Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-297/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elçin»və «Zarita» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən «Elçin» və «Zarita» adlı şəxslər 26 dekabr 2023-cü il tarixdə «Lalafo» elan saytında mebel dəstinin satışı ilə bağlı elan yerləşdirmiş X1 istintaqla müəyyən edilməyən yerdə Ukrayna mobil operatoruna aid «+**********62» saylı mobil nömrədən «vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncuya guya mebel dəstini almaq istəməsi və ödənişi «card-to-card» əməliyyat sistemindən istifadə etməklə həyata keçirəcəklərini bildirib Sevda Baxşəliyevadan, sonuncunun tanışı Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7385-8161- 9545 nömrəli bank kartının məlumatlarını əldə edib Zərərçəkmiş şəxs2 mobil telefonuna gələn 4 rəqəmli pin kod vasitəsilə sonuncuya məxsus bank kartlarına bağlı olan «Birbank» mobil tətbiqinə qanunsuz daxil olaraq 26 dekabr 2023-cü il tarixdə saat 18:38-də və saat 18:39-da Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Acıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-1710-1243 nömrəli bank kartının hesabından komissiya haqqı ilə birlikdə 1439 manat 25 qəpik pulu və elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7423-2124-9134 nömrəli bank kartının hesabından ümumilikdə 2185 manat pulu onun istifadəsində olan 4169-7388- 7032-6349 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq taladıqdan sonra o, qeyd olunan pulları Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Rahat” marketdə quraşdırılmış terminal vasitəsilə nağdlaşdıraraq ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3624 manat 25 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elçin» və «Zarita» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən «Elçin» və «Zarita» adlı şəxslər 03 yanvar 2024-cii il tarixdə «Lalafo» elan saytında mebel dəstinin satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs6 istintaqla müəyyən edilməyən yerdə Ukrayna mobil operatoruna aid «+**********62» saylı mobil nömrədən «vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncuya guya mebel dəstini almaq istəməsi və ödənişi «card-to-card» əməliyyat sistemindən istifadə etməklə həyata keçirəcəklərini bildirib Zərərçəkmiş şəxs6 sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 5103-0714-5395-0749 nömrəli bank kartının və üzərindəki «PAN» nömrəsi istintaqla müəyyən olunmayan bank kartının məlumatlarını əldə edib Zərərçəkmiş şəxs6 mobil telefonuna gələn 4 rəqəmli pin kod vasitəsilə sonuncuya məxsus bank kartlarına bağlı olan «Birbank» mobil tətbiqinə qanunsuz daxil olaraq həmin tarixdə Zərərçəkmiş şəxs6 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid həmin bank kartının hesabından 750 manat və istintaqla müəyyən edilməyən sonuncuya məxsus bank kartının hesabından 250 manat pulu onun istifadəsində olan 4169-7388-7032-6349 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq taladıqdan sonra o, qeyd olunan pulları Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Rahat” marketdə quraşdırılmış terminal vasitəsilə nağdlaşdıraraq ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 1000 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elçin» və «Zarita» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən «Elçin» və «Zarita» adlı şəxslər 18 yanvar 2024-cü il tarixdə “Turbo.az” elan saytında «Kia Ceed» markalı avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs5 istintaqla müəyyən edilməyən yerdə Ukrayna mobil operatoruna aid «+**********62» saylı mobil nömrədən «vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncuya guya avtomobili almaq istəməsi və ödənişi «card-to-card» əməliyyat sistemindən istifadə etməklə həyata keçirəcəklərini bildirib Zərərçəkmiş şəxs5 sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 5239-1517-6700- 8272 nömrəli bank kartının məlumatlarını əldə edib Zərərçəkmiş şəxs5 mobil telefonuna gələn 4 rəqəmli pin kod vasitəsilə sonuncuya məxsus bank kartlarına bağlı olan «Birbank» mobil tətbiqinə qanunsuz daxil olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron məlumat daşıyıcısı hesab edilən 5239-1517-7280-3121 nömrəli bank kartının hesabından komissiya haqqı ilə birlikdə 8576 manat 74 qəpik pulu onun istifadəsində olan 4169-7388- 7032-6349 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq taladıqdan sonra o, qeyd olunan pulları Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Rahat” marketdə quraşdırılmış terminal vasitəsilə nağdlaşdıraraq ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 8576 manat 74 qəpik xeyli miqdarda ziyan vuraraq oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elçin» və «Zarita»adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən «Elçin» və «Zarita» adlı şəxslər 07 fevral 2024-cü il tarixdə «Turbo.az» elan saytında «Opel Vectra» markalı avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs4 istintaqla müəyyən edilməyən yerdə Ukrayna mobil operatoruna aid «+**********62» saylı mobil nömrədən «vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncuya guya avtomobili almaq istəmələri və ödənişi «card-to-card» əməliyyat sistemindən istifadə elməklə həyata keçirəcəklərini bildirib Zərərçəkmiş şəxs4 sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-1295- 7102 və 4169-7388-6492-5338 nömrəli bank kartlarının, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid üzərindəki «PAN» nömrəsi istintaqla müəyyən olunmayan bank kartının məlumatlarını əldə edib Zərərçəkmiş şəxs4 mobil telefonuna gələn 4 rəqəmli pin kod vasitəsilə sonuncuya məxsus bank kartlarına bağlı olan «Birbank» və "xxxx" mobil tətbiqlərinə qanunsuz daxil olaraq elektron məlumat daşıyıcısı hesab edilən 4169-7388- 1295-7102 və 4169-7388-6492-5338 nömrəli bank kartlarının hesabından ümumilikdə 900 manat və istintaqla müəyyən edilməyən sonuncuya məxsus bank kartının hesabından 1000 pulu onun istifadəsində olan 5239-1517-7940-0848 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq taladıqdan sonra o, qeyd olunan pulları Yevlax rayonunda terminal vasitəsilə nağdlaşdıraraq ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 1900 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elçin» və «Zarita» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən «Elçin» və «Zarita» adlı şəxslər 16 fevral 2024-cü il tarixdə «Turbo.az» elan saytında əri X2 məxsus «Hyundai Sonata» markalı avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs7 istintaqla müəyyən edilməyən yerdə ***-***-**-** saylı mobil nömrədən «vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncuya guya avtomobili almaq istəmələri və ödənişi «card-to-card» əməliyyat sistemindən istifadə etməklə həyata keçirəcəklərini bildirib Zərərçəkmiş şəxs7 sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7414-6964-8024 nömrəli bank kartının məlumatlarını əldə edib Zərərçəkmiş şəxs7 mobil telefonuna gələn 4 rəqəmli pin kod vasitəsilə sonuncuya məxsus bank kartlarına bağlı olan «Birbank» mobil tətbiqinə qanunsuz daxil olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron məlumat daşıyıcısı hesab edilən 4169-7414-6964-8024 nömrəli bank kartının hesabından 700 manat pulu onun istifadəsində olan 5239-1517-5160-2114 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq taladıqdan sonra o, qeyd olunan pulları istintaqla müəyyən edilməyən ərazidə terminal vasitəsilə nağdlaşdıraraq ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 700 manat maddi ziyan vuraraq oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elçin» və «Zarita» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən «Elçin» və «Zarita» adlı şəxslər 19 fevral 2024-cü il tarixdə «Turbo.az» elan saytında tanışı X4 məxsus avtomobili satmaqla bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 istintaqla müəyyən edilməyən yerdə Ukrayna mobil operatoruna aid «+**********62» saylı mobil nömrədən «vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncuya guya avtomobili almaq istəmələri və ödənişi «card-to-card» əməliyyat sistemindən istifadə etməklə həyata keçirəcəklərini bildirib Zərərçəkmiş şəxs1 sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-9431-3398 və 4169-7377- 0759-5589 nömrəli bank kartlarının məlumatlarını əldə edib Zərərçəkmiş şəxs1 mobil telefonuna gələn 4 rəqəmli pin kod vasitəsilə sonuncuya məxsus bank kartlarına bağlı olan «Birbank» mobil tətbiqinə qanunsuz daxil olaraq elektron məlumat daşıyıcısı hesab edilən 4169-7388-9431-3398 nömrəli bank kartının hesabından 460 manat, 4169-7377-0759- 5589 nömrəli bank kartının hesabından 690 manat pulu onun istifadəsində olan 4169-73** ****-5593 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq taladıqdan sonra o, qeyd olunan pulları istintaqla müəyyən edilməyən ərazidə terminal vasitəsilə nağdlaşdıraraq ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1150 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan «Elçin» və «Zarita» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən «Elçin» və «Zarita» adlı şəxslər 29 mart 2024-cü il tarixdə «Tap.az» elan saytında mebel dəstinin satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs3 istintaqla müəyyən edilməyən yerdə «+**********3» saylı mobil nömrədən «vatsap» mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncuya guya mebel dəstini almaq istəmələri və ödənişi «card-to-card» əməliyyat sistemindən istifadə etməklə həyata keçirəcəklərini bildirib Zərərçəkmiş şəxs3 sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-3482-3217 nömrəli bank kartının məlumatlarını əldə edib Zərərçəkmiş şəxs3 mobil telefonuna gələn 4 rəqəmli pin kod vasitəsilə sonuncuya məxsus bank kartlarına bağlı olan «Birbank» mobil tətbiqinə qanunsuz daxil olaraq elektron məlumat daşıyıcısı hesab edilən 4169-7388-3482-3217 nömrəli bank kartının hesabından ümumilikdə 4300 manat pulu onun istifadəsində olan 5239-1517-9849-9631 nömrəli bank kartının hesabına köçürməklə gizli olaraq taladıqdan sonra o, həmin gün ünvan 1 ünvanında yerləşən «Favorit» marketdə quraşdırılmış bankomatdan 4000 manat pulu və sonunucu dəfə həmin gün ünvan 2 ünvanında yerləşən «Oba» marketdə quraşdırılmış bankomatdan 300 manat pulu nağdlaşdırmaqla ələ keçirdikləri pulları aralarında bölüşdürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 4300 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən 2009-cu ilə kimi Rusiya Federasiyasında bazarda meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. 2009-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Rusiya Federasiyasında 9 il azadlıqdan məhrum olunmuşdur. 2011-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində yerləşən 23 nömrəli cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. Orada əslən azərbaycanlı olan Rusiya Federasiyasının vətəndaşı “Elçin” adlı şəxslə tanış olmuşdur. Aralarında dostluq yaranmışdır. O, cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına deport olunmuşdur. Elçin isə Rusiya Federasiyasının vətəndaşı olduğu üçün orada qalmışdır. O, Yevlax rayonuna gəlmiş və Yevlaxda olan zaman Elçinlə telefon əlaqəsi saxlamışdır. Daha sonra o, ailə qurub işləmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində o, ilk əvvəl fəhlə, daha sonra isə usta kimi işləməyə başlamışdır. 2023-cü ilin sentyabr ayının ortasında Elçin ona zəng vuraraq nə iş gördüyünü soruşmuşdur. O da Elçinə işlədiyi işi demişdir. Elçin ona işçilərinin “Turbo.az” və “Tap.az” saytları vasitəsilə alver etdiklərini bildirmiş və ona təklif etmişdir ki, bununla bağlı göndərilən pulları kartdan çıxardıb ona göndərsin. Buna görə hər göndərilən puldan ona 50 manat pul veriləcəkdir. O, həmin pulların oğurluq pul olmasından şübhələnmədiyi üçün Elçinin təklifi ilə razılaşmışdır. Bundan sonra bir nəfər qız ona gətirib bank kartı vermişdir. O da həmin karta gələn pulları nağdlaşdıraraq Elçinin verdiyi kart nömrəsinə göndərmiş, 3 dəfə isə pulu nağd şəkildə tanımadığı şəxslərə vermişdir. Belə ki, pulu nağd şəkildə bir dəfə Sulutəpədə, iki dəfə isə Xocasəndə vermişdir. Pulu verdiyi şəxslərdən biri qız, ikisi isə oğlan olmuşdur. O, ona verilən karta göndərilən pulların oğurluq pul olduğunu bilməmiş, buna görə də hər dəfə bankomatdan həmin pulları rahat şəkildə çıxartmışdır. Hər çıxartdığı pula görə isə ona sadəcə 50 manat pul verilmişdir. Həmçinin bildirmişdir ki, Yasamal RPİ-də, Quba RPŞ-də və Sumqayıt ŞPİ-də olan zaman ona qarşı fiziki təzyiqlər olunmuşdur. Lakin o, bununla bağlı heç bir orqana şikayət etməmişdir. Onun özü də bu iş üzrə zərər çəkmişdir. Belə ki, o, heç bir pul oğurlamadığı halda zərərçəkmiş şəxslərə təxminən 35.000 manat pul ödəmişdir. Dəymiş ziyanı ödədiyi zərərçəkmiş şəxslərin əksəriyyəti şikayətlərini geri götürmüş və həmin işlərə xitam verilmişdir. Digər zərərçəkmiş şəxslərə də dəymiş ziyanı ödəmək fikri vardır. Evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Daha sonra ona qarşı irəli sürülən ittiham üzrə təqsirli olmadığını bildirərək məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə özünə məxsus “Kia Ceed” markalı avtomobili 19200 manata satmaq üçün “Tubro.az” saytına elan yerləşdirmişdir. Təxminən 1 dəqiqə sonra elana qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə +**********18 saylı mobil nömrədən vatsap ani mesajlaşma proqramında bir nəfər oğlan rus dilində səsli mesaj göndərərək Qazaxıstan Respublikasında yaşadığını, bacısının Sumqayıt şəhərində yaşadığını, maşını elanda görüb bəyəndiklərini, bacısının ona zəng edəcəyini və 500 manat da beh göndərəcəyini bildirmişdir. Bir həftəyə Azərbaycana gələcəyini və maşını həmin zaman götürəcəyini qeyd etmişdir. Həmin zaman o, oğlana istifadə eldiyi "xxxx" ASC tərəfindən verilmiş 5239-1517-6700-8272 saylı bank kartının qeyd etdiyi nömrəsini göndərmişdir. Bundan sonra ona yenə həmin nömrədən rus dilində danışan bir qadın zəng etmişdir. Lakin həmin zaman o, hər iki şəxsin eyni nömrə ilə əlaqə saxladıqlarına fikir verməmişdir. Qadınla danışan zaman kartına 500 manat beh göndərdiyini, lakin pulu qəbul etmək üçün kartının bağlı olduğu mobil nömrəyə göndərilən dörd rəqəmli kodu ona deməyini istəmişdir. Həmin zaman telefonuna mesaj gəlmiş və orda 8000 manat və 450 manat yazıları görmüş, lakin o, həmin məbləğin nə olduğunu başa düşməmişdir. Elə bilmişdir ki, kartına həmin şəxslər beh göndərmişdir. Kodu dedikdən sonra telefonunda olan “Birbank” mobil tətbiqinə daxil olmaq istəsə də, daxil ola bilməmişdir. Həmin qadınla yenidən əlaqə saxladıqda karta pul köçmədiyini, pul göndərmək üçün əlavə kart verməyini istəmişdir. Həmin zaman mobil tətbiqinə daxil ola bilmədiyi, eləcə də ondan yeni kart istədiyi üçün həmin şəxslərin onu aldatdıqlarını başa düşmüşdür. Onlar pulu çəkən zaman yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki binanın həyətində olmuşdur. Kartını yoxlamaq üçün Qara Qarayev metrostansiyasının içərisində yerləşən "xxxx" ASC-nin bankomatına yaxınlaşmış və yoxlayan zaman həmin “Birbank” tətbiqində olan "xxxx" ASC tərəfindən verilmiş 5239 1517 7280 3121 nömrəli digər kartından 8 000 manat və 119,99 manat komissiya, 3 dəqiqə sonra isə 450 manat və 6,75 manat komissiya olmaqla ümumilikdə 8576,74 manat məbləğində kredit götürərək ələ keçirmişlər. Onlar pulu 4169 73** **** 6349 nömrəli başqa bir karta göndərmişlər. Bundan sonra həmin şəxslərə zəng etməyə çalışsa da, əlaqə saxlaya bilməmişdir. Hadisə nəticəsində ona 8576 manat 74 qəpik maddi ziyan dəymişdir. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək ona vurulmuş 8576,74 (səkkiz min beş yüz yetmiş altı manat, yetmiş dörd qəpik) manat məbləğində maddi ziyanın və mülki iddianın verilməsi üçün ödənilmiş 109 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təqribən 14 radələrində həyat yoldaşı X3 idarə etdiyi Hyundai Sonata markalı avtomobili satmaq məqsədi ilə "Turbo.az” saytına elan yerləşdirərək alt hissəsində ***-***-**-** saylı mobil nömrəsini qeyd etmişdir. Saat təqribən 20 radələrində ***-***-**-** saylı mobil nömrədən həyat yoldaşı İlqarın mobil nömrəsinə zəng gələrək özünü Zarina kimi təqdim edən şəxs avtomobili almaq istədiyini bildirirək ilkin ödəniş ödəmək üçün həyat yoldaşı İlqardan kart hesabının nömrəsini istəmişdir. Bundan sonra İlqar ona məxsus olan Kapital bank tərəfindən ona təqdim edilən 4169-7414-6964- 8024 saylı hesab kartını sözügedən şəxsə bildirmişdir. Bundan sonra onun mobil nömrəsinə 4 rəqəmli təhlükəsizlik kodu gəlmiş və bu zaman həmin şəxs köçürməni təsdiq etmək üçün həmin 4 rəqəmli kodu istəmişdir. Həyat yoldaşı İlqar sözügedən şəxsə 4 rəqəmli kodu bildirdikdən sonra kartından 700 manat pulun oğurlanmasını aşkar etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 26 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Sevda adlı şəxs həyat yoldaşı Şükran və qızı ilə birlikdə restorana gəlmişlər. Belə ki, Sevda həmin restoranının daimi müştərisidir. Restoranda olarkən Sevda mobil telefonda kiminləsə danışa-danışa ona yaxınlaşmış və ondan təcili bank kartını istəmişdir. Demişdir ki, təcili karta pul atacaqlar və onun öz kartı üstündə deyildir. O, ilk əvvəli tərəddüd etsə də Sevda israr etdikdən sonra özünə məxsus 4169 7385 8161 9545 saylı "xxxx" kartını çıxarmışdır. Sevda əri Şükrana demişdir ki, onun kartının şəklini çəkərək mobil telefonuna atsın. Şükran onun bank kartının şəklini çəkərək Sevdanın telefonuna atmışdır. Sevda da kiminsə telefonuna onun həmin kartının şəklini atmışdır. Sevda ona demişdir ki, özünə məxsus mebeli Lalafo.az saytında satışa qoymuşdur. Mobil telefonla danışıdığı şəxs də həmin mebeli almaq istəyir və bu məqsədlə karta pul atacaq. Bu zaman onun mobil telefonuna mesaj gəlmişdir ki, digər 4169 7388 1710 1243 saylı "xxxx" kartından 1439 manat 25 qəpik pul silinib. Eyni anda yenə də mobil telefonuna mesaj gəlmişdir ki, 4169 7423 2124 9134 saylı digər "xxxx" kartından 2185 manat pul silinmişdir. O Sevdaya demişdir ki, nəyə görə onun kartının şəklini çəkib başqasına atmışdır. Ümumilikdə kartından 3624 manat 25 qəpik pulun silindiyini aşkar etmişdir . Sevda isə ilk olaraq ona demişdir ki, yalan danışır. Sonra isə o, bu barədə polisə müraciət etmiş, onu da, Sevdanı da polisə çağıranda o, əmin olmuşdur ki, kartından pulunu çəkiblər. Sonradan onu metro polisinə, kibercinayətkarılqla mübarizə idarəsinə, Binəqədi polis idarəsinə çağırmışlar. Orada bilmişdir ki, Sevdanın mobil telefonla danışdığı qadın cinayatəkardır. Belə ki, onlar bir qrup dələduzdurlar və şəxslərin kartından pul çəkirlər. Həmin şəxslərin bir qrupu ölkə xaricindədirlər, bir qrupu isə Bakı şəhərində. Bakıda olan cinayətkar qrupun bir üzvü də Təqsirləndirilən şəxsdur. Belə ki, xaricdə olan şəxslər Lalafo.az saytına, Turbo.az saytına daxil olurlar. Əmlakını satmaq istəyən vətəndaşlara bildirirlər ki, həmin əmlakı almaq istəyirlər. Buna görə də həmin vətəndaşın kartının şəklin çəkib onlara atmağın lazım olduğunu bildirilər ki, guya həmin karta beh kimi pul atacaqlar. Vətəndaşlar da öz kartının şəklini çəkib onlara atanda onlar xüsusi texnologiya vasitəsilə kartdakı pulun hamısını məxaric edib Təqsirləndirilən şəxs onlara göndərdiyi kart hesabına atırlar. Mahir də həmin pulun müəyyən qismini özü üçün nağdlaşdıraraq qalanını onlara göndərir. Ümumlikdə ona dəymiş maddi ziyanı 3624 manat 25 qəpik qiymətləndirir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29 mart 2024-cü il tarixdə saat 16:50 radələrində işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasında olan zaman əvvəlcədən mebel satışı ilə bağlı “Tap.az” online alış-veriş saytına qoyduğu elanla bağlı tanımadığı +**********3 mobil nömrəsindən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng gəlmişdir. Zəng edən şəxs rus dilində qadın cinsinə məxsus səslə onunla danışaraq hazırda ölkə hüdudlarından kənarda, yəni Rusiya Federqasiyasında olduğunu bildirib onun “Tap.az” online alış-veriş səhifəsində yerləşdirdiyi 250 manat dəyərində stol və stul dəstini Sumqayıt şəhərində yaşayan qızı üçün almaq istədiyini bildirib ondan pul göndərmək üçün bank kartının 16 rəqəmli şifrəsini istəmişdir. O da həmin vaxt balansında pul olmayan özünə məxsus "xxxx" ASC-yə aid kartının 4169 7385 2232 9519 nömrəsini göndərmişdir ki, hər bir halda hər hansı bir dələduzluq əməlinə məruz qalsa kartının balansı boş olduğu üçün oradan pul çıxara bilməsinlər. Bundan bir qədər sonra həmin qadın cinsli şəxs ona yenidən zəng edib onun mobil telefonuna gəlmiş 3d təhlükəsizlik kodunu deməyini tələb etmişdir ki, kartının balansına 250 manat pul göndərsinlər. O da 9552 təhlükəsizlik kodunu həmin zəng edən şəxsə göndərmişdir. Bir qədər sonra, yəni həmin gün saat 17:17-də onun “Samsung S23” markalı mobil telefonunda olan “Bir Bank” mobil tətbiqindən bildiriş gəlmişdir ki, digər ona məxsus "xxxx" ASC-yə aid 4169 7388 3482 3217 kart hesabında olan 4.380 manat puldan 4.300 manatı onun xəbəri və icazəsi olmadan başqa bir hesaba köçürülmüşdür. O, dərhal mobil telefonunda olan “Bir Bank” mobil tətbiqinə daxil olduqda görmüşdür ki, ona guya övladı üçün “Tap.az” online alış-veriş səhifəsində yerləşdirdiyi mebel dəstini almaq üçün zəng etmiş şəxs onun “Bir Bank” tətbiqinə daxil olaraq orada olan digər "xxxx" ASC-yə aid 4169 7388 3482 3217 kart hesabından 4.300 manat pulu X6 məxsus 5239 1517 9849 9631 nömrəli "xxxx" ASC-yə aid hesab kartının balansına göndərmişdir. Bundan sonra o, pulunun oğurlanması ilə bağlı "xxxx" ASC-yə zəng edib məlumat verdikdə onlar ona polisə də bu barədə məlumat verməyini bildirmişlər. Həmin gün işləri olduğuna görə o, xx.xx.2024-cü il tarixdə qeydiyyatda olduğu rayon üzrə Yasamal RPİ-nin 26-cı PB-nə gedərək bu barədə ərizə yazmışdır. Daha sonra ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən "Aynur Qala" restoranında aşpaz işləyir. Özünə məxsus **-GF-*** dövlət nömrə nişanlı “Opel Vectra” minik avtomobili vardır. Həmin avtomobili satmaq qərarına gəlmişdir. 07 fevral 2024-cii il tarixdə təxminən saat 15 radələrində Xaçmaz rayonu, Qoçaqlı kəndinə qaynatasının evinə qonaq getmişdir. Orada olan zaman həmin avtomobilini "turbo.az" avtomobil elanı saytına yerləşdirmişdir. Avtomobilinin qiymətini 6500 manat yazmışdır. Təxminən 20 dəqiqə sonra, yəni hələ Xaçmaz rayonunda olduğu zaman ona tanımadığı ***-***-**-** mobil nömrəsindən zəng gəlmişdir. Danışan xanım olmuş, ancaq rus dilində danışmışdır. O, başa düşmədiyindən baldızı onunla danışmış və ona tərcümə etmişdir. Söhbət zamanı həmin şəxs elana qoyduğu avtomobilini bəyəndiyini, atasına hədiyyə almaq istədiyini demişdir. Həmin şəxs tez müddət ərzində başqa nömrə ilə onunla əlaqə saxlanacağını demişdir. Qısa müddət sonra ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmişdir. İkinci zəng edən şəxs də rus dilində danışmış və avtomobili elandan çıxarmağını, qarşılığında onun kartına 500 manat pul göndərərək bir həftə müddətində gələrək avtomobili götürəcəklərini demişdir. Daha sonra ondan kart hesabı istəmişlər. O, ilk əvvəl özünün adına olan "xxxx"a məxsus 4169 7388 1295 7102 hesab nömrəsini vermişdir. Onun mobil telefonuna 4 rəqəmli kod gəlmiş, həmin kodu onlara demişdir. Sonra isə həmin karta pul göndərə bilmədiklərini demişlər. Başqa kart olub-olmadığını soruşmuşlar. O, ikinci "xxxx"a məxsus olan 4169 7388 6492 5338 birbank kart hesab nömrəsini vermişdir. Yənə də gələn 4 rəqəmli kodu onlara demişdir. Yenə də onlar pul göndərə bilmədiklərini qeyd etmişlər. Belə olan halda o, üçüncü Beynəlxalq Bank kartının 4127 2141 2397 0896 hesab nömrəsini demişdir. Qısa müddət ərzində hər üç kartından pul çıxıldığını aşkar etmişdir. İlk verdiyi kartdan 600 manat, ikinci verdiyi kart hesabından 300 manat, sonda verdiyi kart hesabından isə 1000 manat pul çıxarılmışdır. Ümumilikdə 1900 manat pulu tanımadığı naməlum şəxslər tərəfindən talanmışdır. Həmin vaxtı dəfələrlə həmin mobil nömrələr ilə əlaqə saxlamaq istədikdə, qeyd olunan mobil nömrələrə ümumiyyətlə zəng getməmişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, dostuna məxsus avtomobili satmaq üçün «Turbo.az» saytında elan vermişdir. 19 fevral 2024-cü il tarixdə saat 14 radələrində xatırlamadığı nömrədən onun mobil telefonuna zəng gəlmiş və həmin avtomobili almaq istədiyini bildirmişdir. Buna görə ona beh vermək istədiyini deyərək ondan kart nömrəsini istəmişdir. Onunla telefonla danışarkən həmin şəxs xaricdə olduğunu demişdir. O, özünün "xxxx"a məxsus 4169-7388- 9431-3398 saylı kart hesabının nömrəsini mobil telefonda ona bildirmişdir. Təxminən bir dəqiqədən sonra həmin ona dediyi kartından 460 manat pulunun çəkildiyini görmüş, bir az sonra əlavə 4169-7377-0759-5589 saylı "xxxx"a məxsus kart hesabından da 690 manat pulun silindiyini görmüşdür. Ümumlikdə ona dəymiş maddi ziyan 1150 manatdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 03 yanvar 2024-cü il tarixdə özünə məxsus klassik üslubda olan işlənmiş yumşaq mebel dəstini 2700 manata satmaq üçün “Lalafo” saytına elan yerləşdirmişdir. Təxminən 30 dəqiqə sonra elana qeyd etdiyi ***-***-**-** saylı mobil nömrəyə +**********62 saylı mobil nömrədən vatsap ani mesajlaşma proqramında rus dilində danışan qadın zəng edərək ölkədə olmadığını, xalasının Sumqayıt şəhərində yaşadığını, mebeli elanda görüb bəyəndiklərini, xalasının bağ evi üçün alacağını bildirmişdir. O, qadına gəlib yerində mebelə baxacaqlarını soruşduqda ehtiyac olmadığını, mebeli sürücünün götürəcəyini bildirmişdir. Ona kartının şəklini atmağını, pulu karta göndərəcəyini, mebeli isə sabah sürücünün götürəcəyini bildirmişdir. 03 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Göyçay rayonıı, Qızılağac kəndində olan zaman ona 994 55 *** ** ** saylı mobil nömrədən vatsap ani mesajlaşma proqramında başqa bir qadın zəng edərək kartın şəklini göndərməyini istəmişdir. Həmin zaman o, qadına istifadə etdiyi "xxxx" ASC tərəfindən verilmiş 5103-0714-5395-0749 saylı bank kartının qeyd etdiyi nömrəsini göndərmişdir. Qadınla danışan zaman kartına 2700 manat göndərdiyini, lakin pulu qəbul etmək üçün kartının bağlı olduğu mobil nömrəyə göndərilən dörd rəqəmli kodu deməyini istəmişdir. Həmin zaman telefonuna mesaj gəlmiş, lakin o, mesaja fikir vermədiyi üçün orada olan kodu həmin şəxsə bildirmişdir, Elə həmin dəqiqə kartından pul çıxdığını görmüşdür. O, həmin şəxsə pulun ondan çıxdığını bildirsə də, həmin şəxs pulu geri qaytaracağını bildirmiş və telefonu söndürmüşdür. Bundan sonra bankın mobil tətbiqinə baxan zaman 5103-0714-5395-0749 saylı kartından 750 manat, nömrəsini xatırlamadığı digər kartından isə 250 manat pul çıxarıldığını görmüşdür. İlkin izahatında səhvliklə bütün pulun bir kartından çəkildiyini bildirmişdir. Hadisə nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Daha sonra məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş zərərin ödənilməsini tələb etdiyini, əks halda təqsirləndirlən şəxs barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “5239 1517 5160 2114” nömrəli bank kartı ona məxsusdur. Hal-hazırda da həmin bank kartından özü istifadə edir. "xxxx" ASC-dən verilmiş 5239 1517 5160 2114 nömrəli birbank kartına xx.xx.2024-cü il tarixdə göndərilmiş 700 manat məbləğində pulu o deyil, həmkəndlisi Şahid2 çıxarmışdır. Şahid2 onunla eyni kənddə Yevlax rayonu, Qaraməmmədli kəndində yaşayır. Onunla heç bir düşmənçilik və ya ədavəti olmamış, münasibətləri hər zaman normal olmuşdur. 16 fevral 2024 cü il tarixdə axşam saat təxminən 20 radələrində Bəxtiyar ona zəng edərək özünün fermada olduğunu, onun bank kartına Bakıda yaşayan qohumları tərəfindən pul göndəriləcəyini və həmin pulu çıxararaq ona verməyini bildirmişdir. O, həmin vaxt Bəxtiyara yeyib-içdiyini və spirtli içki qəbul etdiyini, buna görə də avtomobil idarə edərək harasa gedə bilməyəcəyini, bank kartını verə biləcəyini və pulu da özünün çıxara biləcəyini demişdir. Bəxtiyar onun təklifinə razı olaraq təxminən 20-30 dəqiqə sonra gələrək yaşadığı Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən evinə gəlib ondan özünə məxsus olan “5239 1517 5160 2114” nömrəli bank kartını alaraq getmişdir. Təxminən bir-iki gün sonra bank kartını ona qaytarmışdır. O, Bəxtiyardan işlərini qaydasına qoya bilib-bilmədiyini soruşduqda Bəxtiyar ona Bakı şəhərində yaşayan kirvəsinin ona pul göndərdiyini və işlərini həll etdiyini bildirmişdir. Şahid2 bir neçə dəfə ondan bank hesabına pul gələcəyini və həmin pulu istifadəsində olan bank kartı vasitəsi ilə çıxararaq verməyini xahiş etmişdir. O da bank kartına gələn müxtəlif məbləğlərdə pulu çıxararaq Bəxtiyara vermişdir. O, bank kartına köçürülən pulların kim tərəfindən köçürüldüyünü konkret olaraq bilməmişdir. Bəxtiyar söhbət əsnasında ona kirvəsinin imkanının yaxşı olduğunu və həmin pulları kirvəsinin ona borclarını bağlaması üçün göndərdiyini bildirmişdir. Lakin bir müddət sonra onu Abşeron Rayon Polis İdarəsinə çağırmışlar və bundan sonra o bilmişdir ki, onun kartına gələn pullar oğurluq pullar olmuşdur. O, daha sonra bu barədə Bəxtiyardan soruşduqda, sonuncu ona həmin pulları qohumu Təqsirləndirilən şəxs dostlarının göndərdiyini və həmin pulla qızıl alıb satacağını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, “5239 1517 5160 2114” nömrəli bank kartı dostu və həmkəndlisi Şahid1 məxsusdur. Həmin bank kartından xx.xx.2024-cü il tarixdə 700 manat məbləğində pulu o çıxarmışdır. Belə ki, uzaq qohumu və həmkəndlisi olan Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə onun üçün Rusiya Federasiyasında olan dostlarının pul göndərməsini, həmin pulu götürmək üçün bank kartı lazım olduğunu deyib pulu çıxarmaq üçün kart tapmağını xahiş etmişdir. O da həmkəndlisi Şahid1 məxsus olan bank kartının nömrəsini bildiyi üçün bu məsələdə ona köməklik edəcəyini demişdir. Şahid1 məxsus olan və "xxxx" ASC-dən verilmiş 5239 1517 5160 2114 nömrəli “Birbank” kartının nömrəsini bildirmişdir. Bundan sonra Mahirin kiminlə əlaqə saxlamasını, həmin karta pulun haradan yüklənməsini bilməmişdir. 16 fevral 2024-cü il tarixdə axşam saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs ona həmin karta pul yükləndiyini bildirmişdir. O da zəng edib Şahid1 kartına pul yükləndiyini, həmin pulu çıxararaq ona verməyini istəmişdir. Elvin də həmin vaxt ona ziyafətdə olduğunu, spirtli içki qəbul etdiyini, buna görə də avtomobil idarə edərək harasa gedə bilməyəcəyini, bank kartını ona verə biləcəyini və pulu da özünün çıxara biləcəyini demişdir. O da Elvinin təklifinə razı olaraq təxminən 20-30 dəqiqə sonra gedib Elvinin Yevlax rayonu Qaraməmmədli kəndində yaşadığı evində Elvindən ona məxsus olan “5239 1517 5160 2114” nömrəli bank kartını alaraq getmişdir. Həmin gün karta olan pulun hamısını, yəni konkret olaraq 700 manat məbləğində pulu çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təxminən bir-iki gün sonra bank kartını Elvinin özünə qaytarmışdır. O, xırda dırnaqlı heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Alıbsatdığı qoyun-quzunun pulunu çox vaxt ona kart vasitəsi ilə göndərmişlər. Onun özünün kartı olmadığına görə ya Şahid1 bank kartından özü islifadə etmiş, gah da Elvin özü onun xahişi ilə kartına yüklənmiş pulu çıxarıb ona vermişdir. 16 fevral 2024-cü il tarixdə Şahid1 məxsus olan "xxxx" ASC-dən verilmiş 5239 1517 5160 2114 nömrəli “Birbank” kartına Təqsirləndirilən şəxs üçün pulların konkret olaraq kim tərəfindən və nə səbəblə göndərildiyini bilməmişdir. Mahir özü ona həmin pulların ona Rusiya Federasiyasında olan dostları tərəfindən göndərilməsini demişdir. O, 16 fevral 2024-cü il larixdə Şahid1 pulu alarkən ayıb olmasın deyə başqası üçün çıxardığını deməmişdir. Ona görə də Elvinə pulların ona göndərilməsini demişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ülvi Abdullayev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir (İ cild, i.v.1); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1ci maddələri ilə ittiham elan edilmişdir (l cild, i.v.154-155); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Anar Ağayarova həvalə olunduğundan iş həmin tarixdə icraatına qəbul edilmiş və Anar Ağayarovun icraatında olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi altında davam etdirilmiş, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3- 1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.166, 168-171); - “Cinayət işinin başlanması və icraata qəbul olunması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Quba RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Mikayıl Rüstəmov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir (İ cild, i.v.173); - “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq Mikayıl Rüstəmov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.227); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq Mikayıl Rüstəmov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmişdir (l cild, i.v.236-237); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsinə dair müstəntiq Mikayıl Rüstəmovun vəsatəti təmin edilməmişdir (l cild, i.v.248-249); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Quba RPŞ-nin Müvəqqəti saxlana yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (ll cild, i.v.1-2); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi aidiyyəti üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (ll cild, i.v.15-16); - “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 05 iyul 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 (iki) ay 5 (beş) ayadək, yəni 08 iyul 2024-cü il tarixdən 08 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (ll cild, i.v.19-20); - “Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (ll cild, i.v.21-23); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis mayoru Ceyhun Məmmədov tərəfindən həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır (ll cild, i.v.26-27); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi baş müstəntiq Ceyhun Məmmədov tərəfindən aidiyyəti üzrə istintaqın davam etdirilməsi məqsədilə Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (ll cild, i.v.84-85); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Cavad Əhmədov tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır (ll cild, i.v.89-90); - “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Cavad Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (ll cild, i.v.101); - “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (ll cild, i.v.115-116); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin Müvəqqəti saxlana yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (ll cild, i.v.128-129); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Cavad Əhmədov tərəfindən aidiyyəti üzrə Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (ll cild, i.v.139-140); - “Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Anar Ağayarovun icraatına qəbul edilərək ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (ll cild, i.v.144-146); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Pünhan Əbilov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır (İl cild, i.v.150); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur (ll cild, i.v.182-183); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (ll cild, i.v.196-197); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsinə dair Yasamal RPİ-nin baş müstəntiqi, polis mayoru Pünhan Əbilovun vəsatətinin müdafiəsindən imtina edilmiş və saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (ll cild, i.v.212-213); - “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (ll cild, i.v.214-215); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsi məqsədilə Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (ll cild, i.v.224-225); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Anar Ağayarovun icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir (ll cild, i.v.229); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (lll cild, i.v.30-32, 35-37); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (lll cild, i.v.42-44); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (lll cild, i.v.46-48); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (lll cild, i.v.62-64); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (lll cild, i.v.80-81); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-469/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 (bir) ay 15 (on beş) gün həddində müəyyən edilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən, saat 22:30dan hesablanmışdır (llİ cild, i.v.110-116); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-551/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 yanvar 2025-ci il tarixədək uzadılmışdır (llİ cild, i.v.157-160); - “İbtidai istintaqın müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov tərəfindən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq miiddəti 02 ay – 5 ayadək, yəni 03 mart 2025-ci il tarixədək uzadılmışdır (lll cild, i.v.203-204); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-732/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 yanvar 2025-ci il tarixədək uzadılmışdır (llİ cild, i.v.222-226); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-47/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2025ci il tarixədək uzadılmışdır (llİ cild, i.v.247-250); - “Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (lll cild, i.v.251-253); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Sabit Yusifov tərəfindən həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır (lll cild, i.v.256); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (lV cild, i.v.40); - “Cinayət işinin təzələnməsi və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (lV cild, i.v.44); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (lV cild, i.v.53-54); - “Cinayət işinin təzələnməsi və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (lV cild, i.v.63); - “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl müstəntiq Sabit Yusifov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (lV cild, i.v.76-77); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (lV cild, i.v.87-88); - “Qətimkan tədbirnin qüvvədə saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (lV cild, i.v.100-101); - “240270443 nömrəli cinayət işinin icraata qəbul edilməsi və ********* nömrəli cinayət işinə birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixdən görünür ki, Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Sabit Yusifov tərəfindən ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (lV cild, i.v.107-109); - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Şirzad Baxşəli tərəfindən həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (lV cild, i.v.113); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat müstəntiq Şirzad Baxşəli tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (lV cild, i.v.151); - “Cinayət işinin təzələnməsi və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (lV cild, i.v.159); - “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl müstəntiq Şirzad Baxşəli tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmir Məcəllənin 177.2.1 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (lV cild, i.v.164-165); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (lV cild, i.v.176-177); - “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (lV cild, i.v.192-193); - “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Sabit Yusifov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (lV cild, i.v.196-199); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” və “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq Sabit Yusifov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır (lV cild, i.v.201-202, 219-222); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (İV cild, i.v.225-228); - “Cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işindən «Elçin» və «Zarita» adlı naməlum şəxslər barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (İV cild, i.v.252-258); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2 2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (lV cild, i.v.275-277); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs cinayətin digər iştirakçıları tərəfindən onun kartına yönləndirilmiş pulları nağdlaşdırdığı bankomatların Bakı şəhərində yerləşdiyi ünvanları əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (ll cild, i.v.217-220); - “Dəymiş maddi ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs3 vurmuş olduğu 4300 (dörd min üç yüz) manat maddi ziyanı Zərərçəkmiş şəxs3 ödənilməsi üçün istintaq orqanına təhvil vermişdir (ll cild, i.v.221); - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş 01 ədəd diskdəki 416973******6349 nömrəli plastik kart hesabından nağdlaşdırma əməliyyatlarına dair görüntülərdən görünür ki, görüntüdəki 4169 7388 7032 6349 Birbank cashback plus "xxxx" kartından xx.xx.2024-cü il tarixdə saat 16:22:15-dən saat 16:22:51-dək olan müddət ərzində 200 AZN, xx.xx.2024-cü il tarixdə saat 21:56:30-dan saat 21:57:48-dək olan müddət ərzində 990 AZN, xx.xx.2024-cü il tarixdə saat 18:20:04-dən saat 18:21:11-dək olan müddət ərzində 450 AZN, xx.xx.2024-cü il tarixdə saat 19:25:08-dən saat 19:25:55dək olan müddət ərzində 580 AZN, xx.xx.2024-cü il tarixdə saat 14:35:06-dan saat 14:36:09-dək olan müddət ərzində 3 AZN, xx.xx.2024-cü il tarixdə saat 17:32:43-dən saat 17:33:41-dək olan müddət ərzində 1348 AZN, xx.xx.2024-cü il tarixdə saat 18:25:54-dən saat 18:53:35-dək olan müddət ərzində 2 AZN, xx.xx.2024-cü il tarixdə saat 23:51:15-dən saat 23:52:15-dək olan müddət ərzində 1740 AZN, xx.xx.2024-cü il tarixdə saat 21:17:41dən saat 21:18:24-dək olan müddət ərzində 320 AZN, xx.xx.2024-cü il tarixdə saat 23:09:22-dən saat 23:10:17-dək olan müddət ərzində 975 AZN, xx.xx.2024-cü il tarixdə saat 16:42:38-dən saat 16:44:13-dək olan müddət ərzində 840 AZN, xx.xx.2024-cü il tarixdə saat 20:23:15-dən saat 20:24:13-dək olan müddət ərzində 1990 AZN, xx.xx.2024cü il tarixdə saat 14:45:31-dən saat 14:47:36-dək olan müddət ərzində 2000 AZN, xx.xx.2024-cü il tarixdə saat 18:40:45-dən saat 18:41:23-dək olan müddət ərzində 2000 AZN, xx.xx.2024-cü il tarixdə saat 18:50:05-dən saat 18:50:12-dək olan müddət ərzində 2000 AZN, xx.xx.2024-cü il tarixdə saat 18:51:10-dan saat 18:51:49-dək olan müddət ərzində 2000 AZN pulu məxaric edən şəxs Təqsirləndirilən şəxsdur (l cild, i.v.78-94); - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixində 416973******7102 nömrəli kartdan 523915******0848 nömrəli karta 600 manat və 416973******5338 nömrəli kartdan 523915******0848 nömrəli karta 300 manat pul köçürülmüş, həmçinin 01 ədəd diskdəki görüntülərdən görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Təqsirləndirilən şəxs bankomat vasitəsilə nağdlaşdırma əməliyyatı aparmışdır (l cild, i.v.195-199); - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə olunmuş diskdəki görüntüdən görünür ki, Zərərçəkmiş şəxs4 adına olan 4127-2141-2397-0896 saylı plastik kartdan xx.xx.2024-cü il tarixdə 1000 (bir min) manat məbləğində pul vəsaiti cash by code” (plastik kartı fiziki olaraq bankomata daxil etmədən **********14 saylı mobil nömrəyə gələn xüsusi kod) vasitəsilə "xxxx" ASC-yə məxsus 212 saylı bankomatdan nağdlaşdırılaraq məxaric edilmişdir. Bankomat vasitəsilə qeydə alınan nağdlaşdırma əməliyyatının görüntüsündən görünür ki, xx.xx.2024-cü il tarixdə qeyd olunan əməliyyatı aparan şəxs Təqsirləndirilən şəxsdur (ll cild, i.v.4-5); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 02 ədəd videogörüntü vardır. Birinci görüntüdə 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yeləşən “Favorit” marketdə quraşdırılmış bankomatdan pul çıxardığı görünür. İkinci görüntüdə 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən “Oba” marketdə quraşdırılmış bankomatdan pul çıxardığı görünür (lll cild, i.v.166- 167); - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs7 məxsus 416974******8024 nömrəli kartdan Şahid1 məxsus 523915******2114 nömrəli karta xx.xx.2024-cü il tarixində 700 manat pul köçürülmüşdür (lV cild, i.v.28-30); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş çıxarışlar, məktublara əlavə edilmiş içərisində bank məlumatları olan disklər, qəbzlər maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (İV cild, i.v.234-250); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva vilayəti Orexovo-Zuyevski Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30-cu maddəsi maddəsinin 3-cü hissəsi, 228-1-ci madəsinin 2-ci hissəsinin “B” bəndi, 30-cu maddəsinin 1-ci hissəsi, 22-1-ci maddəsinin 3-cü hissəsinin “Q” bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək barəsində 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (İlİ cild, i.v.170-171); - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 31/97 nömrəli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hər hansı hökmün tanınıb-tanınmaması barədə məlumat aşkar olunmamışdır; - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (lll cild, i.v.96-97); - Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, ondan şikayəti və ona qarşı hər hansı tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi bu əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, oğurluq etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iki nəfər zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, onlarla barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış qəbzlər, çıxarışlar və içərisində bank məlumatları olan disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, onun mülki iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxs – mülki cavabdeh tərəfindən zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs5 8576,74 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə 8576,74 (səkkiz min beş yüz yetmiş altı manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 106.53 (yüz altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 8683.27 (səkkiz min altı yüz səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs5 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 36 saata görə 396 (üç yüz doxsan altı) manat olmaqla, ümumi 52 saata görə cəmi 492 (dörd yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə 8576,74 (səkkiz min beş yüz yetmiş altı manat, yetmiş dörd qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 106.53 (yüz altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 8683.27 (səkkiz min altı yüz səksən üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış qəbzlər, çıxarışlar və içərisində bank məlumatları olan disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 52 saata görə 492 (dörd yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-297/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-297/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver