Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-308/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, ev 1, döngə 1 qeydiyyatda olan, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə saat 18:21-də Bakı şəhəri, Nəsimi rayonu. Füzuli küçəsi 79 ünvanında yerləşən“xxxx” MMC-yə məxsus mağazaya müştəri qismində daxil olub mağazanın ümumi zalında satışda olan notbuk tipli kompüterlərin qoyulduğu rəfin üzərindən 1 ədəd 1750 manat dəyərində “HP ENVY” markalı, “ 13-aq0000ur (6PS55EA)” modelli notbuk tipli kompüteri götürüb əynində olan gödəkcəsinin iç hissəsinə qoymaqla gizli olaraq talayıb “xxxx” MMC-yə 1750 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 noyabr 2020-ci il tarixdə oğurluq etmək məqsədi ilə evdən çıxaraq Nəsimi rayonu, 28 May metrosu tərəfə gəlmiş, böyük obyektləri gəzərək oğurluq etmək üçün özünə əlverişli mağaza axtarmışdır. 23 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən “Optimal Elektonika” mağazasına müştəri kimi girmiş, mağazada satılan miixəlif əşyalara baxdıqdan sonra kompyuter və notbuklar satılan bölməyə tərəf gəlmiş və əvvəlcə vitrində satış üçün qoyulmuş notbukalara baxmışdır. Sonra həmin notbuklardan boz rəngli “HP” markalı notbuku götürüb arxa tərəfinə baxaraq özünü notbuku alırmış kimi göstərmiş, daha sonra ətrafa nəzər yetirmiş, onu heç kimin görmədiyinə əmin olduqdan sonra notbuku oğurlamaq qərarına gəlmişdir. Cəld şəkildə notbuku gödəkçəsinin içərisinə qoyaraq mağazanı tərk etmiş, onu heç kim görməmişdir. Bundan sonra 28 May metrosu yaxınlığında hal hazırda xatırlamadığı mağazalardan birinə həmin notbuku özünə məxsus şəxsiyyət vəsiqəssi ilə 600 manata satmışdır. Mağazada HP markalı notbuku alan şəxsə notbukun özünə məxsus olduğunu, ona hədiyyə verildiyini, hal hazırda pula ehtiyacı olduğuna görə satdığını demişdir. Bundan sonra həmin şəxs ona inanıb notbuku ondan 600 manata almışdır. Cinayəti onun özü tək etmiş və ondan başqa cinayətdə heç kim iştirak etməmişdir. Daha sonra özünü təqsirli bilərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, ekspertiza rəyi, DVD diskində olan foto, video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı xxxx MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 noyabr 2020-ci il tarixdə saal 18:21 radələrində Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən “xxxx” mağazasından oğurluq olmuşdur. Oğurluq zamanı mağazanın satış üçün nəzərdə tutulmuş vitrinindən 2049 manat dəyərində “HP” markalı notbuk tipli kompyuter oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində “xxxx” MMC-yə 2049 manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir. Məhkəmə əmtəəşünsalıq ekspertizasının 09 aprel 2021-ci il tarixli 9/1667 nömrəli rəyi ilə ilə razıdır. Belə ki, mağazadan oğurlanmış Çində istehsal edilmiş “HP ENVY” markalı. “13-aq OOOOur (6PS55EA)” modelli, İntel Core İ5, 8GB Ram, Windows 10 xüsusiyyətli notbukun rəydə qeyd edildiyi kimi dəyəri 1750,00 manatdır. Bundan başqa zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə mülki iddia verərək “xxxx” MMC-yə dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs 1750,00 manat tutularaq MMC-yə ödənilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 dekabr 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-46-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün uzadılmışdır. Cinayət işinin 86-ci vərəqəsində olan Nəsimi RPİ-nin İŞ-nin 19 mart 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli həbsdə saxlama müddətinin uzadılmasına dair qərarı nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-cu il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hazırlıq iclasınının qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 115-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/1667 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qutu məlumatlarına əsasən 01 ədəd Çində istehsal edilmiş “HP ENVY” markalı, “13-aq0000ur (6PS55EA)” modelli, İntel Core İ5, 8GB Ram. Windows 10 xüsusiyyətli notbukun təzə vəziyyətdə 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1.750,00 manat müəyyən olunur. Cinayət işinin 116-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 27 mart 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric olunaraq cəzası 4 (dörd) il 09 (doqquz) aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və 20 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 23 noyabr 2020-ci il tarixdə saat 18:21-də qeydə alınmışdır. Foto və videogörüntülərdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 79 ünvanında yerləşən“xxxx” MMC-yə məxsus mağazaya müştəri qismində daxil olub mağazanın ümumi zalında satışda olan notbuk tipli kompüterlərin qoyulduğu rəfin üzərindən 1 ədəd 1750 manat dəyərində “HP ENVY” markalı, “ 13-aq0000ur (6PS55EA)” modelli notbuk tipli kompüteri götürüb əynində olan gödəkcəsinin iç hissəsinə qoymaqla gizli olaraq talayıb oğurluq edir. Cinayət işinin 97-ci vərəqəsində olan Nəsimi RPİ-nin İŞ-nin 29 mart 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs və mülki iddiaçı xxxx MMC-nin nümayəndəsi qismində tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan foto-video görüntülər və digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materialları məhkəmə tərəfindən araşdırılarkənmüəyyən edilmişdie ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CMnin 177.2.4-cü maddəsi hökmdən xaric olunaraq cəzası 4 (dörd) il 09 (doqquz) aya endirilmiş Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və 20 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazır ki, cinayət işi üzrə törətdiyi cinayət əməli böyük içtimayi təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin resedivi nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər eyni xarakterli cinayət əməllərini törətməsini, cəza verilməsini baxmayaraq islah olunmamasını, həmçinin hazırda Sumqayıt Şəhər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair yeni cinayət işinin aparıldığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən 25 may 2021-ci il tarixdən hesablamalı, barəsində həbs qətimkan tədbiri seçilməli və Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(060)- 242/2021 saylı hazırlıq iclasının qərarı ilə sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı “xxxx” MMC tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 93.1-ci maddəsinə əsasən, cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Həmin Məcəllənin 93.4.20-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada mülki cavabdeh cinayət prosesinin istənilən anında mülki iddianı qəbul etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdədəifadəoluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə mülki iddia tam təmin edilməli və vurulmuş maddi zərərə görə 1750,00 (bir min yeddi yüz əlli) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dünayamlı oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili E.Q.Ağayevə məhkəməyədək istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 1(060)-242/2021 saylı hazırlıq iclasının qərarı ilə sonuncu barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq orqanında iştirak etdiyi 30 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia tam təmin edilsin və vurulmuş maddi zərərə görə 1750,00 (bir min yeddi yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-308/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-308/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver