Məhkəmə qərarları › İş №1(006)-326/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-326/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-326/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 və onun müdafiəçisi “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 İİ qrup əlilliyi olan (şəkərli diabet tip 2, insulindən asılı vəziyyətdə) ziyalı bir xanımdır. “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri X9 və onun oğlu Rəna Hacıyevaya məxsus ***-***-**-** nömrəli mobil telefonuna 2015-ci ildən 2020-ci ilin fevral ayına kimi dəfələrlə saysız-hesabsız zənglər etməklə, mesajlar göndərməklə, əxlaqsız söyüşlərlə onu təhqir etməklə, şərəf və ləyaqətini alçaltmağa cəhd etmişlər. Hətta bu barədə dəfələrlə “Azercell” Müştəri Xidmətlərinə müraciət etsə də, ona sübutları təqdim etməyərək, yalnız məhkəmə sorğusu əsasında həmin məlumatları verə biləcəklərini bildirmişlər. 2015-ci ildən bu günə qədər o, M.Mehdiyevin mənəvi-psixoloji təzyiqlərinə məruz qalmışdır. 2015-ci ilin 1 may tarixindən 2020-ci ilin fevral ayına qədər M.Mehdiyevə məxsus ***-***-**-** və ***- ***-**-** nömrələrindən ona məxsus ***-***-**-** telefon nömrəsinə təhqir xarakterli səs yazıları, stenoqramları, yazılan mesajlar davam etmişdir. Bundan əlavə, M.Mehdiyevə məxsus (profilində öz şəkli olan) “Facebook” sosial şəbəkəsindəki hesabından ona məxsus, profilində öz şəkli olan Rəna Hacıyeva “Vətənimə canım qurban” səhifəmə yazılan təhqiramiz sözləri, qadın kimi şəxsiyyətini alçaldan əxlaqsız seksual xarakterli şantajları mövcuddur. Mehdi Mehdiyev onun sağlamlığına zidd yalan məlumatları “Rəna Hacıyeva şizofren ruhi xəstədir” yazaraq, həmin təhqiredici sözləri dostluğunda olan 5.000 nəfər şəxslər arasında paylaşaraq, onun şəxsiyyətinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət əməli törətmişdir. M.Mehdiyev ona qarşı təhqiredici ifadələrin yalan olduğunu bilə-bilə onları sosial şəbəkədə paylaşıb ictimailəşdirmiş, bununla da onun şərəf və nüfuzuna xələl gətirmişdir. M.Mehdiyev cəmiyyətin bütün üzvlərinə - ziyalılara, veteranlara, şəhid ailələrinə, Qarabağ döyüşçülərinə, bir çox insanlara “Rəna Hacıyeva əxlaqsızdır, ruhi xəstədir, şizofrendir” deyərək, 2015-ci ildən ona qarşı iyrənc kampaniya aparmış, yalan məlumatları yayıb, əsassız olaraq ona qarşı təbliğat aparmışdır. Onun qeyd etdikləri ilə əlaqədar sübutları yəni sadaladığı məlumatları özündə əks etdirən videosəsli yazılı diski məhkəməyə sübut qismində təqdim etmişdir və şahidlərini də məhkəməyə təqdim edəcəkdir. Onun əlində olan diskdə “Tanıtım 1 X1 YOUTUBE” kanalına yerləşdirilib və dünyaya yayımlanmışdır. Həmin diskdə (36-47-ci dəqiqələrdə) şəhid ailəsi özü M.Mehdiyevin onun barəsində ruhi xəstə, şizofren deyərək təbliğat aparması haqqında ətraflı danışılmışdır. Bununla da, M.Mehdiyev eyni zamanda Cinayət Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozaraq, sosial şəbəkədə şərəf və ləyaqətini qəsdən alçaltmışdır. O neçə illər ərzində M.Mehdiyev tərəfindən şərəf və ləyaqətini alçaldan rəftara məruz qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİİ bəndinə görə, heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. O, nüfuzuna, imicinə dəyən zərbədən ciddi mənəvi sarsıntı və həyəcan keçirmişdir, bunun nəticəsi olaraq dəfələrlə qan təzyiqi yüksəlmiş, şəkəri qalxmış, az qala koma vəziyyətinə düşmüşdür. Səhhətinin pisləşməsi nəticəsində evinə təcili tibbi yardım da çağırılmışdır. M.Mehdiyev özünün narkotik aludəçisi olduğunu heç kimdən gizlətməmiş, Əfqanıstan müharibəsində iştirakı ilə əlaqədar həmin vaxtdan indiyə qədər narkotik vasitələr qəbul etdiyini hamıya bəyan etmişdir. O, 9 dəfə kontuziya aldığı beynindəki ağrıları, həmçinin kəsilmiş ayağının şiddətli və dözülməz ağrılarını sakitləşdirməkdən ötrü narkotik vasitə qəbul edərək əsəblərinin sakitləşdiyini bildirmişdir. Bununla əlaqədar olaraq, M.Mehdiyevin tibbi ekspertizadan keçirilərək qan analizinə göndərilməsini və psixi travmalı olduğunu müəyyənləşdirməkdən ötrü həkim müayinəsindən keçirilməsinə göstəriş verilməsini də, məhkəmədən xahiş edir. M.Mehdiyevin İİ qrup əlil ziyalı bir xanıma qarşı bu cür iyrənc hərəkətləri yalnız 2 müharibədə aldığı psixoloji zərbələr, kontuziyalarla izah oluna bilər. Görünür, 2 müharibədə iştirak etməsi onun psixikasını darmadağın etmişdir. M.Mehdiyev hətta həqiqətə uyğun olmayan faktlarla, öz ailə üzvlərini, işçilərini, maddi cəhətdən ondan asılı olan şəxsləri, qonşularını şahid qismində ona qarşı ifadə verməyə məcbur etmiş, məhkəməyə ona qarşı xüsusi ittihamla - saxta ittihamla müraciət etmişdir. O isə, bununla əlaqədar Apelyasiya Məhkəməsinə müraciət etməli olmuşdur. M.Mehdiyevin əmisi oğlu Əlisəfa Mehdiyev M.Mehdiyevin əsəbi vəziyyətdə kimisə qətlə yetirdiyini bildirmişdir. M.Mehdiyevin qardaşı İlyas Mehdiyev isə öz doğma atasını 90 yaşlı kişini vəhşicəsinə qətlə yetirmiş və izi itirmək məqsədilə yandırmışdır. Bu barədə 2018-ci ilin fevral ayında rəsmi informasiyalar “Xəzər TV”-də yayımlanmışdır. O, da çox qorxur və sarsıntı keçirir, çünki onun təhlükəsizliyinin təminatı yoxdur. Özü əlil, köməksiz qadındır. Hesab edir ki, M.Mehdiyev ona qarşı etdiyi hərəkətlərə görə sosial şəbəkədə paylaşaraq ona böhtan atması, şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yayması, kütləvi informasiya vasitəsində, internet informasiya ehtiyatında onun barəsində alçaldıcı ifadələr yaymasına görə layiqli cəzasını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Qeyd etdiyi kimi, Mehdi Mehdiyevin onun barəsində sosial şəbəkədə - internet vasitəsilə yaydığı şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yalan məlumatları yayması nəticəsində o, qohum-əqrəbası, tanışları, qonşuları, 5.000 nəfərə yaxın sosial şəbəkədə dostluğunda olan şəxslərin arasında biabır olmuşdur və hələ də cəmiyyətdə öz nüfuzunu bərpa edib, öz şəxsiyyətini yüksək tutmağa çalışmaqda davam edərək, həmçinin müalicələr də alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır. Göründüyü kimi, Mehdi Mehdiyevin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tərkibi vardır və o, həmin əməllərə görə cəzasnı almalıdır. Göstərilənlərə əsasən Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini rəhbər tutaraq, Mehdi Mehdiyevin cinayət məsuliyyətə cəlb edilməsi barədə hokm çıxarmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X7 verdiyi şikayətin məzmununa uyğun ifadə verərək, barəsində şikayət verilmiş şəxs X6 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 ifadəsində X7 ilə ümumiyyətlə ünsiyyətdə olmadığını, onu heç vaxt narahat etmədiyini, şikayət ərizəsində göstərdiklərinin yalan və böhtan olduğunu bildirərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 vəkili X4 ifadəsində X3 xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina etdiyini bildirdi. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və ya təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası CPM-nin 299.3.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərinə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Eyni zamanda Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddələrinə uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, xüsusi ittihamçı şikayət ərizəsini M.Mehdiyevin facebook sosial şəbəkəsindən R.Hacıyevanın "Vətənimə canım qurban" səhifəsinə yazdığı təhqiramiz sözləri, qadın kimi təhqiramiz, şəxsiyyətini alçaldan, əxlaqsız, seksual xarakterli şantajlarının mövcud olması, eləcə də, M.Mehdiyevin onu izləməsi və M.Mehdiyev barəsində əsassız, uydurma, təhqir və böhtan məlumatlarla əsaslandırmışdır. Şikayətində istinad etdiyi həmin hallara dair isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, ərizəsində və məhkəmə iclasında verdiyi izahatında M.Mehdiyevə böhtan atmaqda davam etmiş, öz ərizəsini yalan olduğuni bilə-bilə, həqiqətə uyğun olmayan məlumatlarla əsaslandırmışdır. Bundan başqa, xüsusi ittihamçı R.Hacıyeva şikayət ərizəsində X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizədə onun məhz hansı hərəkəti ilə Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Bundan əlavə, Rəna Hacıyeva barəsində onun şikayəti əsasında xüsusi ittiham qaydasında işə baxılmış və o, məsuliyyətə cəlb edilmişdir. X15 cinayət məsluliyyətinə cəlb edilməsinə baxmayaraq, onun tərəfindən bugünki günə qədər böhtan və təhqirlərə məruz qalmaqda davam edir. R.Hacıyeva ona təyin olunmuş cəzadan heç bir nəticə çıxarmayaraq, bu gün də yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yayaraq, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaq məqsədi güdür. X12 əsassız şikayətləri nəticəsində o, bugün müxtəlif məhkəmə və hüquq mühafizə orqanlarında özünü müdafiə etməyə məcbur olmuş, bunun üçün əlavə vəsait ödəyərək vəkil tutmaq, vaxt sərf edərək həmin orqanlara izahat vermək üçün getmək və məhkəmə iclasında iştirak etmək məcburiyyətindədir. Qeyd olunanları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.02.2014-cü il tarixli Qərarına əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri) göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 1(006)-220/2020 saylı qərarı ilə X3 X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə baxmayaraq, Rəna Hacıyeva yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin şikayət ərizəsinə hər hansı yeni sübut və dəlil əlavə etməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətin məzmunundan, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən və CD diskdəki görüntülərdən şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar