Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-293/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 14-cü məhəllə, yataqxana 2, otaq 1 ünvanında yaşamış, barəsində 13.12.2020-ci il tarixində Yasamal rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28.04.2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən “Səməd Vurğun” parkında istintaqa adı Anar kimi məlum olan şəxsdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43 ünvan, nömrə 76, 22 aprel 2019-cu il tarixli ştampı vurulmuş eləcə də “verilir Şahid3 ondan ötrü ki, o 06.05.2019-cu il tarixdən ömürlük 2-ci qrup əlilliyə görə həqiqətən bir min dörd yüz altmış dörd manat məbləğdə pensiya alır” sözləri yazılmış, habelə rəis müavini Mail Məmmədovun baş mühasib Zenfira Abdullayevanın və icraçı Gülsoğra Pənahovanın ad və soyadlarının qarşısında başqa şəxs tərəfindən icra olunmuş imzalar olan saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən arayışı əldə edərək həmin gün saat 10 radələrində ünvan 5 ünvanında Şahid3 istifadə etmək məqsədilə 300 manata satmışdır. Bundan başqa o, 05.05.2019-cu il tarixdə Nəsimi rayonu, Puşkin küçəsi 5 ünvanında yerləşən “Səməd Vurğun” parkında istintaqa adı Anar kimi məlum olan şəxsdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43 ünvan, nömrə 125, 05 aprel 2019-cu il tarixli ştampı vurulmuş eləcə də “verilir Şahid4 ondan ötrü ki, o 06.05.2019-cu il tarixdən ömürlük 2-ci qrup əlilliyə görə həqiqətən bir min dörd yüz altmış dörd manat məbləğdə pensiya alır” sözləri yazılmış, habelə rəis müavini Mail Məmmədovun baş mühasib Zenfira Abdullayevanın və icraçı Gülsoğra Pənahovanın ad və soyadlarının qarşısında başqa şəxs tərəfindən icra olunmuş imzalar olan saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən arayışı əldə edərək 06.05.2019-cu il tarixdə, saat 10 radələrində ünvan 5 ünvanda Şahid4 istifadə etmək məqsədilə 4000 manata satmışdır. Bundan başqa o, 07.05.2019-cu il tarixdə, saat 10 radələrində Nəsimi rayonu, Puşkin küçəsi 5 ünvanında yerləşən “Səməd Vurğun” parkında istintaqa adı Anar kimi məlum olan şəxsdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi ” nin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43 ünvan, nömrə 126, 07 iyun 2019-cu il tarixli ştampı vurulmuş, eləcə də “verilir X2 ondan ötrü ki, o, 06.05.2019-cu il tarixdən ömürlük 2-ci qrup əlilliyə görə həqiqətən də bir min üç yüz altmış dörd manat məbləğdə pensiya alır” sözləri yazılmış, habelə rəis müavini Mail Məmmədovun baş mühasib Zenfira Abdullayevanın və icraçı Gülsoğra Pənahovanın ad və soyadlarının qarşısında başqa şəxs tərəfindən icra olunmuş imzalar olan saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən arayışı əldə edərək 08.05.2019-cu il tarixdə, saat 10 radələrində ünvan 5 ünvanda X2 istifadə etmək məqsədilə 3000 manata satmışdır. Bundan başqa o, 22.05.2019-cu il tarixdə, saat 15 radələrində Nəsimi rayonu, Puşkin küçəsi 5 ünvanında yerləşən “Səməd Vurğun” parkında istintaqa adı Anar kimi məlum olan şəxsdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43 ünvan, nömrə 121, 20 may 2019-cu il tarixli ştampı vurulmuş, eləcə də “verilir X10 ondan ötrü ki, o 20.10.2015-il tarixdən ömürlük 2-ci qrup əlilliyə görə həqiqətən bir min beş yüz iyirmi manat məbləğdə pensiya alır” sözləri yazılmış, habelə rəis müavini Mail Məmmədovun baş mühasib Zenfira Abdullayevanın və icraçı Gülsoğra Pənahovanın ad və soyadlarının qarşısında başqa şəxs tərəfindən icra olunmuş imzalar olan saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən arayışı əldə edərək 23.05.2019-cu il tarixdə, saat 10 radələrində ünvan 5 ünvanda X10 istifadə etmək məqsədilə 1700 manata satmışdır. Bundan başqa o, 09.06.2019-cu il tarixdə saat 10 radələrində Nəsimi rayonu, Puşkin küçəsi 5 ünvanında yerləşən “Səməd Vurğun” parkında istintaqa adı Anar kimi məlum olan şəxsdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi ”nin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43 ünvan, nömrə 128, 07 iyun 2019-cu il tarixli ştampı vurulmuş, eləcə də “verilir Şahid1 ondan ötrü ki, o 30.05.2014-cü il tarixdən ömürlük 2-ci qrup əlilliyə görə həqiqətən də bir min yüz iyirmi altı manat məbləğdə pensiya alır” sözləri yazılmış, habelə rəis müavini Mail Məmmədovun baş mühasib Zenfıra Abdullayevanın və icraçı Gülsoğra Pənahovanın ad və soyadlarının qarşısında başqa şəxs tərəfindən icra olunmuş imzalar olan saxtalaşdırılmış hüquq verən rəsmi sənəd hesab edilən arayışı əldə edərək 11.06.2019-cu il tarixdə saat 10 radələrində ünvan 6 ünvanda Şahid1 istifadə etmək məqsədilə 2000 manata satmışdır. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin mart-aprel aylarında təsadüfən 28 May metrosunun yaxınlığında yerləşən “Səməd Vurğun” parkının qarşısında əvvəllər tanımadığı “Anar” adlı bir şəxslə tanış olmuşdur. Söz əsnasında Anar onun ipoteka ilə məşqul olduğunu öyrəndikdə, özünün də kredit və ipoteka ilə əlaqədar saxta sənədlər düzəltdiyini və lazım olduqda onun üçündə düzəldərək ***-**** manata satacağını demişdir. O, Anarın əlaqə nömrəsini istəsə də, Anar telefon istifadə etmədiyini və bütün gün “Səməd Vurğun” parkının qarşısında olduğunu demişdir. Həmin tarixdə kirvəsi İslam Adıgözəlova pul lazım olduğu üçün ipoteka götürməsində ona kömək etməsini xahiş etmiş və ipoteka məsələsində tanışı Şahid3 ona girov qalacağını demişdir. Daha sonra İslam özünün və eyni zamanda Cabirin pensiya kartı ilə birgə digər sənədləri ona vermiş, o da həmin sənədləri alıb 27.04.2019-cu il tarixdə Anarın yanına gedib ucuz qiymətə saxta arayış düzəltməsini ondan xahiş etmişdir. Anar ondan 300 manat alaraq bunun müqavilində Şahid3 adına 28.04.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin, üzərində “Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43” 22 aprel 2019-cu il tarixli, nömrə 76 və “ömürlük əlil olduğu üçün 1143.86 manat pensiya alır” sözləri yazılmış saxta arayışı ona satdıqdan sonra o da həmin saxta arayışı heç bir məbləğdə pul təmənnası olmadan İslam Adıgözəlova vermişdir. Bundan başqa 2019-cu ilin may ayında Fikrat adlı bir şəxs Sumqayıt şəhərində yerləşən çayxanaların birində ona yaxınlaşaraq tanışı Şahid4 10000 manat pul kredit götürməsində ona köməklik etməsini xahiş etmiş və bunun müqabilində ona 4000 manat pul verəcəyini demişdir. O da 05.05.2019-cu il tarixdə, saat 15 radələrində Şahid4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin, üzərində “Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43” 05.04.2019cu il tarixli, nömrə 125 və “ömürlük əlil olduğu üçün 1400 manat pensiya alır” sözləri yazılmış saxta arayışı 2000 manata həmin tarixdə Nəsimi rayonunda yerləşən S.Vurğun parkının qarşısında Anar adlı şəxsdən alaraq 06.05.2019-cu il tarixdə, saat 10 radələrində Rafiqi Nəsimi rayon, 28 May küçəsi 71/77 ünvanında yerləşən "xxxx" MMC-nin qarşısında Şahid4 4000 manata satmışdır. Bundan başqa, 2019-cu ilin may ayının əvvəllərində Sumqayıt şəhərində yerləşən çayxanaların birində çay içdiyi zaman tanımadığı X5 ona yaxınlaşaraq öncə ipoteka götürmək istədiyini demiş, lakin bu alınmayacağı təqdirdə onun üçün 15000 manat pul kredit götürməsindən ötrü saxta arayış düzəltməsini xahiş etmişdir. O da Məhiyəddinin şəxsiyyət vəsiqəsini almış və 08.05.2019-cu il tarixdə, saat 10 radələrində Nəsimi rayon ərazisində yerləşən “S.Vurğun” parkının qarçşısında Məhiyyəddinin adına düzəldilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin, üzərində “Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43” 06.05.2019-cu il tarixli, nömrə 126 və “ömürlük əlil olduğu üçün 1364 pensiya alır” sözləri yazılmış saxta arayışı 2000 manata Anar adlı şəxsdən alaraq 08.05.2019-cu il tarixdə, saat 10 radələrində ünvan 5 ünvanda Məhiyyəddin Seyidova 3000 manata satmışdır. Bundan başqa, əvvəllər tanımadığı X15 2019-cu ilin may ayının ortalarında Sumqayıt şəhərində yerləşən kafedə ona yaxınlaşaraq ipoteka götürməkdə kömək etməsini, bu alınmadığı halda saxta arayış əsasında 15000 manat pul kredit götürmək istədiyini ona demişdir. O da 23.05.2019-cu il tarixdə səhər saatlarında Nəsimi rayon ərazisində yerləşən S.Vurğun bağının qarşısında Anar adlı şəxsdən Elşad Quliyevin adına, guya 20.10.2015-ömürlük 2-ci qrup əlil olduğu üçün 1520,45 manat pensiya almağı barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin, üzərində “Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43” 20 may 2019cu il tarixli, 121 nömrəli saxta arayışı 700 manata alaraq 24.05.2019-cu il tarixdə, saat 12:30 radələrində ünvan 7 ünvanında yerləşən “Bank Respublika”nın qarşısında Elşad Quliyevə 1700 manata satmışdır. Bundan sonra 2019-cu ildə Bayramov Məzahim Asim oğlu kredit götürmək üçün ona köməklik göstərməsini xahiş etdikdə, o da Anarla görüşərək Şahid1 adına “30.05.2014-cü il tarixdən ömürlük 2-ci qrup əlil olduğu üçün 1126,42 manat pensiya alır” sözləri yazılmış saxta arayışı düzəltdirərək Anardan 1000 manata almış və həmin saxta arayışı 11.06.2019-cu il tarixdə saat 10 radələrində ünvan 6 ünvanda Şahid1 2000 manata satmışdır. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibinə xitam verilməlidir) barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında tanışı X18 ilə Sumqayıt şəhərində yerləşən çayxanaların birində çay içərkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs və eyni zamanda Rauf Adıgözəlov adlı şəxslər onlara yaxınlaşaraq Elçin Nəbiyevlə salamlaşmışlar. Elçin Nəbiyev həmin zaman Əyyubun işgüzar və çox saylı şəxslərlə əlaqəli olduğunu demişdir. O da bu səbəbdən banklardan kredit götürmək istədiyini və ona bu barədə köməklik etmələrini Əyyubdan xahiş etmişdir. Əyyubla Rauf 4000 manatın müqabilində onun üçün yüksək pensiya almasına dair saxta arayış düzəldəcəklərini və onun da həmin arayış əsasında "xxxx" bankdan 15000 manat pul kredit götürəcəyini bildirmişdir. O, Əyyubla Raufun təklifinə razılaşdığı üçün öz şəxsiyyət vəsiqəni onlara vermişdir. Bundan sonra sonuncular onun kredit götürməsi üçün mütləq şəkildə zaminə ehtiyac olduğunu bildirdikdə, o da Elçin Nəbiyevdən ona zamin olmasını xahiş etmiş və E.Nəbiyev də onun xahişini qəbul edərək ona təmənnasız zamin olacağına razılaşmışdır. Daha sonra Əyyubla Rauf onu 08.05.2019-cu il tarixdə, saat 14 radələrində ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-yə çağırmışlar və o da öz növbəsində Elçini ora dəvət etmişdir. X19 adına tərtib olunmuş 1364,41 manat pensiya alması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat ldarəsi”nin, üzərində “Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43” 06.05.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış saxta arayışı ona verərək digər sənədləri ilə birgə kredit mütəxəssisinə təqdim etməsini demişlər. O, həmin saxta arayışla birgə öz digər sənədlərini, eyni zamanda Elçin Nəbiyev də öz sənədini bank işçisi olan kredit mütəxəsisi Renat Heybətzadəyə təqdim etmişdir. Sonuncu sənədlərə baxdıqdan 10-15 dəqiqə sonra ona kredit ayrılmasına dair müqavilə və digər sənədlər imzalatdıqdan sonra qəbz verərək ünvan 7 ünvanında yerləşən “Bank Respublika”nın Nəsimi filialına göndərmişdir. Elçin Nəbizadə ondan ayrıldıqdan sonra o, Rauf və Əyyubla birgə banka gedərək orada 15000 manat götürdükdən sonra aralarında əvvəlcədən razılaşdıqları kimi 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, bankdan götürdüyü məbləğdən 8000 manata özünə 2002-ci il buraxılışlı “Mitsubishi Grander” markalı avtomobil almış və qalan pulları da öz ehtiyacına xərcləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında xatırlamadığı bir şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxs yüksək pensiya alma barədə saxta arayış düzəldib 2-3 min manata satdığını dedikdə o da həmin usulla bankların birindən kredit götürərək həmin məbləği ödəməməklə ələ keçirmək qərarına gəlmişdir. Odur ki, Əyyubun yerini öyrəndikdən sonra Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən çayxanaların birində onunla görüşmüşdür. Orada Əyyuba ona satacağı saxta pensiya alması barədə arayışla 15-20 min manat kredit götürmək istədiyini dedikdə sonuncu yalnız həmin saxta arayışla, eləcə də, özünə bir zamin gətirməklə TBC bankdan ən çox 10000 manat götürə biləcəyini və arayışı isə ona 3000 manata satacağını demişdir. O, razılaşdığı üçün öz şəxsiyyət vəsiqəsini ona vermiş və tanışı X3 isə kredit götürdüyü təqdirdə həmin vəsait hesabına birgə taxta sexi açacağını vəd verərək ona zamin olmasını xahiş etmişdir. Sonuncu onun təklifinə razı olmuşdur. Daha sonra 10.06.2019-cu il tarixdə, saat 10 radələrində Əyyub ona zamini ilə birgə Nəsimi rayonu, 28 may metrosunun yaxınlığında yerləşən “TBC” adlı banka gəlməsini demişdir. O, Salmanla birgə oraya gedərək Təqsirləndirilən şəxsla görüşmüşdür. Orada Əyyub ona, güya 30.05.2014-cü il tarixdən ömürlük 2-ci qrup əlil olduğu üçün 1126,42 manat pensiya alması barədə arayış vermişdir və həmin arayışın üzərində əlavə olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat İdarəsi”nin, üzərində “Az11c8. Bakı şəhəri, Z.Bünyadov 43” 07 iyun 2019-cu il tarixli, 128 nömrəli yazılarının olduğunu görmüşdür. Əyyub həmin arayışı ona verdikdən sonra kredit mütəxəsisi tərəfindən verilən sualların cavablarını ona xatırlatmışdır. Daha sonra zamini Salmanla birgə banka daxil olaraq növbə götürdükdən sonra bank işçisinə yaxınlaşaraq sənədləri ona təqdim etmişdir. Bank işçisinin suallarına Əyyubun dediyi kimi cavab verdikdən sonra zamini Salmanın rəsmi iş yeri olmadığını bildirərək cəmi 7000-7300 manat kredit ala biləcəyi və ertəsi gün bank tərəfindən ona məlumat veriləcəyi deyilmişdir. 11.06.2019-cu il tarixdə, saat 11 radələrində Bank tərəfindən ona zəng olunaraq Nəsimi rayonu, D.Əliyeva küçəsi 243 ünvanında yerləşən “Bank Respublika”nın Nəsimi filialına dəvət olunmuş və orada 7.300 manat pul kredit götürdükdən sonra əvvəlcədən razılaşdıqları kimi saxta arayışa görə 2000 manat Əyyuba vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, 10000 manat pul kredit götürməkdən ötrü keçmiş hərbçi olmuş tanışı X6 vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və sonuncu ona kömək edəcəyinə vəd vermişdir. 03.05.2019-cu il tarixdə whatsapp proqramı vasitəsi ilə öz şəxsiyyət vəsiqəsinin şəklini Əyyubun istifadəsində olan 070 ******* nömrəyə göndərmişdir. 06.05.2019-cu il tarixdə Əyyub onunla əlaqə saxlayaraq kredit götürülməsinə dair bütün lazımı sənədləri düzəltdiyini, eyni zamanda Bakı şəhərində qeydiyyatda olan bir şəxsi zamin olaraq gətirməsini ona demişdir. O, 06.05.2019-cu il tarixdə, saat 10 radələrində arvadı X8 özünə zamin olacağı məqsədi ilə ünvan 11 ünvanında yerləşən "xxxx" MMC-yə aparmışdır. Bankın qarşısında Əyyub adlı şəxs kredit götürməsindən ötrü sənədləri ona verməklə bank işçiləri tərəfindən kreditlə bağlı nə qədər pensiya aldığını soruşduqları zaman 1464 manat pensiya aldığını deməsini ona tapşırmışdır. Daha sonra o, arvadı ilə kredit mütəxəssisi X11 yaxınlaşaraq sənədləri ona təqdim etmişdir. Aynurə Əliyeva sənədlərə baxdıqdan sonra kredit müqavilələrini onlara imzalatmış və ona bankdan 10000 manat götürməsindən ötrü qəbz verərək həmin tarixdə ünvan 7 ünvanında yerləşən “Bank Respublika”-nın Nəsimi filialına göndərmiş və sözü gedən bankdan 10000 manat pul kredit götürmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 25.04.2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən kafelərin birində çay içərkən tanışı Rauf Adıgözəlov ona yaxınlaşaraq oğlu İslam Adıgözəlovun 5000-6000 manat pul kredit götürmək istədiyini və ona zamin qalmasını xahiş etmişdir. O, heç bir təmənna güdmədən ona zamin ola biləcəyininə razılaşsa da, lakin 80 manat pensiya aldığını demişdir. Rauf Adıgözəlov isə ona narahat olmamasını, oğlu İslamın Əyyub adlı kirvəsinin olduğunu və onlara kömək edəcəyini söz vermişdir. O, “Kapital Bank” tərəfindən verilmiş **********415637 nömrəli plastik pensiya kartını Rauf Adıgözəlova vermişdir. 27.04.2019-cu il tarixdə Rauf Adıgözəlov ona zəng edərək İslamla birgə "xxxx" banka gəlməsini xahiş etmişdir. Odur ki, o həmin tarixdə ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-yə getmişdir. İslam özünün və eyni zamanda ona məxsus sənədləri banka təqdim etmişdir. 29.04.2019-cu il tarixdə Rauf Adıgözəlov yenidən ona zəng edərək kreditlə bağlı sənədləri imza etməsindən ötrü "xxxx" MMC-yə getməsini xahiş etdiyi üçün o da həmin banka gedərək kredit zaminlik sənədlərinə imza etmişdir. Lakin o, həmin zaman yüksək məbləğdə pensiya almasına dair saxta arayışdan məlumatsız olmuşdur. İş üzrə təyin edilmiş Sənədlərin texniki ekspertizası və Sənədlərin rekvizitlərin tədqiqi ekspertizasının 17.02.2020-ci il tarixli 2984 saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş X9 adına olan 20 may 2019-cu il tarixli, 121 nömrəli; Şahid1 adına olan 07 iyun 2019-cu il tarixli, 128 nömrəli; Şahid3 adına olan 22 aprel 2019cu il tarixli, 76 nömrəli; Şahid2 adına olan 06 may 2019-cu il tarixli 126 nömrəli; Şahid4 adına olan 05 aprel 2019-cu il tarixli, 125 nömrəli “Arayışların üzərlərindəki möhür və ştamp əksləri hər hansı bir texniki qurğu (skaynr fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdirlər. 2.Tədqiqata təqdim edilmiş X9 adına olan 20 may 2019-cu i! tarixli, 121 nömrəli; Şahid1 adına olan 07 iyun 2019-cu il tarixli, 128 nömrəli; Şahid3 adına olan 22 aprel 2019cu il tarixli, 76 nömrəli; Şahid2 adına olan 06 may 2019-cu il tarixli, 126 nömrəli; Şahid4 adına olan 05 aprel 2019-cu il tarixli, 125 nömrəli “Arayışların üzərlərindəki “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi” məzmunlu möhür və ştamp əksləri ekspertizaya təqdim edilmiş ekspermental əks nümünələri ilə eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 61,52 manat təşkil edir (İ cild, i.v.63-66). İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 29.03.2020-ci il tarixli 2985 saylı rəyindən görünür ki: 1.1. Ekspertizaya təqdim olunmuş, X9 adına olan; Şahid1 adına olan; Şahid3 adına olan; Şahid2 adına olan; Şahid4 adına olan arayışlarda “Rəis müavini:” qrafalarındakı imzalar - X16 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş, X9 adına olan; Şahid1 adına olan; Şahid3 adına olan; Şahid2 adına olan; Şahid4 adına olan arayışlarda “Baş mühasib:” qrafalarındakı imzalar - X4 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim olunmuş, X9 adına olan; Şahid1 adına olan; Şahid3 adına olan; Şahid2 adına olan; Şahid4 oğlunun adına olan arayışlarda qrafalarındakı imzalar - X7 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir (İ cild, i.v.67-69). İş üzrə təyin edilmiş Məhkəmə-xətşunaslıq ekspertizasının 09.02.2021-ci il tarixli 4/51 saylı rəyindən görünür ki: 1.1 Ekspertizaya təqdim edilmiş, 22 aprel 2019-cu il tarixli 76 saylı arayışda, 07 iyun 2019-cu il tarixli 128 saylı, 20 may 2019-cu il tarixli 121 saylı, 05 aprel 2019-cu il tarixli 125 saylı və 06 may 2019-cu il tarixli 126 saylı arayışların kserosurətlərində “Rəis müavini”, “Baş mühasib” və “İcraçı” qrafalarda əks olunmuş imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, 22 aprel 2019-cu il tarixli 76 saylı arayışda, 07 iyun 2019- cu il tarixli 128 saylı, 20 may 2019-cu il tarixli 121 saylı, 05 aprel 2019-cu il tarixli 125 saylı və 06 may 2019-cu il tarixli 126 saylı arayışların kserosurətlərində “Rəis müavini”, “Baş mühasib” və “İcraçı” qrafalarda əks olunmuş imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 104 manat təşkil edir (İ cild, i.v.119-122). “Sənədlərə baxış keçirilməsi” haqqında 03.02.2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 05.04.2019-cu il tarixli, Şahid3 27.04.2019-cu il tarixli, X9 20.05.2019-cu il tarixli, X1 06.05.2019-cu il tarixli və Şahid1 27.06.2019-cu il tarixli, pensiya almaları barədə əldə etdikləri arayışların alınmalarına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Arayışlar” üçün qeydiyyat kitabında qeydə alınmaları müəyyən edilməmişdir (İ cild, i.v.53-62). “Maddi sübut kimi tanımaq haqqında” 10.02.2021-ci il tarixli qərardan görünür ki, Şahid3 adına tərtib edilmiş, 76 nömrəli, 22 aprel 2019-cu il tarixli saxta arayış, bundan başqa Şahid4 adına tərtib edilmiş 125 nömrəli, 05 aprel 2019-cu il tarixli saxta arayış, bundan başq X1 adına tərtib edilmiş 126 nömrəli, 07 iyun 2019-cu il tarixli saxta arayış, bundan başqa X9 adına tərtib edilmiş 121 nömrəli, 20 may 2019-cu il tarixli saxta arayış və Şahid1 adına tərtib edilmiş 128 nömrəli, 07 iyun 2019-cu il tarixli saxta arayış mühüm əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və saxlanca verilməsindən ötrü cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 08 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 13.12.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Yasamal RPİ-nin İŞdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 29,180.2.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu və həmin cinayət əməllərinin 2019-ci ilin aprel-iyun aylarında törədildiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublkası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Şahid3 adına tərtib edilmiş, 76 nömrəli, 22 aprel 2019cu il tarixli, Şahid4 adına tərtib edilmiş 125 nömrəli, 05 aprel 2019-cu il tarixli, X1 adına tərtib edilmiş 126 nömrəli, 07 iyun 2019-cu il tarixli, X9 adına tərtib edilmiş 121 nömrəli, 20 may 2019-cu il tarixli və Şahid1 adına tərtib edilmiş 128 nömrəli, 07 iyun 2019-cu il tarixli saxta arayışların cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci olaraq 277,52 (iki yüz yetmiş yeddi manat, əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 41.1, 43.3, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 adına tərtib edilmiş, 76 nömrəli, 22 aprel 2019-cu il tarixli, Şahid4 adına tərtib edilmiş 125 nömrəli, 05 aprel 2019-cu il tarixli, X1 adına tərtib edilmiş 126 nömrəli, 07 iyun 2019-cu il tarixli, X9 adına tərtib edilmiş 121 nömrəli, 20 may 2019-cu il tarixli və Şahid1 adına tərtib edilmiş 128 nömrəli, 07 iyun 2019cu il tarixli saxta arayışların cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 277,52 (iki yüz yetmiş yeddi manat, əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsini vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva