Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-322/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olan, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmiş, hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında yerləşən “X4” ticarət mərkəzinin qarşısında yol kənarında saxlanılmış Zərərçəkmiş şəxs məxsus ”BMW 328İ” markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobilə əyləşib salonda olan açar vasitəsilə hərəkətə gətirərək avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış və həmin gün saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Gənclər adına istirahət parkı”nın qarşısında hərəkətdə olan zaman idarəetməni itirib yolun sağ hissəsində yerləşən maneəyə çırpılmaqla avtomobilin zədələnməsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonuncunun qiymətləndirməsinə görə 40000 (qırx min) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-137/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar olaraq ifadəsini almaq mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilir. O, 2-ci qrup əlildir və psixi xəstəliyə görə bir neçə dəfə Maştağada yerləşən psixiatrik xəstəxanada yatmışdır. Amma həmin yerdə darıxdığı üçün bir neçə dəfə oradan qaçmışdır. xx.xx.2023-cü il tarixdə, saat 00:00 radələrində əlində “Bizon” enerji içkisi içərək “Ağ şəhər” bulvarında gəzmiş və gəzdikdən sonra “Port Baku” ticarət mərkəzinin qarşısı ilə dəniz vağzalı tərəfə getmişdir. Onun özü “BMW” markalı avtomobillərin həvəskarıdır və buna görə də dövlət tərəfindən ona “BMW” markalı avtomobil hədiyyə vermişlər. O, dövlət tərəfindən verilən avtomobilini yolun kənarında saxlamışdır. Həmin avtomobilə əyləşib bizon enerji içkisi içə-içə Neftçilər prospekti ilə Zığ şossesi tərəfə avtomobili idarə etmişdir və avtomobili yüksək sürətlə idarə etməyi xoşlayır. Buna görə də avtomobilin sürətini 140 km/saat sürətə qaldırmışdır. Onun əlində olan bizon enerji içkisi qəflətən əlindən düşərək avtomobilin içərisinə dağıldığından əyilib bizon enerji içkisini götürmək istədikdə qəflətən avtomobilin sükanı əlindən çıxmışdır. Bundan sonra avtomobil idarə etməni itirərək yolun sağında olan divara dəymişdir. Daha sonra avtomobil bir neçə dəfə asfalt yolun ortasında yumalanmışdır. O, avtomobildən çıxaraq həmin yerdən uzaqlaşmaq istəmiş, lakin yol polisləri onu saxlamışlar. O, “BMW” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmamışdır və əyləşərək getdiyi yerə həmin avtomobili dövlət adamları gətirib saxlamışlar və ona hədiyyə verdikləri üçün o da avtomobili idarə edərək getmişdir. Avtomobilin açarı içərisində olmuşdur. O, açarı hər hansı bir yerdən əldə etməmişdir. Avtomobili sadəcə şəhərdə idarə etmişdir. Yol-nəqliyyat hadisəsi törədərkən xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkir. Buna görə mütəmadi olaraq dərmanlar qəbul etsə də, son zamanlar dərmanlarını qəbul etmir, tez-tez şəhəri gəzməyə gedir və o, oğlunu evdə saxlaya bilmirdi. 05 noyabr 2023-cü il tarixində də səhər vaxtı oğlu Təqsirləndirilən şəxs evdən çıxmış, sonra ona polis əməkdaşı tərəfindən zəng olunmuş və oğlunun maşın qaçırtdığı və bu səbəbdən də tutulduğu barədə məlumat vermişdir. O, səhəri gün polis idarəsinə getmiş və oğlu Təqsirləndirilən şəxs avtomobil qaçırdığını və həmin avtomobillə qəza törətdiyini öyrənmişdir. Həmin hadisəyə qədər Təqsirləndirilən şəxs heç vaxt belə bir hadisə törətməmiş, heç kimə zərər yetirməmişdir. Oğlunun psixi xəstəlikdən əziyyət çəkdiyini və hadisəni bilərəkdən törətmədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə ifadəsində göstərmişdir ki, 2015-ci il buraxılışlı, sedan tipli, qara metalik rəngli, “BMW 328İ” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 avqust 2020-ci il tarixdən Zərərçəkmiş şəxs mülkiyyətində olmuş və o, avtomobili idarə etmişdir. Zərər çəkmiş şəxs 05 noyabr 2023-cü il tarixdə saat 23:30 radələrində “BMW 3281” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 151 ünvanında yerləşən “X4” istirahət və əyləncə mərkəzinin qarşısına gəlmiş və avtomobilini həmin ünvanda yerləşən küçədə avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş hissədə park edib avtomobildən düşmüş və “X4” istirahət və əyləncə mərkəzinə tez bir zamanda gedib qayıdacağını düşündüyü üçün avtomobilin açarını idarəetmə panelində saxlamış, avtomobilin qapılarını bağlamadan həmin istirahət və əyləncə mərkəzinə getmişdir. 06 noyabr 2023-cü il tarixdə təxminən saat 00:00 radələrində avtomobilini park etdiyi ünvana qayıdan zaman avtomobilini park etdiyi yerdə görməmiş və düşünmüşdür ki, ola bilsin ki, avtomobili park etdiyi yeri səhv salıb və dəqiqləşdirdikdən sonra ona məlum olmuşdur ki, avtomobili naməlum şəxs tərəfindən ona məlum olmayan istiqamətdə qaçırılmışdır. Bir qədər həmin ərazidə gəzdikdən sonra Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Gənclər adına istirahət parkı”nın yaxınlığında “BMW” markalı avtomobilin yol-nəqliyyat hadisəsi törətdiyini eşidib yaxın olduğundan həmin əraziyə getmiş və parka çatan zaman görmüşdür ki, “BMW 328İ” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili məlum olmayan şəxs daş səkiyə və hasara çırparaq yol-nəqliyyat hadisəsi törətdikdən sonra avtomobili hadisə yerində qoyaraq oradan uzaqlaşmışdır. Bu barədə Zərərçəkmiş şəxs atası Siyavuş Hacıyevə istifadəsində olan mobil telefon vasitəsilə məlumat verdikdən sonra atası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək avtomobilin qaçırılması və avtomobillə yolnəqliyyat hadisəsinin törədilməsi haqqında məlumat vermişdir. Avtomobilini qaçıran şəxsi tanımır. Avtomobili tam yararsız hala düşmüşdür və avtomobilə 40.000 manat maddi ziyan dəymişdir. X3 29 aprel 2024-cü il tarixli, 67/1 saylı rəyində “BMW 328İ” minik markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 36500 manat məbləğində müəyyən edilməsi ilə razı olmamışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.41-42); - “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmişdir (i.v.50); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.69-72); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Gənclər adına istirahət parkı”nın qarşısıdır (i.v.13-20); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 02 mart 2024-cü il tarixli 30 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Paranoid şizofreniya” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, cinayət işi materialları, tibbi sənədlər, verilmiş ifadələr, (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin arxivindən əldə edilmiş 1987/23 saylı xəstəlik tarixində olan məlumatlara əsasən 2018-ci ildən başlayaraq psixi vəziyyətində dəyişikliklər meydana gəlməsi, bununla əlaqədar əvvəllər dörd dəfə həmin xəstəxanada müalicədə olması, sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Şizofreniya paranoid forma” diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, ona İİİ dərəcəli əlillik təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində ara-sıra şöbədaxili rejimə tabe olmaması, səbəbsiz yerə yüksək səslə gülməsi, qışqırması, bununla digər yoxlanılan şəxsləri narahat etməsi, vaxtaşırı öz-özünə danışması, geyiminə və təmizliyinə fikir verməməsi, şəxsi gigiyena qaydalarına etinasız yanaşması, ekspert komissiyasının yığıncağında aparılan müayinəyə gətirildiyi zaman zahiri görünüşünə görə səliqəsiz olması, verilən suallara qeyri-adekvat cavablar verməsi, təfəkkürünün qəribəlikləri, kəskin produktiv psixopatoloji simptomatika qismində sayıqlama fikirlərinin aşkar edilməsi, emosional reaksiyalarında dəyişkənliyin müşahidə edilməsi, əhval-ruhiyyəsinin yüksəlməyə meyilli olması, danışarkən qeyri-adekvat olaraq gülməsi, səs tonunu yüksəltməsi, özünü psixi xəstə hesab etməməsi, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, onun gedişinə və nəticəsinə maraq göstərməməsi, öz gələcək aqibətinə laqeydliklə yanaşması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət hadisəsini törətdiyi zaman orda hazırda müəyyən edilmiş Paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyi üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən “X1” məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarında deyil (i.v.110-114); - “Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün iş başlanmışdır (i.v.115-116); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-137/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-143/2024 nömrəli qərarı ilə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay, yəni 06 aprel 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək uzadılmış, Təqsirləndirilən şəxs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmişdir (i.v.145-148); - X3 29 aprel 2024-cü il tarixli, 67/1 nömrəli rəyindən görünür ki, 2015-ci il buraxılışlı, sedan, qara metallik, mühərrikinin həcmi 1997 sm/kub, WBA3A5G53FNS91420 ban nömrəli, 108.000 km məsafə qət etmiş “BMW 328i” markalı avtomobilin qaçırılmamışdan əvvəl, yəni 06 noyabr 2023-cü il tarixə olan orta bazar qiyməti ilə təqribi dəyərinin 36500 manat olması və avtomobilin faktiki olaraq yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir (i.v.152-157); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “BMW 328İ” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və istintaq hərəkətləri başa çatdıqdan sonra avtomobil Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v.163-170); Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə müəyyən olunmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd edilir ki, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.1-ci maddələrinə əsasən həmin Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Həmin Məcəllənin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə tədbiri qərar qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “BMW 328İ” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344, 346, 348, 381, 384, 385 və 477-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində “X1” məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “BMW 328İ” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və protesti verilə bilər. X2 saxlanılan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxs tərəfindən isə apellyasiya şikayəti qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-322/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-322/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver