Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-328/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonu, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, özəl tikililərdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun tanışı Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1650 manat dəyərində “Samsung” markalı “SM-G985F/DS” modelli mobil telefonu 1400 manata satmaqda köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 09.12.2020-ci il tarixdə saat 16:55-də ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketin qarşısında qeyd olunan mobil telefonu götürüb verdiyi vədə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs 1650 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.12.2020-ci il tarixdə saat təxminən 15-16 radəsində Ağasəlim ona zəng edərək demişdir ki, onun bir tanışı təzə vəziyyətdə “Samsung S 20 Plus” markalı mobil telefon satır. Həmçinin Ağasəlim ona özünü Azər kimi təqdim etməsini, sonra isə telefonu satıb qayıdacağını bildirməsini demişdir. Ağasəlim isə həmin telefonu satan şəxsin başını qatacaqdı. O da telefonu götürəndən sonra Ağasəlim ilə görüşüb telefonu Ağasəlimə verməli, Ağasəlim də özü telefonu satıb ona həmin telefonun pulundan verməli idi. Onun da pula ehtiyacı olduğundan Ağasəlimin təklifi ilə razılaşmışdır. Bundan sonra 09.12.2020-ci il tarixdə saat 16 radəsində Ağasəlim zəng edib ona Nəsimi rayonu Milli Bankın yaxınlığında olan “Neptun” marketin yanına gəlməsini bildirmişdir. O da həmin yerə getmişdir. Ağasəlimin yanında sonradan adını Vasif kimi bildiyi 25-30 yaşlı kişi olmuşdur. O, Vasifin əlində olan “Samsung S 20 Plus” markalı mobil telefona, həmin telefona aid olan qulaqcığa və adaptora baxmışdır. Həmin əşyalar qara rəngli qutunun içində, həmin qutu da sellofanın içində idi. O, telefonun Ağasəlimin sözü ilə kreditdə olub-olmamasını soruşmuş, Vasif də telefonun kreditdə olmadığını demişdir. Bundan sonra o, telefonu sənədləri, adaptoru, qulaqcığı ilə birlikdə qara rəngli qutuya qoyulmuş vəziyyətdə götürmüşdür. Sonra isə telefonu satıb qayıdacağını deyib aralanmış və gözdən itmişdir. O, telefonu satmağa getməmişdir. Ağasəlim özü ona demişdir ki, Vasifin başını qatacaq, o isə aradan çıxandan bir neçə saat sonra Ağasəlimlə görüşəcək, Ağasəlim də telefonu satacaqdır. Telefonu əldə etdikdən bir neçə saat sonra Ağasəlimlə zəngləşib Təzə bazar deyilən yerin yanında görüşmüşlər. O, telefonu Ağasəlimə vermiş, Ağasəlim Neftçilər metrosu yaxınlığında telefonu satandan sonra ona 500 manat pul vermişdir. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, işi üzrə dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibini xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X1 2020-ci ilin fevral-mart aylarından tanıyır. Belə ki, o, həmin vaxt elan vasitəsilə “Xiomi Note 8” markalı mobil telefonunu satan zaman Ağasəlimlə tanış olmuş, həmin telefonu Ağasəlimə 300 manata satmışdır. Ağasəlim ondan telefonu alan zaman telefon alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra onun Ağasəlimlə münasibəti yaranmışdır. O, 09.12.2020-ci il tarixdə özünə “World Telekom” mağazasından 1500 manata “Samsung S 20 Plus” markalı telefon almışdır. Lakin həmin gün azyaşlı qızının səhhətində problemlər olduğundan dərhal ona pul lazım olmuşdur. Buna görə də aldığı telefonu satmaq qərarına gəlmişdir. O, Ağasəlimə zəng edib telefonunu satmaq istədiyini bildirmişdir. Ağasəlim problemsiz telefonu sata biləcəyini demiş və o, Milli Bankın arxasında “Neptun” marketin yanında Ağasəlimlə görüşmüşdür. Görüşdükləri zaman Ağasəlim ona bir nəfər tanışının olduğunu və telefonu o istədiyi qiymətə, yəni 1420 manata alacağını demişdir. O da Ağasəlimlə razılaşmışdır. Bundan sonra Ağasəlim onun yanında telefonu guya almaq istəyən Azər adlı şəxsə zəng etmiş və onu “Neptun” marketin yanında gözlədiyini demişdir. Ağasəlimin zəngindən 5 dəqiqə sonra həmin Azər adlı şəxs təxminən saat 17 radələrində onlara yaxınlaşmışdır. Telefonunun kreditdə olub-olmamasını dəqiqləşdirmiş və yaxına gedib telefonu digər adama 1420 manata satıb pulunu alıb geri qayıdacağını bildirmişdir. Danışıq zamanı o, Ağasəlimə demişdir ki, o, telefonu həmin şəxsə versə, telefona kim cavabdeh olacaq. Ağasəlim isə ona narahat olmamağı, Azəri yaxşı tanıdığını bildirmişdir. O, bundan sonra əlində olan sellofan torbanın içindən qara rəngli qutuda olan “Samsung S 20 Plus” markalı telefonu sənədləri, qulaqcığı və adaptoru ilə birlikdə Azər adlı şəxsə vermişdir. Azər ondan telefonu alıb “28 Mall” ticarət mərkəzinə tərəf yollanmışdır. O isə Azərə inanmadığından Ağasəlimə demişdir ki, Azərin arxasınca getsinlər. Onlar Azərin arxasınca getməyə başlamışlar. Ağasəlim onunla bərabər getsə də, onu yayındırmışdır ki, Azərin arxası ilə getməsinlər. Buna görə də Ağasəlim asta yerişlə hərəkət etmişdir. Azər isə sürətini artırmışdır. O, Azərin arxasınca getmək istəsə də, Ağasəlim ona ayıb olduğunu, köşkdən Bizon alıb içmələrini, Azərin onsuz da onların yanına gələcəyini demişdir. Ağasəlim beləliklə onu saxlatdırmış və o, Azərin hara getdiyini görməmişdir. Bundan sonra Azəri təxminən bir saat “Neptun” marketin yanında gözləmişlər. Lakin Azər gəlməmişdir. Ağasəlim Azərin ***- ***-**-** saylı mobil nömrəsinə zəng etsə də, həmin nömrədən operator “bu nömrə daxil olan zəngləri qəbul etmir” sözlərini demişdir. Bundan sonra o, Ağasəlimin telefonuna baxıb nə vaxt Azərə zəng etdiyini dəqiqləşdirmiş, lakin qeyd olunan ***-***-**-** saylı mobil nömrəyə Ağasəlim cəmi bir dəfə onun yanında zəng etmişdir. Bundan əvvəl hansı nömrə ilə Azərə zəng edib danışmasını Ağasəlim ona deməmiş, yəni Azərin mobil nömrəsini ondan gizlətmişdir. O da artıq dəqiq başa düşmüşdür ki, Ağasəlim onu aldatmışdır. Ağasəlim Azərdən sadəcə olaraq istifadə etmiş və Azər vasitəsilə onun telefonunu ələ keçirmişdir. Buna görə də o, Ağasəlimə bir gün vaxt verib telefonunu bir günə gətirməsə polisə şikayət edəcəyini demişdir. Ağasəlim onun pulunu və telefonunu gətirmədiyindən o da 10.12.2020-ci il tarixdə polisə şikayət etmişdir. Ağasəlim onu aldadaraq Təqsirləndirilən şəxsı ona Azər kimi təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti yoxdur. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 20.12.2020-ci il tarixdə özünə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 26 ünvanında yerləşən telefon mağazasından bir ədəd qara rəngli qutuda təzə vəziyyətdə “Samsung S 20 Plus” markalı mobil telefonu və həmin telefona aid qulaqcıq və adaptoru sənədləri ilə birllikdə 1600 manata almışdır. Həmin telefonu alandan sonra özünə məxsus mobil nömrə ilə işlətmişdir. 20.01.2021-ci il tarixdə ona Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşı zəng edərək həmin aldığı telefonun cinayət yolu ilə əldə olunaraq telefon mağazasına satıldığını və telefonu təqdim etməyini bildirmişdir. O isə polis əməkdaşına telefonun cinayət yolu ilə əldə olunmasından xəbərinin olmadığını və telefonu təzə vəziyyətdə 1600 manata aldığını demişdir. O, telefonu alanda telefon təzə vəziyyətdə qutunun içində olmuşdur. Sonra telefonu aparıb təhvil vermişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, hal-hazırda Nizami rayonu, Qara- Qarayev prospekti 74 ünvanda yerləşən telefon mağazasının müdiri işləyir, işlədiyi telefon mağazasında telefonlar və telefon aksesuarları satılır. 09.12.2020-ci il tarixdə işlədiyi mağazaya X4 tək olaraq gəlmiş, həmin zaman Ağsəlimin əlində təzə vəziyyətdə “Samsung S 20” plus markalı, 355-362-113-924-984 və 355-363-113-924-982 İMEİ kodlu mobil telefonu və həmin telefona aid qulaqcıq, adaptor və sənədləri ilə birlikdə qara rəngli qutu olmuş, Ağasəlim həmin telefonu ona göstərib, telefonun özünün olmasını, təcili pul lazım olduğundan satmaq istədiyini bildirmişdir. O da Ağasəlimi təxminən iki ildir ki, tanımış, Ağasəlimin özünün də telefon mağazasında satıcı və kuryer işləməsini bilmişdir. Ağasəlimlə aralarında olan razılığa əsasən o, həmin qeyd olunan mobil telefonu, sənədləri, qulaqcığı, adaptoru ilə birlikdə Ağasəlimdən 1400 manata almış, Ağasəlim telefonu satan zaman öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, o da Ağasəlimin şəxsiyyət vəsiqəsinin ksero surətini çıxarıb mağazada saxlamış, həmin aldığı telefonu isə səhv etmədiyinə görə 20.12.2020-ci il tarixdə Qara Qarayev metrosu yaxınlığında yerləşən digər telefon mağazasının müdiri işləyən Şahid1 1550 manata satmış, bildiyinə görə həmin telefonu da Miryusif başqa bir şəxsə satmışdır. X6 aldığı telefonun cinayət yolu ilə əldə olunmasından xəbəri və şübhəsi olmamış, çünki telefon təzə vəziyyətdə olmuş, telefonun üzərində heç bir mobil nömrə işlənməmişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, hal-hazırda Nizami rayonu, Qara- Qarayev prospekti 26 ünvanda yerləşən telefon mağazasının müdiri işləyir, işlədiyi telefon mağazasında telefonlar və telefon aksesuarları satılır. 20.12.2020-ci il tarixdə işlədiyi mağazaya dostu Şahid2 ona bir ədəd qara rəngli qutuda təzə vəziyyətdə “Samsung S 20” plus markalı, 355-362-113-924-984 və 355-363-113-924-982 İMEİ kodlu mobil telefonu və həmin telefona aid qulaqcıq və adaptoru sənədləri ilə birlikdə 1550 manata satmış, o da həmin telefonu həmin günü, yəni 20.12.2020-ci il tarixdə 1600 manata satmış, onlar telefonu satan zaman qeydiyyat aparmadıqlarından telefonu kimə satmağı barədə heç bir məlumatı yoxudr. Vasif də telefonu ona satan zaman bildirmişdir ki, telefonu başqa bir şəxsdən 1400 manata almışdır. Onun Vasifdən aldığı telefonun cinayət yolu ilə əldə olunmasından xəbəri və şübhəsi olmamış, çünki telefon təzə vəziyyətdə olmuş, telefonun üzərində heç bir mobil nömrə işlənməmiş, Vasifdən də telefonu zəmanət talonu ilə 1550 manata almışdır. İş materiallarında olan: - Tutma haqqında 17.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.249-250); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 19.02.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.41-43); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2021-ci il tarixli, 9/279 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-G985F/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları ilə birlikdə (qutu, qulaqcıq, adaptoru və sənədləri ilə birlikdə) istifadə olunmasını nəzərə alınmaqla, hazırkı orta bazar qiyməti təxminən 1250,00 manat, “Samsung” markalı, “SM-G985F/DS” modelli mobil telefonun təzə vəziyyətdə 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 1650,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.152-155); - ünvan 5 ünvanda yerləşən “Neptun” supermarketin müşahidə kamerasında quraşdırılmış 09.12.2020-ci il tarixli kamerasından çəkilmiş 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, 09.12.2020-ci il tarixdə saat 17 radəsində Təqsirləndirilən şəxs Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 102 ünvanda yerləşən “Neptun” supermarketin qarşısında X4 ilə Zərərçəkmiş şəxs yaxınlaşıb görüşdükdən sonra Zərərçəkmiş şəxs əlində olan ağ rəngli sellofan torbanın içindən qara rəngli qutunu götürüb iti sürətlə insanlar hərəkət edən isitqamətə hərəkət edir, X4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs başını qataraq Təqsirləndirilən şəxs arxası ilə getməyə maneə yaradaraq asta yerişlə hərəkət etdiyindən Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşaraq gözdən itir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 1772.4-cü maddəısi ilə ********* saylı cinayət işi vardır, 06.11.2019-cu ildə Mingəçevir şəhər Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 154-158, 452-ci maddələrini rəhbər tutaraq barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək azad edilmişdir. (İİ cild, i.v.48-49). - Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 1(051)- 23/2020 saylı məktubundan görünür ki, Quliyev X3 şəhər Məhkəməsinin 1(051)-23/2020 saylı 11.09.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31.08.2019-cu il tarixdən 06.11.2019-cu il tarixədək həbsdə, 06.11.2019-cu il tarixdən 30.11.2019-cu il tarixədək ev dustaqlığında saxlandığı müddət 3 ay CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İİ cild, i.v.82). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 10.11.2019-cu il təvəllüdlü azyaşlı övladı var. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilmişdir. - Bakı İstintaq Təcridxanasının 24.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 23.09.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş bütün zərəri tam ödəmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. - Kapital Bank ASC tərəfindən verilmiş 07.10.2021-ci il tarixli, 3240 saylı, İD 19971153, terminal K0104011 saylı mədaxil qəbzinə əsasən Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə dövlət büdcəsinə dəyən ziyanın 25% məbləğində 420 manat və 1 manat xidmət haqqı olmaqla, cəmi 421 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-328/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-328/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver