Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-294/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1958-ci ildə Zərdab rayonu, Otmanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 29A-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mərhum Zərərçəkmiş şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2016-cı il tarixli qətnaməsinə əsasən ödənilməli olan məcburi iş buraxma müddəti üçün hesablanmış 5.254 manat əmək haqqı və mənəvi zərərə görə 1.000 manat pulun öz adına olan bank hesabına köçürülməsini və köçürüldükdən sonra məxaric edərək Zərərçəkmiş şəxs hüquqi varisi X2 verəcəyinə dair yalan vəd verib aldadaraq Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən 13 mart 2017-ci il tarixdə ona məxsus AZ 16İBAZ******************** nömrəli bank hesabına köçürülmüş 1.018 manat 50 qəpik, 03 aprel 2017-ci il tarixdə 1.018 manat 50 qəpik, 13 aprel 2017-ci il tarixdə 1.018 manat 50 qəpik, 01 may 2017-ci il tarixdə 1.018 manat 50 qəpik, 10 may 2017-ci il tarixdə 1.180 manat, 30 may 2017-ci il tarixdə isə 1.000 manat olmaqla, ümumilikdə 6.254 manat pulu “Azərbaycan Beynəlxalq Bankı”n ünvan 1 ünvanda yerləşən “Səbail” filialından 11 aprel 2017-ci il tarixdə, 21 aprel 2017-ci il tarixdə, 21 iyun 2017-ci il tarixdə və 18 iyul 2017-ci il tarixdə məxaric etməklə zərər çəkmiş şəxsin hüquqi varisi Elxan Nağıyevə verməyib sonuncuya 6.254 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq zamanı onun işinə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində baxılmasına etiraz edərək işin aparılmasının Bakı şəhəri Baş Polis İdarəsinə həvalə edilməsi barədə Bakı şəhər prokuroruna verdiyi vəsatəti, bununla bağlı Baş prokurorluğa yazdığı şikayəti, “qaynar xətt”ə etdiyi zənglərinə bu günə kimi heç bir cavab verilməmiş, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatətinə münasibət bildirilməmiş, vəsatət verməsinə baxmayaraq iş materiallarında olan sənədlərin surətləri ona təqdim olunmamış, bununla da onun müdafiə hüququ əhəmiyyətli dərəcədə pozularaq ona qarşı əsassız ittiham irəli sürülmüşdür. Cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi təqsirləndirilən şəxsin vəsatətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəsatətinə etiraz edərək onun rədd olunmasını, ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsini, qanunvericiliyin tələblərinin pozulmamasını vurğulayaraq təqsirləndirilən şəxsin məhkəməyə verilməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla aparılmış ibtidai istintaq hərəkətləri kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət aşağıdakı əsaslara görə təmin edilməlidir. Cinayət işinin 160-cı səhifəsində olan “Təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 31.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəşisi Ş.Allahmanov həmin günü saat 15:00-dan 16:50-dək İİ cilddən ibarət cinayət işinin materialları ilə tanış olmuş, Təqsirləndirilən şəxs iş materiallarında olan çıxarışların ona verilməsini, habelə onun iş üzrə zərər çəkmiş şəxs olması və hazırda məsələ ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında iddiaçı qismində iştirak etdiyi mülki mübahisənin olduğuna dair qeyd verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi də təqsirləndirilən şəxsin verdiyi vəsatətin təmin edilməsini, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Lakin müstəntiq tərəfindən verilmiş bu vəsatətlərə baxılıb münasibət bildirilməmiş, sadəcə olaraq ona olan etirazla bağlı Bakı şəhəri Nəsimi rayon prokuroru 31.03.2021-ci il tarixdə qərar qəbul edərək etirazın əsassız olduğunu nəticəsinə gəlinmişdir. Bundan sonra müstəntiq T.Tağıyev 03.04.2021-ci il tarixdə ittiham aktını tərtib edərək prokurora təqdim etmişdir. Həmçinin, cinayət işində Təqsirləndirilən şəxs zəruri sənədlərin surətlərinin verilməsini təsdiq edən hər hansı sübuta rast gəlinmir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı ərizəsində barəsində olan ********* saylı cinayət işinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində baxılmasına etiraz etdiyini və işin oradan alınaraq Bakı şəhər Baş Polis İdarəsinə verilməsini və ya Bakı şəhər prokurorluğu tərəfindən işə baxılmasına xitam verilməsi ilə bağlı həmin qurumlara və Bakı şəhəri Nəsimi rayon prokurorluğuna vəsatətlər verdiyini qeyd etmişdir. Bakı şəhər Nəsimi rayon prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 28.02.2021-ci il tarixli, 221-Ş-21 saylı məktubla (Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə 29.04.2021-ci il tarixdə daxil olub) Təqsirləndirilən şəxs müraciətləri göndərilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il 18 fevral, 16 mart və 19 mart tarixlərində Bakı şəhər prokurorluğuna və Baş prokurorluğa müraciətlər edərək müstəntiq Tağı Tağıyevin hərəkətlərində etiraz etmiş, işin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində araşdırılmasına etiraz edərək onun oradan alınaraq Bakı şəhər Baş Polis İdarəsinə həvalə olunmasını və ya Bakı şəhər prokurorluğu tərəfindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin cinayət işinin materiallarında qeyd olunan vəsatətlərin baxılmasının nəticəsinə dair heç bir sənəd mövcud deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən cinayət işinin ibtidai istintaqı aparan birmüvafiq icra hakimiyyəti orqanındandigərinə verilməsi halları istisna olmaqla, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasını və cinayət təqibi üzrə icraatın tezliyini təmin etmək məqsədi ilə, habelə qanunun tələblərinin pozulması ilə istintaq edilən cinayət işini təhqiqatçının və ya müstəntiqin icraatından götürərək digər təhqiqatçının və ya müstəntiqin icraatına vermək, habelə istintaqı aid olan orqanın bir istintaq qurumundan digərinə vermək, təhqiqatçıya və ya müstəntiqə, habelə onların özü-özünə verilmiş etirazlara baxmaq; təhqiqatçının və ya müstəntiqin qərar və hərəkətlərindən verilmiş şikayətlərə baxmaq və s. hüquqları həyata keçirir (84.4-cü maddə); ibtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdır (220.2-ci maddə); vəsatətlərin təmin edilməsinin və ya tam, yaxud qismən rədd edilməsi haqqında müstəntiq və ya təhqiqatçı əsaslandırılmış qərar çıxarmalı və bu qərarı dərhal vəsatəti qaldırmış şəxsə göndərməlidir (220.5-ci maddə); cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər (285.5-ci maddə); cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər (287.1-ci maddə); vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz (287.2-ci maddə). Beləliklə məhkəmədə müəyyən edildi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs iş üzrə verdiyi bir sıra vəsatət və etirazlara əhəmiyyət verilməyərək onlara baxılmamış və bununla da onun müdafiə hüququ pozulmuşdur. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biridir. Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün qanunvericlikdə təsbit edilmiş, onun malik olduğu prosesual imkanlardan istifadə hüququnun məhdudlaşdırılması cinayət təqibi üzrə aparılmış icraatın qərəzsizliyinə şübhə doğurur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Sözügedən Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-294/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-294/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver