Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-306/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Verdiktium” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxx 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,227 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 18 aprel 2024-cü il tarixdə saat 23:20-də Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə 28 May küçələrinin kəsişməsində olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azadlıq prospekti 28 ünvanında yerləşən 22-ci polis şöbəsinə aparılmış və 19 aprel 2024-cü il tarixdə saat 00:45-də orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə təmiz çəkisi 0,227 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 aprel 2024-cü il tarixdə üzdən tanıdığı bir şəxsdən şəxsi istifadəsi üçün kibrit qutusunun içərisində bir büküm marixuana götürmüş, lakin sonradan həmin qutunun içərisindəkinin metamfetamin olduğunu bilmişdir. Kibrit qutusunun içərisində marixuana kimi bildiyi narkotik vasitəni tanışı ona hədiyyə olaraq vermişdir və qiymətinin təxminən 10 manat olduğunu demişdir. Həmin gün çox içkili olduğundan marixuana hesab etdiyi metamfetamini istifadə edə bilməmiş, şalvarının cibinə qoyub saxlamışdır. Həmin şəxsdən uzaqlaşıb biraz məsafə qət etdikdən sonra təxminən gecə saat 23:20 radələrində Nəsimi rayonu Bülbül prospekti ilə 28 May küçələrinin kəsişməsində olarkən sonradan polis əməkdaşları olduqlarını bildiyi 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Onu narkotik və psixotrop maddələrin istifadəsində şübhəli olduğu üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə dəvət etmişlər. Orada ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkillə təmin edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarının sağ cibində olan bir büküm psixotrop maddə metamfetamini və şalvarının sol cibindəki bir ədəd «BlackVave» markalı mobil telefonunu, 11 manat pulunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində polis əməkdaşı şəxsi axtarış aparmış, başqa əşya aşkar edilməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, həmin gün içkili olduğundan başına belə bir iş gəldiyini, yaxın günlərdə ailə həyatı quracağını bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin növbətçi hissəsinin köməkçisi Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 18 aprel 2024-cü il tarixdə saat 23:20 radələrində Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 birlikdə Nəsimi rayonu, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxsiyyəti ilə maraqlandıqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, hazırda şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Xarici görkəmindən narkotik vasitə alüdəçisinə oxşadığına görə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olub-olmamasını soruşduqda o, psixotrop maddə metamfetaminin təsiri altında olduğunu və hazırda da üzərində metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 22-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə şöbə rəhbərliyinə məruzə etmişlər və araşdırma X3ə həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən, hüquq və vəzifələri izah edildikdən sonra xidməti otaqda videoçəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan bükümünü, sol yan cibindən isə 11 manat pul və «Black Vave» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bunlardan başqa üzərində heçnə olmadığını bildirmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək paltarları, ayaqqabıları yoxlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi büküm barədə məlumat verməsi xahiş edilmiş və o, bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir, öz istifadəsi üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq əldə etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində psixotrop maddə metamfetamin olmasını bildirdiyi bir ədəd şəffaf rəngli sellofan bükümü və bir ədəd qara rəngli «Black Vave» markalı mobil telefon ayrı-ayrılıqda kağız zərflərdə qabşlaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən götürülmüşdür. 11 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra videoçəkiliş dayandırılaraq iştirakçılara nümayiş etdirilmiş və şəxsi axtarış barədə protokol tərtib olunmuşdur. Həmin protokol iştirakçılara ucadan oxunmuş və hamı tərəfindən imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, 18 aprel 2024-cü il tarixdə saat 23:20 radələrində 22-ci polis şöbəsinin növbətçi hissəsinin köməksiçi Həmid Hacəliyevlə birlikdə Nəsimi rayonu, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxsiyyəti ilə maraqlandıqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, hazırda şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Xarici görkəmindən narkotik vasitə alduəçisinə oxşadığına görə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olub-olmamasını soruşduqda o, psixotrop maddə metamfetaminin təsiri altında olduğunu və hazırda da üzərində metamfetamin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 22-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə şöbə rəhbərliyinə məruzə etmişlər və araşdırma X3ə həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən, hüquq və vəzifələri izah edildikdən sonra xidməti otaqda videoçəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan bükümünü, sol yan cibindən isə 11 manat pul və «Black Vave» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bunlardan başqa üzərində heç nə olmadığını bildirmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək paltarları, ayaqqabıları yoxlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi büküm barədə məlumat verməsi xahiş edilmiş və o, bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir, öz istifadəsi üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq əldə etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində psixotrop maddə metamfetamin olmasını bildirdiyi bir ədəd şəffaf rəngli sellofan bükümü və bir ədəd qara rəngli «Black Vave» markalı mobil telefon ayrı-ayrılıqda kağız zərflərdə qabşlaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən götürülmüşdür. 11 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra videoçəkiliş dayandırılaraq iştirakçılara nümayiş etdirilmiş və şəxsi axtarış barədə protokol tərtib olunmuşdur. Həmin protokol iştirakçılara ucadan oxunmuş və hamı tərəfindən imzalanmışdır. (i/v 105-107). İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Orxan Mirzəyev tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və növbətçi hissəsinin köməkçisi Şahid2, mütəxəssis Nəsimi RPİ-nin KTQ-nin inspektoru X5, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 və barəsində istintaq hərəkəti aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 19 aprel 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan qara sngli şalvarının sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq masanın üzərinə oymuş və onun psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini Biləcəri qəsəbəsində tanmadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq əldə etdiyini, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixiotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənib götürülmüşdür. (i/v 44-47). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə saat 23:20-də şübhəli şəxs qismində saxlanılmış və 19 aprel 2024-cü il tarixdə saat 00:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i/v 17-18). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i/v 71-72). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatət təmin edilməmiş və sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (i/v 111-114). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i/v 95). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 115). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2109 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN «Zərflər üçün № 190» möhür əksi olan, «Təqsirləndirilən şəxs (imza)...» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,227 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-matemfetamindir. (i/v 56-59). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2492 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 116-117). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,227 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,177 qram metamfetamin məhkəmənin yekun hökmünədək saxlanması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i/v 126-130). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini xeyli miqdarında əldə edib saxlaması özünün qismən etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf edərək, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin saxlanc yerində saxlanılan, ümumi təmiz çəkisi 0,227 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,177 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc yerində saxlanılan, ümumi təmiz çəkisi 0,227 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,177 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-306/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-306/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver