Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-307/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 8, mənzil 14-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 45, mənzil 42-də yaşayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022ci il tarixdə, saat 05:00 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs saxladığı, sonuncuya məxsus “VAZ 21154” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının kiçik şüşəsini özündə olan buraçla sındıraraq qolaltı hissəsindən 320 manat nağd pul, salona quraşdırılan 200 manat dəyərində bir ədəd “Pioneer” markalı maqnitafonu və iki ədəd 100 manat dəyərində “Pioneer” markalı səs gücləndiricini oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 620 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Özü narkotik istifadəçisidir. Əvvəllər məhkum olunduqdan sonra Maqsudla münasibəti soyuyub. Sonuncu dəfə Maqsudu “VAZ 21154” markalı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında görüb, onunla 1-2 dəqiqəlik söhbətləşib ayrılmışdır. xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində məhəlləarası piyada gəzərkən Maqsudun idarə etdiyi “VAZ 21154” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb ona yaxınlaşmışdır. Maqsudun onu tanıdığını, bu səbəbdən barəsində şikayətçi olmayacağını zənn edərək bu avtomobildən oğurluq etmək fikrinə düşmüşdür. Cibində olan buraçla avtomobilin arxa sağ kiçik şüşəsini sındırmış və onun arxa qapısını açmışdır. Əvvəlcə avtomobilin içərisinə orta qolaltına baxmış, 03 ədəd 100 manatlıq əsginas, 02 ədəd 5 manatlıq əsginas və 01 ədəd 10 manatlıq pul əsginasını götürmüşdür. Daha sonra avtomobilin içərisində salona quraşdırılmış “Pioneer” markalı maqnitofonu və iki ədəd eyni markalı səs gücləndiricini sökərək götürüb dərhal oradan uzaqlaşmışdır. Götürdüyü əşyaları evə aparmış və xx.xx.2022-ci il tarixdə satmaq üçün metronun “Memar Əcəmi” stansiyasının yaxınlığına gəlmiş, həmin vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib sellofanda olan əşyaları təqdim etməsini bildirmişlər. O da əlindəki sellofanın içərisindəki 01 ədəd “Pioneer” markalı maqnitofonu və 02 ədəd eyni markalı səs gücləndiricini könüllü olaraq polisə təqdim edib həmin əşyaları oğurladığını demişdir. Dəymiş zərəri ödəmiş, əməlindən peşmandır. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai araşdırma zamanı veridyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, uşaqlıqdan demək olar ki bir yerdə böyümüşlər. Sonradan Elçinin narkotik aludəçisi olmasına, bir neçə dəfə oğurluq etdiyinə və buna görə məhkum olunmasına görə münasibəti azaltmışdır. Hadisədən iki-üç gün əvvəl 4-cü mikrorayon dairəsində Elçini görüb onunla görüşmüşdür. Elçin onun hal-hazırda idarə etdiyi “VAZ 21154” markalı, **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobilini ilk dəfə görmüşdür. Avtomobilə yaxınlaşmış və diqqətlə baxmağa başlamışdır. Elə bir-iki dəqiqə söhbət edib ayrılmışlar. xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində idarə etdiyi bu avtomobili yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, 68A saylı binanın qarşısında saxlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 06:25 radələrində avtomobilə yaxınlaşan zaman onun arxa sağ yan şüşəsinin sındırıldığını və içərisindən ona məxsus 320 manat pulun, avtomobilin salonunda quraşdırılmış 250 manat dəyərində “Pioneer” markalı maqnitofonun və iki ədəd 150 manat dəyərində “Pioneer” markalı səs gücləndiricinin oğurlandığını aşkar etmişdir. Düşümüşdür ki, bundan iki gün əvvəl Elçinlə görüşmüş, sonuncu oğurluqla məşğul olduğuna və avtomobilinə diqqətlə baxdığına görə oğurluq məhz onun tərəfindən törədilmişdir (İ cild, i.v.44-45). İş materiallarında olan: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4106 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Pioneer” markalı maqnitofonun 2022-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 200,0 manat, 02 ədəd səsgücləndiricinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 100,0 manat (2x50,0 m) olmaqla ümumilikdə dəymiş ziyan 300,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.35-36); • “Əşyanın maddi sübut hesab edilməsi və qanuni sahibinə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla “Pioneer” markalı maqnitofon və 02 ədəd səsgücləndirici iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.41); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və məhkəmə hökmünün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, i.v.24-25, 26-31). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci və 52- 1.3.3-cü maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Pioneer” markalı maqnitofon və iki ədəd səs gücləndirici zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 8 saat üçün nəzərdə tutulan 48 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 45, mənzil 42-ni hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Pioneer” markalı maqnitofon və iki ədəd səs gücləndirici zərər çəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 8 saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-307/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-307/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver