Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-305/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, dalan 1, ev 7 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 28 dekabr 2022-ci il tarixdə saat 05:30 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes A160 minik» markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş yol hərəkəti üçün təhlükəsiz şərait yaradaraq öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmama barədə, həmçinin həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş 1.1—1.3 üfüqi nişanlanma xətlərini kəsib keçməyin qadağan olması barədə tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs vurmaqla sonuncunun sağ ayaq bayır topuğunun sınığı, sol ayaq iç topuğunun sınığı, incik sümüyünün 1/3-nin yerdəyişmiş, qapalı sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən ərəfələrdə qeyri-rəsmi birlikdə yaşadığı Rövşən adlı şəxs “ayıq sürücü” fəaliyyəti ilə məşğul olmuşdur. O da öz avtomobili ilə həmin şəxsin idarə etdiyi avtomobilin arxası ilə hərəkət etmiş və Rövşən işini bitirdikdə onun avtomobili ilə hərəkətlərini davam etdirmişlər. 29 dekabr 2022-ci il taixdə saat 05:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində “enli yol” adlanan yoldan üzü “Yeganə” şadlıq sarayı istiqamətində 4cü mikrorayon dairəsindən üzü aşağı hərəkət etmişdir. O, təxminən 40-50 km/saat sürətlə hərəkət etmiş və yolda qoşa xəttin ortasında bir nəfər şəxsin dayandığını görmüşdür. Həmin vaxt onun avtomobilindən öndə hündür avtomobil və həmin avtomobilin önündə isə “sedan” modelli avtomobil olmuşdur. Həmin vaxt hündür avtomobil yüksək sürətlə hərəkət etdiyindən qorxmuşdur. Bir az irəlilədikdən sonra əvvəl gördüyü şəxsin avtomobolinin güzgüsündən yerə yıxıldığını görmüşdür. O, kömək məqsədilə avtomobili geri hərəkət etdirmiş və yaxınlaşdıqda yaşlı bir kişinin yerdə oturduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşdıqda halının yaxşı olmadığını görmüşdür. O, dərhal yaxınlıqdakı gül mağazasının qarşısından keçən bir nəfər şəxsdən kömək istəmiş və həmin şəxslə birlikdə Zərərçəkmiş şəxs avtomobilinə qoymuşdur. Bundan sonra Zərərçəkmiş şəxs 1 saylı X4 aparmışdır. Yolda olarkən həmin şəxsdən oğlunun nömrəsini soruşmuş və zəng etmiş, həmin şəxsə atasını “Semaşkoya” apardığını və oraya gəlməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirmiş və oradan çıxıb yaşadığı ünvana gəlmişdir. Hadisə zamanı o spirtli içki qəbul etməmiş və tam ayıq vəziyyətdə olmuşdur. Sonradan polis əməkdaşları onun izahatını almaq üçün yaşadığı ünvana gəlmiş və onu polis şöbəsinə aparmışlar. Məhkəmə çıxışında Təqsirləndirilən şəxs özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və maddi tələbinin olmamasını bildirərək, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, mütəmadi olaraq səhərlər yaşı və səhhəti ilə əlaqədar yaşadığı ünvanın yaxınlığında piyada gəzməyə çıxmışdır. xx.xx.2022ci il tarixdə səhər 05:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən Heydər Əliyev parkından üzü 4-cü mikrorayon dairəsi istiqamətində piyada getmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsinə çatmağına az qalmış o, quraşdırılan piyada keçidinin yaxınlığından yolun əks tərəfinə keçmək istəmişdir. Bu zaman yuxarı tərəfdən yolun əks istiqaməti ilə bir ədəd hündür avtomobilin yaxınlaşdığını görmüşdür. Həmin avtomobil onun yanından keçib getmiş və bundan sonra o, güclü “taqqıltı” səsi eşitmişdir. Bundan sonra, o, yerə oturmuş və ilk öncə üzünə və gözünə baxmış, daha sonra isə ayağa qalxmağa çalışarkən topuğunun sındığını görmüşdür. Həmin vaxt ətrafda şəxslər olmamış, lakin az müddət sonra qırmızı rəngli avtomobilin arxaya verərək ona yaxınlaşdığını və Təqsirləndirilən şəxs ona yaxınlaşdığını görmüşdür. Təqsirləndirilən şəxs ona köməyə ehtiyacı olub-olmamasını soruşmuş və ardınca ona köməklik etmək üçün qaldırmaq istəsə də, tək qadın olduğuna görə fiziki gücü onu qaldırmasına imkan verməmişdir. Daha sonra bir nəfər kişi onlara yaxınlaşmış və Təqsirləndirilən şəxs ilə birlikdə onu sonuncunun avtomobilinə əyləşdirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onu “Semaşko” xəstəxanasına aparmış və orada ilkin tibbi yardımların göstərilməsi üçün köməklik etmişdir. Daha sonra onun oğlu xəstəxanaya gəlmiş və orada Təqsirləndirilən şəxs köməklik göstərdiyi üçün təşəkkür etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha görməmişdir. Sonradan aparılmış araşdırma nəticəsində polis tərəfindən ona xəsarətin məhz Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil tərəfindən yetirilməsi barədə məlumat verilmişdir. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını sonuncuya qarşı heç bir şikayət və maddi tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bi İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X5 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2023-cü il tarixli, 37 saylı ekspertiza rəyindən görünür ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X6 PHŞ-də müraciət etmiş və ona “sağ ayaq bayır topuğun sınığı, sol ayaq iç topuğun sınığı, incik sümüyünün 1/3-nin yerdəyişmiş, qapalı sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Həmin xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi Zərərçəkmiş şəxs müalicəsi tam başa çatdıqdan sonra, başa çatmadığı təqdirdə hadisə baş verən gündən (xx.xx.2022-ci il) 120 gün müddət keçdikdən sonra şəxsin özünün məhkəmə-tibbi müayinəsi keçirilməklə əlavə olaraq təyin ediləcəkdir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür (i/v 29-30). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X5 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2023-cü il tarixli, 37 saylı ekspertiza rəyinə 12 saylı əlavəsindən görünür ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə X6 PHŞ-də müraciət etmiş və ona “sağ ayaq bayır topuğun sınığı, sol ayaq iç topuğun sınığı, incik sümüyünün 1/3-nin yerdəyişmiş, qapalı sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür (i/v 41-42). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 8/3200 saylı rəyindən görünür ki, “Mercedes Benz” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 68-70). İş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin X7 Şöbəsinin rəisi Qara Abdullayev tərəfindən Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mahmud Sarıvəlliyə ünvanlanmış 28 noyabr 2023-cü il tarixli, 3-xx/xx-1725-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bİ, B kateqoriyalı BA043251 seriyalı sürücülük vəsiqəsinə sahib olmuşdur və həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında olmamışdır. Hal-hazırda isə Təqsirləndirilən şəxs Bİ, B kateqoriyalı BB037781 seriyalı sürücülük vəsiqəsinə sahibdir və həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur (i/v 71). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əliyeva X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (i/v 25-26). İş materiallarında olan sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Mercedes Benz” markalı, **-KB-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs adına qeydiyyatdadır (i/v 10-11). İş materiallarına əlavə olunmuş “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 111-112). İş materiallarında olan 16 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Mercedes Benz” markalı, **-KB-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmışdır (i/v 116-122). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur, hal-hazırda onu bağışlamışdır və məhkəmədən cinayət təqibinə xitam verilməsinə etiraz etmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün məhkəmə çıxışı zamanı etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və maddi tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ondan 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz” markalı, **-KB- *** dövlət nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndin, həmçinin həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-305/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-305/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver