Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-315/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0.405 qram çəkidə narkotik vasitə heroinı əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2025-ci il tarixdə saat 18:44-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan gödəkcəsinin cibindən 01 bükümdə təmiz çəkisi 0,495 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitə olan marixuandan istifadə edir. Bu əməlinə görə əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Sabirabad Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həmin epizod üzrə narkotik vasitə olan marixuananı özü könüllü təqdim etmişdir. Lakin, hazırkı iş üzrə onun təqsiri yoxdur. Belə ki, 10 fevral 2025-ci il tarixdə saat 18 radələrində “Nəsimi” metrostansiyasının yanında olan zaman 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onun anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etmiş, bu zaman polis əməkdaşları bildirmişdir ki, kim olması, nə işlə məşğul olması barədə məlumatların əldə edilməsi məqsədi polis şöbəsinə getməlidir. O, etiraz etdikdə isə onu məcburi qaydada avtomobilə əyləşdirmişlər. Avtomobildə olan zaman ona bildirilmişdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün barəsində cinayət işi açılacaqdır. O, buna etiraz etdikdə polis əməkdaşları onu avtomobildə döymüşlər. Daha sonra isə onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində olan zaman polis əməkdaşları ona narkotik vasitə heroin təqdim edərək, həmin narkotik vasitəni cibinə qoymasını və videoçəkilişdə cibində olan narkotik vasitə heroini çıxararaq ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişlər. O, etiraz etdikdə isə polis əməkdaşları yenidən onu döymüşlər. Buna görə də, o, məcbur qalaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitə heroinin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Lakin, həmin narkotik vasitə heroin ona məxsus olmamışdır. O, yalnız narkotik vasitə olan marixuanadan istifadə etmiş, tutulan zaman isə üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Tutulan zaman polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilsə də, onun görünən xəsarəti olmadığı üçün döyülməsi barədə hər hansı orqana şikayət etməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, barəsində ittiham hökmü çıxarıldığı təqdirdə mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 10 fevral 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Elxan» adlı şəxs Bakı şəhəri Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıyır, istifadəsi və satışı ilə məşğul olur. Keçirilmiş əməliyyat tədbirləri ilə «Elxan» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 21-ci polis bölməsinin əməliyyat müvəkkili X6 və X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü X6 və X8 ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə getmişlər. Saat 18 radələrində həmin küçədə 84 saylı ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq anket məlumatlarını soruşduqda, o, verilən suallara qeyri-adekvat cavab verərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının polis şöbəsinə daxil olduğunu bildirərək, bununla bağlı saxlanıldığı ünvan 3 ünvanında üzərinə çəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsinə etiraz etməmiş, üstünə baxış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 01 ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Yasamal rayonu, Sovetski adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılaraq maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün sonuncu Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis şöbəsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 20-ci polis şöbəsində getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunması ilə bağlı raport tərtib olunaraq polis şöbəsinin rəhbərliyə məruz olunmuşdur. Tərtib olunmuş raportla bağlı araşdırmanın aparılması X7a həvalə olunmuşdur. Təqsirləndirilən şəxs və onun üzərindən üzərindən aşkar olunaraq götürülərək qablaşdırılmış 01 ədəd büküm X7a təqdim olunmuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin olunaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra X7un üzəri möhürlənmiş zərfi açaraq içərisində olan 01 ədəd bükümü çıxaraq həmin bükümü Təqsirləndirilən şəxs göstərərək, həmin bükümün sonuncunun üzərindən aşkar olunduğunu soruşmuş, Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq həmin 01 ədəd bükümün onun üzərindən aşkar olunaraq götürüldüyünü etiraf edib, 01 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, Sovetski adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin qapağı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); “baş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanımasına dair” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürmə aparılmamışdan əvvəl sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə narkotik maddəyə bənzər kütləni təqdim etmiş, həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 8-9); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş baş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 10 fevral 2025-ci il tarixdə, saat 18:44 dəqiqədə ünvan 4 ünvanının qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zaman üzərindən 01 ədəd bükümdə narkotik maddə olan heroinə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyatı üzrə təqdim olunmuşdur, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə təhqiqatçı tərəfindən baxış keçirilərək, 01 ədəd zərfin içərisindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs həmin kütlənin içərisindəkinin narkotik vasitə heroin olduğunu şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmiş, sonra bir ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilərkən, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunmasını bildirməsi əksini tapmışdır. (i.v. 16-17); “şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 23:34-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 fevral 2025-ci il tarixdən, saat 18:44-dən tutulmuş hesab edilmişdir (i.v. 28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 6/4760 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 189” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər kütlə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,495 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 44-47); “təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 57); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 4(006)-100/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 10 fevral 2025-ci il tarixdən, saat 18:44-dən hesablanması qərara alınmışdır (i.v. 77-80); “maddi sübut kimi tanımaq haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanınmalı olan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 0,495 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması, naddi sübut kimi tanınmış 0,495 qram narkotik vasitənin qalıq 0,445 qram hissəsinin məhkəmə baxışınadək Nəsimi RPİ-də saxlanılması qərara alınmışdır (i.v. 81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məcburi narkoloji müalicə ləğv olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 88-90); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-339/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 107-114); “disklərə baxış keçirilməsi haqqında” 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstü yoxlanılması zaman videoçəkiliş aparılaraq görüntüsü köçürülmüş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı mülki geyimdə olan Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid, X4, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşı tədbirin 10 fevral 2025-ci il tarixdə saat 18:44 dəqiqədə keçirilməsini, eləcə də şübhəli şəxsin ünvan 2 ünvanının qarşısında saxlanılmasını elan edir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş kütləni təqdim edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin “kakos” kimi bildiyi narkotik vasitə olan heroin olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, habelə heroini damarına vurmaqla qəbul etdiyini bildirir. Polis əməkdaşı şübhəli şəxsin üstünün yoxlanılması aparılan hərəkətlərə dair Nəsimi RPİ-nin 21-ci PB-də protokol tərtib ediləcəyini bildirməklə videoçəkilişin dayandırılmasını elan edir. Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis polkovnik leytenantı Elmir Hüseynov özünü təqdim etdikdən sonra 21-ci PB-nin əməkdaşları tərəfindən 10 fevral 2025-ci il tarixdə saat 18:44 dəqiqədə ünvan 3 ünvanıənın qarşısında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik maddə olan heroinə bənzər 01 ədəd bükümə və onun qablaşdırıldığı 01 ədəd zərfə baxış keçiriləcəyini elan edir. Təhqiqatçı tərəfindən zərf açıldıqda içərisində 01 ədəd sellofan bükülüdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Həmin kütlə təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 118); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 1515 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sabirabad rayon MX-da (F11x2) daiqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 122-123); “sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,495 qram narkotik vasitə heroinin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 12 fevral 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmasının nəzərə alınması və ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin 0,445 qram qalığı saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i.v. 125-131); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(006)-589/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)-68/2025 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış baxışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləninin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,495 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-339/2023 saylı hökmü ilə yaranmış məhkumluğu hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun cəzasının sonu ilə azad edilməsindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 10 fevral 2025-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, iş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 (iki) gün ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hazırkı iş üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın, hazırkı iş üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Sabirabad Rayon Məhkəməsinin 1(056)-68/2025 saylı cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 0,445 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-315/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-315/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver