Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-296/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, H.Cavid küçəsi, dalan 02, ev 02, mənzil 12-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 dekabr 2019-cu il tarixdə, saat 22:50 radələrində ünvan 1 ünvanda yerləşən “Philomela” karaoke kluba müştəri qismində gələn Zərərçəkmiş şəxs1 digər şəxslərlə sözlü mübahisə etdiyini görüb istintaqa məlum olmayan “Xətai” adlı şəxslə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan mübahisəyə müdaxilə edib gərginləşdirərək Zərərçəkmiş şəxs1 barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətin mənafelərinə toxunan hərəkətlər edərək cəmiyyətə açıqca hörmətsizlik edib masanın üzərində olan su qablarını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 istiqamətində atdıqdan sonra sonuncuya “Xətai” adlı şəxslə birlikdə zor tətbiq edib yerə yıxaraq qəsdən təpik və yumruq zərbələri ilə üz nahiyəsindən vurub ona sol üst göz qapağının əzilmişcırılmış yarası və qançır şişkinliyi, alt göz qapağının qançırı, üst çənədə sağdan İİ dişin diş ətinin səthi əzilmiş-cırılmış yarası, alt dodağın haşiyəsinin səthi əzilmiş-cırılmış yarası və selikli qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı masanın üzərində olan silah qismində istifadə etdiyi külqabını klubun divarına asılmış, 400 manat dəyərində “LG” markalı televizora vuraraq onun ekranını sındırıb zədələyərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 22.12.2019-cu il tarixdə o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian Plaza” biznes mərkəzinin yaxınlığında yerləşən “PUB” pivə evinə gedib orada üç qədəh pivə içmiş, daha sonra birgə yaşadığı Şahid3 zəng edib onun arxasınca gəlməsini istəmişdir. Elvin də bir saatdan sonra gəlib onu götürmüş, yolda olarkən isə o, ondan birlikdə ünvan 1 ünvanda yerləşən “Philomella” karaoke gecə klubuna getməyi xahiş etmişdir. Elvin də buna etiraz etməmişdir. Onlar klubda olarkən əvvəllər münasibətdə olduğu Rəhmanov Şahid2 və Şahid1 masaların birində əyləşib viski qəbul etmişlər. Şahid2 xahişi ilə o və Elvin onların olduğu masada əyləşmişlər. Bir müddət sonra o, ayağa qalxaraq musiqi sədaları altında rəqs etməyə başlamış, tanımadığı uzun saçlı bir cavan qız da onunla bilrikdə rəqs etmişdir. Bir qədər sonra Cavid də gəlib onlara qoşulmuşdur. Qeyd etdiyi qız rəqs edərkən adını sonradan Xətai olaraq bildiyi bir nəfər gəlib onunla birlikdə qol-boyun olub rəqs etməyə başlamışlar. O, Cavidlə rəqs etdikdən sonra oynaya-oynaya Elvinin əyləşdiyi masaya yaxınlaşmıb əyilərək onun yanağından öpmüş və onun yanında əyləşib söhbət etmişdir. Bu zaman həmin qız Xətai ilə birlikdə rəqs etmiş, o da Elvin ilə qol-boyun olub masada əyləşərək söhbət etmişlər. Daha sonra o, yenidən ayağa qalxıb rəqs etməyə başlamış, Elvin də yerindən durub viski qəbul etmişdir. Həmin ərəfədə Xətai Şahid2 yaxınlaşaraq sağ əlini onun kürək nahiyəsinə keçirdib onun qulağına nəsə demişdir. Cavid isə oynaya-oynaya uzun saçlı qıza yaxınlaşaraq onunla bilrikdə rəqs etməyə başlamışdır. Daha sonra uzun saçlı qız Xətaiyə yaxınlaşaraq Şahid2 yanından kənara çəkərək onunla rəqs etmək istəmişdir. Bu ərəfədə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 əyləşdiyi masadan fıstıq götürüb uzun saçlı qıza tərəf atmış, lakin fıstıq Cavidə dəymişdir. Bundan sonra Cavid onların əyləşdiyi masaya gəlmiş, Zərərçəkmiş şəxs1 yanında olan başqa bir oğlan Cavidə yaxınlaşaraq bilrikdə onların əyləşdikləri masaya tərəf gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 əyləşdiyi masada olan əlavə üç nəfər oğlan onların əyləşdikləri masaya tərəf yaxınlaşmışlar. Bu vaxt uzun saçlı qız Xətai ilə bilrikdə rəqs etmiş, Zərərçəkmiş şəxs1 yanında olan üç nəfər şəxs, Cavid, Şahid2, Şahid3 və o, aralarında mübahisə etməyə başlamışlar ki, hansı səbəbdən fıstıq atılıb. Zərərçəkmiş şəxs1 əlində bir ədəd bıçaq olmuşdur. O, mübahisənin daha da kəskinləşdiyini və hadisənin dava ilə nəticələnəcəyini görüb Şahid3 özünə tərəf çəkməyə başlamışdır ki, oradan uzaqlaşdırsın. Lakin artıq aləm biri-birinə dəymiş, dava-dalaş olmasın deyə hamı bir-birini aralaşdırmağa başlamışdır. O isə təkidlə Şahid3 oradan uzaqlaşdırmağa çalışırdı ki, sonuncu davada iştirak etməsin. Buna baxmayaraq ara daha da qızışmış və dava zamanı Zərərçəkmiş şəxs1 yerə yıxılmış, Xətai də yerdə uzanan Zərərçəkmiş şəxs1 yumruq və təpiklərlə üz nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirirməyə başlamışdır. Bu vaxt o da masanın üzərindən tez keçərək yerdə uzanan Zərərçəkmiş şəxs1 sağ ayağı ilə bir dəfə təpik vurmuşdur. Daha sonra orada olan şəxslər aranı sakitləşdirmiş, Zərərçəkmiş şəxs1 isə heç bir səbəb olmadan onu söymüşdür. O da klubdakı masaların birinin üzərindən boş butulkanı sağ əlinə götürüb Elvinə tərəf atmış, lakin sonuncu kənara çəkildiyindən atdığı butulka onu tutmamışdır. Sonra isə o, klubdan bayıra çıxmış, Şahid3 isə orada qalmışdır. Şahid3 götürüb evə getmək üçün kluba qayıtdıqda Xətai uzun saçlı qız ilə onun qarşısını kəsmişdir ki, içəriyə daxil olmasın. O, əsəbindən yerdəki zibil qabını götürüb kənara atmışdır ki, onu içəriyə buraxsınlar. Şahid2 ona yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, bundan sonra Şahid3 klubdan bayıra çıxıb onunla birlikdə avtomobilə əyləşmişdir. Bir qədər hərəkət etdikdən sonra fikrini dəyişərək idarə etdiyi avtomobili arxaya verməyə başlamışdır. Bu vaxt başqa bir nəfər şəxs “Mercedes-Benz” makalı avtomobillə gecə klubunun qarşısına gələrək onlarla dalaşan şəxsi götürmüş, o, yerdən bir-iki ədəd daş parçası götürüb, bu avtomobilin arxası ilə atmış, lakin həmin daş parçaları nəqliyyat vasitəsinə dəyməmişdir. Bundan sonra o, Şahid3la avtomobillə yaşadıqları evə getmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki,o, ünvan 1 ünvanda yerləşən “Philomela” adlı klubu işlədir. 22 dekabr 2019-cu il tarixdə, saat 22:50 radələrində klubun ümumi zalında anidən müştərilərin bir yerdə yığıldığını, aralarında mübahisə yarandığını, getdikcə də dava-dalaşa çevrildiyini görmüşdür. Dava zamanı orada olan şəxslər digərlərini ayırmağa çalışarkən adını sonradan bildiyi Natavan adlı qadın masanın üzərindəki şüşə qabı atmaqla zalda divardan asılı olan “LG” markalı televizoru sındırmışdır. Bundan sonra bu şəxslər çölə çıxmış, Natavan restoranın qabağındakı dəmir zibil qabını yerə vurmuşdur. İki gün sonra tanımadığı şəxslər kluba gələrək televizor sındığı üçün ona “Vestel” markalı yeni televizor gətirib vermişlər. Hazırda vurulmuş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə dindirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs1 həmin ifadəsinə əsasən o, 22 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “50 qəpik” çay evində çay içərkən Emil adlı dostu zəng edib onu “Philomela” adlı gecə klubuna dəvət etmişdir. Həmin günü, saat 23 radələrində o, dostu Emil, İkram, Samir və tanımadığı bir nəfər xanımla bir masada əyləşib bir-iki qədəh pivə içmişdir. Bir müddət sonra yan tərəfdəki masada tanımadığı şəxslərin arasında mübahisə yarandığını görüb onlara yaxınlaşaraq aranı sakitləşdirməyə çalışmışdır. Onlara kömək etmək istədikdə onu yerə yıxmışlar və o, yerdə olarkən arıq bədən quruluşlu şəxs onu yumruq və təpiklə zərbələri ilə vurmuşdur. Daha sonra onların masasında əyləşən Natavan adlı qadın da onu vurmağa başlamış və masanın üzərindən əşyalar götürərək onun üzərinə atmışdır. Bundan sonra dostu Emil və digər şəxslər onu oradan götürüb kənara çəkməyə çalışarkən Natavan onun üzərinə şüşə qab atmışdır. Dostları onu klubdan çölə çıxarıb avtomobilə əyləşdirmək istəyərkən Natavan yolun kənarından daş plitəsi götürüb təkrar ona tərəf atmış, lakin o, kənara çəkildiyindən daş ona dəyməmişdir. O, oradan özünü çətinliklə qurtarıb taksiyə əyləşərək oranı tərk etmişdir. Hadisə nəticəsində baş nahiyyhəsindən xəsarətlər almış, üzü və başı qan içində olmuş, Natavan da üz nahiyəsindən təpik zərbəsi vurmuşdur (İ cild, i.v.82-84). Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, 22.12.2019-cu il tarixdə, saat 22 radələrində dostu Şahid2 ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən “Philomela” adlı gecə klubunda əsl adlarını sonradan bildiyi Natavan və Şahid3la eyni masada əyləşib spirtli içki qəbul etmişlər. Onlar masada əyləşib söhət edərkən arxa sol tərəfdə olan masadan adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 onların masasına tərəf nə isə atdığını hiss etmişdir. Sonradan yenə həmin masadan onların masasına doğru fıstıq atıldığını hiss edib orada əyləşənlərə yaxınlaşaraq onlara heç nə atılmamasını xahiş edib oturduğu masaya geri dönmək istədikdə dostu Şahid2 onlara tərəf yaxınlaşmışdır. Onlarla eyni masada əyləşən Şahid3la Natavan da onlara doğru yaxınlaşaraq nə baş verdiyini soruşarkən, Zərərçəkmiş şəxs1 onu kobud şəkildə təhqir edib itələmişdir. Natavan Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu təhqir etməsini qəbul etmədiyi üçün onunla mübahisə etməyə başlamışdır. Bu vaxt Şahid3 Zərərçəkmiş şəxs1 sakitləşdirməyə çalışmışdır. Onları aralamağa çalışarkən Zərərçəkmiş şəxs1 dolabdan bir ədəd yağ bıçağını götürmüş, o isə onun əlindan bıçağı alıb yerə atmaq istəyərkən tarazlığını itirib yerə yıxılmış, lakin bıçağı alıb kənara atmağa nail olmuşdur. Bu vaxtı Elvin təkrar bıçaq götürüb Natavana yaxınlaşmış, lakin klubdakı şəxslərin köməyi ilə bıçağı alaraq ofisianta vermişdir. Natavan sakitləşməyib klubda əlinə götürdüyü əşyaları Zərərçəkmiş şəxs1 üzərinə atmağa başlamış, orada olan televizoru da sındırmışdır. Daha sonra o, Şahid2 ilə klubdan çıxıb avtomobilə əyləşərək oranı tərk etmişdir. Klubda o, dəqiq olaraq Natavanın Zərərçəkmiş şəxs1 vurmasının şahidi olmasa da, Xətainin onun vurmasının görmüşdür. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, 22.12.2019-cu il tarixdə, axşam saatlarında münasibətdə olduğu Təqsirləndirilən şəxs ona zəng edərək onu “Caspian Plaza” biznes mərkəzinin yaxınlığında olan “Pub” pivə kafesindən götürməyini xahiş etmişdir. O da saat 22 radələrində Natavanı həmin ünvandan götürüb birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən “Philomela” adlı gecə klubuna getmişlər. Kluba gəldikdə Natavanın əvvəllər tanıdığı Şahid2 və Cavid adlı şəxslər də orada olmuşlar. Şahid2 xahişi ilə o və Natavan onların masasında əyləşib viski qəbul etmişlər. Natavan ayağa qalxaraq musiqi sədaları altında rəqs etməyə başlamış, tanımadıqları uzun saçlı cavan bir qız da ona qoşulmuşdur. Bir qədər sonra Cavid də onlarla rəqs etməyə başlamışdır. Sonradan uzun saçlı həmin qız və adını “Xətai” kimi bildiyi bir oğlan qolboyun olub birlikdə rəqs etməyə başlamışlar. Daha sonra “Xətai” Şahid2 yaxınlaşıb əlini onun kürək nahiyəsinə keçirdərək onun qulağına nəsə demişdir. Cavid isə bu vaxt oynayaoynaya uzun saçlı qıza yaxınlaşaraq onunla bilrikdə oynamağa başlamışdır. Uzun saçlı qız Xətaiyə yaxınlaşaraq rəqs etmək üçün onu Şahid2 yanından kənara çəkmişdir. Bu ərəfədə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 əyləşdiyi masadan fıstıq götürərək uzun saçlı qıza tərəf atmış, lakin fıstıq Cavidə dəymişdir. Bundan sonra Cavid onların əyləşdiyi masaya yaxınlaşmış, Zərərçəkmiş şəxs1 əyləşdiyi masada olan başqa bir nəfər də Cavidə yaxınlaşaraq onunla birlikdə əyləşdikləri masaya tərəf gəlmişdir. Zərərçəkmiş şəxs1 əyləşdiyi masada olan üç nəfər oğlan da onların əyləşdikləri masaya tərəf yaxınlaşmışdır. Zərərçəkmiş şəxs1 yanında olan üç nəfər şəxs, Cavid, Şahid2 və o, Zərərçəkmiş şəxs1la söhbət edərək hansı səbəbə görə onlara fıstıq atdığını soruşmuşlar. Natavan onun mübahisə etdiyini düşünüb ona yaxınlaşaraq özünə tərəf çəkməyə çalışmış, lakin həmin ərəfədə Zərərçəkmiş şəxs1 sərxoş olduğunu bildikləri üçün hər hansı mübahisə baş verməmişdir. Buna baxmayarq hamı bir-birini kənara çəkmək istəyirdi ki, mübahisə yaranmasın. Natavan isə təkidlə onu oradan kənara çəkirdi ki, o, mübahisədə iştirak etməsin. Zərərçəkmiş şəxs1 onların üzərlərinə gəlməyə başlamış, onlar və Elvinin dostları onu sakitləşdirməyə çalışmışlar. Zərərçəkmiş şəxs1 içkili vəziyyətdə yerdə uzanmış, “Xətai” adlı şəxs isə onun üz nahiyəsinə yumruq və təpik zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirirməyə başlamışdır. Həmin vaxtı Natavan da Zərərçəkmiş şəxs1 yerdə uzanıqlı vəziyyətdə olduğundan istifadə edib masanın üzərindən tez keçərək sağ ayağı ilə onun üz nahiyəsinə bir dəfə təpik vurmuşdur. Orada olan şəxslərin köməyi ilə ara sakitləşmişdir. Zərərçəkmiş şəxs1 yanında olan şəxslərdən biri Natavanı söydüyündən sonuncu klubdakı masaların birinin üzərindən boş şirə şüşəsini sağ əlinə götürüb Zərərçəkmiş şəxs1 tərəf atmış, lakin o, kənara çəkildiyindən şüşə ona dəyməmişdir. Bundan sonra Natavan klubdakı yağ bıçaqlarını, çəngəlləri götürərək Zərərçəkmiş şəxs1 tərəf atmağa başlamış, o isə onu sakitləşdirməyə çalışmışdır. Daha sonra o və Natavan klubdan bayıra çıxmış, bir neçə dəqiqə sonra bir nəfərin “Mercedes-Benz” markalı avtomobillə klubun qarşısına gələrək Zərərçəkmiş şəxs1 götürdüyünü görmüşdür. Natavan avtomobildən düşərək yerdən nə isə götürüb Elvinə tərəf atmış, lakin atdığı əşya ona dəyməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 10.01.2020-ci il tarixli, 1297 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 Şükür oğlunun bədənində aşkar edilmiş xəsarətlər –sol üst göz qapağının əzilmiş-cırılmış yarası və qançır-şişkinliyi, alt göz qapağının qançırı, üst çənədə sağdan İİ dişin diş ətinin səthi əzilmiş-cırılmış yarası, alt dodağın haşiyəsinin səthi əzilmiş-cırılmış yarası və selikli qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin X4 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 23.12.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq, baş və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (İ cild, i.v.39-40); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 01.02.2021-ci il tarixli, 9/5792 saylı rəyinə görə ir ədəd “LG” markalı, 40 düym televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən 400,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.166-167); “Axtarışda olan şəxsin tutulması barədə” 07.03.2021-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 09 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.168, 230-233); “Sübutların qiymətləndirilməsi haqqında” 19.03.2021-ci il tarixli qərara əsasən hazırkı cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan Xətai adlı şəxs barəsində ayrıca cinayət işi ayrılmışdır (İ cild, i.v.244-257); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.10.2020-ci il tarixli arayışına və məhkəmə aktlarının surətlərinə görə Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə xuliqanlığa görə, habelə sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.10.2020ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il müddətinə azaldılmaqla onun cəzasının çəkilməsi nəzərə alınmaqla o, cəzadan tam azad olunmuşdur (İ cild, i.v.105-107, 132-137, İİ cild); “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 04.07.2002 və 17.04.2005-ci il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2la barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs yaşını, ailə vəziyyətini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-296/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-296/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver