Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-325/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1995-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında usta işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən 20 saylı mənzildən 25 mart 2020-ci il tarixdən 18 avqust 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 400 manat dəyərində nərdivanı, 1 ədəd 180 manat dəyərində böyük ölçülü cərəyan artıran qurğunu, 1 ədəd 80 manat dəyərində kiçik ölçülü cərəyan artıran qurğunu, 1 ədəd 50 manat dəyərində dreli, bir ədədinin dəyəri 25 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 16 ədəd süngəri, hər biri 25 kq çəkidə və 140 manat dəyərində olan, ümumi dəyəri 280 manat təşkil edən 2 qutu boyanı, hər biri 120 manat dəyərində olan, ümumi dəyəri 240 manat təşkil edən 2 ədəd istilik aparatını, bir ədədinin dəyəri 10 manat təşkil edən ümumilikdə 150 manat dəyərində 10 ədəd lampanı, 1 ədəd 180 manat dəyərində olan qapı telefonunu, 1 ədəd 25 kq çəkidə 140 manat dəyərində emusiyanı, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 1000 manat təşkil edən 10 ədəd qapı dəstəyi və rəzəsini, 80 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3180 (üç min yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olanZərərçəkmiş şəxs 2020-ci ilin mart ayında mobil telefon nömrəsini əldə edib onunla əlaqə saxlamış və özünə məxsus evə lepka ustası lazım olduğunu bildirmişdir. O, sonuncu ilə görüşüb Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 189 ünvanında yerləşən 20 saylı mənzilə getmişdir. Həmin mənzil 5 otaqdan, 1 mətbəxdən və 1 sanitar qovşaqdan ibarət olmuşdur. İlk dəfə mənzilə gedib baxarkən mənzilin yeni təmir olunduğunu, hələ boya vurulmadığını müşahidə etmişdir. Zərərçəkmiş şəxs mənzilin qonaq otağının tavanına lepka vurmağını istəmiş və onunla 1000 manata razılaşmış, işə başlamışdır. İcra etdiyi iş Zərərçəkmiş şəxs xoşuna gəldiyindən o, qonaq otağının tavanında poduqa və divarların lepkalarını da düzəltməyini istəmişdir. Həmin hissələr ondan öncə təmir edilmiş olsa da Zərərçəkmiş şəxs öz istəyi ilə oraları söküb təmir etməyə başlamışdır. İşə başlayarkən anket məlumatlarını xatırlamadığı Qurban adlı şəxs fəhlə kimi ona köməklik etsə də qısa müddət sonra o, həmin evdə işləmək istəmədiyini bildirmişdir. Bu səbəbdən də o, başqa fəhlə axtarmağa başlamış, internet vasitəsi ilə tanış olduğu və fəhləlik etmək istədiyini bildirən Şahid1 Rövən oğlunu həmin mənzilə dəvət etmişdir. Həmin vaxtdan sonra Sənani onun yanında fəhləlik etməyə başlamış və gördüyü işin müşabilində o, ona günlük 15 manat ödəmişdir. Təxminən 2020ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs rəngsaz da lazım olduğunu bildirdiyindən o, ortaq tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb onu mənzilə dəvət etmişdir. Rəhman qardaşı Cavidlə birlikdə mənzilə gəlmiş, özünün usta, qardaşının isə fəhlə olduğunu demişdir. Ev sahibi Zərərçəkmiş şəxs Rəhmanla onun icra edəcəyi işlər barədə danışıb qiymətdə öz aralarında razılaşmışlar. Bundan sonra həmin mənzildə eyni vaxtda həm onunla Sənani, həm də Rəhman və Cavid qardaşları işləmişlər. Mənzildə işlədikləri müddətdə o, Rəhman və Cavid orada gecələmişlər. Zərərçəkmiş şəxs mənzilin açarının birini ona vermişdir. Bundan başqa o, mənzildə olmayanda, yaxud yatmış olanda Cavid pəncərədən mənzilə daxil ola bilmişdir. Təxminən 2020-ci ilin iyun ayının ortalarında o, şəxsi işləri ilə əlaqədar Bərdə rayonuna getmiş və 1 həftə - 10 gün qaldıqdan sonra Bakı şəhərinə qayıdıb həmin mənzildə işləməyə davam etmişdir. Bərdədən qayıtdıqdan sonra Sənani onun yanında fəhləlik etməmiş, onun əvəzinə Cavid fəhlə kimi ona köməklik etmişdir. 2020-ci ilin iyul ayında ağ ciyərinə soyuq olduğundan xəstələnmiş və işləyə bilmədiyindən Bərdə rayonuna getmişdir. Bir müddət Bərdə rayonunda ev şəraitində müalicə alıb sağaldıqdan sonra iyul ayının sonlarında Bakı şəhərinə qayıtmış və Zərərçəkmiş şəxs mənzilində işləməyə davam etmişdir. Artıq həmin vaxt o, mənzildə tək işləmiş, Rəhman və Cavid qardaşları orada işləməmişlər. Bakı şəhərinə qayıtdıqdan təxminən 3-4 gün sonra Rəhmana məxsus saç kəsən maşını axtararkən tapa bilməmiş və bu barədə Zərərçəkmiş şəxs soruşmuş, o bu barədə məlumatı olmadığını demişdir. Zərərçəkmiş şəxs saç kəsən maşını axtarmaq üçün sanitar qovşağa daxil olduqdan sonra ona demişdir ki, sanitar qovşaqda olan 1 ədəd hava vuran kompressor yerində deyil. O, mənzilə ətraflı baxıb 1 vedrə lak, 1 ədəd emusiya və 1 ədəd cərəyan artırıcı qurğunun (stabilizator) da oğurlandığını bildirmişdir. O, ona təklif etmişdir ki, polisə müraciət etsin. Lakin Fatma xanım imtina etmişdir. Həmin vaxtdan sonrakı müddət ərzində o, mənzildə işləməyə davam etsədə Fatma xanım polisə müraciət barədə söhbət açmamışdır. O, Rəhman və Cavid qardaşlarını mənzilə onun gətirdiyini əsas gətirib oğurlanmış material və avadanlıqların pulunu da onun ödəməyini tələb etmiş, lakin o, bununla razılaşmamışdır. Zərərçəkmiş şəxs icra etdiyi işlərə görə ödənişi gecikdirdiyindən, pulunu kəsdiyindən 2020-ci ilin noyabr ayının ortalarından etibarən o, onun mənzilində işi dayandırmışdır. Bu səbəbdən də aralarında sözlü mübahisə yaranmış, o polisə şikayət edib onu tutduracağı ilə hədələmişdir. Zərərçəkmiş şəxs 18 noyabr 2020-ci il tarixdə ona zəng etdikdən sonra onunla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmiş, Zərərçəkmiş şəxs orada ərizə yazmış, ondan da izahat almışlar. Həmin mənzildən yalnız 1 dəfə - 27 may 2020-ci il tarixdə oğurluq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs ödənişi gecikdirdiyindən pulları tamamilə bitmiş və bu səbəbdən də Rəhman və Cavidlə öz aralarında belə razılaşmışlar ki, mənzildəki istifadəyə yararsız elektrik naqillərini, köhnə qapı dəstəklərini və istifadə etmədikləri, təzə vəziyyətdə olan şkurkaları satıb özlərinə yemək, siqaret alsınlar. Bundan sonra Rəhmanla o, mənzildəki elektrik naqili tullantılarını soyub mis hissəsini ayırmışlar, əldə olunan mis kütləni, 5ədəd köhnə qapı dəstəyini, 10 ədəd yumru formalı süngər (şkurka) və 1,3 metr uzunluğunda adi süngəri götürüb evdən çıxmışlar, Cavid isə mənzildə qalmışdır. Rəhmanla birlikdə həmin əşyaları özləri ilə daşımış, elektrik naqili və qapı dəstəyini «Təzə bazar»ın yaxınlığındakı əlvan metal qəbulu məntəqəsinə 25 manata satmışlar. Həmin əşyaları ona məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsini təqdim etməklə satdığından alıcı onun vəsiqəsinin nömrəsini öz dəftərində qeyd etmişdir. Süngərləri isə «Təzə bazar»dakı tikinti materialları satılan piştaxtaya 5 manata satmışlar, süngərləri satarkən onlardan hər hansı bir sənəd tələb olunmamışdır. Əldə etdikləri pulun hamısına yemək və siqaret aldıqdan sonra Zərərçəkmiş şəxs mənzilinə qayıtmışlar. Rəhman, Cavid və o, birlikdə yemək yemişlər, siqareti aralarında bölmüşlər. Qeyd olunandan başqa o, mənzildən hər hansı bir əşya oğurlamamışdır. Nəsimi RPİ-nin 22-ci PŞ-də izahat verərkən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə 27.05.2020-ci il tarixdə mənzildən oğurluq etdiyini etiraf etməmişdir. Əlavə olaraq bildirmişdir ki, 22-ci Polis Şöbəsinə getdikləri günə qədər Zərərçəkmiş şəxs mənzildən yalnız 1 ədəd hava vuran kompressor, 1 vedrə 25 kiloqramlıq lak, 1 vedrə 25 kiloqramlıq emusiya və 1 ədəd cərəyan artırıcı qurğunun oğurlandığını demiş və həmin əşyaların pulunu ondan tələb elmişdir. Digər əşyalar da oğurlanmış olsaydı Zərərçəkmiş şəxs onlar barədə də ona əvvəlcədən məlumat verər, tələb edərdi. Məsələn, həmin mənzildə ümumiyyətlə nərdivan, damafon olmamışdır. Zərərçəkmiş şəxs oğurlandığını iddia etdiyi drel isə o, işlədiyi son günə qədər mənzildə olmuşdur. Qeyd olunan əşyalar mənzildən oğurlanmadığı halda Zərərçəkmiş şəxs bu cür bildirməsini düşününmüşdür ki, Zərərçəkmiş şəxs bu yolla ona təzyiq göstərmək istəmişdir ki, təkrarən ona məxsus evdə işləsin. 1 ədəd hava vuran kompressor, 1 vedrə 25 kiloqramlıq lak, 1 vedrə 25 kiloqramlıq emusiya və 1 ədəd cərəyan artırıcı qurğunun mənzildən onun 2020-ci ilin iyul ayında Bərdə rayonuna getdikdən sonra oğurlanmışdır. Belə ki, o, Bərdəyə gedərkən həmin əşyalar mənzildə olmuş, amma iyul ayının sonlarında qayıdarkən arada olmamışdır. Bu səbəbdən də düşünmüşdür ki, qeyd olunan əşyaları mənzildən Rəhman və Cavid oğurlamışdır. Sənani ümumiyyətlə bu proseslərdə iştirak etməmiş və 22-ci PŞ-də verdiyi izahatda Sənanini adını səhvən qeyd etmişdir. Mənzildən istifadəyə yararsız elektrik naqilləri, köhnə qapı dəstəkləri və təzə vəziyyətdə olan süngərləri (şkurka) oğurlaması barədə Rəhman, Cavid və ondan başqa heç kəsin məlumatı olmamışdır. Həmin əşyalardan yalnız süngərlər təzə vəziyyətdə olmuş, lakin istifadə etməmişlər. Elektrik naqilləri isə kiçik ölçülərdə doğranmış vəziyyətdə olmuş, onlar istifadə olunmuş naqillərin artıqları, tullantıları olmuşdur. Mənzilin qapılarına yeni dəstəklər vurulmuş və üzərlərində olan köhnə dəstəklər çıxarılmışdır. Onlar da köhnə dəstəkləri oğurlamışlar. Bildirmişdir ki, həmin əşyalar tullantı olduğundan, həm də qidalanmaq üçün pulları olmadığından onları oğurlamışlar və etdiyi əməldən peşman olduğunu bildirmişdir. O, Nəsimi RPİ-nin 22-ci PŞ-də verdiyi izahatda Təqsirləndirilən şəxs2lə görüşüb söhbət edərkən o, mənzildən 2000 manat dəyərində təmir - tikinti materialları oğurladığını etiraf etdiyini bildirmişdir. Lakin həmin izahatında Fikrini səhv ifadə etmiş, Rəhman ev sahibinin 2000 manat dəyərində oğurluq edilməsini iddia etdiyini ona bildirmişdir. Rəhman hava vuran kompressor, emusiya və lakı oğurladığını ona etiraf etmişdir. Metal əşyaları və süngərləri satdıqları şəxslərə həmin əşyaları oğurluq yolu ilə əldə etmələri barədə qətiyyən məlumat verməmişlər, bildirmişlər ki, özlərinə məxsusdur. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də sifariş əsasında müxtəlif tikintilərdə rəngsaz kimi fəaliyyət göstərib ailəsinin dolanışığını təmin etmişdir. Qardaşı Şahid3 isə fəhləlik etmişdir. Cavid bəzən onun yanında, bəzən də başqa ustaların yanında günəmuzd fəhləlik edib pul qazanmışdır. 2020-ci ilin təxminən aprel ayının sonlarında əvvəllər tanımadığı, şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs1 ortaq tanışları vasitəsi ilə onunla əlaqə yaradıb özünün lepka ustası kimi işlədiyi mənzilə rəngsaz lazım olduğunu bildirmiş və onu işlədiyi evə dəvət etmişdir. O, da Sənanın istiqamətləndirməsinə əsasən qardaşı Cavidlə birlikdə ünvan 5 ünvanda yerləşən 20 saylı mənzilə gedib Sənanla görüşmüşdür. Həmin vaxt ev sahibi Zərərçəkmiş şəxs da orada olmuşdur. Zərərçəkmiş şəxs Sənanın iştirakı ilə icra edəcəyi işlər barədə ona məlumat vermiş, həm də ödənişi danışıb razılaşmışlar. Bundan sonra o, orada usta kimi işləməyə başlamışdır. Qardaşı Cavid də fəhlə kimi həm ona, həm də Sənana köməklik etmişdir. Bir neçə gün sonra əvvəllər tanımadığı, şəxsiyyəti sonradan məlum olan Şahid1 da mənzilə gəlmiş, söhbət edərkən bilmişdir ki, o, onlardan öncə Sənanın fəhləsi kimi mənzildə işləmişdir. Həmin gün Sənan ona demişdir ki, əgər istəsə arabir gəlib mənzildəki zibilləri, tullantıları ata bilər, bunun üçün də ona günəmuzd ödəyəcəkdir. Sənani də bu təkliflə razılaşmış və həmin vaxtdan etibarən gəlib zibilləri atmış, onlara köməklik etmişdir. İşləməyə başladıqları ilk vaxtlarda ev sahibi Zərərçəkmiş şəxs onun icra etdiyi işlərə görə də pulu Sənana vermişdir. Sənan isə hər dəfə onu, qardaşını və Sənanini aldadıb gah ev sahibinin hələ ödəniş etmədiyini, gah da ev sahibinin ödənişi az etdiyini bəhanə gətirib onlara ya pul vermir, ya da pullarından kəsmişdir. 27 may 2020-ci il tarixdə Sənan və o, mənzildə ikisi olarkən Sənan mənzildəki anbar otağından süngər (şkurka), istilik peçi, pəvvəlcədən özünün təxminən 1 metr uzunluğunda kəsib doğradığı elektrik naqillərini, antikvar qapı dəstəklərini özündə olan qara rəngli, iri ölçülü idman çantasına yığmış və təklif etmişdir ki, həmin əşyaları apirıb birlikdə satsınlar, əldə olunacaq pulu aralarında bölsünlər. Həmin vaxt maddi imkanı yaxşı olmadığından Sənanın təklifi ilə razılaşmış, idman çantasını köməkli götürüb «Təzə bazar»ın yaxınlığına getmişlər. Əvvəlcə qapı dəstəkləri və elektrik naqillərini S.Vurğun küçəsindəki əlvan metal qəbulu məntəqəsinə 30 manata satmışlar. Həmin əşyaları satarkən Sənan öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra isə bazara daxil olub spot lampaları və süngərləri piştaxtalaradan birinə xatırlamadığı məbləğə satmışlar. Mənzildən götürdükləri əşyaları satıb qurtardıqdan sonra Sənan əldə etdikləri puldan hərəsinə 1-2 pakça siqaret, dönər almışlar. Təxminən 2020-ci ilin iyun ayında təkrarən Sənan mənzildən müxtəlif əşyaları idman çantasına yığmış və ikisi çantanı köməkləşib götürmüşlər, «Təzə bazar» istiqamətində piyada yola düşmüşlər. Mənzildən bir qədər uzaqlaşmışlar ki, ev sahibi Zərərçəkmiş şəxs maşınla onların yanlarından keçib mənzil istiqamətində getdiyini görmüşlər. Bu səbəbdən də Sənanla geri qayıtmışlar. Sənan ona tapşırmışdır ki, çantanı zibil qabının yanına qoysun. Fatma xanım getdikdən sonra qayıdıb götürərlər. O, da Sənanın dediyi kimi içərisində müxtəlif əşyaları olan çantanı oradakı zibil qutularının yanına qoymuş və Sənanın arxasınca mənzilə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs təxminən 1 saat mənzildə olmuş və bu müddət ərzində onlar çölə çıxmamışlar. Zərərçəkmiş şəxs mənzildən getdikdən sonra o, Sənanla birlikdə zibil qutularının yanına getmiş, amma çantanın orada olmadığını, kiminsə tərəfindən götürüldüyünü aşkar etmişlər. 2020-ci ilin iyul ayının əvvəllərində Sənan qəfildən, onlara xəbər etmədən evdən çıxıb getmişdir. Telefonla əlaqə saxlayıb nə baş verdiyini soruşduqda Sənan uşağı xəstələndiyindən Bərdə rayonuna getdiyini bildirmişdir. Sənan rayona getməmişdən öncə mənzilin açarını ona vermiş və o, qardaşı Cavidlə birlikdə həmin evdə həm işləyir, həm də gecələmişlər. Sənan Bərdə rayonunda olduğu müddətdə də o, qardaşı ilə birlikdə orada işləməyə davam etmişdir, gecələr də həmin mənzildə qalmışlar. Sənani də arabir gəlib gedir və köməklik etmiş, amma o, mənzildə qalmamışdır. Təxminən 10 gün sonra Sənan Bərdədən qayıdıb gəlmişdir. O, «karona» virusu tutduğunu bildirib onlara demişdir ki, ondan uzaq dursunlar. Sənanın əslində virusa tutulmadığını, onlara yalandan belə dediyini başa düşdüklərindən həmin vaxtdan orada işlərini dayandırmışlar və bir daha həmin mənzilə getməmişlər. İcra etdikləri işə görə Sənanın ona 200 manat borcu qaldığından arabir onunla əlaqə saxlayıb pulunu istəmiş, Sənan da gah ev sahibindən hələ pul almadığını, gah uşağının xəstəliyi ilə əlaqədar xərci çıxdığını bildirib onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Bir neçə dəfə pulunu tələb etdikdən sonra Sənan artıq onun zənglərinə cavab verməməyə başlamışdır. Sənanın onun qardaşı Cavidə də 350 manat borcu qalmış, amma Cavid ondan pujunu ala bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Sənan Cavidə borcunun müqabilində həmin mənzildəki 1 ədəd kompressor aparatı, 1 ədəd 25 kq qabda olan emusiya və hər biri 25 kq çəkidə olan 2 qab lak götürüb satmasını, ev sahibinə özünün bu barədə məlumat verəcəyini və sonradan həmin əşyaları özünün alıb yerinə qoyacağını deyib, Cavid də həmin əşyaları götürüb satmışdır. Cavidin mənzildən əşyaları götürüb satması 2020-ci ilin iyul ayının ortalarında, Sənan Bərdə rayonunda olduğu müddətdə baş vermişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Şahid1 onunla əlaqə saxlamış və Bakı şəhərinə gəldiyini, Sənanı onunla görüşdürəcəyini bildirmiş və tapşırmışdır ki, metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığındakı kafeyə gedib orada onu gözləsin. O, da belə etmişdir. Təxminən 20-30 dəqiqə sonra Sənani və Sənan həmin kafeyə gəlmiş, onlar birlikdə oturub söhbət etmişlər. O, ondan pulunu tələb etdikdə Sənan ev sahibi Zərərçəkmiş şəxs zəng edib guya onu polis tutduğunu bildirmiş və 200 manat pul istəmiş, Zərərçəkmiş şəxs da pul verməyə razılaşmışdır. Bir qədər sonra onun tanışı xahişilə Zərərçəkmiş şəxs ilə görüşüb ondan 200 manat pulu götürmüş və gətirib ona çatdırmışdır. Kafedə oturub söhbət edərkən Sənani onlara demişdir ki, ev sahibi ona zəng edib mənzildən oğurluq edilməsi barədə bildirmişdir. Sənani mənzildən oğurluğun kimin etdiyini soruşduqda cavab vermişdir ki, Sənanla birlikdə o, etmişdir. Sənan oğurluqda iştirakını etiraf etməsə də bir qədər söhbət etdikdən sonra həm onunla birlikdə etdiyi oğurluqları, həm də qardaşı Cavidə mənzildən bəzi əşyalar götürüb satmaq barədə dediyini etiraf etmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onların barəsində polisə şikayət etmişdir. Sənanın bütün günahı onun boynuna atacağını düşündüyündən o, polis əməkdaşlarının çağırışlarına getməmişdir. 04 fevral 2020-ci il tarixdə polis əməkdaşları onu saxlayıb Nəsimi RPİ-nə dəvət etmişlər. Həmçinin bildirmişdir ki, Sənan və onun qardaşı narkotik vasitə istifadəçiləridir, həmin evdə də onun gözü qarşısında ara sıra bir yerə yiğışaraq narkotik vasitələrdən istifadə etmişlər və bir dəfə Sənanın qardaşı həmin evdə olan antikvar əşyanı götürüb aparmışdır. Onlar evə işləməyə gələrkən Sənan evdə təmirlə bağlı olan əşyaların özünə məxsusu olduğunu bildirmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasına gələrkən Sənan onunla görüşmüş, 2000 manata vəkil tutduğunu və məhkəmə iclasında onun dediklərini təsdiq etdiyi halda ona hörmət edəcəyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs göstərdiyi əşyalardan 1 ədəd kompressor aparatı, 1 ədəd 25 kq qabda olan emulsiya və hər biri 25 kq çəkidə olan 2 qab lakı qardaşı Cavid Sənanın ona borcu olduğu üçün sonuncunun həmin borcun əvəzinə göstərişi ilə qardaşı götürüb satmışdır. Zərərçəkmiş şəxs oğurlandığını bildirdiyi əşyaları mənzildə görmüşdür. O, Sənanla birlikdə həmin mənzildən 2 dəfə oğurluq etmişdir. İlk dəfə 27 may 2020-ci il tarixdə, digər oğurluq isə 5 -10 gün ərzində baş vermiş, amma dəqiq tarixini xatırlamır. İlk dəfə oğurladıqları əşyalar süngər (şkurka), elektrik peçi, elektrik naqilləri, antikvar qapı dəstəkləri və qapının rəzələrindən (petlə) ibarət olmuşdur. Həmin elektrik naqilləri təzə vəziyyətdə olsa da Sənan özü onları əvvəlcədən xırda - xırda, təxminən hər biri 70 sm - 1 metr uzunluğunda kəsib doğramışdır. İkinci dəfə isə mənzildən oğurladıqları əşyaların nədən ibarət olduğunu bilməmiş, çünki Sənan özü anbardan əşyaları çantaya yığmış və bu prosesdə o, iştirak etməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları ziddiyyətli ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 189 ünvanında yerləşən 20 saylı mənzil ona məxsusdur. Mənzil 5 otaq, 1 sanitar qovşaq və 1 mətbəxdən ibarətdir. Əlavə olaraq girişdən sağda anbar kimi istifadə etdiyi kiçik otaq var, oraya müxtəlif tikinti avadanlıqları və materialları, digər lazımi əşyaları yığmışdır. Həmin kiçik otağın da özünün ayrıca qapısı vardır. 2019-cu ildən etibarən mənzildə təmir işləri aparılır. Əlavə olaraq qonaq otağında tavanı lepka ilə bəzətmək istədiyindən 2020-ci ilin mart ayının ortalarında lepka Ustası axtarmağa başlamış, onu əvvəllər tanımadığı, şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs1la əlaqələndirmişlər. Sənanla ilk dəfə görüşüb birlikdə mənzilə getmişlər, sifariş vermək istədiyi işlər barədə ona məlumat vermiş, Sənan zalın tavanın lepka ilə bəzədilməsi işini 1000 manata icra edəcəyini bildirmiş, o, da razılaşmışdır. Həmid vaxtdan, yəni, 25 mart 2020-ci il tarixdən etibarən Sənan ona məxsus mənzildə işləməyə başlamışdır. Sənan mənzildə işləməyə başlayandan sonra o, mütəmadi olaraq ora gəlib gedir, həm onun icra etdiyi işlərə baxır, həm də ödəniş etmişdir. İlk vaxtlar Sənan orada Qurban adlı, digər anket məlumatlarını xatırlamadığı fəhlə ilə birlikdə işləsə də qısa müddət sonra Qurban işi dayandırmış, onun əvəzinə əvvəllər tanımadığı Şahid1 fəhləlik etməyə başlamışdır. Sənanın işi xoşuna gəldiyindən qonaq otağının divarları və digər otaqların da tavanı, divarlarını lepka ilə bəzəməsini də ondan istəmişdir. Əlavə olaraq mənzildə rəngsaz işi də olduğundan ona rəngsaz tapmasını xahiş etmişdir. Sənan tanıdığı və güvəndiyi, əvvəllər bir yerdə işlədiyi rəngsaz tanışı olduğunu bildirmişdir. Təxminən 2020-ci ilin may ayının əvvəllərində o, qardaşlar Təqsirləndirilən şəxs2 və Şahid3 mənzilə dəvət edib onunla tanış etmişdir. O, Rəhmanın rəngsaz, Cavidin isə fəhlə olduğunu bildirmişdir, icra edəcəyi işə görə ödənişin məbləği barədə Rəhmanın özü ilə danışsa da işlədiyi ilk vaxtlar ona çatacaq pulu Sənana vermişdir ki, o özü ödəsin. Çünki Rəhman və Cavidi mənzilə o gətirmişdir. Rəhman rəngsaz kimi, Cavid də həm Rəhmanın, həm də Sənanın fəhləsi kimi mənzildə işləmişlər. Rəhman və Cavid qardaşları mənzildə işləməyə başladıqları vaxt artıq Sənani işə çıxmamış, arabir gəlib tullantı və zibilləri atmış, buna görə də Sənan özü ona ödəniş etmişdir. Sənan mənzildə işlədiyi müddət ərzində hər dəfə icra etdiyi işə görə ondan pul istəyəndə o, onun tapşırılan işi həqiqətən də icra edib etmədiyini yoxlayır və dərhal pulunu ödəmişdir. Lakin may - iyun ayında ona məlum olmuşdur ki, Sənan ödədiyi pulun hamısını özünə götürür. Rəhmanın, (Cavidin və Sənaninin pulunu kəsir. Hər dəfə Sənana ödəniş edəndə o, 1-2 gün işə çıxmır, yaxud işə məsuliyətsiz yanaşmışdır. Sənanın digərlərinin pulunu kəsdiyini öyrəndiyindən və onlar ciblərində heç pulları olmadıqlarını dediyindən arabir onlara da az məbləğdə ödəniş edir, lakin həmin pulun hesabını aparmır, onlara çatacaq puldan kəsməmişdir. Bu səbəbdən də o, onların özünə də az məbləğdə əlavə pul vermişdir ki, narazı qalmasınlar. Sənan ona məxsus mənzildə işləməyə başlayandan etibarən mənzilin giriş qapısının açarının 1 nüsxəsini ona vermişdir, həm də mənzildə gecələməsinə icazə vermişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Sənan əvvəlcədən ona məlumat vermədən işi yarımçıq saxlayıb Bərdə rayonuna getmiş, onunla əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanə gətirib qısa müddət ərzində Bakı şəhərinə qayıdacağını və işə davam edəcəyini bildirmişdir. Sənan ona gah karona xəstəliyinə tutulduğunu, gah da uşağı xəstə olduğunu, bu səbəbdən də rayona getdiyini demişdir. Sənan təxminən 15-20 gün işə çıxmadığından Rəhman və Cavid qardaşları 1-2 gün işlədikdən sonra onlar da işə çıxmamışlar. Sənan təxminən iyul ayının sonlarında Bərdə rayonundan qayıtmış və ona məxsus mənzildə işləməyə davam etmişdir. 18 avqust 2020-ci il tarixdə növbəti dəfə mənzilə gedərkən Sənan ona demişdir ki, mənzildə olan hava vuran kompressor, boya və laklar oğurlanıb. O, mənzildəki anbar kimi istifadə etdiyi otağa ətraflı baxış keçirdikdə məlum olmuşdur ki, mənzildən ümumilikdə 1 ədəd 340 manat dəyərində hava vuran kompressor, 1 ədəd 400 manat dəyərində nərdivan, 1 ədəd 180 manat dəyərində böyük ölçülü cərəyan artıran qurğu, 1 ədəd 80 manat dəyərində kiçik ölçülü cərəyan artıran qurğu, 1 ədəd 50 manat dəyərində drel, hər biri 25 kq çəkidə və 140 manat dəyərində olan, ümumi dəyəri 280 manat təşkil edən 2 qutu lak, hər biti 25 manat dəyərində 16 ədəd ümumilikdə 400 manat dəyərində süngər (şkurka), hər biri 25 kq çəkidə və 140 manat dəyərində olan, ümumi dəyəri 280 manat təşkil edən 2 qutu boya, hər biri 120 manat dəyərində dəyərində olan, ümumi dəyəri 240 manat təşkil edən 2 ədəd kalonka, hər biri 10 manat dəyərində 15 ədəd ümumilikdə 150 manat dəyərində lampa, l ədəd 180 manat dəyərində olan damafon qurğusu, hər biri 25 kq çəkidə və 140 manat dəyərində olan, ümumi dəyəri 280 manat təşkil edən 2 qutu emusiya, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 1000 manat təşkil edən 10 ədəd qapı dəstəyi və rəzəsi, 80 manat dəyərində elektrik naqillər oğurlanmışdır və nəticədə ona ümumilikdə 3940 manat məbləğində ziyan dəymişdir. Kimin tərəfindən oğurlandığını soruşduqda Sənan cavab vermişdir ki, əşyaların hamısını Rəhman qardaşı Cavid və fəhlə Sənani oğurlamışlar. O, polisə şikayət etmək istədikdə Sənan demişdir ki, özü həll edəcək, Rəhmanı tapıb ondan ya əşyaları geri alacaq, ya da pulunu geri ödətdirəcəkdir. Sənana etibar etdiyindən düşünmüşdür ki, ona dəymiş ziyanı ödətdirəcəkdir. Bu səbəbdən də həmin vaxt polisə şikayət etməmişdir. Bundan sonrakı müddət ərzində hər dəfə Sənandan bu məsələ ilə əlaqədar soruşduqda gah Rəhmanın onunla görüşməkdən yayındığını, gah bir neçə gündən sonra Rəhmanla görüşəcəyini və ondan oğurladığı əşyaları, ya da əşyalar dəyərində olan pulu alıb ona ödəyəcəyini deyib onu aldatmışdır. Bu üsulla heç bir nəticə əldə edə bilməyəcəyini başa düşdüyündən 18 noyabr 2020-ci il tarizdə polisə müraciət etmək qərarına gəlmişdir. Bu barədə Sənana məlumat verdikdə sonuncu onunla polisə gedib izahat verməyə hazır olduğunu bildirmişdir. Bunun üçün də 18.11.2020-ci il tarixdə Nəsimi RPl-nin 22-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Həmin vaxt Sənan da onunla birlikdə Polis Şöbəsinə getmiş və ondan da izahat almışlar. Sənan oğurlanmış əşyaların sayını və miqdarını bilsə də sonradan bildirmişdir ki, polis şöbəsində izahat verərkən bunu inkar etmiş, mənzildən cəmi 1 ədəd kompressor aparatı, 1 qutu 25 kq-lıq emusiya, 1 qutu 25 kq-lıq lak oğurlandığını bildirmişdir. Sənanın bu hərəkəti ona şübhəli gəlsə də səbəbini anlaya bilməmişdir. Həmçinin pollisdə oğurlanmış əşyaların hamısının ona məxsus olmasını, həmin əşyaların Bakı şəhərində yerləşən müxtəlif tikinti malları mağazasından aldığını bildirmişdır. Sonradan həmin mallara dair qəbzləri tulladığından marka və modeli yadında qalmamışdır. Həmçinin mənzildən oğurlanmış lampaların sayı, elektrik naqili və süngərlərin ölçüsünü xatırlamamış, onları aldığı qiyməti dəqiq xatırlamamış, qeyd olunan lampa və elektrik naqilini aldıqdan sonra istifadə olunmamışdır. PŞ-də izahat verərkən oğurlanmış malların dəyərini düzgün hesablamadığından səhvən ziyanın miqdarını 3800 manat kimi göstərmişdir. Oğurluq hadisəsi nəticəsində ifadəsində də göstərdiyi kimi ona ümumilikdə 5200 manat ziyan dəydiyini bildirmişdir. O, oğurluq hadisəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhələndiyini, Şahid3 və Şahid1 qeyd olunan hadisədə iştirak etmədiyini düşünmüşdür. Başqa şübhələndiyi şəxs olmamışdır. Sənan orada 25 marı 2020-ci il tarixdə işə başlamış, 18 avqust 2020-ci il tarixdə oğurluq hadisəsi barədə ona məlumat vermişdir. Oğurluq hadisəsi də elə bu müddət aralığında baş vermişdir. Qeyd emişdir ki, Sənan mənzildə işlədiyi müddət ərzində o, ora mütəmadi olaraq gedib gəlsə də anbar kimi istifadə olunan otağa yığdığı əşyaları yoxlamamış, bu səbəbdən də oğurluqdan məlumatsız olmuşdur. Anbarın qapısı olsa da üzərində kilidi olmamış, təmirlə əlaqədar anbara yığdığı əşyalardan da Sənana lazım olduğundan ona və fəhlələrə həmin anbara girməyə icazə vermişdir. Bundan başqa, məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin ona qarşı etdiyi əməllərin nəticəsində ən çox mənəvi zərər vurulduğunu, bu günə kimi həmin evə girə bilmədiyini, onlar üçün hər birinə hətta qalmaq üçün belə şərait yaratdığını, Sənanın uşağı xəstələndikdə özü tərəfindən ona hər cür köməklik etməsinə, ona 15000 manata yaxın zəhmət haqqı və leqalların kəsilməsinə 2000 manatdan cox pul verməyinə baxmayaraq ona qarşı edilmiş bu vicdansız əməli bağışlaya bilmir və onlara ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmədiyindən 2020-ci ilin aprel ayında günəmuzd fəhləlik etməyə müxtəlif yerlər axtarmışdır. Canlı yayım etmək mümkün olan sosial şəbəkələrdən birində qarşısına çıxan videoda 2 nəfərin ev təmiri ilə məşğul olduğunu görüb onlara fəhlə lazım olub olmadığını soruşmuşdur. Həmin şəxslərə fəhlə lazım olduğunu dediyindən onların istiqamətləndirməsi ilə ünvan 5 ünvanda yerləşən 20 saylı mənzilə getmiş və həmin iki şəxslə görüşmüşdür. Onlardan biri X4, digəri isə anket məlumatlarını xatırlamadığı Qurban adlı şəxs olmuşlar. Sənan mənzildə lepka ustası kimi. Qurban da onun fəhləsi kimi işləmişlər. Sənanla görəcəyi iş və ödəniş barədə danışıb razılaşmışlar, həmin gündən etibarən o, günlük 15 manat pul müqabilində Sənana fəhlə kimi kömək etməyə başlamışdır. O, orada işə başlayandan 2 həftə sonra Sənan rayona getdiyindən o, da işi dayandırmışdır. 1 aya yaxın müddət keçsə də Sənan ona zəng edib işə çağırmadığından onun rayondan qayıdıb qayıtmadığı maraqlı gəlmiş və bu səbəbdən də təxminən 2020-ci ilin may ayının əvvəllərində həmin mənzilə getmiş, binanın qarşısına çatanda görmüşdür ki, Sənan zibilləri atır. Ona yaxınlaşıb salamlaşmış və niyə rayondan qayıdıb işə başladığını ona demədiyini soruşmuş, Sənan da cavab vermişdir ki, başqa işçi götürüb. Onunla mənzilə daxil olduqda görmüşdür ki, əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs2 və Şahid3 həmin mənzildə işləyirlər. Bir qədər söhbət etdikdən sonra məlum olmuşdur ki, Rəhman rəngsazdır, qardaşı Cavid də həm onun özünə, həm də Sənana fəhlə kimi köməklik edir. Onun üçün də bir iş olub olmadığım soruşduqda Sənan demişdir ki, 2-3 gündə bir dəfə gəlib zibilləri, tullantıları ata bilər, bunun müqabilində ona gündəlik 15 manat ödəyəcəkdir. O, da razılaşmış, təxminən 2 həftə müddətində demək olar ki, hər gün mənzilə gəlib zibilləri atır və digər lazımi işlərə köməklik etmişdir. Bu müddət ərzində Rəhmanla Cavid də orada işləmişlər. Sonra isə Sənan qəfildən mənzildən çıxıb getmişdir. Əlaqə saxlayıb nə baş verdiyini soruşduqda Sənan uşağı xəstələndiyindən Bərdə rayonuna getdiyini bildirmişdir. Bundan sonrakı təxminən 1 həftə müddətində Rəhman, Cavid və o, mənzildə işləməyə davam etmişlər. Rəhman və Cavid gecələr də mənzildə qalmış, o, isə işini bitirdikdən sonra evə getmişdir. Həmin vaxt Sənan mənzilin açarını onlara vermişdir. 1 həftədən sonra Sənan qayıtdıqda «karona» virusuna tutulduğunu onlara deyib ondan uzaq durmalarını istəmişdir. Düzdür, onlar ona inanmasa da niyyətinin onlarla işləmək istəmədiyini başa düşmüşlər. Bu səbəbdən də həmin vaxtdan etibarən mənzildə işi dayandırmışlar, Rəhman mənzilin açarını Sənana təhvil vermişdir. Həmin vaxt Sənanın ona 70 manat borcu qaldığından bir neçə dəfə zəng edərək ondan pulu ödəməsini tələb etmiş, lakin Sənan hər dəfə müxtəlif bəhanə gətirib onun pulunu ödəməkdən boyun qaçırmışdır. Hətta iki dəfə həmin mənzilə gedib onunla görüşmüş, Sənan yenə də ev sahibinin ödəniş etmədiyini deyib ona pul verməmişdir. Mənzilə getdiyi hər iki dəfədə Sənanın orada tək işlədiyini görmüşdür. Təxminən 2020-ci ilin avqust ayınııl sonlarında Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edib mənzildən oğurluq edildiyini bildirmişdir. O, bu barədə heç bir məlumatı olmadığı Zərərçəkmiş şəxs deyib məsələni araşdırmağa çalışacağını bildirmişdir. Həmin vaxt Göyçay rayonunda olduğundan 2020-ci ilin sentyabr ayında Bakı şəhərinə gəlmiş və Rəhmanla mobil telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra Nəsimi rayonu, Vidadi küçəsi, 189 saylı ünvanında yerləşən 20 saylı mənzilin yaxınlığına gedib Sənanla görüşmüş və onlar birlikdə metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığına gedib orada Rəhmanla görüşmüşlər. Kafedə oturub söhbət edərkən o, ev sahibi Zərərçəkmiş şəxs ona eldiyi zəng barədə onlara danışıb mənzildən kimin oğurluq etdiyini soruşmuşdur. Rəhman da cavab vermişdir ki, Sənan mənzildən müxtəlif tikinti avadanlıqları və materialları hissə hissə zibil torbalarına, yaxud idman çantasına yığıb ona vermiş və birlikdə aparıb satmışlar. Sənan əvvəlcə bu işdən məlumatsız olduğunu desə də bir qədər söhbət etdikdən sonra etiraf etmişdir ki, o həqiqətən də mənzildən oğurluq edib və Rəhmanla birlikdə satmışdır. Həmin söhbət zamanı ona həm də məlum olmuşdur ki, Cavid Sənana zəng edib icra etdiyi işə görə ödənişin edilməsim tələb etdikdə Sənan ona demişdir ki, mənzilə gedib oradan hava vuran kompressoru, boya və emusiyanı götürüb satsın, özü sonra alıb yerinə qoyacaqdır, bundan sonra da Cavid mənzilə gedib həmin əşyaları götürmüşdür. Bundan sonra Rəhman icra etdiyi işə görə qalan borcu da ödəməsini Sənandan tələb etmiş, Sənan da onların təkidi ilə ev sahibinə zəng edib 200 manat pul istəmişdir. Ev sahibi razılaşdığından Rəhmanın adını xatırlamadığı tanışı ev sahibi Zərərçəkmiş şəxs ilə görüşüb ondan pulu götürmüş və gətirib Rəhmana vermişdir. 2020-ci ilin noyabr ayının sonlarında ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 22-ci Polis Şöbəsinə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs göstərdiyi əşyaların oğurlanması barədə onun sonradan məlumatı olmuşdur. Qeyd olunan əşyaların oğurlanmasında o, iştirak etməmiş, sonradan ona məlum olmuşdur ki, oğurluğu Sənan və Rəhman etmişdir, bir dəfə də Sənan borcunu ödəmək üçün mənzildəki əşyaların bir hissəsini götürməsini Cavidə dediyindən Cavid mənzildən 1 ədəd hava vuran kompressor, 1 ədəd 25 kq-lıq qabda olan emusiya və hər biri 25 kq çəkidə olan 2 qab lak götürmüşdür. Zərərçəkmiş şəxs oğurlandığını bildirdiyi əşyaları, yəni hava vuran kompressor, nərdivan, cərəyan artıran qurğular, drel, lak, süngər (şkurka), boya, lampa, emusiya, qapı dəstəyi və kilidi, elektrik naqilləri mənzildə olmuşdur. Kalonka və damafon qurğusunun isə mənzildə olub olmadığını xatırlamamış, ola bilsin ki, əşyalar yığılan anbarda olduğundan o, görməmişdir. Məhkəmə iclasında şahid S.R.Abdurəhmanov verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Xalqlar dostluğu” stansiyasının yaxınlığında kafedə oturub söhbət edərkən Rəhman bildirmişdir ki, həqiqətən də, Sənan mənzildən müxtəlif vaxtlarda tikinti avadanlıqları və materialları hissə-hissə idman çantasına, yaxud zibil torbalarına yığıb ona vermiş və birlikdə aparıb satmışlar. Sənan etiraf etmişdir ki, o, həqiqətən də mənzildən oğurluq etmiş, lakin həmin əşyaları Rəhmanla birlikdə satmışdır. X5 tapşırığı əsasında ona olan borcu müqabilində mənzildən 1 ədəd hava vuran kompressoru, 1 ədəd 25 kq qabda olan emulsiya və hər biri 25 kq çəkidə olan 2 qab lakı götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də sifariş əsasında müxtəlif tikintilərdə fəhlə kimi fəaliyyət göstərib pul qazanır. Qardaşı Rəhman rəngsazdır. O, bəzən onun yanında, bəzən də başqa ustaların yanında günlük 15 manat müqabilində fəhləlik etmişdir. 2020-ci ilin təxminən aprel ayının sonlarında Rəhman iş tapdığını bildirmiş və onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 189 ünvanında yerləşən 20 saylı mənzilə getmişlər. Həmin vaxt mənzildə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 və ev sahibi Zərərçəkmiş şəxs olmuşlar. Bir qədər söhbət etdikdən sonra başa düşmüşdür ki, Sənan lepka ustası kimi orada işləyir. Qardaşı Rəhman ev sahibi ilə qiymət və görüləcək iş barədə danışıb razılaşmış, bundan sonra onlar orada işləməyə başlamışlar. İlk gün o, yalnız qardaşına köməklik etsə də Sənan özünün də fəhləsi olmadığını bildirib təklif etmişdir ki, ona da köməklik etsin. O, da razılaşmış və növbəti gündən həm Rəhmana, həm də Sənana köməklik etməyə başlamışdır. Sənan fəhləlik etdiyinə görə ona günlük 15 manat ödəyəcəyini vəd etmişdir. Onlar mənzildə işləməyə başladıqdan bir neçə gün sonra əvvəllər tanımadığı Şahid1 da mənzilə gəlmiş, söhbət edərkən bilmişdir ki, o, ondan öncə Sənanın fəhləsi kimi mənzildə işləmişdir. Həmin gün Sənan ona demişdir ki, əgər istəsə arabir gəlib mənzildəki zibilləri, tullantıları ata bilər, bunun üçün də ona günəmuzd ödəyəcəkdir. Sənani də bu təkliflə razılaşmış və həmin vaxtdan etibarən gəlib zibilləri atır, köməklik etmişdir. Ona ödənişi Sənan etməli olmuş, amma o hər dəfə müxtəlif bəhanə gətirib ya ödənişi gecikdirir, yaxud da razılaşdıqlarından az ödəyib ona borclu qalmışdır. 2020-ci ilin iyul ayına Sənanın ona 350 manat borcu qalmışdır. İyul ayının əvvəllərində Sənan ev sahibindən pul alsa da ona yalandan demişdir ki, guya ev sahibindən pul almamışdır. İyul ayının əvvəllərində mənzilə gedərkən Sənanın orada olmadığını görüb zəng etmiş və sonuncu demişdir ki, uşağı xəstələndiyindən Bərdə rayonuna getməli olmuşdur. Sənan pulunu həmin vaxt ödəməyi öhdəsinə götürdüyündən o, ona zəng edib pulunu ödəməsini, poçtla göndərməsini tələb etmişdir. Sənan nəhayət ona demişdir ki, borcunun əvəzinə ona bəzi tikinti materialları verə bilər, satıb pulunu götürsün. O, da razılaşmışdır. Sənan mənzildəki anbar otağından 1 ədəd kompressor aparatı, 1 qab emusiya və 2 qab lak götürməyini dediyindən o, da həmin yerdən qeyd olunan əşyaları götürüb Masazır qəsəbəsinə aparıb orada yarı qiymətinə satmış və hal hazırad Sənanın ona 170 manat borcu qalmışdır. Bir neçə gün sonra Sənan Bərdə rayonundan Bakıya qayıtmış və onlara demişdir ki, «karona» virusuna tutulub, ondan uzaq dursunlar. Sənanın onlarla işləmək istəmədiyini, bu səbəbdən də xəstəliyə tutulduğunu dediyini başa düşmüşlər və bu səbəbdən də orada işləməyi dayandırmışlar. Sənanın onun qardaşına borcu olmuş və təxminən 2020-ci ilin sentyabr ayında bilmişdir ki, qardaşı ondan pulunu geri ala bilmişdir. Təxminən 2020-ci ilin noyabr ayının ortalarında bilmişdir ki, ev sahibi Zərərçəkmiş şəxs onların barələrində polisə şikayət etmişdir. Sənan və qardaşı Rəhman tərəfindən həmin mənzildən oğurluq edilməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Mənzildən özünün götürüb satdığı əşyaları isə oğurlamaq niyyəti olmamış, Sənan özü ona demişdir ki, həmin əşyaları götürüb satsın, özü ev sahibinə məlumat verəcəkdir. Əlavə olaraq bildirmişdir ki. O, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 189 ünvanında yerləşən 20 saylı mənzildən oğurluq etməmiş, Sənan borcunun müqabilində evdən əşyaları götürüb satmağını ona demiş, bunu da cəmi 1 dəfə etmişdir. O, mənzildən götürdüyü əşyaları salarkən həmin əşyaları qanunsuz yolla əldə etməsi barədə alıcıya demişdir ki, öfcünə məxsusdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi əşyalardan 1 ədəd kompressor aparatı, 1 ədəd 25 kq-lıq qabda olan emusiya və hər biri 25 kq çəkidə olan 2 qab lakı o, götürüb satmışdır. Digər əşyaların isə kimin tərəfindən oğurlanması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1 ədəd hava vuran kompressor, 1 ədəd nərdivan, 1 ədəd böyük ölçülü cərəyan artıran qurğu, 1 ədəd xırda ölçüdə cərəyan artıran qurğu, 1 ədəd drel, hər biri 25 kq çəkidə və 140 manat dəyərində olan 2 qutu lak, 16 ədəd süngər (şkurka), hər biri 25 kq çəkidə olan 2 qutu boya, 2 ədəd kalonka, 15 ədəd lampa, 1 ədəd damafon qurğusu, hər biri 25 kq çəkidə olan 2 qutu emulsiya, 10 ədəd qapı dəstəyi və rəzəsi, elektrik naqilləri həmin mənzildə olmuş, onlardan 1 ədəd kompressor aparatı, 1 ədəd 25 kq qabda olan emusiya və hər biri 25 kq çəkidə olan 2 qab lakı Sənanın tapşırığı əsasında borcunun əvəzinə o götürmüş, digər əşyaları isə eşitdiyinə görə Rəhman və Sənan oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, təxminən 2017-ci ilin əvvəllərindən ünvan 6 ünvanında yerləşən mənzilin zirzəmisində məişət və sənaye tullantılarının, dəmir mis və s. kimi metalların qəbulu ilə məşğul olmuşdur. 27.05.2020-ci il tarixdə işlədiyi yerə Sənan və Rəhman adlı şəxslər yaxınlaşaraq krant qırıqları, qapı dəstəyi və nazik məftillər satmaq istədiklərini bildirmişlər. O, onlardan həmin malların kimə məxsus olduğunu soruşduqda Sənan adlı şəxs malların ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, onların təqdim etdikləri metalları çəkmiş və onlara 2.1 kq mis, 4.7 kq latun və 2.1 kq şunur olduqunu demişdir. Ümumilikdə isə təqdim etdikləri malların dəyərinin 32 manat 40 qəpik olduğunu demişdir. Onlar onunla razılaşdıqdan sonra o, Sənan adlı şəxsin şəxsiyyət vəsiqəsinin sürətini almış və malları qəbul edərək pullarını vermişdir. O, onlardan həmin metalların kimə məxsus olduğunu soruşduqda Sənan adlı şəxs malların ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün salmaq istədiyini bildirmişdir. Lakin o, yenədə onun şəxsiyyət vəsiqəsinin sürətini almışdır. Cinayət işinin 1-ci cild 100-cu vərəqəsində olan 04 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 192-193-cü vərəqələrində olan 06 fevral 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə polis nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan 04 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan 06 fevral 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə polis nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məcburi gətirmə haqqında qerar çıxarılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli Məhkəmənin iclasının qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan polis nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 220-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 09 aprel 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 221-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 09 aprel 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 212-216-cı vərəqələrində olan 18 fevral 2021-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirilmişdilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, üzləşdirmə protokolları və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ziddiyyətli ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsindən görünür ki, mənzildən yalnız bir dəfə istifadəyə yararsız elektrik naqilləri, köhnə qapı dəstəkləri və təzə vəziyyətdə olan süngərləri (şkurka) oğurlamışlar. O, Nəsimi RPİ-nin 22-ci PŞ-də və məhkəmədə verdiyi izahatında Təqsirləndirilən şəxs2lə görüşüb söhbət edərkən o, mənzildən 2000 manat dəyərində təmir - tikinti materialları oğurladığını etiraf etdiyi halda sonradan həmin ifadənin səhvən olduğunu bildirmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş digər Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, onlar evə işləməyə gələrkən Sənan evdə təmirlə bağlı olan əşyaların özünə məxsusu olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs oğurlandığını bildirdiyi əşyaları mənzildə görmüşdür. O, Sənanla birlikdə həmin mənzildən 2 dəfə oğurluq etmişdir. İlk dəfə 27 may 2020-ci il tarixdə, digər oğurluq isə 5-10 gün ərzində baş vermiş, amma dəqiq tarixini xatırlamır. İlk dəfə oğurladıqları əşyalar süngər (şkurka), elektrik peçi, elektrik naqilləri, antikvar qapı dəstəkləri və qapının rəzələrindən (petlə) ibarət olmuşdur. Həmin elektrik naqilləri təzə vəziyyətdə olsa da Sənan özü onları əvvəlcədən xırda - xırda, təxminən hər biri 70 sm - 1 metr uzunluğunda kəsib doğramışdır. İkinci dəfə isə mənzildən oğurladıqları əşyaların nədən ibarət olduğunu bilməmiş, çünki Sənan özü anbardan əşyaları çantaya yığmış və bu prosesdə o, iştirak etməmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasına gələrkən Sənan onunla görüşmüş, 2000 manata vəkil tutduğunu və məhkəmə iclasında onun dediklərini təsdiq etdiyi halda ona hörmət edəcəyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş E.V.Abdinovun ifadəsindən görünür ki, “Xalqlar dostluğu” stansiyasının yaxınlığında kafedə oturub söhbət edərkən Rəhman Sənanın yanında bildirmişdir ki, həqiqətən də, Sənan mənzildən müxtəlif vaxtlarda tikinti avadanlıqları və materialları hissə-hissə idman çantasına yaxud zibil torbalarına yığıb ona vermiş və birlikdə aparıb satmışlar. Sənan etiraf etmişdir ki, o həqiqətən də mənzildən oğurluq etmiş, lakin həmin əşyaları Rəhmanla birlikdə satmışdır. X5 tapşırığı əsasında ona olan borclu müqabilində mənzildən 1 ədəd hava vuran kompressoru, 1 ədəd 25 kq qabda olan emulsiya və hər biri 25 kq çəkidə olan 2 qab lakı götürmüşdür. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, həmin evdə 1 ədəd hava vuran kompressor, 1 ədəd nərdivan, 1 ədəd böyük ölçülü cərəyan artıran qurğu, 1 ədəd xırda ölçüdə cərəyan artıran qurğu, 1 ədəd drel, hər biri 25 kq çəkidə və 140 manat dəyərində olan 2 qutu lak, 16 ədəd süngər (şkurka), hər biri 25 kq çəkidə olan 2 qutu boya, 2 ədəd kalonka, 15 ədəd lampa, l ədəd damafon qurğusu, hər biri 25 kq çəkidə olan 2 qutu emusiya, 10 ədəd qapı dəstəyi və rəzəsi və elektrik naqilləri həmin mənzildə olmuş, onlardan 1 ədəd kompressor aparatı, 1 ədəd 25 kq-lıq qabda olan emulsiya və hər biri 25 kq çəkidə olan 2 qab lakı Sənanın tapşırığı əsasında borcunun əvəzinə o götürmüş, digər əşyaları isə eşitdiyinə görə Rəhman və Sənan oğurlamışlar. Bundan başqa cinayət işində olan 18 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Rəhman və Sənan üzləşdirilərkən bildirmişlər ki, 27 may 2020-ci il tarixdə mənzildə ikisi olarkən Sənan mənzildəki anbar otağından süngər (şkurka), spot lampaları, əvvəlcədən özünün təxminən 1 metr uzunluğunda kəsib doğradığı elektrik naqillərini, antikvar qapı dəstəklərini özündə olan qara rəngli, iri ölçülü idman çantasına yığmış və təklif etmişdir ki, həmin əşyaları aparıb birlikdə satsınlar, əldə olunacaq pulu aralarında bölsünlər. Həmin vaxt maddi imkanı yaxşı olmadığından Rəhman Sənanın təklifi ilə razılaşmış, idman çantasını köməkli götürüb «Təzə bazar»ın yaxınlığına getmişlər. Əvvəlcə qapı dəstəkləri və elektrik naqillərini S.Vurğun küçəsindəki əlvan metal qəbulu məntəqəsinə 30 manata satmışlar. Həmin əşyaları satarkən Sənan öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra isə bazara daxil olub spot lampaları və süngərləri piştaxtalardan birinə xatırlamadığı məbləğə satmışlar. Mənzildən götürdükləri əşyaları satdıqdan sonra Sənan əldə etdikləri puldan hərəsinə 1-2 paçka siqaret, dönər almış, qalan puldan da ona 5-10 manat pul vermişdir. Təxminən 2020-ci ilin iyun ayında təkrarən Sənan mənzildən müxtəlif əşyaları idman çantasına yığmış və ikisi çantanı köməkləşib götürmüşlər, «Təzə bazar»a gedib çantadakı tikinti materialları və avadanlıqları satmışlar. Həmin vaxt da Sənan öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, satdıqdan sonra əldə olunan puldan ona da xatırlamadığı məbləğdə pul vermişdir. İkinci dəfə mənzildən götürüb satdıqları əşyalar spot lampaları, drel, cərəyan artırıcıları və süngərdən ibarət olmuşdur. Bir müddət sonra Sənan təkrarən mənzildən müxtəlif əşyaları idman çantasına yığmış və ikisi çantanı köməkləşib götürmüşlər, «Təzə bazar» istiqamətində piyada yola düşmüşlər. Mənzildən bir qədər uzaqlaşmışlar ki, ev sahibi Zərərçəkmiş şəxs maşınla onların yanlarından keçib mənzil istiqamətində getdiyini görmüşlər. Bu səbəbdən də Sənanla geri qayıtmışlar. Sənan ona tapşırmışdır ki, çantanı zibil qabının yanına qoysun. Fatma xanım getdikdən sonra qayıdıb götürərlər. O da Sənanın dediyi kimi içərisində müxtəlif əşyaları olan çantanı oradakı zibil qutularının yanına qoymuş və Sənanın arxasınca mənzilə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs təxminən 1 saat mənzildə olmuş və bu müddət ərzində onlar çölə çıxmamışlar. Zərərçəkmiş şəxs mənzildən getdikdən sonra o, Sənanla birlikdə zibil qutularının yanına getmiş, amma çantanın orada olmadığını, kiminsə tərəfindən götürüldüyünü aşkar etmişlər. Həmin protokol Rəhman və Sənan tərəfindən imzalanaraq təsdiqlənmiş və əlavələri olmadıqlarını qeyd etmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrində biri-birini tamamlamayan ziddiyətlər mövcuddur. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri bu ifadələr yalnız özünü müdafiə xarakteri daşımış və cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, həmçinin təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra əməlindən peşman olmamasını, zərərçəkmiş şəxsi maddi ziyana salmasını, zərərçəkən şəxslə barışması üçün heç bir hərəkət etməməsini və zərərçəkmiş şəxsin bir qadın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti nəzərə alınmaqla, həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 11 avqust 2021-ci il tarixdən saat 14-30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, həmçinin təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra əməlindən peşman olmamasını, zərərçəkmiş şəxsi maddi ziyana salmasını, zərərçəkən şəxslə barışması üçün heç bir hərəkət etməməsini və zərərçəkmiş şəxsin bir qadın olmasını, məhkəmədən yayındığı üçün barəsində məcburi gətirmə, sonra isə axtarış qərarının çıxarılması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti nəzərə alınmaqla, həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 11 avqust 2021-ci il tarixdən saat 14-30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Ş.A.Məmmədova 12 saata görə 72 (yetmiş iki) manat və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən saat 14-30-dan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən saat 14-30-dan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-325/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-325/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver