Məhkəmə qərarları › İş №1(006)-327/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-327/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-327/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1980-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən Muğan parkında olarkən həmin parka istirahət etməyə gələn Zərərçəkmiş şəxs əlindəki telefon qutusunu parkdakı oturacağın üzərinə qoyduğunu müşahidə edib özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs voleybol oynamasından istifadə edərək kənar şəxslərin və mülkiyyətçinin hiss etmədiyi şəraitdə sonuncuya məxsus dəyəri 650 manat təşkil edən “Xiaomi Redmi 12 pro” markalı mobil telefonu parkdakı oturacağın üzərindən gizli olaraq talayaraq zərərçəkmiş şəxsə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, ailəlidir və himayəsində 2 (iki) azyaşlı uşağı vardır. Əvvəllər Ceyranbatan qəsəbəsində və Xırdalan şəhərində müxtəlif mağazalarda anbardar işləmişdir. Son vaxtlar belində ağrılar olduğu üçün işdən çıxmışdır. Təxminən 4-5 aydır ki, işsizdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün yüngül iş tapmaq məqsədilə son bir həftə Bakı şəhərinə gəlib iş axtarmışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən Muğan parkına gəlib orada gəzərkən bir neçə nəfər şəxsin voleybol oynadıqlarını görmüşdür. Həmin vaxt bir nəfər tanımadığı şəxsin oturacaqlardan birinin üstünə telefon qutusu qoyaraq voleybol oynayanlara qoşulub oynamağa başladığını görüb həmin telefon qutusunun içərisində mobil telefon olduğunu və ehtiyacı olduğu üçün həmin telefonu qutusu ilə birlikdə götürməyi düşünmüşdür. Buna görə də, həmin şəxsin voleybol oynamağa başının qarışmasından tam əmin olmaq üçün onu müşahidə etməyə başlamışdır. Ona görə də telefonu götürməzdən əvvəl ətrafa boylanıb həmin şəxsin və digər şəxslərin telefonun qoyulduğu oturacağa baxmadıqlarına əmin olub, gizlincə oturacağa yaxınlaşmışdır. Oturacağa yaxınlaşdıqdan sonra təkrar ətrafa baxıb onu kiminsə görmədiyinə tam əmin olub gizlin olaraq telefon qutusunu içərisindəki telefonla birlikdə götürüb oradan uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra kənara çəkilib qutunun içərisindəki mobil telefonun yeni “Xiaomi Redmi markalı 12 pro” markalı mobil telefon olduğunu, qutunun içərisindəki zəmanət talonundan isə telefonun xx.xx.2023-cü il tarixdə alındığını müəyyən etmişdir. Sonra 28 May metrostansiyasına daxil olub 20 Yanvar metrostansiyasına, oradan taksilərlə evə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında telefonu qutusu ilə birlikdə götürüb satmaq məqsədilə 28 may metrostansiyası yaxınlığında Azadlıq prospektində yerləşən telefon mağazalarına gəlmişdir. Bir neçə mağazaya yaxınlaşıb telefonu satmaq istəsə də şəxsiyyət vəsiqəsi olmadığı üçün heç kim telefonu ondan almamışdır. Telefona alıcı tapmaq ümidi ilə təxminən 15-20 dəqiqə həmin mağazaların qarşısında dayanmışdır. Elə bu vaxt 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etməklə, polis əməkdaşları olduqlarını bildirib onu 22-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində olarkən üzərindəki Xiaomi Redmi 12 Pro markalı mobil telefonu xx.xx.2023-cü il tarixdə Muğan parkında oturacağın üzərindən oğurladığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin telefonu tamah məqsədilə satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsini təqdim etmək istəmədiyi üçün sata bilmədiyini etiraf etmişdir. O, həmin telefonun olduğu qutunun üzərində və içərisindəki zəmanət talonunda Xiaomi Redmi 12 Pro yazısı, telefonun sahibi Zərərçəkmiş şəxs adının olduğunu, telefonun İMEİ kodunun **********96882 və **********96890 olmasını qeyd etmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini bildirərək, məhkəmədən cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Texniki Universitetinin 2-ci kursunda təhsil alır. Tələbə olduğu üçün kirayədə yaşayır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında özü üçün 650 manata yeni “Xiaomi Redmi 12 pro” markalı mobil telefon almış və üzərində gəzdirmişdir. Həmin gün təxminən saat 21 radələrində gəzərək ünvan 4 ünvanında yerləşən Muğan parkına getmişdir. Orada olarkən tanımadığı bir qrup gəncin voleybol oynadıqlarını görüb oynamaq istəmişdir. Bu zaman özünə məxsus 650 manata yeni aldığı “Xiaomi Redmi 12 pro” markalı mobil telefonunu qutusu ilə birlikdə parkdakı oturacağın üzərinə qoymuşdur. Telefon qutunun içərisində olmuşdur. Həmin oturacaqdan təxminən 10-15 metr məsafədə voleybol oynayan şəxslərə qoşulmuşdur. Təxminən 8-10 dəqiqə sonra oturacağa yaxınlaşıb telefonunu götürmək istəyən zaman telefonunun olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 650 manat ziyan dəymişdir. Telefonun kim tərəfindən və necə oğurlanmasını görməmişdir. Həmin vaxt evin açarları onda olduğundan tələsdiyi üçün evə getmiş, evdə olarkən saat 22:25 radələrində DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Saat 22:35 radələrində 22-ci PŞ-dən onunla polis əməkdaşları əlaqə saxlayıb ərizə və izahat yazmağını,o cümlədən hadisə yerini göstərməyini xahiş etsələr də o, ərizə və izahat vermək üçün xx.xx.2023-cü il tarixdə günortadan sonra 22-ci PŞ-nə yaxınlaşacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində 22-ci PŞ-nin təhqiqatçısı əlaqə saxlayıb onu 22-ci PŞ-nə dəvət etmişdir. Polis şöbəsində olarkən o, xx.xx.2023-cü il tarixdə mobil telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin şəxsdə onun mobil telefonu olmuşdur. O, telefonunu görən kimi tanımışdır. Çünki telefonu təzə olmuş və qutudakı zəmanət talonunda da adı qeyd olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə araşdırmaya xitam verilməsini xahiş etdi. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı İsa Taralov tərəfindən tərtib edilmiş, hal şahidləri Nicat Abuşov, Mirələsgər Seyidov və vətəndaş Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş 08 iyun 2023-cü il tarixli “Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus olan, ünvan 2 ünvanında yerləşən Səməd Vurğun bağında oturacağın üzərindən oğurlanmış “Xiaomi Redmi 12 pro” markalı bir ədəd mobil telefon təhqiqatçı İsa Taralov tərəfindən Təqsirləndirilən şəxs götürülmüşdür. Götürmə istintaq hərəkəti baş çatdıqdan sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən protokola hər hansı qeyd, əlavə və ya düzəliş daxil olmamışdır. Protokol iştirakçılar tərəfindən düzgün hesab edilərək imzlanmışdır (i/v 18-20). İş materiallarında olan əşyanın tanınması haqqında 10 iyun 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus “Xiaomi Redmi 12 pro” markalı bir ədəd mobil telefonu tanınmaya təqdim edilən zamanı tanımışdır (i/v 27-29). İş materiallarında olan 10 iyun 2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “Xiaomi Redmi 12 pro” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təqdim edilmişdir (i/v 22). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 74). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4534 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Xiaomi Redmi” markalı “12 Pro” modelli 256 GB yaddaşlı mobil telefon aparatının yeni vəziyyətdə 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 650 manat müəyyən olunur (i/v 51-53). İş materiallarında olan 22 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Xiaomi Redmi 12 pro” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmışdır (i/v 66-70). Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs Eyvazov X2 Ramil Şakir oğlu ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 iyun 2008-ci il təvəllüdlü X5 və 24 aprel 2012-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya idarəsinə tapşırılmalı, iş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Xiaomi Redmi” markalı “12 Pro” modelli 256 GB yaddaşlı mobil telefon aparatının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya idarəsinə tapşırılsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Xiaomi Redmi” markalı “12 Pro” modelli 256 GB yaddaşlı mobil telefon aparatının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar