Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-326/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1976-cı ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində ünvan 2 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs baş və bədən nahiyələrindən qəsdən əl və ayaq zərbələri vuraraq sonuncuya, sol təpə və ənsə nahiyəsinin sol yarısının geniş həcmli dərialtı hematomaları, sol gözaltı nahiyənin, döş qəfəsinin sol yarısının, sağ bazunun və sol budun qançırları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə aralarında əvvələr də müxtəlif səbəblərlə söz-söhbətləri, mübahisələr baş vermişdir. Son vaxtlar bu mübahisələr çox olduğu üçün həyat yoldaşı boşanmaq qərarına gəlmiş və bununla bağlı Nəsimi rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Boşanmaq üçün Nəsimi rayon Məhkəməsinə müraciət etsə də, uşaqlarına görə birlikdə yaşamağa davam etmişlər. xx.xx.2024-cü il tarixdə səhər saat 09:00 radələrində qızını məkətəbə qoyub yaşadıqları mənzilə qayıtdıqdan sonra Bənövşənin özünə məxsus mobil telefonla video zənglə kiminləsə söyüşlə zarafat edərək danışdığını görmüş, onun bu hərəkətini özünə qarşı saymazyana davranış qəbul edərək əsəb keçirmişdir. Ona yaxınlaşıb əlindəki telefonu alıb kənara atmış, telefonda danışdığı şəxsin kim olması ilə maraqlanmışdır. Bənövşə ona aqressiv və kobud cavablar vermiş, onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman o, həyat yoldaşının saçından tutub yerə yıxıb bir qədər sürüyüb, üzündən və başından əl zərbələri, bədənin müxtəlif yerlərindən isə ayaq zərbələri vurmuşdur. Bundan sonra həyat yoldaşı yaşadıqları ünvandan çıxıb qaçmış, o isə onun arxası ilə getməyərək, sonra o qayıtdığında məsələni aydınlaşdırmağı gözləmişdir. Baş vermiş hadisədən bir neçə saat sonra ona məxsus mobil nömrəyə polis əməkdaşı zəng edərək həyat yoldaşının ondan şikayətçi olduğunu və bununla bağlı izahatının alınması üçün onu 19-cu polis şöbəsinə dəvət etdiyini bildirmişdir. Hadisə təxminən 5 dəqiqə müddətə baş vermiş, hadisə zaman şahid olmamış, Zərərçəkmiş şəxs ona xəsarət yetirməmiş, MTE-dən keçməkdən imtina etmişdir. İfadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 62, mənzil 37 ünvanında ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxslə aralarında əvvələr də müxtəlif səbəblərlə mübahisələri olmuşdur. Son vaxtlar bu mübahisələr dözülməz həddə çatmış, o boşanmaq qərarına gəlmişdir. Bununla bağlı Nəsimi rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, bu müddət ərzində övladlarına görə Kamranla birlikdə eyni ünvanda yaşamışdır. xx.xx.2024-cü ildə səhər saat 09:00 radələrində yaşadığı ünvanda özünə məxsus mobil telefonla işlə əlaqədar olaraq tanışı ilə video zənglə danışan zaman Kamran evə gəlmiş, heç nə demədən ona yaxınlaşıb əlindəki telefonu alıb kənara atmışdır. O, Kamrana nə olduğunu və nə üçün belə etdiyi soruşduqda isə sonuncu onu, ona xəyanət etməkdə, başqası ilə danışmaqda günahlandıraraq saçından tutub yerə yıxıb sürümüşdür. Bundan sonra üzündən və başından əl zərbələri, bədəninin müxtəlif yerlərindən isə ayaq zərbələri vurub onu döyüb müxtəlif bədən xəsarətləri yetirmişdir. Onun əlindən çıxdıqdan sonra evi tərk etmiş, hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı mənzildə ikisi olmuş, hadisəni görən başqa şəxs olmamışdır. Aralarındakı mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2024-cü il tarixli 652 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol təpə və ənsə nahiyəsinin sol yarısının geniş həcmli dərialtı hematomaları, sol gözaltı nahiyənin, döş qəfəsinin sol yarısının, sağ bazunun və sol budun qançırları bərk küt əşyanın təsirindən müaynədən bir günə qədər əvvəl gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ qələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir (i/v 26-28). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası DİN-nin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 24). Məhkəməyə təqdim edilmiş 25 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-326/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən öz hesabına müdafiəçinin məhkəməyə buraxıldığı müddətə qədər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-326/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-326/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver