Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-329/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Çöl Beşdəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin oktyabr ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə çörəkçi işlədiyi Zərərçəkmiş şəxs MMC-yə məxsus «Bravo» supermarketlər şəbəkəsinin ünvan 1 ünvanında yerləşən mağazasından, digər şəxslərin olmadığı şəraitdə vitrinə satış üçün qoyulmuş 01 ədədinin qiyməti 2 manat 59 qəpik olmaqla ümumilikdə 20 manat 72 qəpik dəyərində 08 ədəd üzərində “X6” markalanma yazısı olan keksi, 01 ədədinin qiyməti 4 manat 69 qəpik olmaqla ümumilikdə 28 manat 14 qəpik dəyərində 06 ədəd üzərində “X23 Vafli” markalanma yazısı olan tortu, 01 ədədinin qiyməti 49 manat 89 qəpik olmaqla ümumilikdə 149 manat 67 qəpik dəyərində 03 ədəd üzərində “Absolut Standart” markalanma yazısı olan arağı, 01 ədədinin qiyməti 1 manat 40 qəpik olmaqla ümumilikdə 2 manat 80 qəpik dəyərində 02 ədəd üzərində “X17 Günəbaxan” markalanma yazısı olan tumu, 01 ədədinin qiyməti 2 manat 69 qəpik olmaqla ümumilikdə 8 manat 7 qəpik dəyərində 03 ədəd üzərində “Araxis Jumbo” markalanma yazısı olan fıstığı, 01 kiloqramının qiyməti 6 manat 70 qəpik olmaqla ümumilikdə 16 manat 75 qəpik dəyərində 2.5 kq çəkidə üzərində “X21” markalanma yazısı olan toyuğu, 01 ədədinin qiyməti 80 qəpik olmaqla ümumilikdə 4 manat dəyərində 05 ədəd üzərində “Yedoy Sac” markalanma yazısı olan lavaşı, 01 ədədinin qiyməti 17 qəpik olmaqla ümumilikdə 5 manat 10 qəpik dəyərində 30 ədəd göyərtiləri, 01 kiloqramının qiyməti 5 manat 49 qəpik olmaqla ümumilikdə 21 manat 96 qəpik dəyərində 4 kq çəkidə üzərində “Konfrans Avropa” markalanma yazısı olan armudu, 01 kiloqramının qiyməti 2 manat 99 qəpik olmaqla ümumilikdə 20 manat 93 qəpik dəyərində 7 kq bananı, 01 kiloqramının qiyməti 1 manat 59 qəpik olmaqla ümumilikdə 7 manat 95 qəpik dəyərində 5 kq çəkidə üzərində “Sıbıryak” markalanma yazısı olan qarabaşağı, 01 kiloqramının qiyməti 8 manat 55 qəpik olmaqla ümumilikdə 68 manat 40 qəpik dəyərində 8 kq çəkidə üzərində “X12” markalanma yazısı olan sosisi, 01 kiloqramının qiyməti 10 manat 15 qəpik olmaqla ümumilikdə 71 manat 5 qəpik dəyərində 7 kq çəkidə üzərində “X13” markalanma yazısı olan sosisi, 01 kiloqramının qiyməti 8 manat 39 qəpik olmaqla ümumilikdə 50 manat 34 qəpik dəyərində 6 kq çəkidə üzərində “ Ostankino Sochnıye” markalanma yazısı olan sosisi, 1 kiloqram 1 manat 89 qəpik dəyərində yerli mandarini, 01 kiloqramının qiyməti 23 manat 99 qəpik olmaqla ümumilikdə 143 manat 94 qəpik dəyərində 6 kq çəkidə üzərində “X14” markalanma yazısı olan şokoladı, 01 kiloqramının qiyməti 23 manat 99 qəpik olmaqla ümumilikdə 119 manat 95 qəpik dəyərində 5 kq çəkidə üzərində “Bounty Bulk” markalanma yazısı olan şokoladı, 01 kiloqramının qiyməti 23 manat 99 manat olmaqla ümumilikdə 47 manat 98 qəpik dəyərində 2 kq çəkidə üzərində “X27” markalanma yazısı olan şokoladı, 01 ədədinin qiyməti 5 manat 39 qəpik olmaqla ümumilikdə 48 manat 51 qəpik dəyərində 9 ədəd üzərində “Prostokvashino” markalanma yazısı olan xamanı, 01 kiloqramının qiyməti 4 manat 70 qəpik olmaqla ümumilikdə 18 manat 80 qəpik dəyərində 4 kq üzümü, 01 ədədinin qiyməti 9 manat 10 qəpik olmaqla ümumilikdə 63 manat 70 qəpik dəyərində 07 ədəd üzərində “Pantene 3/1 Güc və Parlaq” markalanma yazısı olan şampunu, 01 ədədinin qiyməti 10 manat 29 qəpik olmaqla ümumilikdə 61 manat 74 qəpik dəyərində 6 ədəd üzərində “X18 Saçlar” markalanma yazısı olan şampunu, 01 ədədinin qiyməti 1 manat 69 qəpik olmaqla ümumilikdə 11 manat 83 qəpik dəyərində 07 ədəd üzərində “Prostokvashino şirin çiyələk” markalanma yazısı olan kəsmiyi, 01 ədədinin qiyməti 6 manat 09 qəpik olmaqla ümumilikdə 12 manat 18 qəpik dəyərində 2 ədəd üzərində “X7” markalanma yazısı olan sabunu, 01 kiloqramının qiyməti 8 manat 90 qəpik olmaqla ümumilikdə 35 manat 60 qəpik dəyərində 4 kq çəkidə gavalını, 01 kiloqramının qiyməti 9 manat 40 qəpik olmaqla ümumilikdə 56 manat 40 qəpik dəyərində 6 kq çəkidə fındığı, 01 kiloqramının qiyməti 5 manat 40 qəpik olmaqla ümumilikdə 27 manat dəyərində 5 kq çəkidə kişmişi, 01 kiloqramının qiyməti 23 manat 90 qəpik olmaqla ümumilikdə 167 manat 30 qəpik dəyərində 7 kq çəkidə üzərində “Westgold” markalanma yazısı olan kərə yağını, 01 kiloqramının qiyməti 10 manat 90 qəpik olmaqla ümumilikdə 87 manat 20 qəpik dəyərində 8 kq çəkidə üzərində “Westgold 82.8 %” markalanma yazısı olan kərə yağını, 01 kiloqramının qiyməti 22 manat 99 qəpik olmaqla ümumilikdə 137 manat 94 qəpik dəyərində 6 kq çəkidə üzərində “Anchour” markalanma yazısı olan kərə yağını, 01 kiloqramının qiyməti 10 manat 89 qəpik olmaqla ümumilikdə 54 manat 45 qəpik dəyərində 5 kq çəkidə üzərində “Anchour 454 QR” markalanma yazısı olan kərə yağını, 2 litrinin qiyməti 9 manat 20 qəpik olmaqla ümumilikdə 36 manat 80 qəpik dəyərində 4 ədəd üzərində “Final” markalanma yazısı olan günəbaxan yağını, 1 qutusunun qiyməti 11 manat 99 qəpik olmaqla ümumilikdə 59 manat 95 qəpik dəyərində 5 qutu üzərində “X28 450 Q” markalanma yazısı olan qara çayı, 1 qutusunun qiyməti 24 manat 45 qəpik olmaqla ümumilikdə 97 manat 80 qəpik dəyərində 4 qutu üzərində “X28 900 Q” markalanma yazısı olan qara çayı, 3 kiloqramının qiyməti 23 manat 35 qəpik olmaqla ümumilikdə 93 manat 40 qəpik dəyərində 4 ədəd üzərində “Ağlar üçün X24” markalanma yazısı olan yuyucu tozu, 3 kiloqramının qiyməti 23 manat 35 qəpik olmaqla ümumilikdə 140 manat 10 qəpik dəyərində 6 ədəd üzərində “Rənglilər üçün X24” markalanma yazısı olan yuyucu tozu və mağazanın daxilində yerləşən saxlanc yeri hesab edilən “back ofis” adlanan otağın qapısının açıq olmasından istifadə edərək həmin otağa azad giriş-çıxışı üçün icazəsi olmadığı halda qanunsuz daxil olub oradan 1 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 180 manat dəyərində 45 qutu “X8” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 200 manat dəyərində 50 qutu “Winston Xstyle Sİilver” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 160 manat dəyərində 40 qutu “X15” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 157 manat 50 qəpik dəyərində 35 qutu “X22” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 40 qəpik olmaqla ümumilikdə 102 manat dəyərində 30 qutu “LD Compact Whıte” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 247 manat 50 qəpik dəyərində 55 qutu “X4” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 202 manat 50 qəpik dəyərində 45 qutu “X19” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “X9” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 124 manat dəyərində 40 qutu “X25” markalı siqareti, 1 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 210 manat dəyərində 50 qutu “Kent Cranberry” markalı siqareti, 1 qutusunun qiyməti 5 manat olmaqla ümumilikdə 250 manat dəyərində 50 qutu “X10” markalı siqareti gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 4001 manat 84 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Özü 3 ildir ki Bakı şəhərində yerləşən Bravo marketlər şəbəkəsində çörəkçi-sirniyyatçı kimi işləmişdir. Bundan əvvəl 20-ci sahədə və Bayıl qəsəbəsində yerləşən Bravo marketlərində çörəkçi vəzifəsində işləmiş, daha sonra analıq məzuniyyətinə çıxmış və 2024-cü ilin yanvar ayının 27-dən sonuncu iş yeri olan Zərifə Əliyeva küçəsi 55 ünvanında yerləşən Bravo marketdə iki çörəkçi olmasına icazə verilmədiyi üçün orada şirniyyat hissəsində işləyən çörəkçiyə dəstək kimi müvəqqəti kömək etmək məqsədilə ünvan 2 ünvanında yerləşən mağazaya işə düzəlmişdir. Daha sonra mağazada işçiyə ehtiyac olduğu üçün çörəkçi kimi həmin marketdə ştata daxil edilmişdir. Müəyyən qida məhsulları bişirdiyi üçün mütəmadi olaraq həftənin 3 günü səhər saat 06-da işə gedib, 15:00-da işdən çıxaraq və qalan 3 günü isə saat 14:00-da işə gedərək 23:00-da işdən çıxmışdır. Həftənin bazar günü və ya digər günləri olmaqla həftədə 1 dəfə isə istirahət günü olmuşdur. Səhər 6-da işdə olduğuna görə bu səbəbdən mağazanın açarının bir nüsxəsi ona verilmiş, 2024-cü ilin oktyabr ayında ehtiyacı olduğu üçün təxminən 2-3 dəfə səhər saatlarında qapını açıb içəri daxil olan zaman mağazada heç kimin olmamasından istifadə edərək, vitrində olan qeyri qida məhsullarını, ərzaq məhsullarını paltar dəyişmə otağına apararaq, axşam işdən çıxarkən aparmaq üçün paltarlarının arasında gizlətmiş, axşam işdən çıxan zaman isə işçilərin üzəri yoxlanılmadığına görə tamah niyyəti ilə gizli yolla götürdüyü məhsulları çantasında gizlədərək oradan çıxarıb yaşadığı ünvana aparmışdır. İşlədiyi marketdən gizli yolla götürdüyü ləpə, şampun, paraşok, uşaq şampunu, sabun və digər məhsulları yaşadıqları ünvanda şəxsi istifadəsi üçün işlətmiş və əri həmin məhsulları hansı pulla aldığını soruşduqda ona nisiyə götürdüyünü və maaş aldıqda ödəyəcəyini bildirmişdir. Buna görə də əri həmin məhsulların oğurluq olmasını bilməmişdir. Həmçinin əri Şahid2 həftədə 3-4 dəfə ona yolpulu, nəsə ehtiyacı olsa həmin ehtiyaclarını qarşılamağa və arada ona siqaret almağı üçün hər dəfəsində 15-25 manat aralığında pul da vermişdir. Səhər saatlarında mağazada olarkən, orada işçilərdən İlyas adlı şəxs də meyvə qəbulu ilə məşğul olmuşdur. Mağazada back ofisin qapısının açılması üçün barmaq izi qeydiyyatı səhər saatlarında gələn işçilərdən yalnız Şahid1 olmuş və həmin ofisə onun girməyə icazəsi olmuşdur. Saat təxminən 07 radələrində Şahid1 mağazaya gələn zaman back ofis adlanan otağı əl barmaq izi vasitəsilə açıq qoyaraq, mağazada meyvə qəbulu ilə məşğul olmuş və digər işləri görmüş, barmaq izi ilə daxil olunan back ofis adlandırılan otaq müdirin otağı olmuş və oraya əsasən müxtəlif markalı siqaretlər yığılmışdır. Şahid1 meyvə qəbulu və marketdəki digər işlər ilə məşğul olan zaman, bu boşluqdan istifadə edərək, bir neçə dəfə oraya daxil olub müxtəlif markalı siqaretləri həmin otaqdan götürərək, şəxsi əşyalarının arasında gizlətmiş, işdən çıxaraq evə gedən zaman isə onları özü ilə aparmışdır. Qeyd etdiyi back ofisə daxil olaraq oradan 4-5 blokda LD, SABRANİ, VVİNSTON və digər adını xatırlamadığı siqaretlərlə yanaşı həmçinin orada olan açıq siqaret qutularından da müxtəlif adda olan siqaretləri bir neçə dəfə götürüb yenə özü ilə həmin otaqdan çıxarıb geyinmə otağında qoyduğu sumkasının içərisində paltarlarının arasında gizlətmiş və bundan İlyasın xəbəri olmamışdır. Həmin gün yenə işdən çıxan zaman gizli yolla götürdüyü siqaretləri çantasında marketdən çıxarıb özü ilə birlikdə evə aparmışdır. Hər dəfəsində həmin siqaretlərdən 3-4 qutusunu əri siqaret almaq üçün pul verdiyindən həmin pulla aldığını yalandan bildirərək ona vermiş, qalanını isə Sədərək Ticarət Mərkəzinə alış-veriş üçün gedən zaman orada 2-3 dəfəyə apararaq hissə hissə satıb pulunu xərclədikdən sonra, digər hissəsini aparıb satmış və həmin siqaretləri satdığı şəxsləri əvvəlcədən tanımamışdır. Sədərək Ticarət mərkəzinə təkbaşına siqaretləri satmaq üçün getmiş və tanımadığı şəxslərdən siqaret almaq istəyib istəməmələrini soruşmuş, onlar isə ilk öncə oğurluq ola biləcəyindən çəkinərək almaq istəməmiş, lakin həmin tanımadığı şəxslərə yalandan öz siqaret şirkətlərinin olduğunu və onların satışı ilə məşğul olduqlarını bildirərək aldadıb inandırdıqdan sonra siqaretləri həmin tanımadığı şəxslərə satmışdır. Səf etmirsə ilk dəfə siqaret satışından 243 manat, ikinci dəfə isə 180 manat qazanc əldə etmiş, 3-cü dəfə isə satışdan ona 64 manat pul verilmiş, digər satışlardan əldə etdiyi gəlirləri tam yadında qalmamışdır. İş yerindən gizli yolla götürdüyü digər məhsulları isə şəxsi istifadəsi üçün saxlayaraq ayrı ayrı vaxtlarda istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə işlədiyi mağazada malların kəsir gəlməsi aşkar edildikdən sonra oğurluq hadisəsi ilə əlaqədar olaraq yoxlama aparıldıqdan sonra onu başqa adla mağazaya çağıraraq oğurluq etməyini aşkar etdikləri və bu barədə videogörüntülərin olduğu ona bildirilmişdir. Özü də hər şeyin aşkar edildiyini gördükdən sonra 2024-cü ilin oktyabr ayı ərzində müxtəlif tarixlərdə oradan müxtəlif məhsulları və siqaretləri oğurladığını etiraf etmişdir. Bundan sonra orada izahat verərək etdiyi oğurluqları etiraf etmiş və həmin oğurluqları nəticəsində marketdən gizli yolla götürüb apararaq yarısını şəxsi istifadəsi üçün istifadə etdiyi, bir qismini isə sataraq qazanc əldə etdiyi ərzaq və qeyri ərzaq məhsulların 4000 manat dəyərində olduğunu və mağazaya həmin məbləğdə maddi ziyan vurduğunu bir daha etiraf edərək izahatını öz imzasıyla təsdiq etmişdir. Bundan sonra mağaza rəhbərliyi ona vaxt vermişdir ki, vurulmuş maddi ziyanı geri ödəsin. Bundan 1 gün sonra əri həmin mağazaya gedib məbləği bir az azaltmalarını və vurulmuş maddi ziyanı hissə hissə ödəyəcəyini bildirmişdir. Lakin bu günə qədər həmin mağazaya tərəfindən vurulmuş maddi ziyanla bağlı tərəfindən və ya əri Ruslan tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. Buna görə də işlədiyi market rəhbərliyi oradan oğurluq edərək marketə ümumilikdə 4000 manat maddi ziyan vurmağı ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Digər işlədiyi mağazalardan əvvəllər oğurluq etməmişdir. 1-ci dəfə olaraq sonuncu işlədiyi mağazadan etdiyi oğurluqlar bir neçə dəfə olmaqla 2024-cü ilin oktyabr ayı ərzində müxtəlif tarixlərdə olmuşdur. İşlədiyi mağazadan qeyd etdiyi kimi real dəyərini bilmədiyi və barmaq izi ilə daxil olunan, onun daxil olmağa icazəsi olmadığı ofisdən müxtəlif vaxtlarda hər dəfəsində 4-5, bəlkədə artıq blokda olan müxtəlif adda siqaretlər, bundan əlavə açıq şəkildə olan siqaret qutuları, müxtəlif adda şampunlar, sabunlar, uşaq şampunları, paraşokları və digər məhsulları, eyni zamanda 5-6 paçkada 1 kq-lıq təqribi dəyəri 20 manat olan çərəzləri götürmüş və qeyd etdiyi kimi onların çoxunu öz evində istifadə etmiş, siqaretləri isə Sədərək Ticarət Mərkəzində sataraq pulunu şəxsi ehtiyacları, kirası və digər xərcləri üçün xərcləmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödədiyini, zərər çəkmiş hüquqi şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində üç uşağının olduğunu bildirərək məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən Zərərçəkmiş şəxs MMC-də hüquqşünas vəzifəsində çalışır. Zərərçəkmiş şəxs MMC-nin Bravo əmtəə nişanı adı altında fəaliyyət göstərən mağazalar şəbəkəsi mövcuddur. Həmin mağazalardan biri də Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 55 (X26) ünvanında yerləşən və Zərərçəkmiş şəxs MMC-yə məxsus «Bravo» əmtəə nişanı adı altında fəaliyyət göstərən marketdir. Həmin marketdə 2024-cü ilin yanvar ayının 27-dən Təqsirləndirilən şəxs marketin şirniyyat hissəsində işə düzəlmiş və müəyyən müddət sonra orada çörəkçi və satıcı kimi fəaliyyətini davam etdirmişdir. O müəyyən qida məhsulları bişirdiyi üçün işlədiyi müddət ərzində həftənin 3 günü səhər saat 06-da işə gedib, 15:00-da işdən çıxmaqla, qalan 3 günü isə saat 14:00-da işə gedərək 23:00-da işdən çıxmışdır. Həftənin bazar günü və ya digər günləri olmaqla həftədə 1 dəfə isə istirahət günü olmuşdur. Təqsirləndirilən şəxs səhər 6-da işdə olduğuna görə bu səbəbdən mağazanın açarının bir nüsxəsi ona verilmiş və həmin saatda Süsən işə gələn zaman demək olar ki həmin mağazada başqa kimsə olmamışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində müəyyən olunmuşdur ki, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi 55 (X26) ünvanında Zərərçəkmiş şəxs MMC-yə məxsus «Bravo» əmtəə nişanı adı altında fəaliyyət göstərən marketdə aylıq alqı-satqı hesabatında pul kəsirləri yaranmışdır. Bundan sonra əməkdaşlar tərəfindən aparılan daxili araşdırma nəticəsində mağazanın videogörüntülərindən müəyyən olunmuşdur ki, həmin mağazanın işçisi olan Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq mağazadan müxtəlif adda ərzaq və qeyri ərzaq məhsulları gizli yolla heç bir ödəniş edilmədən oğurlanmışdır. Həmin malların bir hissəsinin adlı siyahısı videogörüntülər əsasında müəyyən edilə bilmiş, digər hissəsi isə videogörüntülər müddətlə əlaqədar silindiyi üçün müəyyən etmək mümkün olmamış və sonra aparılmış hesablamalar zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən işlədiyi Bravo marketdən gizli yolla ərzaq və qeyri ərzaq məhsullarının oğurlanması nəticəsində şirkətə ümumilikdə 4001.84 manat maddi ziyan vurulmuşdur. Bunu Təqsirləndirilən şəxs şirkətə verdiyi izahatda da etiraf etmiş, bundan sonra maddi ziyanın geri qaytarılması üçün vaxt istəmiş, təqribən 1 ay vaxt verilməsinə baxmayaraq şirkətə vurduğu 4001.84 manat maddi ziyandan heç bir ödəniş etməmiş, bundan sonra isə şirkət rəhbərliyi məcbur qalaraq şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs işlədiyi marketdən əsasən 2024-cü ilin oktyabr ayı ərzində və ondan əvvəlki vaxtlarda mütəmadi olaraq ayrı-ayrı tarixlərdə siqaret, ərzaq və qeyri ərzaq məhsullarını gizli olaraq talayıb aparmışdır. Oğurlanmış əmlakın ümumi dəyəri 4001.84 manat olmaqla, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış malların bir hissəsini videogörüntü əsasında adlı siyahısını çıxararaq qalan hissəsinin siyahısı isə marketdəki kəsirlər və Təqsirləndirilən şəxs etirafı əsasında tam şəkildə tərtib edilmişdir. İzahatının sonunda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayından Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva 55 ünvanında yerləşən Bravo supermarketdə mal qəbulçusu vəzifəsində çalışır. Həftəiçi hər gün saat 07:00-da işə gələrək saat 16:00-dək işdə olur və iş vaxtı bitdikdən sonra işlədiyi marketi tərk edərək şəxsi işləri ilə məşğul olur. Həftənin bazar günü isə istirahət günü olduğundan işə gəlmir. Marketdə əsas vəzifəsi satış üçün marketə təchizatçılar tərəfindən gətirilən məhsulların qəbulunu həyata keçirmək, sistemə işləyərək alış qaimələrini təqdim etmək və qəbul etdiyi malları marketdə aidiyyəti üzrə yerləşdirməkdən ibarətdir. Boş qalan vaxtlarında isə marketdə digər işçilərə kömək edir. Qəbul etdiyi məhsulları marketin daxilində yerləşdirir və qəbul etdiyi siqaretləri isə marketin daxilində yerləşən backofis adlanan otağa keçirərək orada yerləşdirir və mağaza müdiri orada siqaretləri yoxlayıb sayımını həyata keçirdikdən sonra satış üçün işçilərin köməkliyi ilə siqaretləri də həmin otaqdan çıxarıb makretin daxilində satış üçün aidiyyəti rəflərə yerləşdirirlər. Həmin backofis adlandırdıqları otağa giriş yalnız barmaq izi ilə mümkündür və giriş qapısının yan hissəsində quraşdırılmış aparatda yalnız mağaza müdiri, müdir müavinləri və özünün barmaq izi tanıdılmışdır və yalnız qeyd etdiyi şəxslərin özü də daxil olmaqla barmaq izlərilə qapı açılır və oraya giriş icazəsi də barmaq izi qeydiyyatdan keçirilmiş sadaladığı şəxslərə aiddir. Həmin backofisdə mağazanın pullarının yığıldığı əsas seyfi və satış üçün marketə gətirilmiş müxtəlif adlı siqaretlər yerləşir. Marketdə satıcı kassir kimi 2024-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs adlı vətəndaş işə qəbul edilmiş, daha sonra yaxşı işlədiyini görərək onu marketdə əməkhaqqısı daha yüksək olan çörəkçi vəzifəsinə keçirmişlər. Təqsirləndirilən şəxs həmin marketdə işlədiyi müddət ərzində saat 06:00-da işə gələrək 16:00-da işdən çıxıb istirahət üçün yaşadığı ünvana getmişdir. Həftəiçi qeyd etdiyi qrafiklə işdə olan Təqsirləndirilən şəxs həftənin bazar günləri istirahət günü olduğu üçün işə gəlməmişdir. 2024-cü ilin oktyabr ayının sonlarında mağazada total sayım keçirilən zaman müəyyən edilmişdir ki, mağazada 2000 manatlıq siqaret kəsiri mövcuddur. Bundan sonra mal qəbulları araşdırıldıqda heç bir nöqsan aşkar edilməmiş və market rəhbərliyi göstəriş vermişdir ki, daxili nəzarət bu kəsirlərin nədən qaynaqlandığını araşdırıb tapsınlar. Market saat 07:30-da açıldığından özü həmin vaxtdan əvvəl gələrək barmaq izi ilə backofisin qapısını açıb içəri keçərək sistemdən endirimlərlə bağlı qiymət dəyişikliklərini çıxarıb müxtəlif məhsulların qarşısına yerləşdirir və meyvə dolumuna baxıb azalmış hissələrə meyvə əlavə edir. Həmin vaxt işə gəldikdə isə artıq Təqsirləndirilən şəxs işdə olmuş olur. Özü də Təqsirləndirilən şəxs back ofisə daxil olacağını, oradan və ya marketin digər yerlərindən oğurluq edəcəyini ağlına belə gətirmədiyindən, hər səhər backofisə daxil olub lazımi şeyləri oradan götürüb çıxdıqdan sonra qapı maqnit sistemli olduğundan və son zamanlar bir az nasaz işlədiyindən, yəni 1-2 dəfəyə tam örtüldüyündən 1 neçə dəfə qapını örtərək bağlandığını düşünüb həmin backofisin qapısının yanından uzaqlaşaraq market açılanadək içəridə digər görülməli işləri görmüşdür. Bu zaman isə Təqsirləndirilən şəxs daxilolma icazəsi olmadığı halda həmin backofisin qapısının tam örtülməməsindən və ya açıq qalmasından istifadə edərək heç kimdən icazə almayaraq oraya daxil olub içəridə yığılmış müxtəlif adda siqaretləri bir neçə dəfəyə olmaqla müxtəlif günlərdə gizli yolla talayıb geyinmə otağında əvvəlcədən qoyduğu çantasının içərisinə yığmış və iş saatı bitdikdən sonra marketdə mühafizəçinin olmamasından və sumkaların yoxlanmamasından istifadə edərək həmin siqaretləri və digər məhsulları hissə hissə mağazadan çıxararaq heç bir ödəniş etmədən özü ilə birlikdə aparmışdır. Özüləri isə siqaret sayımlarında 2000 manatlıq kəsir müəyyən edildikdən sonra saat 08:00-dan sonrakı görüntülərə dəflərlə baxış keçirsələr də malları götürən şəxs və ya şəxsləri müəyyən edə bilməmişlər. Bundan sonra marketin işçilərindən bəzilərinin saat 08:00-dan daha tez işə gəldiyini düşünərək saat 06:00-dan mağaza daxilindəki müşahidə kameralarına baxış keçirən zaman görüntülərdən aydın olmuşdur ki, marketin açarlarından biri Süsəndə olduğundan, həmin şəxs saat 06:00-da gəlib marketi açaraq içəri daxil olan ilk işçi olduğundan, digər işçilərin hələ işə gəlməməsindən istifadə edərək marketdən dəfələrlə müxtəlif adda ərzaq və qeyri ərzaq məhsullarını gizli yolla götürərək əvvəlcədən gətirib geyinmə otağında saxladığı çantasının içərisinə yığaraq iş saatı bitdikdən sonra, həmin çantasına yığdığı məhsulları çantası ilə götürüb heç bir ödəniş etmədən marketdən çıxarmışdır. Həmçinin barmaq izi ilə açılan backofisin qapısını Süsəndan sonra marketə gəlib barmaq izi ilə açdıqdan sonra mal qəbuluna və ya marketdə olan işlərə başının qarışmasından istifadə edərək Təqsirləndirilən şəxs ondan xəbərsiz və heç kimdən heç bir icazə almadan giriş icazəsi olmamasına baxmayaraq bir neçə dəfə qapının açıq olmasından istifadə etməklə backofisə daxil olub oradan müxtəlif adda ümumilikdə 2000 manatlıq siqaretləri götürüb eyni üsulla geyinmə otağında olan çantasının içərisinə yığaraq iş saatı bitdikdən sonra özü ilə götürərək aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Baş ofisə çağırılmış, orada etdiyi oğurluq əməli ilə bağlı barəsində ilkin araşdırma aparıldıqdan sonra eşitmişdir ki, Süsən orada etiraf etmişdir ki, işlədiyi marketdən etdiyi oğurluqlar nəticəsində marketə ümumilikdə 4000 manat maddi ziyan vurmuşdur. Bundan sonra Süsən vurduğu ziyanı hissə-hissə ödəyəcəyini bildirsə də, lakin Süsən dediyi vaxtda əlavə ödəniş etmədiyindən baş ofisləri işçiləri olmuş Süsən barəsində ərizə ilə aidiyyəti hüquq mühafizə orqanına müraciət etmişlər. Süsənin marketdə onlarla birlikdə işlədiyi müddət ərzində əvvəllər onun marketdən nəsə oğurlamasının şahidi olmamış və marketdən oğurluq etməsi barədə işçilərdən heç birində, şübhə yaradacaq hər hansı hərəkətlər etməmişdir. Həmin şəxsin mağazadakı ərzaq və qeyri ərzaq məhsullarını gizli yolla talayıb geyinmə otağındakı çantasına yığmasının şahidi olmamış və bu əməlləri törədərkən onu görməmişdir. Sadəcə marketin giriş qapısının açarlarından 1 ədədi Süsən tezdən saat 06:00-da işə gəldiyi üçün onda olmuş və həmin vaxt mağazaya ilk daxil olanSüsənin özü olduğundan dəfələrlə bundan istifadə edərək digər işçilər mağazaya gələnədək marketdən istədiyi ərzaq və qeyri ərzaq məhsullarını geyinmə otağında özüylə gətirdiyi çantanın içərisinə yığaraq iş saatı bitdikdən sonra həmin çantasını işçilərin heç birinin şübhəsini çəkmədən götürərək marketi tərk etmiş, bu yolla həmin məhsulları marketdən çıxarmışdır. Təqsirləndirilən şəxs marketin içərisində yerləşən backofisə daxil olması üçün barmaq izi qeydiyyatdan keçirilməmiş və həmin şəxsin backofisə daxil olması üçün icazəsinin olmamasına baxmayaraq bəzi vaxtlar onun backofisin qapısını açıb başının başqa işlərə qarışmasından və qapının açıq qalmasından istifadə edərək Süsən bir neçə dəfə oraya da daxil olaraq müxtəlif adda siqaretləri gizli yolla talamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs MMC-də çörəkçi vəzifəsində işləmişdir. (i/v 10). İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 42). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 66-68). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması, cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i/v 102-103, 105). İş matariallarında olan “axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Nəsimi rayonu, Azadlıq prospekti 60 ünvanının qarşısında Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır (i/v 111). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i/v 112- 113). İş materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi barədə” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 123-124, 126-127). İş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş və işlədiyi Bravo marketdən müxtəlif ərzaq və qeyri ərzaq məhsullarını, həmçinin girişi üçün icazə olmayan back ofis adlandırılan otağa bir neçə dəfə daxil olaraq oradan qutu və blok şəklində müxtəlif adda siqaretləri gizli yolla talayan zaman marketdəki daxili nəzarət kameraları vasitəsilə videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk və Təqsirləndirilən şəxs Bravo marketdən etdiyi oğurluqlar nəticəsində marketdəki kəsir yaranmış məhsulların adlı siyahısının qeyd edildiyi sənədlər sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır (i/v 162-163). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 99). İş materiallarında olan mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs MMC vurulmuş maddi zərərin əvəzi olaraq 1.300 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən MMC-yə dəymiş ziyan tam olaraq ödənilmiş, MMC-nin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, həmçinin MMC tərəfindən verilmiş mülki iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş olunur. “AZE MİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2023-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X5 adlı üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin verdikləri ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını, himayəsində üç uşağının olmasını, dəymiş ziyanın tam ödənilməsini, həmçinin zərər çəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və Bravo marketdən Təqsirləndirilən şəxs tərəfindən gizli yolla talanmış məhsulların adları, sayı və qiymətlərinin əks olunduğu 02 ədəd A4 vərəqindən ibarət siyahının cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-329/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərara əsasən 07 aprel 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Universal” Vəkil Bürosunun hesabına 222 (yüz iyirmi iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mülki iddia MMC-nin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən geri qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və Bravo marketdən Təqsirləndirilən şəxs tərəfindən gizli yolla talanmış məhsulların adları, sayı və qiymətlərinin əks olunduğu 02 ədəd A4 vərəqindən ibarət siyahının cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddia geri qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı 222 (iki yüz iyirmi iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-329/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-329/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver