Məhkəmə qərarları › İş №1(006)-31/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-31/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-31/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin hüquqi X5 varisi: Zərər çəkmiş şəxsin hüquqi “Pro Bono” Vəkil bürosunun vəkili varisinin nümayəndəsi: Nümayəndə Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, natamam ali təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, X13 Naxçıvani küçəsi, ev 15, mənzil 21-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə, saat 22:14-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanla üzü ünvan 2 Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin birinci bəndinin (nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər) tələbini pozaraq yaşayış məntəqəsində avtomobilini 77 km/saat sürətlə hərəkət etdirib bu Qanunun 54-cü maddəsinin İİ hissəsinin (əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər) tələbinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkanı olduğu təqdirdə, buna əməl etməmiş və həmin vaxt avtomobil yolunu soldan sağa keçən piyadalar X6 və Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Mehriban Tağıyevanın soldan orta körpücük xətt üzrə V-Vİİ qabırğaların sınıqları, sol ağciyərin, qaraciyərin, sol böyrəyin travmatik cırılması və daxili qanaxma, sol bazu sümüyünün açıq yerdəyişmiş, sağ baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ budun və sağ baldırın sıyrıqları, döş qəfəsinin sağ yarısının, qarın nahiyəsinin, sol budun, sol baldırın qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin, qaraciyərin, sol böyrəyin cırılması, sol tərəfli qabırğaların sol bazu və sağ baldır sümüklərinin sınıqları nəticəsində inkişaf edən travmatikhemorragik şok nəticəsində onun ölməsinə, Zərərçəkmiş şəxs isə arxa aşağı hissəsinin və çanağının əzilməsi, sol qasıq, oturaq sümüklərinin yerdəyişmiş sınıqları, omba sümüyündə solda az yerdəyişmiş sınıqları, alın, sol əlin sıyrılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 14 aprel 2023-cü il tarixdə, saat 22:00 radələrində idarə etdiyi “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostunun yaşadığı evdən çıxmış, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindən Səməd Vurğun küçəsinə daxil olmuşdur. Təxminən 75-77 km/saat sürətlə yolun orta hissə ilə hərəkət etmiş, “Göy məsci”də çatmamış piyada zolağının qarşısında markasını xatırlamadığı avtomobil dayanıb piyadalara yol vermişdir. O da hərəkət zolağını dəyişib yolun soluna çıxmaq istəyəndə qarşısındakı avtomobilin önündən iki nəfər qadının yolu keçdiyini görüb anidən əyləci sıxsa da, avtomobili saxlaya bilməyib piyada zolağının üstündə onları vurmuşdur. Dərhal avtomobildən düşmüş və vurduğu qadınlardan birinin yolun solunda olan yaşıllıq zolaqda, digərinin isə yolun asfalt hissəsində uzandığını görmüşdür. O, dərhal yaxınlıqda olan şəxslərin köməyi ilə həmin qadınlardan birini öz avtomobilinə, digərini isə hadisə yerində olan başqa avtomobilə qoyaraq 3 saylı X14 aparmışdır. Orada həkimlər artıq qadının birinin aldığı xəsarətlərdən öldüyünü, digərinin isə vəziyyətinin ağır olduğunu bildirmişlər. Sonradan ölən qadının X6, ağır xəsarət alan qadının isə Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Mehriban Tağıyevanın hüquqi varisi ilə barışıq əldə olunması üçün dəfələrlə cəhdlər göstərib 50 min manat pul təklif etsə də, sonuncu ilkin mərhələdə bununla razılaşmayıb həmin məbləğdən bir neçə qat artıq vəsait istəmişdir. Lakin məhkəmənin son mərhələsində barışıq əldə olunmuş və hüquqi varisin ona qarşı şikayət və tələbi yoxdur. Eyni zamanda, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müalicəsi və digər xərclərlə bağlı 10.000 manat pul ödəsə də, sonuncu ondan 30 min manat pul istəyir ki, buna da onun imkanı yoxdur. Amma bu şəxsə də köməklik etməkdən boyun qaçırmır. İV kurs tələbəsi olmasını, atasının gözdən əlil olmasını nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X3 hüquqi varisi X9 bildirmişdir ki, Mehriban Tağıyeva onun anasıdır. Anası hadisə baş verən günə qədər Nəsimi rayonu 151 saylı orta məktəbdə ingilis dili müəlliməsi kimi işləmişdir. 14 aprel 2023-cü il tarixdə anası iş yoldaşları ilə Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Əncir” restoranında iftar süfrəsinə getmişdir. Təxminən saat 23 radələrində anasının mobil telefonuna zəng edib onunla danışmaq istəsə də, sonradan zəngə cavab verən bir kişi anasının yıxılaraq ayağını əzildiyini və onun X14 gəlməyini bildirmişdir. O da dərhal bu barədə qohumlarına məlumat verib həmin xəstəxanaya getmişlər. Xəstəxanaya gəldikdə isə orada ona anasının iş yoldaşı ilə birlikdə yolu keçərkən avtomobillə vurulduqlarını və hadisə nəticəsində anasının xəstəxanada vəfat etdiyini bildirmişlər. Təqsirləndirilən şəxsin qohumları tərəfindən vurulmuş zərər kimi 50 min manat pul təklif olunur, lakin o, bununla razı deyil. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, 14 aprel 2023-cü il tarixdə axşam saatlarında o, iş yoldaşı X6 və digərləri ilə birlikdə “Göy məsci” tərəfdə yerləşən “Əncir” adlı restorana iftar məclisinə getmişlər. Saat 22 radələrində məclisdən Mehribanla birlikdə çıxıb yaşadıqları evə qayıdarkən Nəsimi rayonu, Səməd Vurğun küçəsində “Göy məsci”din yanında olan piyada keçidi ilə yolu sol istiqamətdən sağ istiqamətə keçməyə başlamışlar. Həmin vaxt avtomobil yolunun ortasına çatanda qəfildən sol tərəfdən avtomobil onu və Mehribanı vurmuş və o, bir neçə metr aralıya tullanaraq yıxılıb huşunu itirmişdir. Ayıldıqda isə artıq xəstəxanada olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona 10.000 manat məbləğində maddi köməklik göstərilsə də, hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, 14 aprel 2023-cü il tarixdə “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X6 və Zərərçəkmiş şəxs vurulduğu yer ünvan 1 ünvandır, həmin yerdə yol düz olmaqla asfalt-betondur, , 06 ədəd hərəkət zolağı var, yol örtüyünün eni 20 metr, hərəkət zolaqları 1,5 üfuqi xətlərlə bölünmüş, avtomobil yolu şəhər elektrik işıqları ilə işıqlandırılır. Hadisə zamanı “Mercedes- Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil S.Vurğun küçəsi ilə Bakıxanov küçəsi istiqamətində hərəkətdə olmuş, piyadalar avtomobil yolunu piyada keçidi ilə yolun solundan sağına keçən zaman vurulmuş, hadisə yerində 30 metr uzunluğunda tormoz izi var (cild İ, i.v.04-09); • “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən TŞ 3-104 saylı kamerada olan görüntüləri əks etdirən diskə baxış keçirilmişdir. Görüntüyə görə 14 aprel 2023-cü il tarixdə, saat 22:14-də iki qadın Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə avtomobil yolunu soldan sağ istiqamətə piyada keçidi ilə keçməyə başlayır, həmin vaxt qadınlar avtomobil yolunun orta hissəsinə çatıb yolu piyada keçidi ilə keçən zaman Səməd Vurğun küçəsi ilə “Mercedes-Benz ML” markalı avtomobil hərəkət edərək qarşısında avtomobil olduğunu görüb onun sürücüsü sola doğru manevr etməklə sürətlə piyada keçidinə daxil olur və bu həmin qadınları vurur. Qadınların hər ikisi avtomobildən bir neçə metr aralıya düşür və huşsuz vəziyyətdə qalır, “Mercedes-Benz ML” markalı avtomobilin sürücüsü isə avtomobili saxlayır və vurduğu piyadalara yaxınlaşmaqla ətrafda olan şəxslərə nə isə deyir (İ cild, i.v.37-38, disk); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin: - 14 may 2023-cü il tarixli, 61 saylı rəyinə əsasən X3 meyitində soldan orta körpücük xətt üzrə V-Vİİ qabırğaların sınıqları, sol ağciyərin, qaraciyərin, sol böyrəyin travmatik cırılması və daxili qanaxma, sol bazu sümüyünün açıq yerdəyişmiş, sağ baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ budun və sağ baldırın sıyrıqları, döş qəfəsinin sağ yarısının, qarın nahiyəsinin, sol budun, sol baldırın qançırları kimi xəsarətlər aşkar olunmuşdur. M.Y.Tağıyevanın meyitində aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, M.Y.Tağıyevanın ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2023-cü il tarixdə, saat 11:00-da başlamışdır) təxminən 12-18 saat əvvəl baş vermişdir. M.Y.Tağıyevanın ölümünə səbəb daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin, qaraciyərin, sol böyrəyin cırılması, sol tərəfli qabırğaların sol bazu və sağ baldır sümüklərinin sınıqları nəticəsində inkişaf edən travmatik-hemorragik şok olmuşdur. M.Y.Tağıyevanın meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild İ, i.v.53-57); - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “X15” PHŞ-yə müraciət edərkən ona “arxanın aşağı hissəsinin və çanağın əzilməsi, sol qasıq, oturaq sümüklərinin yerdəyişmiş sınıqları, oma sümüyündə solda az yerdəyişmiş sınıqları, alın, sol əlin sıyrılmış yaraları” kimi qoyulmuş diaqnozda olan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (cild İ, i.v.64-67); • İş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarının icrası ilə bağlı verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 18 dekabr 2023-cü il tarixli, 460/MEŞ saylı rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs arxanın aşağı hissəsinin və çanağın əzilməsi, sol qasıq, oturaq sümüklərinin yerdəyişmiş sınıqları, omba sümüyünün sol tərəfli az yedəyişmiş sınıqları, alnın və sol əlin sıyrılmış yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin cərrahi müdaxilə olunduqdan sonra sağlamlığa zərərvurma dərəcəsi dəyişməmiş və bu hal ümumi əmək qabiliyyətinin 1/3-dən az hissəsinin itirilməsi ilə əlaqədar olan sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirilir (cild İİ); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03 iyul 2023-cü il tarixli, 8/1736 saylı rəyinə görə “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İİ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq sürətlə idarə etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manatdır (cild İ, i.v.69-71); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən hadisəni özündə əks etdirən videogörüntülər olan bir ədəd disk və Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, bir ədəd diskin cinayət işi materiallarında saxlanılması, avtomobilin isə Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınmışdır (cild İ, i.v.72-82); • 12.03.2020-ci il tarixli, AE seriyalı, 824795 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir (cild İ, i.v.16); • AB 956577 saylı, xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında xx.xx.2030-cu ilədək Təqsirləndirilən şəxs verilmişdir (cild İ, i.v.16- 17); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İ, i.v.50); • X9 tərəfindən notariat qaydasında verilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, bununla əlaqədar ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbi olmayacaq (cild İİ); • 0001/AT00107059 saylı təhsil kartının surətinə əsasən Təqsirləndirilən şəxs Bakı Dövlət Universitetinin tələbəsidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən: • Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir (50-ci maddəsinin İ hissəsi); • Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər (54-cü maddəsinin İİ hissəsi). “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1- 1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda Cinayət-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmalıdır (17-ci bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə, saat 22:14-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanla üzü ünvan 2 Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin birinci bəndinin tələbini pozaraq yaşayış məntəqəsində avtomobilini 77 km/saat sürətlə hərəkət etdirib bu Qanunun 54-cü maddəsinin İİ hissəsinin tələbinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkanı olduğu təqdirdə, buna əməl etməmiş və həmin vaxt avtomobil yolunu soldan sağa keçən piyadalar X6 və Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Mehriban Tağıyevanın soldan orta körpücük xətt üzrə V-Vİİ qabırğaların sınıqları, sol ağciyərin, qaraciyərin, sol böyrəyin travmatik cırılması və daxili qanaxma, sol bazu sümüyünün açıq yerdəyişmiş, sağ baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ budun və sağ baldırın sıyrıqları, döş qəfəsinin sağ yarısının, qarın nahiyəsinin, sol budun, sol baldırın qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin, qaraciyərin, sol böyrəyin cırılması, sol tərəfli qabırğaların sol bazu və sağ baldır sümüklərinin sınıqları nəticəsində inkişaf edən travmatik-hemorragik şok nəticəsində onun ölməsinə, Zərərçəkmiş şəxs isə arxa aşağı hissəsinin və çanağının əzilməsi, sol qasıq, oturaq sümüklərinin yerdəyişmiş sınıqları, omba sümüyündə solda az yerdəyişmiş sınıqları, alın, sol əlin sıyrılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsini törətmiş və bununla da onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs olaraq zərər çəkmiş şəxs X3 hüquqi varisi ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə müvafiq olaraq onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-cı maddəsində zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır (21-ci bənd). Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti və onun tələbə olmasını, cəzanın yüngülləşdirən halların mövcudluğunu və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının aşağı həddlərinə uyğun cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə müvafiq olaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında, “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Təqsirləndirilən şəxs istifadəsində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında, “Mercedes-Benz ML” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar