Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-298/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Aran qəsəbəsi, ev 1/29-da qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası bu hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və həmin tarixdə azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 31 mart 2022-ci il tarixdə, saat 09:40 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 50, mənzil 22-nin giriş qapısının açıq olmasından istifadə edib həmin mənzilə qanunsuz daxil olaraq qonaq otağında qoyulmuş rəfin üzərindən Zərərçəkmiş şəxs məxsus, içərisində 01 ədəd 103 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış 20,61 qram çəkidə 925 əyarlı üzəri naxışlı gümüş qolbaq, 01 ədəd 35 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaşlar olan 7,06 qram çəkidə 925 əyarlı gümüş üzük, 01 ədəd 10 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaşlar olan 2,06 qram çəkidə 925 əyarlı gümüş üzük, 01 ədəd 23 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf və qara rəngli qaşlar olan 6,61 qram çəkidə 925 əyarlı sırğa tayı, 01 ədəd 06 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış, 1,70 qram çəkidə 925 əyarlı boyunbağı, 01 ədəd 07 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış 2,07 qram çəkidə 925 əyarlı gümüş boyunbağı, 01 ədəd 04 manat dəyərində gümüşü rəngli metaldan hazırlanmış, 1,07 qram çəkidə 925 əyarlı məmulat hissəsi, 01 ədəd 03 manat dəyərində gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaş olan 12,85 qram çəkidə qolbaq, 01 ədəd 03 manat dəyərində sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaş olan, 3,66 qram çəkidə üzük, 03 ədəd ümumilikdə 02 manat dəyərində sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmış, üzərilərində ağ şəffaf qaş olan, ümumilikdə 2,89 qram çəkidə sırğa tayları, 01 ədəd 02 manat dəyərində sarı rəngli qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmış, kulonu üzərində ağ şəffaf qaşlar qoyulmuş, 5,17 qram çəkidə boyunbağı 10 manat dəyərində zərgərlik məmulatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş qutu ilə birgə oğurlayıb mənzili tərk etmək istəyərkən mənzildə olan Zərərçəkmiş şəxs bacısı Şahid tərəfindən aşkar olunmasına baxmayaraq, oğurladığı əmlakları özündə saxlamaqla hadisə yerindən qaçıb uzaqlaşan zaman Şahid tərəfindən binanın blokunda saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş, qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib yaşayış sahəsinə qanunsuz olaraq girib özgənin əmlakını açıq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 208 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməyə cəhd etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə yaşadığı Kürdəmir rayonundan iş tapmaq məqsədi ilə Bakı şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 50 saylı binanın 2-ci blokunda dayanıb siqaret çəkən zaman bir nəfər şəxsin gəldiyini görüb onun siqaret çəkdiyini görməməsi üçün həmin blokun 3-cü mərtəbəsinə qalxmış və sol hissədə olan mənzilin giriş qapısının açıq olduğunu görüb ora daxil olmuşdur. Mənzildə sakitçilik olduğunu üçün qonaq otağına keçmiş və orada bir nəfər qadının yatdığını görmüşdür. Bu zaman qonaq otağında olan rəfin üzərinə qoyulmuş qırmızı rəngli qutunu götürmüş və mənzildən çıxmaq istəyərkən mənzilin digər otağından başqa bir qadının onun üzərinə gəldiyini görüb mənzildən qaçaraq çıxmışdır. Lakin, həmin qadın onun arxasınca qaçmağa başlamış və pilləkənləri düşən zaman onu yaxalamışdır. O da müqavimət göstərərək bu qadının əlindən çıxaraq yenidən qaçmağa çalışsa da, sonuncu təkrar onu yaxalamışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və onu 19-cu polis şöbəsinə aparmışlar. Dəymiş ziyanı ödəmiş, əməlindən peşmandır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 50, mənzil 22-də yaşayır. xx.xx.2022-ci il tarixdə bacısı Şahid qışqırıq səsinə yuxudan oyanıb səs gələn istiqamətdə qaçmışdır. Çölə çıxarkən bacısının tanımadığı bir qadını tutub saxlamağa cəhd etdiyini görmüşdür. Bu zaman ona aydın olmuşdur ki, həmin qadın onların mənzildə yatmaqlarından və qapının açıq olmasından istifadə edərək içəri daxil olmuş, qonaq otağında termonun qarşısından ona məxsus olan, içərisində 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış 20,61 qram çəkidə 925 əyarlı üzəri naxışlı gümüş qolbaq, 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaşlar olan 7,06 qram çəkidə 925 əyarlı gümüş üzük, 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaşlar olan 2,06 qram çəkidə 925 əyarlı gümüş üzük, 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf və qara rəngli qaşlar olan 6,61 qram çəkidə 925 əyarlı sırğa tayı, 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, 1,70 qram çəkidə 925 əyarlı boyunbağı, 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış 2,07 qram çəkidə 925 əyarlı gümüş boyunbağı, 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, 1,07 qram çəkidə 925 əyarlı məmulat hissəsi, 01 ədəd gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaş olan 12,85 qram çəkidə qolbaq, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində 01 ədəd ağ şəffaf qaş olan, 3,66 qram çəkidə üzük, 03 ədəd sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmış, üzərilərində ağ şəffaf qaş olan, ümumilikdə 2,89 qram çəkidə sırğa tayları, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmış, kulonu üzərində ağ şəffaf qaşlar qoyulmuş, 5,17 qram çəkidə boyunbağı 10 manat dəyərində zərgərlik məmulatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş qutunu götürüb qaçarkən bacısı onu görmüş və arxasına düşüb blokda tutmuşdur. Qadın qaçarkən götürdüyü əşyaları onun bacısının üstünə ataraq getməyə cəhd etmiş, lakin bacısı bu şəxsin qaçmasına imkan verməmişdir. Hazırda ona vurulmuş zərər tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2587-6/2149 saylı rəyinə əsasən 01 ədəd gümüşü rəngli metaldan üzəri naxışlı qolbaq – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 20,61 qramdır – qiyməti 103,0 manat, 01 ədəd gümüşü rəngli metaldan, üzərində 01 ədəd ağ şəffaf və qara rəngli qaşlar olan üzük – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 7,06 qramdır, qaşları qiymətli daşlara aid deyil – qiyməti 35,0 manat, 01 ədəd gümüşü rəngli metaldan, üzərində 01 ədəd ağ şəffaf qaşlar olan üzük – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 2,06 qramdır, qaşı qiymətli qaşlara aid deyil – qiyməti 10,0 manat, 01 ədəd gümüşü rəngli metaldan, üzərində 01 ədəd ağ şəffaf və qara rəngli qaşlar olan sırğa tayı – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 6,61 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur – qiyməti 23,0 manat, 01 ədəd gümüşü rəngli metaldan boyunbağı (qırıqdır) – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 1,70 qramdır, qırıntı hesab olunur – qiyməti 6,0 manat, 01 ədəd gümüşü rəngli metaldan boyunbağı (qırıqdır) – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 2,07 qramdır, qırıntı hesab olunur – qiyməti 7,0 manat, 01 ədəd gümüşü rəngli metaldan məmulat hissəsi – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 1,07 qramdır, qırıntı hesab olunur – qiyməti 4,0 manat, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan qolbaq – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 12,85 qramdır, qaşları qiymətli qaşlara aid deyil – qiyməti 3,0 manat, 01 ədəd sarı rəngli metaldan (qaralmış), üzərində 01 ədəd ağ şəffaf qaş olan üzük – metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,66 qramdır, qaşı qiymətli qaşlara aid deyil – qiyməti 3,0 manat, 03 ədəd sarı-gümüşü metaldan, üzərlərində ağ şəffaf qaş, mirvariyə bənzər muncuqlar olan sırğa tayı – metalı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkiləri 2,89 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunurlar – qiyməti 2,0 manat, 01 ədəd sarı rəngli metaldan, kulonu üzərində ağ şəffaf qaşları olan boyunbağı (qırıqdır) – metalı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 5,17 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunurlar – qiyməti 2,0 manat, 05 ədəd sarıgümüşü metaldan, üzərlərində ağ şəffaf qaş, mirvariyə bənzər muncuqlar olan məmulat hissələri – metalı qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkiləri 11,69 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunurlar – qiymətləndirilmir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2022-ci ilin mart ayına olan pərakəndə satış qiyməti ilə ümumi dəyəri təxminən 198,0 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manatdır (İ cild, i.v.113- 115); “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla 01 ədəd üzəri naxışlı gümüş qolbaq, 02 ədəd gümüş üzük, 01 ədəd gümüş sırğa tayı, 02 ədəd gümüş boyunbağı, 01 ədəd gümüş məmulat hissəsi, 01 ədəd qiymətsiz əlvan metal ərintisindən hazırlanmış qolbağ, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış üzük, 03 ədəd sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış sırğa tayı, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış boyunbağı (qırıqdır), 05 ədəd sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış məmulat hissələri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.148-159); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-84/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(011)-521/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-84/2020 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və həmin taixdən də azad olunmuşdur (İ cild, i.v.124-128, 130-147, İİ cild); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.92-95). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir (5-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur (22-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə, saat 09:40 radələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus əşyaları gizli olaraq talayıb Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 50, mənzil 22-i tərk etmək istəyərkən mənzildə olan Zərərçəkmiş şəxs bacısı Şahid tərəfindən aşkar olunmasına baxmayaraq, oğurladığı əmlakları özündə saxlamaqla hadisə yerindən qaçıb uzaqlaşan zaman Şahid tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da bir şəxs kimi ictimai təhlükəlilik dərəcəsinə malik olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı və 63.3-cü maddələrənin tələblərini də nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan – 31 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, 01 ədəd üzəri naxışlı gümüş qolbaq, 02 ədəd gümüş üzük, 01 ədəd gümüş sırğa tayı, 02 ədəd gümüş boyunbağı, 01 ədəd gümüş məmulat hissəsi, 01 ədəd qiymətsiz əlvan metal ərintisindən hazırlanmış qolbağ, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış üzük, 03 ədəd sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış sırğa tayı, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış boyunbağı (qırıqdır), 05 ədəd sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış məmulat hissələri Zərərçəkmiş şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 150 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, 01 ədəd üzəri naxışlı gümüş qolbaq, 02 ədəd gümüş üzük, 01 ədəd gümüş sırğa tayı, 02 ədəd gümüş boyunbağı, 01 ədəd gümüş məmulat hissəsi, 01 ədəd qiymətsiz əlvan metal ərintisindən hazırlanmış qolbağ, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış üzük, 03 ədəd sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış sırğa tayı, 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış boyunbağı (qırıqdır), 05 ədəd sarı-gümüşü rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış məmulat hissələri Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-298/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-298/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver