Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-309/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi – Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlaklarını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X7 özünü işgüzar şəxs kimi tanıdıb sonuncunu “iPhone” markalı mobil telefonlar alıb-satmaqla gəlir əldə edəcəklərinə inandıraraq etibarından sui-istifadə etməklə aldadıb, bu adla Ayla Talıblının 11 mart 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Oba market» mağazasında quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə onun 4169-7388- 7981-7645 nömrəli bank kartına göndərdiyi 4800 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs X7 4800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi tanıdıb sonuncunu “iPhone” markalı mobil telefonlar alıb-satmaqla gəlir əldə edəcəklərinə inandıraraq etibarından sui-istifadə etməklə aldadıb, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 14 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixə kimi olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzindən mobil bank tətbiqi vasitəsilə onun 416973******7784 nömrəli bank kartına göndərdiyi ümumilikdə 4200 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 4200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 özünü işgüzar şəxs kimi tanıdıb sonuncudan “iPhone” markalı mobil telefonlar, “Apple” markalı qol saatları və “Macbook” markalı notbuklar götürüb satmaqla birlikdə gəlir əldə edəcəklərinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək olan müddət ərzində ünvan 4 ünvanda yerləşən “Asthetik Lab” klinikasının qarşısında zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 2724 manat 80 qəpik olmaqla ümumilikdə 5449 manat 60 qəpik təşkil edən 02 ədəd «iPhone 14 X20 256» markalı, hər biri 2469 manat 35 qəpik olmaqla ümumilikdə 4938 manat 70 qəpik təşkil edən 02 ədəd «iPhone 14 Pro 256» markalı mobil telefonları, 04 aprel 2023-cü il tarixdə həmin ünvanın qarşısında hər biri 2724 manat 80 qəpik olmaqla ümumilikdə 8174 manat 40 qəpik dəyərində 03 ədəd «iPhone 14 Pro Max 256» markalı, 01 ədəd 2639 manat 65 qəpik dəyərində «iPhone 14 Pro Max 128» markalı mobil telefonları, 06 aprel 2023-cü il tarixdə həmin ünvanın qarşısında 01 ədəd 2554 manat 50 qəpik dəyərində «İPhone 14 Pro Max 128» markalı, 01 ədəd 2384 manat 20 qəpik dəyərində «iPhone 14 Pro 128» markalı mobil telefonları, hər biri 1481 manat 61 qəpik olmaqla ümumilikdə 2963 manat 22 qəpik dəyərində 02 ədəd «X19 49mm» markalı saatları, 07 aprel 2023-cü il tarixdə həmin ünvanın qarşısında 01 ədəd 2469 manat 35 qəpik dəyərində «iPhone 14 Pro Max 256» markalı və 01 ədəd 2673 manat 71 qəpik dəyərində «İPhone 14 Pro 256» markalı mobil telefonları götürüb ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə 34247 manat 33 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü işgüzar şəxs kimi tanıdıb sonuncunu “iPhone” markalı mobil telefonlar və “Apple” markalı qol saatları alıb-satmaqla gəlir əldə edəcəklərinə inandıraraq etibarından sui-istifadə etməklə aldadıb, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 10 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək ödəmə terminalı vasitəsilə onun 4127-2093-0061-4911 nömrəli bank kartına göndərdiyi 7100 manat, 14 mart 2023-cü il tarixdə onun həmin bank kartına göndərdiyi 1700 manat, 01 aprel 2023-cü il tarixdə onun həmin bank kartına göndərdiyi 1050 manat, 03 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək olan müddət ərzində onun həmin bank kartına göndərdiyi 11600 manat, 06 aprel 2023-cü il tarixdə onun həmin bank kartına göndərdiyi 14800 manat, 08 aprel 2023-cü il tarixdə saat 01:18-də Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsində yerləşən “Urfan Market” mağazasında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi ümumilikdə 3400 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 39650 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi tanıdıb sonuncunu “İPhone” markalı mobil telefonlar, “Macbook” markalı notbuklar və “Apple” markalı qol saatları alıb-satmaqla gəlir əldə edəcəklərinə inandıraraq etibarından sui-istifadə etməklə aldadıb, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 14 aprel 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Rahat supermarket” mağazasında olan ödəmə terminalı vasitəsilə 523915******1193 nömrəli bank kartına göndərdiyi 5620 manat, 15 aprel 2023-cü İİ tarixdə həmin ünvanda ödəmə terminalı vasitəsilə 523915******1193 nömrəli bank kartına göndərdiyi 2850 manat, 17 aprel 2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən “Araz supermarket” mağazasında olan ödəmə terminalı vasitəsilə 523915******1193 nömrəli bank kartına göndərdiyi 8200 manat və həmin tarixdə ünvan 7 ünvanda yerləşən “Araz market” mağazasında olan ödəmə terminalı vasitəsilə onun 416973******7645 nömrəli bank kartına göndərdiyi 4000 manat pulu ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 20670 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 özünü işgüzar şəxs kimi tanıdıb sonuncunu “İPhone” markalı mobil telefonlar alıb-satmaqla gəlir əldə edəcəklərinə inandıraraq etibarından sui-istifadə etməklə aldadıb, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 12 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə onun 4169-7388-7981-7645 nömrəli bank kartına göndərdiyi 1500 manat, 17 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Oba market” mağazasında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi 7400 manat pulları və 18 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “Asthetik Lab” klinikasının qarşısında Zərərçəkmiş şəxs6n 5400 manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 14300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nailə xanım xaric onun digərləri ilə alış verişi olubdur, həmin şəxslərə külli miqdarda xeyir verib. Şikayətlərin bəzilərində məbləğ düzgün göstərilməyibdir, onu şişirdib deyiblər. O, Ayla Talıblıya olan borcunu tam şəkildə ödəmiş, onun ona qarşı şikayəti və tələbi yoxdur. 34.200 manat məbləği qəbul etmir. Həmin məbləğ 9200 manat olubdur. Elşada olan məbləği tam qəbul edir. Onunla Hüseynov arasında qalan məbləğ 7400 manatdır. Onun ona 7400 manat borcu var. Onun tərəfindən Nailəyə ödəniş olmayıbdır, məbləği tam şəkildə qəbul edir. İstər onun tərəfindən və istər də zərərçəkmiş şəxslər tərəfindən ödənişlər kart vasitəsi ilə olubdur. O, 2015-ci ildən alverlə məşğuldur. Əvvəllər qızıl alveri ilə məşğul olmuş və sonradan isə telefon və onun aksesuarlarının satışı ilə məşğul olmuşdur. O, qızılı Türkiyədən gətirmiş və burda tanışlarına satmış, 2020-ci ildən sonra telefon işinə baxmışdır. Ayla xanımla klinikada bir yerdə işlədiyi dövrdə tanış olmuşlar. Zərərçəkmiş şəxs2 isə başqa bir tanışı vasitəsi ilə tanımışdır. Vüsal bəyin xanımı onunla birlikdə işləyibdir. Borclu olduğu pullar çox olub, həmin məbləğin çox hissəsini o, qaytarmışdır. Həmin pulları alanda bir neçə aya qaytaracağını demişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, telefon mağazasında həmin satdığı telefonlar baha olub və o, həmin telefonları ucuz qiymətə sataraq başqalarına olan borclarını ödəmişdir. Onun bütün çətinlikləri mart ayının sonundan başlamışdır. O, Zərərçəkmiş şəxs4la nəğd alver də etmişdir. Ondan aldığı telefonları öz qiymətinə satdığı vaxtlar da olubdur. O, onunla 157.000 manatlıq ticarət etmişdir. Həmin müddətdə o, işsiz olmuşdur. Tutulmağı ilə bağlı işdən çıxmış, işləyə bilməmişdir. Bu səbəbdən heç kimə ödəniş edə bilməmişdir. Onun Zərərçəkmiş şəxs2 1700 manat borcu var. O, ondan soruşmuşdur ki, telefonları niyə belə ucuz satır, o da bildirmişdir ki, telefonları xaricdən gətirir. Sonda Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, onun səhvi var, alış veriş etmiş və borcu yaranmışdır. O, həmin borcu ödəmək istəyir. Onun heç vaxt dələduzluq niyyəti olmayıbdır. Barəsində bəraət hökmünün çıxarılmasını, bəraət olmadığı halda ona yüngül cəzanın təyin olunmasını xahiş etmiş, borclarını ödəmək istədiyini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və iş materiallarında olan ilkin ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən 2023-cü ilin aprel ayınadək Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasında kosmetoloq, ambardar və şöbə müdiri vəzifələrində çalışmışdır. 2018-ci ildən son işlədiyi vaxtlaradək qızıl alış verişi ilə məşğul olmuşdur. Türkiyə Respublikasına gedib qızıl alıb Azərbaycan Respublikasında ətrafında onunla çalışan şəxslərə, onların tanışlarına, digər tanışlarına və müştərilərə sataraq əlavə gəlir əldə etmişdir. 2022-ci ilin may ayından etibarən telefon, kompyuter, smart saatlar və sair alış verişi ilə məşğul olmağa başlamışdır. Həmin alış verişə həyat yoldaşı Şahid2lə birlikdə başlamışdır. Hüseynin hazırda xatırlamadığı tanışı xarici ölkələrdən telefonlar gətirmiş, hissə hissə həmin telefonları və sair avadanlıqları onlara verən şəxsə pulları ödəmişlər, həmin avadanlıqları işdə ətrafında olan şəxslərə eyni zamanda Hüseynin ətrafında olan şəxslərə əlavə gəlir əldə etməklə satmışlar. X1 «İrşad telekom» mağazalar şəbəkəsində «28 May» metrosu yaxınlığında yerləşən mağazada işləmiş, hazırda isə şəhərin mərkəzindən bir qədər aralı olan digər filialında çalışır. Qardaşı Tərlanla «28 May» metrosu yaxınlığında yerləşən «İrşad Telekom» mağazasında həmin ərəfədə Zərərçəkmiş şəxs4 adlı şəxsdə çalışmışdır. 2023-cü ilin fevral ayının əvvələrində xatırlamadığı gündə iş yoldaşı Natavan ona tanışının yeni vəziyyətdə telefon istədiyini bildirmiş, o, bu barədə qardaşı Tərlana demişdir. Tərlan ona keçmiş iş yoldaşı Zərərçəkmiş şəxs4 telefon işində olduğunu, bu barədə danışıb ona cavab verəcəyini demişdir. Bundan sonra Tərlan ona «İPHONE 14 PRO» markalı mobil telefonu 2900 manata Elnurun verə biləcəyini demişdir. Tərlan ona Elnurun hazırda şifrəsini bilmədiyi hesab kartını göndərmiş, o, karta 2900 manat göndərmiş, iş yoldaşı olan qızlardan birini telefonu götürməsini bildirmiş və telefonu «28 May» metrosu yaxınlığında yerləşən Bal telekomdan bu üsulla götürmüşdür. Həmin telefonu gəlir əldə etmədən 2900 manata Natəvana vermiş, Natəvan isə öz qohumuna vermişdir. Bundan sonra eyni qaydada digər xatırlamadığı iş yoldaşına eyni qiymətə 2900 manata «İphone 14 pro» markalı telefon lazım olmuş, yenidən Tərlana demiş, Tərlan tanışı Elnura demiş, eyni üsulla Elnurun kartına pul atmış və telefonu iş yoldaşı vasitəsi ilə Elnurdan götürmüşdür. Bundan sonra artıq ətrafında olan tanışlarına smart apple saatlar lazım olmuş, 21 fevral 2023-cü il tarixdə Elnurun nömrəsi ilə özü əlaqə saxlamış, saatları saxlamasını bildirmiş və pulu göndərəciyini demişdir. Həmin gün saatların pulunu ödəyə bilməmiş, Elnura bu barədə demiş, Elnur problem olmadığını saatı götürməyini demişdir. O, iş yoldaşı olan qızı Bal telekoma göndərmiş, saatları götürmüşdür. Ertəsi gün Elnurun hesabına iki saat üçün 1720 manat pul göndərmişdir. Elnur bundan sonra nəsə lazım olduğu təqdirdə onlara sata biləcəyini demiş, o, Elnura daha öncədən digər mağaza ilə işlədiyini, hər telefona görə əlavə 300-350 manat ödədiyini demişdir. Elnur isə əlavə 50 manat pul qoymaq və 3-5 gün ödənişləri gözləməklə ona telefonlar verə biləcəyini demiş və onlar razılaşmışlar. Bütün bu danışıqları fevral ayı ərzində olmuşdur. 21 fevral 2023-cü il tarixdən-12 aprel 2023-cü il tarixədək 35 ədəd «İphone 14 pro»(128GB və 256 GB olmaqla) markalı mobil telefonları Elnurdan 2850-2900 manata, təxminən 23 ədəd «İphone 14 pro max» (128-256 GB olmaqla) 3050-3100 manat olmaqla,1 ədəd «İphone 14 PRO 512 GB» 3500 manat və 1 ədəd «İphone 14 PRO max 512 GB» 3600 manata almışam. 2 ədəd «Aplle Ultra VATCH» hər birinə 1700 manat olmaqla, 6 ədəd «Aplle Vatch» sadə hər biri 860 olmaqla götürmüşdür. 3 ədəd 2700 manat dəyərində «Apple Macbook air» götürmüşdür. Yuxarıda qeyd olunan avadanlıqların bir çoxunun pulunu ödəyə bilməmişdir. Son ərəfələrdə götürdüyü 9 ədəd telefonun yarısını, yəni təxmini 5 ədədini hər birinə təxminə 2900 manat olmaqla ödəməli olduğu pulu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs4 daha öncə ödədiyi pullardan əlavə gəlir verməklə isə ona təxminən 14.700 manat civarında verəcəyi olmuşdur. Elnurun isə deməsinə görə 26.700 manat borcu qalmışdır. O, aprel ayının 15-17 aralığında sonunucu dəfə Elnura 8200 manat əlavə 5600 manat, 2850 manat, 1800 manatlıq qızıl vermişdir. Sonradan maddi sıxıntıları olduğu üçün pulu ödəyənbilməmişdir. Onun qeyd etdiyi məbləğ verməli olduğu ana məbləğdir, Elnur isə ondan pulu əlavə verməli olduğu gəlirlə birlikdə hesab edir. Bundan başqa eyni ərəfələrdə qızıl zinət əşyalarının da alış verişi ilə məşğul olmuşdur. Qızıl zinət əşyalarının satışı zamanı böyük məbləğdə pulu Əfsanə adlı qadında qalmışdır, həmin qadın həyat yoldaşı tərəfindən öldürülmüşdür və pulunu ala bilməmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs4la onun arasında bir başa alqı-satqı müqaviləsindən irəli gələn borc qalıqları qalmışdır, həmin qalıqların ödənilməsində Zərərçəkmiş şəxs4 məxsus olan əşyaların satış dəyəri üzrə nə qədər verəcəyi qalmışdırsa onları ödəməyi danmır, çünki onunla arasında olan münasibətlər birbaşa alqı-satqı öhdəliklərindən əmələ gəlmişdir. O, hələ bilmir ki, həmin telefonlar birbaşa Zərərçəkmiş şəxs4 şəxsən məxsusdur. Həmin telefonları ona satdığı zaman öz əşyası kimi təqdim etmiş və ümumilikdə onunla arasında olan alqı-satqı dövriyyəsi üzrə 157.000 (bir yüz əlli yeddi min) manat məbləğində tərəfindən pul ödənilməklə, alış veriş etmişlər. Nəticə etibarı ilə Zərərçəkmiş şəxs4 məxsus olan əşyaları ələ keçirmək niyyəti olmamış, sadəcə olaraq satış dəyərinin bir hissəsi üzrə borcu qalmışdır. Bundan başqa, Ayla Talıblı ilə uzun müddət «Estetik Lab» klinikasında çalışmışdır. 2023-cü ilin fevral və ya mart ayında Ayla ona müraciət edərək özünə «İPhone 14» markalı mobil telefon almaq istədiyini dedikdə, o, Aylaya təklif etmişdir ki, əgər nağd pulu varsa ona versin, o, həmin pulla mobil telefon gətirib başqa şəxslərə satsın və oradan qalan qazancdan ona da versın, sonra həmin qazancın üstünü düzəldər və o, Aylaya «İPhone 14» markalı mobil telefon gətirər. Ayla da onunla razılaşmış və 11 mart 2023-cü il tarixdə ona məxsus 4169-7388-7981-7645 nömrəli bank kartına 4800 manat pul göndərmişdir. Razılaşmaya əsasən o, həmin pulun üstündə Aylaya 1700 manat qazanc verəcəkdi, Ayla da həmin 1700 manatın üstünə 300 manat qoyub ona verəcəkdi və o, Aylaya «iPhone 14 Pro Max» markalı mobil telefon verəcəkdi. Bundan sonra daha öncə ifadəsində qeyd etidiyi çətinliklərinin olması, yəni daha öncə pulunun digər tanışı Əfsanə adlı şəxsdə qalması, sonuncunun əri tərəfindən öldürülərək vəfat etməsi səbəbindən, bu şəxslərin pullarını ödəyə bilməmişdir. Bundan başqa digər tanışları vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 adlı şəxslə də telefon və smart saatların alış verişini etmişdir. 13 fevral 2023-cü il tarixdə aralarında olan şifahi razılaşmaya əsasən 2.000 manat qarşılığında «İphone 14 PRO 128 GB” markalı mobil telefonu Elşada satmışdır. Həmin telefonun pulunu **********817645 saylı "xxxx" hesabına göndərmişdir. 28 fevral 2023-cü il tarixdə isə telefonu sonuncuya vermişdir. 01 mart 2023-cü il tarixdə 1850 manat qarşılığında «İphone 14 PRO 128 GB» markalı mobil telefonu satmışdır. Həmin telefonun pulunu **********817645 saylı "xxxx" hesabına göndərmişdir. 14 mart 2023-cü il tarixdə anası həmin telefonu Nərimanov rayonunda yaşadığı evin önündə vermişdir. 04 mart 2023-cü il tarixdə 1900 manat qarşılığında «İphone 14 PRO max 128 GB» markalı mobil telefonu Elşada satmış, pulu **********817645 saylı "xxxx" hesabına göndərmişdir. Həmin telefonu 09 mart 2023-cü il tarixdə özü Elşada vermişdir. 09 mart 2023-cü il tarixdə aralarında olan şifahi razılaşmaya əsasən 3800 manat qarşılığında 01 ədəd «İphone 14 PRO Max 128 GB» və 01 ədəd «İphone 14 PRO 256 GB» markalı mobil telefonları Elşada satmışdır. Həmin 3800 manat pulunu iki gün ərzində 9-10 mart tarixlərində **********614911 saylı ABB-yə aid hesab kartına göndərmişdir. Həmin telefonları 17 mart 2023-cü il tarixdə özü Elşada vermişdir. 10 mart 2023-cü il tarixdə əlavə 8 ədəd telefon (4 ədəd İphone pro max 128 və 4 ədəd İphone pro 256) üçün 15200 manat ödəməsi barədə razılaşmışlar. Bunun üçün Elşad eyni hesab kartına 6000 manat pul göndərmişdir. Əlavə olaraq 10 mart 2023cü il tarixdə 1700 manat pul göndərmişdir. 14 mart 2023-cü il tarixdə əlavə 1700 manat göndərmişdir. 17 mart 2023-cü il tarixdə Elşad ona əlavə 3100 manat hesab kartına göndərmişdir. 31 mart 2023-cü il tarixdə də həmin sifariş üçün əlavə 2500 manat göndərmişdir. Ümumilikdə bu sifariş üçün 15000 manat pul göndərmişdir. Həmin telefonlardan səkkizini tam olaraq Elşada vermişdir. 17 mart 2023-cü il tarixində Elşad yeni 06 ədəd telefonun (3 ədəd İphone pro max 128 və 3 ədəd İphone pro256) sifariş etdiyi üçün 01 aprel 2023-cü İİ tarixdə kartına 5600 manat, 600 manat və 7950 manat, ümumilikdə 14150 manat göndərmişdir. Həmin sifarişdən 4 ədəd telefonu Elşada evinin qarşısında vermişdir. Həmin epizod üzrə Elşada iki ədəd telefon verəcəyi qalmışdır. Bundan əlavə aprel ayının əvvələrində 3 ədəd «Aplle» qol saatı üçün hər biri 1050 manat olmaqla 3150 manat Elşad ona pul göndərmişdir, həmin saatlardan ikisini vermiş, bir ədədi qalmış, onu verə bilməmişdir. 05 aprel 2023-cü il tarixdə ümumilikdə 6 ədəd telefon iki ədəd smart saat üçün 11600 manat Elşad ABB-yə aid kart hesabına pul göndərmişdir, həmin sifarişdən iki ədəd qol saatını sonuncuya vermiş, qalan telefonları verə bilməmiş, burada Elşada 6 ədəd telefon borcu qalmışdır. 06 aprel 2023-cü il tarixdə Elşad ABB-yə aid hesab kartına ümumilikdə 10 ədəd mobil telefon üçün 10.000 manat və əlavə 6800 manat pul göndərmişdir, cəmi 16800 manat. Həmin sonuncu 2 ədəd mobil telefon Elşada vermiş, 8 telefon borcu qalmışdır. Beləliklə ümumilikdə Elşada 39550 manat borcu qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 barəsində verdiyi şikayət barəsində bildirmişdir ki, Vüsalın yoldaşı Xəyalə ilə birlikdə çalışmışdır. Xəyalə ilə münasibəti olduğu üçün Xəyalə ondan telefonlar barədə soruşmuş, sonradan mart ayında Xəyalə ondan telefon almaq istəmişdir. Bu barədə Xəyalənin əri ona zəng etmiş, telefonlar barədə məlumat almışdır. Bu minvalla 30 mart 2023-cü il tarixdə bir ədəd «İphone 14 PRO 256 Gb» markalı mobil telefonun qarşılığında Vüsal ona məxsus "xxxx"a aid hesab kartına 1700 manat pul göndərmiş, həmin telefonu aprel ayının əvvələrində göndərdiyi tanımadığı şəxsə vermişdir. Bundan sonra 07 aprel 2023-cü il tarixdə 4 ədəd İphone «14 PRO 256 Gb» markalı mobil telefon üçün Vüsal onun hesab kartına 7400 manat göndərmiş, həmin telefonları 14 aprel tarixdə iş yerinin önündə sonuncunun göndərdiyi tanımadığı şəxsə vermişdir. Telefonlar barədə Vüsalın tanışı olan Sərxan adlı şəxsdə onunla əlaqə saxlayıb maraqlanmış, telefonların pulunu özü verdiyini və Vüsalada bu işlərdən xeyir qaldığını demişdir. Vüsal telefonlardan əlavə gəlir götürdüyü üçün ondan 2 ədəd telefonu 2500 manata verməyini istəmiş, daha öncəki və daha sonrakı alış-verişlərdə nəzərə alıb ona əlavə qazanc əldə etməsi üçün 2 telefonu 2500 manata verməyə razılaşmışdır. Bunun üçün 12 aprel 2023-cü il tarixdə onun hesab kartına iki ədəd «İphone 14 PRO 256 Gb» markalı mobil telefon üçün 2500 manat pul göndərilmişdir. Həmin telefonlardan bir ədədini 16 aprel 2023-cü il tarixdə Vüsala «28 May» metrostansiyası yaxınlığında vermişdir. Ertəsi gün 17 aprel 2023-cü il tarixdə Vüsal 4 ədəd «İphone 14 PRO 256 Gb» markalı mobil telefon üçün eyni hesab kartına 7400 manat pul göndərmişdir. Həmin 4 ədəd telefonu Vüsala verməmişdir. Daha öncəki iki ədəd telefondan birini verdiyi üçün və telefonun 1 ədədini 1850 manatdan satdığı üçün aldığı 2500 manatdan 750 manat verəcəyi və sonuncu 4 ədəd telefonu vermədiyi üçün 7400 manat verəcəyi qalmışdır. Ümumilikdə 8150 manat Vüsala borcu qalmışdır. Daha öncəki ifadəsində qeyd etdiyi səbəblərdən maddi sıxıntıları olduğu üçün borclu qalmışdır. Vüsalın dediyi kimi Vüsaldan nağd olaraq Bakı şəhərində hər hansı məbləğdə pul almamış, sonuncu aldığı pulu yəni 7400 manatı kart hesabına göndərmiş, bunu qəbzlər də sübut edir. Bundan başqa, Zərərçəkmiş şəxs3 2016-cı ildən tanıyır, onunla “Estetik lab” kosmetoloji klinikasında bir yerdə işləmişlər. O, şöbə rəhbəri, Nailə isə servis şöbəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə işdə olarkən iş yoldaşı Nailə ilə aralarında olan söhbət zamanı o, Nailəyə satmaq üçün telefon almağı, lakin buna pulunun çatmadığını demişdir. O, Nailədən üstündə xeyir vermək şərtilə ona pul verib-verə bilməyəcəyini demişdir. Nailə əlində bir qədər pul olduğunu, həmin pulu ona verə biləcəyini demişdir. O, da Nailənin pulu ilə telefon alıb sataraq öz borcunu qaytaracağını və Nailəyə həmin pulu üstündə xeyirlə verəcəyini bildirmişdir. Bu məqsədlə Nailə ona 2023-cü ilin aprel ayında hissə-hissə olmaqla ümumilkdə 20.700 manat pul vermişdir. Pulların bir hissəsini Nailəyə verdiyi Elnura məxsus karta, bir hissəsini ona aid karta göndərmişdir. Lakin o, həmin telefonları ala bilməmiş, belə ki, Elnura olan borcu çox olduğundan o, Elnura olan qalıq borcunu ödəyə bilmədiyi üçün Elnurdan yeni mal götürə bilməmişdir. Ona görə də mal götürüb sata bilmədiyindən Nailədən aldığı 20.700 manat pulu da qaytara bilməmişdir. Aralarında olan danışıq zamanı o, Nailəyə telefon satışı ilə bağlı biznesinin nəticəsi uğurlu alınmasa belə aldığı pulu qəpiynəcən qaytaracağını söz vermişdir. Bundan başqa yuxarıda göstərdiyi qaydada Zərərçəkmiş şəxs2 ilə də mobil telefon alqı-satqıları olmuşdur. Qeyd etmişdir ki, 2023-cü ilin fevral ayından mart ayına kimi o, Zərərçəkmiş şəxs2 ümumilikdə 9 ədəd «İphone» markalı mobil telefonlar vermiş, lakin 1 ədəd mobil telefonu verə bilməmişdir. Verə bilmədiyi mobil telefon isə «iPhone 13 Pink» markalı mobil telefon olmuşdur ki, həmin mobil telefonun dəyəri 1700 manatdır, yuxarıda ifadəsində göstərdiyi səbəblərdən isə mobil telefonu Bayrama verə bilməmişdir. Bayram 2 ədəd mobil telefon verməli olduğunu, həmin mobil telefonlara görə ona 4600 manat pul ödədiyini göstərsə də, onun Bayrama 01 ədəd mobil telefon verəcəyi qalmış, həmin mobil telefonun da dəyəri 1700 manatdır. O, dəfələrlə Nailəyə pulu hissə-hissə verməyi təklif etsə də, Nailə buna razı olmamış, pulu ondan tam olaraq istəmişdir. Ona görə də pulu indiyə kimi qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs6 ümumilikdə 8 ədəd "İphone 14” markalı mobil telefon göndərməli olmuş və onlardan 6-sını artıq göndərmişdir. Həmin telefonları isə onların göndərdikləri şəxslərə Bakı şəhərində vermişdir. Vüsal ona indiki vaxta qədər təxminən 17000 (on yeddi) manat pul vermişdir. Onun Vüsala verəcəyi 3 ədəd mobil telefon qalmışdır. Elnur adlı şəxs pərakəndə şəkildə telefonların alqı-satqısı ilə məşğul olur və hər hansı mağazası yoxdur. O, da Elnur adlı şəxsdən telefonları əlbə-əl almış, onunla aralarında olan razılaşmaya əsasən Elnurdan telefonları 2500-2550 manata almışdır. Telefonları satdıqdan sonra isə Elnur adlı şəxsin pulunu vermişdir. O, Vüsaldan 8 ədəd “İphone 14” markalı mobil telefon üçün ümumilikdə 17000 manat civarında pul almış və qarşılığında 6 ədəd “İphone 14” markalı mobil telefon göndərmişdir. 2 ədəd mobil telefon da Vüsala göndərməli olmuş, lakin telefonları ala bilmədiyi üçün də göndərə bilməmişdir. Elnurdan aldığı telefonların və sair avadanlıqların bir çoxunu iş yoldaşlarına və onların tanışlarına satmışdır. 1 ədəd İphone 14 pro 512 Gb 2800 manata, 1 ədəd İphone 14 pro 2** GB ***0 manata, 1 ədəd 14 Pro max 128 gb 2300 manata, digər tanışlarının vasitəsi ilə Sədərək T/M-də çalışan Bayram adlı şəxsə satmışdır. Bayram adlı şəxsə daha öncədən də digər şəxslərdən aldığı telefonlar satmışdır. Son ərəfələrdə götürdüyü 9 ədəd telefonun yarısını, yəni təxmini 5 ədədini hər birinə təxminən 2900 manatolmaqla ödəməli olduğu pulu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs4 daha öncə ödədiyi pullardan əlavə gəlir verməklə isə təxminən 14.700 manat civarında verəcəyi vardır, Elnurun isə deməsinə görə ona 22427 manat borcu qalmışdır. O, aprel ayının 15-17 aralığında sonunucu dəfə Elnura 8200 manat əlavə 5600 manat, 2850 manat, 1800 manatlıq qızıl vermişdir. Sonradan maddi sıxıntıları olduğu üçün pulu ödəyə bilməmişdir. Eyni qaydada digər şəxslərə borcları yarandığı üçün borclarını bağlamış və ödəyə bilməmişdir. Hüseynin qızıl zinət əşyaları ilə bağlı problemlərindən xəbəri olmuş, lakin Zərərçəkmiş şəxs4la olan problemlərdən sonradan xəbəri olmuşdur, bu işlərə qarışmamışdır. İlkin olaraq onu Elnurla Tərlan tanış etsə də sonradan Elnurla aralarında olan alış veriş barəsində Tərlanın hər hansı məlumatı olmamışdır, Elnur son zamanlar Tərlana müraciət etsə də, Tərlan əvvəldən xəbər etməli olduğunu Elnura demiş və onların işlərinə qarışmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X12 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, o, 2015-ci ildən «Astetik Lub» klinikasında kosmetoloq işləyir, Zəhra isə ondan sonra həmin klinikaya işə qəbul olunmuş və operator işləmişdir. Zəhra ilə tanışlığı məhz həmin klinikada yaranmış və klinikada işləyənlərdən öyrənmişdir ki, Zəhra qızıl alveri və mobil telefonların alveri ilə məşğul olur. O, da özü üçün İPhone 15 markalı mobil telefon almaq istəmişdir. Zəhra klinikada işləyən digər şəxslərə də mobil telefon satdığından həmin şəxslərdən mobil telefonun saxta olubolmaması ilə bağlı maraqlanmış və ona telefonun saxta olmadığını ona demişlər. O, Zəhra ilə İPhone 14 markalı mobil telefonun alınması ilə bağlı danışıq apardıqda, sonuncu ona demişdir ki, «iPhone 14 Pro Max» markalı mobil telefonu 1700 manatdan gətirir və 1900 manata alıcılara satır. Zəhra ona təklif etmişdir ki, əgər onda nağd pul varsa versin və sifarişlə mobil telefon gətirib həmin şəxslərə satsın, oradan ona da qazanc qalacaq və həmin qazancının üstünü düzəldib, ona da «iPhone 14 Pro Max» markalı mobil telefon verər. O da razılaşmış, fikirləşmişdir ki, həm Zəhraya verdiyi pulu qayıdar, həm də qazancı olar və qazancla özünə xərc çəkmədən mobil telefon alar. Bundan sonra 11 mart 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən «Oba market» adlı mağazadakı «Milliön» terminalından Təqsirləndirilən şəxs ona göndərdiyi 4169-7388-7981-7645 nömrəli bank kartına 4800 manat pul göndərmişdir. Razılaşmaya əsasən Zəhra həmin pulun üstündə ona 1700 manat qazanc verəcəkdi, o da həmin 1700 manatın üstünə 300 manat qoyub Zəhraya verəcəkdi və Zəhra ona «iPhone 14 Pro Max» markalı mobil telefon verəcəkdi, bununla da onun heç bir xərci çıxan deyildi. Lakin bu məsələdən sonra Təqsirləndirilən şəxs onun 4800 manat pulunu qaytarmamış, ümumiyyətcə ona hər hansı bir xeyir verməmiş və beləliklə o, həm 4800 manat pulundan olmuş və özünə mobil telefon ala bilməmişdir. Zəhra ilə danışdıqda və verdiyi pulunu tələb etdikdə, sonuncu hər dəfə bəhanə gətirməklə onun pulunu ödəməmiş və o, məcbur qalıb DİN «102» xidmətinə zəng vurub şikayət etmişdir. DİN «102» xidmətinə verdiyi məlumatda, 19-cu polis şöbəsinə verdiyi ərizədə məbləğləri səhv yazmışdır. Həmçinin 19-cu polis şöbəsində verdiyi izahatı qısa vermişdir. Bəli o, Zəhraya qızıl almaq üçün pul vermiş və Zəhra ona qızılları alıb vermiş, buna görə hazırki ifadəsində bunları qeyd etməmişdir. Onun Zəhradan 4800 manat alacağı vardır, həmin pulu da o, ifadəsində göstərdiyi qaydada Zəhraya vermişdir. Hazırki ifadəsində göstərdiklərinin əsas götürülməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, onunla Zəhra arasında yalnız 4800 manatın problemi yaranıbdır, həmin problem də sonradan, o, polisə şikayət etdikdən sonra aradan qaldırılıbdır. Məhz telefona görə verdiyi pulu geri qaytarmırdı. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Odur ki, cinayət işinin ona aid olan hissəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Sonda zərərçəkmiş şəxs X12 Təqsirləndirilən şəxs ona dəymiş ziyanın (4800 (dörd yüz səkkiz yüz) manat) tam ödədiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, ona aid hissədə cinayət işi üzrə olan epizoda xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, tanıyır, onunla işlədiyi klinikada tanış olmuşdur. Belə ki, hər ikisi həmin klinikada operator vəzifəsində işləmişlər. 2023-cu ilin aprel ayında Zəhra ilə aralarında söhbət zamanı Zəhra ona qızıl alqı-satqısı və elektronika satışı ilə məşğul olduğunu bildirdi. Daha sonra 10 aprel 2023-cü il tarixdə Zəhra ona bildirdi ki, müştəriləri ona 02 ədəd “İphone 14 pro max” markalı mobil telefon və 02 ədəd “İphone” markalı qol saatı sifariş ediblər. Bu məhsulları sifariş etmək üçün hal-hazırda pulu yoxdur. Bu işə onun pul yatırmağını və birgə iş qurub gəlir əldə etməklərini ona təklif etdi. O, da Zəhra ilə razılaşmışdır. Bu məqsədlə Zəhranın ona vvhatsapp mobil tətbiqi vasitəsi ilə göndərdiyi kart hesabına 14 aprel 2023-cü il tarixdə Nizami rayonu, Q.Qarayev 62 ünvanında yerləşən “Rahat” supermarketdə olan post terminal vasitəsi ilə 5620 manat pul göndərmişdir. 15 aprel 2023-cü il tarixdə Zəhra ona bildirdi ki, ona “Macbook” sifarişi gəlmiş və “Macbook” almağı üçün əlavə 2850 manat pul lazımdır. Zəhra ona bildirmişdir ki, həmin “Macbook” satışından əlavə olaraq ona 200 manat qazanc verəcəkdir. xx.xx.2023cü il tarixdə Nizami rayonu, Q.Qarayev 62 ünvanında yerləşən “Rahat” supermarketdə olan post terminal vasitəsi ilə həmin kart hesabına 2850 manat pul göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Zəhra ona yenidən bildirdi ki, 04 ədəd “İphone 14 pro max” markalı mobil telefon sifarişi gəlmiş və bunun üçün 8200 manat pul lazımdır. xx.xx.2023-cü il tarixdə o, Nizamı rayonu, M.Şərifli 25 ünvanında yerləşən “Araz Supermarket”də olan post terminal vasitəsi ilə 8200 manat məbləğində pulu Zəhranın ona göndərdiyi 523915******1193 nörməli bank kartına göndərmişdir. Daha sonra yenidən həmin gün Zəhra telefon vasitəsi ilə danışan zaman ona bildirdi ki, əlavə sifarişlər vardır, bunun üçün 4000 manat pul lazımdır. Həmin tarixdə Nizami rayonu, C.Naxçıvanski 90 ünvanında yerləşən “Araz” marketdə olan post terminal vasitəsi ilə Zəhranın ona göndərdiyi 416973******7645 saylı hesab nömrəsinə 4000 manat pulu göndərmişdir. Bu məqsədlə o, Zəhraya hissə-hissə olmaqla ümumilikdə 20670 manat pul göndərmişdir. Zəhra ona bu pulla əldə etdiyi məhsulları sataraq təxminən 1000 manat gəlir əldə edəcəyini vəd etmişdir. Belə ki, hər telefonun satışından 200 manat ona xeyir qalacağını demiş, özü isə nə qədər gəlir əldə edəcəyi barədə ona bir söz deməmişdir. O, pulları Zəhraya verdikdən sonra ertəsi gündən etibarən demək olar ki, Zəhra müntəzəm olaraq işə gəlməmiş, o, Zəhranın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamağa çalışdıqda, Zəhra hər dəfə malı götürmək üçün getdiyini bəhanə etməyə başlamışdır. Daha sonraZəhra yoxa çıxmış və o, artıq onunla heç cür əlaqə saxlaya bilməmişdir. Bundan sonra Zəhranın onu aldatdığını görüb barəsində polisə şikayət etmək qərarına gəlmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən 4 dəfə ödəniş olunubdur, ümumi məbləğ 20670 manat təşkil edir. O, birinci ödənişi 14 aprel 2023-cü il tarixdə etmişdir. Aralarında 20.000 manat əvvəlcədən nəzərdə tutulduğundan o həmin məbləği Zəhra dedikcə hissəhissə onun kartına vurmuşdur. İlk dəfə ondan pulu alanda həmin pula alınan malları bir xanıma satmalıydı. Həmin xanımın adını və kimliyini o, sonradan öyrəndi. Onun adı Solmaz idi, həmin xanımla danışanda ona bildirdi ki, Zəhra onu da aldadıbdır. Həmin kart nömrələrini ona Zəhra veribdir. Həmin kartlardan biri Elnur bəyin adına olubdur, ödənişi o, Elnur bəyin kart hesabına oturtmuşdur. Sonda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, zərəri tələb etdiyini, dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, Sədərək ticarət mərkəzində telefon alış verişi və təmiri ilə məşğul olur. Uzun illər tanıdığı dostu Aqil qohumunun Nəsimi rayonunda Rəşid Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasında işlədiyini, orda çalışan bir qadının münasib qiymətə təzə, açılmamış vəziyyətdə (no active) telefonlar satdığını ona demişdir. Aqil həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsini vermiş, o, onunla əlaqə saxlamış, telefonda danışan şəxs özünü Zəhra kimi təqdim etmiş, qadın olduğu üçün ona etibar etmiş, Zəhra ona münasib qiymətə təzə vəziyyətdə yeni “İphone” markalı telefonlarının olduğunu bildirmişdir. O, onunla razılaşmış, telefonların problemləri olmadığı təqdirdə telefonlar alacağını, Zəhra həmin telefonların ucuz düşdüyü üçün ona da ucuz verə biləcəyini demiş, həmin telefonları düşdükcə Zəhradan alıb daimi müştərilərə əlavə gəlir əldə etməklə satacaqdı. İlkin olaraq 03 fevral 2023-cü il tarixdə Zəhra adlı qadın ona “İphone 14 pro max 128 GB” markalı mobil telefonu 2450 manata sata biləcəyini demiş, o, həmin telefonun pulunu hissə-hissə olmaqla 2 gün ərzində sonuncunun Azərbaycan Beynəlxalq bankına aid **********614911 hesab kartına ödəmiş və sonradan gedib telefonu Nəsimi rayonunda Rəşid Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasının qarşısında Zəhradan götürmüşdür. Bundan sonra 13 fevral 2023-cü il tarixdə yenidən Zəhra ona yazaraq “İphone 14 pro 256GB” markalı telefonu 1900 manata sata biləcəyini, guya hər hansı müştərinin sifariş etdiyini lakin almadığını deyib belə ucuz verdiyini demişdir. O, yenə razılaşmış, 12-13 fevral tarixində 2 gün ərzində sonuncunun ABB-bankına aid **********614911 hesab kartına ödəmiş və sonradan gedib telefonu Nəsimi rayonunda Rəşid Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasının qarşısında Zəhradan götürmüşdür. 15 fevral tarixində eyni qaydada Zəhra iki telefon olduğunu münasib qiymətə verə biləcəyini demişdir. O, razılaşmış, 2 ədəd “İphone 14 PRO Max 256 GB” markalı telefonu hər birinə 2250 manat ümumilikdə 4500 manat olmaqla həmin gün sonuncunun ona göndərdiyi "xxxx" ASC-yə aid **********817645 hesab kartına ödəmiş və sonradan gedib telefonları Nəsimi rayonunda Rəşid Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasının qarşısında eyni qaydada Zəhradan götürmüşdür. Eyni qaydada 23 fevral 2023-cü il tarixdə Zəhra ona yazaraq “İphone 14 pro 128GB” markalı telefonu 1800 manata “İphone 14 PRO MAX” 128 gb markalı telefonu isə 2000 manata sata biləcəyini demişdir. Yenidən razılaşmış, həmin gün sonuncunun ABB-bankına aid **********614911 hesab kartına ödəniş və eyni qaydada telefonları Zəhradan götürmüşəm. 03 mart 2023-cü il tarixdə Zəhra ona “İphone 14 PRO MAX 512 GB” markalı telefonu 2800 manata verə bilcəyini demiş, eyni qaydada həmin gün Zəhraya pulu Kapital Bank ASC-yə aid **********817645 hesab kartına ödəmiş və sonradan gedib telefonları Nəsimi rayonunda Rəşid Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasının qarşısında Zəhradan götürmüşdür. 12 mart 2023-cü İl tarixdə “İphone 14 pro 512GB” marklalı telefonu 2500 manata verə biləcəyini demiş, razılaşmış və eyni üsulla Kapital Bank ASC-yə aid **********817645 hesab kartına pulu göndərmiş və telefonu Zəhradan götürmüşdür. Eyni tarixdə “İphone 14 pro” 128 gb markalı telefon üçün 1700 manat pulu eyni karta atmış, bir neçə gün sonra isə telefonu Zəhradan götürmüşdür. 14 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək olan müddət ərzində “İphone 13 pink İphone 14 pro max” 128 gb markalı telefonlar üçün Zəhranın göndərdiyi "xxxx" ASC-yə aid **********8877846 nömrəli hesab kartına ümumilikdə 4600 manat pul göndərmiş, qeyd olunan pulları mobil tətbiq vasitəsi ilə Sədərəkdə iş yerindən göndərmişdir. Telefonları ona verməmişdir, müxtəlif bəhanlələrlə telefonları verməkdən boyun qaçırmışdır, 03 aprel isə 400 manata kartına ödəmişdir, hazırda 4200 manat verməlidir, pulunu ələ keçirmiş, ödəniş etmir. Zəhra ona qardaşının və yoldaşının telefon işində olduqlarını, onlara ucuz düşdüyü üçün ona da ucuz verə biləcəyini demişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, xanım deyirdi ki, ona mal birbaşa gəlirdi, ümumilikdə yadında qalanları dedi, 9-11 arası telefon alıb satmışdır, ümumi məbləğ hesablansa 20-22000 arası olar. Ona hal-hazırda olan borcu 4200 manatdır. Hal-hazırda şikayətçidir və pulunu tələb edir. Sonda Zərərçəkmiş şəxs2 bildirdi ki, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, zərəri tələb etdiyini, ödənilmədiyi halda dövlət ittihamçısının istədiyi cəza ilə razılaşdığını, həmin cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, o, əvvəllər Bakı şəhəri, Nəsimi rayonu “28 May” metrosu yaxınlığında yerləşən «lrshad Telecom» mağazasında çalışmışdır. Orada onunla birlikdə Tərlan adlı şəxs çalışmışdır. Sonradan həmin mağazadan işdən ayrıldıqdan sonra Nəsimi rayonu “28 May” metrosu ərazisində olan telefon mağazaları ilə münasibəti yarandığından həmin mağazalardan mobil telefonları topdan qiymətə alıb digər şəxslərə sataraq gəlir əldə etmişdir. Həmin mağazalar «Bal Telekom», «LİFE GSM», «OK mobile» və «Premium Store»dir. Bu yolla bir neçə dəfə Tərlana da telefon satmışdır. 2023-cü ilin fevral ayında Tərlan ona bacısına telefon lazım olduğunu bildirmiş və bacısının ona zəng edəcəyini demişdir. Bu minvalla Tərlanın bacısı Təqsirləndirilən şəxs adlı qadın onunla əlaqə saxlamışdır. 2023-cü ilin fevral ayından etibarən Zəhra ilə alış verişi olmuşdur. Belə ki, o, Zəhraya «İphone 14 PRO» və PRO max markalı mobil telefonları, «Macbook» noutbuklarını, «Apple» saatlarını göndərmiş və ya özü gəlib götürmüş, ona pulu ya həmin gün yada ki, maksimum 1 həftə ərzində ya digər şəxslərlə yada ki, hesab kartına göndərmişdir. Bu üsulla bir neçə dəfə alış veriş etmişlər. Sonuncu dəfə Zəhraya çalışdığı Nəsimi rayonu, R.Behbudov küçəsi 67 saylı ünvanda yerləşən “Estetik Lab” klinikasının önündə 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixə kimi olan müddət ərzində hər biri 2724 manat 80 qəpik dəyərində olan 02 ədəd «iPhone 14 X20 256» markalı mobil telefonlar və hər biri 2469 manat 35 qəpik dəyərində olan 02 ədəd «iPhone 14 Pro 256» markalı mobil telefonlar vermişdir. 04 aprel 2023-cü il tarixdə Zəhraya çalışdığı Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən “Estetik Lab’’ klinikasının önündə hər biri 2724 manat 80 qəpik dəyərində olan 03 ədəd «iPhone 14 Pro Max 256» markalı mobil telefonlar və 01 ədəd 2639 manat 65 qəpik dəyərində «İPhone 14 Pro Max 128» markalı mobil telefon vermişdir. 06 aprel 2023-cü il tarixdə Zəhraya çalışdığı Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasının önündə 01 ədəd 2554 manat 50 qəpik dəyərində «İPhone 14 Pro Max 128» və 01 ədəd 2384 manat 20 qəpik dəyərində «İPhone 14 Pro 128» markalı mobil telefonlar və hər biri 1481 manat 61 qəpik dəyərində olan 02 ədəd «X19 49mm» markalı saatları vermişdir. Sonuncu dəfə isə Zəhraya çalışdığı Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasının önündə 07 aprel 2023-cü il tarixdə, 01 ədəd 2469 manat 35 qəpik dəyərində «iPhone 14 Pro Max 256» və 01 ədəd 2673 manat 71 qəpik dəyərində «iPhone 14 Pro 256» markalı mobil telefonlar vermişdir. Aralarında olan hesablaşamaya görə Zəhra ona 34247 manat 33 qəpik ödəniş etməli olmuşdur. Sonradan Zəhra mənə 10020 manat ödəniş etmiş və özünə məxsus 1800 manat dəyərində qızıl zinyət əşyalarını vermişdir. Həmin qızıl zinət əşyalarını lombarda qoyaraq 1800 manat pul götürmüşdür. Beləliklə Zəhra ona ümumilikdə 11820 manat pul qaytarmışdır. Hazırda Zəhra ona 22427 manat pul ödəməlidir, lakin müxtəlif bəhanələr gətirərək ödəmir. Bundan başqa Təqsirləndirilən şəxs ona verəcəyi pulu gecikdirdiyi üçün o, öz cibindən borca girərək telefon mağazalarına 16150 manat pul ödəmişdir. Zəhra ilə o, və atası «LİFE GSM» və «BAL telekom»a getmişlər ki, oradan götürdüyü telefonların ödənişini qısa müddətdə etməli olduğunu Zəhraya sübut etdin. O, əvvəlcədən mağazalara pul ödədiyini Zəhraya demədiyi üçün mağaza Zəhraya onun 10550 manat borcunun olduğunu bildirmişlər. Həmçinin sonradan ona məlum olmuşdur ki, Zəhra ondan aldığı mobil telefonları aldığı qiymətdən daha ucuz qiymətə satmaqla əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zəhra hər dəfə pulu ödəyəcəyinə söz versə də, bu vaxta kimi ona pulunu ödəməmişdir. Zəhra heç bir əsas olmadan ona 15240 manat verəcəyinin olduğunu bildirir. Əslində isə bu məbləğ onun ifadəsində qeyd etdiyi kimidir, əvvəlki ifadəsində Zəhranın ona 26700 manat verəcəyinin olduğunu desə də, həmin məbləğ gəlirlə birlikdə olan məbləğ olmuş, lakin hazırki ifadəsində mobil telefon və saatların maya dəyəri ilə Zəhraya verdiyi qiyməti hesablamışdır. Zəhra ilə yalnız şifahi razılaşma əsasında qardaşını tanıdığı üçün Zəhraya etibar etmişdir. Təqsirləndirilən şəxs qardaşı Tərlanla bacısı tərəfindən ona pul ödənilməməsi barədə dəfələrlə danışsa da, Tərlan heç nədən xəbəri olmadığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zəhranın borcu şişib olmuşdu 38500 manat, həmin puldan ödənihş edəndən sonra qalıq qaldı 26500 manat. 10.020 manat, 1800 manat, ümumilikdə 11820 manat ödəniş edibdir. Hal-hazırda ona gəlirsiz olan borcu 22427 manatdır. O, gəlirini istəmir, yalnız ana məbləğini tələb edir. 16150 manatdan ona heç bir ödəniş olmayıbdır. 10500 manat və 1800 manat pul ödəyibdir. Ona olan borcu 26700 manat olmalıdır, yenə bildirdi ki, o, xeyrini istəmir. Halhazırda şikayətçidir və pulunu tələb edir. Onun ümumilikdə 4 mağazaya borcu olubdur, onlardan ikisinə aparmışdır ki, həmin mağazanın sahibləri görsünlər ki, ona da Zəhra xanımın borcu vardır, o, onlara yalan danışmayıb. Onun Zəhra xanımla ümumilikdə 100- 130000 minlik alış verişi olubdur. Həmin 120.000-dən 10.000 manat xeyri olubdur. Həmin mağazalardan o, da nisyə götürmüş, yığılan borc onun borcu olubdur. Həmin telefonların hamısının imei kodu olubdur. Zəhra özü də yaxşı bilirdi ki, onun mağazalara borcu olubdur. O, 22400 manatı qəbul edir. Sonda Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, zərəri tələb etdiyini, dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 izahatında göstərdi ki, özü fərdi olaraq mobil telefonların alıq satqısı ilə məşğul olmuş, aldığı telefonları dost tanışına satmışdır. 2023-cü ilin fevral ayında Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən Estetik lab klinikasında Təqsirləndirilən şəxs adlı qadını tanımış, həmin qadının fərdi olaraq telefon və sair əşyaların satışı ilə məşğul olmasını bilmişdir. Bundan sonra onunla əlaqə saxlayıb telefonlar barədə məlumat almışdır. İlk dəfə 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona 2.000 manat qarşılığında İphone 14 PRO 128 GB markalı mobil telefonu satmışdır. Həmin telefonun pulunu sonuncunun **********817645 saylı Kapital Bank hesabına evdə olarkən göndərmişdir. 28 fevral tarixdə isə telefonun gəldiyini deyib telefonu ona çatdırmışdır. 01 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona 2.000 manat qarşılığında İphone 14 PRO 128 GB markalı mobil telefonu satmışdır. Həmin telefonun pulunu sonuncunun **********817645 saylı Kapital Bank hesabına evdə olarkən göndərmişdir. 14 mart 2023-cü il tarixdə sonuncunun anası Yeganə adlı qadın həmin telefonu ona Nərimanov rayonunda yaşadığı evin yaxınlığında vermişdir. 04 mart 2023-cü il tarixdə Zəhra ona 1950 manat qarşılığında İphone 14 PRO max 128 GB markalı mobil telefonu satmışdır, pulunu sonuncunun **********817645 saylı Kapital Bank hesabına evdə olarkən göndərmişdir. Həmin telefonu ona 09 mart tarixdə özü vermişdir. 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona ümumilikdə 3800 manat qarşılığında 01 ədəd İphone 14 PRO Max 128 GB və 01 ədəd İphone 14 PRO 256 GB markalı mobil telefonları satmışdır. Həmin 3800 manat pulunu sonuncunun **********614911 saylı ABB-yə aid hesab kartına göndərmişdir. Həmin telefonları 17 mart tarixdə Zəhra özü ona vermişdir. 10 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona ümumilikdə 15.200 manat qarşılığında 04 ədəd hərbiri 2000 manat olan İphone 14 PRO max 256 GB və 04 ədəd hər biri 1800 manat dəyərində İphone 14 PRO 256 GB markalı mobil telefonları satmışdır. Həmin 15200 manat pulunu sonuncunun **********614911 saylı ABB-yə aid hesab kartına hissə hissə olaraq göndərmişdir. 17 mart 2023-cü il tarixdə 03 ədəd hər biri 1750 manat olan İphone 14 PRO 256 GB və 03 ədəd hər biri 1850 manat dəyərində iphone 14 PRO max 128 GB markalı mobil telefonları satmışdır. Həmin 10800 manat pulu Nəsimi rayonunda R.Behbudov ünvanında yerləşən Estetik lab klinikasının filialında sonuncuya nağd şəkildə vermişdir. Sonuncu 10 mart və 17 mart sifarişlərindən Zəhra ona ümumilikdə 14 telefondan 11-ni vermiş, həmin telefonların 3 ədədini evlərinin qarşısında ona Zəhranın əri Şahid2 vermişdir. 3-nün qarşılığında 5700 manat pulu Zəhrada qalmışdır. 01 aprel 2023-cü İİ tarixdə hər biri 1050 manat dəyərində 3 ədəd Aplle Vatch ultra markalı elektron qol saatı üçün sonuncunun **********817645 saylı Kapital Bank hesabına evdə olarkən göndərmişdir. Həmin saatlardan ikisini ona Zəhra 05 aprel tarixdə vermiş, digər saatı verməmişdir. 05 aprel 2023-cü il tarixdə ümumilikdə 6 ədəd telefon ikisi İphone 14 plus, iki ədəd İphone 14 pro 256 GB, 2 ədəd 14 pro 128 GB markalı və 4 ədəd apple (iki ədəd 7.45 və iki ədəd 8.45 modelli) qol saatllarının qarşılığında sonuncuya 11.600 manat pulu **********614911 saylı ABB-yə aid hesab kartına hissə hissə olaraq göndərmişdir. Həmin sifarişdən ona heçnə verməmişdir. Bundan sonra 06 aprel 2023-cü il tarixdə 20 ədəd telefon (10 ədəd İphone 14 pro 256gb və 10 ədəd İphone 14 pro max 256gb) üçün 17.800 manat pulu hissə hissə olmaqla sonuncunun **********614911 saylı ABB-yə aid hesab kartına həmin gün göndərmişdir. Bu sifarişdən ona heçnə verməmişdir. 07 aprel 2023-cü il tarixdə 02 ədəd iphone 14 pro 256gb və 2 ədəd iphone 14 pro max 256gb markalı telefonlar üçün 6800 manat pulu hissə hissə MilliÖn vasitəsi ilə Nəsimi rayonu, Seyidzadə küçəsində yerləşən marketdən göndərmiş və evdən sonuncu 800 manatı **********614911 saylı ABB-yə aid hesab kartına göndərmişdir. Həmin sifarişdən 2 ədəd telefonu ona vermiş, digər iki telefonu verməmişdir. Ümumilikdə qeyd etmişdir ki, 10 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixə kimi göndərdiyi puldan Zəhranın ona 3 ədəd iPhone 14 Pro 256 markalı mobil telefon və 1 ədəd iPhone 14 Pro Max 256 markalı mobil telefona görə 7100 manat qalığı, 14 mart 2023-cü il tarixdə göndərdiyi puldan iPhone 14 Pro 128 markalı mobil telefona görə 1700 manat, 03 və 05 aprel 2023-cü il tarixdə göndərdiyi pullardan 2 ədəd iPhone 14 Plus, 2 ədəd iPhone 14 Pro 256, 2 ədəd iPhone 14 Pro Max 128, 2 ədəd 7-45 mm-lik, 2 ədəd 8-45 mm-lik qol saatlarına görə 11600 manat, 01 aprel 2023-cü il tarixdə göndərdiyi puldan 1 ədəd saata görə 1050 manat, 06 aprel 2023-cü il tarixdə 20 ədəd mobil telefona görə beh olaraq göndərdiyi 14800 manat, 07 və 08 aprel 2023-cü il tarixlərdə göndərdiyi pullardan 1 ədəd İPhone 14 Pro 256 və İPhone 14 Pro Max 256 markalı mobil telefonlara görə 3400 manat verəcəyi qalmışdır. Beləliklə ümumilikdə Zəhra onun 39650 manat pulunu ələ keçirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, sonuncu pulu Zəhraya 07 aprel 2023-cü il tarixdə vermişdir. Ümumilikdə 80.000 manatlıq telefon sifariş vermiş, həmin telefonlardan 39650 manat kəsir qalıbdır. O, Zəhradan almış, sonra özü satmışdır. Aralarında çox çatdırma 10 gün çəkibdir. Hal-hazırda şikayətçidir və pulunu tələb edir. Sonda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, zərəri tələb etdiyini, dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs6 izahatında göstərdi ki, o, 2017-ci ildən Göygöl rayon polis şöbəsində MSY-də polis nəfəri kimi çalışır. Təqsirləndirilən şəxs təxminən 2021-ci ildən qiyabi olaraq həyat yoldaşı vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs yoldaşı Xəyalə Qurbanova ilə birlikdə Bakı şəhərində, Nəsimi rayonunda, R.Behbudov küçəsində yerləşən “Estetik Lab” klinikasında çalışmışdır. Sonradan yoldaşı işdən ayrılsada Zəhra ilə münasibəti saxlamışdır. Zəhra həmin ərəfələr telefon, elektron avadanlıqlar, qızıl zinyət əşyalarının satışı ilə məşğul olmuşdur. Zəhra həyat yoldaşı Xəyaləyə ucuz telefon gətirməsini deyərək istəyən olsa sata biləcəyini demişdir. 2023-cü ilin mart ayında onunla birlikdə Göygöl RPŞ-də çalışan Şahid1 “İphone 14 pro” markalı mobil telefonu münasib qiymətə almaq istədiyini bildirmişdir. O, yoldaşına bu barədə demiş, sonra yoldaşı onu Zəhra ilə əlaqələndirmiş və o, bundan sonra özü Zəhra ilə əlaqə saxlamış, “İphone 14 pro 256 Gb” markalı mobil telefon lazım olduğunu demişdir. Zəhra ona ilkin olaraq 1900 desə də sonradan 1700 manata telefonu sata biləcəyini demiş, o, Sərxanla da Zəhranı əlaqələndirmiş, razılıq əldə olunmuşdur. 2023-cü ilin mart ayının 30-da qohumu Elvin Qurbanova nağd şəkildə Sərxandan aldığı 1700 manatı vermişdir, Elvin isə həmin gün pulu Zəhranın dediyi 4169-7388-7981-7645 saylı "xxxx" hesab kartına göndərmişdir. 06 aprel 2023-cü il tarixdə Zəhra ona taksi ilə həmin telefonu göndərmiş, o, isə öz növbəsində Sərxana təhvil vermişdir. Həmin müddətdə Sərxan tanışları üçün daha 4 ədəd “İphone 14 pro 256 Gb” mobil telefon lazım olduğunu demiş, o, Zəhrayla danışmış, Zəhra problem olmadığını 4 ədəd telefon üçün 7400 manat (hər telefon üçün 1850 manat) göndərməyini demişdir. O, 07 aprel 2023-cü il tarixdə Sərxandan 7400 manat pul alaraq həmin gün Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən “Leyla” mağazasında olan Milliön ödəniş terminalı vasitəsi ilə 7400 manatı Təqsirləndirilən şəxs dediyi 4169-7388-7981-7645 saylı "xxxx" hesab kartına göndərmişdir. Hələ həmin telefonları Zəhradan götürməmiş, 12 aprel 2023-cü il tarixdə özü üçün iki ədəd “İphone 14 pro 256 Gb” markalı mobil telefon sifariş vermiş, həmin telefonları ona 1650 manatdan, ümumilikdə 3300 manata verəcəyini demiş, lakin Zəhra ona daha öncə Sərxana satdığı sonuncu 4 ədəd telefonlardan ümumilkdə 800 manat verəcəyini dediyi üçün, o, 3300 manat deyil 2500 manat pulu iki ədəd telefon üçün Zəhranın 4169-7388-7981-7645 saylı "xxxx" hesab kartına 12 aprel tarixdə göndərmişdir. 16 aprel 2023-cü il tarixdə Sərxanın adını bilmədiyi dostu Bakı şəhərindən ona çatacaq 4 ədəd mobil telefonu götürüb Sərxana gətirmişdir. 17 aprel tarixdə Sərxan tanışları üçün daha 4 ədəd “İphone 14 pro 256 Gb” markalı telefon lazım olduğunu demiş, Zəhra yenidən razılaşaraq 4 ədəd telefon üçün 7400 manat verməklərini demişdir. Eyni qaydada 17 aprel 2023-cü il tarixdə Zəhranın dediyi 4169-7388-7981-7645 saylı "xxxx" hesab kartına 7400 manat pulu Sərxandan alaraq Gəncə şəhəri, H.Əliyev prospekti 57 ünvanında yerləşən “OBA” marketdən Milliön terminalı vasitəsi ilə göndərmişdir. Əlavə olaraq 17 aprel özü üçün 4 ədəd telefon sifariş vermiş, həmin telefonların arasında həm “İphone 14 pro 256 Gb”, həmdə “İphone 14 pro 128 GB” olmalı olmuşdur. Zəhra ona yenə daha öncə Sərxana satdığı telefonlardan gəlir vəd verdiyi üçün 4 ədəd telefon üçün 5400 manat kifayət edəcəyini demiş, o, isə Bakı şəhərinə gələcəyini, orada pulu verəcəyini demişdir. 18 aprel 2023-cü il tarixdə o, Bakı şəhərinə gəlmiş, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən “Uni Bankın” önündə Zəhra ilə görüşmüş, orada daha öncə özü üçün sifariş etdiyi və 2500 manat pul göndərdiyi 2 ədəd mobil telefonlardan 01 ədəd “İphone 14 pro 256 Gb” markalı mobil telefonu Zəhra ona təqdim etmişdir. Həmin zaman Zəhranın ona 01 ədəd, Sərxana 04 ədəd telefon verəcəyi qalmışdır. Oradan söhbət edərək Zəhranın çalışdığı “Estetik lab” klinikasının qarşısına daxil olmuşlar. Orada Zəhra ona 17 aprel tarixdə olan razılaşmalarına əsasən 5400 manatı verməyini demiş və o, Zəhraya 18 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində əlbə əl 5400 manat pulu vermişdir. Beləliklə Zəhranın ona 05 ədəd, Sərxana isə 04 ədəd mobil telefon verəcəyi qalmışdır. Həmin gündən Zəhra müxtəlif bəhanələr gətirərək telefonları eyni zamanda ondan geri tələb etdiyi pulları ödəməkdən boyun qaçırmışdır. 27 aprel 2023-cü il tarixdə telefonları verəcəyini demiş, o, Bakı şəhərinə gələrək onunla görüşmək üçün zəng etsə də Zəhra boyun qaçırmışdır, Zəhranın iş yerinə getmiş, 5-10 gündür ki işdən çıxarıdığını öyrənmişdir. Sonradan Sərxanın onun vasitəsi ilə Zəhraya verdiyi 7400 manat pulu özü Sərxana qaytarmışdır. Beləliklə 7400 Sərxanın Zəhraya verdiyi (sonradan Sərxana özü ödədiyi), 5400 manat və 2500 manat özü verdiyi pulları Zəhra dələduzluq yolu ilə ələ keçirmişdir, ona ümumilikdə 14300 manat maddi ziyan dəymişdir. Daha öncə ifadəsində düzgün hesablama aparılmamış, ona dəymiş zərər 14800 manat kimi göstərilmişdir. O, telefonların qiymətlərini dəqiq bilməmiş, lakin ucuz olduğu üçün Zəhradan bu barədə sual etmiş, Zəhra isə qardaşının dostunun telefonları ABŞ-dan Kaliforniya ştatından gətirməsini demişdir. Bu səbəbdən o, Zəhraya inanmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 7400 manatlıq telefonda 800 manat ona xeyir qalırdı. Vaxt olub ki, pulu vermişlər, Zəhra telefonları göndəribdir, lakin sonradan nə pulu, nə də telefonları göndəribdir. 7400 manat Sərxana çatası telefonlar üçün vermiş, 5400 manat isə özü telefon sifariş vermişdir. Ona veriləsi pulları çıxıb həmin 5400 manatı vermişdir. 1650 manat da bir telefon üçün vermişdir. Sonuncu dəfə 10 telefon verəsiydi onun birini verib, 9u qalıbdır. Sonda Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, zərəri tələb etdiyini, dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirmiş, mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Talıb oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə evlənmiş və birgə nikahlarından 2 övladı vardır. 2017-ci ilin may ayında Zəhra ilə yola getmədiyi üçün qeyri-rəsmi ayrılmış və 2 ilə yaxın ayrı yaşamışlar. 2019-cu ilin may və ya iyun ayında isə yenidən birgə yaşamağa başlamışlar. Zəhra ilə o, evlənən zaman Zəhra «Bakcell» şirkətinin dilerində işləmiş, sonradan isə səhv etmirsə, 2017 və ya 2018-ci ildən «Estetik Lub» klinikasında operator işləməyə başlamışdır. Həmçinin 2022-ci ilin ortalarından Zəhra mobil telefonların, əsasən «iPhone» markalı mobil telefonların alverini etməyə başlamışdır. O, Zəhranın mobil telefon alveri etməsini bilmiş, lakin Zəhranın bu işinə qarışmamışdır. 2023-cü ilin aprel ayında isə Nizami RPİ-nin 24-cü polis şöbəsinə çağırıldıqda Zəhranın ayrı-ayrı şəxslərə mobil telefon satacağı adı ilə pullar almaqla mobil telefonları vermədiyini öyrənmişdir. Bundan sonra məlum olmuşdur ki, Zəhra Elnur adlı şəxsdən «İphone» markalı mobil telefonları alıb ayrıayrı şəxslərə aldığı qiymətdən ucuz qiymətə satmış, buna görə bir çox şəxslərə borcları yaranmışdır. O, Zəhranın alverinə qarışmamış, yalnız 1-2 dəfə olmuşdur ki, qapısına gələn və ya binanın qarşısına gələn şəxsə Zəhranın tapşırığı ilə mobil telefon vermiş, həmin vaxt Zəhra gələn şəxsin iş yoldaşının əri olduğunu demişdir. Bundan əlavə onun Zəhranın alverində iştirakı olmamışdır. Zəhranın mobil telefonları kimdən almasını ilk əvvəl bilməmiş, mobil telefonları neçəyə alıb, neçəyə satmasını da bilməmiş, bu barədə 2023-cü ilin aprel ayında öyrənmiş və həmin vaxt Zəhranın Elnur adlı şəxsdən mobil telefonlar alıb ayrı-ayrı şəxslərə ucuz qiymətə satmasını bilmişdir. Başqa heç bir məlumatı olmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bu hadisələrdlən sonra, yəni 2023cü ildən ayrı yaşayır. 2024-cü il tarixdə isə nikahlarını rəsmən pozmuşlar. O, gec ailə həyatı qurmuş, bu olub onun 37 yaşında. Bütün olanlar barəsində onun məlumatı gec olmuşudur. Zəhranın telefon alıb satmasını o bilmiş, lakin kimlərəsə borcu olmasını bilməmişdir. Onunla yalnız pul tələb edənlərdən biri danışıb. Sadəcə evə gələrək pulunu istəyibdir. O, kiməsə pul verməmiş, sadəcə telefon aparıb vermişdir. Ona bir xanım zəng vurdu ki, görüşmək istəyir, o da səbəbini soruşanda dedi ki, zəhraya telefon vermişdir, pulunu ala bilmir, sonradan maraqlandı və gördü ki, bir nəfər deyil bir neçə belə adam var ki, Zəhra onlara da verdiyi vədə əməl etməyibdir. Bundan sonra bir xanımın da yoldaşı ona gəlib dedi ki, xanımının onlara borcu var. O, həmin adama deyəndə ki, bilir bu qədərdir. Ona həmin adam deyib ki, düz bilmir, həmin pulun 5-10 qatıdır. O, vaxtında bilməyib ki, Zəhra bu vəziyyətə düşüb, bilsəydi qarşısını alardı. Həmin vaxt sorğu sualı olanda Zəhra ona dedi ki, kiməsə qızıl əşyaları verib onun pulunu ala bilmir. Zəhra həmin pullardan özünə bir suda olsun alıb içməyibdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 67-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 97-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 125-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 201-202-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması” haqqında 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:20-17:40-da CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildinin 231-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, X12 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 242-243-cü vərəqlərində olan “cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; cinayət işinin İ cildinin 244-cü vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 263-265-ci vərəqlərində olan “vəsatətin müdafiə edilməsindən imtina olunması” haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Mahmud Mirzəyevin 24 iyun 2023-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X5 azad olunmuşdur; cinayət işinin İ cildinin 266-267-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Mirzəyevin 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İ cildinin 271-272-ci vərəqlərində olan Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mülki iddialara əsasən Zərərçəkmiş şəxs4 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını məhkəmədən xahiş etmişdir. cinayət işinin İ cildinin 273-cü vərəqində olan mülki iddiaçı qismində tanınma haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 mülki iddiaçı qismində tanınmışdır; cinayət işinin İ cildinin 280-283-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(006)-82/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Mirzəyevin şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərarından və şübhəli şəxsin tutuması haqqında xx.xx.2023-cü il tarixli protokoldan şikayətçi Təqsirləndirilən şəxs vəkili Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X13 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Mirzəyevin şübhəli şəxsin tutuması haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir; cinayət işinin İİ cildinin 25-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İİ cildinin 45-ci vərəqində olan Göygöl RPİ-nin İB-nin müstəntiqi Röyal Məmmədovun 12 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İİ cildinin 53-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; cinayət işinin İİ cildinin 85-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İİ cildinin 140-142-ci vərəqlərində olan 06 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişlər; cinayət işinin İİ cildinin 161-162-ci vərəqlərində olan 03 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişlər; cinayət işinin İİ cildinin 183-185-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Süleyman Qəşəmlinin qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 08 fevral 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; cinayət işinin İİ cildinin 197-ci vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Süleyman Qəşəmlinin 11 may 2024-cü il tarixli axtarışda olan şəxsin könüllü istintaqa gəlməsi haqqında protokolundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq 11 may 2024-cü il tarixdə Nəsimi RPİ-nin İŞ-nə yaxınlaşmışdır; cinayət işinin İİ cildinin 208-ci vərəqində olan 07 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin 12 fevral 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X9 08 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir; cinayət işinin İİ cildinin 209-211-ci vərəqlərində olan 14 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişlər; cinayət işinin İİ cildinin 212-229-cu vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilməklə ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 və “Tərlan” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6la aralarında olan məsələnin mülki xarakterli olması, həmin şəxslərə onların göstərdiyi qaydada deyil, özünün bildirdiyi məbləğlərdə alverlə məşğul olan zaman borcunun yaranması barədə göstərdiyi xüsusatlar iş materialları ilə tam təkzib olunduğundan sübut növü kimi qiymətləndirilməmiş və özünü müdafiə xarakteri daşıdığından vəsatət kimi qəbul edilib rədd edilməsi nəzərə alınmış, X4 Təqsirləndirilən şəxs 10700 manat dəyərində qızıl-zinyət əşyaları verməsi, lakin sonuncunun ona qızılzinyət əşyalarının pulunu verməməsi barədə müraciəti üzrə cinayət təqibinə və iş üzrə zərərçəkmiş şəxs qismində statusuna Azərbaycan Respublikası CPM-in 39.1.7-ci maddəsinə əsasən xitam verilmiş; iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzlər olan çıxarış, Zərərçəkmiş şəxs5 təqdim etdiyi qəbzlərin fotoşəkili olan çıxarış, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 10 ədəd qəbzlərin çıxarışları maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış, üzləşdirmə, digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə tolanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Şahid2 ilə Təqsirləndirilən şəxs arasında 01 aprel 2014-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 245 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 24 aprel 2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anası Təqsirləndirilən şəxs yanında saxlanılması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X12 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında 3 növ cəza yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmədə müəyyən edildi ki, vurulmuş maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 şikayətçidirlər. Zərərin ödənilməsi üçün barışıq əldə edilməsi üçün hər hansı bir cəhd edilməsi məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməli və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda iş üzrə Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki iddia vermiş, məhkəmədən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə onu mülki iddiaçı qismində tanınmaqla, cavabdeh Təqsirləndirilən şəxs ona vurduğu maddi zərərin əvəzi olaraq 14300 (on dörd min üç yüz) manat pulun, həmçinin ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun, cəmi 14433 (on dörd min dörd yüz otuz üç) manat pul vəsaitinin alınıb ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs etibarından suiistifadə və aldatma yolu ilə mənə xarici ölkələrdən “Apple İphone 14 pro” markalı mobil telefonları gətirib ucuz qiymətə satmaq barədə yalan vədlər verməklə 14300 (on dörd min üç yüz) manat pulunu alaraq ələ keçirmiş və beləliklə də ona qarşı dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxsn törətdiyi bu cinayət əməli nəticəsində ona 14300 (on dörd min üç yüz) manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxsn barəsində başlanılmış cinayət işi baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu 14300 (on dörd min üç yüz) manat maddi zərəri ondan özünə qaytarmasını tələb edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki iddia vermiş, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 34247,33 (otuz dörd min iki yüz qırx yeddi manat 33 qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində məhkəməyədək icraatı aparılmış ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq edərək onun və digər vətəndaşların xeyli miqdarda əmlakını talamışdır. Belə ki, Təqsirləndirilən şəxs, özünü işgüzar şəxs kimi ona tanıdaraq ondan “iPhone” markalı mobil telefonlar, “Apple” markalı qol saatları və “Macbook” markalı notbuklar götürüb satmaqla birlikdə gəlir əldə edəcəyinə inandırıb etibarından sui-istifadə etməklə aldatmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə ondan 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək olan müddət ərzində ünvan 4 ünvanda yerləşən “Asthetik Lab” klinikasının qarşısında hər bir 2724 manat 80 qəpik olmaqla ümumilikdə dəyəri 5449 manat 60 qəpik təşkil edən 02 ədəd “İPhone 14 X20 256” markalı, hər biri 2469 manat 35 qəpik olmaqla ümumilikdə dəyəri 4938 manat 70 qəpik təşkil edən 02 ədəd “İPhone 14 Pro 256” markalı mobil telefonları, 04 aprel 2023-cü il tarixdə həmin ünvanın qarşısında hər biri 2724 manat 80 qəpik olmaqla ümumilikdə 8174 manat 40 qəpik dəyərində 03 ədəd ‘İPhone 14 Pro Max 256” markalı, 01 ədəd 2639 manat 65 qəpik dəyərində “İPhone 14 Pro Max 128” markalı mobil telefonları, 06 aprel 2023-cü il tarixdə həmin ünvanın qarşısında 01 ədəd 2554 manat 50 qəpik dəyərində “İPhone 14 Pro Max 128” markalı, 01 ədəd 2384 manat 20 qəpik dəyərində “İPhone 14 Pro 128” markalı mobil telefonları, hər biri 1481 manat 61 qəpik olmaqla ümumilikdə 2963 manat 22 qəpik dəyərində 02 ədəd “X19 49mm” markalı saatları, 07 aprel 2023-cü il tarixdə həmin ünvanın qarşısında 01 ədəd 2469 manat 35 qəpik dəyərində “İPhone 14 Pro Max 256” markalı və 01 ədəd 2673 manat 71 qəpik dəyərində “İPhone 14 Pro 256” markalı mobil telefonları götürüb ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə 34247 manat 33 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və ona xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət onun barəsində başlanılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı şahid ifadələri, sənədlər, maddi və digər sübutlarla tam sübuta yetirilmişdir. xx.xx.2023 tarixdə o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq prosesində Təqsirləndirilən şəxs həmin əmələ görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə ittiham elan edilərək o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və iş yekunlaşdırılaraq ittiham aktı ilə məhkəməyə göndərilmiş, hazırda məhkəmə baxışındadır. Daha sonra iş üzrə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı pul tələbi barədə mülki iddia vermiş, cavabdeh Təqsirləndirilən şəxs cəmi 20822 (iyirmi min səkkiz yüz iyirmi iki) manat məbləğində pulun alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, bu adam onun pulunu alıb qaytarmır, o, pulunu tələb edir. Onu mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınması barədə qərar qəbul edilməsini, cavabdeh Təqsirləndirilən şəxs 20670 (iyirmi min altı yüz yetmiş) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 152 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Daha sonra iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulnuş maddi zərərin ödənilməsi tələbi barədə mülki iddia vermiş, 4200 (dörd min iki yüz) manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində məhkəməyədək icraatı aparılmış ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq edərək onun və digər vətəndaşların xeyli miqdarda əmlakını talamışdır. Belə ki, Təqsirləndirilən şəxs, özünü işgüzar şəxs kimi ona tanıdaraq ondan ümumilikdə 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət onun barəsində başlanılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı şahid ifadələri, sənədlər, maddi və digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından göründüyü kimi, zərərçəkmiş şəxs qismində ona dəymiş 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və həmin əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 mülki iddiaları tam təmin edilməlidir. Belə ki, istintaq zamanı və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə nəticəsində zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə həqiqətən də iddia ərizələrində qeyd olunan pul məbləğlərini ödəmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı iddia ərizələrində qeyd olunan məbləğlərlə bağlı borcunun olduğunu qismən etiraf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs 14300 (on dörd min üç yüz) manat pul, həmçinin ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumu, cəmi 14433 (on dörd min dörd yüz otuz üç) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs6, 34247,33 (otuz dörd min iki yüz qırx yeddi manat 33 qəpik) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs4, 20822 (iyirmi min səkkiz yüz iyirmi iki) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə müki iddianın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183-cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs2 mülki iddianı məhkəmə çıxışları başlandıqdan sonra xx.xx.2024cü il tarixdə vermişdir. Belə ki, CPM-nin 183.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianı nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəmə çıxışları başlandıqdan sonra verildiyindən qəbul edilməkdən imtina edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli «25 oktyabr 2024-cü il» tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia tələbi təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 14300 (on dörd min üç yüz) manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 133 (bir yüz otuz üç) manat, cəmi 14433 (on dörd min dörd yüz otuz üç) manat tutulub mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs6 ödənilsin. Mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia tələbi təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 34247,33 (otuz dörd min iki yüz qırx yeddi manat 33 qəpik) manat tutulub mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs4 ödənilsin. Mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia tələbi təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 20670 (iyirmi min altı yüz yetmiş) manat məbləğində pul və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 152 (bir yüz əlli iki) manat, cəmi 20822 (iyirmi min səkkiz yüz iyirmi iki) manat tutulub mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs3 ödənilsin. Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 təqdim etdiyi qəbzlər olan çıxarış, Zərərçəkmiş şəxs6 təqdim etdiyi qəbzlərin fotoşəkli olan çıxarış və Zərərçəkmiş şəxs5 təqdim etdiyi 10 ədəd qəbzlərin çıxarışları iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-309/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-309/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver