Məhkəmə qərarları › İş №1(006)-323/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-323/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-323/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 02.10.2017-ci il tarixdən başlayaraq 03.03.2010-cu il təvəllüdlü X2 və 03.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 136,60 manat, cəmi 273,20 manat məbləğində alimentin tutularaq tələbkar Rzaquliyeva (Hüseynova) Aynur Misirxan qızına ödənilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(006)-8758/2017 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 18.12.2018-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 05.03.2018-ci il, 18.12.2018-ci il və 26.07.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 18.10.2019-cu il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 4250 (dörd min iki yüz əlli) manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilib hazırda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(006)-8758/2017 nömrəli qətnaməsini tam icra etdiyini, yəni 4250,00 manat aliment borcunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödədiyini, həmçinin sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlunun dediklərini təsdiq edərək hazırda sonuncunun 4250,00 manat aliment borcunu ona ödədiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(006)-8758/2017 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddianın təmin edilməsi, Təqsirləndirilən şəxs ilə Rzaquliyeva (Hüseynova) Aynur Misirxan qızı arasında 19 sentyabr 2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayı tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 sentyabr 2005-ci il tarixdə 2519 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 03.03.2010-cu il təvəllüdlü X2 və 03.03.2010-cu il təvəllüdlü X3 anaları Rzaquliyeva (Hüseynova) Aynur Misirxan qızının yanında qalmalarının müəyyən edilməsi və 03.03.2010-cu il təvəllüdlü X2 və 03.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Rzaquliyeva (Hüseynova) Aynur Misirxan qızına ödənilməsi qət edilmişdir (i.v.14-16). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(006)-8758/2017 saylı icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, 03.03.2010-cu il təvəllüdlü X2 və 03.03.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Rzaquliyeva (Hüseynova) Aynur Misirxan qızına verilməlidir (i.v.13). 10.01.2018-ci il tarixli "İcraata başlamaq haqqında” qərarın və və tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(006)-8758/2017 saylı icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. (i.v.17-18). Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2(006)-8758/2017 saylı icra sənədini icra etməsi, əks halda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir (i.v.113-115). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli, 3(006)-2385/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır (i.v.117-119). Azərbaycan Respublikası Daxili İ şlər Nazirliyinin Baş Əməliyyat və Statistik İ nformasiya İ darəsi tərəfindən 15.11.2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir (i.v.195-196). Qətimkan tədbirinin secilməsi haqqında 14.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.215-216). Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, aliment borcu Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin izahatını, zərərçəkmiş şəxsin borcun ödənilməsi barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306-cı maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(006)-8758/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin həmin əməllə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra edildiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. CPM-in 156.4-cü maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.11, 43.1.2, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsini vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar