Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-305/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi ‘‘Toyota Prius” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsindən 3-cü Alatava küçəsi istiqamətində manevr edən zaman həmin küçə ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs sərbəst hərəkətinə maneə törətdiyinə görə sonuncunun xəbərdarlıq etmək üçün avtomobilin sol yan şüşəsinə əli ilə vurmasını cüzi səbəb kimi bəhanə gətirib idarə etdiyi avtomobildən düşərək ictimai yer hesab edilən ünvan 2 ünvanın qarşısında avtomobildən düşüb ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiq edib qəsdən bədən nahiyələrinə əli ilə zərbələr vuraraq ona başın sağ gicgah-təpə və ənsə nahiyələrinin geniş həcmli dərialtı hematomaları, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası sol bazunun və sağ saidin qançırları ilə müşayəl olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və ailə üzvləri təxminən 6-7 il əvvəl onunla eyni məhəllədə kirayədə yaşadığından onu həmin dövürdən tanımış, eləcə də, onunla və ailə üzvləri ilə arasında həmişə xoş münasibət olmuşdur. Lakin, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsindən 3-cü Alatava küçəsinə dönmə manevri edən zaman avtomobildən sol tərəf ilə yəni, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi ilə piyada hərəkət edərək 3-cü Alatava küçəsinə daxil olan Zərərçəkmiş şəxs görmədiyindən həmin vaxt avtomobildə sərnişin qismində ön sağ yan oturacaqda əyləşən X4 ona “asta ol” deyən zaman o, sol tərəfdən gələn Fatiməni görərək onu avtomobil ilə vuracağından ehtiyyat edərək həyəcanlandığı üçün qəfl saxlama əyləcini basmışdır. Bu zaman Fatimə avtomobilin sol yan qabaq qapı şüşəsinə əli ilə vuraraq “sürdəəə” deyərkən qapı şüşəsi bağlı olduğundan onu yaxşı eşitməmiş, şüşəni aşağı salarkən isə Fatimə onun ünvanına “cındır oğlu cındır” deyərkən o, “Fatimə təhqirə keçmə bilərəkdən etməmişəm” deyərkən isə Fatimə onun və ailə üzvlərinin ünvanına nəlayiq küçə söyüşləri ifadə etmişdit. Bu zaman o, əsəblərinə hakim ola bilməyəb bir qədər qabaqda avtomobildən düşərək Fatiməyə yaxınlaşan kimi əli ilə onun üzündən, başından və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbələr endirmiş, Fatimə isə yerdən çınqıl və qum topasını əli ilə götürərək onun üzünə vurmuşdur. Onun endirdiyi zərbələr nəticəsində Fatimə müvazinatını tənzimləyə bilməyib yerə yıxılmış, bu vaxt avtomobilində sərnişin qismində olan X5 avtomobildən düşərək və ətrafda olan bir nəfər kişi ona yaxınlaşaraq sakitləşdirib kənara çəkmişlər. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, əvvəllər məhkum olunmamasını, 2-ci dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini və gənc olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidlərin fadəsi, ekspertiza rəyi, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radolərində o, Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi ilə piyada hərəkət edərək 3-cü Alatava küçəsinə daxil olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu Salamzadə küçəsindən 3-cü Alatava küçəsinə dönmə manevri edərkən onun qarşısında avtomobili saxladığı üçün o, yolu keçə bilmədiyindən Təqsirləndirilən şəxs avtomobilinin sol yan qabaq qapı şüşəsinə əli ilə vuraraq ona sürdəəə” deyərkən sonuncu onun ünvanına nəlayiq ifadə səsləndirərək balası nə edirsən” dediyindən o, ona eyni ifadələrlə cavab verib yoluna davam etmişdir. Bu zaman Təqsirləndirilən şəxs avtomobili hərəkətə gətirərək ünvan 3 ünvanın yaxınlığında saxlayıb avtomobildən düşərək ona yaxınlaşıb qəflətən hücum edərək üzündən, başından və bədəninin müxtəlif nahiyələrindən əli ilə bir neçə dəfə zərbələr endirərkən o, müvazinatını tənzimləyə bilməyib yerə yıxılmışdır. Bu vaxt tanımadığı şəxslər Təqsirləndirilən şəxs tutaraq kənara çəkdiklərindən o, sonuncunun əlindən çıxaraq evə getmişdir. Həmin vaxt həyəcanlı olduğundan fikir verməsədə, sonradan müəyyən etmişdir ki, əlində olan mobil telefonunun ekranının qoruyucu şüşəsi sınməş və eynəyinin bir şüşəsinin qırılmışdır. Mübahisənin təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 90 manat maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində o, və yaxınlıqda yaşayan X1 qismində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobildə olduqları zaman Rəşad həmin avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsindən 3-cü Alatava küçəsinə dönmə manevri edərkən avtomobildən sol tərəfilə Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi ilə piyada hərəkət edərək 3-cü Alatava küçəsinə daxil olan Zərərçəkmiş şəxs görmədiyindən Etibar ona “asta ol” deyən zaman Rəşad sol tərəfdən gələn Fatiməni görərək onu avtomobil ilə vuracağından ehtiyyat edərək həyəcanlandığı üçün qəfl əyləci basmış və sonuncuya hara soxursan özünü az deyərkən Fatimə onun ünvanına “əclaf, axmaq və s.” ifadələr işlətdiyindən Rəşad ona “ağzının danışığını bil” demişdir. Bu zaman Fatimə Rəşadın avtomobilinin sol yan qabaq qapı şüşəsinə əli ilə vuraraq nəlayiq ifadələr səsləndirməklə yoluna davam etmişdir. Rəşad onun dediklərini eşitdiyi üçün əsəbləşərək avtomobildən düşüb Fatimənin ardınca gedərək onu döyməyə başlamışdır. Bu vaxt Rəşad avtomobili park etmədiyindən ön oturacaqda sərnişin qismində olan Etibar avtomobilin hərəkət etdiyini görüb dərhal sükan arxasına keçərək avtomobili saxlamaqla məşğul olsada, o, avtomobildən düşərək onları sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş R.A.Məhərrəmovun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verrmidir. Sadələşdirilmiş icraat materialının 2-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 15-53-də DİN 102 xidmətindən ********* saylı (döymə) məlumatı daxil olmuşdur. Şəhla adlı şəxs zəng edərək, C.Məmmədquluzadə küçəsi 188 ünvanında narkotik istifadəçisinin Fatimə adlı qadını döyərək xəsarət almasını bildirmişdir. Sadələşdirilmiş icraat materialının 39-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Təcrübi və Tədris Birliyinin məhkəmə tibb ekspertizasının 14 iyun 2023-cü il tarixli 749 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın sağ gicgah-təpə və ənsə nahiyələrinin geniş həcmli dərialtı hematomaları, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası sol bazunun və sağ saidin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki. həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Sadələşdirilmiş icraat materialının 33-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sadələşdirilmiş icraat materialının 10-cu vərəqəsində olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə günorta radələrində çəkilmişdir. Belə ki, Zərərçəkmiş şəxs küçə ilə piyada hərəkət edərək Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən keçib irəli getdiyi zaman sonuncu avtomobili park etmədən avtomobildən düşərək Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb qəflətən onun üzündən sillə zərbəsi endirir, onun ardıcıl zərbələrindən sonra Zərərçəkmiş şəxs əyilib yerdən əlinə nəsə götürərək onun üzünə vurur, bu zaman Təqsirləndirilən şəxs ona zərbələr endirməyə davam edir, həmin vaxt bir nəfər kişi Təqsirləndirilən şəxs yaxınlaşsada, ona müdaxilə edə bilmədiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxır, lakin avtomobildən düşən R.A.Məhərrəmov yalnız bundan sonra onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs tutaraq onun zərbə endirməsinin qarşısını alır, E.Z.Bağırov isə avtomobili park edərək sükan arxasından düşüb onlar tərəfə gedərkən artıq Zərərçəkmiş şəxs yoluna davam edərək oradan uzaqlaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,şəxslərüzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, əvvəllər məhkum olunmamasını, 2-ci dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, əvvəllər məhkum olunmamasını, 2-ci dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini və gənc olmasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili P.V.Hacıyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs ğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs ğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ğlunun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-305/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-305/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver