Məhkəmə qərarları › İş №1(006)-313/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-313/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-313/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Sabirabad şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0.324 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış. Nəsimi rayon polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2025-ci il tarixdə saat 02:48 dəqiqədə ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,324 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, avtomobil yumaqla məşğuldur və İ qrup əlil qadının evində yaşayaraq həmin xanıma baxmışdır. 13 fevral 2025-ci il tarixdə gecə saatlarında evdə yatdığı zaman polis əməkdaşları onun yaşadığı evə basqın etmişlər. Polis əməkdaşları gecə saat 12 radələrindən saat 02 radələrinə qədər onun yaşadığı evdə olmuşlar. Polis əməkdaşları ona narkotik vasitə təqdim edərək, həmin narkotik vasitəni cibinə qoymasını və videoçəkilişdə cibində olan narkotik vasitəni çıxararaq ona məxsus olması barədə etirafedici ifadə verməsi tələb etmişlər. O, polis əməkdaşlarına yalvarmışdır ki, cəzaçəkmə müəssisəsindən yeni çıxmışdır və xəstə anası onun himayəsindədir. Lakin, polis əməkdaşları onun sözlərinə məhəl qoymamışlar. Polis əməkdaşları ona qarşı hədə-qorxu gələrək ona zor təbiq edəcəklərini və onun külli miqdarda narkotik vasitə satan olaraq rəsmiləşdiriləcəyi bildirmişlər. Buna görə də, o, məcbur qalaraq polis əməkdaşlarının təqdim etdikləri narkotik vasitələrin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Lakin, həmin narkotik vasitə ona məxsus olmamışdır. Bundan başqa, polis bölməsində polis əməkdaşları ona zor təbiq edərək, onu döymüşlər. O, bir müddətdir ki, narkotik vasitədən istifadə etsə də, lakin tutulan vaxt onun üzərində narkotik vasitə olmamış və narkotik vasitədən istifadə etməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, barəsində ittiham hökmü çıxarıldığı təqdirdə mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə işlədiyi polis bölməsinə Təqsirləndirilən şəxs Nəsimi raxonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, istifadəsi və üzərində daşınması barədə əvvəlcədən məlumat daxil olmuş və sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmağından ötrü əməliyyat qrupu yaradılmış və o, da qrupun üzvü seçilmişdir. Daxil olan məlumatı yoxlamaq məqsədi ilə o, 13 fevral 2025-ci il tarixdə, saat 02:20 radələrində iş yoldaşları Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və X9 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə ünvan 4 ünvanın qarşısına gedərək orada 25-30 dəqiqə müddətində gözləmişlər. Həmin gün, yəni 13 fevral 2025-ci il tarixdə saat 02:48 dəqiqədə zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək şəkildə onlara tərəf gəlməsini müşahidə etmiş və sonuncuya yaxınlaşaraq əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə tərəflərindən “İphone” markalı mobil telefonla küçədə aparılan videoçəkilişlə özlərini 21-ci PB-nin əməkdaşları kimi təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, həmin maddələri əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya kim olması sualını vermişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və sonuncudan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində saxladığı şəffaf sellofan kəsiyində olan 01 ədəd bükümü onlara təqdim etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs paltarında başqa əşya və predmet olub-olmaması məqsədilə üzəri yoxlanılmış, həmin zaman sonuncunun şalvarının sol çibindən 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq, cəmi 19 manat pul əskinası və əynindəki paltonun sol yan cibindən 01 ədəd kibrit qulusu aşkar edilmişdir. Pul və kibril qutusu iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmış və sonuncunun təqdim etdiyi büküm tərəflərindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri proses iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar edilmiş bükümdəki maddənin “kakos" kimi bildiyi narkotik vasitə olan heroin olmasını, həmin maddəni xx.xx.2025-ci il tarixdə saaı 20-21 radələrində şəxsi istifadəsi üçün ünvan 5 ünvanında tanımadığı şəxsdən 15 manat pul verməklə əldə etdiyini bildirmişdir. Küçədə əlverişli şəriat olmadığından aparılan prosesə dair protokol tərtib edilməsi üçün videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gəlmiş və xidməti otaqda “əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs və həmkarlarının imzaları ilə təsdiq edilmişdir. Eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 23 ünvanın qarşısında küçədə aparılan xideoçəkiliş tərəflərindən 01 ədəd DVD diskə köçürülmüşdür. Daha sonra tərtib edilmiş raport əsasında Təqsirləndirilən şəxs götürülmüş və içərisində narkotik maddəyə bənzər kütlə olan 01 ədəd büküm olan qablaşdırılmış zərf və küçədə videoçəkiliş aparılaraq köçürülmüş 01 ədəd DVD disk baxış keçirilməsi və sonrakı prosesual sənədləşmənin aparılması üçün təhqiqatçı Cavad Əhmədova təqdim edilmişdir. Xidmət otaqda aparılan digər videoçəkilişlə tərəflərindən təqdim edilən 01 ədəd qablaşdırılaraq zərf təhqiqatçı tərəfindən açılmış və içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ədəd büküm aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə və DVD diskə baxış keçirilmiş, daha sonra həmin büküm yenidən təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırıl araq götürülmüş və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Təyin edilmiş məhkəmə-komyəvi ekspertizası ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümün içərisindəki maddənin təmiz çəkisi 0,324 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin olması müəyyən edilmişdir. İşlədiyi bölməyə Təqsirləndirilən şəxs psixotrop maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatın daxil olmasa da, tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə edə bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi rayon polis İdarəsinin 21-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş kütləni Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarına təqdim etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq olmaqla cəmi 19 manat pul əskinası, eləcə də əynində olan paltonun sol yan cibindən 01 ədəd kibrit qutusu aşkar edilmiş, qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar ediləmişdir. 19 manat pul əskinası və 01 ədəd kibrut qutusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmış, narkotik vasitəyə bənzər 01 ədəd büküm isə içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin “kakos” kimi bildiyi narkotik vasitə olan heroin olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanın qarşısında tanımadığı şəxsdən 15 manata alaraq üzərində saxladığını, habelə heroini şüşə qabda bişirib damarına vurmaqla qəbul etdiyini bildirmişdir. Şübhəli şəxsin üs.ünün yoxlanılması 13 fevral 2025-ci il tarixdə saat 02:48 dəqiqədə ünvan 4 ünvanın qarşısında “İphone” markalı mobil telefondan videoçəkiliş aparılmaqla həyata keçirilmiş, protokol isə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasında tərtib edilmiş və video çəkilişin əks olunduğu məlumat daşıyıcısı olan 01 ədəd DVD disk həmin protokola əlavə edilmişdir (i.v. 9-10); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin təhqiqatçısı polis mayoru X8 özünü təqdim etdikdən sonra Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 02:48 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 23 ünvamənın qarşısında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik maddə olan hcroinə bənzər 01 ədəd bükümə və onun qablaşdırıldığı 01 ədəd zərfə baxış keçirmişdir. Təhqiqatçı tərəfindən zərf açıldıqda içərisində 01 ədəd sellofan bükülüdə açıq qəhvəyi rəngli narkotik vasitə olan hcroinə bənzər kütlə aşkar olunmuş, həmin küılə yenidən qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküındəki kütlənin “kakos” kimi bildiyi narkotik vasitə olan heroin olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılması “İphonc” markalı mobil telefondan videoçəkiliş aparılmaqla həyata keçirilmiş, protokol isə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasında xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və video çəkilişin əks olunduğu məlumat daşıyıcısı olan 01 ədəd DVD disk həmin proto.cola əlavə edilmişdir (i.v. 16-17); “şübhəli şəxsin tutulması haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 03:55-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 fevral 2025-ci il tarixdən, saat 02:48-dən tutulmuş hesab edilmişdir (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2025-ci il tarixli, 6/651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X1 üzərindən aşkar olunmuş...” qeydli zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,324 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v. 57- 58); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 68); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 4(006)-106/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 13 fevral 2025-ci il tarixdən, saat 02:48-dən hesablanması qərara alınmışdır (i.v. 91-94); “maddi sübut kimi tanıması haqqında” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,324 qram narkotik vasitə olan heroin, eləcə də sonuncunun üstündə yoxlanılma aparılan zaman və təqdim edilən əşyaya baxış keçirilən vaxt videoçəkiliş aparılmış 02 ədəd DVD diskin maddi sübut kimi tanınması, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,274 qram narkotik vasitə heroinin saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 95-96); “diskə baxış keçirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı mülki geyimdə olan Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1, X9, Şahid2, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşı tədbirin 13 fevral 2025-ci il saat 02:48 dəqiqədə keçirilməsini, eləcə də şübhəli şəxsin ünvan 6 ünvanın qarşısında saxlanılmasını elan edir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş kütləni təqdim edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq və 9 ədəd 1 manatlıq olmaqla cəmi 19 manat pul əskinası, eləcə də əynində olan paltonun sol yan cibindən 01 ədəd kibrit qulusu aşkar edilir, qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. 19 manat pul əskinası və 01 ədəd kibrin qutusu Təqsirləndirilən şəxs qaytarılır. Aşkar edilmiş narkotik vasitəyə bənzər 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin “kakos” kimi bildiyi narkotik vasitə olan heroin olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə ünvan 7 ünvanın qarşısında tanımadığı şəxsdən 15 manata alaraq üzərində saxladığını, habelə heroini şüşə qabda bişirib damarına vurmaqla qəbul eldiyini bildirir. Polis əməkdaşı şübhəli şəxsin üstünün yoxlanılması aparılan hərəkətlərə dair Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-də protokol tərtib ediləcəyini bildirməklə videoçəkilişin dayandırılmasını elan edir (i.v. 99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Zeynalov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 ay 08 gün müddətini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edilmişdir (i.v. 99-102); Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-5/2024 saylı hökmündən görünür ki, Zeynalov X2 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (i.v. 104- 108); “diskə baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılması zaman videoçəkiliş aparılaraq görüntüsü köçürülmüş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin təhqiqatçısı polis mayoru X8 özünü təqdim etdikdən sonra 21-ci PB-nin əməkdaşları tərəfindən 13 fevral 2025-ci il tarixdə saat 02:48 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 23 ünvamənın qarşısında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik maddə olan heroinə bənzər 01 ədəd bükümə və onun qablaşdırıldığı 01 ədəd zərfə baxış keçiriləcəyini elan edir. Təhqiqatçı tərəfindən zərf açıldıqda içərisində 01 ədəd sellofan bükülüdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər küllə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını bildirir. Həmin kütlə təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 112); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 13 fevral 2025-ci il tarixli, 832 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 122-123); “sübutların qiymətləndirilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,324 qram olan narkotik vasitə heroinin və üstündə yoxlanılma aparılan zaman və təqdim edilən əşyaya baxış keçirilən vaxt videoçəkiliş aparılmış 02 ədəd DVD diskin maddi sübut qismində tanınması haqqında qərarın nəzərə alınması qərara alınmışdır (i.v. 130-138). Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş kütlə narkotik vasitə heroinə bənzər maddələrin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin ümumi təmiz çəkisi 0,324 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(056)-5/2024 saylı, 17 yanvar 2024-cü il tarixli hökmü) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun şərti olaraq vaxtından əvvəl azad edilməsindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 13 fevral 2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üstündə yoxlanılma aparılan zaman və təqdim edilən əşyaya baxış keçirilən vaxt videoçəkiliş aparılmış 02 ədəd ”DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 02 aprel 2025-ci il – 23 aprel 2025-ci il tarixlərdə keçirilmiş 03 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 14 may 2025-ci il – 08 avqust 2025-ci il tarixlərdə keçirilmiş 05 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 219 (iki yüz on doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan - Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,274 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üstündə yoxlanılma aparılan zaman və təqdim edilən əşyaya baxış keçirilən vaxt videoçəkiliş aparılmış 02 ədəd ”DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 24 (iyirmi dörd) iş saatına görə 219 (iki yüz on doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar