Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-293/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri ünvan 8i Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatında olmaqla, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində ünvan 8i Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 18 oktyabr 2024-cü il tarixdə saat təxminən 08 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, ünvan 8i rayonu, N.Məlikov küçəsi 18 ünvanının qarşısında idarə etdiyi avtomobili qonşusu Zərərçəkmiş şəxs1 məxsus avtomobilin arxasında saxlayaraq sonuncunun həyətdən çıxışına maneə yaratması səbəbindən aralarında yaranmış qarşılıqlı mübahisə nəticəsində başlanmış dalaşma zamanı ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib nalayiq ifadələrlə Zərərçəkmiş şəxs1 təhqir edib xuliqanlıq niyyətilə qəsdən sonuncunun bədən nahiyələrinə təpik zərbələri vuraraq ona sağda Vİİ-Vİİİ qabırğaların qapalı yerinidəyişmiş sınıqları, döş qəfəsinin sağ yarısının qançır şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyələrinin, çənə, sol bazu, sağ bud nahiyələrinin qançırları, boyun, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ diz oynaqları nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən dərhal sonra öz fiziki gücünü və üstünlüklərini nümayiş etdirərək ətrafda çoxlu sayda insanların olmasına baxmayaraq yaşadığı ünvan 3 ünvanından götürdüyü istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 üzərinə gedərkən ictimai qaydanın pozulmasının və övladı Zərərçəkmiş şəxs1 bədən xəsarəti yetirilməsinin qarşısını almaq üçün münaqişəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 zor tətbiq edib sonuncunun baş nahiyəsinə silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən bir dəfə vuraraq ona alın nahiyəsinin kəsilmiş yarası ilə əlaqədar gözətrafı toxumaların hematoması, ödemi, sağ əlin V barmağının səthi kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 3 ünvanda atası Şahid1 Qulhüseyn oğlu, anası Şahid4, qardaşı Şahid2 və ailəsi ilə birlikdə yaşayır. O, «Azsamant» markalı, **-VL-*** qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edib fərdi taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin təminatını qarşılamışdır. Onlarla qonşuluqda atası Adilin xalası oğlu Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşayır. Hadisə vaxtı hər iki ailə uzun müddətdir həmin ünvanda yaşamış, şəxsən özü, digər ailə üzvləri, eləcə də Zərərçəkmiş şəxs1 həmin ünvanda doğulub böyümüşlər. Təxminən 2004-2005-ci illərdə atası Adil mərhum Həsənağanın qızına qardaşı Nihad üçün elçi getmək istəmiş, lakin Həsənağa bu elçiliyə yox dediyindən həmin vaxtdan bu iki ailənin arasında soyuq münasibət yaranmış və bu kimi səbəblərdən aralarında qohumluq və qonşuluq münasibətləri davam etdirilməmişdir. Buna baxmayaraq, aralarında hər hansı bir düşmənçilik və ya ədavətləri mövcud olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı ünvandan çıxaraq etibarnamə əsasında idarə etdiyi «Azsamant» markalı, **-VL-*** qeydiyyat nişanlı avtomaşına əyləşərək məhəllədən arxa-arxaya hərəkət edib çıxmaq istəmişdir. Lakin yaşadığı evin həyətində kənar şəxslərin avtomaşın saxlamalarına görə məhəllədən çıxmağa çətinlik çəkmiş və həmin vaxt həyətdən çıxmaq istəyən Zərərçəkmiş şəxs1 müvəqqəti olaraq özüdə istəmədən mane olmuşdur. Sükan arxasında olarkən qapı şüşəsini aşağı endirib Fuada qısa müddətə mane olduğuna görə üzr istəmişdir. Eyni zamanda onun avtomaşının arxasında olan digər avtomobilin tanımadığı sürücüsü hərəkətə başlayıb ona yol verməsini gözləmişdir ki, o da öz növbəsində Fuada yol vermiş olsun. Bu zaman Fuad onun avtomaşınına yaxınlaşaraq qapını açmış və əli ilə onu vurmuşdur. Sonra avtomobilin salonunda bir-biri ilə əlbəyaxa olub dava etmiş və səs-küyə küçəyə toplaşan şəxslər və xatırlamadığı qonşular tərəfindən müdaxilə edilərək onları sakitləşdirməyə çalışmışlar və buna baxmayaraq onlar yerə düşdükdən sonra da bir-birinə hücum edərək əl və ayaqla qarşılıqlı olaraq bir-birlərini vurmuşdur. Fuadın bıçaqla üzərinə gəlməsinin qarşısını almaq üçün avtomaşından düşərək yaşadığı evə daxil olub mətbəx bıçağı götürərək küçəyə çıxmışdır. Həmin vaxt artıq Fuadın anası, arvadı və digər çoxlu sayda qonşular və tanımadığı şəxslər hadisə yerinə toplaşmışlar. Həmin vaxt anası İradə oğlu Fuadın qarşısını kəsmiş, qardaşı Nihad isə Fuadın ona xəsarət yetirməməsi üçün onun bıçaq olan əlindən tutmuşdur. Tanımadığı şəxslər isə onu arxadan tutmuş və həmin anda əlindəki bıçaqla istmədən onların davasına müdaxilə edən İradə qarşısına çıxdıqda əlindəki bıçaqla onun baş nahiyəsinə xəsarət yetirmiş və bunu gördükdə hərəkətlərini dayandırmışdır. Ətrafda mübahisə səsinə toplaşmış çoxlu sayda tanımadığı şəxslərin köməkliyi və müdaxiləsi ilə qarşılıqlı davaya son qoyulmuş və o, bundan sonra yaşadığı evə getmişdir. Bundan sonra təxminən 5 dəqiqə sonra küçəyə çıxdıqda heç kimin olmadığını görüb avtomobilinə əyləşərək taksi fəaliyyəti göstərmək üçün ərazidən uzaqlaşmışdır. Fuadla aralarında olan dava-dalaş təxminən 15 dəqiqə davam etmiş, hadisənin şahidi olan qonşular və digər sakinlərin adlarını xatırlamır, Zərərçəkmiş şəxs2 bədən xəsarəti yetirmək və ya onu öldürmək fikri olmamış, özü öz hərəkətlərinə son qoymuşdur. Zərərçəkmiş şəxs2 bədən xəsarətinin yetirilməsində istifadə etdiyi bıçağı yaşadığı evdən götürmüş, həmin bıçaq qatlanmayan olmuş, məişətdə istifadə edilmiş, mübahisədən sonra Binəqədi rayon ərazisində xatırlamadığı ünvandakı zibilliyə atmışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını, hadisə vaxtı yalnız özünü müdafiə etdiyini, zərərçəkmiş şəxsin özü tərəfindən bu şəraitin yaradıldığını bildirərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 5 ünvanda anası Zərərçəkmiş şəxs2 və həyat yoldaşı X2 ilə birlikdə yaşayır. Mərhum atası Həsənağanın xalası oğlu olan Şahid1 Qulhüseyn oğlu isə ailə üzvləri ilə birlikdə onlarla qonşuluqda yaşayırlar. Özü həmin ünvanda doğulub-böyümüş, həmçinin Şahid1 də ailə üzvləri ilə həmin ünvanda əvvəldən yaşamışlar. Mərhum atasının sağ olduğu vaxtdan Şahid1 və ailə üzvləri ilə soyuq münasibətləri olmuş və soyuq münasibətlərinin olmasına heç bir əsaslı səbəb olmamış, sadəcə onlarla nə qonşuluq nə də ki, qohumluq münasibəti saxlamamış, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə səhər saat 08 radələrində işə getmək məqsədilə yaşadığı ünvandan çıxaraq həyətdə saxlamış olduğu anası Zərərçəkmiş şəxs2 məxsus, etibarnamə ilə idarə etdiyi «Mersedes-Benz» markalı, **-GT-*** qeydiyyat nişanlı avtomaşına yaxınlaşmışdır. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs yaşadığı evdən çıxmış və idarə etdiyi «Azsamant» markalı, qeydiyyat nişanını xatırlamadığı avtomaşını işə salıb hərəkət etdirərək avtomaşını onun avtomaşınının arxasında saxlamaqla onun həyətdən çıxışına mane olmuşdur. O, həmin vaxt özünə məxsus avtomobilin sükanı arxasından düşərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına yaxınlaşıb onun qapısını açaraq sükan arxasında oturmuş Namiqin yolu bilərəkdən bağladığına görə sifətinə əli ilə vurmuş və Namiqin qarşılıqlı hərəkəti nəticəsində avtomobilin salonunda əlbəyaxa olmuşlar. Namiq isə avtomaşının arxa oturacaq tərəfinə uzanaraq bir neçə dəfə ayaq zərbələri ilə onun sinəsinə vurmuşdur. Həmin vaxt mübahisə səsinə anası İradə, arvadı və digər qonşular, eləcə də Namiqin qardaşı və anası küçəyə çıxmış və müdaxilə edərək onları kənarlaşdırmışlar. Buna baxmayaraq, Namiq onun üzərinə hücum çəkmiş əl və ayağı ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Qabırğalarının qapalı sınığı, sağ göz qapaqları və gözaltı nahiyyələrinin qançırları, boyunun sıyrıqlarından ibarət xəsarətlərini avtomobilin salonunda, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ diz oynaqları nahiyəsinin sıyrıqlarından ibarət xəsarətləri isə avtomobildən yerə düşdükdən sonra üzərinə hücum edərək əl və ayaq zərbələri ilə yetirmiş, sonra yaşadığı evə qaçaraq oradan özü ilə bir ədəd bıçaq götürüb yenidən həyətə çıxmaqla onun üzərinə hücum edib bıçaqla ona zərbə endirərkən onun hərəkətlərinin qarşısını almaq üçün müdaxilə edən anası Zərərçəkmiş şəxs2 baş nahiyyəsinə bir dəfə vuraraq anasına bıçaq xəsarəti yetirmiş, təxminən 15-20 dəqiqə ərzində həmin hərəkətlərini davam etdirdikdən sonra ailə üzvləri, qonşular tərəfindən sakitləşdirilərək uzaqlaşdırılmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığından ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 6 ünvanda qeydiyyatda olmaqla oğlu Zərərçəkmiş şəxs1 və gəlini X2 ilə birlikdə yaşayır. Şahid1 Qulhüseyn oğlu və oğlanları Təqsirləndirilən şəxs və Şahid2 ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. Şahid1 onun mərhum əri Həsənağanın xalası oğlu, eyni zamanda özünündə bibisi oğludur. Əvvəldən onların ailəsi ilə soyuq münasibətləri olmuş, münasibətlərin soyuq olmasına isə heç bir əsaslı səbəb olmamış, sadəcə onlarla nə qonşuluq nə də ki, qohumluq münasibəti saxlamamış, aralarında hec bir düşmənçilik və ya ədavətləri olmamışdır. 18 oktyabr 2024cü il tarixdə səhər saat 08 radələrində oğlu Fuad işə getmək üçün yaşadıqları ünvandan çıxmış və təxminən 5-10 dəqiqə sonra küçədən mübahisə səsləri eşidərək küçəyə çıxdıqda qonşusu Namiqlə oğlu Fuadın mübahisə etdiklərini, tanımadığı şəxslərin və xatırlamadığı qonşuların hadisə yerinə toplandıqlarının, həmçinin Namiqin əlində bıçaq olduğunun şahidi olmuşdur. Bu səbəbdən, o oğlu Fuadı kənara çəkmək və Nihad isə qardaşı Namiqi sakitləşdirməyə çalışmışdır. O, mübahisə edən tərəflər, yəni oğlu Fuad və qonşusu Namiqi sakitləşdirməyə çalışmışdır. Həmin vaxt oğlu Fuadı qucaqlayaraq uzaqlaşdırmaq və bıçağı Namiqin əlindən almaq istəyərkən bıçaq onun sağ əlinin V barmağını səthi kəsib yaralamış və buna baxmayaraq Namiq gözləmədiyi halda bıçaqla onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt mübahisə səsinə toplaşmış çoxlu sayda tanımadığı şəxslərin köməkliyi ilə mübahisə sakitləşmiş və Fuad onu dərhal avtomaşına əyləşdirərək Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparmışdır. Xəstəxanada ona paltar lazım oldğundan Fuad onu xəstəxanada saxlamaqla paltar gətirmək üçün yaşadıqları evə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, Fuad yaşadığı həyətə qayıtdıqda küçədə Namiqin atası Adil Fuadın üzərində hücum etmişdir. Fuadla qonşusu Namiq arasında baş vermiş, həmçinin onun xəsarət alması ilə nəticələnən mübahisə təxminən 10 dəqiqə davam etmiş, sonradan tanımadığı şəxslər və xatırlamadığı qonşular toplaşaraq onları ayırmaqda ona köməklik etmişlər. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağın əlamətlərini dəqiq olaraq xatırlamır. Əvvəllər Şahid1 Qulhüseyn oğlu və ya onun ailə üzvləri ilə aralarında mübahisələr, düşmənçilik və ya ədavətləri olmamış, sadəcə ailələri qarşılıqlı münasibətlər saxlamamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığından ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Qulhüseyn oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 18 oktyabr 2024-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Reno” markalı avtomobili ilə Qaradağ rayonu “Meyvəli” ticarət mərkəzinə getmişdir. Saat təxminən 09 radələrində böyük oğlu Nihad ona zəng edərək qonşu Fuadın Namiqə hücum etdiyini və aralarında dava-dalaşın baş verdiyini bildirmişdir. Bundan sonra o, digər oğlu Namiqə zəng edərək nə baş verməsi ilə maraqlanmışdır. Namiq ona səhər saatlarında idarə etdiyi “Azsamand” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həyətdən çıxmaq istərkən arxa tərəfdə başqa bir avtomobilin dayanması səbəbindən arxaya hərəkət edə bilmədiyini, həmin vaxt həyətdən avtomobili ilə çıxmaq istəyən Fuadın onun üzərinə hücum çəkərək onu döydüyünü, aralarında dava-dalaş baş verdiyini, ailə üzvləri, qonşuların müdaxilə edərək onları aralaşdırdıqlarını demişdir. Baş verənlərdən narahatçılıq keçirərək hadisə yerinə gəlmiş və orada böyük oğlu Nihadla görüşmüşdür. Oğlu Nihaddan hadisənin nə üçün və necə baş verməsi ilə maraqlandıqda sonuncu bir daha ona Fuadla Namiq arasında avtomobilə yol vermə üstündə dava-dalaş baş verdiyini, Fuadın Namiqi sükan arxasında olduğu halda yumruq zərbələri ilə döydükdən sonra avtomobilindən bıçaq götürərək Namiqin üzərinə hücum çəkdiyini, Nihad onun qolundan tutaraq bıçağı almaq istəsə də buna nail olmadığından Namiq yaşadığı evdən bıçaq götürərək biri-digərinin üzərinə hücum etdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 hadisəyə müdaxilə edərkən Namiqin əlindəki bıçağın baş nahiyəsinə dəyərək İradəyə xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. ünvan 3 ünvanda atası Şahid1 Qulhüseyn oğlu, anası X1 və qardaşı Təqsirləndirilən şəxs və öz ailəsi ilə birlikdə yaşayır. Onlarla qonşuluqda atası Adilin xalası oğlu Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşayır. Hər iki ailə uzun müddətdir həmin ünvanda yaşamış, şəxsən özü, digər ailə üzvləri, eləcədə Zərərçəkmiş şəxs1 həmin ünvanda doğulub böyümüşlər. İki ailənin arasında soyuq münasibətlər olduğundan aralarında qohumluq və qonşuluq münasibətləri davam etdirilməmiş, lakin heç bir düşmənçilik və ya ədavətləri mövcud olmamışdır. 18 oktyabr 2024-cü il tarixdə səhər saatlarında anası Şahid4 ona qardaşı Namiqlə qonşu Fuadın küçədə mübahisə etdikləri məlum olmuşdur. Dərhal küçəyə çıxdıqda qonşu Fuadla Namiqin avtomobilində dava etdiklərinin şahidi olmuş və ətrafa toplaşan qonşular və ailə üzvlərinin köməkliyi ilə onları kənarlaşdırsalar da, avtomobildən düşdükdən sonra yenə də əlbəyaxa olub biri-digərini əl və ayaqla vurmuşdur. Həmin vaxt qardaşı Namiq yaşadığı evə daxil olaraq əlində bıçaqla evdən küçəyə çıxmışdır. Hadisə vaxtı Fuadın anası, arvadı və digər çoxlu sayda tanımadığı şəxslər küçədə toplaşmış və o, digər şəxslərlə birlikdə davanın qarşısını almaqla Namiqlə Fuadı sakitləşdirmək istəmişdir. Fuadın anası İradə oğlunun qarşısını kəsmiş və o isə Fuadın bıçaq olan əlindən tutmuşdur. Qardaşı Namiqin əlindəki bıçaq istəmədən Fuadın anası İradə qarşısında dayandığından baş nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Ətrafa toplanmış qonşu və sakinlərin köməkliyi ilə birlikdə Namiqlə Fuadı kənarlaşdıraraq davaya son qoymuş, Fuad anası İradəni özünün idarə etdiyi avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdır. Namiq isə öz avtomobili ilə hadisə yerindən çıxaraq uzaqlaşmışdır. Bundan sonra o, atası Adilə zəng edərək hadisə barədə məlumat vermiş və təxminən 10-15 dəqiqə sonra atası Adil yaşadıqları küçəyə gəlmişdir. Həmin ünvanda atası ilə görüşüb hadisəni bir daha ona danışaraq məlumat vermiş və yaşadığı evə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı ünvan ünvan 8i rayonu, Namiq Məlikov, C.Məmmədquluzadə küçələri ilə eyni ünvanda yerləşdiyindən məhəllədə yaşayan bütün qonşuları yaxından tanıyır. Şahid1 Qulhüseyn oğlu, Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2, Adilin oğlanları Namiq və Şahid2ləri də qonşu kimi yaxından tanıyır. 18 oktyabr 2024-cü il tarixdə səhər saat 08:20 radələrində evdən çıxıb işə gedərkən Namiq Məlikov küçəsində səs-küy, dava dalaşın olduğunu, küçədə xeyli insanların, qonşuların toplaşdığını gördükdə həmin yerə yaxınlaşmış və Zərərçəkmiş şəxs1 Şahid1lə dava etdiyini, hər iki tərəfin ailə üzvlərinin, Adilin oğlu Nihadın, arvadı Məlahətin, gəlininin, digər qonşulardan Mövsüm, Əflatunun və xatırlamadığı digər şəxslərin olduğunu görmüşdür. Axşam işdən qayıdarkən qonşulardan ona məlum olmuşdur ki, həmin gün səhər saat 08 radələrində X5 arasında dava dalaş baş vermiş, Fuad Namiqin ona qəsdən yol vermədiyini ehtimal edərək onun üzərinə hücum çəkmiş, dava edərkən anası İradə onları aralayan zaman Namiq bıçaqla İradənin baş nahiyyəsinə xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O təxminən 8 il olar Bakı şəhəri, ünvan 8i rayonu, C.Məmmədquluzadə küçəsi ünvanında ət dükanı üçün mağaza icarəyə götürüb ət satışı ilə məşğul olur. 18 oktyabr 2024-cü il tarixdə həmişə olduğu kimi səhər saat 08 radələrində idarə etdiyi “Mersedes-190” markalı avtomobili ilə bir baş quzu gətirib iş yerində düşürmək istəyərkən həyətdə səs-küy eşitmiş və baxdıqda Adil adlı qonşunun oğlu Namiqin avtomobilində digər qonşu İradənin oğlu Fuadla dava-dalaş etdiklərini gürmüşdür. Onların davasını görən və səs-küy eşidən qonşulardan Möhsüm, Namiqin qardaşı Nihad və anası Məlahətin dava olan yerə gəldiklərinin şahidi olmuşdur. Mövsüm, Nihad və o, Fuadla Namiqi kənarlaşdırmış və həmin müddətə hadisə yerinə başqa xatırlamadığı qonşular və məhəllə sakinləri də toplaşmışlar. Namiqin ailə üzvləri və digər qonşuşların hadisə yerinə gəlmələri və onları kənarlaşdırdıqdan sonra Namiqin öz evlərinə qaçmasını görərək davanın sona çatdığını etimal edib Yasamal rayon ərazisində müştəri ilə görüşmək üçün oradan uzaqlaşmışdır. Təxminən iki saatdan sonra həmin ünvana qayıtdıqda adını xatırlamadığı qonşulardan ona məlum olmuşdur ki, Namiq evlərinə qaçıb özü ilə bıçaq gəlirərək Fuadla bir birinin üzərinə bıçaqla hücum etmiş, qonşular, valideynləri müdaxilə edərkən Namiq əlindəki bıçaqla Fuadı vurmaq istərkən anası İradənin başına vurub xəsarət yetirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən şahidlər X8, Şahid4, Şahid5 və Şahid8 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər X8, Şahid4, Şahid5 və Şahid8 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər X8, Şahid4, Şahid5 və Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı Bakı şəhəri, ünvan 8i rayonu, Namiq Məlikov 18 ünvanın arxa küçəsində baş verən dava-dalaşın səsinə oyanmış, qapını açarkən adını xatırlamadığı qonşu və məhəllə sakinlərinin hadisə yerinə qaçdıqlarını görmüş, İradə adlı qonşunun baş nahiyəsindən bıçaq yarası aldığını onlardan eşitmiş, ara fasilələrlə təxminən yarım saat müddətində dava-dalaşın davam etdiyini, təkrar hadisə yerinə toplaşan qonşu və sakinlərdən başqa birinin balta ilə vurulmasını eşidərək bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, Zərərçəkmiş şəxs2 adlı qonşudan başqa onun oğlu Zərərçəkmiş şəxs1, qonşusu Təqsirləndirilən şəxs, Şahid1 Qulhüseyn oğlu və qeyri şəxsləri tanımamış, hadisənin əyani şahidi olmamışdır. (cild 1, i/v 230-231). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 18 oktyabr 2024-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı ünvan 2da olarkən kiçik oğlu Təqsirləndirilən şəxs işə getmək üçün ünvanı tərk etmiş və ondan həyət qapısını arxadan bağlamasını istəmişdir. Oğlu Namiq həyətə çıxaraq idarə etdiyi «Azsamand» markalı, **-VL-*** qeydiyyat nişanlı avtomaşına əyləşmiş və maşını işə salaraq həyətdən çıxmaq üçün arxasında olan maşınların ona yol verməsini gözləmiş və o da öz növbəsində oğlunun ardınca baxıb onun həyəti tərk etməsini gözləmişdir. Həmin vaxt qonşu Zərərçəkmiş şəxs1 yaşadığı evin pilləkənlərindən nalayiq ifadələr işlədərərk tələsik formada düşüb Namiqə doğru getdiyini görmüşdür. Onun Namiqin ünvanına nalayiq ifadə işlətdiyini bilmədiyindən ona əhəmiyyət vermədən qapını bağlayıb evə keçərkən küçədə səs-küy eşidərək küçəyə çıxmış və Fuadla oğlu Namiqin sonuncunun avtomobilində dava-dalaş etdiklərinin şahidi olmuşdur. Tez evinə qayıdaraq bu barədə böyük oğlu Nihada demiş və onunla birlikdə yenidən küçəyə çıxmışdır. Oğlu Nihad yaxınlaşaraq Əflatun, Möhsüm və xatırlamadığı digər qonşuların, həmçinin Fuadın anası İradə və arvadı Gülərin köməkliyi ilə onları kənarlaşdıra bilsələr də, onlar dayanmaq bilmədən yenidən bir-birinin üzərinə hücum etmiş, hər ikisi əl və ayaqla biri digərini vurmuş, Fuad Namiqin üzərinə bıçaqla hücum etdikdə oğlu Namiq də öz evinə qaçaraq oradan bir ədəd bıçaq götürüb Fuadın üzərinə hücum etmişdir. Qonşular, eləcə də oğlu Nihad, Fuadın anası İradə müdaxilə edərək Fuadla Namiqin bıçaqla bir-birini vurmalarının qarşısını almağa çalışmış, Nihad və İradə yenə onların arasına müdaxilə etmiş və Namiq əlindəki bıçaqla Fuadı vurmaq istədikdə bıçaq araya müdaxilə edən İradənin baş nahiyəsinə dəyərək ona xəsarət yetirmişdir. Oğlu Nihad və ətrafda mübahisə səsinə toplaşmış çoxlu sayda qonşular onları araladıqdan sonra mübahisə bitmiş və Fuad anasını öz avtomaşınına əyləşdirərək xəstəxanaya aparmışdır. Bundan sonra oğlu Namiq isə öz avtomaşınına əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Digər oğlu Nihad isə atası Adilə zəng edərək hadisə barədə məlumat vermişdir. (cild 1, i/v 232-234). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 18 oktyabr 2024-cü il tarixdə səhər saat 08:20 radələrində yaşadığı ünvanda azyaşlı övladları ilə yataq otağında yuxuda olarkən qaynanası Məlahətin qışqırıq səsinə oyanmış və nə baş verdiyini soruşduqda əri Nihaddan az əvvəl qonşu İradənin oğlu Fuadla Namiq arasında küçədə dava-dalaş baş verdiyini, Fuadın əlində bıçaq olduğuna görə Namiqin də öz evindən bıçaq götürüb ona qarşılıq vermək istərkən Fuadın anası İradə onların arasına daxil olub müdaxilə etmək istərkən Namiqin endirdiyi bıçağın İradənin başına xəsarət yetirdiyi danışmışdır. O, Namiqlə Fuad arasında baş vermiş hadisənin şahidi olmamış, lakin, İradənin səhhəti ilə maraqlanmaq üçün yaxın qohumları ilə telefon əlaqəsi saxlamağa çalışsa da, onunla əlaqə yarada və sağlamlığı ilə maraqlana bilməmişdir. (cild 1, i/v 235-237). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid8 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, ünvan 10 ünvanda 1989-cu ildən yaşayır. Qonşulardan Şahid1, onun ailə üzvləri, Fuad Mommədrzayev, anası İradə və onların ailə üzvlərini yaxından tanımaqla onlarla həmişə yaxşı qonşuluq münasibətində olmuşdur. 18 oktyabr 2024-cü il tarixdə səhər saat 08 radələrində həmişə olduğu kimi yuxudan oyanıb nahar edərək həyətə çıxıb işə getmək üçün həyətdə saxladığı “Ford” markalı avtomobili işə salarkən həmin sahədə səs-küy eşitmişdir. Həmin vaxt qonşu Fuadın anası İradənin və arvadı Gülərin həyətə çıxaraq orada Təqsirləndirilən şəxs avtomaşının salonunda Fuadla Namiqin dava-dalaşına müdaxilə edərək onları kənarlaşdırmağa cəhd eldiklərinin şahidi olmuşdur. Fuadın anası və arvadı onları aralamağa çalışsalar da buna nail ola bilmədiklərinə görə İradə ona kömək etməyi xahiş etmişdir. Həmin vaxt həyətdə ət satan Ağazaman adlı qəssabın da orada olduğunu və onlara yaxınlaşıb kömək etməyə gəldiyini görmüşdür. Ağazamanla birlikdə Fuadla Namiqi sonuncunun maşınından çıxarmışdır. Buna baxmayaraq, Fuad və Namiq təkrar bir-biri ilə dava etmək üçün bir-birinin üzərinə hücum çəkmişlər. Davam edən səs-küyə Namiqin anası, qardaşı və digər qonşuların həyətə çıxdıqlarını gördükdə artıq Fuadla Namiqin təkrar dava etmələrinə imkan verilməyəcəyini düşünərək işə tələsdiyi üçün avtomaşına əyləşib hadisə yerindən uzaqlaşmış və axşam evə qayıtdıqda ailə üzvləri və qonşulardan ona məlum olmuşdur ki, Fuadla Namiq qarşılıqlı dava dalaş edib bir-birinin üzərinə hücum çəkmiş, Namiq evdən gətirdiyi bıçaqla Fuadı vurmaq istədikdə müdaxilə edən anası İradənin başına xəsarət yetirmişdir. (cild 2, 16-17). İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakt əsasında CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (İ cild, i/v 1). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 11 İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i/v 96). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2024-cü il tarixli, 1446 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər-alın nahiyyəsinin kəsilmiş yarası ilə əlaqədar gözətrafı toxumaların hematoması, ödemi, sağ əlin V barmağının səthi kəsilmiş yarası iti kənara malik əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdilər. Onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir (İ cild, 116-118). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2024-cü il tarixli, 1447 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər-sağda Vİİ-Vİİl qabırğaların qapalı yerinidəyişmiş sınıqları, döş qəfəsinin sağ yarısının qançır şişkinliyi, sağ göz, qapaqları və gözaltı nahiyələrinin, çənə, sol bazu, sağ bud nahiyələrinin qançırları, boyun, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ diz oynaqları nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (cild 1, i/v 120- 122). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 74). İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında olan 26 dekabr 2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmişdir (cild 1, i/v 188-191). Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələri ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsüf edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törətməməsi ilə bağlı ifadəsinə dair qeyd edir. İlk növbədə vurğulamaq lazımdır ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı heç bir əsaslı səbəb olmadan aqresiya göstərərək qarşılıqlı davranış qaydalarına zidd olan formada reaksiya verməklə ictimai yerdə səs-küy salmış, zərərçəkmiş şəxsə zor tətbiq etmiş, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da, təqsirləndirilən şəxs cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Həmin hallar məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Bununla da, məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini məsuliyyətdən boyun qaçırmaq üçün verdiyi ifadə kimi qiymətləndirərək, ona tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalı, ona təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri ünvan 8i Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-293/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-293/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver