Məhkəmə qərarları › İş №1(006)-309/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-309/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-309/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Xətai ərazi dairəsi, Qaçaq Kərəm kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3aşayış kompleksi, blok A, mənzil 86 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 01 avqust 2024-cü il tarixdə saat 20 radələrində istintaqa məlum olmayan tanışı X6 ilə birlikdə ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən kafedə olarkən nalayiq ifadələr işlətmələri səbəbindən digər masada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs haqlı iradını cüzi səbəb kimi bəhanə gəlirib Amid Əhmədov və sonradan kafeyə daxil olan digər tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında kafedə müştərilərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə ilkin olaraq o, Zərərçəkmiş şəxs zor tətbiq edib xuliqanlıq niyyətilə sifət nahiyəsindən qəsdən yumruq zərbələri vurmaqla alt çənə sümüyünün sağ mental və sol oynaq çıxıntısının ikili yerdəyişmiş sınıqları ilə müşayiət olunan çənə nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra Amid Əhmədov və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vuraraq sonuncuya zor tətbiq olunması ilə müşayiət edilən fiziki ağrı yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 01 avqust 2024-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən ünvan 5 ünvanda yerləşən kafedə olarkən tanışları Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan X1 müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdiklərini görüb Təqsirləndirilən şəxs1 və Amid Əhmədov ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə ilkin olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq edib xuliqanlıq niyyətilə sonuncunun sifət nahiyəsindən qəsdən yumruq zərbələri vurmaqla alt çənə sümüyünün sağ mental və sol oynaq çıxıntısının ikili yerdəyişmiş sınıqları ilə müşayiət olunan çənə nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra o, Amid Əhmədovla birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri vuraraq sonuncuya zor tətbiq olunması ilə müşayiət ədilən fiziki ağrı yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə işdən çıxmış, saat 19:00 radələrində Qurban və İsmayıl adlı iş yoldaşları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən kafeyə getmişdir. Kafedə olarkən təsadüfən Amid adlı tanışını görmüşdür. Amid də onlarla birlikdə oturub söhbət etmişdir. Amid hündürdən danışdığı üçün obyektin sahibi buna görə 1-2 dəfə ona iradını bildirmişdir. Təxminən 7-8 dəqiqədən sonra yan masada əyləşən zərərçəkmiş şəxs söyüş işlədərək bir az yavaş danışmaqlarını bildirmişdir. Amid zərər çəkmiş şəxsdən kiminlə olduğunu soruşanda sonuncu yenə söyüş işlədərək ona dediyini bildirmişdir. Onların masasında əyləşən tanışları ayağa qalxanda o, özünü qabağa verərək onların zərər çəkmiş şəxsin əyləşdiyi masaya tərəf getmələrinə mane olmuşdur ki, dava düşməsin. Həmin vaxt zərər çəkmiş şəxsin yanında başqa bir oğlan da olmuşdur. Qurban adlı tanışı zərər çəkmiş şəxsin yanındakı oğlana atası yaşda kişi ilə nə üçün söyüşlə danışdığını irad tutmuş, həmin oğlan da zərər çəkmiş şəxsi əli ilə göstərərək onun söyüş söydüyünü bildirmişdir. Bu zaman o, zərər çəkmiş şəxsə söyüş söydüyünə görə iradını bildirmiş, zərər çəkmiş şəxs isə masadan qalxaraq onun üstünə gəlmişdir. O da zərər çəkmiş şəxsin çənəsindən vurmuşdur. Zərərçəkmiş şəxs duruxub qalmış, heç nə etməmişdir. Bundan sonra o, Amidi çölə çıxartmış və dava düşməsinin qarşısını almışdır. Daha sonra Qurbana hesabı ödəməsini bildirmişdir ki, ödədikdən sonra oradan çıxıb getsinlər. Bu zaman o, zərərçəkmiş şəxsin yanındakı oğlanı çağırmış və onunla söhbət edərək bildirmişdir ki, o, yaşından utanaraq söyüş söydüklərinə görə onlara heç nə etməmişdir, amma belə eləmək olmaz, əgər içki içəndə özünü apara bilmirsə, belə adamlarla çölə çıxmasın. Daha sonra Amid zərərçəkmiş şəxsdən söyüş söyməsinin səbəbini soruşmaq üçün onun yanına getmək istəmiş, lakin o, Amidə mane olmuşdır. Bir qədər sonra Amid zərər çəkmiş şəxsin yanına getmiş, lakin o, Amidin getdiyini görməmişdir. O, kafenin çıxış qapısının yanında Qurban, İsmayıl və zərər çəkmiş şəxsin yanında oturan cavan oğlanla söhbət etmişdir. Bu zaman zərər çəkmiş şəxsin Amidə kəllə vurduğunu və dalaşdıqlarını görmüş, tez onların yanına qaçaraq onları ayırmağa çalışmış, Amidi kənara çəkmiş, zərər çəkmiş şəxs onun üstünə gələn zaman onun boynundan vuraraq divana otuzdurmuşdur. Bundan sonra Amidi qucağına alıb oradan çıxartmış, daha sonra isə çıxıb getmişlər. O, dava zamanı hər hansı bir söyüş söyməmiş, həmçinin Şamili həmin vaxt orada görməmiş və Şamilin zərər çəkmiş şəxsi vurmasının şahidi olmamışdır. Daha sonra xəstə olmasını və əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə axşam saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən və anası Şahid4 işlətdiyi kafedə olmuşdur. Belə ki, o, anasına kömək məqsədilə həmin kafedə nəzarət işləri görmüşdür. Bir müddət sonra kafedə tanıdığı Cəlil və Amid adlı şəxslərlə adını sonradan bildiyi Amil adlı şəxs arasında mübahisə başlamışdır. Hadisə baş verən vaxt o, içəridə istirahət etdiyi üçün mübahisənin necə başlamasını görməmişdir. O gələndə Cəlil və Amilin dalaşdığını görmüş və onları ayırmağa çalışmışdır. Cəlil ona Amil adlı şəxsin özündən böyüklərə hörmət elmədiyini və əl qaldırdığını dedikdə o, əsəbləşmiş və Amilin üzərinə gedib sonuncunu başının yuxarı hissəsindən və bədəninin müxtəlif nahiyələrindən yumruqla vurmağa başlamışdır. Həmin vaxt kafedə işləyən qadın ofisiantlar onu ayırmağa çalışsalar da, buna nail ola bilməmişlər və orada adını sonradan bildiyi Urfan adlı şəxs gəlib onu tutaraq kənara aparmışdır. Həmin vaxt Cəlil, Amid və yanında olan şəxslər kafedən çıxıb getmişlər. Amil adlı şəxs isə Urfan adlı şəxslə kafeni tərk edib getmişlər. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Amilin çənəsindən yumruqla o vurmamışdır. Amil adlı şəxsi o, Cəlil və Amiddən başqa vuran olmamışdır. Daha sonra ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə əvvəldən tanıdığı dostu Urfanla birlikdə pivə içmək qərarına gəlmişlər. Saat təxminən 19 radələrində o, işdən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi dairəsi yaxınlığında Urfanla görüşmüşdür. Daha sonra Urfanla birlikdə adını bilmədiyi ünvan 5 ünvanda yerləşən kafeyə getmişlər. Kafedə o, pivə, Urfan isə çay sifariş edib içməyə başlamışlar. Həmin vaxt kafedə onlardan başqa da müştərilər olmuşdur. Daha sonra həmin kafeyə əvvəldən tanımadığı 4 nəfər şəxs gələrək qarşılarında oturmuşlar. Həmin şəxslər pivə sifariş edib içməyə başlamışlar. Həmin şəxslərin adının Cəlil, Qurban, İsmayıl və Amid olduğunu sonradan öyrənmişdir. Bir müddət sonra Urfan atasını işdən götürüb evə aparmaq üçün kafedən çıxıb getmiş və o, kafedə masa arxasında tək qalmışdır. Bir neçə dəqiqə sonra həmin adlarını qeyd etdiyi şəxslərdən ikisi ünvansız küçə söyüşləri söyməyə başladıqda, kafeni işlədən adını bilmədiyi xanım onlara sakitləşməyini bildirərək, irad tutmuşdur. Lakin həmin şəxslər buna məhəl qoymadıqda o, həmin şəxslərə öz iradını bildirmişdir. Bu zaman həmin şəxslər onun iradına da məhəl qoymamışlar və onlardan ikisi, Cəlil və Amid adlı şəxslər masadan qalxaraq onun üzərinə gəlmişlər. Orada Cəlil və Amid adlı şəxslər onun ünvanına nalayiq ifadə işlədərək Cəlil adlı şəxs qəfildən onun üz nahiyəsinə sərt şəkildə yumruqla zərbə endirmişdir. Bundan sonra Cəlil və Amid adlı şəxslər kafedən çıxmışlar. Bir neçə dəqiqədən sonra Amid adlı şəxs əlində bıçaqla onun üstünə gəlmiş, o da Amid adlı şəxsə kəllə atmışdır. Bu zaman Cəlil adlı şəxs onlara tərəf gələrək onun boynundan yumruqla vurmuş və o, zərbənin təsirindən divana yıxılmışdır. Bundan sonra Şamil adlı şəxs ona tərəf gələrək onun üzündən və bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Orada olan qadın ofisiant işçilər Şamili ondan aralamağa çalışmışlar, lakin gücləri çatmamışdır. O isə oturacaqda oturub əyilmiş vəziyyətdə Şamildən özünü qorumağa çalışmışdır. Ondan sonra orada olan şəxslər Şamili tutaraq ondan aralamışdır. Daha sonra Cəlil, Amid, Şamil adlı şəxslər oradan çıxıb getmişlər. O isə ağzından qan gəldiyi üçün üzünü yumuş, sonra isə oradan çıxıb getmişdir. Evdə olarkən ağrıları başlamış və buna görə xəstəxanaya müraciət etmişdir. Hadisə 5-10 dəqiqə davam etmişdir, hadisə vaxtı orada ifadəsində adlarını qeyd etdiyi şəxslərdən başqa kafedə olan tanımadığı başqa şəxslər olmuşdur. Hadisə vaxtı onu Amid, Şamil və Cəlil adlı şəxslərdən başqa vuran olmamışdır. Qurban və İsmayıl adlı şəxslər onu vurmamışlar. Hadisə nəticəsində xəsarət almış və müalicələrə görə ona 2500 manat ziyan dəymişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etdiyini, sonuncu tərəfindən ona dəymiş zərərdən 1000 manat hissənin bir ay ərzində ödəniləcəyi ilə bağlı aralarında razılığa gəldiklərini, bu səbəbdən də ondan şikayətçi olmadığını, Təqsirləndirilən şəxs1 isə şikayətçi olduğunu bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, Biləsuvar rayonunda xəstəxanada yatmış, 2024-cü ilin avqust ayının əvvəllərində Bakı şəhərinə gəldikdə oğlu Amilin vəziyyətinin pis olduğunu, normal danışa bilmədiyini görmüş, Amildən nə baş verməsini soruşduqda sonuncu ona yıxıldığını bildirmişdir. Onu müayinə olunması üçün xəstəxanaya göndərmiş və məlum olmuşdur ki, Amilin çənəsi sınmışdır. Bundan sonra Amil ona 01 avqust 2024-cü il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən adını bilmədiyi kafelərdən birində 3 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Bundan sonra o, Amili döyən şəxslərə zəng etmiş və razılığa gəlməklərini təklif etmişdir. Lakin onlar heç bir kömək göstərməmiş, o da Amili 1 saylı X8 gətirmiş, həmçinin hadisə ilə bağlı polisə məlumat vermişdir. Amilin çənəsi əməliyyat olunmuş və təxminən 10 gün müddətində Amil həmin xəstəxanada qalmışdır. Müalicə zamanı onun 2500 manata yaxın xərc çıxmışdır. Hadisə baş verən zaman o, orada iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ildən 2024-cü ilin sentyabr ayına qədər Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən kafeni işlətmişdir. Həmin kafenin işlədilməsində oğlu Təqsirləndirilən şəxs2 da ona kömək etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində kafeyə iki nəfər şəxs daxil olmuşdur. Həmin şəxslərdən biri onların daimi müştərisi olan Urfan adlı şəxs, onun yanındakı şəxsin adı isə Amil olmuşdur. Onlar masalardan birində əyləşərək pivə içməyə başlamışlar. Daha sonra Cəlil kimi tanıdığı şəxs üç nəfər tanışı ilə gələrək digər masada əyləşmişlər. Onlar da kafedə pivə içmişlər. Bir qədər keçdikdən sonra Cəlilgil ucadan danışdıqları üçün o, digər müştərilər narahat olmasın deyə onlara iradını bildirərək astadan danışmaqlarını xahiş etmişdir. Bir qədər keçdikdən sonra Amil adlı şəxs qeyri-etik ifadə işlədərək Cəlilgilə sakit olmalarını bildirmişdir. Bu zaman Cəlilgilin masasında əyləşənlər ayağa qalxmış və Cəlil Amilə nə üçün atası yaşda kişiyə qarşı belə bir söz işlətdiyini irad bildirmişdir. Elə bu səbəbdən tərəflər arasında mübahisə başlamış və Cəlil Amili vurmuşdur. Bu zaman o və kafedə işləyən qızlar araya girərək davanı sakitləşdirməyə çalışmışlar. Bundan sonra Cəlil Amid adlı şəxsi kafedən çıxartmışdır. Hadisə baş verən vaxt oğlu Təqsirləndirilən şəxs2 içəri otaqda yatmışdır. Şamil otaqdan çıxan vaxt Amid onu yanına çağırmış və onunla söhbət etmişdir. Bundan sonra Şamil kafeyə daxil olaraq Amil adlı şəxsin üstünə gəlmiş və onu itələmişdir. Həmin vaxt Urfan Amilə özünü apara bilmədiyini bildirərək kafedən çıxıb getmişdir. Şamilə mübahisənin guya ona görə baş verdiyi, masada oturanların ona söz atdıqları bildirilmiş, Şamil bu səbəbdən Amil ilə dava etmişdir. Lakin o, Şamilə hadisənin ona görə baş vermədiyini bildirmiş və Şamil ilə Amili aralamışdır. Bundan sonra Amil Şamilə bildirmişdir ki, dava Cəlilgil ona qarşı söyüş işlətdikləri üçün düşmüşdür. Bundan sonra Şamil Amili vurduğu üçün ondan üzr istəmiş və birlikdə oturub çay içmişlər. O, kafedən çıxanda Amidin çöldə gözlədiyini görmüş və dava düşməsin deyə Amili arxa qapıdan çıxardaraq metroya qədər yola salmışdır. Hadisə vaxtı kafedə Urfan, Amil, Cəlil, Amid, Cəlilgilin masasında əyləşən Qurban və İsmayıl adlı şəxslərdən və kafenin işçilərindən başqa heç kim olmamışdır. Hadisədən sonra Amil ondan Cəlilin telefon nömrəsini istəmiş, o, nə üçün istədiyini soruşduqda Amil atasının istədiyini bildirmişdir. O, bir gün sonra Cəlili görmüş və Amilin onun telefon nömrəsini istədiyini bildirmiş, Cəlil də nömrəsini deyərək Amilə verməsinə etiraz etmədiyini bildirmişdir. Təxminən 1-2 ay keçdikdən sonra Şamil ona bildirmişdir ki, onu polis idarəsinə çağırırlar. O özü Nəsimi Rayon Polis İdarəsinə zəng edərək oğlunu nə üçün çağırdıqlarını soruşanda ona həmin davaya görə olduğunu bildirmişlər. Həmin vaxta qədər o, zərərçəkmiş şəxsin Şamildən şikayətçi olduğunu bilməmişdir, çünki Amil onunla danışanda Şamilə qarşı şikayətinin olmadığını bildirmişdir. O, zərərçəkmiş şəxsə oğlunun körpə uşağı olduğunu, dəymiş zərərdən oğlunun payına düşən 1/3 hissəni ödəməyə hazır olduğunu bildirərək, ona qarşı şikayətini geri götürməsini xahiş etmiş, zərərçəkmiş şəxs, daha doğrusu onun atası isə Rusiyaya qaçıb getmiş Amid adlı şəxsi tapıb gətirməsini ondan tələb etmişdir. O, zərərçəkmiş şəxsin özü ilə danışa bilməmişdir, çünki onlarla əlaqəyə hər zaman zərərçəkmiş şəxsin atası çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Sadiq oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dostdurlar. 01 avqust 2024-cü il tarixdə günorta saat 3-4 radələrində Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində görüşüb Cavadxan küçəsində yerləşən adını bilmədiyi kafeyə getmişlər ki, orada çay və pivə içsinlər. Kafeyə gəldikdən sonra masa arxasında oturmuşlar və Amil özünə pivə sifariş vermiş, o isə çay sifariş vermişdir. Bir neçə dəqiqə sonra yanlarındakı masaya tanımadığı 4 nəfər şəxs gəlib əyləşmişdir. 2-3 saatdan sonra o, kafedən çıxıb getmiş, bir neçə saatdan sonra isə Amil ona zəng edərək kafedə dava etdiyini bildirmişdir. O, kafeyə qayıtmış və gələndə dava artıq bitdiyi üçün davanın şahidi olmamışdır. O, kafeyə qayıdanda orada Amildən və kafenin işçilərindən başqa heç kim olmamışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X2 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun iş yoldaşı olmuşdur, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. 01 avqust 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 və digər iş yoldaşı Qurbanla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən kafeyə pivə içməyə yola düşmüşlər. Kafenin qarşısına çatdıqda orada Təqsirləndirilən şəxs1 Amid adlı tanışı da onlara qoşulmuş və onlar dördü birlikdə kafeyə daxil olaraq pivə içməyə başlamışlar. Həmin vaxt yanlarında başqa masada 2 nəfər şəxs oturmuş və həmin şəxslərdən adını sonradan bildiyi Amil adlı şəxs pivə içmişdir. Bir neçə dəqiqə sonra Amil adlı şəxsin yanında olan oğlan harasa getmişdir. Onların masalarında oturan Amid adlı şəxs uca səslə ünvansız söyüş söydüyünə görə əvvəlcə kafeni işlədən qadın irad bildirmiş, sonra isə Amil adlı şəxs kobud formada Amid adlı şəxsə iradını bildirdikdə bu, Amid adlı şəxsin xoşuna getməmiş və sonuncu ayağa durub Amil adlı şəxsin üzərinə getmiş və sonuncunu itələmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 onları sakitləşdirməyə çalışdıqda Amil adlı şəxsin hərəkətlərindən əsəbiləşərək yumruqla Amil adlı şəxsin sifətindən vurmuş və həmin vaxt Amid, Cəlil və tanımadığı başqa şəxs Amil adlı şəxslə dalaşmağa başlamışlar, həmin vaxt o və Qurban hesabı ödəyib kafedən çölə çıxmışlar və oradan uzaqlaşmışlar. Bundan sonra nə baş verməsindən onun məlumatı yoxdur. Hadisə vaxtı onu vuran olmamışdır. Kafedə olarkən Amid adlı şəxs uca səslə ünvansız söyüş söydüyünə görə Amil adlı şəxs kobud formada irad bildirmiş və mübahisə bu səbəbdən başlamışdır, ilk öncə Amid adlı şəxs Amil adlı şəxsi itələmiş, sonra Təqsirləndirilən şəxs1 Amil adlı şəxsi yumruqla vurmuş və orada Amid, Cəlil və tanımadığı başqa şəxs Amil adlı şəxslə dalaşmağa başladıqda o və Qurban kafedən çölə çıxmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (l cild, i.v.1); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v.67); - “Axtarış elan edilməsi haqqında” və “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuş və o tutulanadək iş üzrə icraat dayandırılmışdır (l cild, i.v.68, 70); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan və “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (l cild, i.v.75-76); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.1 -ci maddələrinə tövsif edilmişdir (l cild, i.v.103-104); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (l cild, i.v.106-107); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-713/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 13:00-dan hesablanmışdır (İ cild, i.v.123-126); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-148/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün, yəni 02 aprel 2025-ci il tarixədək uzadılmışdır (ll cild, i.v.20-23); - “İttiham elan etmək üçün şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və saxlanılaraq Nəsimi RPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır (İ cild, i.v.133); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 13:30-da 19-cu PŞ-nə gətirilmişdir (İ cild, i.v.138); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (İ cild, i.v.157-158); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-60/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:30-dan hesablanmışdır (İ cild, i.v.177- 179); - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından X6 barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (İ cild, i.v.231-232); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir (İ cild, i.v.236); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-149/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün, yəni 27 mart 2025-ci il tarixədək uzadılmışdır (ll cild, i.v.24-23); - “Hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən kafedir (İ cild, i.v.10-12); - “Üzləşdirmə aparmaq haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.101-102); - “Üzləşdirmə aparmaq haqqında" xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.184-185); - “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani göstərmişdir (l cild, i.v.195-197); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2024-cü il tarixli, 1076 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - alt çənə sümüyünün sağ mental və sol oynaq çıxıntısının ikili yerdəyişmiş sınıqları ilə müşayiət olunan çənə nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər (İ cild, i.v.24-26); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona xx.xx.2024-cü il tarixində Binəqədi Rayon Məhkəməsinin hökmü ilə bəraət verilmişdir (İ cild, i.v.127-128); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.186-187); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, uşaq yaşlarında appendoektomiya cərrahi əməliyyat olunduğunu, 2008-ci ildə avtoqəzada sağ saidin ön səthində kəsilmiş yarasına görə cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Müayinə nəticəsində ona “Keçirilmiş appendoektomiya cərrahi əməliyyat (Anamnezində)” diaqnozu qoyulmuşdur. Sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir. Təcridxanada saxlandığı dövrdə müayinələrə cəlb olunmuş, R-müayinədə ağ ciyərlərdə patoloji kölgəliklər aşkar edilməmişdir. Həkim-oftalmoloqun konsultasiyası olmuş, “OD-A/b qlaukoma 2A, OS-A/b qlaukoma 4B” diaqnozu qoyulmuşdur və OD STEK əməliyyatı məsləhət görülmüşdür. Sağ daban sümüyünün sınığına görə Tibb-sanitar hissəsində stasionar müalicədə olmuşdur. Həkim nəzarətindədir, gələcəkdə STEK əməliyyatının aparılması gözlənilir; - 1 nömrəli Uşaq Poliklinikasından verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü Dəniz Hüseyn-Zahir Şamil qızı (ünvan: Yasamal rayonu Zərgərpalan küçəsi 133) Nəsimi rayonu 1 nömrəli Uşaq Poliklinikasında qeydiyyatdadır və hal-hazırda sağlamdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya, həmin Məcəllənin 127.2.3-cü maddəsi ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, həmin Məcəllənin 221.2.1-ci maddəsi bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə görə məsuliyyət yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, Şahid1 Sadiq oğlunun məhkəmə istintaqında davanı görməməsi bağlı verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şahid1 Sadiq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda Kooperasiya Universitetində təhsil alır, həmçinin 2024-cü ilin noyabr ayına kimi Chevrolet Cobalt markalı avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs uşaq yaşlarından tanıyır, sonuncu ilə dostdurlar, münasibətləri həmişə yaxşı olmuşdur. 01 avqust 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində görüşüb Cavadxan küçəsində yerləşən adını bilmədiyi kafeyə getmişlər ki, orada çay və pivə içsinlər. Kafeyə gəldikdən sonra masa arxasında oturmuşlar və Amil özünə pivə sifariş vermiş, o isə çay sifariş vermişdir. Bir neçə dəqiqə sonra yanlarındakı masaya 4 nəfər şəxs gəlib əyləşmiş və səhv etmirsə pivə sifariş verib pivə içməyə başlamışlar. Həmin şəxslərin adlarının sonradan Cəlil, Qurban, Amid və İsmayıl olduğunu bilmiş, həmin şəxsləri əvvəlcədən tanımamış və onları heç vaxt görməmişdir. Təxminən saat 19:30-da o, atasını işdən götürüb evə aparmaq üçün kafedən çıxmış, Amil isə oturub pivə içmişdir. O, təxminən 40 dəqiqə ərzində atasını işdən evə düşürüb təkrar kafeyə Amilin yanına qayıdan zaman kafeni işlədən adını bilmədiyi qadın ona zəng vurub dostunun dava etdiyini, tez gəlməyini xahiş etmişdir. O da tez bir zamanda kafenin yanına gəlmiş və avtomobildən düşüb kafeyə daxil olduqda görmüşdür ki, Cəlil və Amid adlı şəxsləri kənara aparırlar, Şamil adlı şəxs isə oturacaqda olan dostu Amili yumruqla vurur, digər şəxslər isə, yəni qadın cinsli şəxslər Şamili aralamağa çalışır. O, tez Şamilə yaxınlaşıb onu Amildən aralamış və Amili təkrar vurmağa qoymamışdır. Bundan sonra kafedə Amil su ilə əl-üzünü yumuş, ağzını yaxalamış və onlar kafedə hesabı ödəyib çıxıb getmişlər. Həmin vaxt Cəlil və digər şəxslər çıxıb getmişlər. Amil ilə danışarkən ona bildirmişdir ki, o, getdikdən sonra yanlarında olan masada oturan Cəlil və Amid adlı şəxslər nalayiq ifadələr işlətdiyi üçün onlara iradını bildirmiş, bununla bağlı aralarında mübahisə yarandıqda ilk öncə Cəlil adlı şəxs qəfildən yumruqla onun sifətindən vurmuş, Amid və sonradan onlara qoşulan Şamil adlı şəxs isə onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşlar. Sonradan Amilin xəstəxanaya müraciət etməsini və orada çənə sümüyünün sındığının müəyyən olunmasını öyrənmişdir. O, kafeyə gəldikdə orada kənar şəxslər Cəlil və Amidi kənara aparmışlar, dostu Amil oturacaqda əyilmiş vəziyyətdə olmuş və Şamil Amili yumruqla bədənindən və başının yuxarı hissəsindən vurmuş, həmin vaxt kafedə işləyən qızlar Şamili aralamağa çalışsalar da, gücləri çatmamış və buna görə o, müdaxilə edib Şamili Amildən aralamışdır. Həmin vaxt Amilin ağzından qan gəlmişdir. Kafedə kənar şəxslər olmuş, onların heç birini tanımır. Cəlil və Amidi aralayan şəxsləri də tanımır. Məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş Şahid1 Sadiq oğlunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun əməlini qismən etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini və xəstə olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 13 dekabr 2024-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 08 (səkkiz) ay 12 (on iki) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 36 saata görə 396 (üç yüz doxsan altı) manat olmaqla, ümumi 44 saata görə cəmi 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirak etdiyi məhkəmə iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı qəbul edilməmişdən əvvəl keçirildiyindən onun sərf etdiyi hər saata görə 6 manat əmək haqqı verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmə hazırlıq iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək, yəni 08 (səkkiz) ay 12 (on iki) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 44 (qıra dörd) saata görə 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə hazırlıq iclasında iştirak etdiyi 08 (səkkiz) saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar