Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-30/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X1, Müdafiəçilər Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 1972-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonu, Qandax ərazi dairəsi, Qandax kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci, maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq dövlət əhəmiyyətli kanalizasiya xətti borularını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş ittiham aktında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 Mövlud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.B.Əliyev küçəsi, 7 nömrəli binanın zirzəmisinə qanunsuz daxil olub birlikdə oradan Azərbaycan Respublikası "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 110 mm diametr ölçülü 100 metr uzunluğunda, hər metri 3 manat təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 354 manat dəyərində dövlət əhəmiyyətli kanalizasiya xətti borularını, həmin boruya aid 16 ədəd 110 mm ölçülü hər biri 4 manat 95 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 93 manat 46 qəpik dəyərində keçidləri, 20 ədəd 110 mm ölçülü hər biri 2 manat 06 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 48 manat 62 qəpik dəyərində üçlükləri, 30 ədəd 110 mm ölçülü hər biri 1 manat 49 qəpik təşkil əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 52 manat 75 qəpik dəyərində dirsəkləri, 12 ədəd 110 mm ölçülü hər biri 1 manat 16 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 16 manat 43 qəpik dəyərində birləşdiriciləri əl arabasına yığıb oradan uzaqlaşmaqla zərər çəkmiş hüquqi şəxs “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 565 manat 26 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 Mövlud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 21 nömrəli binanın zirzəmisinə qanunsuz daxil olub birlikdə oradan Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 110 mm diametr ölçülü 24 metr uzunluğunda, hər metri 3 manat təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 84 manat 96 qəpik dəyərində dövlət əhəmiyyətli kanalizasiya xətti borularını, həmin boruya aid 04 ədəd 110 mm ölçülü hər biri 4 manat 95 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 23 manat 36 qəpik dəyərində keçidləri, 05 ədəd 110 mm ölçülü hər biri 2 manat 06 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 12 manat 15 qəpik dəyərində üçlükləri, 08 ədəd 110 mm ölçülü hər biri 1 manat 49 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 14 manat 07 qəpik dəyərində dirsəkləri, 06 ədəd 110 mm ölçülü hər biri 1 manat 16 qəpik təşkil edən ümumilikdə 8 manat 21 qəpik dəyərində birləşdiriciləri əl arabasına yığıb oradan uzaqlaşmaqla zərər çəkmiş hüquqi şəxs “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 142 manat 75 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 Mövlud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 25 nömrəli binanın zirzəmisinə qanunsuz daxil olub birlikdə oradan Azərbaycan Respublikası “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 110 mm diametr ölçülü 24 metr uzunluğunda,hər metri 3 manat təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 84 manat 96 qəpik dəyərində dövlət əhəmiyyətli kanalizasiya xətti borularını, həmin boruya aid 04 ədəd 110 mm ölçülü hər biri 4 manat 95 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 23 manat 36 qəpik dəyərində keçidləri, 05 ədəd 110 mm ölçülü hər biri 2 manat 06 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 12 manat 15 qəpik dəyərində üçlükləri, 08 ədəd 110 mm ölçülü hər biri 1 manat 49 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 14 manat 07 qəpik dəyərində dirsəkləri, 03 ədəd 110 mm ölçülü hər biri 1 manat 16 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 4 manat 11 qəpik dəyərində birləşdiriciləri əl arabasına yığıb oradan uzaqlaşmaqla zərər çəkmiş hüquqi şəxs “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 138 manat 65 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Mövlud oğlu təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq dövlət əhəmiyyətli kanalizasiya xətti borularını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Mövlud oğlu özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində ünvan 5 nömrəli binanın zirzəmisinə qanunsuz daxil olub birlikdə oradan Azərbaycan Respublikası “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 110 mm diametr ölçülü 100 metr uzunluğunda, hər metri 3 manat təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 354 manat dəyərində dövlət əhəmiyyətli kanalizasiya xətti borularını, həmin boruya aid 16 ədəd 110 mm ölçülü hər biri 4 manat 95 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 93 manat 46 qəpik dəyərində keçidləri, 20 ədəd 110 mm ölçülü hər biri 2 manat 06 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 48 manat 62 qəpik dəyərində üçlükləri, 30 ədəd 110 mm ölçülü hər biri 1 manat 49 qəpik təşkil əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 52 manat 75 qəpik dəyərində dirsəkləri, 12 ədəd 110 mm ölçülü hər biri 1 manat 16 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 16 manat 43 qəpik dəyərində birləşdiriciləri əl arabasına yığıb oradan uzaqlaşmaqla zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 565 manat 26 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 21 nömrəli binanın zirzəmisinə qanunsuz daxil olub birlikdə oradan Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 110 mm diametr ölçülü 24 metr uzunluğunda, hər metri 3 manat təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 84 manat 96 qəpik dəyərində dövlət əhəmiyyətli kanalizasiya xətti borularını, həmin boruya aid 04 ədəd 110 mm ölçülü hər biri 4 manat 95 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 23 manat 36 qəpik dəyərində keçidləri, 05 ədəd 110 mm ölçülü hər biri 2 manat 06 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 12 manat 15 qəpik dəyərində üçlükləri, 08 ədəd 110 mm ölçülü hər biri l manat 49 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 14 manat 07 qəpik dəyərində dirsəkləri, 06 ədəd 110 mm ölçülü hər biri 1 manat 16 qəpik təşkil edən ümumilikdə 8 manat 21 qəpik dəyərində birləşdiriciləri əl arabasına yığıb oradan uzaqlaşmaqla zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 142 manat 75 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 25 nömrəli binanın zirzəmisinə qanunsuz daxil olub birlikdə oradan Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 110 mm diametr ölçülü 24 metr uzunluğunda, hər metri 3 manat təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 84 manat 96 qəpik dəyərində dövlət əhəmiyyətli kanalizasiya xətti borularını, həmin boruya aid 04 ədəd 110 mm ölçülü hər biri 4 manat 95 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 23 manat 36 qəpik dəyərində keçidləri, 05 ədəd 110 mm ölçülü hər biri 2 manat 06 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 12 manat 15 qəpik dəyərində üçlükləri, 08 ədəd 110 mm ölçülü hər biri 1 manat 49 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 14 manat 07 qəpik dəyərində dirsəkləri, 03 ədəd 110 mm ölçülü hər biri 1 manat 16 qəpik təşkil edən əlavə dəyər vergisi ilə birlikdə ümumilikdə 4 manat 11 qəpik dəyərində birləşdiriciləri əl arabasına yığıb oradan uzaqlaşmaqla zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 138 manat 65 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, gecələr Bakı şəhərinin küçələrində dəmir və plastik tullantılar yığmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 Mövlud oğlunu cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövrdən tanıyır. Özü Bakı şəhərində yaşasa da valideynləri Şamaxı rayonunda yaşayırlar. O, anası xəstə olduğu üçün xx.xx.2023-cü il tarixində Şamaxı rayonunda getmiş və xx.xx.2023-cü il tarixinədək orada olmuşdur. xx.xx.2023-cü il tarixində Bakı şəhərinə qayıtmış, xx.xx.2023-cü il tarixində isə Təqsirləndirilən şəxs1 ona zəng edərək 5-6 ədəd dəmir boru tapdığını, əl arabası boşdursa ona həmin boruları daşımaqda köməklik etməsini, əvəzində isə ona 10 manat pul verəcəyini bildirmiş, o da razılaşaraq “Memar Əcəmi” metrostansiyasının yanına getmişdir. Oraya gedən zaman Hikmətin dediyi boruların zibil qutusunun yanında olduğunu görmüş və onlar həmin boruları onun əl arabasına yükləyərək metal qəbulu məntəqəsinə aparmışlar. Metal qəbulu məntəqəsinə çatan kimi polis əməkdaşları onları saxlamış və 19-cu polis şöbəsinə aparmışlar. Qeyd olunan borular 05 ədəd sınıq boru olmuş, uzunluqları təxminən 1-2 metr olmuşdur. Təqsirləndirilən şəxs1 həmin boruların oğurluq olması barədə ona heç bir söz deməmiş, onları zibillikdən tapdığını bildirmişdir. İbtidai istintaq zamanı ifadəsinə imza etmiş, lakin latın qrafikası ilə oxuya bilmədiyi üçün ifadəsini oxumamışdır. Eyni zamanda ifadə verən zaman yanında vəkil olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Mövlud oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 02:00-02:30 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı binanın zirzəmisinin qapısının açıq olduğunu görüb içəri daxil olmuş və orada 5-6 ədəd çuqun su borusu olduğunu görmüş, həmin borular bir kənarda olmuş, o, heç bir borunu yerindən söküb çıxartmamışdır. Belə ki, qeyd olunan borular olduğu yerdən sökülərək yerinə plastik borular quraşdırılmışdır. O da həmin boruların tullantı olduğunu düşünüb onları metal qəbulu məntəqəsinə aparıb satmaq qərarına gəlmişdir. Boruların ümumi çəkisi təxminən 70-80 kq olmuşdur. O, boruları metal qəbulu məntəqəsinə aparmağa kömək etməsi üçün tanışı Təqsirləndirilən şəxs2 zəng edərək tullantıların daşınmasında istifadə etdiyi əl arabasını gətirməsini xahiş etmiş və Təqsirləndirilən şəxs2 gələnə qədər həmin boruları zirzəmidən çıxarıb zibil qutularının yanına daşımışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs2 gəlmiş və onlar həmin boruları Raqibin əl arabasına yükləyərək metal qəbulu məntəqəsinə aparmışlar, lakin metal qəbulu məntəqəsi bağlı olduğu üçün sata bilməmiş, daha sonra isə polis əməkdaşları gəlib onları tutmuşlar. Təqsirləndirilən şəxs2 həmin boruların oğurluq olduğunu bilməmiş, belə ki, o, Təqsirləndirilən şəxs2 həmin boruları zibillikdən tapdığını bildirmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində olan epizodları o törətməmiş, ittiham aktında yazılanlar onun tərəfindən deyil, müstəntiq tərəfindən yazılmış və imzalanmışdır. Sənədlərdəki imzalar ona məxsus deyildir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilən zaman xəstə olduğu və halı olmadığı üçün hər 3 epizodun onun tərəfindən törədildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının 22-də idarədən ona bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 nömrəli binanın zirzəmisindən, xx.xx.2023-cü il tarixdə ünvan 2 nömrəli binanın zirzəmisindən, xx.xx.2023cü il tarixdə ünvan 4 nömrəli binanın zirzəmisindən Zərərçəkmiş şəxs ASC-nə məxsus kanalizasiya boruları yararsız hala salınaraq oğurlanmışdır. Zərərçəkmiş şəxs ASC-də Nəsimi rayonu Sukanal idarəsində mühəndis işləyən Şahid3 həmin boruların və əlavə boruları birləşdirən keçid, üçlüklər, dirsək və birləşdiricilərin ümumi dəyərin təxminən 6000 manat göstərmişdir, həmin məbləğ idarənin məsul şəxsləri tərəfindən yoxlanılmadan verilmiş təxmini məbləğdir. Bildirir ki, Sukanal idarəsinin nəznində olan borular yəni binaların zirzəmiləri daimi və mütəmadi olaraq məsul işçilər tərəfindən yoxlanılır və rəhbərliyə məruzə edilir və hər hansı əksiklik olarsa müvafiq olaraq hüquq mühafizə orqanlarına məlumat verilir. Buna görə də yuxanda qeyd olunan ünvanlarda sökülərək oğurlanmış kanalizasiya boruları aşkar olunandan maksimum 1 həftə müddətə oğurlanmasına böyük şübhələr vardır. Həmin boruların ümumi dəyəri 846 manat 65 qəpik təşkil edir, bu barədə aktı təqdim etmişdir. Belə ki, ünvan 3 nömrəli binanın zirzəmisindən təxminən 100 metr ölçüdə borular sökülmüş, boruları birləşdirən keçid, üçlüklər, dirsək və birləşdiriciləri ilə birlikdə oğurlanmışdır (565,26 manat). ünvan 4 nömrəli binanın zirzəmisindən təxminən 24 metr ölçüdə borular sökülmüş, eyni qaydada boruları birləşdirən keçid, üçlüklər, dirsək və birləşdiriciləri ilə birlikdə oğurlanmışdır (138,65 manat) ünvan 2 nömrəli binanın zirzəmisindən də təxminən 24 metr ölçüdə borular sökülmüş,eyni qaydada boruları birləşdirən keçid, üçlüklər, dirsək və birləşdiriciləri ilə birlikdə oğurlanmışdır (142,75 manat). Həmin qiymətlər ƏDV-ilə birlikdə hesablanmışdır, dövlətə ƏDV ilə birgə həmin məbləğlərdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ASC-nə ümumilikdə 846,66 manat məbləğ ziyan dəymişdir. Daha sonra zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X2 cəmiyyətə dəymiş zərərin ödənildiyini bildirərək təqsirləndirilən şəxslərə ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1-ci mərtəbəsindəki qeyri yaşayış sahəsi ona məxsusdur və obyekt kimi fəaliyyət göstərir. Həmin obyektin icarədarı ona zəng edərək obyekti su basması barədə məlumat vermiş, o da bu barədə Zərərçəkmiş şəxs ASC-nin 955 qaynar xəttinə məlumat vermişdir. Zərərçəkmiş şəxs ASC-nin əməkdaşları yaxınlaşandan sonra məlum olmuşdur ki, binanın zirzəmisindən kanalizasiya boruları sökülərək oğurlanmış və zirzəmini su basmışdır. O, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, səhər saat 10:00-da polis əməkdaşları ona zəng edərək boruları oğurlayan şəxsləri tutduqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 4 ildən artıqdır ki, Nəsimi rayonu, A.Mustafayev küçəsində 3-cü mikrorayon bazarı ilə üzbəüz olan metal qəbulu məntəqəsində fəhlə kimi çalışır. 21 aprel 2023-cü il tarixdə gün ərzində bir neçə dəfə olmaqla şəxsiyyət vəsiqəsini təqdim edən Təqsirləndirilən şəxs1 adlı şəxs yanında olan Raqib adlı şəxslə birlikdə ümumilikdə 200 kq-a yaxın köhnə dəmir boruları hissə-hissə sonuncuya satmışlar. Həmin dəmirlərin kilosunu 35 qəpikdən almışdır. Həmin şəxslərə sual olaraq həmin dəmirləri haradan əldə etdiklərini soruşanda lazımsız boru kimi yolun kənarından yığıb gətirdiklərini demişlər. Sonradan həmin şəxslərin dəmirləri oğurlaması barədə polis məlumat vermişdir. O da həmin dəmirləri təqdim etmişdir. Onun əvvəlcədən həmin şəxslərin dəmirləri hansı yolla əldə etmələri barədə məlumatı olmamışdır. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini də çəkib özündə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ASC-də su kanalizasiya şəbəkələrinin istismarı sahəsində işləyir və kanalizasiya borularına nəzarət edir. 2023-cü ilin aprel ayının 22-də təhkim olunmuş ərazi üzrə quraşdırılmış kanalizasiya borularına baxış keçirərkən məlum olmuşdur ki, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 7 nömrəli binanın zirzəmisindən, Nəsimi rayonu, Cavadxan küçəsi, 21 nömrəli binanın zirzəmisindən, Nəsimi rayonu, Cavadxan küçəsi, 25 nömrəli binanın zirzəmisindən Zərərçəkmiş şəxs ASC-yə məxsus kanalizasiya boruları yararsız hala salınaraq oğurlanmışdır. Belə ki, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 7 nömrəli binanın zirzəmisindən təxminən 100 metr ölçüdə borular sökülmüş, boruları birləşdirən keçid, üçlüklər, dirsək və birləşdiriciləri ilə birlikdə oğurlanmışdır. Nəsimi rayonu, Cavadxan küçəsi, 21 nömrəli binanın zirzəmisindən təxminən 24 metr ölçüdə borular sökülmüş, eyni qaydada boruları birləşdirən keçid, üçlüklər, dirsək və birləşdiriciləri ilə birlikdə oğurlanmışdır. Nəsimi rayonu, Cavadxan küçəsi, 21 nömrəli binanın zirzəmisindən də təxminən 24 metr ölçüdə borular sökülmüş, eyni qaydada boruları birləşdirən keçid, üçlüklər, dirsək və birləşdiriciləri ilə birlikdə oğurlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Mövlud oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.56-57); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.78-79); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi, həmin Məcəllənin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 89); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-219/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 Mövlud oğlu barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.130-131); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-218/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (i.v.133-134); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir; - Məhkəməyə 14 may 2023-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tətəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-30/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 3 nömrəli binanın zirzəmisi, ünvan 2 nömrəli binanın zirzəmisi və ünvan 4 nömrəli binanın zirzəmisidir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.27-30); - “Könüllü təqdim edilmiş əşyaların və sənədlərin götürülməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan və “Təqdim etmə və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 işlədiyi Nəsimi rayonu, A.Mustafayev küçəsində 3-cü mikrorayon bazarı ilə üzbəüz olan metal qəbulu məntəqəsində şəxsiyyət vəsiqəsini təqdim etmiş Təqsirləndirilən şəxs1 sənədinin surətini və ona satılan dəmir boruları təhqiqata təqdim etmişdir (i.v.34-38); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin ünvan 2 ünvanının qarşısında baş verməsi müəyyən edilir. Baxış zamanı saat 03:43 də bir nəfər şəxsin əlində borularla binanın blokundan çıxması görünür. Sonuncu görüntüdə isə digər şəxsin əl arabasının yanında dayanıb ətrafı müşahidə etməsi görünür. Baxış zamanı Təqsirləndirilən şəxs2 əlində boru ilə gedən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, əl arabasının yanında dayanan şəxsin isə özü olmasını bildirir (i.v.116); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin ünvan 2 ünvanının qarşısında baş verməsi müəyyən edilir. Baxış zamanı saat 03.43 də bir nəfər şəxsin əlində borularla binanın blokundan çıxması görünür. Sonuncu görüntüdə isə digər şəxsin əl arabasının yanında dayanıb ətrafı müşahidə etməsi görünür. Baxış zamanı Təqsirləndirilən şəxs1 əlində boru ilə gedən şəxsin özü olduğunu, əl arabasının yanında dayanan şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını bildirir (i.v.117); - Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin təqdim etdiyi aktdan görünür ki, 1)ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindən - PVC/ D110 MM ölçülü 100 metr uzunluğunda,hər metri 3 manat təşkil edən boru (354 manat ƏDV ilə birlikdə)-həmin boruya aid 16 ədəd PVC/D125-110 mm ölçülü hər biri 4,95 manat təşkil edən keçid (93,46 manat ƏDV ilə birlikdə)- boruya aid 20 ədəd PVC/110 mm ölçülü hər biri 2,06 manat təşkil edən üçlük (48,62 manat ƏDV ilə birlikdə)-boruya aid 30 ədəd PVC/D110 mm ölçülü hər biri 1,49 manat təşkil edən dirsək (52,75 manat ƏDV ilə birlikdə)-boruya aid 12 ədəd PVC/D110 mm ölçülü hər biri 1,16 manat təşkil edən birləşdirici (16,43 manat ƏDV ilə birlikdə)-ümumilikdə ƏDV ilə birlkdə 565 manat 26 qəpik təşkil etmişdir. 2) ünvan 4 ünvanında yerləşən binanın zirzəmisindən-PVC/ D110 MM ölçülü 24 metr uzunluğunda, hər metri 3 manat təşkil edən boru (84,96 manat ƏDV ilə birlikdə)-həmin boruya aid 4 ədəd PVC/D125-110 mm ölçülü hər biri 4,95 manat təşkil edən keçid (23,36 manat ƏDV ilə birlikdə)-boruya aid 5 ədəd PVC/110 mm ölçülü hər biri 2,06 manat təşkil edən üçlük (12,15 manat ƏDV ilə birlikdə)-boruya aid 8 ədəd PVC/D110 mm ölçülü hər biri 1,49 manat təşkil edən dirsək (14,07 manat ƏDV ilə birlikdə)- boruya aid 3 ədəd PVC/D110 mm ölçülü hər biri 1,16 manat təşkil edən birləşdirici (4,11 manat ƏDV ilə birlikdə)-ümumilikdə 138 manat 65 qəpik təşkil etmişdir. 3) ünvan 2 ünvanında yerləşən binanın zirzəmisindən- PVC/ D110 MM ölçülü 24 metr uzunluğunda, hər metri 3 manat təşkil edən boru (84,96 manat ƏDV ilə birlikdə)-həmin boruya aid 4 ədəd PVC/D125-110 mm ölçülü hər biri 4,95 manat təşkil edən keçid (23,36 manat ƏDV ilə birlikdə)-boruya aid 5 ədəd PVC/110 mm ölçülü hər biri 2,06 manat təşkil edən üçlük (12,15 manat ƏDV ilə birlikdə)-boruya aid 8 ədəd PVC/D110 mm ölçülü hər biri 1,49 manat təşkil edən dirsək (14,07 manat ƏDV ilə birlikdə)-boruya aid 6 ədəd PVC/D110 mm ölçülü hər biri 1,16 manat təşkil edən birləşdirici (8,21 manat ƏDV ilə birlikdə)-ümumilikdə 142 manat 75 qəpik təşkil etmişdir. Beləki Zərərçəkmiş şəxs ASC-nin balansında olan dövlət əhəmiyyətli kanalizasiya xətti boruları hesab edilən boruların talanması nəticəsində ümumilikdə 846 manat 66 qəpik maddi ziyan dəydiyi müəyyən edilmişdir (i.v.162); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixli 9/3582 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ASC Nəsimi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxmini 717,50 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.185- 188); - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 Mövlud oğlu və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxslər qismində cəlb edilməklə onlara Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ittiham elan edilmiş, iş üzrə kanalizasiya boruları maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin 19cu PŞ-də saxlanılır (i.v.194-203); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Malxasov X6 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. X7 Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 30-cu maddəsinin 3-cü hissəsi və 228-1-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə Rusiya Federasiyasının Kareliya Respublikasının CM-nin 9-cu maddəsi ilə azad olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1 və 180.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-cı il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (i.v.143-145); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixli hökm dəyişdirilərək CM-nin 67.1-ci maddəsinin təyini hökmdən xaric edilmiş, 181.2.4 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı dəyişdirilmiş, onun əməli CM-nin 181.1-ci maddəsinə tövsif edilmiş və 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə 01 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir (i.v.140-142); - "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskdən müəyyən edilir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 məxsusdur və xx.xx.2023-cü il tarixdə həmin mobil telefon nömrəsi Şamaxı rayonu, Çarhan kəndində qeydə alınmışdır: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xüsusi məlumatdan görünür ki, 30 may 2024-cü il tarixdə saat 15:20 radələrində Bakı istintaq təcridxanasının 03 saylı rejim korpusunun 53-cü kamerasında saxlanılan, xx.xx.1972-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olan, hazırki iş üzrə Nəsimi RPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Nəsimi rayon məhkəməsinin hesabında olan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 Mövlud oğlu saxlandığı kamerada qəflətən səhhəti pisləşmiş, orada xidmət aparan nəzarətçi tərəfindən növbətçi hissəyə və növbətçi həkimə məlumat verilmiş və dərhal təcridxananın tibb-sanitar hissəsinə aparılmışdır. Həkimlər tərəfindən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 Mövlud oğluna qəbul otağında göstərilən tibbi yardımlara baxmayaraq həmin tarixdə saat 16:40 radələrində öz əcəli ilə ölmüşdür. Fakt ilə bağli Məhkəmə Tibbi-Ekspertiza və Pataloji-Anatomiya birliyinin Sabunçu rayon şöbəsindən daxil olmuş həkim-eksperti tərəfindən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 Mövlud oğlunun ölüm faktını təsdiq etmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 Mövlud oğlunun ölüm faktı ilə bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki, ilə Təqsirləndirilən şəxs1 Mövlud oğlunun yaxın qohumlarına bildiriş təqdim edilmiş, şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş edilmiş və məhkəmə baxış iclası təxirə salınmışdır. Bildirişdə Təqsirləndirilən şəxs1 Mövlud oğlunun yaxın qohumlarına izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilir. Cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 39.1.5ci maddəsinə əsasən xitam verilməsi bəraətverici əsas hesab edilmir. - "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidmətinin hesabına 700 manat ödəniş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Mövlud oğlunun cinayət işi üzrə hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.3-2-ci maddəsi neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, oğurluq hadisəsini etməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadələri iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 Mövlud oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir. Onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ASCnə məxsus ünvan 5 ünvanında yerləşən binanın zirzəmisinə qanunsuz daxil olaraq zərər çəkmiş hüquqi şəxsə ümumilikdə 565,26 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi faktı sübuta yetirilmir. Belə ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdən müəyyən edilir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 məxsusdur və xx.xx.2023-cü il tarixdə həmin mobil telefon nömrəsinin anten dairəsi Şamaxı rayonu, Çarhan kəndində qeydə alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olmamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nə məxsus ünvan 5 ünvanında yerləşən binanın zirzəmisinə qanunsuz daxil olaraq zərər çəkmiş hüquqi şəxsə ümumilikdə 565,26 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodu irəli sürülmüş ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, vurulmuş ziyanın ödənilməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Mövlud oğlunun məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, xx.xx.2023-cü il tarixdən başqa tarixlərdə olan oğurluq hadisələrini etməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadələri iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 Mövlud oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir. Onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci və 44.2.1-1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə, bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 106-1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istədiyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər. Onun ərizəsinə cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 119.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Mövlud oğlu CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və məhkəmə istintaqının gedişində öldüyündən ona cəza təyin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Mövlud oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış kanalizasiya boruları hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalı, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin mülki iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 92 saata görə 552 (beş yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nə məxsus ünvan 5 ünvanında yerləşən binanın zirzəmisinə qanunsuz daxil olaraq zərər çəkmiş hüquqi şəxsə ümumilikdə 565,26 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodu irəli sürülmüş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də saxlanılan iş üzrə maddi sübut kimi tanınmış kanalizasiya boruları hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 92 saata görə 552 (beş yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-30/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-30/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver