nömrəsini göndərmişdir. O da Abşeron rayonu, Sulutəpə qəsəbəsində, yaşadığı yerin yaxınlığında yerləşən marketdə Kapital Bank terminalından özünü Rəna kimi təqdim etmiş şəxsin istəyinə əsasən 2024-cü ilin mart ayı ərzində 300 (üç yüz) manat və 50 (əlli) manat olmaqla iki dəfəyə ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitini Qasıma məxsus “**********953596" saylı Kapital Bank hesabına köçürmüşdür. O hər dəfə pulu köçürdükdən sonra Rəna mesaj yazıb pulun ona çatdığını bildirmişdir. Sonradan bibisi Əsmər onun hərbi biletini Qasımdan Rənaya göndərdiyini demişdir. Özünü Rəna kimi təqdim edən şəxs o, pulu verdikdən təxminən 1 həftə sonra məsələni həll edəcəyini desə də, dediyi müddətdə məsələni həll etməmişdir. O da Rənaya yazaraq narazılığını bildirdikdən sonra Rəna hərbi biletini Qasım vasitəsilə ona göndərmişdir. Rənaya yazaraq pulunu istəsə də sonuncu, maddi imkanı olmadığını, barəsində şikayət edəcəyi halda onu işdən çıxartdıracağını demişdir. O da buna görə onun barəsində şikayət etməmişdir. Həmin vaxtdan sonra Rəna ilə əlaqə saxlamamışdır, eləcə də Rəna onunla əlaqə saxlamamışdır. Rəna yalnız ona yazılı mesaj yazmışdır, səsli mesaj göndərməmiş, eləcə də zəng etməmişdir. Həmin vaxtdan sonra bibisi Əsmər və Qasımla çox az hallarda əlaqə saxlamışdır. Lakin, Rəna adlı qadının bibisi Əsmərin məsələsini həll edib-etmədiyini bilməmişdir. Mərhum atası X23 və Faiq Məmmədov adlı dostu tanışı olmasını bilmişdir. O, Rənanı üzdən görməmişdir, lakin, atasının danışıqlarından Rəna Kərimova ilə tanış olduğunu bilmişdir. Faiq Məmmədovu isə üzdən görmüşdür. Belə ki, Faiq 8-ci kilometr bazarında obyekt işlətdikləri vaxt ora gələrək atası ilə söhbət etmiş, eləcə də onlardan alış-veriş etmişdir. Atasının dediyinə görə Faiq DTX işçisi olmuşdur. Həmin obyekti bağladıqdan sonra hazırki vaxta qədər Faiqi görməmiş və onunla hər hansı formada əlaqə saxlamamışdır. Qasımın Faiq adlı şəxsin adını eşitsə də, onu üzdən görmədiyini düşünür. Çünki, o və atası obyekti işlətmələri ilə əlaqədar Bakıda olsalar da Qasım və anası həmin vaxtlarda kənddə qalmışdır. 2024-cü ilin iyul və ya avqust ayında bibisi X28 və Faiq adlı şəxslərlə birlikdə onun 30000 manatdan artıq məbləğdə pulunu ələ keçirdiyini və onun barəsində şikayət edəcəyini bildirmişdir. O, da bibisi Əsmərə Qasımın ona qarşı qanunsuz hərəkətlərə yol verdiyi halda ondan şikayət etməsini bildirmişdir. 2024-cü ilin avqust ayında bibisi Əsmər ona zəng edərək və yazaraq Qasımın onun pulunu qaytarmasını demişdir. O, da buna görə Qasıma yazıb bibisi Əsmərin pulunu istədiyini demişdir. Qasım bibisi Əsmərdən aldığı pulu təklikdə və ya Rəna və Faiq adlı şəxslərlə birlikdə almasını bilmir. Eləcə də ona Rəna adı ilə yazan şəxsin Qasımın özü olub-olmamasını da dəqiq bilmir. Rəna ilə yazışmaları olan telefonu sınaraq yararsız vəziyyətə düşmüşdür. O, da buna görə təxminən 2024-cü ilin iyun-iyul ayında yeni telefon almışdır. Buna görə də Rəna ilə yazışmaları onda qalmamışdır. Sonradan Qasımın özündən Rəna adı ilə ona yazan şəxsin o özü olub- olmamasını soruşmamışdır. Çünki fikirləşmişdir ki, soruşsa da Qasım ona cavab verməyəcəkdir. Qasımın bibisi Əsmərdən aldığı pul vəsaitini nə etməsi, harasa xərcləyib- xərcləməməsi barədə məlumatı yoxdur. Qasım ona, anasına, eləcə də başqa qohumuna heç vaxt maddi kömək göstərməmiş və ya hansısa məqsədlə hər hansı məbləğdə pul verməmişdir Hətta 2024-cü ilin avqust ayında ehtiyacı olduğu üçün Qasımdan 20 manat borc istəmişdir, lakin, Qasım ona həmin məbləğdə pul borc verməmişdir. X29 həbs olunandan sonra ona tez-tez zəng edərək Qasımın ondan aldığı pulların qaytarılmasına qardaşı olduğu üçün onun da köməklik etməyini istəmişdi. Lakin, o da hər dəfə bibisi Əsmərə Qasımın etdiyi əməllərə görə sonuncu özü cavab verməli olduğunu bildirmişdir. Qasımın ondan 350 manat pul alması ilə bağlı Qasıma qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan da ödənilmişdir və qardaşı ilə barışmışdır. Onun əvvəldən Qasımın bibisi Əsməri aldadaraq pul almasından məlumatı olmamış, Qasım tutulan vaxt onun bütün olanlardan xəbəri olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə faktına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri ilə cinayət işi başlanmış və cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir (Cild İ, i.v. 1-2); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, X5 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 6722,6 ABŞ dolları məbləğində əsas borc, 10809,76 ABŞ dolları məbləğində faiz borcu, 100,00 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 523,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18155,86 (on səkkiz min yüz əlli beş dollar səksən altı sent) ABŞ dolları pul məbləği və ödənilmiş 20 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56.7 m2 ümumi, 39.0 m2 yaşayış, 17.7 m2 yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 64.600,00 manat müəyyən edilməsi və həmin mənzil açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən məbləğ qətnamənin icrasəna kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Şahid3 mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56.7 m2 ümumi, 39.0 m2 yaşayış, 17.7 m2 yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzili boşaldılaraq banka təhvil verilməsi qət edilmişdir (Cild İ, i.v. 25-32); “Baxış keçirilməsi haqqında" 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 məxsus “Redmi 9T” markalı mobil telefonda olan “Whatsapp" sosial şəbəkəsinə baxış zamanı X6 izahtında göstərdiyi halları təsdiq edə biləcək “Memedov DTX", “Qasım 2", “X15” adlı şəxslərnən sübut əhəmiyyətinə malik Whatsapp sms yazışmalarının mövcud olduğu təsbit edilmişdir (Cild İ, i.v. 34-35); “Baxış keçirilməsi haqqında" 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor X6a” markalı mobil telefonda olan “Whatsapp" sosial şəbəkəsinə baxış zamanı Təqsirləndirilən şəxs “Aslı” adı ilə qeyd olunmuş şəxslə yazışmalarının olduğu təsbit edilmişdir. Qeyd olunan yazışmaların təhlili zamanı “Aslı” adı ilə qeyd olunmuş şəxsin X11 olduğu müəyyən edilmişdir. “Whatsapp" ani mesajlaşma tətbiqində qeyd olunan yazışmalar təhlil edilərkən onların sübut əhəmiyyətinə malik olduğu müəyyən edilmişdir. “Aslı” adlı şəxsnən sübut əhəmiyətinə malik “Whatsapp" sms yazışmalarının mövcud olduğu təsbit edilmişdir (Cild İ, i.v. 39-40); “cinayət işinin icraata qəbul edilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (Cild İ, i.v. 42); “cinayət əməlinin tövsif edilməsi haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 310-cu maddəsindən həmin Məcəllənin 178.2.4 və 310-cu maddələrinə tövsif edilmişdir (Cild İ, i.v. 98-99); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild İ, i.v. 124-125); “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (Cild İ, i.v. 127-128); Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi"nə əsasən Təqsirləndirilən şəxs Azərbaycan ordusunda hərbi qulluqçu kimi xidmət keçməsi və mülki işçi qismində işləməsi barədə məlumat yoxdur (Cild İ, i.v. 129); X4 Sistemi vasitəsilə Telefon məlumatları alt sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-**. ***-*******. ***-***-**-**. ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**,***-***-**-**. ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin olması müəyyən edilmişdir (Cild İ, i.v. 132-133); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat təzələnmişdir (Cild İ, i.v. 134-135); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat dayandırılmışdır (Cild İ, i.v. 136- 137); “axtarışda olan şəxsin tutulması barədə” 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə, saat 16:00-da CM-in 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 139); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraat təzələnmişdir (Cild İ, i.v. 141-142); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-547/2024 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələri ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək-xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (Cild İ, i.v. 175-176); ““Azercell Telekom" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, X6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən 28 may 2024-cü il tarixədək çoxsaylı, bəzi tarixlərdə gün əzində bir neçə telefon zəngləri qeydə alınmış, həmin zənglərin əksəriyyətində X30 Şükürovaya zəng etmişdir. Əsmər Şükürovanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə özünü ona Rəna Kərimova kimi təqdim etmiş şəxsin istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında telefon danışıqlarının götürüldüyü dövr ərzində danışıq qeydə alınmamışdır. Əsmər Şükürovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən özünü ona Rəna Kərimova kimi təqdim etmiş şəxsin istifadəsində olmuş 055- ***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə, 17:29 dəqiqədə “Rəna məni Prezidentin. Əli Nağıyevin, Mehriban xanımın adından aldadıb əlimdənin aldığın 2.100 manat pulumu nə vaxt qaytaracaqsan zəng edirəm özünü eşitməməzliyə vurursan ayın axırına qədər pulumu qaytarmağını tələb edirəm.heç yalanlarından utanmadınmı pula görə balanı da öldürüb diriltdin sənin hərəkətlərinə mən çox acıdım" məzmunlu mesaj göndərilmişdir. Baxış zamanı həmçinin, müəyyən edilmişdir ki, Əsmər Şükürovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə özünü ona DTX əməkdaşı Faiq Məmmədov kimi təqdim etmiş şəxsin istifadəsində olmuş, Təqsirləndirilən şəxs adına olan 055-841- 64-99 mobil telefon nömrəsi arasında 30 may 2024-cü il tarixdən 18 iyun 2024cü il tarixədək çoxsaylı telefon zəngləri qeydə alınmışdır. Bundan əlavə, Əsmər Şükürovanın ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 15:43 dəqiqədə “Salam Qardaş xahiş edirəm bizə cavab verəsiniz" məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 12:27 dəqiqədə “Cavab verməsən bir başa D T X yə sənin barəndə məlumat verəcəyəm m əni dtx adından aldadıb qoyduğunu bütün medyada verəcəyəm sənin dtx adından yazdığın mesajları da sənə verilən pulların qıbzlıtidı əl fədir cavab verməsən telekanallara medyaya sənin dələduzluğu bar ədə məlumat verilə cv ək kim olduğun araşd rılacaq yaxşısı budur cavab ver" məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa, Əsmər Şükürovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə özünü ona DTX əməkdaşı Faiq Məmmədov kimi təqdim etmiş şəxsin istifadəsində olmuş, X12 adına olan ***-***-**-** mobil telefon nömrəsi arasında 15 və 16 iyul 2024-cü il tarixlərdə telefon danışığı qeydə alınmışdır. Bundan əlavə. Əsmər Şükürovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 14:20 dəqiqədə “Aç telefonu cavab ver məni dtx nin prezidentin dtx min rəisinin adından istifadə edib etdiyin dələduzluğa görə bir başa səndən dtxyə şikayət göndərəcəyəm onu bil ki dünya dərəbəylik deyil kimsə kimin pulunu aldadıb əlindən alıb qaça bax nə qədər səndən şikayət getməyib ya pulumu yada evimin sənədlərini gətir” məzmunlu mesaj göndərilmişdir (Cild İ, i.v. 186-187); “Baxış keçirilməsi haqqında” 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank kartı hesab nömrəsinə müxtəlif məbləğlərdə pul köçürməsinə dair ödəniş qəbzlərinə baxış keçirilmişdir. Ödəniş qəbzlərinə baxış zamanı müəyyən edilmişdir. X6 təqdim etdiyi qəbzlər onun Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank kartı hesab nömrəsinə müxtəlif məbləğlərdə pul köçürməsinə dair qəbzlərdir. Həmin qəbzlərə əsasən X6 Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank <artı hesab nömrəsinə aşağıda göstərilən tarixlərdə və məbləğlərdə ödəniş sistemləri vasitəsilə pul köçürməsi müəyyən edildi: Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC- yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 12:36-da 1300 (min üç yüz) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC- yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 15:24-da 3400 (üç min dörd yüz) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC- yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 14:55-da 4000 (min büş yüz) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC- yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 17:51-da 1000 (min) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC- yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 09:59-da 1000 (min) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC- yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 21:07-də 4000 (min) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC-yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 08:46-da 1500 (min beş yüz) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC- yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 17:11-da 3500 (üç min beş yüz) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC-yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) AZN; Təqsirləndirilən şəxs məxsus “**********953596“ saylı Kapital Bank ASC-yə məxsus bank kartı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 13:19-da Tam Store 121, ünvan 10 ünvanında 1500 (min beş yüz) AZN köçürülmüşdür (Cild İİ, i.v. 43-44); “mülki iddiaçı qismində tanınma haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X10 mülki iddiaçı qismində tanınmışdır (Cild İİ, i.v. 72); “mobil telefona baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli material üzrə Dövlət Təhlükəsizlik Xidmətindən təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus “Honor X6a” mobil telefona baxış keçirilmiş, telefona baxış zamanı müəyyən edildi: “Honor X6a” markalı mobil telefon sönülü vəziyyətdədir. Telefon yükləyici vasitəsilə elektrik enerjisinə qoşulduqdan sonra yoxladıqda telefon yandı. Telefon iki simkartlıdır. Simkart yerində bir ədəd sim kart vardır. Yoxlanılarkən telefonun üzərindəki mobil nömrənin ***-***-**-** mobil telefon nömrəsi olduğu müəyyən edildi. Telefonda yaddaş kartı üçün yer olduğu, lakin həmin yerdə yaddaş kart olmadığı müəyyən edildi. Mobil telefonun kontaktlar bölməsində daxil olduqda çoxsaylı mobil telefon nömrələrinin müxtəlif adlarla telefonun yaddaşına qeyd edildiyi, həmçinin Təqsirləndirilən şəxs özünün istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin “Qərgah Rəisi 704” adı ilə, ***-***- **-** mobil telefon nömrəsinin “Mayor Məəmdov 704” adı ilə, 050-698- 20-99 mobil telefon nömrəsinin “Asli” adı ilə, ***-***-**-** mobil telefon nömrəsinin “Komandir 704” adı ilə telefonun yaddaşına qeyd edildiyi müəyyən edildi. Telefonda olan “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin həmin proqramda qeydiyyatdan keçirildiyi və müxtəlif mobil nömrələrlə yazışmalar qeydə alındığı müəyyən edildi. “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin proqramda qeydiyyatdan keçirilmiş 055-598- 39-26 telefon nömrəsi ilə mobil telefonun yaddaşına “Asli” adı ilə qeyd edilmiş Azercell mobil operatoruna məxsus ***-***-**-** telefon nömrəsi arasında 11 iyul 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək yazışma və giriş çıxış zəngləri qeydə alınması, həmçinin Asli adlı istifadəçinin bir neçə dəfə blok edilib daha sonra blokdan çıxarılması müəyyən edildi. Həmin yazışmalarda hər iki mobil telefon nömrəsinin istifadəçisinin bir-birilərinə yazılı və səsli mesaj göndərdiyi müəyyən edildi. Baxış zamanı həmçinin, müəyyən edilmişdir ki, “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə mobil telefonun yaddaşına “Asli” adı ilə qeyd edilmiş ***-***-**-** telefon nömrəsindən 12 iyul 2024-cü il tarixdə, saat 15:09 dəqiqədə ***-***-**-** mobil telefon nömrəsinə “Qasım sən görürsən hamının işini həll etdim hərbiçi yoldaşının da başqalarının da işini həll etdim mənə gələndə məni doladın indi ona görə də hamının yanında hörmətdən düşmüsən hamı deyir öz bibisini aldadan adam bizim adamımız ola bilməz” məzmunlu yazılı mesaj göndərilmişdir. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin proqramda qeydiyyatdan keçirilmiş ***-***-**-** telefon nömrəsi ilə mobil telefonun yaddaşına “Xaliq” adı ilə qeyd edilmiş Azercell mobil operatoruna məxsus ***-***-**-** telefon nömrəsi arasında 06 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək yazışma qeydə alındığı, həmin yazışmalarda hər iki mobil telefon nömrəsinin istifadəçisinin bir-birilərinə yazılı və səsli mesaj göndərdiyi müəyyən edildi. “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə mobil telefonun yaddaşına “Xaliq” adı ilə qeyd edilmiş ***-***-**-** telefon nömrəsindən 06 avqust 2024-cü il tarixdə, saat 20:00 dəqiqədə ***-***-**-** mobil telefon nömrəsinə “Maysinialdln Əslipulunuissyir 3000mini” məzmunlu yazılı mesaj göndərilmiş, həmin mesaja cavab olaraq Təqsirləndirilən şəxs həmin gün, saat 20:01 dəqiqədə “Tmm dansar iq gələn adam yaza bilməm” məzmunlu yazılı mesaj göndərilmişdir. “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin proqramda qeydiyyatdan keçirilmiş ***- ***-**-** telefon nömrəsindən telefonun yaddaşına “Mayor Məəmdov 704” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə 28 iyun 2024-cü il tarixdə, saat 00:10-00:17 dəqiqələrdə “Qasim, Maxi. G*tn*.Basna yaxir, herbi hisede araq la tutmsam, gör nenesen, hem de sensir tellon dudllub icnde silahla. Olan sekil bir yerde, maxelere gore sabahdan zabit lere qadağa qoyacam herbi hiseden lay cole cixmyasiz siz zabitler ” məzmunlu mesajlar göndərilmiş, həmin mesajlara cavab olaraq isə Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə, saat 00:12-00:25 dəqiqələrdə “Sabah izahadin alacam cənab mayor hec nə təqiqadin aparacam sabah onun anasını agladacam, sabah izahadin alib prakroluqa göndürecəmm, Cənab mayor xaiş elrem 23:00 mn vacapda girməcəm sevdiyim qadin mni qisaqnir allaha and olsun ki mənə elə inde kusludu vacapnada bu vaxtlar girdiymə görə qurban olum cənab mayor mnə nə sualınız varsa əgər hərbi hisyə gələndə deyin burda vacapda demeyin” məzmunlu yazılı mesajlar göndərmişdir. Bundan başqa, “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin proqramda qeydiyyatdan keçirilmiş ***-***-**-** telefon nömrəsindən telefonun yaddaşına “Ömrüm” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsi arasında sevgi məzmununda yazışmalar qeydə alınmışdır. Telefonda olan “WhatsApp Business” ani mesajlaşma mübadilə sisteminə baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin həmin proqramda qeydiyyatdan keçirildiyi və müxtəlif mobil nömrələrlə yazışmalar qeydə alındığı müəyyən edildi. WhatsApp Business” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin proqramda qeydiyyatdan keçirilmiş 055-531- 45-83 telefon nömrəsindən mobil telefonun yaddaşına “Qərgah Rəisi 704” adı ilə qeyd edilmiş ***-***-**-** telefon nömrəsinə 29 iyul 2024-cü il tarixdə, saat 22:41-23:02 dəqiqələrdə “Salam Qasim, Qasim otaqda sənəd var, onu götre apar tibb məntəqsnə ver, orda nöbəcı həkmə ver, bdə orda nöbəcyə nəzarət elə gecə silah otaqda yatir” məzunlu yazılı mesajlar göndərilmiş, həmin mesajlara cavab olaraq 29 iyul 2024-cü il tarixdə, saat 22:41- 23:02 dəqiqələrdə “Salam, cənab moyor, bəli cənab mayor, hə, oldu cənab mayor” məzmunlu yazılı mesajlar göndərilmişdir. Bundan başqa, “WhatsApp Business” ani mesajlaşma mübadilə sistemi vasitəsilə həmin proqramda qeydiyyatdan keçirilmiş ***-***-**-** telefon nömrəsindən telefonun yaddaşına “Dəniz” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsi arasında sevgi məzmununda yazışmalar qeydə alınması müəyyən edilmişdir. Telefonun “fayllar” bölməsində Təqsirləndirilən şəxs hərbi formada çəkdirdiyi şəkillər olması müəyyən edildi. Bundan əlavə telefonda Mesajlar, Telefon bölməsində, İnstagram, TikTok və digər proqramlarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilmədi. Baxış zamanı “WhatsApp” və “WhatsApp Business” proqramlarında iş üzrə əhəmiyyət kəsb edən nömrələrlə qeydə alınmış yazışmalar çıxarılaraq protokola əlavə edildi.Yuxarıda qeyd olunan mobil telefona baxış zamanı “Redmi Note 9 Pro” markalı mobil telefonla fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər çap edilərək protokola əlavə edilmişdir (Cild İİ, i.v. 76-77); "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu CD-ni “HP” markalı kompüterin disk yuvasına daxil etməklə baxış keçirilmişdir, diskə baxış zamanı müəyyən olundu: Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların götürüldüyü, həmin mobil nömrənin istifadə edildiyi 29 fevral 2024-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək olan dövr ərzində həmin mobil telefon nömrəsi ilə çoxsaylı mobil telefon nömrələri ilə arasında danışıq qeydə alındığı müəyyən edildi. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə həmin mobil nömrənin istifadə edildiyi 29 fevral 2024-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında cəmi iki dəfə telefon danışığı qeydə alınmışdır. 1-ci telefon danışığı xx.xx.2024-cü il tarixdə, saat 22:05-dən etibarən 9 saniyə müddətində olmuşdur. Anten məlumatlarına əsasən həmin danışıq zamanı ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi - LBBK4287G3/LBBK4287 20 yanvar streetZZNasimiZ (40.411xx/xx.8073) ünvanında olmuşdur. Həmin nömrələr arasında 2-ci telefon danışığı isə xx.xx.2024-cü il tarixdə, saat 22:03 dəqiqədən etibarən 68 saniyə müddətində olmuşdur. Anten məlumatlarına əsasən həmin danışıq zamanı ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi - LSVN3613O1/LSVN3613 Mugan/ZHajigabul/ (40.10006Z48.81988) ünvanında olmuşdur. Baxış zamanı həmçinin anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə, saat 22:05-də - UBBK4287CZUBBK4287 20 yanvar streetZBakı şəhəri, ünvan 11 ünvanında, xx.xx.2024-cü il tarixdə, saat 22:03 dəqiqədə isə USVN3613DZUSVN3613 MuganZHacıqabul rayonu, Muğan qəsəbəsiZHajigabulZ (40.10006Z48.81988) ərazisində olmuşdur. Bundan başqa, baxış zamanı ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin istifadə edildiyi eyni tarix və vaxt yoxlanıldıqda həmin nömrə istifadəçilərinin eyni anten dairəsində, yəni eyni ərazidə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri arasında telefon danışıqlarının götürüldüyü dövr ərzində danışıq qeydə alınmamışdır. X6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə, 17:29 dəqiqədə “Rəna məni Prezidentin, Əli Nağıyevin, Mehriban xanımın adından aldadıb əlimdənin aldığın 2.100 manat pulumu nə vaxt qaytaracaqsan zəng edirəm özünü eşitməməzliyə vurursan ayın axırına qədər pulumu qaytarmağını tələb edirəm.heç yalanlarından utanmadınmı pula görə b alanı da öldürüb diriltdin sənin hərəkətlərinə mən çox acıdım” məzmunlu mesaj göndərilmişdir. Baxış zamanı həmçinin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan 055-841- 64-99 mobil telefon nömrəsi ilə həmin mobil nömrənin istifadə edildiyi 01 fevral 2024-cü il tarixdən 05 iyul 2024-cü il tarixədək olan dövr ərzində X6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələri arasında 10 dəfə telefon danışığı qeydə alınmış, həmin zənglərin əksəriyyətində ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi Əsmər Şükürovaya zəng etmişdir. Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələri arasında xx.xx.2024cü il tarixdə, saat 09:04-dən etibarən 1158 saniyə müddətində telefon danışığı qeydə alınmış, həmin danışıq zamanı ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi Əsmər Şükürovaya zəng etmiş və anten məlumatlarına əsasən qeyd edilən danışıq zamanı ***- ***-**-** mobil telefon nömrəsinin istifadəçisi - Agcabedi-2/Ağcabədi rayonu, Səməd Vurğun küçəsi, ev 159, Qəhrəman marketdən 300 metr şimal şərqə/Aghjabadi/ (40.05xx/xx.4662) ünvanında olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024cü il tarixdə, saat 09:04 dəqiqədə - Agcebedi Avtovagzal/Ağcabədi şəhəri,Xəlfələddin küçəsi, ev 1, Köhnə Avtovağzal/Aghjabadi/ (40.05xx/xx.4484) ünvanında olmuşdur. Bundan başqa, baxış zamanı ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin istifadə edildiyi eyni tarix və vaxt yoxlanıldıqda həmin nömrə istifadəçilərinin eyni anten dairəsində, yəni eyni ərazidə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə X6 istifadəsində ***-***-**-** mobil telefon nömrəsi arasında telefon danışıqlarının götürüldüyü dövr ərzində danışıq qeydə alınmamışdır. Bundan əlavə, X6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsinəl6.06.2024-cü il tarixdə, saat 15:43 dəqiqədə “Salam Qardaş xahiş edirəm bizə cavab verəsiniz” məzmunlu mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə onun adına olan ***-***-**-** mobil telefon nömrəsi arasında telefon danışıqlarının götürüldüyü dövr ərzində danışıq və SMS qeydə alınmamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən 28 may 2024-cü il tarixədək çoxsaylı, bəzi tarixlərdə gün əzində bir neçə telefon zəngləri qeydə alınmış, həmin zənglərin əksəriyyətində X30 Şükürovaya zəng etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə X6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdən 12 iyun 2024-cü il tarixədək çoxsaylı, bəzi tarixlərdə gün ərzində bir neçə telefon zəngləri qeydə alınmışdır. Təqsirləndirilən şəxs adına olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri xx.xx.2024-cü il tarixdən sonra istifadə edilməmişdir. Bundan başqa, baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin Zəminə Şükürovanın adına olması müəyyən edildi. Yuxarıda qeyd olunanlardan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı zəng və ya sms aşkar edilmədi. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, onun adına olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin anten məlumatları və sms mətnləri iş üzrə əhəmiyyət kəsb edən hissədə kağız daşıyıcıda çap edilərək protokola əlavə edilmişdir (Cild İİ, i.v. 100-101); Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 31 oktyabr 2024-cü il tarixli, 51/2-41090 nömrəli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Rəna Kərimova və Faiq Məmmədov adlı şəxslərin mövcudluğu, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə başqa şəxslərin pulunu və ya əmlakını ələ keçirməsi, eləcə də dələduzluq yolu ilə ələ keçirdiyi pulları hara və ya kimin üçün xərcləməsi müəyyən edilməmişdir (Cild İİ, i.v. 132); “cinayət əməllərinin hüquqi tövsifi haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədildiyi müəyyən edilmiş cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4 və 310-cu maddələrinə tövsif edilmişdir (Cild İİ, i.v. 183-185); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (Cild İİ, i.v. 186-187); “mülki cavabdeh qismində tanınma haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır (Cild İİ, i.v. 215- 216); “Kapital Bank ASC-dən daxil olmuş bank əməliyyatlarına dair məlumatların əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə “Kapital Bank ASC”-dən daxil olmuş bank məlumatlarının əks olunduğu CD-ni “HP” markalı kompüterin disk yuvasına daxil etməklə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən olundu: Diskdə 167 ədəd qovluq vardır. Həmin qovluqlara baxış zamanı müəyyən edildi ki, “Kapital Bank ASC”-yə məxsus **********953596 nömrəli plastik bank kartı hesabı Təqsirləndirilən şəxs adınadır. Təqsirləndirilən şəxs adına olan **********953596 nömrəli bank hesabı üzrə bank əməliyyatlarına dair məlumatların götürüldüyü, həmin bank hesabının istifadə edildiyi 01 fevral 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək olan dövr ərzində hesaba müxtəlif vaxtlarda pul köçürülmüş, eləcə də hesabdan bankomat vasitəsilə müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pul çıxarılmış və həmin əməliyyatlar zamanı pulu çıxarmış şəxsin bankomat vasitəsilə çəkilmiş fotoşəkil görüntüləri fayl formasında təqdim edilmişdir. Diskdə olan qovluqlardakı bankomatdan pul çıxarış şəx baxış zamanı müəyyən edilmişdir ki, həmin kart hesabı üzrə bankomatdan bütün pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən çıxarılmışdır. Bundan başqa, təqdim edilən görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə bankomatdan pul çıxarılarkən Təqsirləndirilən şəxs hərbi geyim formasında olmuşdur. Yuxarıda qeyd olunanlardan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilmədi (Cild İİ, i.v. 251); X4 Sistemi vasitəsilə Məhkumluq məlumatları alt bölməsindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild İİİ, i.v. 1); “sübutların qiymətləndirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Honor X6a” markalı mobil telefon, "xxxx" MMC və “Azercell Telekom MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk, bank məlumatlarının əks olunduğu 01 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 02 ədəd CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilməsi, CD disklərin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus, mobil telefon isə Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmışdır (Cild İİİ, i.v. 157- 186); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş X6 iddia ərizəsindən görünür ki, dələduzluq yolu ilə ələ keçirilmiş ona məxsus olan 36.000 (otuz altı min) manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. İş üzrə göstərilən Azərbaycan Respublikası CM-nin 310-cu maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində fiziki və hüquqi şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin hərbi rütbəsində olan vəzifəli şəxs kimi təqdim etmiş və onun bu hərəkətləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nüfuzuna xələl gətirməklə, adı çəkilən dövlət orqanlarının hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməllərini etiraf edərək peşman olmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan "xxxx" MMC və “Azercell Telekom MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk, bank məlumatlarının əks olunduğu 01 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs məxsus “Honor X6a” markalı mobil telefonun Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərər çəkmiş şəxs) X10 mülki iddia verərək, Təqsirləndirilən şəxs 36.000 (otuz altı min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı-zərərçəkmiş şəxsin iddia tələbi təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 36.000 (otuz altı min) manat pul tutularaq mülki iddiaçı (zərər çəkmiş şəxs) X6 xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 04 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - "xxxx" MMC və “Azercell Telekom MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk, bank məlumatlarının əks olunduğu 01 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs məxsus “Honor X6a” markalı mobil telefonun Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması nəzərə alınsın. Mülki iddia tələbi təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 36.000 (otuz altı min) manat pul tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X9 ödənilsin. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-292/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-292/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver