Məhkəmə qərarları › İş №1(006)-309/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-309/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-309/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində iki övladı olan, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 yanvar 2021-ci il tarixdə saat 07:30 radələrində Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən “Kişi salonu”nun qapısının kilidini üzərində olan istintaqla müəyyən edilməyən dəmir alətlə sındırıb oraya qanunsuz daxil olaraq, salonun içərisindən 1 ədəd 15 manat dəyərində “Philips” Cordless Kettle markalı elektrik çaydanı, ümumi dəyəri 5 manat təşkil edən 4 ədəd kiçik ölçülü rezin boruları, ümumi dəyəri 10 manat təşkil edən 10 ədəd kiçik ölçülü rezin boruları, 1 ədədinin dəyəri 2 manat təşkil edən ümumilikdə 8 manat dəyərində 4 ədəd 8-sm ölçüdə elektrik şamını, 1 ədədinin dəyəri 4 manat təşkil edən, ümumilikdə 12 manat dəyərində 3 ədəd motorxana üçün kiçik ölçülü dairəvi rezini, 1 ədədinin dəyəri 1 manat 50 qəpik təşkil edən, ümumilikdə 22 manat 50 qəpik dəyərində 15 ədəd kiçik ölçülü dairəvi rezini, dəyəri 12 manat təşkil edən 1 qutu içərisində 8 ədəd metal və rezin materialdan olan başlıqları, 1 ədədinin dəyəri 3 manat təşkil edən ümumilikdə 24 manat dəyərində 8 ədəd metal və rezin materialdan olan başlıqları, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 2 ədəd saç kəsmək üçün əl maşınını, 35 manat dəyərində bir ədəd saç qurudan feni, 5 manat dəyərində 1 ədəd divar saatını, 1 ədəd 150 manat dəyərində “Alkatel” markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 387 manat 50 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə saat 07:30 radələrində Zərərçəkmiş şəxs bər-bər işlədiyi ünvan 3 ünvanının yaxınlığında “Kişi salonu"nun qapısınının kilidini dəmir alətlə sındıraraq qanunsuz olaraq içəri daxil olmuş, orada olan 2 ədəd saç kəsmək üçün əl maşını, 1 ədəd saç qurudan fen, 1 ədəd elektrik dəm çayniki, 1 ədəd divar saatını, 1 ədəd “Alkatel” markalı mobil telefonu, avtomobilə aid ehtiyyat hissəsini oğurlamış və qapıdan çıxıb getmişdir. Oğurladığı əşyaları götürüb yaşadığı evə aparmışdır. Sonradan səhəri gün həmin əşyalardan 1 ədəd “Alkatel” markalı mobil telefonu yaşadığı evin yaxınlığında küçədə tanımadığı şəxsə yaxınlaşaraq pula ehtiyacı olduğundan telefonunu satdığını bildirmiş və 15 manata telefonu həmin şəxsə satmışdır. Həmin gün bir selofan torbanın içərisində olan 2 ədəd saç kəsmək üçün əl maşını, bir ədəd saç qurudan feni, 1 ədəd divar saatını tanımadığı şəxsə pula ehtiyacı olduğunu, şəxsi əşyaları olduğunu bildirərək yaşadığı evin yaxınlığında 12 manata satmış, ümumilikdə 27 manat əldə etmiş, qalan əşyaları satmamışdır. 16 yanvar 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evə polis əməkdaşları gəlmiş və oğurluqda şübhəli olduğunu bildirərək, onu 20-ci PB-nə dəvət etmişlər, o da könüllü olaraq getmiş və orada törətdiyi oğurluq əməlini etiraf etmişdir. Oğurladığı əşyaların qalanını 20-ci polis bölməsinin əməkdaşlarına təqdim etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki az yaşlı övladının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, yaşadığı ünvanda bər-bər işləyir. 06 yanvar 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən bər-bər salonun kilidinin qırılaraq oradan 2 ədəd saç kəsmək üçün əl maşını, 1 ədəd saç qurulamaq üçün fen, 1 ədəd elektrik dəm çayniki, 1 ədəd divar saatı, 1 ədəd “Alcatel" markalı mobil telefon və 1 ədəd içərisində avtomobilinə aid müxtəlif təzə ehtiyat hissələri olan qara selofan torbanın oğurlandığını aşkar etmişdir. Hadisə 06 yanvar 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində bər-bər işlədiyi ünvan 3 ünvanında baş vermişdir. Hadisə törədən şəxs onunla qonşuluqda yaşayan şəxs “Cabir” adlı şəxsdir. Cabir onun bər-bər salonundan oğurlanan avtomobilinə aid ehtiyat hissələrini satmışdır. Ona məxsus bər-bər salonundan oğurlanan 2 ədəd saç kəsmək üçün əl maşınını 1 il bundan qabaq birini 40 manata almış və hər birinin hal-hazırda işlək vəziyyətdə qiyməti 40 manat olar. Ona məxsus bər-bər salonundan oğurlanan 1 ədəd saç qurudan feni 1 il bundan qabaq 35 manata almış və hal hazırda işlək vəziyyəti 35 manat olar. Ona məxsus bər-bər salonundan oğurlanan 1 ədəd elektrik dəm çayniki 1 ay bundan qabaq 20 manata almış və hal-hazırda işlək vəziyyəti 15 manat olar. Ona məxsus bər-bər salonundan oğurlanan 1 ədəd divar saatını 1 ay bundan qabaq 10 manata almış və hal-hazırda işlək vəziyyəti 5 manat olar. Ona məxsus bər-bər salonundan oğurlanan 1 ədəd “Alcatef'markalı telefon 1 ay bundan qabaq 230 manata almış və hal-hazırda işlək vəziyyəti 150 manat olar. Ona məxsus bər-bər salonundan oğurlanan 1 ədəd “Alcater’markalı telefonun üzərində GSM nömrə olmamışdır. Ona məxsus bər-bər salonundan oğurlanan 1 ədəd “Alcater”markalı telefonun İMEİ kodu **********90721 və **********90739-dur. Ona məxsus bər-bər salonundan oğurlanan avtomobilinə aid müxtəlif təzə ehtiyat hissələrinin qiyməti 40 manatdır. Hadisə nəticəsində ona 325 manat maddi ziyan dəymişdir Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 33-cü vərəqəsində olan 18 yanvar 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-71-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 20 yanvar 2021-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi, Anar Nağıyevin 20 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 87-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2021-ci il tarixli, 9/930 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd ağ rəngli «X2» markalı 2000W, Fransa istehsalı elektrik çaydanının 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 15 manat, sellofan paketin içərisində 4 ədəd kiçik ölçülü rezin boruların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 5 manat, sellofan paketin içərisində 10 ədəd kiçik ölçülü rezin boruların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 10 manat, 8 sm ölçüdə elektrik şamının 1 ədədinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 2 manat, motorxana üçün böyük ölçülü dairəvi rezinin 1 ədədinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 4 manat, motorxana üçün kiçik ölçülü dairəvi rezinin 1 ədədinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 3 manat, kiçik ölçülü dairəvi rezinin 1 ədədinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 1 manat 50 qəpik, üzərində «Балаково метало резино техника Ваз-2101-2107» yazıları olan, Rusiya istehsallı 1 qutu içərisində 8 ədəd metal və rezin materialdan olan başlıqların 2021ci ilin yanvar ayına olan orta bazar qiyməti 12 manat, metal və rezin materialdan olan başlıqların 1 ədədinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 3 manat, cəmi 117 manat 50 qəpik müəyyən olunur. Digər təqdim edilməyən 4 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 88-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 94-100-cü vərəqələrində olan 07 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd ağ rəngli «X2» markalı, 2000W, Fransa istehsalı elektrik çaydanı, sellofan paketin içərisində 4 ədəd kiçik ölçülü rezin borular, sellofan paketin içərisində 10 ədəd kiçik ölçülü rezin borular, 4 ədəd 8 sm ölçüdə elektrik şamları, 3 ədəd motorxana üçün böyük ölçülü dairəvi rezinlər, 3 ədəd motorxana üçün kiçik ölçülü dairəvi rezinlər, 15 ədəd kiçik ölçülü dairəvi rezinlər, 1 qutu üzərində «Балаково метало резино техника Ваз-2101-2107» yazıları olan, Rusiya istehsallı, içərisində 8 ədəd metal və rezin materialdan olan başlıqlar, 8 ədəd metal və rezin materialdan olan başlıqlar iş üzrə maddi sübut növü kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki az yaşlı övladının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut növü kimi tanınmış 1 ədəd ağ rəngli «X2» markalı, 2000W, Fransa istehsalı elektrik çaydanı, sellofan paketin içərisində 4 ədəd kiçik ölçülü rezin borular, sellofan paketin içərisində 10 ədəd kiçik ölçülü rezin borular, 4 ədəd 8 sm ölçüdə elektrik şamları, 3 ədəd motorxana üçün böyük ölçülü dairəvi rezinlər, 3 ədəd motorxana üçün kiçik ölçülü dairəvi rezinlər, 15 ədəd kiçik ölçülü dairəvi rezinlər, 1 qutu üzərində «Балаково метало резино техника Ваз-2101-2107» yazıları olan, Rusiya istehsallı, içərisində 8 ədəd metal və rezin materialdan olan başlıqlar, 8 ədəd metal və rezin materialdan olan başlıqlar saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut 1 ədəd ağ rəngli «X2» markalı, 2000W, Fransa istehsalı elektrik çaydanı, sellofan paketin içərisində 4 ədəd kiçik ölçülü rezin borular, sellofan paketin içərisində 10 ədəd kiçik ölçülü rezin borular, 4 ədəd 8 sm ölçüdə elektrik şamları, 3 ədəd motorxana üçün böyük ölçülü dairəvi rezinlər, 3 ədəd motorxana üçün kiçik ölçülü dairəvi rezinlər, 15 ədəd kiçik ölçülü dairəvi rezinlər, 1 qutu üzərində «Балаково метало резино техника Ваз-2101-2107» yazıları olan, Rusiya istehsallı, içərisində 8 ədəd metal və rezin materialdan olan başlıqlar, 8 ədəd metal və rezin materialdan olan başlıqlar Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar