Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-301/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1965-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Liman qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 36-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 180 saylı ünvanda divara söykənmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 1.000 manat olan 02 ədəd “X5 1 persons Or 355 LBS. 2H.P motor” markalı su qayığını, gizli olaraq talayıb zərər çəkmiş şəxs F.B.Kərimova ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq cinayətinə görə məhkum edilmiş, 2020-ci ilin mart ayında cəzasını çəkib qurtarmışdır. Hazırda isə Bakı şəhərində müxtəlif ünvanlarda gecələyir və 4 aydır ki, Nəsimi rayonu ərazisindəki küçələrdən tullantı olan metal, plastmas, sellofan toplayıb qəbul məntəqələrinə sataraq dolanır. xx.xx.2020-ci il tarixdə, saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 180 saylı ünvanda ümumi həyətə daxil olduqda sağda divarın tinində plastmas materialdan 02 ədəd dənizdə üzmək üçün kiçik ölçülü qayıq görmüşdür. Həmin qayıqların yararsız olduğunu və sahiblərinin olmadığını düşünüb özü ilə gətirdiyi və yük daşımaq üçün istifadə etdiyi arabanın üzərinə qoyub qəbul məntəqəsinə apararaq 18 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, “xxxx” QSC-də quruluşçu-rəssam vəzifəsində işləyir. Boş vaxtlarında isə ov etməklə məşğuldur. 4 il əvvəl o, balıq tutmaq üçün ov alətləri satan mağazadan saz vəziyyətdə hər biri 2.000 manat dəyərində olan 02 ədəd “Beavertail” markalı su qayığı almışdır. Həmin qayıqları yaşadığı, ümumi həyət tipli evin qarşısında saxlamışdır. Həyətə dörd tərəfdən giriş-çıxış vardır və məhdudlaşdırılmasa da, adətən kənar şəxslər oraya daxil olmur. O, xx.xx.2020-ci il tarixdə evinin qarşısındakı qayıqların oğurlandığını aşkar etmişdir. Həyətdə olan müşahidə kameralarına baxdıqda yaşadığı məhəllədə əvvəllər fəhlə işləyən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 07 radələrində tullantı yığdığı arabası ilə məhəlləyə gəldiyini, onun evinin qarşısındakı qayıqları götürərək oradan uzaqlaşdığını müəyyən etmişdir. O, Mərdanı tanıdığı üçün əvvəlcə polisə şikayət etməmiş, onu bir müddət özü axtarmışdır. Lakin daha sonra onu tapa bilmədiyindən barəsində şikayət etmək qərarına gəlmişdir. Polisə şikayət etdikdən bir müddət sonra ona məxsus qayıqlar polis əməkdaşları tərəfindən tapılaraq ona geri qaytarılmışdır. Qayıqlar plastmas materialdan olmuş və heç birinin üzərində mühərrik və ya başqa aksessuar olmamışdır. Hal-hazırda ona vurulmuş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 290 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunan Zərərçəkmiş şəxs məxsus iki ədəd üzərində istehsal yerinə dair heç bir məlumat olmayan, gövdəsində “X5 1 persons Or 355 LBS. 2H.P motor” markalanma yazısı olan su qayığı işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri 2.000 manat müəyyən edilir (i/v 43-45); İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs məxsus “X5 1 persons Or 355 LBS. 2H.P motor” markalı su qayıqları və onun ərizəsinə əlavə etdiyi 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, su qayıqları saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd CD disk isə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala əlavə edilmişdir (i/v 80); İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay nüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 il 03 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 83-84, 86-101); Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, vurulmuş zərər ona ödənildiyindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və o, Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və onunla barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu ödənilməsə də, hazırkı törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə cinayətin residivini yaratmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “X5 1 persons Or 355 LBS. 2H.P motor” markalı su qayıqlarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd CD disk isə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialda saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X5 1 persons Or 355 LBS. 2H.P motor” markalı su qayıqlarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 01 ədəd CD disk isə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialda saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli manat) Təqsirləndirilən şəxs tutularaq xxxx” MMC-nin (Kapital Bank ASC Gənclik Mall filialı, Kod 201025; VÖEN **********; SVVİFT kod AİİBAZ2X; Müxbir hesab AZ37NABZ********************; VÖEN **********; Hesab AZ53AİİB********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-301/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-301/2020
26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver