Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-318/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat: 10:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 8-da qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 11 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən «X3» restoranının qarşısında Zərərçəkmiş şəxs məxsus pul kisəsini tapdıqdan sonra, həmin pul kisəsinin içərisində Zərərçəkmiş şəxs aid məlumatlar əks olunan bank kartları olduğu halda onları sahibinə və ya hüquq mühafizə orqanlarına təhvil vermək əvəzinə özgənin əmlakını ələ keçirmək məqsədilə pul kisəsinin içərisində olan Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanda yerləşən «Məhəlləmiz» marketdən 11 oktyabr 2023-cü il tarixdə saat 01:44-də 17 manat 60 qəpik, həmin gün saat 01:46-da 41 manat, həmin gün saat 01:49-da 41 manat, həmin gün saat 01:51-də 41 manat, həmin gün saat 01:52-də 48 manat 40 qəpik, həmin gün saat 01:54-də 20 manat 20 qəpik, Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid bank kartından həmin gün ünvan 2 ünvanda yerləşən «Araz» supermarketdən 40 manat, 43 manat, 43 manat 29 qəpik, Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid «Leobank» kartından həmin gün Bakı şəhəri Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən «Bravo» supermarketdən 7 manat 10 qəpik, ünvan 4 ünvanda yerləşən «Məhəlləmiz» marketdən həmin gün saat 01:47-də 41 manat 70 qəpik, ünvan 5 ünvanda yerləşən «Araz» supermarketdən həmin gün saat 02:22-də 45 manat və ünvan 6 ünvanda yerləşən ərzaq mağazasından həmin gün saat 03:38-də 11 manat 20 qəpik məbləğində alış-veriş etməklə, bank kartlarında olan pulları gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 440 manat 49 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən “Hilal Köz dönərin” qarşısında pul kisəsi görmüş, həmin pul kisəsini açıb içərisinə baxan zaman orada 1 ədəd “Leobank”, 1 ədəd “Yapı-Kredi Bank” və 1 ədəd “Albalı Plus” bank kartları, 178 manat nağd pul və tələbə bileti olduğunu görmüşdür. Həmin zaman pul kisəsini cibinə qoymuş, həmin gecə “Albalı plus” kartından “Məhəlləmiz marketdən” saat 01:44-də 17 manat 60 qəpik, 01:46-da 41 manat, 01:49-da 41 manat, saat 01:51-də 41 manat, 01:52-də 48 manat 40 qəpik və 01:54-də 20 manat 20 qəpik, “Yapı kredi Bank” kartından Araz marketdən 40 manat, 43 manat və 43 manat 29 qəpik, “Bravo marketdən” isə 7 manat 10 qəpik, “Leo bank” kartından saat 01:47-də “Məhəlləmiz” marketdən 41 manat 70 qəpik, saat 02:22-də “Araz” marketdən 45 manat, saat 03:38-də adını xatırlamadığı marketdən 11 manat 20 qəpik məbləğində spirtsiz içkilər və siqaretlər almışdır. Həmçinin mağazaların birində olarkən tanımadığı şəxsin aldığı ərzaqların əvəzinə pulunu kartla ödəyib həmin şəxsdən nağd pul almışdır. Kartlarda hansı məbləğdə pulun olduğunu bilmədiyi üçün alış-verişi hissə-hissə ödəmişdir ki, satıcı kartın ona məxsus olmadığını başa düşməsin. Həmin siqaretləri özü istifadə etmişdir. Səhəri gün yəni 12 oktyabr 2023-cü il tarixdə tələbə biletini İqtisadiyat Universitetinin əsas binasında mühafizəçiyə vermişdir. O, düşünmüşdür ki, tapdığı pul və bank kartlarındakı puldan istifadə etməsi cinayət məsuliyyəti yaratmır. O, pul kisəsini oğurlamamış, onu Rəşid Behbudov küçəsindən tapmışdır. Başqa yerdən oğurluq etməmişdir. Bank kartlarını sonradan tullamışdır. Zərərçəkmiş şəxsə 600 manat pul qaytarmışdır. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində yetkinlik yaşına çatmış uşağının olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 22-ci Polis şöbəsinin yaxınlığında yerləşən “Tesla” adlı parkda olan zaman aşkar etmişdir ki, pul qabı üzərindəki çantasından yerə düşmüş və onu da yerdən götürən şəxs məlumat vermək əvəzinə oğurlamışdır. Həmin pul qabını Rəşid Behbudov küçəsində “X3” ilə “Tesla” parkı arasında məsafədə düşürdüyünə əmin olmuşdur. Həmin yerdən pul qabını götürən şəxs ətrafda yeganə açıq olan “Məhəlləmiz” marketə getmişdir. Orada alışveriş etdikdən sonra çıxmışdır. O həmin hadisənin baş verməsinin elə “Məhəlləmiz” marketdən etdiyi alış-veriş ilə bilmişdir. Lakin sonuncu dəfə Leobank kartından saat 03:38:52-də alış-veriş edilmişdir. Ancaq həmin yeri dəqiq bilmədiyi üçün hadisəni törədən şəxsin şəklini “Məhəlləmiz” marketdən aşkar edərək götürmüşdür. Hadisə qeyd etdiyi ərazidə baş vermiş və həmin şəxs də pul qabını tapıb oğurlamışdır. Pul qabının içərisində “Leobank”, "xxxx", “Albalı plus” bank kartları, 178 manat nağd pul “İqtisadiyyat” Universitetində təhsil alması ilə bağlı tələbə bileti olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə səhər saatlarında tələbə biletinin tapılmasını həmin universitetin içərişəhərdə yerləşən filialında bildirmişlər. “Leobank” kartından 97,90 manat, “Albalı Plus” kartında 209,20 manat və “Yapıkredi” kartından isə 133,39 manat olmaqla umumilikdə qəpiklə birgə 440,49 manat pul istifadə olunmuş, 178 manat nağd pulu və 10 manat dəyərində pul qabı isə oğurlanmışdır. Ona umumilikdə 628,49 manat ziyan dəymişdir. Tələbə biletinin oğurlanması nəticəsində isə ona ziyan vurulmamışdır. Sonradan ona dəymiş maddi ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş 01 ədəd videofaylın videogörüntüsünün 01 dəqiqə 49 saniyə müddətində olması müəyyən edilmişdir. Videogörüntüdə bir nəfər qara rəngli gödəkçədə, üzü saqqallı, qara rəngli şalvarda olan şəxsin mağazaya daxil olaraq kassanın yanında dayanması, həmin vaxt kassanın yanında bir nəfər şəxsin alış-veriş etməsi, həmin an üzü saqqallı şəxsin alış-veriş edən şəxsə nəsə dedikdən sonra kassa aparatına yaxınlaşaraq alış-veriş edən şəxsin əvəzinə bank kartı vasitəsilə ödəniş etməsi, həmin şəxsin isə əvəzində üzü saqqallı şəxsə nə qədərsə pul verməsi və çıxıb getməsi, daha sonra isə üzü saqqallı şəxsin kassa arxasında olan şəxsə siqaret verməsini bildirməsi, kassa arxasında olan şəxsin də bir neçə qutu siqaret gətirməsi, bundan sonra üzü saqqallı şəxsin bank kartlarını bir-bir ödəmə terminalına yaxınlaşdırması, lakin ödəniş edə bilməyib çıxıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan üzü saqqallı, əynində qara rəngli gödəkcə və qara rəngli şalvar olan şəxsin özünün olduğunu, tapdığı pul kisəsindəki bank kartları ilə alış-veriş etmək istədiyini, həmçinin mağazada olan başqa şəxsin əvəzinə bank kartı vasitəsilə ödəniş edib həmin şəxsdən nə qədərsə nağd pul aldığını bildirmişdir (i/v 90). İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs qızna məxsus "xxxx" KB ASC-yə aid “Leobank” bank kartının çıxarışına baxış keçirilən zaman həmin bank kartından xx.xx.2023-cü il tarixli, 01:47:44-də “mahallamiz” marketdən 41.77 manat; xx.xx.2023-cü il ə saat 02:22:50-də “Araz” supermarketdə 45 manat, xx.xx.2023-cü ildə saat 03:38:52-də “Ərzaq mağazasından” 11.20 manat; “Yapıkredi” banka aid çıxarışdan görsənir ki, xx.xx.2023-cü il tarixdə “Bravo Qısh parkı Baku”-dan 7.10 manat; xx.xx.2023-cü il tarixdə “Araz market baku”-dan ümumilikdə 126.29 manat, "xxxx" ASC-yə aid Albalı Plus kartının çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:44-dən saat 01:54-dək olan müddət ərzində “mahallamiz” marketdən ümumilikdə 209.2 manat alış-veriş olunmuşdur (i/v 91). İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolla Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerlərində göstərib bir daha təsdiq etmişdir. (i/v 56-57). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 48). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs saxlandığı Nəsimi RPİnin Müvəqqəti saxlama yerindən azad edilmişdir (i/v 68-69). İş materiallarına əlavə olunmuş 11 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yerinin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən “Halil usta dönər” yaxınlığı və aşkar edilidiyi yer isə Tesla parkıdır. Aşkar edildiyi zaman Zərərçəkmiş şəxs hadisənin “Məhəlləmiz” marketdə baş verdiyini bildirmiş, fotoşəkillər çəkilərək əlavə edilmişdir (i/v 7-17). İş materiallarına əlavə olunmuş 02 noyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nəsimi rayonu, “Məhəlləmiz” marketdə kartla alış-veriş edən üzü tüklü, qara gödəkçə, qara ayaqqabı, tünd göy şalvarda olan şəxsin həmin mağazadan siqaret alması, kartı yaxınlaşdırıb ödəniş etməsi, mağazada alış-veriş edən şəxsdən pul alması, onun yerinə ödəniş etməsi müşahidə olunur (i/v 30-31). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 85). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisəni özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınması və iş materiallarında saxlanılması qərara alınmışdır (iv /92-98). Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 iyul 2016-cı il təvəllüdlü X1 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan 30 iyul 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsinə etiraz etmir. İlkin olaraq məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış cinayətin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-318/2024 saylı, 07 iyun 2024-cü il tarixli qərara əsasən 10 iyun 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-318/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-318/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver