Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-314/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində, ünvan 2 ünvanının giriş qapısının qarşısında, evinin divarına taxta mismarlanmasına görə ona irad bildirən qonşusu, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs baş, bədən nahiyələrindən yumruq və təpiklə qəsdən vuraraq ona - burun nahiyəsinin burun sümüyünün cərrahi əməliyyata ehtiyacı olmayan sınığı ilə müşayiət olunan səthi əzilmiş yarası, sağ göz qapaqları və gözaltı nahiyəsinin, sol gözaltı nahiyəsinin, qarın nahiyəsinin qançırları ilə müşayət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 2002-ci ildə ailə qurmuş və rəsmi nikahdan iki övladı dünyaya gəlmişdir. 1989-cu ildən ünvan 3 ünvanında yaşayır. Yaşadığı ev ümumi həyət tiplidir. Özü isə fərdi qaydada mənzillərin təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Əvvəllər daima normal qonşu münasibətləri olmuşdur. Son zamanlar Hikmət orada yaşamır və həmin mənzili müxtəlif insanlara kirayə verir. Hadisə baş verən günü, yəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında evdə səhər yeməyi yeyən zaman, həyətdə qonşusu Zərərçəkmiş şəxs yüksək səslə onun atası X1 ilə mübahisə etdiyini və onun ünvanına söyüş söydüyünü eşitmişdir. O, həyətə düşüb Hikmətdən hansı səbəbdən söyüş söyməsini soruşduqda sonuncu qəzəbli şəkildə, həyətin qapısının ağzına taxta qoyduğu üçün söydüyünü bildirmişdir. O, qonşusu Zərərçəkmiş şəxs məhəllədə söyüş söyməməsini xahiş edib sakitləşdirmək istəyən zaman, sonuncu daha da uca səslə onu və ailə üzvlərini təhqir etmiş və üzərinə gələrək onun sinəsindən vurmuşdur. Bundan sonra o əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Mübahisəyə qonşusu gələrək onları ayırmışdır. Hikmət isə onu tutduracağı ilə hədələyib oranı tərk edib öz evinə getmişdir. Mübahisənin zərərçəkmiş şəxsin təhriki ilə baş verdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ildə Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsi 103 saylı evin 29 saylı mənzilini almışdır. Həmin mənzildə az müddət yaşamış və sonradan qeydiyyatda olduğu ünvan 4 mənzil 28 ünvanına köçərək, Nizami küçəsində yerləşən mənzili qohumlarına yaşamaq üçün kirayə vermişdir. Ara-sıra həmin mənzilə gəlib ümumi vəziyyətlə tanış olub xırda təmir işlərini gördürmüşdür. xx.xx.2020-ci il tarixdə, səhər saatlarında ünvan 5 ünvanında yerləşən evinə getmiş və ümumi həyətə daxil olduqda, həyətin qapısının arxasında, evinin divarında mismarlanmış taxta aşkar etmişdir. Bu səbəbdən həyətdə ümumi iradlarını bildirən zaman, qonşusu Abbasəli həyətə çıxmışdır. O, Abbasəliyə mənzilinin girişini məhdudlaşdırdığı üçün iradını bildirmiş, hətta əvvəllər də onun əməlləri nəticəsində evinin divarına ziyan dəydiyini xatırlatmışdır. Evin qapısını açıb içəri daxil olmaq istəyən zaman, Abbasəli, onun mənzilinin giriş qapısının qarşısında, sağ tərəfindən gələrək anidən sifət nahiyəsindən əli ilə zərbə vurmuşdur. Əlində nəsə olduğunu görməsə də, zərbənin təsiri güclü olduğu üçün ehtimal etmişdir ki, Abbasəlinin əlində hər hansı bir küt əşya olmuşdur. Zərbənin təsirindən başı gicəllənərək yerə yıxılmış və sifətindən qan gəlməyə başlamışdır. Yerdə olan zaman da Abbasəli onu bir neçə dəfə təpik və yumruq zərbələri ilə vurmuşdur. Bundan sonra o telefonu əlinə götürüb DİN-nin 102 xidmətinə zəng edən zaman Abbasəli ondan əl çəkib evinə getmişdir. Zərbələrin təsirindən xəsarət aldığı üçün 20 gün xəstəxanada müalicə almış, həmin müddət ərzindəAbbasəli ona baş çəkməmiş və onunla maraqlanmamışdır. Hadisə zamanı onun tərəfindın nalayiq ifadələr işlədilməmiş, heç kimə xəsarət yetirməmişdir. Sonda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirərək məhkəmədən onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 Sağlamlığa zərər vurmanın təyininə dair xx xxxxxxxx 2020-ci il tarixli, 650 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun nahiyəsinin burun sümüyünün cərrahi əməliyyata ehtiyacı olmayan sınığı ilə müşaiyət olunan səthi əzilmiş yarası, sağ göz qapaqları və gözaltı nahiyəsinin, sol gözaltı nahiyənin, qarın nahiyəsinin qançırları küt əşyanın təsirindən müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkarolunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən və müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə əmələ gələ bilərdilər (i/v 31-34). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 18). Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2008ci il təvəllüdlü X2 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqlacinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq məsuliyyətə cəlb olunmasını, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı heç bir qətimkan tədbiri seçilmədiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsaslar yoxdur. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-314/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-314/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver