Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-299/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 Zərər çəkmiş şəxs X2 (mülki iddiaçı): Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə (mülki cavabdeh): iştirakları ilə xx.xx.2002-ci ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, Qobustan şəhəri, Heydər Əliyev prospekti, ev 22-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Ü.Ələkbərov küçəsi, ev 21-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində X2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, 42 saylı ünvanda yerləşən “Organic” şirniyyat evinin qarşısında olan zaman müştərilərin giriş-çıxışı üçün nəzərdə tutulan qapının açıq olduğunu görərək sərbəst şəkildə içəri daxil olub giriş qapısından sol tərəfdə yerləşən piştaxtanın üzərinə qoyulmuş, İ.Səfərliyə məxsus və içərisində 1.530 manat, milli məzənnə ilə 367 manat 20 qəpik təşkil edən 216 ABŞ dolları, milli məzənnə ilə 3 manat 72 qəpik təşkil edən 15 Türk lirəsi pul, 12 manat dəyərində “xxxxxxxxxxx” ASC-yə aid bank kartı, 80 manat dəyərində “xxxxxxxxxxxx” ASC-yə aid bank kartı və sair sənədlər olan 20 manat dəyərində dəri materialdan hazırlanmış qara rəngli pul kisəsini oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 2.012,92 manat məbləğində ziyan vurmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında qanuni nümayədəsiQanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə, sonuncu dəfə isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri üzrə təqsiril bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Heç bir yerdə işləməmiş, maddi vəziyyəti yaxşı olmadığından yenidən oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, 42 saylı ünvanının qarşısında olarkən giriş qapısı açıq olan şirniyyat evini görmüşdür. Qapıdan içəri daxil olmuş, bu zaman sol tərəfdəki piştaxtanın üzərində iki ədəd mobil telefon və 01 ədəd pul kisəsini görmüşdür. Şirniyyat evinin içərisində ara kəsmə olduğundan digər tərəf görünməmişdir. Ətrafa nəzər saldıqdan sonra heç kimin olmadığına əmin olub mobil telefonları və pul kisəsini oğurlamaq istəmiş, lakin içəridən səs gəldiyindən ehtiyat edərək çölə çıxıb obyektin yanında bir müddət gözləmişdir. Daha sonra yenidən içəri daxil olub piştaxtanın üzərindəki pul kisəsini götürüb bayıra çıxmış və Mirəli Qaşqay küçəsi istiqamətində qaçmağa başlamışdır. Bir qədər getdikdən sonra pul kisəsinə baxmış və onun içərisində 1.530 manat, 216 ABŞ dolları, 15 Türk lirəsi pulun, bank kartları və digər sənədlərin olduğunu görmüşdür. Pulları götürüb cibinə qoymuş, pul kisəsini isə içərisindəki digər sənədlərlə birlikdə yerə atmışdır. Pulları şəxsi ehtiyacları üçün xərcləmiş, həmçinin tanımadığı şəxsdən 250 manat dəyərində bir ədəd “Redme Note 6 Pro” markalı mobil telefon və 20 manat dəyərində bir ədəd “AirPods Pro” markalı qulaqcıq almışdır. xx xxxx 2020-ci il tarixdə evdə olarkən polis əməkdaşları ora gəlib onu polis bölməsinə aparmışlar. Orada o, oğurladığı puldan qalan 02 ədəd 5 Türk lirəsi və 1 ABŞ dolları pulu, aldığı “Redme Note 6 Pro” markalı mobil telefonu və “AirPods Pro” markalı qulaqcığı təqdim etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, 42 saylı ünvanda yerləşən “Organic” adlı şirniyyat evini işlədir. Karantinlə əlaqədar olaraq mağaza yalnız sifariş əsasında “online” şəkildə fəaliyyət göstərmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 21:10 radələrində şirniyyat evinə gəlmiş, havalandırma məqsədi ilə şüşə materialdan olan qapını açıq qoymuşdur. Bundan sonra mobil telefonlarını və içərisində 1.530 manat, 216 ABŞ dolları, 15 türk lirəsi pul, 12 manat dəyərində “xxxxxxxxxxx” ASC-yə və 80 manat dəyərində “xxxxxxxxxxxx” ASC-yə aid bank kartları, şəxsiyyət və sürücülük vəsiqələri olan 20 manat dəyərində dəri materialdan hazırlanmış qara rəngli pul kisəsini mağazadakı piştaxtanın üzərinə qoymuş və özü də ara kəsmənin digər tərəfinə keçərək təmizlik işləri aparmağa başlamışdır. Saat 22:05 radələrində piştaxtanın üzərindən mobil telefonunu götürmək istəyərkən pul qabının orada olmadığını görmüşdür. O, ilk əvvəl pul qabını hardasa itirdiyni və ya yaddan çıxardığını düşünsə də, bir neçə dəqiqə axtardıqdan sonra kiminsə içəri daxil olub pul qabını oğurladığını başa düşmüşdür. Bundan sonra “102” xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Talanmış puldan 10 Türk lirəsi və 1 ABŞ dolları qaytarılmış, digər zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Eyni zamanda ondan oğurlanmış pula alınmış, iş üzrə maddi sübut kimi tanınmış, 250 manata qiymətləndirilən “Redme Note 6 Pro” markalı mobil telefonu və 20 manata qiymətləndirilən “AirPods Pro” markalı qulaqcığı ona vurulmuş ümumi zərərin bir qismi olaraq ona verilməsini, qalıq qalan 1.738,74 manat pulun isə təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsinə dair mülki iddianın təmin olunmasını xahiş edir. İş materiallarında olan: - “Maddi sübut qismində tanıma haqqında” xx xxxx 2020-ci il və xx xxxxxx 2020ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd 05 Türk lirəsi və 01 ABŞ dolları, “Redme Note 6 Pro” markalı mobil telefon və xüsusi qabda bir ədəd “AirPods Pro” markalı qulaqcıq, hadisənin baş vermə anını özündə əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, 02 ədəd 05 Türk lirəsi və 01 ABŞ dolları zərər çəkmiş şəxs X3 qaytarılmış, müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra “Redme Note 6 Pro” markalı mobil telefon və xüsusi qabda 01 ədəd “AirPods Pro” markalı qulaqcıq maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.52-53, 126-127); - Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən götürülmüş çıxarışa görə 2020-ci il iyun ayının 25-dən 29-na kimi 01 ABŞ dollarının məzənnəsi 1,70 manat, 1 Türk lirəsinin məzənnəsi 0,2480 manat təşkil edir (İ cild, i.v.69-70); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışı və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(007)-32/2020 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 28 gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun qismən toplanılmaqla ona qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli məktublarından aydın olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(007)-32/2020 saylı hökmü icraya yönəldilsə də, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkməmişdir (İİ cild); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-178/2020 saylı qərarı ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir(İİ cild); - Mülki iddia ərizəsinə əsasən iddiaçı X5 cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1.738,74 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulmasını xahiş edir (İİ cild); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumata görə Alcanov X8 Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə (xırda talama) bir neçə dəfə məsuliyyətə cəlb olunmuş, onun barəsində 30-dan çox bu maddə ilə bağlı icraat olmuşdur (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Alcanov X10 Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ödənilməsə də, hazırkı cinayət əməlini törədərkən yetkinlik yaşına çatmadığı üçün bu hal Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşınaçatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətə aid olsa da, məhkəmə bu cinayəti törətməkdə təqsirli bilinən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şəxsiyyətini, onun əvvəllər də oğurluğa və xırda talamaya görə bir neçə dəfə cinayət və inzibati məsuliyyətə cəlb olunmasını, o cümlədən məhkəmə hökmü ilə təyin edilmiş cəzanı çəkmədən yenidən qəsdən hazırki cinayətin törətməsini,habelə oğurluqla bağlı barəsində digər məhkəmədə cinayət işinin olmasını və bu iş üzrə məhkəmədən yayındığını, bununla da islah olunmayaraq ictimai təhlükəli əməlləri törətməyə meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, ona barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu təsir tədbiri onun şəxsiyyətinə və qanunazidd əməlinin xarakterinə uyğundur. Bundan daha yüngül cəza növünün, habelə tərbiyəvi xarakterli məcburi tədbirin tətbiqi həm onun islah və yenidən tərbiyə olunmasına, həm də onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(007)- 32/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay hissəsi Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun haqqında həbs qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Redme Note 6 Pro” markalı mobil telefon və xüsusi qabda 01 ədəd “AirPods Pro” markalı qulaqcıq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə uyğun olaraq X3 verilməli,02 ədəd 05 Türk lirəsi və 01 ABŞ dolları sahibi X2istifadəsində, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar Təqsirləndirilən şəxs qarşı zərər çəkmiş şəxs İ.Səfərli tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 1.738,74 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq mülki iddiaçı X3 verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(007)-32/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi – 01 (bir) il 06 (altı) ay müddət Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin, onun üzərində qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan “Redme Note 6 Pro” markalı mobil telefon və xüsusi qabda 01 ədəd “AirPods Pro” markalı qulaqcıqX3 verilsin, 02 ədəd 05 Türk lirəsi və 01 ABŞ dolları sahibi X2 istifadəsində saxlanılsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 1.738,74 (min yeddi yüz otuz səkkiz) manat 74 (yetmiş dörd) qəpik pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınaraq X3 verilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 isə 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-299/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-299/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver