Məhkəmə qərarları › İş №1(006)-318/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-318/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-318/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Ropubhlikasının vələndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rafəl qızı etibardan su istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs xarici ölkələrdən lazer aparatı gəlirməklə salaraq qazanc əldə edəcəklərinə dair yalan vəd verib, etibarından sui istifadə elməklə aldadaraq, bu adla vahid niyyətlə əhalə olunan qəsdlə 21 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun istifadəsində olan istintaqla müəyyən edilməyən bank karlının hesabına göndərdiyi 300 maııal pulu, 04 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xəlai rayonu, Əhmədli qəsəbəsində Zərərçəkmiş şəxs 6000 maııal pulu, Zərərçəkmiş şəxs 04 yanvar 2023-cü il tarixdə saat 22:38-də Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 40**_****_****-8754 nömrəli bank kartının hesabına göndərdiyi 500 manat pulu, 13 yanvar 2023-cü il tarixdə saat 17:22-də həmin ünvandan eyni üsulla qeyd olunan bank karlına göndərdiyi 2000 manat pulu 27 yamar 2023-cü il tarixdə saat 19:02də həmin ünvandan eyni üsulla qeyd olunan bank karlının hesabına göndərdiyi 500 manat pulu, 27 fevral 2023-cü il tarixdə saat 23:46-da həmin ünvandan eyni üsulla qeyd olunan bank kartına göndərdiyi 60 manat pulu, 28 fevral 2023-cü il tarixdə saai 00:49-da həmin ünvandan eyni üsulla qeyd olunan bank karlının hesabına göndərdiyi 40 manat pulu. 01 mari 2023-cü ıl tarixdə saai 09:46-da həmin ünvandan eyni üsulla qeyd olunan bank kartının hesabına göndərdiyi 50 manat pulu, 01 mart 2023-cü il tarixdə saat 11:27-də həmin ünvandan eyni üsulla qeyd olunan bank kartının hesabına göndərdiyi 50 manat pulu, 2023-cü ilin yanvar ayından 2023-cü ilin fevral ayına kimi olan müddət ərzində tarixləri istintaqa dəqiq məlum olmayan vaxtlarda Bakı şəhəri, Xəlai rayonu, Əhmədli qəsəbəsində yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan istintaqla müəyyən edilməyən bank kartlarının hesabına göndərdiyi ümumilikdə 10790 manat pulu, 2023-cü ilin yanvar ayından 2023-cü itin fevral ayına kimi olun müddət ərzində tarixləri istintaqa dəqiq məlum olmayan vaxtlarda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat pula və sonuncu dəfə 02 mart 2023-cü ıl tarixdə ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qarşısında Zərərçəkmiş şəxs 2000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl elməyərək Zərərçəkmiş şəxs ümumilikdə 30290 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, sonuncunun tanışı olan Lalə adlı xanım vasitəsi iiə tanımışdır, Lalə Covid- 19 pandemiyasi dövründə ona və ailə üzvlərinə tibb bacısı kimi tibbi yardım göstərmişdir. O, həmin ərəfələrdə Bakı şəhəri, Xətai rayonu metropolitenin «Əhmədli» stansiyasının yaxınlığında yerləşən «Bir inci» mobil telefon mağazasında satıcı işləmişdir. Lalə hərdən bir onun işlədiyi telefon mağazasına gəlib alış-veriş etmişdir. Onların münasibətləri daha da yaxşılaşmışdır. 2022-ci ilin payız ayları olmuş, o, Lalə xanımla söhbət edən zaman sonuncuya demişdir ki, bir iş vardır, həmin işə pul qoyub götürmək olur. Məsələn 300 manat qoyduğu işə hər ay 200 manat pul verilir. Onun həmin ərəfədə Elnarə Vəliyeva və Coşqun adlı şəxslərlə problemi olmuşdur. Belə ki, həmin şəxslər onu şantaj edib pul tələb etmişlər. Bu səbəbdən də Elnarə və Coşqun adlı şəxslərin hədə-qorxu təsirləri altında onlara pul verməli olmuş, buna görə də pul axtarmış, elə həmin ərəfədə də Lalə ilə söhbət edən zaman pul lazım olduğundan qərara gəlmişdir ki, sonuncunu aldatsın. Bir sözlə Lalə ondan həmin işin nə olduğunu soruşduqda demişdir ki, guya xalası qızı lazer aparatının işlədilməsi ilə məşğuldur. Guya xarici ölkələrdən lazer apparatı gəlirərək Bakı şəhərində fəaliyyət göstərən qadın salonlarına yerləşdirir. Həmin aparatların qiymətləri müxtəlif məbləğlərdədir, yəni kim nə qədər həmin işə pul qoysa lazer aparatının işlədilməsi nəticəsində yığılan pullardan qoyduğu pulun yarısı qədər hər ay olmaqla həmin şəxsə pul verilir. Lazer aparatına qoyulan pul isə öz yerində qalır və nə vaxt pulu istəsə 1 ay öncədən desin, həmin pul da ona qaytarılır. Lələ onun sözlərinə inanmışdır. Bu söhbətlərindən 2-3 həftə keçdikdən sonra Lalə ona mobil telefonla zəng vuraraq Nərmin adlı bir tanışının onun təklif eldiyi işlə bağlı maraqlandığım demiş və əlavə olaraq da qeyd elmişdir ki, Nərmin özü onunla əlaqə saxlayacaqdır. Təxminən 1-2 gün keçdikdən sonra Nərmin istifadəsində olan mobil nömrə ilə onunla əlaqə saxlayıb görüşmək işlədiyini demişdir və o da Nərmini iş yerinə dəvət elmişdir. Nərmin həmin günü işlədiyi Bakı şəhəri, Xətai rayonu, metropolitenin «Əhmədli» metrostansiyasının yaxınlığına gəlmiş və Nərminlə oruda tanış olmuşdur. Nərmin onunla söhbət etdikdə o, Lalə adlı tanışma dediklərini Nərminə də bildirmişdir. Nərmin ona inanmış, amma xahiş elmişdir ki, ona hansı məbləğlərdə pul verəcəyi bərədə tanışı Lalə xanım bilməsin Səbəb kimi onu göstərmişdir ki, Lalənin onun pulu olması barədə məlumatı yoxdur. O, da Nərminə heç bir problemin olmadığını demişdir. Lalə həmin vaxı Nərmin onu 300 manat nağd şəkildə pul vermişdir. O, Nərmini inandırmaq üçün demişdir ki, 300 manat az məbləğ olduğuna görə hər ay 200 manat qazanc verəcək. Nərmin də ona minnətdarlığını bildirmişdir. Bundan sonra bir birlərindən ayrılmışlar, o, aldığı 300 manat pulun üzərinə pul qoyub ondan hədə-qorxu ilə pul tələb edən Elnarə ilə görüşüb sonuncuya vermişdir. 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında ona hər ay Nərminin etibarını qazanmaq üçün 200 manat olmaqla, 400 manat pul vermişdir. Artıq Nərmin ona inanmış, 2023-cü ilin, yanvar ayının sonlarında Nərmin mobil telefonla əlaqə saxlayaraq onunla görüşmək istədiyini demişdir. O, etiraz etmədikdə Nərmin yenə də işlədiyi Xətai rayonu «Əhmədli» meiroslansiyasının yaxınlığında onunla görüşüb ona nağd şəkildə 6.000 manat pul vermişdir. O, da Nərminə demişdir ki, münasibətləri yaxın olduğundan hər ay 1000 manat pul verəcək. Artıq 1 ay başa çaldıqda o, guya Nərminə verəcəyi 4000 manatın əvəzində sonuncuya 2000 manat dəyərində İ phone 14 PRO MA.X markalı mobil telefon vermişdir. Nərminlə danışmışlar ki, guya verəcəyi 4000 manatdan qalan qazanc kimi 1300 manat pulu işə yatırsın. Bundan sonra Nərmin onun istifadəsində olan karta 1700 manat pul atmış, daha sonra Nərmin kart vasitəsi ilə ona 2.000 manat pul atmış, daha sonra Nərinin ona kart vasitəsilə 500 manat pul atmışdır. Bundan sonra o, artıq Nərminə pul ödəyə bilməmişdir. Belə ki, Nərmindən aldığı pulları o, bir daha göstərir ki, Elnarə Vəliyeva və Coşqun adlı ona hədə-qorxu gələn şəxslərə vermişdir. Həmin puldan 700 manatını öz şəxsi ehtiyyaclarına sərf etmişdir. Həmin pullardan göstərdiyi mobil telefonla birlikdə təxminən 4700 manat Nərminə pul qaytarmışdır. O, Nərminə qarşı dəlduzluq eldiyini qəbul edir və Nərminin pulunu qısa zamanda qaytaracağına söz verir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Təqsirləndirilən şəxs Rafəl qızını 2022-ci ilin noyabr ayından tanıyır Ülviyyəni uzaq qohumu Lalə Teymurovanın vasitəsi ilə tanımış və onunla aralarında tanışlıq münasibətləri yaranmışdır. O, bildiyi qədər X2 mobil telefon mağazasından tanıyır. Onlar tanış olan zaman Ülviyyə hansısa mobil telefon mağazasında işləmişdir. Lalə Teymurova ona demişdir ki, Təqsirləndirilən şəxs xalası qızının salonuna lazee aparatı kirayə verib, bu üsulla qazanc əldə elmək olur. Lalə Teymurovanın imkanı zəif olduğundan bu işə qarışmamışdır. O, Laləyə demişdir ki, Ülviyyə ilə görüşərək bu barədə söhbət elmək iştəyir. Lakin Lalə ona dönə-dönə tapşırmışdır ki, bu işə qoşulmasın, lakin qoşulsa belə 300-500 manatdan artıq pul verməsin. O, bundan sonra Üİviyyə ilə mobil telefonla danışaraq onunla görüşmək istədiyini bildirmişdir. Üİviyyə ilə ilk dəfə Bakı şəhəri, Xəlai rayonu, metropolitenin «Əhmədli» metrosiansiyasının yaxınlığında görüşüb söhbət elmişlər. Ülviyyə görüş zamanı ona demişdir ki, Aynurə adlı xalası qızı vardır. Xalası qızı Aynurə xarici ölkələrdən lazer aparatı gətirib salonlara yerləşdirərək həmin yolla pul qazanır. O da bu yolla pul yatıraraq qazanc əldə edə bilər. О. Üİviyyədən lazer aparatının neçəyə olmasını soruşduqda, ona demişdir ki, 20.000 manatdan yuxarı olan məbləğlərdə vardır, hətta elə lazer aparatı vardır ki, 100.000 manatdan yuxarıdır. Söhbət zamanı Üİviyyə ona demişdir ki, istədiyi məbləğlərdə bu işə pul qoya bilər. Yəni, müxtəlif adamlar həmin işə pul qoyduqdan sonra pullar toplanır və lazer aparatı alındıqdan sonra əldə olunmuş gəlir pul qoyan şəxslərin arasında ədalətli yolla bölünür. İlk dəfə Ülviyyəyə pulu onunla mobil telefonla danışdıqdan sonra 28 noyabr 2022-cı il tarixdə yaşadığı ünvandan öz adına olan bank karlından Ülviyyənin adma olan bank karlına 300 manat pul almışdır. Ülviyyə onu demişdir ki, hər ay bunu görə ona 200 manat pul verəcəkdir, verdiyi 300 manat da öz yerində qalacaqdır, nə vaxt istəsə 1 ay qabaqcadan xəbərdarlıq etməklə həmin pulu götürə bilər. 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında ona hər ay 200 manat olmaqla, 400 manat pul vermişdir. Artıq onun Üİviyyəyə inamı artmış, daha sonra fikirləşmişdir ki, daha artıq məbləğdə bu işə pul qoyub əla qazanc götürmək olar. Ülviyyə ilə görüşüb söhbət elmişlər, sonuncunun danışdıqlarından sonra o, tam olaraq yenə də Üİviyyəyə inanmış və bildirmişdir ki, ona 6.000 manat pul verəcək. Ülviyyə isə ona demişdir kiƏ lazer aparatının alınması üçün 6.000 manat verdiyi təqdirdə 1 aydan sonra hər ay üçün ona 4.000 manat pul verəcəkdir. Onun verdiyi 6.000 manat pul öz növbəsində yerində qalacaq. Əgər həmin pulu götürmək istəsə 1 ay öncədən xəbər edib həmin pulu götürə bilər О. Ülviyyə ilə razılaşmışdır 04 yanvar 2023-cü il tarixdə Ülviyyə ilə Xəlai rayonu, Əhmədli qəsəbəsində yerləşən məhəllədə görüşərək 6.000 manat pul vermisdir. Hətta həmin məhəllədə yerləşən Notariat Kontorunda həmin pulu vermək istəmiş, lakin Ülviyyə ona demişdir ki, artıq dövlət rüsumu verməsin, ona inansın, o da Ülviyyə ilə razılaşmışdır. Ülviyyə ona demişdir ki, fevral ayında artıq ilkin qazanc kimi ona 4.000 manat pul verəcəkdir. Bundan sonra o, 04 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı marketdən terminal vasitəsilə Ülviyyənin ona dediyi hazırda xatırlamadığı bank kartına 500 manat, 13 yanvar 2023-cü il tarixdə həmin ünvandan terminal vasitəsilə 2000 manat, 27 yanvar 2023-cü il tarixdə eyni ünvandan 500 manat, 27 fevral 2023 cü il tarixdə eyni ünvandan 60 manat, 28 fevral 2023-cü il tarixdə eyni ünvandan 40 manat, 01 mart 2023-cü il tarixdə eyni ünvandan 50 manat, həmin tarixdə təkrarən həmin ünvandan 50 manat pul göndərmişdir. Həmçinin hazırda xatırlamadığı tarixlərdə lakin 2023-cü ilin yanvar ayının ortalarından 2023-cü ilin fevral ayının sonlarına kimi olan müddət ərzində terminal vasitəsilə Ülviyyənin ona göndərdiyi ayrı-ayrı hazırda xatırlamadığı bank kartlarına Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı marketdən terminal vasitəsilə 10790 manat pul göndərmişdir. Həmçinin Üİviyyə ilə qeyd olunan tarixlərdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən məhəllədə görüşərək 3000 və 5000 manat pul vermişdir. Sonuncu dəfə isə Üİviyyə ilə 02 mart 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən Səhiyyə Nazirliyinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb 2.000 manat pulu qazanc əldə etmək məqsədi ilə Üİviyyəyə vermişdir. Ümumilikdə Ülviyyəyə 30290 manat pul vermişdir. O, göstərdiyi pulları verən zaman hər dəfə Ülviyyə ona demişdir ki, artıq qoyduğu pullara görə qazancını verəcəkdir. Pul gecikən zaman isə Üİviyyə ona demişdir ki, ona qazanc kimi verdiyi pulları da təkrarən həmin işə yatırır və onu daha əla qazanc verəcəkdir. O, da Ülviyyəyə inanmışdır. O, sonuncu dələ 02 mart 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən Səhiyyə Nazirliyinin qarşısında Üİviyyə Məlikova ilə görüşüb 2.000 manat pulu qazanc əldə elmək məqsədi ilə Ülviyyəyə vermişdir. Artıq 2023-cü ilin mart ayının sonlarında Ülviyyədən qazanc kimi pul iştəyən zaman ona gecikmələrin olduğunu, bank kartlarının yükləndiyini demiş, gah da demişdir ki, xalası qızının adına 498.000 manat pul vardır, kart bloklandığı üçün pulu çıxara bilmir. Arlıq sonrakı müddətlərdə Ülviyyə onun zənglərinə də cavab verməmiş və ondan qaçmağa başlamışdır Sonra artıq müxtəlif şəxslərdən eşilmişdir ki, Təqsirləndirilən şəxs ondan başqa digər şəxslərə qarşı da dələduzluq etmişdir. O, sonuncu dəfə pulu Ülviyyəyə 12 mart 2023-cü il tarixdə əlbə-əl vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə ona məxsus 30.290 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs verdiyi pulları rəhməllık atasının olan bankdan çıxarmış, atası rəhmətə getdikdən sonra həmin pulları banklardan vərəsəlik haqqında şəhadətnamə ilə çıxarmışdır. O, pulları Üİviyyənin onu verdiyi bir neçə kartlara göndərmiş, hazırda həmin bank kartlarının nömrələrini xatırlamır. O, Ülviyyəyə pulları göndərdikdən sonra qəbzləri atmış və buna görə həmin qəbzləri təqdim edə bilmir. Təqsirləndirilən şəxs pulları verən zaman yanlarında kənar şəxs olmamışdır. Həqiqətən də Ülviyyə ona İphone 14 PRO MAX markalı mobil telefon vermiş və həmin mobil telefonun dəyərini o, gələcəkdə Ülviyyənin ona ödəməli olduğu məbləğdən çıxacaq. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsinə etiraz etmədiyini bildirərək, mülki iddiasının təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 5 ünvanda yerləşən Səhiyyə Nazirliyinin qarşısıdır (i.v. 10-11); “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 39); “Məcburi gətirilmə haqqında” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin keçirilməsi üçün məcburi olaraq Nəsimi RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır (i.v. 46); “Şəxsin ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması qərara alınmışdır (i.v. 48); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (i.v. 51); “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 54); “Axtarışda olan şəxsin tutulması barədə” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə, saat 13:00 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilmişdir (i.v. 57); “şübhəli şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə, saat 15:00-da CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 68); “baxış keçirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Rafəi qızının təqdim eldiyi bank karlının çıxarışlarına baxış zamanı Üİviyyə Məlikovaya məxsus 40**-****-****-8754 nömrəli bank karıta «Narmin М.» adlı kontaktdan 04 yanvar 2023- cü il tarixdə saat 22:38-də 500 manat, 13 yanvar 2023-cü il tarixdə saat 17:22-də «Emanat» terminalından 2000 manat, 27 yanvar 2023-cü il tarixdə saat 19:.02-də «Narmin М.» adlı kontaktdan 500 manat, 27 fevral 2023-cü il tarixdə saal 23:46-da «Narmin М.» adlı kontaktdan 60 manat, 28 fevral 2023-cü il tarixdə saat 00:49da «Nərmin М.» adlı kontaktdan 10 manat, 01 mart 2023 cü il tarixdə saal 09:46-da «Nərinin M »adlı kontaktdan 50 manat, 01 mart 2023-cü il tarixdə saal 11:27-də «Narmin М.» adlı kontaktdan 50 manat pul göndərilməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi bank məlumatlarına dair çıxarışlarda «Narmin М.» adlı kontakt məhz Zərərçəkmiş şəxs olduğunu, yuxarıda göstərilən tarixlərdə pulları məhz Zərərçəkmiş şəxs onun bank kartına göndərdiyini, 13 yanvar 2023-cü il tarixdə «eManat» terminalı ilə ona göndərilən 2000 manat pulu da məhz Zərərçəkmiş şəxs onu göndərdiyini bildirmişdir (i.v. 92); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qərar elan edilmişdir (i.v. 93); “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Sübhan Zeynalovun 15 mart 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs Nəsimi RPİ-in MSY-dən dərhal azad edilmişdir (i.v. 109-110); “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 111-112); “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (i.v. 117); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və iş müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraata qəbul edilmişdir (i.v. 121); “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 (bir) ədəd diskdə olan səs yazıları və videogörünlüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, səs yazılarında 2 nəfər qadın arasında danışıqlar aparılması müəyyən edilir. Baxışda işlirak edən Zərərçəkmiş şəxs səs yazılarındakı danışıqların, hamısı onunla Təqsirləndirilən şəxs və sonuncunun anası arasında aparılan danışıqlar olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılan danışıqlarda Zərərçəkmiş şəxs hər dəfə Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etməsi, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirməsi müşahidə edilir. Həmçinin səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona 30000 manat pul verməli olması barədə bildirdikdə, Təqsirləndirilən şəxs bunu təsdiq edir. Digər səs yazısı isə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs anası arasında aparılan danışığı əks etdirir. Həmin səs yazısında Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs Ülviyyənin pulu qaytarması üçün vaxt verilməsini, Ülviyyənin yavaş-yavaş işləyib pulu qaytaracağını bildirməsi, Zərərçəkmiş şəxs isə bununla razılaşmaması müşahidə olunur. Təqdim olunmuş diskdəki videogörünlüyə baxıldıqda, həmin vidcogörüntüdə bit nəfər şəxsin «eManat» ödəmə terminalının qarşısında duraraq, Məlikova l İviyyə Rafəl qızının adına olan «Leobank» kartına 2000 manat pul göndərməsi müşahidə olunur. Videogörüntüdə «eManat» ödəmə terminalının ekranında Təqsirləndirilən şəxs soyad, ad və ata adı əks olunur, həmçinin göndərilən pullar müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntüdə pulları göndərən şəxsin özünün olduğunu, həmin pulları 13 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən marketlərin birindəki ödəmə terminalından Təqsirləndirilən şəxs bank kartına göndərdiyini bildirmişdir (i.v. 126); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 16 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (i.v. 128-129); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir (i.v. 132); “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində səs yazıları və videogörüntü olan 01 ədəd disk və bank məlumatlarına dair çıxarışlar maddi sübut kimi tanınmış və işinin materiallarında saxlanılması nəzərə alınmışdır (i.v. 145-152); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs iddia ərizəsindən görünür ki, dələduzluq yolu ilə ələ keçirilmiş ona məxsus olan 26540 (iyirmi altı min beş yüz qırx) manat pulunun və ödədiyi 168 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-198.1). İş üzrə maddi sübut olan – iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində səs yazıları və videogörüntü olan 01 ədəd disk və bank məlumatlarına dair çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, Təqsirləndirilən şəxs 26540 (iyirmi altı min beş yüz qırx) manat pulun və 168 (yüz altmış səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı-zərərçəkmiş şəxsin iddia tələbi təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 26540 (iyirmi altı min beş yüz qırx) manat pul və 168 (yüz altmış səkkiz) manat dövlət rüsumu tutularaq mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan – iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində səs yazıları və videogörüntü olan 01 ədəd disk və bank məlumatlarına dair çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddia tələbi təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 26540 (iyirmi altı min beş yüz qırx) manat pul və 168 (yüz altmış səkkiz) manat dövlət rüsumu tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar