Məhkəmə qərarları › İş №1(006)-327/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-327/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-327/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlu sədrliyi Məhkəmə iclas katibi Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ŞÜKÜROVA AYSEL QÜDRƏT QİZİ ƏHMƏDOV OQTAY POLAD OĞLU Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ______saylı hüquq məsləhətxanasının vəkili iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ŞÜKÜROVA AYSEL QÜDRƏT QİZİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddəsi, ƏHMƏDOV OQTAY POLAD OĞLU Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı İSMAYİLOVA ASYA YAŞAR QİZİ, İSMAYİLOV FUAD ZƏFƏR OĞLU şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İSMAYİLOVA ASYA YAŞAR QİZİ, İSMAYİLOV FUAD ZƏFƏR OĞLU xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək ƏHMƏDOV OQTAY POLAD OĞLU , ŞÜKÜROVA AYSEL QÜDRƏT QİZİ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci, 147-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ______ Məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı bunun səbəbləri barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və onun müdafiəçisi xüsusi ittihamçının gəlməməsi səbəbindən şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblər olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə isə şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməməsi hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtinaya əsas verir. İş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ŞÜKÜROVA AYSEL QÜDRƏT QİZİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddəsi, ƏHMƏDOV OQTAY POLAD OĞLU Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı İSMAYİLOVA ASYA YAŞAR QİZİ, İSMAYİLOV FUAD ZƏFƏR OĞLU şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə ______ Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar