Məhkəmə qərarları › İş №1(006)-313/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-313/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-313/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 övladı olan, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qərarı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 1500 manat cərimə və 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli qərarı ilə cəzasından 07 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, cərimə cəzası tam ödənilməmiş, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında tanışı Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Nizami rayonu ərazisində inşa edilən binalardan 2 ədəd 2 otaqlı mənzilin güzəştli şərtlərlə alınmasında kəməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 25 avqust 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu «Qara Qarayev» melrostansiyasının yanında Zərərçəkmiş şəxs1 qızı Əminə vasitəsilə göndərdiyi 3.000 manat, 04 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu, «Qara Qarayev» metrostansiyasının yanında 1.000 manat və 17 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən ‘'Kəngərli'“ kafesində 3.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 7.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, sosial şəbəkədə kirayə ev verilməsi ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayıb, sonuncuya özünü «BP» neft şirkətinin Bəxtiyar adlı işçisi kimi təqdim edərək xaricdən gələn ailə üçün kirayə ev lazım olduğunu bildirib görüş təyin etmiş. Zərərçəkmiş şəxs2lə sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sözügedən evdə görüşüb həmin evdə xaricdən gələn ailənin yaşayacağını və bunun üçün yeni mebel alınmalı olduğunu bildirib evin kirayə pulunun 1 ilini əvvəlcədən verəcəyini, həmçinin fərdi yaşayış evinə alınacaq olan mebellərin pulunun yarısının şirkət tərəfindən ödənilməklə sonda həmin mebellərin evdə qalacağına vəd verib aldatmaqla 06 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Kontakt Home" mağazasının qarşısında yeni mebel almaq adı ilə 3.000 manat pulunu alıb ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirinə məqsədilə 2020-ci ilin fevral ayında sosial şəbəkədə kirayə ev verilməsi ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb özünü «BP» neft şirkətinin Bəxtiyar adlı işçisi kimi təqdim edərək, souncuya xaricdən gələn ailə üçün kirayə ev lazım olduğunu bildirib kirayə verilməli olan Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsində yerləşən evdə görüşmüş, orada həmin evdə xaricdən gələn ailənin yaşayacağını və bunun üçün həmin evə yeni mebel alınmalı olduğunu bildirib. Zərərçəkmiş şəxs3 evin kirayə pulunun 1 ilini əvvəlcədən verəcəyini, həmçinin fərdi yaşayış evinə alınacaq olan mebellərin pulunun yarısının şirkət tərəfindən ödənilməklə sonda həmin mebellərin evdə qalacağına dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə 10 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 atası X1 ünvan 4 ünvanın qarşısında yeni mebel almaq adı ilə Zərərçəkmiş şəxs3 məxsus olmaqla Mübariz Rzayev tərəfindən həmin ünvanda yerləşən “Yapı Kredi” banka məxsus bankomatdan çıxarılan 3.300 manat pulu və həmin tarixdə Zərərçəkmiş şəxs3 ünvan 5 ünvanda yerləşən Çin Xalq Respublikasının səfirliyinin qarşısında 400 manat pulunu alıb ələ keçirərək sonuncuya ümumilikdə 3700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında Fatimə adlı xanım ilə tanış olmuşdur. Fatimə adlı şəxs ilə ortaq tanışları Həsən adlı şəxsin vasitəsi ilə tanışlıqları olmuşdur. O, Fatiməyə bildirmişdir ki, evlərin alqı satqısı ilə məşğul olur. Fatimə ondan evlərin qiyməti ilə bağlı maraqlanmış və özü üçün ev axtardığından aralannda yaxın münasibət yaranmışdır. Həmin ərəfələrdə Fatimə ona rəfiqəsinin ev axtardığını bildirmiş və bunun üçün köməklik göstərməyini istəmişdir. Fatiməyə ilkin ödəniş 3.000 manat olmaqla Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında olan sosial evi təşkil edəcəyini bildirmişdir. 2020-ci ilin avqust ayında Şahid2 rəfiqəsi Əminə ilə onunla Qara Qarayev metrostansiyasının yaxınlığında görüşmüşdür. O, onlara orada olan evi göstərmişdir. Evləri göstərdiyi vaxt orada işləyən adını bilmədiyi bir nəfər şəxs ilə tanış olmuşdur. Həmin şəxs orada olan mənzillərin qapılarının açarlarını özündə saxlamışdır. Əminə ilə Fatimə oraya gəldikdə həmin şəxsə mənzilin açarını gətirməyi tapşırmışdır. Özünü orada iş adamı kimi tanıtmışdır ki. Əminə ona inansın. Əminəgili evə baxdıqdan sonra bununla bağlı ailə üzvləri ilə məsləhət edəcəyini bildirmiş və çıxıb getmişdir. Bundan bir neçə vaxt sonra onunla Əminənin atası Zərərçəkmiş şəxs1 əlaqə saxlamışdır. Nazim ona bildirmişdir ki, 2 mənzil almaq istəyirlər. O, demişdir ki, bunun üçün ilkin ödəniş kimi 16000 manat pul ödəməlidir. Zərərçəkmiş şəxs1 ilə 2 dəfə görüşmüşdür, ilk dəfə Zərərçəkmiş şəxs1 ona qızı Əminə ilə 3000 manat pul göndərmişdir. Sonradan isə Nazimlə üz-üzə 2 dəfə görüşmüşdür. Birinci dəfə Qara Qarayev metrostansiyasının yanında görüşdükdə Zərərçəkmiş şəxs1 ona 1.000 manat pul vermişdir. Təxminən 2 həftə sonra Zərərçəkmiş şəxs1 və sonuncunun yoldaşı ilə birlikdə Xətai rayonunda yerləşən “Kəngərli” kafesində görüşmüşdür. Nazim orada ona əlavə olaraq 3.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 ümumilikdə 7000 manat pul almışdır. Sonuncu dəfə pulu alarkən onlara söz vermişdir ki, 3-4 gün ərzində mənzil məsələsini həll edəcək. Lakin götürdüyü pulu “Topaz” mərc oyunlarında uduzmuşdur. Təxminən bir neçə gün sonra Zərərçəkmiş şəxs1 zəng edib Qara Qarayevə mənzillərin yanına gəlməyini istəmişdir. Onlar oraya gəldikdən sonra isə mobil telefonunu söndürmüşdür. Belə ki, vədinə əməl etmədiyini dərk etmişdir. Bundan sonra ona bir neçə dəfə polis əməkdaşları zəng edib bölməyə dəvət etsələr də, etdiyi əməlləri bildiyinə görə polisə yaxınlaşmamışdır. Bundan başqa, 2021-ci ilin fevral ayının əvvəllərində “Bina.az” internet saytında elanlara baxmış və orada X2 qəsəbəsində olan bağ evini kirayə verməsi barədə elanını görmüşdür. O, elanı görüb Nərminəm aldadaraq pulunu ələ keçirmək niyyəti ilə elanda yerləşdirilən mobil nömrə ilə əlaqə saxlamış və özünü Bəxtiyar adlı şəxs kimi təqdim etmiş və “B?” şirkətinin işçisi olduğunu söyləmişdir. O, bağ evini İngiltərədən gələn ailə üçün kirayə vermək istədiyini söyləmişdir. Nərminəyə 1 il üçün kirayə pulunu ödəməyi barədə razılıq vermiş və tezliklə 3 illik müqavilə bağlayacaqlarını söyləmişdir. 05 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində Nərminə atası və anası ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında onunla görüşmüşlər. O, oraya taksi sürücüsü Mansur adlı şəxslə gəlmişdir. Mansuru təsadüfən tanımış və onu müxtəlif yerlərə apardığı üçün sonuncuya pul verəcəyinə söz vermişdir. Mansurun ‘Toyota” markalı avtomobili ilə Nərminə ilə görüşə gəlmişdir. Onlar Nərminənin bağ evinə getmişlər. Orada bağa baxıb mebel və məişət avadanlıqlarının alınmasını Nərminəyə təklif etmişdir. O, ilkin olaraq bunun üçün 4000 manat pul verməsini istəmişdir. Son olaraq 3.000 manata razı olmuşlar. 06.02.2021 -ci il tarixdə səhər saatlarında bağ evinə Mansuru və 3 nəfər şəxsi göndərmişdir ki, bağa baxsınlar. Həmin şəxsləri də təsadüfən tanımışdır. Daha sonra Nərminəyə zəng edib Babək prospektində yerləşən mebel mağazasına gəlməyini təklif etmişdir. Nərminə, anası və uşağı ilə birlikdə Babək prospektində yerləşən mebel mağazasına gəlmişdir. Orada bir neçə mebel dəstlərinə baxıb guya ki, həmin mebellər ilə maraqlandığını bildirmişdir. Oradan çıxaraq Nəsimi rayonunda yerləşən “Music Gallery” mağazasına getmişlər. Orada yenədə bəzi məişət avadanlıqlarına baxmışdır. Nərminəyə söyləmişdir ki, seçdikləri mebel və məişət avadanlıqlarına görə sonuncu 3.000 manat pul verməlidir və məbləğin qalan hissəsini guya işçisi olduğu “BP” şirkəti tərəfindən ödəniləcək. Daha sonra Nərminənin idarə etdiyi avtomobilə əyləşmiş və onlar Şamaxinka adlanan ərazidə yerləşən "Kontakt Home” mağazasına getmişlər. Oradakı “Kontakt Home” mağazasına çatdıqda Nərminədən 3000 manat pul verməyini istəmişdir. Nərminə çantasından pulları çıxarıb saydıqda sonuncudan pulları götürmüş və tezliklə gələcəyini söyləyərək oradan uzaqlaşmışdır. Daha sonra mobil telefonunu söndürmüşdür. Götürdüyü 3.000 manat pulu “Topaz” mərc oyunlarında uduzmuşdur. Bundan başqa, 2021-ci ilin fevral ayında “Bina.az” internet saytında elanlara baxmış və orada bir nəfər adı yadında olmayan maklerə rastlaşmışdır. Maklerin vasitəsi ilə Yasamal rayonu, Naxçivani küçəsində yerləşən mənzili kirayə vermək istəyən şəxs ilə əlaqə saxlamışdır. 09 fevral 2021-ci il tarixdə o, makler və mənzilin sahibləri ilə görüşmüşdür. Özünü Bəxtiyar kimi təqdim etmişdir. Həmin gün mənzilin sahibinin oğlu Samir ilə görüşmüşdür. Mənzilə baxıb oraya İngiltərədən gələn ailə üçün yeni mebel və məişət avadanlıqlarının lazım olduğunu söyləmişdir. 10 fevral 2021-ci il tarixdə Samiri və atası Mübarizi Babək prospektində yerləşən “Violla” adlı mebel mağazasına dəvət etmişdir. Orada görüşdükdə yenədə mebellərə baxaraq bəyəndiyi dəstlər barədə onlara bildirmişdir. Alınacaq mebellərin 50 faiz qiymətinin guya işlədiyi X12 tərəfindən ödəniləcəyini söyləmişdir. Bundan sonra həmin gün Rəşid Behbudov küçəsində yerləşən “Yapı Kredi” bankının qarsısına gəlmişlər. Orada bankdan Mübariz 3.300 manat pulu götürüb ona vermiş və özünün işə getdiyini söyləmişdir. Mübarizin oğlu Samirə təklif etmişdir ki, iş yerinə gedib oradan mebellərin alınması üçün lazım olan pulu götürsün. O, Samir ilə birlikdə markası dəqiq yadında olmayan avtomobilə əyləşmişdir. Avtomobili Samir idarə etmişdir. Yolda olarkən Samirdən mənzil üçün televizorun alınmasına görə əlavə 400 manat pul istəmişdir. Çin səfirliyinin qarşısında Samir ona 400 manat pul vermişdir. Samirdən həmin yerdə tıxac olduğundan avtomobili saxlamağını xahiş etmiş və mənzil üçün moydadıra baxmaq adı ilə avtomobildən düşmüşdür. Düşərək dərhal oradan uzaqlaşmışdır. Götürdüyü pulları “Topaz” mərc oyunlarında uduzmuşdur. Daha sonra özünü təqsirli bilərək himayəsində iki az yaşlı övladının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında sosial ev almaq fikrinə gəlmişdir. Bu vaxtlarda qızı Əminənin tələbə yoldaşı Fatimə onlara təklif etmişdir ki, mənzil məsələsi ilə bağlı tanıdığı Təqsirləndirilən şəxs müraciət etsinlər. Həmin vaxtlarda Təqsirləndirilən şəxs yoldaşı X4 ilə əlaqə saxlamış və onlar razılığa gəlmişlər. 25.08.2020ci il tarixdə işdə olduğundan 3.000 manat pulu qızı Əminəyə vermiş və sonuncu Fatimə ilə birlikdə Qara Qarayev metrosunun yaxınlığında Aslan ilə görüşüb pulu sonuncuya vermişdir. 02.09.2020-ci il tarixdə ilk dəfə Təqsirləndirilən şəxs həmin vaxtlarda işlətdiyi ***-***-**-** mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı Aslana 2 ədəd ev almaq istədiyini bildirmiş, sonuncu isə Qara Qarayev metrostansiyasının yanında 2 ədəd evi ilkin ödəniş 16.000 manat olmaqla ala biləcəyini və bu məsələdə ona köməklik göstərə biləcəyini söyləmişdir. Ümumi olaraq mənzillərin ona ilkin ödəniş olaraq 16.000 manata başa çalacağını söyləmişdir. 7.000 manat behi ev digər şəxslərə satılmasın deyə ödənişi etmək lazım olduğunu bildirmişdir. Həmin tarixdə Nizami rayonu, Qara Qarayev metrostaniyasının yaxınlığı, “Romance Palace” şadlıq sarayının yanında olan dəqiq ünvanı bilmədiyi binaya gedib oradakı 6-cı və 7-ci mərtəbələrdə yerləşən ikisidə 2 otaqlı olan mənzillərə baxmışdır. Orada olduğu zaman Aslana zəng etmiş və sonuncu mənzillərin briqadir tərəfindən açılacağını bildirmişdir. O. orada gözləmiş və bu zaman bir nəfər şəxs əlində bir vedrə açar ilə gəlib mənzilləri açmışdır. O, mənzilləri bəyənmiş və bu barədə Aslana məlumat vermişdir. 04.09.2020-ci il tarixdə Qara Qarayev metrosunun yanında Aslan ilə görüşüb sonuncuya 1000 manat pul vermişdir. 17.09.2020-ci il tarixdə isə yoldaşı Arzu ilə birlikdə ünvan 6 ünvanda yerləşən “Kəngərli” kafesində Aslan ilə görüşüb 3000 manat pul vermişdir. Kafedə oturduqları zaman Təqsirləndirilən şəxs mənzillərə dair sənədləşmə işlərini 18 sentyabr tarixinə kimi yekunlaşdıracağını və onların həmin tarixdə artıq özlərinə məxsus əşyaları mənzillərə yerləşdirə biləcəklərini söyləmişdir. 18.09.2020-ci il tarixdə saat 10 radələrində Aslan ona zəng etmiş və onların oraya gəlməklərini istəmişdir. O, yoldaşı ilə birlikdə oraya getmiş, orada bir neçə saat gözləmişlər. Aslana zəng etmişlər, lakin nömrəsinə zəng çatmamışdır. Onlar orada gözlədikdə binadan bir nələr şəxs çıxıb oranın prorabı olduğunu söyləmiş və Aslan adında şəxsi tanımadığını, sonuncunun xəbəri olmadan heç bir şəxsin buradan mənzil ala bilməyəcəyini söyləmişdir. Prorab demişdir ki, bos binada olan briqadir onun üçün mənzillərin qapılarını açmış, prorab isə demişdir ki, “belə bir şey baş verə bilməz, mənim icazəm olmadan heç kəs mənzilləri aça bilməz, həmin briqadir Mikayıl adlı şəxsi isə işdən qovmuşdur”. Lakin nəyə görə qovduğunu söyləməmişdir. O, bununla bağlı polis bölməsinə şikayət etməli olmuş, bundan sonra həmin binanı inşa edən “xxxx” MTK-nın rəhbərliyi onu həmin mənzillərin yanına dəvət etmişdir. Orada onu binanın prorabı və şirkətin nümayəndəsi qarşılamışdır. Orada şirkəti baş verən hadisələrdə günahlandırmış. Aslanın onlar ilə birlikdə işlədiyini güman etmiş, buna cavab olaraq isə həmin şəxlsər ona heçnə söyləyə bilməmişlər. O, polisə şikayət eldikdən sonra Aslan bir neçə dəfə zəng edib ondan şikayətinin geri götürməyini xahiş etmiş və tezliklə pulu qaytaracağına söz vermişlər. Lakin bir neçə gün sonra Aslanın nömrəsinə ümumiyyətlə zəng çatmamışdır. Aslan özünü Sosial mənzil fondunun məsul işçisi kimi təqdim etmiş və sosial evlərin alınmasında ona köməklik göstərəcəyinə söz vermişdir. Lakin sonradan özü Aslan barəsində araşdırdıqda, məlum olmuşdur ki. Aslan nə binanı inşa edən “xxxx” şirkətinin rəsmi işçisidir, nədə ki, mənzil fondunun işçisi deyil. Qızı Əminənin rəfiqəsi Şahid2 onların ev almaq istədiklərini bilib tanıdığı Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini söyləmiş, Fatimə vasitəsi ilə Aslan ilə tanış olmuşlar. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs maddi zərə görə 7000 (yeddi min) manat miqdarında pul tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, bir neçə ay bundan əvvəl “Bina.az” internet saytında Şüvəlan qəsəbəsində yerləşən bağ evini kirayə verilməsi ilə əlaqədar elan yerləşdirmişdir. 04.02.2021-ci il tarixdə saat 12 radələrində ona zəng edən şəxs özünü Bəxtiyar kimi təqdim etmiş və “BP" neft şirkətində işlədiyini söyləmişdir. Həmin şəxs İngiltərədən gələn ailə üçün bağ evini kirayə vermək istədiyini söyləmişdir. 05.02.2021-ci il tarixdə saat 09:30 radələrində o, anası Sevil Baxşəliyeva və atası Rza Baxşəliyev ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığına Bəxtiyar ilə görüşmək üçün gəlmişlər. Onlar bağ evinə getmişlər və Bəxtiyar evdə olan bəzi mebel və məişət avadanlıqlarını dəyişmək istədiyini bildirmişdir. Bəxtiyar bildirmişdir ki, aralarında müqavilə bağlanmazdan əvvəl evdə olan mebel və məişət texnikasının dəyişdirilməsi üçün 4.000 manat pul verilməlidir. Onlar 3.000 manat barəsində razılığa gəlmişlər. 06.02.2021ci il tarixdə saat 13:30 radələrində Bəxtiyar ona zəng etmiş və mebellərə baxmağını istəmişdir. O, anası və azyaşlı övladı ilə birlikdə Bəxtiyarın söylədiyi Babək prospektində yerləşən mebel mağazasına getmişlər. Bundan sonra onlar oradan çıxaraq Nəsimi rayonunda yerləşən “Music Gallery” mağazasına gəlmişlər. Orada Bəxtiyar 2 ədəd televizor almaq istədiyini bildirmişdir. Daha sonra Bəxtiyar onun avtomobilinə əyləşmiş və onlar Şamaxinka adlanan ərazidə yerləşən “Kontakt Home” mağazasının qarşısına getmişlər. Bəxtiyar mebel və məişət avadanlıqlarını ucuz qiymətə ala biləcəyini söyləmiş və ümumilikdə 9.000 manat məbləğində pul vəsaitinin lazım olduğunu bildirmişdir. Sonuncu ondan 3.500 manat pul istəyərək qalan məbləğin işlədiyi “BP” şirkəti tərəfindən ödəniləcəyini bildirmişdir. O, buna razı olmadıqda isə ondan 3.000 manat pul verməyini istəmiş və “Kontakt Home” mağazasına gedib adına çek götürəcəyini söyləmişdir. O, əl çantasından 3.000 manat pulu götürüb avtomobildə saydıqda Bəxtiyar pulu ondan götürərək oradan uzaqlaşmışdır. Bəxtiyara zəng etdikdə sonuncu tələsdiyini və ondan orada gözləməyini xahiş etmişdir. Bundan sonra o, yenidən Bəxtiyara zəng eldikdə sonuncu Babək prospektində yerləşən mebel mağazasına getməyini istəmişdir. Daha sonra isə Bəxtiyarın istifadə etdiyi mobil nömrəyə zəng çatmamışdır. Hadisə ilə bağlı polis bölməsində araşdırma aparılarkən məlum olmuşdur ki, onu aldadan şəxsin əsl adı Təqsirləndirilən şəxsdur. Bundan başqa Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs maddi zərə görə 3000 (üç min) manat və mənəvi zərə görə 1000 (bir min) manat miqdarında pul tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Naxçivani küçəsində yerləşən dəqiq ünvanı bilmədiyi, X9ə məxsus 4 otaqlı mənzilin kirayə verilməsi barədə “Bina.az” internet saytında elan yerləşdirmişdir. 09 fevral 2021-ci il tarixdə saat 12 radələrində ona zəng olunmuşdur. Zəng edən makler olduğunu söyləmiş və bir nəfər müştərinin həmin mənzilə baxmaq istədiyini bildirmişdir. Həmin gün saat 13 radələrində o, maklerin söylədiyi müştəri və maklerin özü ilə Naxçivani küçəsində görüşmüşdür. Həmin müştəri özünü Bəxtiyar kimi təqdim etmişdir. Onlar birlikdə mənzilə baxmağa getmişlər. Bəxtiyar evə baxaraq mənzil üçün mebel lazım olduğunu, evdə İngiltərədən olan ailənin yaşayacağını söyləmişdir. Mebellərin dəyərinin 60 faizini onun işlədiyi X12 qalan məbləği isə onlar ödəməli olmuşlar. 10 fevral 2021-ci il tarixdə saat 11 radələrində o, atası Mübariz ilə birlikdə Xətai rayonu, Babək prospektində yerləşən “Viona” mebel mağazasının qarşısında Bəxtiyar ilə görüşmüşlər. Daha sonra onlar Əhmədli metrostasiyasmın yaxınlığında yerləşən “Optimal” mağazasına gedərək oradakı məişət avadanlıqlarına baxmışlar. Bütün seçdikləri malların 9.400 manat qiymətində olması müəyyən edilmişdir. Bəxtiyar həmin məbləğin 50 faizini şirkət tərəfindən ödəniləcəyini söyləmişdir. X9 Rəşid Behbudov küçəsində yerləşən “Yap Kredi" bank filialından pul çıxardıb 3.300 manat pul vəsaitini bankın qarşısında Bəxtiyar adlı şəxsə vermişdir. Daha sonra həmin şəxs onların avtomobilinə əyləşmişdir. Atası Mübariz onlar ilə getməmişdir. Yolda olarkən Bəxtiyar ondan əlavə olaraq 400 manat pul istəmişdir ki, pulu işlədiyi şirkətə göstərsin və əlavə olaraq mənzil üçün televizor alsın. O, yolda tıxac olan zaman Nəsimi rayonu, Xəqani küçəsi ilə Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində Çin səfirliyinin qarşısında özünü Bəxtiyar kimi təqdim edən şəxsə 400 manat pulu vermişdir. Bundan sonra Bəxtiyar yolda tıxac olduğunu görüb ondan avtomobili saxlamağını xahiş elmiş və məişət mağazasına gedərək orada mənzil üçün moydadırlara baxmaq adı ilə avtomobildən düşmüşdür. Təxminən 2 dəqiqə sonra o, Bəxtiyara zəng etmiş və harada olduğunu soruşmuş, sonuncu tezliklə gələcəyini bildirmişdir. Daha sonra isə Bəxtiyarın mobil nömrəsinə zəng çatmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs maddi zərə görə 3700 (üç min yeddi yüz) manat miqdarında pul tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, tanışım Həsən adlı şəxs onun iş axtardığını bilib onu Təqsirləndirilən şəxs ilə tanış etmək istədiyini bildirmişdir. Həsən bildirmişdir ki. Aslan “Sədərək” ticarət mərkəzində mağaza işlədir və sonuncuya işçi lazım olduğunu söyləmişdir. Həmin ərəfələrdə Həsən ilə birlikdə Azadlıq prospektində İdrak universitetinin yanında olan adını dəqiq bilmədiyi kafedə Aslan ilə görüşmüşdür. Aslan bildirmişdir ki, ofis açmaq istəyir və ölkə üzrə karantin rejimi tətbiq olunduğundan malların onlayn satışı ilə məşğul olacaq. O, isə həmin ofisdə onlayn satış meneceri vəzifəsində işləyəcəyini bildirmişdir. Həmin söhbət zamanı Aslana zəng gəlmiş və sonuncu kiminləsə evlər barədə söhbət aparmışdır. O, özünə ev axtardığı üçün Aslanın telefon söhbətini eşidib bu barədə maraqlanmışdır. Aslan söyləmişdir ki, sosial evə dair onun üçün sənədləşmə işlərini apara bilər. X10 metsoruııun yanında olan sosial evlərdə makler kimi fəaliyyət göstərdiyini bildirmişdir. Həmin günün səhəri Aslanla birlikdə Q.Qarayev metrosunun yanında olan “Romance Palace'' şadlıq sarayının yanında olan evə gəlmişdir. Orada olduqları zaman Aslan bir nəfər şəxsi çağırmış, həmin şəxs əlində bir vedrə açar ilə birlikdə gəlmişdir. Orada həmin şəxs mənzillərin qapılarını açmış və onlar mənzillərə baxmışlar. Bir neçə mənzilə baxdıqdan sonra 9-cu mərtəbədə yerləşən mənzili bəyənmişdir. Aslan söyləmişdir ki. özünə məxsus şəxsiyyət vəsiqəsinin sürətini təqdim etsin və 2.000-3.000 manat pul versin. Onun həmin vaxt imkanı olmadığı üçün Aslandan xahiş etmişdir ki, pulunu aylar üzrə bölüb aylıq haqqından çıxsın. Bu 2000 manat pulu onun üçün arayış düzəltməyə görə istəmiş, həmin evin ilkin ödənişinə görə isə 6.000 manat lazım olduğunu söyləmişdir. Onlar orada onun təklifi ilə razılaşmışlar. Həmin ərəfələrdə rəfiqəsi Əminə ilə danışmış və sonuncu ev axtardığını söyləmişdir. O, tanıdığı Aslan ilə onların əlaqə saxlamaqlarını təklif etmişdir. Əmmənin anası Arzu Aslanın nömrəsini istəmiş və onlar əlaqə saxlamışlar. 2020-ci ilin avqust ayında həmin soisal evlərin yanında o, Əminə ilə birlikdə Aslan ilə görüşmüş, orada Əminə onun yanında Aslana 3.000 manat pul vermişdir. Daha sonra ona xəbər çatmışdır ki, bunlar Aslan ilə 2 ədəd 2 otaqlı ev alacaqlar. Əminənin adını bilmədiyi nənəsi ona zəng etmiş və Aslan barədə soruşmuşdur. O, bildirmişdir ki. Aslan ilə onun dediyinə görə əlaqə qurmasınlar və sonuncu barədə ətraflı araşdırsınlar. Nazim ona söyləmişdir ki, onun tanışları vardır və Aslan barədə araşdıracaq. Həmin günün səhərisi Aslan ona zəng edib tanışlarının onunla görüşüb beh vermək istədiklərini söyləmiş və onun da gəlməyini istəmişdir. Sosial evin yaxınlığındakı adını dəqiq bilmədiyi kafedə Nazim və sonuncunun qaynanası onun yanında Aslana 500 manat pul vermişlər. Aslan isə ona söyləmişdir ki, onun işi alınmır və pul verməyini istəmişdir. O isə pul tapıb verəcəyini söyləmişdir. Daha sonra onun iştirakı olmadan onlar Aslana 500 manat və 4.000 manat pul vermişlər. Bundan sonra ona məlum olmuşdur ki, Aslan onların telefon zənglərinə cavab vermir və pullarını ələ keçirmişdir. Həmin ərəfələrdə və ondan sonra ümumiyyətlə Aslan ilə əlaqə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2 il əvvəl Nizami rayonu, Qara Qarayev metrosunun yanında yerləşən dəqiq ünvanı bilmədiyi İpoteka Fonduna məxsus 16 mərtəbəli 4 bina üzrə briqadir vəzifəsində işləmişdir. O, "RR Construction" təmir tikinti şirkətinin nəznində işləmişdir. Orada təxminən 1 il yarım işləmişdir. Orada sakinlər ilə aralarında olan anlaşılmamazlıq səbəbindən həmin işdən könüllü olaraq çıxmışdır. Nə Zərərçəkmiş şəxs1 nədə ki Təqsirləndirilən şəxs tanımır, onlarla heç bir münasibəti olmamışdır. Orada onun kimi briqadir işləyən Mikayıl adlı şəxsi tanımışdır. Mikayılın işində heç bir problem olmamış, sonuncu orada vətəndaşların mənzillərə baxması üçün mənzillərin qapılarını açmış və ümumi nəzarəti həyata keçirmişdir. Mikayıl onda olan məlumata görə Təqsirləndirilən şəxs tanımışdır. O. oradan uzaqlaşdıqdan sonra Xırdalanda bir lahiyə üzrə birqadir işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl Nizami rayonu, Qara Qarayev metrosunun yanında yerləşən dəqiq ünvanı bilmədiyi İpoteka Fonduna məxsus 16 mərtəbəli 4 bina üzrə briqadir vəzifəsində işləmişdir. Həmin binaların hamısı İpoteka Fonduna aid olmuşdur. Orada mənzilləri almaq istəyən şəxslər üçün mənzillərin qapılarını açıb onların baxması üçün şərait yaratmışdır. Orada onun əsas işi təmir işləri və mənzilləri müştərilərə təqdim etmək olmuşdur. Orada o, təxminən 1 il işləmişdir. Oraya bir çox vətəndaş gəlib getmiş və o, mənzilləri göstərmək üçün onlara qapı açmışdır. Zərərçəkmiş şəxs1 tanımır, sonuncuya mənzilləri göstərdiyi yadında deyil, belə ki, o, qeyd etdiyi kimi bir çox şəxlərə mənzil göstərmişdir. Özünü Aslan kimi təqdim edən şəxsi tanıyır, sonuncu bir neçə dəfə müştəri qismində oraya gəlib mənzillərə baxmış, daha sonra isə bir neçə dəfə müxtəlif şəxsləri oraya özü ilə gətirib onlara mənzil göstərmişdir. O, həmin zaman öz işini yerinə yetirib oradakı mənzillərin qapılarını açmışdır. Daha sonra 2020-ci ilin sentyabrın 10 tarixində vətəndaşlardan biri Aslan tərəfindən aldadılması ilə bağlı şikayət etdiyi üçün onu işdən çıxartmışlar. Həmin vaxtdan etibarən heç bir yerdə işləmir. Aslanı bir müştəri kimi tanımış, sonuncu bir neçə dəfə işlədiyi yerə müştəri qismində gəlib özünü təqdim edərək mənzillərə baxmış, daha sonra isə bir neçə dəfə müxtəlif şəxsləri oraya gətirib mənzilləri onlara nümayiş etdirmişdir. Onun ilə Aslan arasında bundan artıq heç bir əlaqə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobil ilə taksi fəaliyəti ilə məşğul olur. 05 fevral 2021-ci il tarixdə Nəsimi rayonunda yerləşən “Bravo” marketin qarşısında dayanan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq onunla 12 gün işləməyini və onu müəyyən yerlərə aparıbgətirməyini xahiş etmişdir. Aralarında olan razılaşmaya görə həmin şəxs ona gündə 50 manat pul verməli olmuşdur. Həmin şəxs adının Bəxtiyar olduğunu və “BP” neft şirkətində işlədiyini, oranın əməkdaşlarına kirayə yaşamaları üçün ev axtardığını bildirmişdir. Onlar 05 fevral 2021-ci il tarixdə onunla birlikdə Şüvəlan qəsəbəsinə gedərək orada yerləşən “Bravo" marketin qarşısında tanımadığı bir qadın ilə görüşmüşlər. Həmin qadının idarə etdiyi avtomobilin içərisində anası və atası olmuşdur. O, idarə etdiyi avtomobil ilə həmin avtomobili təqib edərək onların kirayə vermək istədikləri bağ evinə getmişlər. Orada olan zaman özünü Bəxtiyar kimi təqdim edən şəxs həmin xanıma “BP” neft şirkətində işlədiyini və həmin şirkətdə olan xaricilər üçün ev axtardığını bildirmişdir. Bəxtiyar həmin evə baxan zaman evin sahibinə ev üçün bir sıra əşyaların alınmalı olduğunu və həmin əşyalarında sonda evdə qalacağını bildirmişdir. Onlar sonra həmin bağ evindən çıxaraq Bəxtiyar ilə birlikdə şəhərə qayıtmışlar. 28 May küçəsində bir mənzilə baxmalı olduğu üçün onu oraya aparmağını xahiş etmişdir. Özünü Bəxtiyar kimi təqdim edən şəxsi dediyi ünvana aparmış, lakin həmin zaman avtomobildən düşməmişdir. Bəxtiyar adlı şəxs orada nə işlə məşğul olduğundan heç bir xəbəri olmamışdır. Təxminən yarımsaatdan sonra Bəxtiyar adlı şəxs geri gəlmiş və “Şamaxinka” adlanan ərazidə yerləşən “Araz ” marketin qarşısında onu düşürmüşdür. Həmin zaman Bəxtiyar adlı şəxs ona 50 manat pul vermişdir. Bəxtiyar adlı şəxs ondan xahiş etmişdir ki, baxdıqları bağ evini təmizlətmək üçün 2 nəfər qadın tapsın. O da heç bir problemin olmadığını və evi təmizlətmək üçün qadın tapa biləcəyini bildirmişdir. Bəxtiyar adlı şəxs həmin qadınlara 300 manat pul verəcəyini bildirmişdir. Daha sonra Bəxtiyar ona bildirmişdir ki, həmin qadınları və “Adora” pərdə dükanından oğlanı götürərək həmin bağ evinə aparmağını, özü isə sonradan gələcəyini bildirmişdir. O, tanışı olan Yeganəyə ev təmizləmək işinin olduğunu və bir nəfər qadın götürərək səhəri gün onları bağ evinə gedəcəklərini bunun üçün 300 manat pul verəcəklərini bildirmişdir. Yeganə ona heç bir etiraz etmədən razılaşmışdır. O, 06 fevral 2021-ci il tarixdə Yeganəni və sonuncunun tanışı olan qadını həmçinin pərdə dükanında işləyən və anket məlumatı barədə hər hansısa bir məlumatı olmayan şəxsi götürərək bağ evinə getmişlər. Orada olan zaman Bəxtiyar ona zəng edərək ev sahibi ilə Babək prospektində yerləşən mebel salonuna getməyini bildirmişdir. O, öz avtomobili ilə ev sahibini təqib edərək Babək prospektinə getmişdir. Onlar oraya çatandan bir neçə dəqiqə sonra Bəxtiyar adlı şəxsdə həmin mebel dükanına gəlmişdir. Hazırda həmin mebel salonunun adı yadında deyil. Onlar orada bir neçə mebellərə baxdıqdan sonra oradan çıxıb televizor almaq üçün H.Əliyev küçəsinə getmişlər. Həmin zaman avtomobildə onları gözləmişdir. Bir neçə dəqiqədən sonra Bəxtiyar adlı şəxs ona 3-cü mikrorayonda yerləşən “Kontakt home” maqazininə getməyini, özü isə ev sahibinin avtomobili ilə gedəcəyini bildirmişdir. O, onları təqib edərək oraya getmişdir. Lakin, yol tıxac olduğundan onların hansı istiqamətə getdiklərini görməmişdir. 3-cü mikrorayonda yerləşən “Kontakt home” maqazasının qarşısında onları gözləyən zaman ona məlum olmuşdur ki, həmin maqazin təmirə bağlanmışdır. Bu zaman Bəxtiyar adlı şəxsə harda olmalarını soruşmaq üçün zəng etmişdir. Lakin. Bəxtiyar onun zənglərinə cavab verməmişdir. Təxminən 1 saat onları 3-cü mikrorayonda yerləşən “Kontakt home” maqazininin qarşısında gözləmişdir. Həmin zaman ev sahibinin atası ona zəng edərək Bəxtiyarın harada olmasını onu polisə şikayət edəcəyini bildirmişdir. O, Bəxtiyarın harda olması barədə hər hansısa bir məlumatının olmadığını bildirmişdir. Oradan çıxıb bağ evinə getmişdir. Orada olan zaman evin sahibi ona bildirmişdir ki. Bəxtiyar adlı şəxs onu aldadaraq 3000 manat pulunu götürmüş və bildirmişdir ki, həmin pula məişət texnikası alacaq. Lakin, sonradan Bəxtiyara zəng edən zaman telefonu bağlı olmuşdur. O, öz növbəsində həmin qadına bildirmişdir ki, Bəxtiyarı tanımır, taksi sürücüsüdür. Bundan sonra həmin bağ evinə apardığı qadınları oradan götürərək ev sahibi ilə birlikdə Yasamal RPİ-nə getmişlər və orada izahat vermişlər. Sonradan Bəxtiyar adlı şəxsə dəfələrlə zəng etsə də sonuncunun mobil telefonu sönülü olmuşdur. Bəxtiyar adlı şəxs birinci gün ona 50 manat pul versə də, 2-ci günün 50 manatını verməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, özü üçün ev almaq fikrində olmuşdur. Bunu bilən rəfiqəsi Şahid2 ona məsləhət vermişdir ki, tanışı Təqsirləndirilən şəxs ilə əlaqə saxlasın. Fatimə bildirmişdir ki. Təqsirləndirilən şəxs onun yaxın tanışıdır və Qara Qarayev metrostansiyasmın yaxınlığında olan güzəştli evlərin alınmasında onlara köməklik göstərəcək. Fatimənin dediyinə görə Aslanın yaxın qohumu həmin ünvanda yerləşən evin tikinti şirkətinin rəhbəridir. O, Fatimədən Aslanın mobil nömrəsini istəmiş, lakin Fatimə mobil nömrəni vermədən onu özü ilə Qara Qarayev metrostansiyasmın yaxınlığında yerləşən evə aparıb Aslan ilə tanış etmişdir. Bu 2020-ci ilin avqust ayının dəqiq tarixi yadında olmayan gündə baş vermişdir. Onlar oraya getdikdə Aslan orada olan 2 ədəd mənzili göstərmişdir. Həmin mənzillər tam təmirli vəziyyətdə olmuşdur. Fatimə Aslana söyləmişdir ki, tanışıdır, ondan ilkin ödənişi az istəsin. Həmçinin Fatimə qıraqda Aslan ilə nədənsə danışmışdır. Aslan ondan şəxsiyyət vəsiqəsini istəmiş, o da sonuncunun nömrəsinə vəsiqəsinin şəklini göndərmişdir. Mənzil almaq istədiyini ailə üzvləri də bildirmiş və atası demişdir ki, əgər yaxşı fürsət düşsə 2 ədəd mənzil alacaq. O da Aslana əvvəlcədən 2 mənzil istədiklərini demişdir. Həmçinin anası Arzu özü də Aslanla danışmış və ev almaq razılığına gəlmişlər. Həmin vaxt Aslan ilkin ödəniş kimi onlardan pul istəmiş və atası özü işdə olduğu üçün ona 3000 manat pul vermişdir ki, o, aparıb həmin pulu Aslana versin. 2020-ci ilin avqust ayının 25-də Aslanla görüşmüş və 3000 manat pulu sonuncuya vermişdir. Həmin vaxt Fatimə də yanında olmuşdur. 02.09.2020-ci il tarixdə atası Nazim Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Telefon danışığı zamanı atası Aslana 2 ədəd ev almaq istədiklərini bildirmiş. Aslan isə Qara Qarayev metrostansiyasmın yanında 2 ədəd evi ilkin ödəniş 16000 manat olmaqla ala biləcəklərini və bu məsələdə onlara köməklik göstərə biləcəyini söyləmişdir. Atası Aslanla danışarkən sonuncu 7000 manat behi ev digər şəxslərə satılmasın deyə ödənişi etmək lazım olduğunu. 3000 manatı verdiklərini və 4000 manat da verməli olduqlarını bildirmişdir. Həmin tarixdə atası Nazim Nizami rayonu, Qara Qarayev metrostaniyasmın yaxınlığı, “Romance Palace” şadlıq sarayının yanında olan binaya gedib oradakı 6-cı və 7-ci mərtəbələrdə yerləşən ikisidə 2 otaqlı olan mənzillərə baxmışdır. 04.09.2020-ci il tarixdə atası X13 metrosunun yanında Aslan ilə görüşüb sonuncuya 1000 manat pul vermişdir. 17.09.2020-ci il tarixdə isə atası anası Arzu ilə birlikdə ünvan 10 ünvanda yerləşən “Kəngərli” kafesində Aslan ilə görüşüb sonuncuya 3000 manat da pul vermişdir. Təqsirləndirilən şəxs mənzillərə dair sənədləşmə işlərini 18 sentyabr tarixinə kimi yekunlaşdıracağını və onların həmin tarixdə artıq özlərinə məxsus əşyaları mənzillərə yerləşdirə biləcəklərini söyləmişdir. 18.09.2020-ci il tarixdə saat 10 radələrində Aslan atası Nazimə zəng eləmiş və oraya gəlməklərini istəmişdir. Həmin vaxt atası Nazim və anası Arzu oraya getmişlər, orada bir neçə saat gözləmişlər. Aslana zəng etmişlər, lakin Aslanın nömrəsinə zəng çatmamışdır. Sonradan onlara Təqsirləndirilən şəxs onları aldatdığı məlum olmuş və buna görə hüquq mühafizə orqanlarına şikayət etmişlər. Cinayət işinin 1-ci cild 94-cü vərəqəsində olan 24 fevral 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 128-132-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 fevral 2021-ci il tarixdən 1 ay 11 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 14-16-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 07 may 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 60-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 dekabr 2020ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağsu Rayon Məhkəməsinin 05.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş, 2) Goranboy rayon məhkəməsinin 30.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş, 3) Xətai Rayon Məhkəməsinin 07.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum olunmuş, həmin Məhkəmənin 06.03.2018-ci il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi hökmdən xaric edilməklə CM-nin 178.2.2-ci maddəsi ilə 1500 manat cərimə və 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin 14.06.2018ci il tarixli qərarı ilə cəzasından 07 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 2-ci cild 23-30-cu vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 66.5 və 66.3-cü maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Goranboy Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixi hökmü ilə təyin edilmiş və bu günədək ödənilməmiş 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası tamamilə hazırki hökmlə birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat məbləğində cərimə və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin olunmuş, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmuş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəza çəkmə müddətinin 31 yanvar 2017-ci il tarixdən hesablanmış və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 01 iyun 2021-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 30.01.2017-ci il tarixli, 1(045)-01/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, həmin hökm 05.06.2017-ci il tarixdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, hazırda məhkum Təqsirləndirilən şəxs cərimə cəzasından 400 (dörd) yüz manat pul ödədiyinə görə 1.100 (bir min yüz) manat pul ödənilməmiş qalmaqdadır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar olaraq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və himayəsində iki az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xətai Rayon Məhkəməsinin 07.06.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzasına məhkum olunmuş, həmin Məhkəmənin 06.03.2018-ci il tarixli qərarı ilə həmin Məcəllənin 178.2.4-cü maddəsi hökmdən xaric edilməklə həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə 1.500 manat cərimə və 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli qərarı ilə cəzasından 07 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, lakin 1.500 manat cərimə cəzasını tam icra etmədən 2 il 2 ay 9 gün müddət keçdikdən sonra 25.08.2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsəasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 1.100 manat cərimə cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək qəti cəza təyin edilməli, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 24 fevral 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 münasibətdə mülki iddia tam təmin edilməli, digər Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 93.1-ci maddəsinə əsasən, cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Həmin Məcəllənin 93.4.20-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada mülki cavabdeh cinayət prosesinin istənilən anında mülki iddianı qəbul etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli vurulmuş maddi zərərə görə 7.000 (yeddi min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və vurulmuş maddi zərərə görə 3.700 (üç min yeddi yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməlidir. Həmçinin iş üzrə digər zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 3.000 (üç min) manat və vurulmuş mənəvi zərərə 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili S.A.Məmmədova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə maddi yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş 1.100 manat cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1.100 (bir min yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 1.100 (bir min yüz) manat cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia tam təmin edilsin və vurulmuş maddi zərərə görə 7.000 (yeddi min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə mülki iddia tam təmin edilsin və vurulmuş maddi zərərə görə 3.700 (üç min yeddi yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə görə 3.000 (üç min) manat və vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar