Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-328/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 1(103)- 1283/2025 saylı Qərarı ilə 2 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü tanışı Zərərçəkmiş şəxs vəkil kimi təqdim edərək sonuncuya övladı Şahid üçün Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş binadan mənzil və dövlət hesabına veriləcək avtomobil alınması, nəvələrinin özəl bağçaya qeydiyyata alınaraq aylıq ödənişdən azad olunmaları, həmçinin Şahid müxtəlif məsələlərlə bağlı guya hüquqi xidmət göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Şahid 29 dekabr 2023-cü il tarixdə yaşadığı ünvan 4 ünvanında mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs məxsus 4169 7388 4996 8171 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi 130 manat pulu, Şahid 18 yanvar 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus 5239 1517 5730 6264 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 130 manat pulu, Şahid 04 fevral 2024-cü il tarixdə yaşadığı həmin ünvanda mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs məxsus 4169 7388 4996 8171 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi 700 manat pulu, Şahid 08 fevral 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 6264 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 200 manat pulu, 17 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Xəzri” restoranında Zərərçəkmiş şəxs 1900 manat pulu, Şahid 17 mart 2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanında mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 6264 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 325 manat pulu, 04 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinin inzbati binasının yanında Şahid Zərərçəkmiş şəxs məxsus 5500 manat və həmin günün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları pulu, Zərərçəkmiş şəxs 13 aprel 2024-cü il tarixdə yaşadığı ünvan 4 ünvanında mobil tətbiq vasitəsilə özünə məxsus olan 4169 7388 4996 8171 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi 100 manat pulu, Şahid 04 may 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 6264 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, Şahid 06 may 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 6264 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 400 manat pulu, Şahid 31 may 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə özünə məxsus olan 5239 1517 5730 6264 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 15 manat pulu və Şahid 30 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15a/4 ünvanında yerləşən “28 MALL” ticarət mərkəzində olan zaman mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs məxsus 4169 7388 4996 8171 nömrəli bank kartının hesabından onun istifadəsində olan 4098 5844 7158 4365 nömrəli bank kartının hesabına göndərdiyi 60 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 9850 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında “tik-tok” sosial şəbəkəsində hüquqi xidmət göstərməyi ilə bağlı olaraq Şahid ona müraciət etmiş və onlar tanış olmuşlar. Nəzrin boşanmadan aliment iddiasının təmini ilə bağlı iddia ərizəsi yazmağını xahiş etmiş və o bunu 30 manata etdiyini bildirmişdir. O həmin ərizəni yazıb “pdf” formatında Nəzrinə göndərmiş və xx.xx.2023-cü il tarixdə Nəzrin onun 4098-5844- 7158-4365 nömrəli “Leobank”a aid kartına 30 manat pul göndərmişdir. Bundan sonra Nəzrin ondan bəzi hüquqi məsləhətlər almış və o, Nəzrinə pulsuz məsləhətlər vermişdir. 2024-cü ilin fevral-mart ayında Nəzrin ona sosial evlərdən almaq istədiyini bildirmişdir. O, Nəzrinə 270 manat karta pul göndərməyini, onun bununla bağlı müraciət edəcəyini və orada tanışlarının olduğunu, mənzil ayrılacağına kömək edəcəyini demişdir. Nəzrin onun “Leobank” kartına 270 manat pul göndərmişdir. O bununla bağlı Sosial Müdafiə Nazirliyi və DOST agentliyinə müraciət etmişdir. Təxminən 15-20 gün sonra Nəzrin ona anası Gülərin də ayrıca sosial ev almaq istədiyini bildirmişdir. O da ikinci müraciət üçün 800 manat pul ödəmək lazım olduğunu və Nəzrinin anası Gülərə də mənzil ayrılacağına kömək edəcəyini demişdir. Nəzrin razılaşmış və onun “Leobank” kartına 800 manat pulu köçürmüşdür. O, Nəzrinin anasının sosial mənzil alması üçün Sosial Müdafiə Nazirliyi və DOST agentliyinə müraciət etmişdir. 2024-cü ilin mart ayında Nəzrin və anası Gülər onu iftara dəvət etmişlər. Onlar “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı restoranda görüşmüşlər. Orada Nəzrin və Gülər ona Nəzrinin boşanma işinin tez həll edilməsini, bundan başqa Nəzrinin əri Rauf Həsənov barəsində Sumqayıt şəhər polis idarəsində cinayət işinə baxıldığını və sonuncunun həbs edilməsini istədiklərini demişlər. O bununla bağlı müraciətlər edəcəyini, məhkəmənin ikinci baxış iclasında boşanma barədə qərar çıxaracağını, eləcə də Raufun həbs ediləcəyini bildirmişdir. Bunun üçün o xidmət haqqı kimi Nəzringildən 350 manat pul istəmişdir. Həmin gün Nəzrin onun “Leobank” kartına 350 manat pulu göndərmişdir. O hər iki məsələ ilə bağlı müvafiq müraciətləri hazırlayıb məhkəməyə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Ombudsman aparatına göndərmişdir. 2024-cü ilin mart ayının sonlarında məhkəmənin qərardadı ilə boşanma baş tutmuşdur. Rauf barədə Sumqayıt şəhər polis idarəsində araşdırılan material üzrə Rauf inzibati məsuliyyətə cəlb edilimişdir. Bununla bağlı Nəzrin ona narazılıq etmiş və o Nəzrinə narahat olmamasını, onun bu işlə məşğul olacağını, Rauf barədə cinayət işinin başlanacağını bildirmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində o Nəzrinə sosial ev məsələsinin həllini tapdığını və bunun üçün 1350 manat pul vermək lazım olduğunu demişdir. Nəzrin onunla razılaşmış və 2024-cü ilin aprel ayının əvvəllərində Nəzrinlə Azadlıq prospektində Nəsimi rayon Polis İdarəsinin inzibati binasının qarşısında görüşmüş və 1350 manat pulu sonuncudan almışdır. Təxminən 3 ay sonra həm Nəzrinə, həm də anası Gülərə imtina gəlmişdir. Lakin o bu barədə nə Nəzrinə, nə də Gülərə heç nə deməmişdir. 2024-cü ilin yay aylarında Nəzrin və anası Gülər ondan evi tələb edəndə o məcbur olub imtina cavabının gəldiyini, onun yenidən müraciət edəcəyini, bu dəfə müraciətin təmin olunacağını bildirmişdir. O ikinci dəfə Nəzrin və anası Gülərin sosial ev alması üçün müvafiq müraciətləri etmişdir. Dərhal bununla bağlı imtina gəlmiş və o Nəzringilə bu barədə heç nə deməmişdir. Sonradan Nəzrin və Gülər onunla telefonla əlaqə saxlaya bilmədikdə atasına zəng edib onu soruşmuşlar. Atası ilə danışdıqdan sonra Nəzrin 102 xidmətinə zəng edib onun barəsində şikayət etmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında qızı Nəzrin həyat yoldaşı X1 boşanmaq qərarına gəlmişdir. 2023-cü ilin dekabr ayında Nəzrin “tik-tok” sosial şəbəkəsində vəkil kimi özünü reklam edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona köməklik edəcəyini bildirmiş və onun üçün iddia ərizəsi yazıb “pdf” formatında Nəzrinə göndərmişdir. O ərizəni oxumuş və həmin ərizənin çox yaxşı və savadlı formada yazıldığını görmüşdür. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman Nəzrin xidmət haqqı olaraq onun kartından Sənanın öz adına olan “Leobank”a aid kart nömrəsinə 30 manat pul göndərmişdir. Sonradan Sənan Nəzrinə Yasamal rayonunda 3 saylı “ASAN” xidmət mərkəzinin arxasında tikilən sosial evlərdən bir otaqlı ev verilməsini təşkil edə biləcəyini, ilkin müraciət üçün 130 manat pul vermək lazım olduğunu bildirmişdir. Nəzrin onunla məsləhətləşmiş və razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Nəzrin onun adına olan “Kapitalbank” kartından Sənanın adına olan “Leobank”a aid kart nömrəsinə 130 manat pul göndərmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayında Nəzrin Sənana Sumqayıt şəhər məhkəməsində Rauf barəsində cinayət işinə baxıldığını və onun həmin işdə zərərçəkmiş şəxs olduğunu, əgər mümkünsə Raufa qarşı 10.000 manat təzminat iddiası vermək istədiyini demişdir. Sənan qanunla bunun mümkün olduğunu və buna görə 130 manat dövlət rüsumu ödəmək lazım olduğunu demişdir. Onlar razılaşmış və xx.xx.2024-cü il tarixdə Nəzrin yaşadığı evdə olan zaman onun adına olan “Kapitalbank” kartından Sənanın adına olan “Leobank”a aid kart nömrəsinə 130 manat pul göndərmişdir. 04 fevral 2024-cü il tarixdə o qızı vasitəsilə Sənandan özü üçün sosial mənzil verilməsinə köməklik edilməsini xahiş etmişdir. Sənan Nəzrinə 4 mənzil qaldığını, istəsələr tez müraciət edəcəyini və bunun üçün 700 manat rüsum ödəmək lazım olduğunu bildirmişdir. O yaşadığı evdə olan zaman öz kartından Sənanın kartına 700 manat pul göndərmişdir. 2024-cü ilin fevral ayında Sənan Nəzrindən borca 200 manat pul istəmiş və Nəzrin də xx.xx.2024-cü il tarixdə Sənanın adına olan “Leobank”a aid kart nömrəsinə öz “Kapitalbank” kart hesabından 200 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə qızı Nəzrinlə birlikdə Sənanla Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Xəzri” restoranında görüşmüşlər. Söhbət vaxtı Sənan Rauf barəsində Sumqayıt şəhər məhkəməsində baxılan cinayət işində barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün 1900 manat pul lazım olduğunu bildirmişdir. Onlar razılaşmışlar və Nəzrin həmin restoranda 1900 manat pulu onun yanında Sənana vermişdir. Sənan vəkil bürosuna 125 manat və 200 manat pul onlayn köçürmək lazım olduğunu bildirmişdir. Onlar razılaşmış və həmin gün evə gəldikdən sonra Nəzrin öz kartından Sənanın “Leobank”a aid kart nömrəsinə 125 və 200 manat pul göndərmişdir. 2024-cü ilin aprel ayında Sənan ona və Nəzrinə sosial ev təşkil etmək üçün 4500 manat pul lazım olduğunu, pulu versələr 2024-cü ilin may ayında Yasamal rayonunda və Hövsan qəsəbəsində tikilən sosial evlərdən 2 mənzil ayrılacağını, əlavə 1500 manat pul verilsə həmin evlərin xx.xx.2024-cü il tarixdə onlara təqdim olunacağını bildirmişdir. Onlar razılaşmış və xx.xx.2024-cü il tarixdə Sənanla görüşə getmişlər. Sənan Nəsimi RPİ-də işi olduğunu, ona görə də həmin polis idarəsinin inzibati binasının yaxınlığında görüşmək istədiyini demişdir. O razılaşmış və Nəzrinlə birlikdə Nəsimi RPİ-nin yanına getmişlər. Sənan telefonda Nəzrinə görüşə tək gəlməsini istəmiş, Nəsimi RPİ-nin yanına çatanda o kənarda dayanmış və Nəzrin Sənanla Nəsimi RPİ-nin yanında görüşmüşlər. O yaxınlıqda olan aptekin qarşısında dayanıb uzaqdan baxmışdır. Sonra Nəzrin və Sənan bir az aralıya getmişlər və o onları görməmişdir. Təxminən 10 dəqiqə sonra Nəzrin gəlmiş və Sənana zərfdə 4500 manat pul, bundan əlavə 1000 manat və 200 ABŞ dolları pul verdiyini demişdir. Sənan pulu alıb Nəzrinə xx.xx.2024-cü il tarixdə hər iki mənzilin təhvil veriləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Sənan ona Nəzrinin stresdə olduğunu, sonuncuya sürpriz etsələr bəlkə düzələcəyini, buna görə ideyasının olduğunu demişdir. O ideyanın nə olduğunu soruşanda Sənan dövlət hesabına avtomobil ayırmasını təşkil etsələr və həmin avtomobili Nəzrinə hədiyyə etsələr Nəzrinin stresdən çıxacağını, buna görə 400 manat rüsum ödəmək lazım olduğunu bildirmişdir. O həmin vaxt 400 manat pulu olmadığını, 100 manat pulu olduğunu bildirmişdir. Sənan “eybi yox, 100 manatı göndər” demişdir. O da yaşadığı evdə olan zaman öz kartından Sənanın kartına 100 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə onlar Sənanla əlaqə saxladıqda sonuncu bildirmişdir ki, mənzillərin təhvil verilməsi xx.xx.2024-cü il tarixdə olacaqdır və həmin gün 4 saylı DOST xidmətinə gedib Sərdar adlı şəxsə müraciət etməlidirlər. xx.xx.2024-cü il tarixdə o və Nəzrin DOST xidmətinə getsələr də Sərdar adlı şəxslə görüşə bilməmişlər. Oradan onları sosial evlər verilən yerə yönəltmişlər. Oradan isə onlara mənzil verilməsi ilə bağlı müraciətinin qeydə alınmadığını bildirmişlər. Nəzrin Sənana zəng etsə də, Sənana zəng çatmamışdır. Sonradan Sənanla danışmış və görüşmüşlər, orada Sənan müəyyən problemlər yarandığını, bu işi həll edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Sənan mənzil məsələsi ilə bağlı əlavə 50 manat lazım olduğunu bildirmiş və Nəzrin evdə olan zaman öz kartından Sənanın kartına 50 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Nəzrin Sənanla telefonla danışan zaman o bildirmişdir ki, Neftçilər metrostansiyasının yaxınlığında “Buta” özəl bağçası vardır, əgər 400 manat pul ödəsələr, Nəzrinin hər iki övladını oraya düzəldəcəyini və aylıq pul ödəmək lazım olmadığını bildirmişdir. Nəzrin bunu ona demiş, o da razılaşmış və Nəzrin yaşadığı evdə olan zaman öz kartından Sənanın adına olan “Leobank”a aid kart nömrəsinə 400 manat pul göndərmişdir. 2024-cü ilin may ayında yaşadığı evdə olan zaman Nəzrin öz kartından Sənanın kartına evə görə verilən pulun kəsirinə görə 15 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Nəzrin Sənana zəng edib uşaqların ataları ilə görüşünün məhkəmə qaydasında həll edilməsi üçün kömək etməsini bildirmişdir. Sənan buna görə 60 manat dövlət rüsumu lazım olduğun bildirmiş və Nəzrin onun kartından Sənanın kartına 60 manat pul göndərmişdir. Həmin vaxt o Nəzrinlə birlikdə “28 MALL” ticarət mərkəzində olmuş və pulu da orada olan zaman Nəzrin Sənanın kartına göndərmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 9850 manat ziyan dəymiş və həmin pulun hamısı ona məxsusdur. Məhkəməyə təqdim edilmiş ərizədə Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında o həyat yoldaşı X1 boşanmaq qərarına gəlmişdir. Bunun üçün münasib vəkil axtarmış və 2023-cü ilin dekabr ayında “tik-tok” sosial şəbəkəsində vəkil kimi özünü reklam edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona köməklik edəcəyini bildirmiş və onun üçün iddia ərizəsi yazıb “pdf” formatında ona göndərmişdir. Ərizə yazdığı üçün zəhmət haqqı olaraq xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman Sənanın ona göndərdiyi öz adına olan “Leobank”a aid kart nömrəsinə anasının “Kapitalbank” kartından 30 manat pul göndərmişdir. Əslində Sənan ona xidmət haqqının məbləğini deməmişdir. O özü Sənanın kartına 30 manat pul atmış və Sənan da həmin məbləğlə razılaşmışdır. Söhbət əsnasında Sənan ona Yasamal rayonunda 3 saylı “ASAN xidmət mərkəzi”nin arxasında tikilən sosial evlərdən ona bir otaqlı ev verilməsini təşkil edə biləcəyini, ilkin müraciət üçün 130 manat pul vermək lazım olduğunu bildirmişdir. O razılaşmış və xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman Sənanın ona göndərdiyi öz adına olan “Leobank”a aid kart nömrəsinə anasının “Kapitalbank” kartından 130 manat pul göndərmişdir. Sənan sonradan ona rüsumu ödədiyini, evin 2024-cü ilin mart ayında veriləcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayında o Sənana Sumqayıt şəhər məhkəməsində Rauf barəsində cinayət işinə baxıldığını və o həmin işdə zərərçəkmiş şəxs olduğunu, əgər mümkünsə Raufa qarşı 10.000 manat təzminat iddiası vermək istədiyini demişdir. Sənan qanunla bunun mümkün olduğunu və buna görə 130 manat dövlət rüsumu ödəmək lazım olduğunu demişdir. O razılaşmış və xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Sənanın ona göndərdiyi öz adına olan “Leobank”a aid kart nömrəsinə öz kart hesabından əvvəlcə 80 manat, sonra 50 manat olmaqla ümumilikdə 130 manat pul göndərmişdir. Sonradan Sənan ona anası üçün də əlavə sosial mənzil verilməsini təşkil edə biləcəyini bildirmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə Sənan anasının sosial ev məsələsi ilə bağlı olaraq əlavə 700 manat pul lazım olduğunu bildirmiş, o razılaşmış və həmin gün evdə olan zaman anasınm kart hesabından Sənanın kart hesabına 700 manat pul göndərmişdir. 2024-cü ilin fevral ayında Sənan ondan borca 200 manat pul istəmiş və o da xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Sənanın ona göndərdiyi öz adına olan “Leobank”a aid kart nömrəsinə öz kart hesabından 200 manat pul göndərmişdir. Sonradan Sənan həmin pulu ona qaytarmamış və o da Sənanın sosial ev məsələsini həll edəndə borc verdiyi 200 manat pulu ona verəcəyi əlavə zəhmət haqqından çıxacağını düşünmüşdür. Çünki Sənan sosial mənzil verildikdən sonra ona əlavə zəhmət haqq veriləcəyini bildirmiş və o da razılaşmışdır. 2024-cü ilin mart ayında o Sənana 3 aydır iş gördüklərini, lakin hələ də üzbəüz görüşmədiklərini demişdir. Sənan ofisinin təmirdə olduğu üçün görüşə bilmədiyini bildirmişdir. O Sənanı restorana görüşə dəvət etmiş və xx.xx.2024-cü il tarixdə anası Gülər ilə birlikdə Sənanla Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Xəzri” restoranında görüşmüşlər. Söhbət vaxtı Sənan Rauf barəsində Sumqayıt şəhər məhkəməsində baxılan cinayət işində barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün 1900 manat pul lazım olduğunu bildirmişdir. O həmin yerdə 1900 manat pulu və Sənanın tələbi ilə özünə aid şəxsiyyət vəsiqəsini anasının yanında Sənana vermişdir. Sənan vəkil bürosuna 125 manat və 200 manat pul onlayn köçürmək lazım olduğunu demişdir. O razılaşmış və həmin gün evə gəldikdən sonra Sənanın adına olan “Leobank”a aid kart nömrəsinə öz kart hesabından 125 və 200 manat olmaqla ümumilikdə 325 manat pul göndərmişdir. Sənan sonradan bütün məsələlərdə işlərin qaydasında getdiyini bildirmişdir. 2024-cü ilin aprel ayında Sənan ona və anasına sosial ev təşkil etmək üçün 4500 manat pul lazım olduğunu, pulu versələr 2024-cü ilin may ayında Yasamal rayonunda və Hövsan qəsəbəsində tikilən sosial evlərdən 2 mənzilin onlara ayrılacağını, əlavə 1500 manat pul verilsə həmin evlərin xx.xx.2024-cü il tarixdə onlara təqdim olunacağını bildirmişdir. Onlar razılaşmış və xx.xx.2024-cü il tarixdə anası ilə birlikdə Sənanla görüşə getmişdir. Sənan Nəsimi RPİ-də işi olduğunu, ona görə də həmin polis idarəsinin inzibati binasının yaxınlığında görüşəcəklərini bildirmişdir. O razılaşmış və anası ilə birlikdə Nəsimi RPİ-nin yanına getmişlər. Sənan telefonda ona görüşə tək gəlməsini istəmişdir. Nəsimi RPİ-nin yanına çatanda anası kənarda dayanmış və o Sənanla Nəsimi RPİ-nin yan tərəfində görüşmüşlər. Orada o Sənana zərfdə ayrıca qoyulmuş 4500 manat pul, bundan əlavə 1000 manat və 200 ABŞ dolları pul vermişdir. 200 manat Sənana borclu qalmış və o pulu sonra ödəyəcəyini bildirmişdir. Sənan pulu almış və xx.xx.2024-cü il tarixdə hər iki mənzilin onlara təhvil veriləcəyini bildirmişdir. Bundan başqa, sonradan Sənanın guya ona ucuz qiymətə avtomobil təşkil edəcəyi barədə anasına yalandan vəd verib xx.xx.2024-cü il tarixdə anasından 400 manat pul istəməsini, anasının 100 manat pulunun olduğunu dedikdə isə Sənanın 100 manat pula razılaşdığını bilmişdir. Həmin gün anası yaşadığı evdə olanda 100 manat pulu öz kart hesabından Sənanın kart hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə o Sənanla əlaqə saxladıqda sonuncu mənzillərin təhvil verilməsinin xx.xx.2024-cü il tarixdə olacağını və həmin gün 4 saylı DOST xidmətinə gedib Sərdar adlı şəxsə müraciət etmələrini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o və anası DOST xidmətinə getsələr də, Sərdar adlı şəxslə görüşə bilməmişlər. Oradan onları sosial evlər verilən yerə yönəltmişlər, onlara mənzil verilməsi ilə bağlı müraciətin qeydə alınmadığını bildirmişlər. O Sənana zəng etsə də zəng çatmamışdır. Sonradan Sənanla danışmış və görüşmüş, orada Sənan müəyyən problemlər yarandığını, bu işi həll edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Sənan mənzil məsələsi ilə bağlı əlavə 50 manat lazım olduğunu bildirmiş və o yaşadığı evdə olan zaman öz kartından Sənanın kartına 50 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Sənanla telefonla danışan zaman Neftçilər metrostansiyasımn yaxınlığında “Buta” özəl bağçası olduğunu, əgər 400 manat pul ödəsələr, onun hər iki övladını oraya düzəldəcəyini və aylıq pul ödəməyəcəklərini bildirmişdir. O razılaşmış və yaşadığı evdə olan zaman öz kartından Sənanın adına olan “Leobank”a aid kart nömrəsinə 400 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman öz kartından Sənanın kartına evə görə verilən pulun kəsirinə görə 15 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Sənana ərinin övladları ilə görüşünün vaxtının məhkəmə qərarı əsasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini bildirmiş və Sənan buna görə 60 manat dövlət rüsumu lazım olduğun bildirmiş, həmin gün anası ilə “28 Mall” ticarət mərkəzində olan zaman anasının kart hesabından Sənana 60 manat pul göndərmiş, lakin Sənan həmin rüsumun pulunu alsa da, heç bir iş görməmişdir. Sonuncu dəfə Sənana məhz həmin pulu göndərmişdir. Bundan sonra nə o, nə də anası Sənana heç bir pul vəsaiti verməmişlər. 2024-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, Sənan əslində dələduzluqla məşğul olan şəxsdir, birinci dəfə ona zəhmət haqqı olaraq göndərdiyi 30 manat puldan başqa, qalan bütün pulların qarşılığında heç bir iş görməyib və anası ilə onu aldatmışdır. Bundan sonra Sənanla əlaqə saxlayıb verdiyi pulları tələb etsə də, Sənan pulu qaytarmaqdan imtina etmişdir. Sonradan o və anası Sənanın evinə getmişlər, orada atası Dəstan adlı şəxslə də tanış olmuşlar. Lakin Dəstan adlı şəxs onlara Sənanın problemləri olduğunu, halhazırda pulu qaytarmaq iqtidarında olmadığını bildirmişdir. Bundan sonra polisə şikayət etmişlər və iş üzrə polis tərəfindən araşdırma aparılmışdır. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir (i/v 1). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, Şahid Təqsirləndirilən şəxs ilə görüşərək pul verdiyi yerlərdən biri Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanıdır (i/v 7-9). İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli ziyanın ödənilməsi üçün pul vəsaitinin qəbul edilməsi barədə protokoldan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 1100 manat pul Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir (i/v 122, 123). İş materiallarında olan qəbzlərə baxış keçirilməsi haqqında 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd ödəmə qəbzinə və Şahid təqdim etdiyi 09 ədəd ödəmə qəbzinə baxış keçirilən zaman 18 dekabr 2023-cü il tarixdə saat 10:48-də Zərərçəkmiş şəxs məxsus 416973******8171 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 30 manat pul köçürüldüyü, 29 dekabr 2023-cü il tarixdə saat 12:07-də Zərərçəkmiş şəxs məxsus 416973******8171 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 130 manat pul köçürüldüyü, 04 fevral 2024-cü il tarixdə saat 18:05-də Zərərçəkmiş şəxs məxsus 416973******8171 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 700 manat pul köçürüldüyü, 13 aprel 2024cü il tarixdə saat 1 l:34-də Zərərçəkmiş şəxs məxsus 416973******8171 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 100 manat pul köçürüldüyü, 30 avqust 2024-cü il tarixdə saat 10:57-də Zərərçəkmiş şəxs məxsus 416973******8171 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartır.a 60 manat pul köçürüldüyü, 18 yanvar 2024-cü il tarixdə saat 17:06-da Şahid məxsus 523915******6264 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına saat 17:06-da 80 manat və saat 18:33-də 50 manat pul köçürüldüyü, 08 fevral 2024-cü il tarixdə saat 13:13-də Şahid məxsus 523915******6264 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 200 manat pul köçürüldüyü, 17 mart 2024-cü il tarixdə Şahid məxsus 523915******6264 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına saat 21:56-da 125 manat və saat 21:57-də 200 manat pul köçürüldüyü, 04 may 2024-cü il tarixdə saat 16:14-də Şahid məxsus 523915******6264 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 50 manat pul köçürüldüyü, 06 may 2024-cü il tarixdə saat ll:53-də Şahid məxsus 523915******6264 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 400 manat pul köçürüldüyü, 31 may 2024-cü il tarixdə saat 17:22-də Şahid məxsus 523915******6264 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus 409858******4365 nömrəli bank kartına 15 manat pul köçürüldüyü müəyyən edilmişdir (i/v 132). İş materiallarında olan 14 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (i/v 151-155). İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd qəbz və Şahid təqdim etdiyi 08 ədəd ödəmə qəbzi, eləcə də qeyd olunan şəxslərin təqdim etdiyi Təqsirləndirilən şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalarına dair çıxarışlar iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır (i/v 218-226). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 189). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1283/2025 saylı, 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu (xx.xx.2023-xx.xx.2023-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix, xx.xx.2024xx.xx.2024-cü il tarix), 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1283/2025 saylı, 04 avqust 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək 02 (iki) il 09 (doqquz) aya endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu (xx.xx.2023-xx.xx.2023-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix, xx.xx.2024xx.xx.2024-cü il tarix), 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona hazırki qərarla təyin olunan 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (i/v 124-125, 177- 184, 195-217). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-135181/2025 saylı, məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək axtarışa elan olmuş, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və onunla barışmışdır, hal-hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3 adlı bir uşağı vardır. Məhkəmənin yazılı sorğusuna Bakı Şəhər Probasiya İdarəsinin 17 dekabr 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1283/2025 saylı, 04 avqust 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və xx.xx.2025-ci il tarixdə probasiya qeydiyyatına alınmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilmiş müddəti 02 ay 07 gün, çəkilməmiş müddəti 02 il 06 ay 11 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini, himayəsində bir uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini, himayəsində bir uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 1(103)-1283/2025 saylı Qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 1(103)- 1283/2025 saylı Qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 66.5ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 06 (altı) gün müddət və hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 17 (on yeddi) gün, cəmi 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 16 (on altı) gün və Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 1(103)-1283/2025 saylı Qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 02 (iki) ay 07 (yeddi) gün hissəsi, ümumilikdə 03 (üç) ay 23 (iyirmi üç) gün müddət ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti hökm elan olduğu tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd qəbz və Şahid təqdim etdiyi 08 ədəd ödəmə qəbzin, eləcə də qeyd olunan şəxslərin təqdim etdiyi Təqsirləndirilən şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalarına dair çıxarışların cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-328/2025 saylı 02 aprel 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 09 aprel 2025-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 29 aprel 2025-ci il tarixədək göstərilmiş 04 iş saatı üçün 24 (iyirmi dörd) manat və 29 aprel 2025-ci il tarixdən sonra göstərilmiş 39 iş saatı üçün 429 (dörd yüz iyirmi doqquz) manat olmaqla ümumilikdə 453 (dörd yüz əlli üç) manat pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 1(103)-1283/2025 saylı Qərarı ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 06 (altı) gün müddət və hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 17 (on yeddi) gün, cəmi 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 16 (on altı) gün və Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli 1(103)-1283/2025 saylı Qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 02 (iki) ay 07 (yeddi) gün hissəsi, ümumilikdə 03 (üç) ay 23 (iyirmi üç) gün müddət ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 07 (yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti hökm elan olduğu tarixdən hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 05 ədəd qəbz və Şahid təqdim etdiyi 08 ədəd ödəmə qəbzi, eləcə də qeyd olunan şəxslərin təqdim etdiyi Təqsirləndirilən şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalarına dair çıxarışların cinayət işi materiallarına əlavə olunması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 29 aprel 2025-ci il tarixədək göstərilmiş 04 iş saatı üçün 24 (iyirmi dörd) manat və 29 aprel 2025-ci il tarixdən sonra göstərilmiş 39 iş saatı üçün 429 (dörd yüz iyirmi doqquz) manat olmaqla ümumilikdə 453 (dörd yüz əlli üç) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-328/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-328/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver