Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-32/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş hüquqi şəxs: "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs Müdafiəçilər: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi3 və Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi üzrə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə qismən birləşdirilmiş və üzərində qəti olaraq 02 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 gün nəzərə alınaraq üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Zövlə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1979-cu il tarixdə Kuba Respublikası, Havana şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Hərbi Şəhərcik-1 küçəsi, ev 39, mənzil 29-da qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının çəkməmiş, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək 30 yanvar 2023-cü il tarixdə, saat 02:46-da ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus “Tunel” adlı gecə klubunun fəaliyyət göstərmədiyi vaxtda klubun arxa giriş qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra içəri qanunsuz daxil olub oradan 100 manat dəyərində 01 ədəd kondisionerin mis borularını, bir ədədinin qiyməti 100 manat təşkil edən, ümumilikdə 400 manat dəyərində 04 ədəd “Wi-Fi” aparatını, bir ədədinin qiyməti 20 manat təşkil edən, ümumilikdə 560 manat dəyərində 28 ədəd lazer işığını götürərək zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.060 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus “Tunel” adlı gecə klubunun fəaliyyət göstərmədiyi vaxtda klubun arxa giriş qapısından içəri qanunsuz daxil olub oradan bir ədədinin qiyməti 500 manat təşkil edən, ümumilikdə 1.500 manat dəyərində 03 ədəd soyuducu mühərrikini götürərək zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,895 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 04 fevral 2023-cü il tarixdə, saat 15:00-da polis əməkdaşları tərəfindən ünvan 10 evin qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda: • 0,753 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 11 oktyabr 2022-ci il tarixdə, saat 11:00-da polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 29 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə; • 0,832 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 04 fevral 2023-cü il tarixdə, saat 16:00-da ünvan 3 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda: • 1,281 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 31 yanvar 2023-cü il tarixdə, saat 13:00-da polis əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə həmin psixotrop maddə; • 0,381 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 fevral 2023-cü il tarixdə, saat 11:45-də polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 02 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olsa da, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. O, polis əməkdaşları tətəfindən 04 fevral 2023-cü il tarixdə “Papanin” adlanan ərazidə deyil, Tbilisi prospektində yerləşən şərab evində tutularaq zorla bölməyə aparılmışdır. Orada olan zaman ona təzyiq göstərilmiş, sonra cibinə büküm qoyularaq videoçəkilişdən öncə polis əməkdaşlarının ona öyrətdiyi sözləri çəkiliş zamanı bildirmişdir. O da sonda bununla razılaşmış, amma narkotikin çəkisinin nə qədər olduğunu bilməmişdir. Bununla belə ibtidai araşdırma dövründə, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən ona zor tətbiq olunması haqqında heç nə deməmişdir. Videoçəkiliş zamanı onun üzərindən aşkar olunmuş mobil telefon ona deyil, Vüsal Babayevə məxsusdur. Oğurluq cinayəti ilə bağlı onu qeyd edir ki, o, dəmir yığmaqla məşğul olur, 30 yanvar 2023-cü il tarixdə Zaurla həmin ərazidən keçmişlər. Bu zaman onlar heç bir oğurluq cinayətini törətməmişlər. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə etmişdir. Dəqiq tarixini xatırlamasa da polis əməkdaşları tərəfindən tutulduğu gündən 02-03 gün əvvəl, axşam saatlarında “Papanin” deyilən ərazidən üzdən tanıdığı şəxsədən 20 manat pulun müqabilində bir büküm narkotik vasitə olan heroini almış, sonra istifadə etmək məqsədilə üzərində saxlayıb gecələdiyi tikintinin həyətinə gəlmiş və bu müddət ərzində ağrıları olmadığına görə bu narkotik vasitədən istifadə etməmişdir. 11 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində olan zaman iki nəfər polis əməkdaşı onu saxlayıb polis şöbəsinə aparmışlar. Şöbədə videoçəkiliş vasitəsi ilə axtarış aparılan zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin narkotiki çıxarıb vermişdir. Digər narkotik və oğurluq cinayətlərində özünü təqsirli bilmir. Belə ki, Zaur polis əməkdaşları tərəfindən döyülmüş və sonuncu onun olduğu yeri polislərə bildirmişdir. 04 fevral 2023-cü il tarixdə o, 3-cü mikrorayonda yerləşən kafedə yemək yeyən zaman 20-ci polis bölməsinin əməkdaşları onu götürüb şöbəyə aparmışlar. Orada onun cibinə narkotik vasitə qoyulmuş, cibindən telefonu götürüldüyündən orada videoçəkilişlə üzərində axtarış aparılarkən üzərindən telefon aşkar edilməmişdir. Oğurluq cinayəti ilə bağlı isə onu qeyd edir ki, o, dəmir yığmaqla məşğul olur. 30 yanvar 2023-cü il tarixdə Zaurla “Avropa” otelinin yaxınlığından keçən zaman qapısı açıq şəkildə saxlanılmış, eyni zamanda fəaliyyət göstərməyən bir obyekt görmüşdür. Həmin obyekt tərk edilmiş halda olduğu üçün o, ora rahat daxil olmuş və orada 5-6 saat qalaraq lazımsız dəmir və digər metal məhsulları axtarmağa başlamış, mis və alüminium kabellərinin bir tərəfinin kəsilmiş halda olduğunu aşkar etdiyi üçün o da onların digər hissəsini kəsərək özü ilə aparmışdır. Onun oğurluq niyyəti olsa idi həmin obyektdə olan çoxlu sayda qəlyan aparatlarını götürə bilərdi, lakin bunu etməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olsa da, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə “Papanin” adlanan ərazidə dostunun evində olarkən 19-cu polis şöbəsinin əməkdaşları onu götürüb şöbəyə aparmış, orada qarşısına metamfetamin və “kakos” qoyaraq birini seçməsini təklif etmişlər. Eyni zamanda metamfetamini seçəcəyi təqdirdə onu buraxacaqlarını bildirdikləri üçün məcbur qalıb onu seçmiş, daha sonra buraxılmışdır. xx.xx.2023-cü il tarixdə isə oğurluqla bağlı 19-cu polis şöbəsində olarkən 20-ci polis bölməsinin əməkdaşları onu oradan götürüb həmin bölməyə aparmış, orada qarşısına heroin qoyub onu üzərinə götürməsini tələb etmiş, əks halda döyülərək külli miqdarla narkotiklə rəsmiləşdirəcəyini söyləmişlər. O da bundan əvvəlcə imtina etsə də, doyüldüyü üçün qorxaraq təklifi qəbul etmişdir. Ona ittiham olunan oğurluq cinayəti ilə bağlı bildirir ki, o, dəmir yığmaqla məşğul olur və bu yolla ailəsini dolandırır. 30 yanvar 2023-cü il tarixdə Rövşənlə dəmir yığmağa getmiş, təsadüfən “Avropa” otelinin arxasından keçən zaman orada paslı dəmir görüb onu götürmüşlər. Bundan sonra dəmirləri “Daş bazarı” deyilən ərazidə işləyən “Samir” adlı şəxsə 18 manata satmışlar. Himayəsində iki övladının olduğunu qeyd edərək azadlığının təmin olunmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yerləşən “Tunel” adlı gecə klubu otelin nəzdnindədir. xx.xx.2022-ci il tarixdən klub fəaliyyət göstərməsə də, oraya daim nəzarət olunur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kluba nəzarət edilən zaman hər şey qaydasında olmuşdur. Lakin, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində kluba baxış zamanı klubun ehtiyat çıxış qapısının açıq olmasının və oradan 100 manat dəyərində 01 ədəd kondisionerin mis boruları, bir ədədinin qiyməti 100 manat təşkil edən, ümumilikdə 400 manat dəyərində 04 ədəd “Wi-Fi” aparatı, bir ədədinin qiyməti 20 manat təşkil edən, ümumilikdə 560 manat dəyərində 28 ədəd lazer işığı və bir ədədinin qiyməti 500 manat təşkil edən, ümumilikdə 1.500 manat dəyərində 03 ədəd soyuducu mühərrikinin oğurlandığını aşkar etmişlər. MMC-yə hadisə nəticəsində ümumilikdə 2.560 manat məbləğində maddi ziyan dəymiş və bu zərər ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin polis sahə rəisi Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində sahə inspektoru Şahid8 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 08, ev 08-in qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu şəxsin davranışı onlarda şübhə yaratdığı üçün onu polis bölməsinə dəvət etmişlər. Bölmədə onun Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş və videoçəkilişlə üzərində axtarış aparılarkən sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Redmi S2” markalı mobil telefonu, sağ yan cibindən isə 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik maddə aşkar edilmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 onun heroin olduğunu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 onu da demişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində tanışı “Zaur” adlı şəxslə, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində isə tanışı “Nəsir” adlı şəxslə birlikdə “Tunel” gecə klubundan ümumilikdə 03 ədəd soyuducu mühərrikini, 01 ədəd kondisionerin mis borularını, 04 ədəd “Wi-Fi” aparatı, 28 ədəd lazer işığını oğurlayaraq onları “Daş bazarı” deyilən yerdə işləyən “Samir” adlı şəxsə satmışlar. Təqsirləndirilən şəxs1 qarşı hansı bir fiziki və ya psixi təsir göstərilməmiş, o, işgəncəyə məruz qalmamışdır. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin polis sahə inspektoru Şahid8 Şahid7 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 11 oktyabr 2022-ci il tarixdə “Nəsir” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı yoxlamaq məqsədi ilə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və onunla birlikdə ünvan 6 ünvanda bir qədər gözlədikdən sonra “Nəsir” adlı şəxsin gəldiyini görüb saat 11:00 radələrində ona yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra isə ona məsələ barədə məlumat verib onu şöbəyə dəvət etmişlər. Orada videoçəkilişlə üzərində axtarış aparılarkən şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü bükülüdə narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddənin heroin olduğunu, onu “Papanin” adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid3 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin polis sahə inspektoru Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis sahə inspektoru Şahid1 ilə birlikdə xidməti ərazidə olarkən saat 16:00-da ünvan 7 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Şifahi sorğu-sual zamanı həmin şəxsin onlara vermiş olduğu cavablar onlarda onun üzərində qanunla qadağan ola biləcək əşyaların olmasına şübhə yaratdığı üçün onu polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və videoçəkilişlə üzərində axtarış aparılarkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, sol yan cibindən isə bir ədəd “İNOİ 105” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik maddə aşkar edilmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 bunun heroin olduğunu, onu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 hər hansı bir cinayətdə iştirak edib-etmədiyi soruşulduqda o, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində isə tanışı “Rövşən” adlı şəxslə birlikdə “Tunel” gecə klubunun arxa qapısı sındırdıqdan sonra içəri daxil olub oradan əşyalar oğurlayaraq onları ünvan 8 ünvanda yerləşən “Daş bazarı” adlanan yerdə “Samir” adlı şəxsə ümumilikdə 65 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 qarşı hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin polis sahə inspektoru Şahid1 Şahid9 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Zaur” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə polis şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat müvəkkili Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar birlikdə ünvan 4 ünvana yollanmış, bir qədər gözlədikdən sonra saat 13:00 radələrində “Zaur” adlı şəxsin gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmiş, daxil olmuş məlumatı ona bildirib onu şöbəyə dəvət etmişlər. Orada videoçəkilişlə üzərində axtarış aparılarkən şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 həmin maddənin metamfetamin olduğunu, onu “Alatava” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini söyləmişdir. Təqsirləndirilən şəxs3 saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuzluğa yol verilməmiş, ona fiziki və ya psixi zor tətbiq edilərək hədələnməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili işləmiş Şahid6 Şahid5 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin polis sahə inspektoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis sahə inspektoru Şahid1 ilə birlikdə xidmət olan zaman saat 11:45-də ünvan 9 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edib onu sorğu-sual etmişlər. Həmin şəxsin cavabları onlarda onun üzərində qanunla qadağan ola biləcək əşyaların olmasına şübhə yaratdığı üçün həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Bölmədə onun Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmiş və videoçəkilişlə üzərində axtarış aparılarkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyaraq onun içərisində heroin olduğunu, onu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 19-cu polis şöbəsindən saxlanılb 20-ci polis bölməsinə gətirilməmiş, ona qarşı heç bir fiziki və ya psixi zər tətbiq olunmamışdır. Məhkəmədə şahid 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid4 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Şahid1 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokola görə ünvan 1 ünvanda yerləşən “Tunel” adlı gecə klubunda soyuducuların yerindən çəkildiyi, bütün işıq sisteminin məftillərinin sıradan çıxması müəyyən edilmiş, klubun arxa qapısının üzərindən bir ədəd əl-barmaq izi, bar masasının üzərindən isə 1 ədəd əlcək və kəlbətin götürülmüşdür (İ cild, i.v.8-11); - Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə verdiyi izahatda göstərilir ki, xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində tanışı “Zaur” adlı şəxslə, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində isə tanışı “Nəsir” adlı şəxslə birlikdə “Tunel” gecə klubunun arxa qapısını sındırıb ora daxil olaraq klubdan ümumilikdə 03 ədəd soyuducu mühərrikini, 01 ədəd kondisionerin mis borularını, 04 ədəd “Wi-Fi” aparatı, 28 ədəd lazer işığını oğurlayaraq onları “Daş bazarı” deyilən yerdə işləyən “Samir” adlı şəxsə 65 manata satmışlar (İ cild, i.v.13); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23 fevral 2023-cü il tarixli, 3-xx-xx/2532/2023 saylı məktubuna əsasən xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, Tbilisi prospekti, 22 saylı ünvanda yerləşən “Tunel” adlı gecə klubunda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd əlcəyin daxili səthində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 məxsusdur. 01 ədəd kəlbətin üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil (İ cild, i.v.34); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə”: • xx.xx.2023-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən sorğusual zamanı Təqsirləndirilən şəxs1 saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli “Redmi S2” markalı mobil telefonu, daha sonra sağ yan cibindən bir ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş maddəni çıxararaq masanın üzərinə qoyur və bildirir ki, bükümün içərisindəki maddə narkotik vasitə heroindir, 01 ildir ki, narkotik istifadə edir və onu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 hər hansısa bir cinayətdə iştirak etməsi soruşulduqda o, xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində tanışı Zaur adlı şəxslə birlikdə, xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində isə tanışı Nəsir adlı şəxslə birlikdə ünvan 1 ünvanda yerləşən “Tunel” gecə klubunun arxa qapısını sındıraraq kluba daxil olaraq oradan ümumilikdə 03 ədəd soyuducunun mühərrikini, 01 ədəd kondinsionerin mis borularını, 04 ədəd “Wi-Fi” aparatını, 28 ədəd lazer işığını oğurlayaraq həmin əşyaları ünvan 8 ünvanda yerləşən “Daş bazarı”nda işləyən Samir adlı şəxsə ümumilikdə 65 manata satdıqlarını bildirmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, i.v.94-101); • xx.xx.2023-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən sorğusual zamanı Təqsirləndirilən şəxs2 saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 ayağa qalxaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində şəffaf selofana bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim edir və bildirir ki, bükümün içərisindəki maddə heroindir, onu istifadə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, axşam saatlarında “Papanin” kimi tanınan ərazidən tanımadığı şəxsdən 20 manata alıb. Daha sonra onun şalvarının sol yan cibindən üzərində sim kart olmayan bir ədəd “İNOİ 105” markalı mobil telefon aşkar edildi. Təqsirləndirilən şəxs2 hər hansısa bir cinayətdə iştirak etməsi soruşulduqda o, xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində tanışı Rövşən adlı şəxslə birlikdə ünvan 1 ünvanda yerləşən “Tunel” gecə klubunun arxa qapısını sındıraraq kluba daxil olaraq oradan ümumilikdə 03 ədəd soyuducunun mühərrikini, 01 ədəd kondinsionerin mis borularını, 04 ədəd “Wi-Fi” aparatını, 28 ədəd lazer işığını oğurlayaraq həmin əşyaları ünvan 8 ünvanda yerləşən “Daş bazarı”nda işləyən Samir adlı şəxsə ümumilikdə 65 manata satdıqlarını bildirir. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.202-208); • xx.xx.2023-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən sorğusual zamanı Təqsirləndirilən şəxs3 saxlanılarkən ona qarşı heç bir zor tətbiq olunmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs3 öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs3 ayağa qalxaraq əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim edir və bildirir ki, bükümün içərisindəki maddə narkotik vasitə “kakos”dur, onu istifadə etmək məqsədi ilə bu gün səhər saatlarında “Papanin” kimi tanınan ərazidən tanımadığı şəxsdən 20 manata alıb. Protokol iştirakçılar tərəfindən imzalanır (İİ cild, i.v.213-219); • xx.xx.2023-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs3 öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs3 ayağa qalxaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı siqaret kağızına olan bükülünü çıxarıb stolun üzərinə qoyur və bildirir ki, həmin bükümün içərisində metamfetamin var, onu “Alatava” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata alıb. Protokol iştirakçılar tərəfindən imzalanır (İİİ cild, i.v.62-68); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 05.02.2023-cü il tarixli, 6/709 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “X1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,845 qram, aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (İ cild, i.v.107-110); • 05.02.2023-cü il tarixli, 6/710 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,832 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,782 qram, aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (İ cild, i.v.214-217); • xx.xx.2022-ci il tarixli, 6/5867 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,753 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,703 qram, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir (İİ cild, i.v.64-67); • xx.xx.2023-cü il tarixli, 6/769 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs3 (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,331 qram, aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (İİ cild, i.v.225-227); • xx.xx.2023-cü il tarixli, 6/596 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs3...” və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,281 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 1,181 qram, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir (İİİ cild, i.v.74-77); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs1 əks olunmuş ifadələrinə o, özünü təqsirli bilərək bildirmişdir ki, artıq 1 ildir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində o, tanışı “Zaur” adlı şəxs ilə birlikdə, xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində isə tanışı “Nəsir” adlı şəxs ilə birlikdə ünvan 1 ünvanda yerləşən “Tunel” gecə klubunun arxa qapısını sındıraraq ora daxil olub oradan 03 ədəd soyuducu mühərrikini, 01 ədəd kondisionerin mis borularını, 04 ədəd “Wi-fi” aparatını, 28 ədəd lazer işığını oğurlayaraq həmin əşyaları ünvan 8 ünvanda yerləşən “Daş bazarı” deyilən ərazidə işləyən “Samir” adlı şəxsə ümumilikdə 65 manata satmışlar. O, xx.xx.2023-cü il tarixdə “Papanin” adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə olan heroini alaraq üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanın qarşısında olan zaman ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin əldə etməsi, qəbulunda şübhələndiklərini bildirib birlikdə polis bölməsinə getməsini xahiş etmişlər. Orada videoçəkilişlə üzərinə baxış keçirilmiş və baxış zamanı o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında olan bükümü təqdim etmiş və həmin bükülünün içərisində olan maddənin heroin olduğunu, onu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Eyni zamanda ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini söyləmişdir (İ cild, i.v.112-113, 130-132); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs2 əks olunmuş ifadələrinə o, özünü təqsirli bilərək bildirmişdir ki, uzun müddətdir ağrıları olduğu üçün narkotik vasitə istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri mütamadi olaraq müxtəlif yerlərdən alır və sonuncu dəfə də xx.xx.2023-cü il tarixdə, axşam saatlarında “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan “kokos”u 20 manata almışdır. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 3 ünvanın qarşısında olduğu zaman iki nəfər polis formasında ona yaxınlaşaraq vəsiqələrini göstərib ona polis olmalarını bildirdikdən sonra onu bölməyə dəvət etmişlər. Orada ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuş, o da həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan “kokos” olduğunu bildirmiş və əynində olan tünd göy rəngli cins materialından olan şalvarın sağ yan cibindəki şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra ona hər hansı bir cinayətdə iştirak edib-etmədiyi soruşulduqda o, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində tanışı “Rövşən” adlı şəxslə birlikdə “Tunel” gecə klubunun arxa qapısı sındırdıqdan sonra içəri daxil olub oradan 03 ədəd soyuducu mühərrikini, 01 ədəd kondisionerin mis borularını, 04 ədəd “Wi-fi” aparatını, 28 ədəd lazer işığını oğurlayaraq həmin əşyaları ünvan 8 ünvanda yerləşən “Daş bazarı” deyilən ərazidə işləyən “Samir” adlı şəxsə ümumilikdə 65 manata satmışlar. Eyni zamanda ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini söyləmişdir (İ cild, i.v.219-220, 240-242); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs3 əks olunmuş ifadələrinə o, özünü təqsirli bilərək bildirmişdir ki, uzun müddətdir ağrıları olduğu üçün narkotik vasitə istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri mütamadi olaraq müxtəlif yerlərdən alır. O, xx.xx.2023-cü il tarixdə, səhər satlarında, Bakı şəhəri, “Papanin” adlanan ərazidən, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün “metamfetamin” adlanan psixotrop maddə almışdır. xx.xx.2023-cü tarixdə təxminən saat 13 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi, 31 saylı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada onun razılığı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan həmin psixotrop maddəni təqdim etmişdir. Bu zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən narkotik vasitə olan “kokos”u 20 manata almışdır. xx.xx.2023-cü il tarixdə, saat 11:45 radələrində ünvan 11 ünvanın qarşısında olduğu zaman mülki formada olan iki nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra onu bölməyə dəvət etmişlər. Orada ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuş, o da həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan “kakos” olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin tarixdə 20-ci polis bölməsinə gətirilən və bölmədə olduğu zaman ona qarşı heç bir zorakılığın olmadığını söyləmişdir (İİ cild, i.v.229-230, 246-247, İİİ cild, i.v.79-80, 97-99); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X3 haqqında: • xx.xx.2022-ci il tarixli, 7556 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.124-125); • 13.03.2023-cü il tarixli, 1465 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİİ cild, i.v.118-119); • 19.07.2023-cü il tarixli, 4838 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İV cild, i.v.41-42). - “Videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola görə “Təhlükəsiz Şəhər Xidməti”ndən əldə olunan 02 ədəd DVD diskəki görüntülərə baxış keçirilmiş və müəyyən olmuşdur ki, həmin disklərdə ümumi 08 ədəd videogörüntünü özündə əks etdirən fayl var. Həmin fayllardan “TŞ-3-232-2-2023-01-30-02h40m00s” adlı fayla daxil olduqda orada olan görüntülərin 05:50-ci dəqiqəsində, yəni xx.xx.2023-cü il tarixdə, saat 02:45:50-də iki nəfər şəxsin ünvan 1 ünvanda yerləşən “Tunel” klubun dəmir barmaqlıqdan olan darvazasına yaxınlaşması və ətrafı güdməsi aşkar olunur. xx.xx.2023cü il tarixdə, saat 02:46:01-də həmin şəxslərdən biri dəmir barmaqlıqdan dırmaşaraq klubun ərazisinə daxil olur, digəri isə ətrafa baxır. Saat 02:47:15-də digər şəxs də dəmir barmaqlıqdan dırmaşaraq klubun ərazisinə daxil olur. Fayllardan “TŞ-3-232-2-2023-01-30- 03h55m00s” adlı fayla daxil olduqda orada olan görüntülərin 04:00-cı dəqiqəsində, yəni xx.xx.2023-cü il tarixdə, saat 03:59-də dəmir barmaqlıqlardan bir nəfərin əlində sellofan torba ilə dırmaşaraq digər tərəfə keçməsi, daha sonra isə geri qayıdıb barmaqlıqların digər tərəfində olan şəxsin əlindən sellofan torbaları götürüb çöl tərəfə qoyması, saat 04:01-də hər ikisinin əlində sellofan torbalarla üzü Nəsimi rayonu, Tbilisi prospekti istiqamətində hərəkəti görünür. Fayllardan “TŞ-3-232-3-2023-03h55m00s” adlı fayla daxil olduqda orada olan görüntülərin 06:40-cı dəqiqəsində, yəni xx.xx.2023-cü il tarixdə, saat 04:01:40-da əllərində sellofan torba olan şəxslər aşkar edilir. Onlar əllərində olan torbanı daşın üstünə qoyur və daha sonra bir-birlərinə nəsə deyib sellofan torbaları daha rahat şəkildə tutaraq saat 04:02:32-də kameranın görüntü zonasından üzü Tbilisi prospekti istiqamətində uzaqlaşır. Baxış zamanı Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxslərdən birinin özü olduğunu, digərinin isə Təqsirləndirilən şəxs3 olduğunu bildirir. Lakin ittihamda özünü təqsirli bilmədiyindən protokolu imzalamaqdan imtina edir (İ cild, i.v.26, İİİ cild, i.v.133); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, qalıq qalan 0,845 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, qalıq qalan 0,782 qram və 0,703 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş, qalıq qalan 0,331 qram olan narkotik vasitə heroin və 1,181 qram psixotrop maddə metamfetamin, hadisə yerindən götürülmüş 01 ədəd əlcək və hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və əlcək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur (İV cild, i.v.107-126); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarla imtina edilmişdir (İİ cild, i.v.31, 96- 97); - xx.xx.2022-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs2 həmin tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti saxlama yerinə yerləşdirilmiş, Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2022-ci il qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (İİ cild, i.v.122, 128-129); - “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 həmin tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təqdim edilmiş, Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (İİ cild, i.v.142-143, 146-147); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs3 həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmişdir (İİİ cild, i.v.40, 102-103); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin: • 06.02.2023-cü il tarixli, 4(006)-76/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman işgəncəyə məruz qalmadığını, polis bölməsində üzərində şəxsi axtarış keçirilərkən ona hər hansı zorun tətbiq edilmədiyini bildirərək müalicə olunmağında köməklik göstərilməsini xahiş etmişdir (İ cild, i.v.144-147); • 06.02.2023-cü il tarixli, 4(006)-75/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olduğunu bildirmişdir (İİ cild, i.v.01-05); • xx.xx.2023-cü il tarixli, 4(006)-80/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs saxlanılarkən üzərində heç bir narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilərək narkotikin üzərinə qoyulduğunu bildirmişdir (İİİ cild, i.v.01-04). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına və hökmlərə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi üzrə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə qismən birləşdirilərək üzərində qəti olaraq 02 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (İV cild, i.v.15-18, 50-57, V cild); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına və hökmə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəməyədək icraat dövründə tutulduğu ümumi 02 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır (İV cild, i.v.19-20, V cild); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına və hökmə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 03 ay 05 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması saxlanılmışdır (İV cild, i.v.21-24, 59-67); - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-22583/3 saylı məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs3 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün məhkum Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir (V cild); - Şəxsiyyət vəsiqələrinin surətlərinə görə Təqsirləndirilən şəxs3 xx.xx.2009-cu il və xx.xx.2010-cu il təvəllüdlü iki övladı var (V cild); - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19 və 20-ci polis şöbələrinin əməkdaşları tərəfindən zor tətbiq edilməsi, üzərinə narkotik və metamfetaminin qoyulması ilə bağlı aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir (V cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək 30 yanvar 2023-cü il tarixdə, saat 02:46-da ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus “Tunel” adlı gecə klubunun fəaliyyət göstərmədiyi vaxtda klubun arxa giriş qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra içəri qanunsuz daxil olub oradan 100 manat dəyərində 01 ədəd kondisionerin mis borularını, bir ədədinin qiyməti 100 manat təşkil edən, ümumilikdə 400 manat dəyərində 04 ədəd “Wi-Fi” aparatını, bir ədədinin qiyməti 20 manat təşkil edən, ümumilikdə 560 manat dəyərində 28 ədəd lazer işığını götürərək zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.060 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus “Tunel” adlı gecə klubunun fəaliyyət göstərmədiyi vaxtda klubun arxa giriş qapısından içəri qanunsuz daxil olub oradan bir ədədinin qiyməti 500 manat təşkil edən, ümumilikdə 1.500 manat dəyərində 03 ədəd soyuducu mühərrikini götürərək zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin obyektdən oğurluq etmələrini inkar etsələr də, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar - xx.xx.2023-cü il tarixdə üzərlərində video çəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi izahatlar, hadisə yerində quraşdırılmış “Təhlükəsiz Şəhər Xidməti”nin kameralarının qeydə alındığı görüntülər, hadisə yerindən götürülmüş 01 ədəd əlcəyin daxili səthində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs2 məxsus olması ilə tam sübuta yetirilir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 fevral 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərlərində müvafiq olaraq 0,895 və 0,832 qram çəkidə narkotik vasitə heroinin, Təqsirləndirilən şəxs3 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1,281 qram çəkidə psixotrop maddə metamfetaminin və 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində 0,381 qram çəkidə narkotik vasitə heroinin olmamasının bildirilmələri ilə əlaqədar məhkəmə qeyd edir ki, bu əməllərin də onlar tərəfindən törədilməsi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə isə Təqsirləndirilən şəxs3 üzərlərində videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı tərtib edilmiş protokollar, onların şübhəli və təqsirləndirilən şəxslər kimi ilkin verdiyi izahatlar, şahid ifadələri, habelə ekspert rəyləri ilə öz təsdiqini tapır. Eyni zamanda Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Bununla belə, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19 və 20-ci polis şöbələrinin əməkdaşları tərəfindən zor tətbiq edilməsi, üzərinə narkotik və metamfetaminin qoyulması ilə bağlı aparılmış araşdırma üzrə isə cinayət işinin başlanılması Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə rədd edilmiş və bu qərar da mübahisələndirilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır (25-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində isə həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona ağır cinayətə görə təyin edilmiş cəza üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətlərin törətməklə cinayətin residivinin yaratmasını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törətmələrini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq onların cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Bununla belə, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı isə hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə, qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, onlarda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzaların islah təsirinin yetərli olmamasını, həmçinin hal-hazırda digər işlər üzrə cəza çəkmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir (67.1-ci maddə); hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (67.4-cü maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur (68.1-ci maddə). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli hökmləri ilə məhkum olunsalar da, onlar hazırki iş üzrə cinayət əməllərini həmin hökmlərdən əvvəl törətdikləri üçün məhkəmə hesab edir ki, bu şəxslərə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, göstərilən hökmlərlə onlara təyin edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərlərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 isə hazırki işlə bağlı cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı, eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 gün müddət, Təqsirləndirilən şəxs2 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 gün, hazırkı iş üzrə isə müxtəlif vaxtlarda tutulduğu ümumi 05 gün, ümumilikdə 07 gün müddət, Təqsirləndirilən şəxs3 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 03 ay 05 gün, hazırkı iş üzrə tutulduğu 02 gün müddət, ümumilikdə 03 ay 07 gün müddət onlara təyin edilən cəzaların müddətinə daxil olunub cəzadan çıxılmaqla onların üzərlərində qəti cəzalar saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarının əvvəli onların həbsə alındığı 04 fevral 2023-cü il, Təqsirləndirilən şəxs3 isə cəzasının əvvəli onun həbsə alındığı 08 fevral 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbirləri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,845 qram, 0,782 qram, 0,703 qram və 0,331 qram narkotik vasitə heroin, 1,181 qram psixotrop maddə metamfetamin və 01 ədəd əlcək məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 80 manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən isə 190 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, hazırkı iş üzrə müxtəlif vaxtlarda tutulduğu ümumi 05 (beş) gün, ümumilikdə 07 (yeddi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəza 01 il 03 ay həddində müəyyən edilsin və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınsınlar, ekspertiza tədqiqatlarının dəyəri 80 (səksən) manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən isə 190 (yüz doxsan) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,845 qram, 0,782 qram, 0,703 qram və 0,331 qram narkotik vasitə heroin, 1,181 qram psixotrop maddə metamfetamin və 01 ədəd əlcək məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-32/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-32/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver