Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-309/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, müdafiəçi “Qanunçuluq” Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədilə “İnstagram” sosial şəbəkə proqramında sifarişlə mebellərin istehsalı adı ilə “Casaman” adlı profil yaradıb həmin profil vasitəsilə ona müraciət etmiş Şahid nun sifarişi əsasında sonuncunun qohumu Zərərçəkmiş şəxsna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı təmirsiz mənzilə gedib orada ölçü işləri apararaq Zərərçəkmiş şəxs ümumilikdə 38000 manat pul müqabilində mənzilin 01 ədəd mətbəx mebeli, 01 ədəd qız otağı mebel dəsti, 01 ədəd valideyn otağı mebel dəsti, 01 ədəd qonaq otağı mebel dəsti, 01 ədəd tv room mebel dəsti, 01 ədəd giriş üçün mebel dəsti, 01 ədəd nənə otağı mebel dəsti, 01 ədəd oğlan otağı mebel dəsti, 01 ədəd qarderob otağı mebel dəsti ilə təchiz olunacağını bildirməklə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından müqavilə tərtib edib həmin müqaviləyə əsasən sifariş olunan mebellərin istehsalına başlanılması üçün ilkin olaraq 19000 manat verilməsini, qalan məbləğin isə mebellərin mənzilə yerləşdirdikdən sonra veriləcəyini bildirərək sonuncunu inam və etibarından sui-istifadə edib aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 28 dekabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanda Şahid Zərərçəkmiş şəxs yanında sonuncuya məxsus 19000 manat pulu, sifariş olunan mebellərin istehsalının tam başa çatdırılması adı ilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilində Şahid Zərərçəkmiş şəxs məxsus 4.000 manat pulu və eyni adla xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həmin ünvanda Şahid Zərərçəkmiş şəxs məxsus 1500 manat pulu götürüb verdiyi vədə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 24500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən etibarən mebel təmiri ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmış və həmin tarixdən həmin MMC-nin müdiri vəzifəsində işləyir. Müştərilərin onlarla asanlıqla əlaqə yaratması üçün “İnstaqram” sosial şəbəkəsində “Casaman” adlı səhifə açmış və həmin səhifədə özünə məxsus olan 070-215- 16-13 saylı mobil nömrəsini yerləşdirmişdir. Daha sonra onun bildiyinə görə Şahid “İnstagram” sosial şəbəkəsində mebel sexləri barədə maraqlandıqda qarşısına “Casaman” adlı səhifə çıxmışdır. Bundan sonra Şahid “Casaman” adlı səhifədə göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsinə, istifadəsində olan 077-215-16- 13 saylı mobil telefon nömrəsi ilə zəng edərək əlaqə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə mebel sifarişi vermək istədiyini ona bildirmişdir. Telefon söhbəti zamanı Şahid oğluna məlum olmuşdur ki, “Casaman” adlı səhifədə göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsini işlədən odur. Bundan sonra Şahid onu Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dəvət etmişdir. Beləliklə də xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə gedərək istənilən mebellərin hazırlanması, quraşdırılması ilə məşğul olan, hazırda "xxxx" MMC-nin rəhbəri kimi özünü təqdim etmişdir. Şahid Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dair hazırlanası mebelləri ona bildirdikdə o, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilində müəyyən ölçü işləri apararaq ümumilikdə 38.000 manat pula mebel təchiz edəcəyini bildirmişdir. Bundan sonra Şahid onunla bu barədə tam olaraq razılaşıb bir neçə gündən sonra onun işlədiyi Abşeron rayon, Xırdalan şəhərində olan mebel sexinə gəlmişdir ki, həqiqətəndə o, mebel işi ilə məşğul olur ya yox. Nəhayət həmin ünvanda “T-Group” iş fəaliyyəti ilə Şahid real olaraq tanış olduqdan sonra onun Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel hazırlayacağına tam əmin olmuşdur. Beləliklə xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs onu ünvan 2 ünvanında, yəni "Gümüş Residence" 01 (bir) mərtəbəsində olan ofisinə dəvət edib Şahid iştirakı ilə 19.000 manat pulu əlbəəl ona vermişdir. Şahid 19.000 manat nəğd pulu ona verən zaman o, onlara hesab fakturası vermişdir. Hesab fakturasına onlar baxan zaman görmüşlər ki, X1 adını qeyd etmişdir. Bu barədə ondan soruşduqda o, bildirmişdir ki, X.B.Həsənova, Zərərçəkmiş şəxs arvadıdır. Bu səbəbdən hesab fakturası və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzil X1 adına rəsmiləşdirildiyi üçün hesab fakturasında X.B.Həsənovanın adı, soyadı və ata adının göstərildiyini bildirmişdir. Beləliklə də Şahid ilə arasında olan razılaşmaya əsasən o, xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel sifarişini tam hazırlayacağım və sifarişi tam hazırladıqdan sonra qalıq qalan 19.000 manat pulu Zərərçəkmiş şəxs alacağını bildirmişdir. Beləliklə də o, qeyd etdiyi xx.xx.2022-ci tarix çatdıqda Şahid onunla telefon əlaqəsi saxlayıb Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel sifarişinin hazır olub-olmadığı barədə maraqlandıqda o, Şahid bildirmişdir ki, hazırda başqa sexə köçdüyündən başının qarışıq olduğunu, bu səbəbdən öhdəsinə götürdüyü mebeli hazırda hazırlaya bilmədiyini demişdir. Bundan sonra Şahid onun hazırda hansı ünvanda fəaliyyət göstərdiyi sexin yerini öyrənib Sumqayıt şəhərində olan yerini öyrənib sexinə gələrək onunla üz-üzə söhbət etmişdir. Şahid ona bildirmişdir ki, öhdəsinə götürdüyü mebel sifarişinin gecikdirdiyini və xx.xx.2021ci il tarixdə ‘’Gümüş Residence”-in 1 (bir) mərtəbəsində olan ofisdə nəğd olaraq ona verdiyi 19.000 manat pulu geri qaytarmasını tələb etmişdir. Lakin o, hazırda 19.000 manat pulunun olmadığını Şahid bildirib ona vaxt verməyini xahiş etmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə gələrək öhdəsinə götürdüyü mebel sifarişinin artıq bitirmək üzrə olduğunu və əlavə olaraq qalıq qalan 19.000 manat puldan, 4.000 manat pulun lazım olduğunu Şahid bildirmişdir. Bundan sonra Şahid xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində onu Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dəvət edib, əvvəlcədən Zərərçəkmiş şəxs Şahid verdiyi 4.000 manat pulu, əlbəəl ona nəğd olaraq vermişdir. O, 4.000 manat nəğd pulu Şahid götürdükdən sonra çıxıb getmişdir. Bununla yanaşı olaraq xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində o, istifadəsində olan mobil telefonla Şahid istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel avadanlıqlarının hazırlanması üçün əlavə olaraq 1.500 manat nəğd pulun lazım olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Şahid 1.500 manat pul vermiş və sonuncu xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə onu dəvət edib əlbəəl 1.500 manat nəğd pulu ona vermişdir. Bununla da ona ümumilikdə onlar tərəfindən 24.500 manat pul verilmişdir. Bundan sonra o, Şahid Sumqayıt şəhərində olan mebel sexinə dəvət edərək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə bəzi alınan avadanlıqları göstərib mebelləri həmin avadanlıqlarla hazıralayacağını bildirmişdir. Daha sonra Şahid onunla istifadəsində olan mobil telefonla əlaqə saxlasa da, o, hər dəfə müxtəlif bəhanələr gətirərək yalan danışmaqla onu aldatmağa başlamışdır. Şahid və Zərərçəkmiş şəxs onun tərəfindən aldadıldığını gecdə olsa başa düşmüşlər. Bundan sonra Şahid yenidən onun Sumqayıt şəhərində olan mebel sexinə gəlib Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel hazırlanması ilə bağlı maraqlandıqda başa düşmüşdür ki, o, onları aldadıb ümumilikdə aldığı 24.500 manat pulu dələduzluqla ələ keçirmiş və qabaqcadan vəd etdiyi işin müqabilində heç bir iş görməyərək dələduzluq etmişdir. Həmçinin o, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dair heç bir mebel avadanlığı almamış və Şahid göstərdiyi avadanlıqlar başqa mebel dəsti üçün nəzərdə tutulmuşdur. Şahid onun onlara qarşı dələduzluq etdiyini bir daha başa düşüb istifadəsində olan ***-***- **-** saylı mobil telefonla xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və xx.xx.2022-ci il tarixdə Səbail rayon polis idarəsinin 9cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir ki, onun barəsində qanuna müvafiq olaraq tədbir görülməklə cinayət məsuliyyətinə cəlb edilsin vəümumilikdə aldadıb aldığı 24.500 manat pulu qaytarsın. Hazırda etdiyi dələduzluq cinayət əməlindən peşmandır və gərək belə bir əməli törətməzdi. O, tez bir zamanda 24.500 manat pulu tam olaraq qaytaracaq. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam şəkildə ödəməsini, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ailəli olmaqla himayəsində iki az yaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, DVD diskdə olan yazışmalar və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. “BAF” tikinti şirkətində icraçı direktor vəzifəsində işlədiyindən doğma dayısı oğlu Şahid xahiş etmişdir ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilini vaxtı olmadığından təmir etdirsin. Dayısı oğlu Şahid xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilin təmirini yekunlaşdırana yaxın o, bir daha xahiş etmişdir ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilini mebellər ilə təchiz etsin. Bundan sonra dayısı oğlu Şahid istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə “İnstagram” sosial şəbəkəsində mebel sexləri barədə maraqlandıqda qarşısına “Casaman” adlı səhifə çıxmışdır. Şahid “Casaman” adlı səhifədə göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə mebel sifarişi vermək istədiyini bildirmişdir. Telefon söhbəti zamanı Şahid məlum olmuşdur ki, “Casaman” adlı səhifədə göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsini işlədən Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra Şahid, Təqsirləndirilən şəxs onun razılığı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dəvət etmişdir. Beləliklə xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə gələrək istənilən mebellərin hazırlanması, quraşdırılması ilə məşğul olan, hazırda "xxxx" MMC-nin rəhbəri kimi özünü Şahid təqdim etmişdir. Şahid Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dair hazırlanası mebelləri Təqsirləndirilən şəxs bildirdikdə sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzildə müəyyən ölçü işləri apararaq ümumilikdə 38.000 manat pula mebel təchiz edəcəyini vəd vermişdir. Bundan sonra Şahid, Təqsirləndirilən şəxs ilə bu barədə tam olaraq razılaşıb bir neçə gündən sonra Təqsirləndirilən şəxs işlədiyi Abşeron rayon. Xırdalan şəhərində olan mebel sexinə getmişdir ki, həqiqətəndə Teymur mebel işi ilə məşğul olur ya yox. Nəhayət həmin ünvanda "xxxx" iş fəaliyyəti ilə Şahid real olaraq tanış olduqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti. 28 saylı evin, 19/20 saylı mənzilinə mebel hazırlayacağına tam əmin olmuşdur. Beləliklə xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yəni “Gümüş Residence" 01 (bir) mərtəbəsində olan ofisə dəvət edib onun iştirakı ilə ona məxsus olan 19.000 manat nəğd pulu Təqsirləndirilən şəxs dayısı oğlu Şahid 19.000 manat pulu əlbəəl Teymura vermişdir. Şahid 19.000 manat nəğd pulu Təqsirləndirilən şəxs verən zaman sonuncu onlara hesab fakturası vermişdir. Hesab fakturasına baxan zaman görmüşlər ki. X1 adı qeyd edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu bildirmişdir ki, X.B.Həsənova onun arvadıdır, bu səbəbdən hesab fakturası və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzil arvadının adına rəsmiləşdirildiyi üçün hesab fakturasında X.B.Həsənovanın adı, soyadı və ata adının göstərildiyini bildirmişdir. Şahid Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il larixinədək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel sifarişini tam hazırlayacağını və sifarişi tam hazırladıqdan sonra qalıq qalan 19.000 manat pulu onlardan alacağını bildirmişdir. Beləliklə Təqsirləndirilən şəxsqeyd etdiyi xx.xx.2022-ci tarix çaldıqda Şahid, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel sifarişinin hazır olubolmadığı barədə soruşduqda, Təqsirləndirilən şəxs Şahid bildirmişdir ki, hazırda başqa sexə köçdüyündən başının qarışıq olduğunu, bu səbəbdən öhdəsinə götürdüyü mebeli hazırda hazırlaya bilmədiyini bildirmişdir. Bundan sonra Şahid, Təqsirləndirilən şəxs hazırda hansı ünvanda fəaliyyət göstərdiyi sexinin yerini öyrənib Sumqayıt şəhərində olan yeni sexinə gedib Teymur ilə üz-üzə söhbət etmişdir. Dayısı oğlu Şahid, Təqsirləndirilən şəxs bildirmişdir ki, öhdəsinə götürdüyü mebel sifarişinin gecikdirdiyini və xx.xx.2021-ci il tarixdə “Gümüş Residence"-n 1 (bir) mərtəbəsində olan ofisdə nəğd olaraq onun iştirakı ilə verdiyi 19.000 manat pulu geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs hazırda 19.000 manat pulunun olmadığını Şahid bildirib vaxt verməyini xahiş elmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixdə saal 15:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə gələrək öhdəsinə götürdüyü mebel sifarişinin artıq bitirmək üzrə olduğunu və əlavə olaraq qalıq qalan 19.000 manat puldan, 4.000 manat pulun lazım olduğunu Şahid bildirmişdir. Bundan sonra Şahid xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti. 28 saylı evin. 19/20 saylı mənzilinə dəvət edib, əvvəlcədən onun Şahid verdiyi 4.000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs 4.000 manat nəğd pulu vermişdir. Təqsirləndirilən şəxs 4.000 manat nəğd pulu Şahid götürdükdən sonra çıxıb getmişdir. Bununla yanaşı olaraq xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla Şahid istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel avadanlıqlarının hazırlanması üçün əlavə olaraq 1.500 manat nəğd pulun lazım olduğunu bildirmişdir. Bundan sonra o, Şahid 1.500 manat pul vermiş və Ayaz xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə Təqsirləndirilən şəxs dəvət edib əlbəəl Teymura onun əvvəlcədən verdiyi 1.500 manat nəğd pulu Teymura vermişdir. Bununla da Təqsirləndirilən şəxs ümumilikdə 24.500 manat pul verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid Sumqayıt şəhərində olan mebel sexinə dəvət edərək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə bəzi avadanlıqları göstərib mebelləri həmin avadanlıqlarla hazıralayacağını bildirmişdir. Daha sonra Şahid, Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil telefonla əlaqə saxlasa da, Teymur hər dəfə müxtəlif bəhanələr gətirərək yalan danışmaqla aldatmağa başlamışdır. Artıq dayısı oğlu Şahid və o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını gecdə olsa başa düşmüşlər. Bundan sonra Şahid yenidən Təqsirləndirilən şəxs Sumqayıt şəhərində olan mebel sexinə gedib Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel hazırlanması ilə bağlı maraqlandıqda başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onları aldadıb aldığı ümumilikdə 24.500 manat pulu dələduzluqla ələ keçirmiş və qabaqcadan vəd etdiyi işin müqabilində heç bir iş görməyərək dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dair heçbir mebel avadanlığı almamış, dayısı oğlu Şahid göstərdiyi avadanlıqlar başqa mebel dəsti üçün nəzərdə tutulmuşdur. Dayısı oğlu Şahid, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini bir daha başa düşüb istifadəsində olan ***-***-**-** saylı mobil telefonla xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və xx.xx.2022-ci il tarixdə Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinəşikayət ərizəsi ilə müraciət etmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməklə cinayət məsuliyyətinə cəlb edilsin vəümumilikdə aldadıb aldığı 24.500 manat pul alınaraq onlara qaytarılmasında köməklik edilsin. Dayısı oğlu Şahid ərizəsi Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 həvalə edilmişdir. Lakin təhqiqatçı S.S.Qüdrətli 05 aprel 2022-ci il tarixdə Şahid ərizəsi əsasında toplanmış materialda guya ki, cinayət tərkibi olmadığından əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Şahid xx.xx.2022-ci il tarixdə Səbail rayon prokurorluğuna təkrar olaraq şikayət ərizəsi ilə müraciət etmişdir ki S.S.Qüdrətlinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq cinayət işi başlansın. Hazır ki, vaxta kimi Təqsirləndirilən şəxs onu aldadıb aldığı 24.500 manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq istifadəsində olan ***-***-**- ** və 070-2C7-07-16 saylı mobil nömrələr ilə əlaqə saxlamışdır. X8 istifadəsində 050-575- 98-94 saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə gələn zaman Türkiyə Respublikasının vətəndaşı və "xxxx" MMC-nin ishlehsalat müdiri olan Ahmet adlı şəxslə gəlmiş və həmin vaxt ölçüləri götürüb çıxıb getmişdir. Ahmetin istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə 01 (bir) ədəd mətbəx mebeli, 01 (bir) ədəd qız otağı mebel dəsti, 01 (bir) ədəd valideyn otağı mebel dəsti, 01 (bir) ədəd qonaq otağı mebel dəsti, 01 (bir) ədəd TV room mebel dəsti, 01 (bir) ədəd giriş üçün mebel dəsti, 01 (bir) ədəd nənə otağı mebel dəsti, 01 (bir) ədəd oğlan otağı mebel dəsti, 01 (bir) ədəd qarderob otağı mebel dəsti hazırlaması məqsədi ilə 24.500 manat tərəfindən pul verilmişdir. Təqsirləndirilən şəxs verilən ümumilikdə 24.500 manat pul ona məxsusdur və hadisə nəticəsində maddi ziyan ona dəymişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə qabaqcadan vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, heç bir mebel təchiz etməyərək onu aldatmışdır. Təqsirləndirilən şəxs aldatma yolu ilə aldığı ümumilikdə 24.500 manat puldan hazır ki, vaxta qədər heç bir məbləğdə qaytarmamışdır. Təqsirləndirilən şəxs hissə-hissə verilən 24.500 manat pul verilən zaman dayısı oğlu Şahid özü və o, olmuşdur. Təqsirləndirilən şəxs barəsində heç bir hüquq mühafizə orqanlarına şikayət etməmiş, ilk dəfə olaraq dayısı oğlu Şahid Səbail RPİ-nin 9cu Polis Bölməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər o, hər hansı bir məbləğdə və ya 24.500 manat pulu borca verməmiş, ümumiyyətlə o, Teymura heç bir vaxtda borca pul verməmişdir. Təqsirləndirilən şəxs o, əvvəllərdən tanımamış, onu 2021ci il tarixdən mebel düzəlməsi ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs verdiyi 24.500 manat ilə bağlı səs yazıları vardır, həmçinin “Whatsapp” və SMS mətinləri vardır. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzil daşınmaz əmlakın reyestr xidmətindən çıxarış əsasında arvadı X2 məxsusdur. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tamamilə ödənildiyini, bu səbəbdən də, sonuncuya qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “BAF” tikinti şirkətində icraçı direktor vəzifəsində işlədiyindən doğma bibisi oğlu Zərərçəkmiş şəxs özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilini təmir etməyi ona tapşırmışdır. O, Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilin təmirini yekunlaşdırana yaxın 15 noyabr 2021-ci il tarixdə bibisi oğlu Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dair mebelləri onun tərəfindən hazırlanmağı ondan xahiş etmişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə “İnstagram” sosial şəbəkəsində mebel sexləri barədə maraqlandıqda qarşısına “Casaman” adlı səhifə çıxmışdır. O, “Casaman” adlı səhifədə göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan 077- ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə mebel sifarişi vermək istədiyini bildirmişdir. Telefon söhbəti zamanı ona məlum olmuşdur ki, “Casaman” adlı səhifədə göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsini işlədən şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dəvət etmişdir. Beləliklə də xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə gələrək istənilən mebellərin hazırlanması, quraşdırılması ilə məşğul olan, hazırda "xxxx" MMC-nin rəhbəri kimi özünii ona təqdim etmişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə dair hazırlanası mebelləri Təqsirləndirilən şəxs bildirdikdə Teymur Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzildə müəyyən ölçü işləri apararaq ümumilikdə 38.000 manat pula mebel təchiz edəcəyini ona bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə bu barədə razılaşıb bir neçə gündən sonra Teymurun işlədiyi Abşeron rayon, Xırdalan şəhərində olan mebel sexinə getmişdir. Həmin ünvanda “T-Groupun” iş fəaliyyəti ilə real olaraq tanış olduqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel hazırlayacağına tam əmin olmuşdur. Beləliklə də xx.xx.2021ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs ünvan 7 ünvanda, yəni “Gümüş Residence’’ 01 (bir) mərtəbəsində olan ofisinə dəvət edib bibisi oğlu Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs nəğd olaraq 19.000 manat pulu əlbəəl vermişdir. O, 19.000 manat nəğd pulu Təqsirləndirilən şəxs verən zaman sonuncu ona hesab fakturası vermişdir. Hesab fakturasına o, baxan zaman görmüşdür ki, X1 adı qeyd edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu ona bildirmişdir ki, X.B.Həsənova bibisi oğlu Zərərçəkmiş şəxs arvadıdır, bu səbəbdən hesab fakturası və Bakışəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 28 saylı evin. 19/20 saylı mənzil onun adına rəsmiləşdirildiyi üçün hesab fakturasında X.B.Həsənovanın adı, soyadı və ata adı göstərildiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel sifarişini tam hazırlayacağını və sifarişi tam hazırladıqdan sonra qalıq qalan 19.000 manat pulu ondan alacağını bildirmişdir. Beləliklə də xx.xx.2022-ci tarix çatdıqda o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel sifarişinin hazır olub-olmadığı barədə soruşduqda, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, hazırda başqa sexə köçdüyündən başının qarışıq olduğunu, bu səbəbdən öhdəsinə götürdüyü mebeli hazırda hazırlaya bilmədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs hazırda hansı ünvanda fəaliyyət göstərdiyi sexinin yerini öyrənib Sumqayıt şəhərində olan yeni sexinə gedib onun ilə üz- üzə görüşmüşdür. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, öhdəsinə götürdüyü mebel sifarişinin gecikdirdiyini və xx.xx.2021-ci il tarixdə “Gümüş Residence"-n 01 (bir) mərtəbəsində olan ofisində nəğd olaraq bibisi oğlu Zərərçəkmiş şəxs iştirakı ilə verdiyi 19.000 manat pulu geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs hazırda 19.000 manat pulunun olmadığını ona bildirib vaxt verməyini ondan xahiş etmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə gələrək öhdəsinə götürdüyü mebel sifarişinin artıq bitmək üzrə olduğunu və əlavə olaraq qalıq qalan 19.000 manat puldan, 4.000 manat pulun lazım olduğunu bildirmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dəvət edib əlbəəl Teymura 4.000 manat nəğd pul vermişdir. Təqsirləndirilən şəxs 4.000 manat nəğd pulu ondan götürdükdən sonra çıxıb getmişdir. Bununla yanaşı olaraq xx.xx.2022-ci il tarixdə axşam saat 20:00 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla onun istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin. 19/20 saylı mənzilinə mebel avadanlıqlarının hazırlanması üçün əlavə olaraq 1.500 manat nəğd pulun lazım olduğunu ona bildirmişdir. Bundan sonra o, 28.02. 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin. 19/20 saylı mənzilinə Təqsirləndirilən şəxs dəvət edib əlbəəl Teymura 1.500 manat nəğd pul vermişdir. Bununla da Təqsirləndirilən şəxs ümumilikdə 24.500 manat nəğd pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu Sumqayıt şəhərində olan mebel sexinə dəvət edərək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə bəzi avadanlıqları ona göstərib mebelləri həmin avadanlıqlarla hazıralayacağını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil telefonla əlaqə saxlasa da. Teymur hər dəfə müxtəlif bəhanələr gətirərək ona yalan danışmaqla onu aldatmağa başlamışdır. Artıq o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını gecdə olsa başa düşmüşdür. Bundan sonra o, yenidən Təqsirləndirilən şəxs Sumqayıt şəhərində olan mebel sexinə gedib Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə mebel hazırlanması ilə bağlı maraqlandıqda başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ondan aldadıb aldığı ümumilikdə 24.500 manat pulu dələduzluqla ələ keçirmiş və ona qabaqcadan vəd etdiyi işin müqabilində heç- bir iş görməyərək ona qarşı dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilinə dair heç bir mebel avadanlığı almamış, ona göstərdiyi avadanlıqlar başqa mebel dəsti üçün nəzərdə tutulmuşdur. O, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini bir daha başa düşüb istifadəsində olan ***-***-**-** saylı mobil telefonla xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və xx.xx.2022-ci il tarixdə Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinəşikayət ərizəsi ilə müraciət etmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməklə cinayət məsuliyyətinə cəlb edilsin və ümumilikdə aldadıb aldığı 24.500 manat pul Teymurdan alınaraq qaytarılmasında köməklik edilsin. Onun ərizəsi Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı S.S.Qüdrətliyə həvalə edilmişdir. Lakin S.S.Qüdrətli xx.xx.2022-ci il tarixdə onun ərizəsi əsasında toplanmış materialda guya ki, cinayət tərkibi olmdağından əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Səbail rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir ki. S.S.Qüdrətlinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq cinayət işi balşanılsın. Hazırki vaxta kimi Təqsirləndirilən şəxs aldadıb aldığı 24.500 manat pulu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. X8 istifadəsində 050-575- 98-94 saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə gələn zaman Türkiyə Respublikasının vətəndaşı və “Т-Group" MMC-nin ishtehsalat müdiri olan Ahmet adlı şəxslə gəlmiş və həmin vaxt ölçüləri götürüb çıxıb getmişdir. Ahmetin istifadəsində ***-***- **-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə 01 (bir) ədəd mətbəx mebeli, 01 (bir) ədəd qız otağı mebel dəsti, 01 (bir) ədəd valideyn otağı mebel dəsti, 01 (bir) ədəd qonaq otağı mebel dəsti, 01 (bir) ədəd TV room mebel dəsti, 01(bir) ədəd girişüçün mebel dəsti, 01 (bir) ədəd nənə otağı mebel dəsti. 01 (bir) ədəd oğlan otağı mebel dəsti, 01 (bir) ədəd qarderob otağı mebel dəsti hazırlaması məqsədi ilə ona 24.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs verilən ümumilikdə 24.500 manat pul bibisi oğlu Zərərçəkmiş şəxs məxsusdur və hadisə nəticəsində maddi ziyan ona dəymişdir, lakin Zərərçəkmiş şəxs adından çıxış elməyi üçün ona etibarnamə vermişdir, buna baxmayaraq həmin etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə müddəti bitmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 saylı evin, 19/20 saylı mənzilə qabaqcadan ona vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, heç bir mebel təchiz etməyərək onu aldatmışdır. Təqsirləndirilən şəxs ondan aldatma yolu ilə aldığı ümumilikdə 24.500 manat puldan hazırki, vaxta qədər heç bir məbləğdə qaytarmamışdır. O, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 24.500 manat pulu verən zaman onun yanında bibisi oğlu Zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxs barəsində heç bir hüquq mühafizə orqanlarına şikayət etməmiş, ilk dəfə olaraq Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər o, hər hansı bir məbləğdə və ya 24.500 manat pulu borca verməmiş, ümumiyyətlə o, Teymura heç bir vaxtda borca pul verməmişdir. Təqsirləndirilən şəxs o, əvvəllərdən tanımamış və onu 2021-ci il tarixdə tanış olmuşdur. Təqsirləndirilən şəxs verdiyi 24.500 manat ilə bağlı səs yazıları həmçinin “Whatsapp” və SMS mətinləri vardır. Cinayət işinin 128-131-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 206-207-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 162-174-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Şahid tərəfindən təqdim olunmuş içərisində səs yazıları olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 137-ci vərəqəsində olan DVD kompakt diskə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs özünü mebel istehsalı sahəsində Zərərçəkmiş şəxs və Şahid işgüzar şəxs kimi təqdim edib inam və etibarını qazanaraq, mebel istehsalı ilə məşğul olan "xxxx" MMC-nin direktoru olaraq öhdəsinə götürdüyü işlərin həll edilməsi istiqamətində ifadələr işlədir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinə əlavə edilmiş “AZEMİS” elektron məhkəmə sistemindən olan çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs anaları isə X6r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, DVD diskdə olan audio səs yazıları və digər iş materialları ilə onun etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 39-cu bəndində məhkəmələrə tövsiyə olunur ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları, təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam şəkildə ödəməsini, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, cinayət təqibinə xitam verilməsini xahiş etməsini, ailəli olmaqla himayəsində iki az yaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin etmənin əsaslarını, prinsiplərini və qaydalarını, cinayət qanunvericiliyinin normalarının tələblərini, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam şəkildə ödəməsini, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, cinayət təqibinə xitam verilməsini xahiş etməsini, ailəli olmaqla himayəsində iki az yaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5.000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-309/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-309/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver