Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-320/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Qorqan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-100/2025 saylı hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, Füzuli rayonu, Yuxarı Seyidəhmədli ərazi dairəsi, Qorqan kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd təsiredici maddəsinin miqdarı 0,04 qram olan xeyli miqdarda narkotik vasitə metadon tərkibli dərman tabletini əldə edib özündə saxlamaqla daşımış, Nizami Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 dekabr 2024cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, bozumtul-qəhvəyi rəngli, təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən həmin narkotik vasitə metadon tərkibli dərman tableti aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,379 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 yanvar 2025-ci il il tarixdə saat 15:20-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,379 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə edir. O, adətən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində üzdən tanıdığı, lakin adlarını və ya anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə edir. Belə ki, o, həmin şəxsləri üzdən tanıdığına görə narkotik vasitə və psixotrop maddə istifadə etmək istəyəndə gedib həmin şəxslərin olduqları ərazilərdə müəyyən müddət gəzmiş və həmin şəxsləri gördükdə dərhal narkotik vasitə və psixotrop maddə alıb həmin yerdən uzaqlaşmışdır. 07 dekabr 2024-cü il tarixdən təqribən bir həftə əvvəl tanımadığı birindən öz istifadəsi üçün 10 manat qarşılığında 02 ədəd “M-40” həbi almışdır. Polis tərəfindən tutulmazdan bir neçə gün əvvəl həmin həblərdən birini istifadə etmişdir, digərini isə daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. 07 dekabr 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov 65 ünvanının yaxınlığından piyada hərəkətədə olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis kimi təqdim etmişlər və ona narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində olan qanunsuz əşyaları təqdim etməyi bildirmişlər, bundan sonra o, əynində olan şalvarın sağ yan cibində saxladığı üzərində “M-40” yazısı olan bir ədəd həbi təqdim etmişdir. Bundan başqa üzərində olan özünə məxsus “Samsung” markalı mobil telefonu və bir ədəd siqaret qutusunu da təqdim etmişdir. Həmin “M-40” həbi polis əməkdaşları tərəfindən qablaşdılaraq götürülmüşdür. Bu proseslər polis əməkdaşlarının biri tərəfindən telefon vasitəsi ilə videoqeydə alınmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Nizami Rayon Polis İdarəsinə aparılmış, orada ona hüquq və vəzifələri bir daha izah edilmiş, ona dövlət hesabına vəkil verilmişdir. Vəkilin iştirakı ilə izahat vermişdir. Bundan başqa, 11 yanvar 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan zaman orada üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və fürsət olanda istifadə etmək məqsədi ilə həmin psixotrop maddəni əynində olan şalvarın cibinə qoyaraq üzərində saxlamışdır. O, həmin tarixdə saat 15:20-də ünvan 5 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməsini ondan xahiş etmişlər. O da heç bir etiraz etmədən özünü təqdim edərək anket məlumatlarını polis əməkdaşlarına bildirmiş, bundan sonra polis əməkdaşları onun narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, üzərində saxlayaraq daşımaqda və satmaqda şübhəli olduğunu deyərək onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis İdarəsinin inzibati binasına getmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçı Elşən İsmayılov tərəfindən ona hüquq və vəzifələri, eləcə də nədə şübhəli olduğu izah olunmuş, daha sonra təhqiqatçı Elşən İsmayılov tərəfindən ona vəkillər siyahısı təqdim olunmuş və hüquqlarının müdafiə edilməsi üçün istədiyi vəkili seçməsi təklif olunmuşdur. O isə ərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi X8 onun hüquqlarının müdafiə edilməsi üçün Polis İdarəsinə dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Elşən İsmayılov tərəfindən ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, 1 manat pulu, Davidoff markalı siqaret qutusunu və şalvarının sol yan cibindən 01 ədəd Kapital Banka aid nömrəsi silinmiş bank kartını, elektron nəzarət qurğusunun aparatını və 01 ədəd göy rəngli, üzərində ***-***-**-** saylı GSM nömrəsi olan mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı o, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 11 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunmuş həmin 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək sübut kimi götürülmüşdür. Həmçinin, onun üzərindən aşkar olunmuş 01 ədəd mobil telefon və 01 ədəd plastik bank kartı iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüş, 01 manat pul isə özünə geri qaytarılmışdır. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2025-ci il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış və götürmə zamanı onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,379 qramdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamindən istifadə etməmiş və ya kiməsə pay verməmiş, həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə saxlamışdır. Nəsimi RPİ-nin X1 əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də Nəsimi RPİ-nin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı X5 ifadəsində göstərmişdir ki, 11 yanvar 2025ci il tarixdə «Orxan» adlı şəxsin narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə NMB-nə əməliyyat məlumatı daxil olmuş və keçirilən əməliyyat tədbirləri nəticəsində «Orxan» adlı şəxsin xx xxxx 1993cü il tarixdə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən raportla Polis İdarəsinin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid1, üzvü isə o olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 15:20-də əməliyyat müvəkkili Şahid1la birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs dəvət edib Polis İdarəsinin inzibati binasına gətirmişlər. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Elşən İsmayılov tərəfindən Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Fərhad Əliyev müdafiəçi qismində Polis İdarəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla təhqiqatçı Elşən İsmayılov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Elşən İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd bükümü, 01 manat pulu, 01 ədəd Davidoff markalı siqareti qutusunu, eləcə də şalvarının sol yan cibindən 01 ədəd Kapital Banka aid nömrəsi silinmiş plastik bank kartını, 01 ədəd elektron nəzarət qurğusunun aparatını və 01 ədəd göy rəngli, üzərində ***-***-**-** saylı GSM nömrəsi olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 11 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək və imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüş, 01 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nizami RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə Nizami RPİ-nin X2 xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Nizami RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da tərkibinə daxil edildiyi əməliyyat qrupu yaradılmıdır. Keçiriləcək əməliyyataxtarış tədbirləri zamanı davranış xətti və tədbirlər planı izah edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr aparmışlar. 07 dekabr 2024-cü il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra narkotik və psixotrop maddələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğunu bildirərək video çəkiliş vasitəsilə ona hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, könüllü surətdə təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd narkotik vasitəni, mobil telefonu və 1 qutu siqareti təqdim etmişdir. Həmin narkotik vasitəyə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və sübut əhəmiyyətinə malik hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd narkotik vasitə metodonu hardan əldə etməsi barədə məlumatsızdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili olmuş, hazırda Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild l, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild l, i.v.22); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 1 manat pul, Davidoff markalı siqareti qutusu və sol yan cibindən Kapital Banka aid nömrəsi silinmiş bank kartı, elektron nəzarət qurğusunun aparatını və üzərində ***-***-**-** saylı nömrə olan göy rəngli mobil telefonu təqdim elmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol ayağında elektron nəzarət qurğusu aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl şəxsi istifadəsi üçün Nizami rayonu, Q.Qarayev prospektində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlayaraq daşıdığını, psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus 1 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən, özünə geri qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Kapital Bank kartı və 01 ədəd Samsung markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş və doğruluğu bütün iştitrakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild l, i.v.31-34); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild l, i.v.67-68); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən, saat 15:20-dən hesablanmışdır (cild l, i.v.91- 95); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* nömrəsi altında aparılmışdır (cild l, i.v. 148-149); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı Kənan Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild l, i.v.153); - Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanının qarşısında saxlanılmış, həmin tarixdə saat 11:05dən saat 11:15-dək eyni ünvanda üzərində yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd metadon (M40) yazılmış həbi, həmin şalvarın sol cibindən qara rəngli 01 ədəd “Samsung” markalı mobil telefonu, qara rəngli gödəkçəsinin sağ yan cibindən bir qutu siqaret təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd metadon (M40) yazılmış həb qablaşdırılmış və 162 saylı möhürlə möhürlənmişdir (cild l, i.v.160-162); - “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə baxış keçirilmiş, zərf bağlı vəziyyətdə və üzəri 02 ədəd üzərində “Azərbaycan Respublikası DİN” yazılmış Zərflər üçün 162 saylı möhürlə möhürlənmiş vəziyyətdə olmuş, zərfin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs və imza, həmçinin iştirakçılar sözləri və imzalar olmuş, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş və həmin görüntülərdə Təqsirləndirilən şəxs üzərindən təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması öz əksini tapmışdır (cild l, i.v.165); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild l, i.v.174); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild l, i.v.209-210); - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və təqsirləndirilən şəxsin X6 azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Ayxan Təhməzlinin 09 dekabr 2024-cü il tarixli vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Nizami RPİ-nin X6 azad edilmişdir (cild l, i.v.228-229); - “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild l, i.v.230); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqın davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir (cild l, i.v.250-252); - “Təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild l, i.v.279); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A10” markalı mobil telefona müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A10” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və sair aşkar edilməmişdir (cild l, i.v.98); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskdə olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi 11 yanvar 2025-ci il tarixdə 13:28-dən 15:33-dək Nəsimi rayonu inzibati ərazisində, o cümlədən Süleyman Rüstəm küçəsində anten dairəsində olmuşdur. Saat 15:33-dən anten dairəsi barədə heç bir məlumat yoxdur (cild l, i.v.147); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2025-ci tarixli 6/135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild l, i.v.50-54); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 07 dekabr 2024-cü tarixli 6/5413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №162” möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən..." əl yazıları və s. soyadlar, imzalar olan zərfdəki 01 blister kəsiyində üzərində “F/M40” yazısı həkk olunmuş 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitəmetadon müəyyən edildi. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild l, i.v.196-199); - “Maddi sübut qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,329 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild l, i.v.107); - “Maddi sübut qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd dərman tabletində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı 0,5 dərman tabletində 0,02 qram narkotik vasitə metadon saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild l, i.v.253-254); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X3 məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2025-ci il tarixli, 135 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild l, i.v.133-134); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X3 məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2024-cü il tarixli 7723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild l, i.v.219-220); - “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,379 qram olan psixotrop maddə metamfetaminin xx.xx.2025-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması, qalıq təmiz çəkisi 0,329 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, həmçinin 01 ədəd dərman tabletində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadonun xx.xx.2025-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı 0,5 dərman tabletində 0,02 qram narkotik vasitə metadonun saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişin həkk olunduğu 02 ədəd DVD disk və DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD disk sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild l, i.v.257-271); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild l, i.v.246-247); - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-100/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 11 yanvar 2025-ci il tarixə çəkilməmiş 01 (bir) il 06 (altı) ay 17 (on yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 18 oktyabr 2024-cü il tarixindən 19 oktyabr 2024-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2025-ci il tarixdən hesablanmışdır. - Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, 01 manat pul, 01 ədəd “Davidoff” markalı siqareti qutusu və sol yan cibindən 01 ədəd “Kapital Bank”a aid nömrəsi silinmiş bank kartı, 01 ədəd elektron nəzarət qurğusunun aparatını və 01 ədəd üzərində 070- ***-**-** saylı nömrə olan göy rəngli “Samsung” markalı mobil telefonu təqdim edir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol ayağında elektron nəzarət qurğusu aşkar edilir. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl şəxsi istifadəsi üçün Nizami rayonu, Q.Qarayev prospektində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlayaraq daşıdığını bildirir. Daha sonda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənir, zərf bütün iştirakçılar tərəfindən imzalanır. 01 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Kapital Banka aid plastik bank kartı və 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, qablaşdırılıb götürülür. - Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin yoxlanılmasının görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanın qarşısında saxlanılmış, həmin tarixdə saat 11:05-dən saat 11:15-dək eyni ünvanda üzərində yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd metadon (M40) yazılmış həbi, həmin şalvarın sol cibindən qara rəngli 01 ədəd “Samsung” markalı mobil telefonu, qara rəngli gödəkçəsinin sağ yan cibindən bir qutu siqareti çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd metadon (M40) yazılmış həb qablaşdırılır və 162 saylı möhürlə möhürlənir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə metadon tərkibli dərman tabletini və 11 yanvar 2025-ci il tarixdə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq üzərində daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətmişdir. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-100/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-100/2025 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-100/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun 18 oktyabr 2024-cü il tarixindən 19 oktyabr 2024-cü il tarixinədək və 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 11 yanvar 2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 09 dekabr 2024-cü il tarixli, 7723 saylı və 13 yanvar 2025-ci il tarixli, 135 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,5 dərman tabletində 0,02 qram narkotik vasitə metadon və 0,329 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 02 ədəd DVD disk və DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci olaraq 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat olmaqla, ümumi 36 saata görə cəmi 336 (üç yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-100/2025 hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixindən 19 oktyabr 2024-cü il tarixinədək və 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd DVD disk və DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,5 dərman tabletində 0,02 qram narkotik vasitə metadon və 0,329 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 336 (üç yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-320/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-320/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver