Məhkəmə qərarları › İş №1(006)-317/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-317/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-317/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şirvan (Qazı-Məmməd) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ış, hazırkı cinayət işi üzrə barəsində “həbs” qətimkan təbdiri seçilmiş, hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə saat 11 radələrində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə müştəri qismində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsinə gəlib orada avtomobildən düşərkən sonuncuya həmin yerdə gözləməsini və bir qədər sonra digər ünvana getmək üçün geri qayıdacağını bildirsə də Zərərçəkmiş şəxs orada uzun müddət gözlətməsi səbəbindən sonuncunun həmin gün saat 11:27-də ictimai yer hesab edilən ünvan 3 ünvanın qarşısında ona yaxınlaşaraq irad bildirməsini cüzi səbəb kimi bəhanə gətirib barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə Zərərçəkmiş şəxs zor tətbiq edib xuliqanlıq niyyətilə qəsdən sifət nahiyəsindən yumruq zərbəsi vuraraq sonuncuya burun nahiyəsinin burun sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı, burun tənəffüsünün pozulması və qançır şişkinliyi kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzəli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Şahid2 iki ilə yaxındır ki, tanıyır. 22 mart 2024-cü il tarixdə saat 11 radələrində dostu Fərahimlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsindən taksi sifariş vermişlər. Sifarişi ona məxsus ***-***-**-** nömrəsi ilə etmişlər. Onarın sifarişinə “Kd a Rio” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Həmin maşınla mobil tətbiqdə ünvana gediş və yenidən birinci ünvana qayıtmaq barədə qeydiyyat aparmışlar. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosunun yanma gəlmişlər. O və Fərahim taksi sürücüsünə, yəni adının istintaqda Əlicabbar olduğunu bildikləri şəxsə demişlər ki onları 28 May metrosunun yanında mobil telefon dükanının yanında gözləsin. Mobil telefonun ehtiyat hissəsini dükandan alıb yenidən Təbriz küçəsinə qayıdacaqlar. Təbriz küçəsindən 28 May metrosunun yanına gəlmişlər. Hər ikisi, həm o, həm də Fərahim avtomobildən düşüb telefon mağazasına getmişlər. Bir qədər işləri orada uzanmışdır. Telefonun təmiri vaxt aparmışdır. Təxminən 30 dəqiqə orada qalmışlar. Taksi sürücüsü bir neçə dəfə zəng edərək pulunu istəmiş və bildirmişdir ki, maşını saxlamağa yer yoxdur. Bir qədər sonra gec gəlməklərinə görə mağazanın içərisinə gəlib demişdir ki, “ödənişi edin mən çıxım gedim”. O da Fərahimə bildirmişdir ki, sürücünün pulunu verib yola salsın. Bir qədər sonra o, Fərahimin arxasınca dükandan çıxanda onun taksi sürücüsü Əlicabbarla mübahisə etdiyini görmüşdür. Onlara yaxınlaşıb sakitləşdirmək istəmişdir. Həmin şəxs, yəni Əlicabbar onun ünvanına söyüş söymüş və onun sinəsindən itələmişdir. Belə olduqda, o, bir dəfə əli ilə onun sifətinə vurmuşdur. Telefon dükanını işlədən şəxs və orada olan tanımadığı adamlar onlara problem yaranacağını deyib getməklərini bildimişlər. Onlar da orada bir xeyli adam olmasını görüb qaçıb uzaqlaşmışlar. Onun yumruqla vurduğu şəxsin sifətindən qan axmasını görmüşdür. Hadisədən altı ay sonra onları Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları saxlayıb şöbəyə aparmışlar. Onların arasında olan dava-dalaş 1-2 dəqiqə davam etmişdir. O, dükandan çıxanda sürücü ilə Fərahimin mübahisə etməsini görmüşdür, lakin onu vurmasını görməmişdir. Adının sonradan Əlicabbar olmasını bildiyi şəxs ona söyüş söyüb itələmiş və buna görə də onu vurmuşdur. Hadisə 2-3 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir taksi fəaliyyəti ilə məşğul olur. 22 mart 2024-cü il tarixdə saat təxminən 11 radələrində etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərdə olarkən Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsindən sifarişlə iki nəfər müştəri götürmüşdür. Sifarişə uyğun olaraq onları Nəsimi rayonu 28 May küçəsinə gətirmişdir. Onlar maşından düşüb “Brendaks” telefon mağazasına getmişlər. Onlara əvvəlcədən demişdir ki, həmin küçədə maşın saxlamaq mümkün deyil, cərimə tətbiq olunur. Ona görə də tez çıxmalarını bildirmişdir. Həmin şəxslər ona beş dəqiqə ərzində qayıdacaqlarını bildirmişlər. O, xeyli gözləmişdir, lakin müştəri kimi gətirdiyim adamlar mağazadan çıxmamışlar. Onların telefonuna dəfələrlə zəng edib çağırmışdır. Lakin hər dəfə 2-3 dəqiqəyə gəlirik desələr də, nəticəsi olmamışdır. Ödənişi də etmədikləri üçün həm də onlardan birinin, nisbətə balacaboylu olan oğlanın telefonu və siqareti onun maşınında qaldığına görə o, maşını onları düşürdüyü yerdən bir qədər kənarda uyğun yerdə saxlamışdır. Yenə də taksi sifarişini verən hündürboylu oğlanla əlaqə saxlamışdır. Onun telefonuna yanındakı şəxs cavab vermişdir. Ondan harada olmağını soruşmuşdur. O da cavabında Beynəlxalq Bankın qarşısında olduğunu demişdir. Həmin oğlan onun yanına gəlmişdir. Maşından telefonunu və siqaretini götürmüşdür. Ondan taksi xidmətinə ödəniləcək altı manat pulu tələb etmişdir. Adının sonradan Fərahim olduğunu bildildiyi şəxs isə 5-6 dəqiqə ərzində qayıdacağını bildirmişdir. O, Fərahimə gözləməyin mümkün olmadığını desə də, Fərahim ona konkret bir söz demədən getmişdir. O da məcbur olub maşını ödənişli dayanacaqda saxlayaraq həmin müştəriləri düşürtdüyü “Brendaks” telefon mağazasına tərəf getmişdir. Mağazaya daxil olmuşdur. Görmüşdür ki, Təbriz küçəsindən gətirdiyi müştərilər, adlarının sonradan istintaqda Vüqar və Fərahim olduğunu bildiyi şəxslər mağazanın içərisindədir. Onlardan ödənişi etməklərini tələb etmişdir. Bu zaman hündürboylu adı Vüqar olan oğlan onunla kobud danışamağa başlamışdır. Ona bildirmişdir ki, lazım olsa, gecəyədək gözləməlisən. O da bunun düzgün olmadığını və pulu ödəməklərini tələb etmişdir. Bu zaman Vüqar ona küçəyə çıxmağını demişdir. Onunla kobud danışmağa davam etmişdir. Onunla üzbəüz lap yaxınında dayanıb ucadan danışdığı üçün o, Vüqarın sinəsindən ehmalca itələyib bir qədər kənarda dayanmasını demişdir. Həmin vaxt Vüqar qəflətən yumruqla onun üz nahiyəsindən vurmuşdur. Onun burnu qanamışdır. Vüqar və yanında olan Fərahim çıxıb getmişlər. Yaxınlıqda olan tanımadığı şəxslər gəlib ona kömək etmişlər. O, hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş və PPXB-nün əməkdaşları hadisə yerinə gəlmişlər. Onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmişlər. Şöbədə hadisə barədə ərizə və izahat yazmışdır. Ərizə yazarkən iki nəfər şəxs tərəfindən döyülməyini demişdir. Lakin həmin vaxt həyəcanlı olduğu üçün dəqiq deyə bilməmişdir. Ağrıları olduğundan hadisəni təsvir etməkdə çətinlik çəkdiyi üçün iki nəfərin onu döyməsini demişdir. Onu əslində, bir nəfər yumruqla sifətinə vurmuşdur. Onun adının istintaqda Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. O, müştəriləri saat 11 radələrində Təbriz küçəsindən götürmüşdür. Lakin onlar onu Nəsimi rayonu 28 May küçəsi ilə Fikrət Əmirov küçəsinin kəsişməsində 40 dəqiqəyə qədər gözlətmişlər. Məhz buna görə də o öz narazılığını bildirmiş və bu səbəbdən də onlardan biri onu döyüb xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslə onun arasında olan münaqişə təxminən 10 dəqiqə davam etmişdir. O, həyəcanlı olduğu üçün DİN-in 102 xidmətinə iki nəfərin onu döyməsini demişdir. Əslində, onu bir nəfər hündürboylu adının sonradan Vüqar olmasını bildiyi şəxs yumruqla vurmuşdur. Hadisə zamanı onun Vüqarın yanında olan Fərahimlə sözlü mübahisəsi olmuşdur, lakin aralarında dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs yalan deyir. O, Vüqardan və yanındakı Fərahimdən ancaq taksi pulunu tələb etmişdir. Vüqar onunla kobud danışanda əli ilə yavaşca sinəsindən itələmişdir. Başqa heçnə deməmişdir. Bu zaman Vüqar onu yumruqla vurmuşdur. Sonda zərərçəkmiş şəxs X2 hazırda təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır. Onunla fərdi işlərdə fəhlə işləyirlər. 22 mart 2024-cü il tarixdə saat 11 radələrində dostu Vüqarla birlikdə Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsindən taksi sifariş vermişlər. Həmin taksi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosunun yanına telefon dükanına gəlmişlər. Onlar taksi sürücüsünə demişlər ki, onları 28 May metrosunun yanında gözləsin. Mobil telefonun ehtiyat hissəsini dükandan alıb yenidən Təbriz küçəsinə qayıdacaqlar. Hər ikisi həm o, həm də Vüqar avtomobildən düşüb telefon mağazasına daxil olmuşlar. Bir qədər işləri orada uzanmışdır. Taksi sürücüsü gec gəlməyinə görə mağazaya onların yanına gəlmişldir və ödəniş etməklərini bildirmişdir. Vüqar da ona demişdir ki, taksinin pulunu verib yola salsın. O, telefon dükanının qarşısında dayanıb sürücü ilə söhbət edəndə aralarında mübahisə yaranmışdır Onun pulum olmadığı sürücüyə demişdir ki, gözləsin kartdan Ödəyəcəklər Bir-iki dəqiqə keçəm sonra Vüqar onun sürücü ilə mübahisə etdiyini görüb arxasınca dükandan olmuş, sürücü Vüqarı söymüş və sinəsindən itələmişdir. Bu zaman Vüqar bır dəfə yumruqla onun sifətinə vurmuşdur. Orada olan tanımadığım adamlar onlara problem yaranacağını deyib getməklərini demişlər. Vüqarla o da orada çoxlu adam olmasını görüb qaçıb uzaqlaşmışlar. Hadisədən altı ay sonra onlan 22-ci PŞ-nin əməkdaşları saxlayıb şöbəyə aparmışlarlar. Onların arasında olan dava-dalaş 1-2 dəqiqə davam etmişdir. Hadisə zamanı o. Zərərçəkmiş şəxs Elburus oğlunu vurmamışdır. İstintaqda adının Əlicabbar olmasını bildiyi şəxs Vüqara söyüş soydü itələmiş və buna görə də Vüqar onu yumruqla vurmuşdur. O, Əlicabbarı vurmamışdır. Əlicabbar onları 30-40 dəqiqə gözlədiyi üçün əsəbiləşib pulunu istəmişdir. Aralarında mübahisə olmuşdur. Lakin onu vurmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid4 vvə Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1, Şahid4 və Şahid3 qızının ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 10-12-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə baş verdiyi yer ünvan 5 ünvanıdır. Cinayət işinin 16-cı vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, faktla əlaqədar ərazidə olan müşahidə kameraları vasitəsilə əldə edilmiş foto şəkilləri və video görüntüləri əks etdirən CD diskə baxış zamanı məlum oldu ki, xx.xx.2024-cü il tarixdə saat təxmini 13 radələrində Nəsimi rayonu, F.Əmirov küçəsi ilə 28 May küçələrinin kəsişməsində mağazanın qarşısında o. Bir nəfər şəxslə mübahisə edən zaman mağazadan çıxan bir nəfər şəxsin ona yumruqla zərbə endirdiyi müşahidə olunur. Cinayət işinin 25-26-cı vərəqlərində oilan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ tərəfindən verilmiş 342 nömrəli, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində burun nahiyəsinin burun sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı və burun tənəffüsünün pozulması və qançır şişkinliyi ilə nəticələnən bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 46-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 13 sentyabr 2024-cü il tarixdə saat 20:05-dən hesablanmışdır Cinayət işinin 91-92-cı vərəqlərində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında“ 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltziam” qətimkan tədbirinin seçilməsi və Nəsimi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 98-ci vərəqlərində olan “Diskə baxış keçirilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, diskdə 01 fayl yerləşir, fayl 1.3 GB həcmlidir. Faylda olan 48 saniyəlik videogörüntüdən müəyyən olunur ki, üç nəfər şəxs mübahisə edir. Bu zaman nisbətən ucaboylu, arıq bədən quruluşlu, başında papaq olan kişi cinsli şəxs üzbəüz dayandığı başqa bir kişi cinsli şəxsin sifətinə yumruqla vurmuşdur. Cinayət işinin 106-107-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 117-ci vərəqində olan Şirvan şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 118-ci vərəqində olan 5 saylı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Cinayət işinin 139-140-cı vərəqlərində olan “Maddi sübut kimi tanımaq haqqında” 07 iyun 023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X3 təqdim etdiyi 1 ədəd “Apple” markalı planşetin maddi sübut kimi tanınması və-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 128-133-cü vərəqlərində Bakı şəhəri Nizami Rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli, 1(007)-466/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən tutularkən saxlanıldığı müddətin çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinaəyt işinin 135-147-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-466/2024 saylı göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhəri üzər İcra və Probasiya şöbəsinin 26 avqust 2025-ci il tarixli, 340745/10-16 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata düşmüş və hazırda onun çəkilməmiş cəzası xx.xx.2025-ci il tarixə 01 il 04 ay 22 gün təşkil edir. Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 1(006)-317/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 13 (on üç) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 08 (səkkiz) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 iyun 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı “hökmün qanuni qüvvəyə minməsinə dair” arayışdan görünür ki, hökm 27 avqust 2025-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində isə göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını, eləcə də onun qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, o əvvəllər iki dəfə məhkum olunsa da (Bakı şəhəri Nizami Rayon Məhkəməsini xx.xx.2024cü il tarixli, 1(007)-466/2024 saylı hökmü və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmü) onun hazırki iş üzrə cinayət əməli həmin məhkumluqların yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM-66.2.), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (13-15 sentyabr) və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmü üzrə nəzərdə tutulan, həmin iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət (16-18 mart 2025) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 25 iyun 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), hazırkı iş üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – hadisənin görüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosuunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 02 aprel 2025-ci il – 23 aprel 2025-ci il tarixlərdə keçirilmiş 03 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 07 may 2025-ci il – 31 oktyabr 2025-ci il tarixlərdə keçirilmiş 11 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 33 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 33 saata görə 363 (üç yüz altmış üç) manat olmaqla, cəmi 42 (qırx iki) saata görə cəmi 405 (dörd yüz beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və həbsdə saxlanıldığı 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2025-ci il tarixdən hesablansın, hazırkı iş üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(009)-203/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 42 (qırx iki) iş saatına görə cəmi 405 (dörd yüz beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar