Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-311/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,250 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin və 21-ci polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 noyabr 2024-cü il tarixdə saat 11:00-da Nəsimi rayonu, Tbilisi prospekti 50 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 10 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,137 qram, 0,162 qram, 0,061 qram, 0,081 qram, 0,069 qram, 0,227 qram, 0,127 qram, 0,094 qram və 0,214 qram olmaqla ümumi təmiz çəkisi 1,250 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən ara-bir istifadə edir. “Semaşko” adlı xəstəxanada qeydiyyatda olduğu üçün hər ay ora gedərək dərmanlarını götürür. Oktyabr ayının axırında Bakı şəhərinə qeyd etdiyi dərmanlarını götürmək üçün gəlmişdir. Onun qohumu Yasamal rayonunda kirayədə yaşayır və həmin vaxt o iki-üç gün qohumugildə qalmışdır. Noyabr ayının 1-dən 2-nə keçən gecə təxminən saat 03:30 radələrində qohumugildə olan zaman, bir nəfər onu yatdığı yerdən oyatmış və o da yuxudan ayılan zaman 3-4 nəfər tanımadığı şəxslərin onun yanında olduğunu görmüşdür. Həmin vaxt idman geyimində olmuş, ancaq asılqandan gödəkçəsini götürə bilmişdir. Həmin şəxslər onu və qohumunu evdən bayıra çıxarmışlar. Sonra polislər onları maşına mindirərək müxtəlif ünvanlara aparmış və oradan da bir neçə nəfəri götürdükdən sonra polis şöbəsinə aparmışlar. Polis şöbəsində onların anket məlumatları və məhkumluğu öyrənilmişdir. Polis şöbəsində onlara Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanacağını və etiraz etdikləri təqdirdə daha ağır maddə ilə ittiham olunacaqları bildirilmişdir. Bundan sonra onları baş idarəyə aprmışlar və orada sənədləşmə işləri aparılmış və o da müvafiq olaraq ona qarşı verilmiş ittihamla razı olmuşdur. Üzərində heç bir narkotik vasitə olmamışdır, videoçəkiliş aparılmazdan öncə polislər tərəfindən ittihamda göstərilən bükümlər ona verilmiş və o da onların dediyi formada cibindən çıxarıb təqdim etmişdir. İfadəsinin sonunda özünün və anasının xəstə olduğunu, himayəsində 6 (altı) uşağının olduğunu nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Siyasət” adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili X7 daxil edilmişdir. Beləliklə məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində Nəsimi rayonu Tbilisi prospekti 50 ünvanına yaxınlaşaraq orada özlərinə mövqe seçmişdirlər. Həmin gün saat 11:00-da bir nəfər şəxsin məlumatda təsvir edilən Təqsirləndirilən şəxs ilə eyni əlamətlərinin olmasını müşayət etdikdə dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişdirlər. Xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən anket məlumatlarını bildirməyini xahiş etmişdirlər. Bu zaman həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Nəsimi rayon Polis İdarəsinə dəvət etmişdirlər. Nəsimi RPİ-nin xidməti otaqlarının birində olan zaman Təqsirləndirilən şəxs təhqiqatçı Vüsal Əliyev tərəfindən hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs istəyi ilə ona müdafiəçi və tərcüməçi təqdim olunmuş və sonuncuya onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan idman şalvarının sağ yan cibindən içərisində 10 ədəd qızılı kağıza bükülmüş bükümlər olan 01 ədəd iri həcimli bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı Vüsal Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər barədə məlumat verməsi təklif edilmişdir. O da cavabında bildirmişdir ki, həmin bükümlərin hər birinin içərisində narkotik vasitə heroin vardır və o həmin narkotik vasitələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidən yalnız adını bildiyi “Əli” adlı şəxsdən 30 manat ödəniş qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən iştirakçılara təqdim olunan bükümlərin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürtiləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara nümayiş edilmiş, həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri möhürlənərək hər bir iştirakçı trəfındən imza edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili X7 şahid X4 ifadəsində göstərilənlərə uyğun ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v 39); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibindən içərisində 10 ədəd qızılı kağıza bükülmüş büküm olan şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələrin olması aşkar edilmişdir, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən idarəyə gətirilən və orada olan zaman heç bir zorakılığın olmadığını bildirir. Protokol iştirakçılar tərəfindən imzalanır (i.v.55-58); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2024-cü il tarixli, 6/5114 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs yazısı və imzalar olan zərfdəki 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,137 qram, 0,162 qram, 0,061 qram, 0,081 qram, 0,069 qram, 0,227 qram, 0,127 qram, 0,094 qram, 0,214 qram ümumi təmiz çəkisi 1,250 qram açıq qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanımış narkotik vasitə heroindir (i.v.71-73); - “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, təxminən 15 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Özü barədə onu qeyd etmək istəyir ki, o, “QİÇS” və hepotit xəstəliyindən əziyyət çəkir. xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən “Əli” adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manat ödəniş qarşılığında 10 bükümdə narkotik vasitə əldə etmişdir. Həmin gün saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olmalarını bildirmişdirlər. Bundan sonra polis əməkdaşları ondan anket məlumatlarını bildirməsini xahiş etmişdir. Bu zaman o, polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişdirlər. Nəsimi rayon Polis İdarəsində xidməti otaqların birində təhqiqatçı Vüsal Əliyev tərəfindən ona hüquqları izah edilmişdir. Bundan sonra o, ərizə ilə Nəsimi RPİ-nin rəhbərliyinə müraciət edrək maddi vəziyyətinin pis olması səbəbilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona vəkillərin siyahısı təqdim olunmuş, o, həmin siyahıdan istənilən vəkilin dəvət olunmasını istəməsini bildirmişdir. Bundan başqa o, ərizə ilə müraciət edərək orta məktəbi rus bölməsində oxuduğuna görə tərcüməçinin xidmətindən istifadə etmək istəməsini bildirmişdir. Bir müddət sonra tərcüməçi Camal müəllim və müdafiəçi Səfər müəllim Nəsimi RPİ-yə gəlmişdirlər. Bundan sonra üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı əyşa varsa könüllü olaraq təqdim etsin. Bu zaman o, etiraz etmiyərək səhər saatlarında əldə etmiş olduğu 01 ədəd böyük həcimli bükümə bükülmüş içərisində 10 ədəd balaca həcimli bükümlər olan bükümü əynində olan idman şalvarının sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bu zaman təhqiqatçı tərəfindən təqdim olunan büküm açılmış və həmin bükümün içərisində olan hər bir bükümə baxılmış və müəyyən edilmişdir ki, hər bir bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Bundan sonra təhqiqatçı tərəfindən təqdim olunan bükümlər barəsində məlumat verilməsi təklif edilmişdir. Bu zaman o, həqiqətləri danışmışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə baxılmış, lakin hər hansı başqa əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bükümlər ekspertizaya göndərilməsi məqsədi ilə zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra həmin zərf hər bir iştirakçı tərəfindən imzalanmışdır. Saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir qanunazidd hərəkətə yol verilmədiyini bildirmişdir (i.v.83-85, 96- 97); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli 7151 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.134-135); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-623/2024 saylı, xx.xx.2024-cü il tarxli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 107-110); - “Maddi sübut kimi tanımaq haqqında” 10 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,050 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v.114); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə 09 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə isə vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.117-118); - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşaqları vardır. (i.v.173); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi analoji cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 02 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,050 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 33 iş saatı üçün nəzərdə tutulan 303 (üç yüz üç) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 478, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, ilkin çəkisi 1,250 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,050 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 33 iş saatı üçün 303 (üç yüz üç) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-311/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-311/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver