Məhkəmə qərarları › İş №1(006)-316/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-316/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-316/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü ildə Kürdəmir rayonu, Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Səlimzadə X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Təqsirləndirilən şəxs (VÖEN: **********) vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə Bakı şəhəri, Nəsimi rayonu, Heydərli Tağızadə 27 ünvanında yerləşən “Gold Saray” şadlıq sarayının fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni – 12 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, o əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 “ofisiant” vəzifəsində, 01 yanvar 2019-cu ildən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs4 “xadiməçi” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 “ofisiant” vəzifəsində, 01 iyul 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 “xadiməçi” vəzifəsində, 19 oktyabr 2021-ci ildən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs8 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə X9 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 “ofisiant köməkçisi” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 soyuq qəyanaltı düzəldən (salatçı) vəzifəsində, 01 fevral 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs2 inzibatçı (administrator) vəzifəsində və 19 oktyabr 2021-ci ildən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs12 “ofisiant” vəzifələrində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni – 12 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər müxtəlif restoranlarda menecer kimi işləmiş, 11 sentyabr 2019-cu il tarixdə X4 ünvan 3 ünvanında yerləşən obyekti notarial müqavilə əsasında icarəyə götürmüş və 18 sentyabr 2019-cu il tarixdən isə həmin obyekti vergi orqanında uçota qoymuşdur. Obyektin faktiki adı “Gold Saray” olsa da, həmin restoran vergi orqanında “Dalğa” adı olaraq qeyd olunmuşdur. 20 oktyabr 2021-ci il tarixdə vergi orqanı əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyəti göstərdiyi şadlıq sarayında operativ vergi nəzarəti tədbiri keçirilmiş, həmin tədbirdə iştirak edərək izahatı alınmışdır. Qeyd olunan tədbir nəticəsində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər şəxsin müxtəlif işlərə cəlb edilməsi faktı aşkar edilmişdir. Onun əmək müqaviləsi bağlamamağının səbəbi isə şadlıq sarayında işçilərin tez-tez dəyişməsi, bəzən isə qeydiyyatda olan işçilərin işə gəlməməsi və məcbur qalaraq tez bir zamanda işçi tapmağına zərurət yaranması olmuşdur. Həmçinin şadlıq sarayının fəaliyyətinə rəhbərliyi, nəzarəti, işçilərin işə götürülməsi və işdən çıxarılması, o cümlədən digər məsələlər onun tərəfindən həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq, cinayət işi üzrə icraatın bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında, həmçinin məhkəməyədək icraat zamanı verdikləri ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 01 fevral 2021-ci il tarixdən “Gold Saray” şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən həmin şadlıq sarayına inzibatçı (adminstrator) vəzifəsinə işə qəbul edilmişdir. 20 oktyabr 2021-ci il tarixdə şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən orada yoxlama aparılmış və şadlıq sarayında işləməyi ilə bağlı vergi işçilərinə izahat yazmışdır. Qeyd olunan yoxlama zamanı 12 nəfər işçinin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqları aşkar olunmuşdur. Daha sonra, o, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət edilmiş və izahatı alınmışdır. Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 20 oktyabr 2021-ci il tarixdə təxminən səhər saatlarında “Gold Saray” şadlıq sarayından ona məlumat verilərək, həmin gün toy üçün ofisiant köməkçisi lazım olduğu bildirilmiş, o da təxminən 2 saatdan sonra “Gold Saray” şadlıq sarayına yaxınlaşaraq işə çağırıldığını bildirmişdir. Daha sonra şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs onu ofisiant köməkçisi vəzifəsinə işə qəbul etmişdir. Lakin iş başında olarkən Dövlət Vergi Xidməti işçiləri şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar, yoxlama tədbiri keçirilən zaman orada iş fəaliyyətini davam etdirmişdir. Bundan sonra ondan izahatı alınmış, ümumilikdə təxminən 10-15 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqlar vergi əməkdaşları tərəfindən aparılan yoxlama zamanı ona məlum olmuşdur. O, şadlıq sarayında xadiməçi kimi Zərərçəkmiş şəxs4, baş ofisiant Zərərçəkmiş şəxs8 və ofisiant kimi X9 tanımış, iş saatının 18:00-dan 00:00-a kimi davam etmiş, orada 1 gün işləmiş və əmək haqqı günlük 10 (on) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbəəl ona ödənilmişdir. Zərərçəkmiş şəxs8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 19 oktyabr 2021-ci il tarixdə təxminən səhər saatlarında “Gold Saray” şadlıq sarayının baş adminstratoru Rövşən adlı şəxs telefonla ona məlumat verərək axşam toy məclisi olacağına görə şadlıq sarayına ofisiant kimi lazım olacağını bildirmiş, o da həmin gün “Gold Saray” şadlıq sarayına getmişdir. Daha sonra şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs onu dinlədikdən sonra şadlıq sarayına ofisiant vəzifəsinə işə qəbul etmişdir. 20 oktyabr 2021-ci il tarixdə şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar. O, 19 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək cəmi 2 gün “Gold Saray” şadlıq sarayında ofisiant kimi işləmiş, yoxlama tədbiri keçirilən zaman orada iş başında olmuşdur. Yoxlama zamanı ümumilikdə təxminən 10-15 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqları ona məlum olmuşdur. Qeyd olunan restoranda 2 gün işləmiş və əmək haqqı günlük 15 (on beş) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbəəl ödənilmişdir. Zərərçəkmiş şəxs9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 19 oktyabr 2021-ci il tarixdə təxminən axşam saatlarında “Gold Saray” şadlıq sarayından ona məlumat verilərək 20 oktyabr 2021-ci il tarixdə “Gold Saray” şadlıq sarayında toy məclisi olacağı və şadlıq sarayına soyuq qəlyanaltı düzəldən lazım olduğu bildirilmişdir. O, 20 oktyabr 2021-ci il tarixdə boş olduğuna görə, “Gold Saray” şadlıq sarayına getmiş, şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən soyuq qəyanaltı düzəldən (salatçı) kimi işə götürülmüşdür. Həmin gün şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar. 20 oktyabr 2021-ci il tarixdə 1 günlük “Gold Saray” şadlıq sarayında işləmiş, yoxlama tədbiri keçirilən zaman orada əmək fəaliyyətini göstərmiş və yoxlama zamanı şadlıq sarayında onunla birlikdə ümumilikdə təxminən 10-12 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqları məlum olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Zərərçəkmiş şəxs10 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 18 oktyabr 2021-ci il tarixdə “Gold Saray” şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən musiqiçi kimi işə götürülmüş, 20 oktyabr 2021-ci il tarixdə şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar və yoxlama tədbiri keçirilən zaman orada iş başında olmuşdur. Qeyd olunan yoxlama zamanı şadlıq sarayında 12 nəfər işçinin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduğunu bilmişdir. Toyda iş saatı 18:00-dan 23:00-a kimi davam etmiş, o özü isə restorana saat 17:00-dan gəlmişdir. Məhkəmə iclasında iştirak edən Şahid6 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 20 oktyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında tanışı Zərərçəkmiş şəxs10 ona zəng edərək 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Gold Saray” şadlıq sarayında toy mərasimi olduğunu demiş, onu həmin toya sintezator ifa etmək üçün dəvət etmişdir. O həmin gün saat 17:00-da “Gold Saray” şadlıq sarayına getmiş, orada iş başında olarkən təxminən saat 19:30 radələrində Dövlət Vergi Xidmətinin işçilərinin şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar, vergi işçiləri ondan işləməyi ilə bağlı izahat almaq istədikdə, o vergi işçilərinə sabit qəbzinin olduğunu demişdir. Həmin şadlıq sarayının sahibini tanımamış, həmin gün şadlıq sarayına klarnet ifaçısı Zərərçəkmiş şəxs10 tərəfindən dəvət olunmuş, Zərərçəkmiş şəxs10 başqa heç kimi tanımamış, iş saatı 17:00-dan 23:00-a kimi davam etmiş, 1 günlük “Gold Saray” şadlıq sarayında işlədiyinə görə onu həmin toy məclisinə dəvət edən Zərərçəkmiş şəxs10 ona 30 (otuz) manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən Şahid5 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. o, 20 oktyabr 2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar Təqsirləndirilən şəxs məxsus ünvan 4 ünvanında yerləşən “Gold Saray” şadlıq sarayında onun və qərarda adları qeyd edilən X11, X6, Şahid2, Şahid5, Şahid4, Şahid3 və X10 iştirakları ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, keçirilən tədbir zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən Təqsirləndirilən şəxs məxsus “Gold Saray” şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda şəxslərin, yəni 12 (on iki) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Qeyd olunan fakt 20 oktyabr 2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. “Gold Saray” şadlıq sarayında tədbir keçirilən zaman həmin şadlıq sarayına rəhbərliyi həyata keçirən Təqsirləndirilən şəxs izahat verərək 12 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin əməkdaşları Şahid3, Şahid4, Şahid2 da Şahid5 ifadəsinə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramlarda maddi imkanının olmaması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəcəklərinin nəzərə alınmasını xahiş edib, istintaqda verdikləri ilkin ifadələrini təsdiq etdiklərini və Təqsirləndirilən şəxs qarşı şikayətlərinin olmadığını bildirmişlər. Məhkəmədə müdafiə tərəfi gəlməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 oğlu, Zərərçəkmiş şəxs7, X12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 20 oktyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində “Gold Saray” şadlıq sarayına yaxınlaşaraq ofisiant kimi işləmək istədiyini bildirmiş, şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən ofisiant vəzifəsinə işə qəbul olunmuş, həmin gün şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar. Həmin şadlıq sarayında işləməsi ilə bağlı ondan izahat alınmış, bir günlük “Gold Saray” şadlıq sarayında ofisiant kimi işləmiş, onunla birlikdə ümumilikdə təxminən 10-15 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqları, şadlıq sarayında adminstrator (inzibatçı) kimi Zərərçəkmiş şəxs2 və ofisiant kimi Zərərçəkmiş şəxs3 tanımışdır. İş saatı 18:00-dan 00:00-a kimi davam etmiş, əmək haqqı günlük 15 (on beş) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbəəl ödənilmiş, hətta izahat yazarkən 10 (on) manat əmək haqqı almış, günün sonunda isə Təqsirləndirilən şəxs tərəfindən 15 (on beş) manat əmək haqqı almışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin yanvar ayının 1-dən “Gold Saray” şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən şadlıq sarayına xadiməçi kimi işə qəbul olunmuşdur. 20 oktyabr 2021-ci il tarixdə şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidmətinin işçilərinin şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar, 01 yanvar 2019-cu il tarixdən 20 oktyabr 2021-ci il tarixinədək “Gold Saray” şadlıq sarayında toy olan günlərdə ona qabaqcadan məlumat verilməklə həmin gün şadlıq sarayına gedib xadiməçilik etmiş, yoxlama tədbiri keçirilən zaman orada iş başında olmuş, orada ümumilikdə 10-15 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqları vergi əməkdaşlarının apardıqları yoxlama zamanı ona məlum olmuş, şadlıq sarayında ofisiant kimi Zərərçəkmiş şəxs3, xadiməçi kimi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımışdır. İş saatı 18:00-dan 00:00-a kimi davam etmiş, ay ərzində təxminən 15 gün işləmiş və əmək haqqı günlük 10 (on) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbəəl ödənilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs7 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 20 oktyabr 2021-ci il tarixdə təxminən səhər saatlarında “Gold Saray” şadlıq sarayında işləyən işçilər ona telefonla məlumat verərək axşam toy mərasimi keçiriləcəyini və ofisiant lazım olduğunu demişlər, o bir neçə saat sonra “Gold Saray” şadlıq sarayına yaxınlaşaraq şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs onu dinlədikdən sonra şadlıq sarayına ofisiant vəzifəsinə işə qəbul etmişdir. 20 oktyabr 2021-ci il tarixdə şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar, orada iş başında olması ilə bağlı ondan izahat alınmışdır. 20 oktyabr 2021-ci il tarixdə 1 günlük “Gold Saray” şadlıq sarayında ofisiant kimi işləmiş, ümumilikdə təxminən 15 nəfərə yaxın işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqları vergi əməkdaşları tərəfindən yoxlama aparılarkən ona məlum olmuş, şadlıq sarayında çalışan baş ofisiant kimi Zərərçəkmiş şəxs8, ofisiant kimi X9, ofisiant köməkçisi kimi Zərərçəkmiş şəxs6 baş inzibatçı (administrator) kimi Zərərçəkmiş şəxs2 tanımışıdr. İş saatı 18:00-dan 00:00-a kimi davam etmiş, orada 1 gün işləmiş və əmək haqqı günlük 10 (on) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbəəl ödənilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış X7 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin iyul ayından çağırışçı kimi hərbi xidmətə yollanmış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində həqiqi hərbi qulluqda olmuş, hərbi xidmətdən əvvəl İnşaat və Memarlıq Universitetinin nəzdində olan İnşaat kollecini bitirmiş və kollecdə oxuduğu müddətdə dərsdən sonra boş vaxtlarında restoran və şadlıq saraylarında ofisiant kimi işləməklə özünü dolandırmışdır. 20 oktyabr 2021-ci il tarixdə təxminən səhər saatlarında “Gold Saray” şadlıq sarayına ofisiant lazım olması barədə məlumat aldıqda, o həmin gün “Gold Saray” şadlıq sarayına getmiş, orada şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs onu dinlədikdən sonra şadlıq sarayına ofisiant vəzifəsinə işə qəbul etmişdir. Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən şadlıq sarayında yoxlama tədbiri keçirilən zaman iş başında olmuş, yoxlama zamanı şadlıq sarayında onunla birlikdə ümumilikdə təxminən 10- 12 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqlarını vergi əməkdaşları yoxlama apararkən eşitmiş, şadlıq sarayında işçi kimi Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 tanımış, iş saatı 14:00-dan 23:00-a kimi davam etmiş, əmək haqqı günlük 15 manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs11 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin iyul ayından çağırışçı kimi hərbi xidmətə yollanmış, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən əvvəl İnşaat və Memarlıq Universitetinin nəzdində olan İnşaat kollecini bitirmiş və kollecdə oxuduğu müddətdə dərsdən sonra boş vaxtlarında restoran və şadlıq saraylarında ofisiant kimi işləməklə özünü dolandırmışdır. 20 oktyabr 2021-ci il tarixdə təxminən səhər saatlarında “Gold Saray” şadlıq sarayında işləyən işçilər ona həmin gün şadlıq sarayında toy mərasimi keçiriləcəyi və şadlıq sarayına ofisiant lazım olması barədə məlumat verdikdə, o həmin gün “Gold Saray” şadlıq sarayına getmiş, şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs onu dinlədikdən sonra həmin şadlıq sarayına ofisiant vəzifəsinə işə qəbul etmişdir. Həmin gün şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən şadlıq sarayında yoxlama aparılmış, yoxlama zamanı orada işləməsi ilə bağlı vergi işçilərinə izahat yazmış, şadlıq sarayında işçi kimi Zərərçəkmiş şəxs12 və X9 anımış, iş saatı 14:00-dan 23:00-a kimi davam etmiş, əmək haqqı günlük 15 manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs12 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin iyul ayından çağırışçı kimi hərbi xidmətə yollanmış, Müdafiə Nazirliyinin 3-cü Korpusunun N saylı hərbi hissəsində həqiqi hərbi qulluqda olmuş, hərbi xidmətdən əvvəl İnşaat və Memarlıq Universitetinin nəzdində olan İnşaat kollecini bitirmiş və kollecdə oxuduğu müddətdə boş vaxtlarında restoran və şadlıq saraylarında ofisiant kimi işləməklə özünü dolandırmışdır. 19 oktyabr 2021-ci il tarixdə “Gold Saray” şadlıq sarayına yaxınlaşaraq iş üçün müraciət etmiş və şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən şadlıq sarayına ofisiant vəzifəsinə işə qəbul olunmuşdur. 20 oktyabr 2021-ci il tarixdə şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidmətinin işçiləri şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar, yoxlama zamanı Vergi işçiləri ondan işləməsi ilə bağlı izahat almışlar, şadlıq sarayında işçi kimi Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Ziya Mehdilini, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 tanımış, iş saatı 13:00-dan 23:00-a kimi davam etmişdir, əmək haqqı günlük 15 manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, “Gold Saray” şadlıq sarayının rəhbəri Təqsirləndirilən şəxs tanımış, əvvəllər Təqsirləndirilən şəxs rəhbəri olduğu şadlıq sarayında qısa müddət ərzində ofisiant kimi işləmişdir. 20 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində işlədiyi “Tekfen” şirkətindən işdən çıxıb boş vaxtı olduğuna görə, “Gold Saray” şadlıq sarayına getmiş, orada işləyən işçilər ona şadlıq sarayında toy mərasimi olduğunu, həmin məclisə ofisiant lazım olması barədə məlumat verdikdə, o maddi imkanının zəif olduğunu və boş vaxtının olmasından istifadə edib, 1 günlük ofisiant kimi işləmək qərarına gəlmişdir. O, şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs bu barədə məlumat verdikdə, onu həmin gün keçirilən toy mərasiminə ofisiant kimi işə qəbul etmiş, həmin gün Təqsirləndirilən şəxs tərəfindən ona 15 manat əmək haqqı ödənilmişdir. Həmin şadlıq sarayında musiqiçi kimi Zərərçəkmiş şəxs10, kassir kimi Zərərçəkmiş şəxs5, qabyuyan kimi Zərərçəkmiş şəxs4, xadiməçi kimi Zərərçəkmiş şəxs1 və soyuq qəlyanaltı hazırlayan Zərərçəkmiş şəxs9 tanıdığını qeyd etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin iyun ayının sonlarında “Gold Saray” şadlıq sarayında işçi axtarılması barədə məlumat aldıqdan sonra həmin şadlıq sarayına getmiş, şadlıq sarayının rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən 01 iyul 2021-ci il tarixdən şadlıq sarayına xadiməçi kimi işə götürülmüş, 01 iyul 2021-ci il tarixdən saat 09:00-dan “Gold Saray” şadlıq sarayında xadiməçi kimi işə başlamışdır. 20 oktyabr 2021-ci il tarixdə şadlıq sarayında iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin şadlıq sarayına daxil olaraq orada yoxlama aparmışlar, yoxlama tədbiri keçirilən zaman orada iş başında olmuş və yoxlama zamanı şadlıq sarayında onunla birlikdə ümumilikdə 10-15 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqları məlum olmuşdur. O, şadlıq sarayında musiqiçi kimi Zərərçəkmiş şəxs10, ofisiant kimi Zərərçəkmiş şəxs3, qabyuyan kimi Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tanımış, iş saatı 09:00-dan 21:00-a kimi davam etmiş, bütün günləri iş başında olmuş, əmək haqqı günlük 10 (on) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbəəl ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 oğlu, Zərərçəkmiş şəxs7, X12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild İ, i/v 1-2). İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli, **********5490 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X13 tərəfindən imzalanaraq möhürlənmiş qərarla Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Heydərli Tağızadə 27 ünvanında yerləşən obyektdə müvafiq orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarət tədbirinin həyata keçirilməsi qərara alınmışdır (cild İ, i/v 8). İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2021-ci il tarixli, KY211670526 saylı çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Dalğa Restoranı” adlanan obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı Operativ vergi nəzarəti plandankənar (növbədənkənar) yoxlama təyin edilmişdir (İ cild, i/v 9). İş materiallarında olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs (VÖEN**********) “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafəsi Mazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır (İ cild, i/v 12-13). İş materiallarında olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” 20 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Heydərli Tağızadə 27 ünvanında yerləşən obyektdə xx.xx.2021-ci il tarixdə saat 19:30-da işlərin yerinə yetirilməsinə cəlb edilmiş 18 fiziki şəxsdən 12 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, həmçinin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər: İşçilərin siyahısı aşağıdakı kimidir: Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 oğlu, Zərərçəkmiş şəxs7, X12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 (İ cild, i/v 15-19). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild İ, i/v 76). İş materiallarına əlavə olunmuş “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild İİ, i/v 147). İş materiallarında olan xasiyyətnamədən və arayışlardan görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Kürdəmir RİHB-nin Atakişili kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət ərizəsi material daxil olmamış və müsbət axarkterizə olunmuşdur (cild İİ, i/v 43-45). Beləliklə, Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Heydərli Tağızadə 27 ünvanında yerləşən “Gold Saray” şadlıq sarayında 12 nəfər zərərçəkmiş şəxsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin görülməsinə cəlb etməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd olunan Məcəllənin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sözügedən Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bu mənada, Təqsirləndirilən şəxs təqirləndirildiyi CM-in 162-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Təqsirləndirilən şəxs CM-in 162-1.1-ci maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Heydərli Tağızadə 27 ünvanında yerləşən “Gold Saray” şadlıq sarayının fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 “ofisiant” vəzifəsində, 01 yanvar 2019-cu ildən 20 oktyabr 2021ci il tarixədək Zərərçəkmiş şəxs4 “xadiməçi” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 “ofisiant” vəzifəsində, 01 iyul 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 “xadiməçi” vəzifəsində, 19 oktyabr 2021-ci ildən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs8 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə X9 “ofisiant” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 “ofisiant köməkçisi” vəzifəsində, 20 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 soyuq qəyanaltı düzəldən (salatçı) vəzifəsində, 01 fevral 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs2 inzibatçı (administrator) vəzifəsində və 19 oktyabr 2021-ci ildən 20 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs12 “ofisiant” vəzifələrində işlətməklə, ümumilikdə, 12 nəfər işçini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin görülməsinə cəlb etmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə sonuncu hadisə 01 yanvar 2019-cu il tarixdən başlamaqla, 20 oktyabr 2021-ci il tarixdə yekunlaşmış, bununla da cinayətlərin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Həmçinin, Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsində göstərilən cinayət formal tərkibli olmaqla, xeyli sayda (“on nəfər və ondan çox olan işçilərin” Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin İ hissəsi) işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır. Hətta, cinayət işinin icraatının dayandırılması və təzələnməsi ilə əlaqədar hesablanmış müddətlər nəzərə alınsa belə, həmin müddət iki illik müddətin ötürülməsinə mane ola bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırmaqla, həmçinin müdafiə tərəfinin razılığını, habelə təqsirləndirilən şəxsin özünü cinayət əməli üzrə tam şəkildə təqsirli bilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməli və o, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-316/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 07 iyul 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 39-cu, 43-cü, 344-347-ci, 356-cı, 358ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilsin və o, Azərbaycan Respublikası CPMnin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar