Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-298/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən digər rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmış, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını elə keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin alt-satıcısı qismində fəaliyyət göstərməklə həmin Cəmiyyətin satış mərkəzindən dəyərini tam olaraq nağd şəkildə ödəyib aldığı, lotereya iştirakçıları olan alıcılar tərəfindən biletin müəyyən edilmiş hissələrini dərhal pozmaqla ani formada oynanılan lotereya biletlərinin Bakı şəhəri ərazisində metronun “20 Yanvar”, “Koroğlu”, “Memar Əcəmi” və digər stansiyalarının yaxınlığında yerləşən satış nöqtələrində pərakəndə satışını həyata keçirən Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 1, mənzil 47 ünvanındakı ofisindən bir müddət nisyə olaraq aldığı biletləri Bakı şəhəri ərazisində metronun “Koroğlu” stansiyasının yaxınlığında pərakəndə formada sataraq pulunu ödəyib sonuncunun inamını qazandıqdan sonra, tamah niyyəti ilə əldə etdiyi lotereya biletlərinin içərisindən uduşlu biletləri müəyyən edib uduş məbləğlərini özünə götürmək məqsədi ilə həmin biletlərə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə qanunsuz olaraq mexaniki kənar müdaxilə edib lotereya iştirakçıları olan alıcıların pozması üçün nəzərdə tutulmuş biletlərin müvafiq hissələrini cüzi şəkildə pozmaqla uduşlu biletləri müəyyən edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edib mükafat üçün nəzərdə tutulmuş pulları aldıqdan sonra ümumiyyətlə uduş nəzərdə tutulmadığını müəyyən etdiyi 10 ədəd beş manatlıq “5X Böyük Uduş 100000 m” adlı və 51 ədəd on manatlıq “40000000 m Pul Yağışı” adlı lotereya biletlərinin pozulması üçün nəzərdə tutulmuş sahəsində mexaniki pozuntu aparılmış izlərin üzərinə sonradan ağ və yaşıl rəngli boya çəkməklə, həmçinin biletlərin sağ kənarının ortasında yerləşən mexaniki üsulla pozduğu "xxxx" kod olan hissəsinin üzərinə blankın hissəsini yapışdırmaqla uduş məbləğlərini əldə etmək hüququ verən digər rəsmi sənədlər hesab olunan həmin lotereya biletlərini istifadə etmək məqsədi ilə saxtalaşdırmış, tamah niyyəti ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayında ünvan 4 ünvanında bir ədədinin dəyəri 1, 2, 5 və 10 manat olan “5X Böyük Uduş 100000 m” və “40000000 m Pul Yağışı” adlı ümumilikdə 5500 manat dəyərində Zərərçəkmiş şəxs lotereya biletlərini pərakəndə satıb pulunu iş gününün sonunadək ödəyəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə alıb aldatma və etibardan suiistifadə edərək ələ keçirərək satışından əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5.500 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə işləmək üçün Bakı şəhərinə gələrək müxtəlif yerlərdə fəhləlik etmişdir. Metronun “20 Yanvar” stansiyasının yaxınlığında kirayə ev tutub yaşadığından tez-tez metronun yanına gedib iş axtarmış və əslən Tərtər rayonundan olan “Qara” ləqəbli Şahid6 Zaur oğlu ilə tanış olmuşdur. Şahid6 “20 Yanvar” stansiyasının yaxınlığında Şamaxinka adlanan ərazidə lotereya biletlərinin satışı ilə məşğul olmuşdur. O, Faiqdən xahiş etmişdir ki, ona iş tapmaqda köməklik etsin. Faiq də onu lotereya biletlərini nisyə olaraq topdan satan Zərərçəkmiş şəxs ilə tanış etmişdir. İsrailin razılığını aldıqdan sonra o, Faiqin İsraildən nisyə aldığı biletləri günün ikinci yarısı Faiqin lotereyaları satdığı yerdə satmışdır. Bir neçə gündən sonra İsrail ona demişdir ki, “Koroğlu” metrosunun yaxınlığında bilet satan “Arzuman” adlı şəxs ona biletlərin pulunu ödəmədiyinə görə onu işdən çıxarıbdır, istəyirsə həmin yerdə lotereya biletlərini satsın. O razılaşmış, 2021-ci ilin dekabr ayından metronun “Koroğlu” stansiyasının çıxışında bilet satmağa başlamışdır. O, hər həftənin 1, 3 və 5-ci günləri İsrailin “20 Yanvar” metrosunun yaxınlığındakı ofisinə gedib götürdüyü biletlərin dəyərini ödəyib, yenə nisyə bilet götürüb satmaqla İsrail ilə bir neçə ay işləmişdir. Bir müddət işlədikdən sonra artıq lotereya biletlərinin satışı ilə məşğul olmaq istəməmiş və İsraildən nisyə götürdüyü 5500 manat dəyərində biletlərin bir qismini sonuncuya qaytarmış, 3750 manat borcu qalmışdır. Həmin məbləği isə məhkəmə istintaqı zamanı ödəmişdir. Onun saxta biletlərdən xəbəri olmamış, İsrailə qaytardığı biletlərin içərisində saxta lotereya bileti olmamışdır. Özünü CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilsə də, CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilmir. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 faizi məbləğində pulu dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən etibarən köşk işlətməklə, qəzet və lotereya biletlərinin satışını həyata keçirmiş, həmin vaxtlarda "xxxx" MMC-nin işçisi olmuşdur. Son illərdə fərdi qaydada rəsmi icazə və lisenziya əsasında lotereya biletlərinin satışı ilə məşğul olur. O, Bakı şəhərinin bütün rayonlarında və Abşeron rayonu ərazisində poz-qazan lotereya biletlərinin pərakəndə satışını təşkil edir. O, "xxxx" ASC tərəfindən satışa çıxarılan və distribyutorlara verilən lotereya biletlərini üzərində olan qiymətindən 6% ucuz qiymətə nağd pulunu ödəyib alaraq Bakı şəhərinin rayonlarında və Abşeron rayonu ərazisində olan metro və avtobus dayanacaqlarının qarşısında tanıdığı şəxslərə heç bir rəsmiləşdirmə aparmadan nisyə verməklə satışını həyata keçirir. O, biletləri pərakəndə satan satıcılara hər satılan biletə görə 3-5 qəpik pul verir. Biletləri axşamdan açılmamış bağlamalarda satıcılara nisyə verir, növbəti iş gününün sonunda həmin şəxslərdən nisyə verdiyi biletlərin pulunu yığıb onlara yenidən nisyə bilet paylayır. Əgər satıcı artıq işləmək istəmirsə onun satılmayan biletini geri götürüb başqa satıcıya verir ki, həmin biletləri satsın. O, Nəsimi rayonu ərazisində ev kirayələyib ofis kimi istifadə etməklə biletləri nisyə olaraq satışa paylamışdır. O, özündə dəftər tutaraq hansı tarixdə, hansı satıcıya və hansı dəyərdə bilet nisyə vermişdirsə bu haqda qeyd etmiş, həmin satıcıların şəxsiyyət vəsiqəsinin kserosurətini alıb özündə saxlamışdır. O, ofisdə uduşlu biletlərin qeydiyyatını işçisi Yeganəyə qeyd etdirmişdir. Yeganə uduşlu biletlərin kompüterdə qeydiyyatını aparmış, həmin biletlərin cavabı gələndən sonra o, həmin biletləri yığıb təhvil vermişdir. Hazırda onun özü uduşlu biletləri kompüterdə qeydiyyata salır. 2022-ci il tarixdə gündə 100.000- 200.000 ədəd lotereya satdığı halda, hazırda gündə 4.000-6.000 manat dəyərində bilet satışını edir. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında onun istifadəsində olan **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı “Nissan X-Trail” markalı avtomobildən, eləcə də ünvan 5 ünvanlarında yerləşən ofisindən aşkar edilmiş ümumi dəyəri 44.300 manat təşkil edən "xxxx" ASC-nin lotereya biletlərini həmin cəmiyyətdən satış üçün nağd qaydada pulunu ödəyib almışdır. Axtarış zamanı onun ofisindən aşkar edilmiş müxtəlif pul əskinazlarından ümumilikdə 84.000 manat və 31.750 ABŞ dolları onun şəxsi puludur. Manatla olan pullarını lotereya biletlərini almaqla dövr etdirir, ABŞ dollarını isə şəxsi istifadəsi üçün yığmışdır. Axtarış zamanı onun ofisindən aşkar edilmiş 61 ədəd tamlığı pozulmuş biletlər barədə onu göstərmişdir ki, həmin biletlərdən 51 ədəd 10 manatlıq, 10 ədəd 5 manatlıq müdaxilə olunmuş lotereya biletləri olmuşdur. Həmin biletləri Təqsirləndirilən şəxs ona Bərdə rayonunda vermişdir. Belə ki, Rahibi onunla ilk dəfə 2021-ci ilin əvəllərindən satıcısı Xaliq tanış etmişdir ki, Rahib tərbiyəli oğlandır, işsizdir, ailəsini saxlamaqda çətinlik çəkir. O, Rahibə köməklik edib ona nisyə lotereya biletləri vermişdir ki, metronun “20 Yanvar” stansiyasının ətrafında, sonra “28 May” metrosunun çıxışında satsın. Rahib də, özünü doğruldub onun nisyə verdiyi bletləri satıb pulunu ödəyib yenə ondan nisyə bilet alıb sataraq öz işi ilə onda inam yaratmışdır. Bundan sonra o, Rahibin metronun “Koroğlu” stansiyasının yaxınlığında lotereya satışına şərait yaradıb ona nisyə bilet vermişdir. Rahibin nisyə aldığı biletlərin pulundan 2000 manat ona borcu qaldığı halda 19 mart 2022-ci ildə ondan 3500 manat dəyərində nisyə lotereya biletləri almışdır ki, bayram günlərində daha çox bilet satıb əvvəlki borcunu da, ödəyəcəkdir. 20 mart 2022-ci ildə Rahibə günorta saatlarında bir neçə dəfə zəng etsə də, ona zəng çatmamışdır. O, Rahibin telefona cavab verməməsindən şübhələnib “Koroğlu” metrostansiyasının çxışına, onun iş yerinə getmişdir ki, Rahib yerində yoxdur, bilet satdığı yeri də bağlamışdır. O, həmin ərazidə başqa əşyaların satışını aparanlardan Rahibi soruşub öyrənmişdir ki, Rahibi aliment borcu ilə bağlı polis tutub Bərdə rayonuna aparmışdır. Həmin vaxt Rahibdə onun 5500 manat dəyərində lotereya bileti olmuşdur. O, Rahibə nisyə verdiyi biletlərin pulunu almaq üçün məcbur olub 21 mart 2022-ci il tarixdə işçiləri Faiq və Rəşad ilə birlikdə Bərdə rayonuna getmiş, Rahibin yaşadığı evi soraqlayıb taparaq anası ilə görüşmüşdür. Rahibin anası oğlunun ünvanına danışaraq onları pis vəziyyətdə qoyduğunu, ailəsini, uşaqlarını qoyub başqa bir qadınla evləndiyini demişdir. Onlar Rahibi tapmayıb geri qayıtmaq üçün şəhər avtovağzalına gəlmişlər və orada təsadüfən Rahibi və lotereya satdığı çantasının üstündə olduğunu görmüşlər. Rahib əvvəl qaçmaq istəmiş, sonra görmüş ki, qaça bilməyəcək, çantanı Faiq və Rəşada verərək lotereya biletlərinin çantada olduğunu, onların çıxıb Bakı şəhərinə getmələrini, özünün iki günlük işi olduğundan sonra özü də Bakı şəhərinə gəlib biletləri sayıb özü təhvil verəcəyini demişdir. O, Rahibə təklif etmişdir ki, çantadakı biletləri indi sayıb təhvil versin və ya onlarla birlikdə Bakı şəhərinə getsin, orada sayıb təhvil verib qalan borcunu ödəsin. Rahib isə sonra özü gələcəyini demişdir. O, çantada pul olubolmamasını soruşanda Rahib çantada yalnız lotereya biletləri olduğunu demişdir. O, Rahibə söz vermişdir ki, özü Bakı şəhərinə gələnə kimi biletlərə dəyməyəcək, nə vaxt Bakı şəhərinə gəlsə onda çantadakı biletləri haqq-hesab edəcəkdir. Rahib 2-3 gündən sonra gələcəyini dediyinə görə onun sözlərinə inanıb çantanı açmadan avtomobilə qoyub qayıdıb Bakı şəhərinə gəlmişdir. O, Rahibi bir neçə gün gözləmiş, gəlib çıxmadığına görə məcbur olub təxminən 7-10 gündən sonra 20 Yanvarda yerləşən ofisində “Tahir” adlı işçisinin yanında çantanı açıb içinə baxanda məlum olmuşdur ki, çantada təxminən 400 manatlıq uduşlu biletlər var, yəni həmin 1 manatlıq satış biletləri pozulub uduşlu olduğuna görə müştəri həmin biletləri satıcıya qaytarıb pulunu almışdır. Bundan başqa 700 ədəd 1 manatlıq tamlığı pozulmayan biletlərin olduğu, eləcə də 61 ədəd müdaxilə olunmuş biletlərin olduğunu aşkarlamışdır. Həmin müdaxilə olunmuş biletlərdən 51 ədədi 10 manatlıq, 10 ədədi isə 5 manatlıq biletlər olmuşdur. O, müdaxilə olunmayan biletləri satışa vermiş, uduşlu biletləri ofisində olan kompüterə vurub şirkətə vermiş, yerinə bilet almış, müdaxilə olunmuş biletləri isə Rahibin çantasına qoyub ofisdə saxlamışdır ki, nə vaxt Rahib gəlsə ona sübut etsin ki, biletləri saxtalaşdırmışdır. Rahib sonra telefon nömrəsini söndürüb onun zənglərinə cavab verməmiş və onu aldadıb ələ keçirdiyi lotereya biletlərinin pulunu ödəməmişdir. O, özü heç vaxt satdığı lotereya biletlərini saxtalaşdırmamışdır. Çantadan çıxan saxtalaşdırılmamış biletləri isə satışa vermişdir. Rahibin çantasından çıxan tamlığı pozulmamış biletlərin pulunu çıxdıqdan sonra Rahib ondan nisyə olaraq aldığı İotereya biletlərinin pulundan 4400 manatını ələ keçirmişdir. Daha sonra ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən Zərərçəkmiş şəxs nisyə olaraq “poz-qazan” lotereya biletlərini götürüb “20 Yanvar” metrosunun yaxınlığında hər biletdə 3 qəpik ona qazanc qalmaqla pərakəndə satışını edir. Bərdə rayon sakini Təqsirləndirilən şəxs lotereya biletləri satan şəxs kimi tanıyır. Rahib əvvəl ondan lotereya bileti alıb satışını etmiş, sonra isə özü İsraildən birbaşa nisyə bilet alıb pərakəndə satışını aparmışdır. Rahib son vaxtlar metronun “Koroğlu” stansiyasının çıxışında lotereya biletlərini satırmış. Təxminən 2022-ci ilin mart ayında o, Faiq və İsrail ilə birlikdə Ağcabədi rayonuna qonaq getmiş, orada olarkən İsrail ona demişdir ki, Rahib onu aldadıb ondan nisyə aldığı lotereya biletlərinin pulunu ödəmədən yaşadığı Bərdə rayonuna gedibdir. Bərdə rayonu onların olduqları rayona yaxın olduğundan İsrail onlara təklif etmişdir ki, Bərdə şəhərinə gedib Rahibi tapsınlar və ondan borcunu istəsinlər. Faiq və o, İsraillə razılaşmış və birlikdə Bərdə şəhərinə getmişlər. Onlar Bərdə şəhər avtovağzalında təsadüfən Rahibi görmüşlər. İsrail Rahiblə danışmış və ondan biletləri qaytarmasını tələb etmiş, Rahib də içərisində bilet olan çantanı İsrailə vermişdir. İsrail həmin biletləri sayıb götürmüşdür. Çantada 2000 ədəddən artıq bilet olmuşdur. Rahib biletlərin qalanını da qaytaracağını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-də lotereya üzrə satış meneceri vəzifəsində işləyir. Onun işi "xxxx" ASC-də lotereya biletlərinin satışına nəzarət, satış nöqtələrinin artırılması, satıcıların məhsul barəsində məlumatlardırılması, satış nöqtələrinə ümumi nəzarətin həyata keçirilməsi aiddir. "xxxx" ASC-nin biletləri distribütorlara dillerlər və agentlərlə bağlanmış müqavilə əsasında ilk olaraq ödənilmiş depozit məbləğinə uyğun verilir, distributorlara dillerlər bu biletləri nağd qaydada satışını həyata keçirir. Biletlərin satışını həyata keçirən şəxs barəsində ilk öncə distribütor məlumat toplayır, sistemə daxil edir və sonda ASC tərəfindən sistemə daxil olunaraq sertifikat təqdim edir. Həmin sertifikat əsasında şəxs biletlərin satışını həyata keçirir. Distribütorlar ümumi bilet satışında müəyyən faiz, satışı həyata keçirən şəxs isə ona nisbətdə faizini alır. 3000 manata qədər olan uduşlu biletlər vətəndaşlara heç bir sənəd təqdim edilmədən distribütorlar, dilllerlər və agent tərəfindən ödənilir, 3000 manatdan artıq olan uduşlu biletlər vətəndaşlara ünvan 6 ünvanında yerləşən "xxxx" ASC-dən şəxsiyyət vəsiqəsi təqdim etməklə bank hesabına köçürülür. X5, X6, X7 tanımır. X7 lotereya biletlərini satan şəxs kimi eşitmişdir. Zərərçəkmiş şəxs tanıyır, onunla daimi əlaqədə olubdur, çətinlikləri ilə bağlı müzakirələr etmişdir. Zərərçəkmiş şəxs distribütorun satıcılarından ən böyük satıcılarından biridir. Onun Bakı və Abşeron rayonlarında 20-30 arası satış nöqtələri vardır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, lotereya biletlərinin satışı ilə məşğul olub, onu tanıdığı vaxtdan heç bir problemi olmayan şəxs olmuşdur. Təxminən 2022-ci ilin fevral-mart ayında Zərərçəkmiş şəxs onunla telefonda danışaraq bildirmişdir ki, onun “20 Yanvar” adlanan dairədə olan satış nöqtəsinin yanında, lotereya biletlərin satışi ilə məşğul olan Sahib Hüseynovdan biletləri nümunə kimi almış, həmin biletlər üzərində müdaxilə edilməsini ehtimal edir. İsrailə həmin biletlərdən ona işçilər vasitəsi ilə 1 ədəd 10 manalıq bilet göndərmiş, o da, həmin biletə müdaxilə olunduğunu müəyyən edib aidiyyəti üzrə məlumat vermişdir. Bundan sonra ASC-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası üzrə reydlər keçirilmiş, bir neçə şəxslərdə, o cümlədən Sahib Hüseynovun “20 Yanvar” dairəsi adlanan yerdəki satış nöqtəsindən müdaxilə edilmiş bir neçə bilet aşkar edilmişdir. Bununla bağlı ASC-də daxili araşdırmalar getmiş, bir dillerdən müdaxilə edilmiş biletlər barədə rəsmi şikayət daxil olmuş, həmin şikayət ərizəsi də aidiyyəti üzrə araşdırma aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. O, 2022-ci ilin aprel ayında ASC-nin əməkdaşlarını təkrar yoxlamaya göndərərkən Sahib Hüseynovun artıq heç bir satış nöqtəsinin olmamasını müəyyən etmişdir. ASC-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası üzrə keçirilmiş reydlər zamanı, həmçinin Zərərçəkmiş şəxs da satış nöqtələrində baxışlar keçirilmiş, lakin onun satış nöqtəsində hər hansı bir müdaxilə edilmiş bilet aşkar edilməmişdir. Ona araşdırma zamanı təqdim edilən 5 manat dəyərində biletdə uduşlular qoşa hərflə olur (məsələn “D”, “D”, “R”, “R” və s.). bilet üzərində dəqiq hərflər harada olur bilinmir, lakin “uduş X” pozulan yerlərin arasını xırda iynə ilə pozduqda, hərflərin eyni olmasını gördükdə bilet uduşlu hesab edilir, hansı biletdə hərflə müəyyən olunmasa, “uduş X” pozulan yerlərin arasında xırda pozulan yerləri rənglərə uyğun rənglənir. Təqdim edilən 10 manat dəyərində biletlərdə sağ küncdə “uduş” sözünün altında "xxxx" kod silinir, biletin uduşlu-uduşsuz olması yoxlanılır, daha sonra üzərinə yenidən həmin rəngdə nazik lent yapışdırılır. Həmçinin də pozulacaq yerlərdə iynə ilə xırda cızıqlar qoyulmaqla yoxlanılır, uduşsuz olduqda boya ilə rənglənir. Təqdim edilən 10 manatlıq biletlərdə sağ küncdə “uduş” sözünün altında "xxxx" kodla kim tərəfindən ASC-nin sistemində olan "xxxx" proqramı ilə daxil olub biletin yoxlanılmasını müəyyən etmək mümkün olur. "xxxx" proqramı ASC tərəfindən kimlərə verilməsi barədə qeydiyyat aparılır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 4 il olar ki, Zərərçəkmiş şəxs nisyə olaraq “pozqazan” lotereya biletlərini götürüb “20 Yanvar” metrosunun yaxınlığında hər biletdə 3 qəpik ona qazanc qalmaqla pərakəndə satışını edir. Bərdə rayon sakini Təqsirləndirilən şəxs bir bölgənin sakini kimi tanıyır. Rahib əvvəl ondan lotereya bileti alıb satışını etmiş, sonra isə özü İsraildən birbaşa nisyə bilet alıb pərakəndə satışını aparmışdır. Rahib son vaxtlar metronun “Koroğlu” stansiyasının çıxışında lotereya biletlərini satırmış. Təxminən 2022-ci ilin mart ayında İsrail ona demişdir ki, Rahib onu aldadıb ondan nisyə aldığı lotereya biletlərinin pulunu ödəmədən yaşadığı Bərdə rayonuna gedibdir. Rahibi Faiq onunla tanış etdiyindən İsrail demişdir ki, onunla birlikdə Rahibin yaşadığı Bərdə rayonuna atası evinə gedib biletlərin pulunu tələb etsin. O, razılaşıb Ağcabədi rayonundan olan iş yoldaşı Rəşad və İsrail ilə birlikdə İsrailin avtomobilində Bərdə şəhərinə gedib Rahibin atası evini tapmışlar. Onların qarşısına Rahibin anası çıxmışdır. İsrail Rahibin onu aldadıb 5000 manatdan çox dəyəri olan lotereya biletlərini nisyə alıb pulunu ödəmədən qaçıb getdiyini demişdir. Rahibin anası demişdir ki, Rahibi oğulluqdan çıxarıblar, onu evə qoymurlar, Rahib onların başına çox müsibətlər gətirmişdir. Buna görə də Rahibdən şikayət edib pullarını tələb etməsini bildirmişdir. Onlar Rahibin anasının oğlundan narazı olduğunu görüb geri qayıdanda təsadüfən Rahibi Bərdə şəhər avtovağzalında görüb avtomobili saxlamışlar. Rəşad avtomobildən düşüb Rahibi çağırıb ona yaxınlaşanda Rahib ağzından ülgüc çıxarıb ona kim yaxınlaşsa özünü doğrayacağını demişdir. O, avtomobildən düşüb Rahibə yaxınlaşaraq nəyə görə özünü doğramaq istədiyini, onlar Bakı şəhərindən Rahibin dalınca gəldiklərini, İsrail ilə söhbət edib ona olan borcunu danışıb qaydasına qoymasını demişdir. Rahib İsrailin avtomobilinin yanına gəlmişdir. O, Rahibin çiynindən asdığı çantanı alıb soruşmuşdur ki, lotereyalar bunun içindədir, Rahib demişdir ki, hə, çantanın içindədir. O, Rahibə iradını bildirmişdir ki, ona yaxşılıq edib İsrail ilə tanış etmişdir, Bakı şəhərinə gələndə ayağında ayaqqabısı belə yox idi, İsrail ona çörək vermişdir, bu da əvəzi, nə üçün İsrailin nisyə verdiyi biletlərin satıb pulunu ödəmədən qaçıb rayona gəlmişdir. O, çantanı Rahibin çiynindən götürüb İsrailin avtomobilinin yük yerini açıb ora atmışdır. Rahib yaxınlaşıb çantanın ağzını açmaq istəmişdir ki, orada uduşlu biletlər var, onu götürsün. O, imkan verməmişdir ki, onlarla birlikdə Bakı şəhərinə gedib İsrail ilə hesabat aparıb, ona olan borcunu ödəsin. İsrail də, Rahibə təklif etmişdir ki, onlarla birlikdə avtomobil ilə Bakı şəhərinə gedib onunla haqq-hesab etsin, ona borclu olduğu pulu ödəsin, əgər getmirsə onda elə orada haqq-hesab etsinlər. Rahib isə onların Bakı şəhərinə qayıtmalarını, 2 gündən sonra özü gəlib İsrail ilə haqq-hesab edəcəyinə söz vermişdir. İsrail soruşsa da, Rahib çantasında nə qədər bilet olmasını deməmişdir. İsrail isə Rahibə söz vermişdir ki, onun özü gələnə kimi çantanı açmayacaq, nə vaxt gəlsə çantanı onda açacaqdır. Onlar İsrailin avtomobilində Bakı şəhərinə qayıtmışlar. Rahib isə Bərdə rayonunda qalmışdır. Sonrakı günlərdə onun yanında Rahibə İsrail neçə dəfə zəng etsə də, Rahib telefonu açmamışdır və İsrailin yanına gəlməmişdir. Onun özü bir neçə dəfə Rahiblə telefonda danışıb Bakı şəhərinə gəlib İsrail ilə haqq-hesab edib onun pulunu qaytarmasını desə də, hər dəfə Rahib gələcəyinə söz verib gəlməmiş və İsrailə olan borcunu ödəməmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 4 il olar ki, Zərərçəkmiş şəxs nisyə olaraq lotereya biletləri alıb metronun “20 Yanvar” stansiyasının yaxınlığında pərakəndə satışını edir. O, gündə neçə bilet satırsa hər biletdə 3 faiz özünə götürür, qalan pulu İsrailə verib yenə nisyə bilet götürüb satır. Hər gün orta hesabla 40-60 manat pul qazanır. Uduşlu biletlərin pulunu yerində ödəyib həmin biletləri İsrailin ofisinə təhvil verib ödədiyi pulun əvəzində yenə bilet alır. Böyük uduşlar olanda isə həmin adama yolunu izah edirlər, özləri gedib baş ofisdən uduşlarını alır. Təqsirləndirilən şəxs İsrailin satıcısı kimi çoxdan tanıyır. O, səhər tezdən İsraildən biletləri nisyə alıb gün ərzində satır, axşamlar isə işdən sonra İsrailin ofisinə gedib nə qədər bilet satıbsa pulunu ödəyib yenə nisyə bilet alır, satmadığı biletləri isə növbəti gün satır. O, təxminən 2022-ci ilin mart ayında İsrailin ofisinə hesabat aparmaq üçün getmişdir. İsrail ona demişdir ki, Rahib onun nisyə verdiyi biletləri götürüb Bərdə rayonuna getmişdir. Rahibin ona 5000 manatdan çox borcu yarandığına görə o, digər işçiləri Faiq və Rəşadla birlikdə Bərdə rayonuna Rahibin dalınca gedib onu rayonda tapmışdır. Rahib özü gəlməyib çantasını İsrailin avtomobilinə qoymuşdur ki, biletlər həmin çantanın içərisindədir, özü də Bakı şəhərinə gələcək və haqq-hesab edəcəkdir. İsrail küncdə olan qara rəngli çantanı ona göstərib demişdir ki, həmin çantanı gətirsin, içində uduşlu biletlər var, onu sayıb görsün. O, İsrailin göstərdiyi çantanı götürüb ağzını açıb görmüşdür ki, çantanın içində çoxlu sayda biletlər var. Uduşlu biletlər rezinlə bağlanıb, üstünə də kağız parçasında məbləğ yazılıbdır. O, sayıb 400 manat dəyərdə uduşlu biletlər olduğunu, üstündə olan kağızda yazılandan təxminən 11 manat çatmadığını müəyyən edib həmin biletləri masanın üstünə qoymuşdur. Digər tamlığı pozulmamış çoxlu sayda biletləri də masanın üstünə qoymuşdur. Çantada tamlığı pozulmamış biletlərə qarışdırılmış tamlığı pozulmuş 51 ədəd 10 manatlıq və 10 ədəd 5 manatlıq biletlərin olduğunu görmüşlər. O, həmin biletləri bir-bir seçib kənara qoyaraq İsrailə həmin biletlərə müdaxilə olunduğunu demişdir. İsrail Rahibin ünvanına danışaraq köməklik göstərdiyinə görə ona təşəkkürünü bildirmişdir. O, biletlərin hamısını çanta bərabər masanın üstünə qoyub çıxıb getmişdir. Aradan xeyli vaxt keçmiş, eşitmişdir ki, Sahib adlı bilet satanın şikayəti əsasında İsrailin iş ofisində və avtomobilində axtarış aparıb həmin müdaxilə olunmuş biletləri aşkar etmişlər. O, həmin biletlərə kimin müdaxilə etdiyini bilmir, ancaq əlavə olaraq onu deyə bilər ki, həmin gündən təxminən 15-20 gün əvvəl Rahibin metronun “Koroğlu” stansiyasının qarşısında lotereya biletləri satdığı yerə getmişdir ki, Rahiblə görüşsün. O, görmüş ki, Rahib 5 manatlıq biletlərin arasına müdaxilə olunmuş biletlər qatıb satır. O, Rahibə demişdir ki, belə etməsin, müştəri tutanda ki, ona müdaxilə olunmuş bilet satır, nə cavab verəcəkdir. Rahib isə cavab vermişdir ki, vətəndaş onu biləsi deyil. Çox güman ki, İsrailin ofisində Rahibin çantasından çıxan müdaxilə olunmuş biletləri də, Rahib özü saxtalaşdırıb satmışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ildən tanıyır və onun Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən ofisində barkod vuran işləmişdir. Onun işi lotereya biletlərindən uduşlu olanları kompüterə bazaya yükləyib yoxlamaqdan ibarət olmuşdur. O, hər gün axşam saat 18-dən gecə saat 23:30 radələrinə kimi işləmişdir. İsrailin yanında təxminən 7-8 ay işlədikdən sonra əməliyyat olunduğuna görə işdən çıxmışdır. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Əməlin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmişdir (İİ cild, i.v.45-46); - “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutma tətbiq edilməklə axtarış elan edilmişdir (İİ cild, i.v.51-52); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.63); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, dərhal iclas zalından azad edilmiş, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, bu qətimkan tədbirinin müddəti 01 ay 02 gün həddində müəyyən edilməklə onun əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır (İİ cild, i.v.125-129); - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dedikləri ilə razılaşaraq hazırda ona 4100 manat pul verməli olduğunu bildirmişdir (İİ cild, i.v.86-91); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/1076 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 13 ədəd 006-142111-007, 006-142111-013, 006- 142111-017, 006-142100-035, 006-142111-066, 006-141983-009, 006-142100-020, 006- 142064-032, 006142111-050, 006-142100-016, 006-142064-047, 006-142064-002, 006- 142064-008 nömrəli “40000000₼ Pul Yağışı” adlı lotereya biletlərinin sağ kənarının ortadakı QR kod olan hissəsinin texniki üsulla pozaraq sonradan üzərinə blank hissəsi yapışdırılmışdır. Təqdim edilmiş 28 ədəd 006-142064-009, 006-142064-016, 006-142064-011, 006- 142064-014, 006-142064-037, 006-142064-028, 006-142064-018, 006-142064-026, 006- 142064-003, 006-142064-036, 006-142064-027, 006-142064-029, 006-142111-038, 006- 142064-038, 006-142111-016, 006-142100-019, 006-142064-006, 006-142064-025, 006- 142064-034, 006-142100-017, 006-142064-039, 006-142064-022, 066-142064-049, 066- 142064-004, 006-142100-021, 006-142064-035, 006- 142064-023, 006-151255-023 nömrəli “40000000₼ Pul Yağışı” adlı lotereya biletlərin sağ kənarının ortasında QR kod olan hissəsi pozulmuşdur. Təqdim edilmiş 120 ədəd 006-147655-043, 006-147655-045, 006-147655-046, 006- 147665-047, 006-147655-003, 006-147655-004, 006-151254-015, 006-148270-016, 006- 148270-020, 006-146449-034, 006-147656-036, 006-146449-043, 006-147655-006, 006- 47655-010, 006-147656-048, 006-148270-004, 006-147655-005, 006-147655-013, 006- 147655-016, 006-147655-018, 006-147655-021, 006-147655-022, 006-149935-029, 006- 147655-030, 006-147655-031, 006-147655-032, 006-147655-033, 006-147655-034, 006- 147655-035, 006-147655-036, 006-147655-038, 006-147655-041, 006-147655-042, 006- 147655-049, 006-147655-048, 006-146449-010, 006-151254-005, 006-146449-007, 006- 151254-008, 006-151254-009, 006-151254-011 006-151254-012, 006-151254-028, 006- 151254-013, 006-151254-046 006-151254-016, 006-146449-008, 006-147656-002, 006- 151257-003, 006-147656-0004, 006-147656-010, 006-148270-011, 006-147656-043, 006- 149935-035, 006-151254-024, 006-151254-026, 006-151254-036, 006-151254-042, 006- 151254-045, 006-147656-009, 006-147656-027, 006-137658-008, 006-146447-008, 006- 146449-041, 006-146449-047, 006-146449-048, 006-146449-019, 006-142187-047, 006- 151257-027, 006-46449-024, 006-148270-039, 006-147656-022, 006-151257-038, 006- 147656-037, 006-147656-023, 006-147656-025, 006-147656-026, 006-146447-005, 006- 146447-023, 006-146447-028, 006-151255-024, 006-151255-041, 006-151255-030, 006- 146447-018, 006-146449-018, 006-146449-004, 006-146449-016, 006-147654-008, 006- 146449-005, 006-148270-023, 006-148270-012, 006-148270-010, 006-151257-009, 006- 148270-008, 006-147655-044, 006-151257-008, 006-151257-004, 006-147655-019, 006- 147655-020, 006-147655-017, 006-151254-046, 006-151254-049, 006-151255-023, 006- 147655-011, 006-133449-029, 006-141982-031, 006-140388-020, 006-135371-018, 006- 147362-031, 006-138093-023, 006-147362-024, 006-147362-039, 006-140388-023, 006- 147362-029, 006-147362-049, 006-142111-007, 006-142100-035, 006-142100-020, 006- 142100-016, 006-142064-002, 006-142100-019, 006-142100-017, 006-142064-049, 006- 142100-021 nömrəli “40000000₼ Pul Yağışı” adlı lotereya biletlərinin, 10 ədəd 007- 080509-011, 007-080509-064, 007-030509-079, 007-080509-076, 007-030509-009, 007- 080509-034, 007-080509-002, 007-080509-032, 007-080509-010, 007-080509-080 nömrəli “5X Böyük Uduş 100000” adlı lotereya biletlərinin pozulması üçün nəzərdə tutulmuş sahəsinin bəzi hissələrində mexaniki pozulmanın izləri vardır. Həmin izlərin üzərinə ağ və yaşıl rəngli boya çəkilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir (İ cild, i.v.91-95); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 24 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 5 ünvanlarında yerləşən ofisindən götürülmüş mexaniki üsulla pozulmaqla saxtalaşdırılmış 10 ədəd beş manatlıq “5X Böyük Uduş 100000₼” adlı və 51 ədəd on manatlıq “40000000₼ Pul Yağışı” adlı lotereya biletləri maddi sübut kimi tanınmış, saxlanması üçün Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir (İİİ cild, i.v.20-41); - 31 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o dərhal ev dustaqlığında saxlamaqdan azad edilmişdir. - “Təqsirləndirilən şəxsə yeni məzmunlu ittiham elan edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələrinə ilə yeni məzmunlu ittiham elan edilmişdir (İİİ cild, i.v.43-44); - “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X6 və X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (İİİ cild, i.v.60-63); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Nəcəfov X4 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzası 03 il cəza ilə əvəz olunmuş, ibtidai istintaq zamanı və İ instansiya məhkəməsi zamanı həbsdə olduğu 03 ay 03 gün çıxılmaqla qəti olaraq 02 il 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2013-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 06 ay 11 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İİİ cild, i.v.18-19); - “Azemis” informasiya sistemindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il, xx.xx.2015-ci il və xx.xx.2023-cü il təvəllüdlü üç azyaşlı uşağı vardır; - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19627 saylı, İD 637716911, terminal ADM115280 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 1370 manat ödəniş etmişdir; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19627 saylı, İD 637782996, terminal ADM115280 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 5 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirləndirildiyi Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini və müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 5 ünvanlarında yerləşən ofisindən aşkar edilərək götürülmüş və Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut tanınmış 10 ədəd beş manatlıq “5X Böyük Uduş 100000₼" adlı və 51 ədəd on manatlıq "40000000₼ Pul Yağışı" adlı lotereya biletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq ümumilikdə - 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut tanınmış 10 ədəd beş manatlıq “5X Böyük Uduş 100000₼" adlı və 51 ədəd on manatlıq "40000000₼ Pul Yağışı" adlı lotereya biletləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-298/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-298/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver