Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-330/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ə.Əkbərov küçəsi, fərdi tikilidə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 avqust 2020-ci il tarixdə ona Zərərçəkmiş şəxs üçün qızıl-zinət əşyalarının alınması ilə bağlı müraciət etmiş Şahid1 7000 manat müqabilində qızıl-zinət əşyaları təşkil edəcəyinə inandıraraq, aldadıb, bununla bağlı yalan vədlər verərək, 9 avqust 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs qızıl-zinət əşyalan alınması ilə bağlı 7000 manat pulu götürüb, sonuncunu və Şahid1 yaşadığı evdən yola saldıqdan sonra verilən pulun geri qaytarılması ilə əlaqədar yanına gələn Şahid1 özündə olan dəftərdə özünə olan 7000 manat borcu ödəməsi ilə bağlı qeydlər yazdırmaqla, növbəti gün qızıl-zinət əşyaları verəcəyinə dair yalan vədlər verib, vədinə əməl etməyərək zərər çekmiş Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metro stansiyasının yaxınlığında yerləşən «Moskva Univermağın»da satıcı işləmişdir. Şahid1 isə təxminən hadisədən təxminən 4-5 ay əvvəl tanımışdır. Belə ki, Yeganə «Moskva Univermağı»na gələrək ayrı- ayrı satıcılardan nisyə qızıl alaraq başqa şəxslərə satıb özü qazanc əldə etmiş, sonra da ğətirib pulu qaytarırmış. Hadisədən təxminən 2-3 ay əvvəldən başlayaraq Şahid1 müxtəlif vaxtlarda ondan 2000-3000 manat dəyərində qızıl-zinət əşyaları alaraq bəzən pulunu qaytarmış, bəzi aldıqlarını isə yox. Beləliklə, nəticədə Şahid1 ona 7000 manat borcu yaranmışdır. O, isə tez-tez Yeganədən ona borclu olduğu və 7000 manat pulunu tələb etmişdir. 08 avqust 2020-ci il tarixdə Yeganə mobil telefon vasitəsi ilə ona zəng vuraraq demişdir ki, səhərisi günü onlara gəlerək ona borclu olduğu 7000 manat borcu bağlayıb yenidən qızıl əşyaları götürəcəkdir. O, da Yeganə ilə razılaşmışdır. 09 avqust 2020-ci il tarixdə təxminən saat 12 radələrində Yeganə bir nəfər xanımla onun yaşadığı evə gəlmişdir. Mənzilə daxil olduqdan sonra Yeganə ona demişdir ki, xanımın adı Aybənizdir, onun rəfiqəsidir. Bacısı qızının nişanına gedir, bundan sonra Yeganə ona borclu olduğu 7000 manat pulu vermişdir. Hətta onun qeyd dəftərinə imza edərək «Borcumu bağladım» sözlərini qeyd etmişdir. Həmin vaxt Aybəniz də onların yanlarında olmuş və o, özü də bunun şahidi olmuşdur. Daha sonra Yeganə ona demişdir ki, onun özünə 13-15 min manatlıq qızıl lazımdır. O, da Yeganəyə demişdir ki, o, sabah ona dediyi pul qədər qızıl-zinət əşyası verər. Həmin vaxt tanışı Səadətə də onun 8000 manat borcu olmuşdur. Həmin gün Səadət onlara gəlmiş və o, da 7000 manatı ona vermiş sonrada Səadət pulu götürərək evdən çıxıb getmişdir. Onlar isə bir saat ərzində gözləmişlər. O, Səadətə zəng vuraraq mağaza üçün qızıl-zinət əşyaları sifariş vermişdir. Səadət də ona qızılları sabah gətirəcəyini demişdir. Daha sonra onlar çıxıb getmişlər. Təxminən 10-15 dəqiqədən sonra Yeganə geri qayıtmış, Yeganə özünü elə aparmışdır ki, guya vəziyyəti pisləşmiş və ona bildirmişdir ki, həmin pulu Aybənizdən borc kimi almış və ondan xahiş etmişdir ki, səhərisi günü ona qızılları gətirsin. O, da Yeganəyə demişdir ki, sabah mütləq qızılları gətirib ona təhvil verəcək. Bundan sonra Yeganə çıxıb getmişdir. Təxminən 20 dəqiqədən sonra Aybəniz adlı xanım ona zəng vuraraq çox mehriban danışmış, ona demişdir ki, 2 ədəd üzük götürəcəkdir, o, da ona problemin olmadığını demiş, hətta Aybəniz ona demişdir ki, səhər ona qızıl verəcək, belə olan halda o, da demişdir ki, Yeganə ona olan borcunu bağlayıb, həmin pulun ona məxsus olduğunu o, bilməmişdir. Ona pulu Yeganə verib, əvvəlcədən Yeganə özü ona zəng vuraraq ona olan borcunu bağlayacağını demişdir. Təxminən 3 gündən sonra Aybəniz ona mobil telefonla zəng vuraraq demişdir ki, həmin 7000 manat pul ona məxsusdur, 7000 manat pulu Yeganə ondan almışdır ki, qızıl alıb-satdıqdan sonra onun pulunu qaytaracaq. O, da Aybənizə demişdir ki, onların arasında olan alış- verişdən onun xəbəri olmamışdır. Bundan sonra onun onlarla heç biri ilə əlaqəsi olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində dedikləri yalandır, pulu ona Yeganə vermiş, bir gün əvvəlcədən də demişdir ki, ona olan 7000 manat borcunu qaytaracaq. Onun Aybənizlə evdə qızıl barədə söhbəti olmamış və yalnız sonradan Aybəniz ona mobil telefonla zəng vurduqdan sonra ona məlum olmuşdur ki, 7000 manat sonuncuya məxsusdur. Həmçinin bildirmişdir ki, Səadət onlara gələn kimi, borcunu alıb çıxmış və bir müddət sonra ona zəng vuraraq qızıl sifarişi vermişdir başqa heçnə deməmişdir. Daha sonra, özünü təqsirli bilmədiyini göstərərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, whatsapp yazışmalarını əks etdirən sənədlərdə, "xxxx" MMC-dən əldə edilmiş CD diskdə olan telefon danışıqları ilə, məhkəməyədək istintaq dövründə və məhkəmə istintaqı zamanı verilmiş ziddiyətli ifadələrlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yeganə adlı şəxsi təxminən 2020-ci ilin iyul ayından tanımışdır. Belə ki, o, şirkət rəhbəri olduğundan Yeganə hansısa tanışından onun mobil nömrəsini alaraq ona zəng vurub rəfiqəsinin oğlunu işə düzəltmək üçün ona müraciət etmişdir. O, da Yeganəyə iş üçün hazırda yer olmadığını bildirmişdir. Həmin vaxtı Yeganə ilə mobil telefonla danışdıqda ona demişdir ki, qızıl əşyalarının alqı-satqısı ilə məşğuldur. O, bu yaxınlarda qızını nişanladığından ona 750 əyarlı «Alyans» adlı qız və oğlan üçün və digər qızıl-zinət əşyaları axtarmışdır. O, buna görə də tanışlarına, həmçinin Yeganə adlı xamına müraciət etmişdir. Hadisədən 3-4 gün əvvəl o, mobil telefon vasitəsi ilə Yeganəylə əlaqə saxlamış, Yeganə ona demişdir ki, bir nəfər tanışı var, həmin şəxsin adı Şəhladır, «Moskva Univermağı» deyilən yerdə qızıl alı-satışı ilə məşğuldur. O, qızılı münasib qiymətə satır. Səhərisi günü Yeganə ilə mobil telefon vasitəsi ilə əlaqə saxladıqda ona demişdir ki, o, «Alyans» adlı qız və oğlan üçün qızıl, bilərzik, 1 ədəd komplekt və əlavə qızıl əşyaları götürmək istəyir, buna görə nə qədər pul lazımdır deyə Yeganədən soruşmuş, o, bir qədər keçmiş onunla əlaqə saxlayıb demişdir ki, bunun üçün 7000 manat pul lazımdır, əgər puldan əskik olarsa, sonrakı günlərdə pulun qalanını Şəhlaya verər. 09 avqust 2020-ci il tarixdə o, rayondan gələrkən, üzərində 4000 manat pul olduğu üçün tanışı Kənan adlı şəxsdən xahiş etmişdir ki, ona 3000 manat pul tapsın. Daha sonra da Kənanla birlikdə görüşmüş, 3000 manat pulu Kənandan götürmüş və onunla birlikdə Nəsimi rayonu «Yeganə» şadlıq sarayının yanma gəlmişdir. Saat 11 radələri olardı, həmin yerə çatdıqda Yeganə artıq onları gözləmişdir. Yeganə də Kənanın idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Şəhla adlı xanımın yaşadığı ünvan 3 ünvanına gəlmişlər. Ünvana çatdıqda Yeganə onu Şəhlanın yaşadığı evə qaldırmış, Kənan isə avtomobildə əyləşərək onları gözləmişdir. Evə daxil olduqda ilk dəfə olaraq Şəhlanı görmüşdür. Yeganə Şəhlanı görən zaman ona demişdir ki, həmin adama zəng eləsin və qızılı gətirsin. Daha sonra əyləşib söhbət etmişlər, söhbət zamanı Şəhla Yeganəni tərifləyib bildirmişdir ki, gözəl insandı, bir neçə ildir ki, alış-veriş edirlər. Həmin ərəfədə Şəhla Səadət adlı tanışına zəng vuraraq bildirmişdir ki, müştəri pulu gətirib və deyilən qızılları götürüb ora gəlsin. Sonra da o, çantasında olan 100 manatlıq əskinazlardan ibarət 7000 manat pulu masanın üzərinə qoyub Şəhladan pulu saymağını xahiş etmişdir. Şəhla ona pulun sayılmağına ehtiyac olmadığını bildirsə də o, təkidlə saymağını xahiş etmişdir. Şəhla pulu sayıb düzgün olduğunu bildirmişdir. Təxminən 1 saat ərzində Səadət adlı xanım gəlmişdir. Səadət gəldikdə qızılsız gəlmişdir. O, Şəhladan soruşmuşdur ki, nə səbəbə Səadət qızılları gətirməyib, belə olan halda Şəhla demişdir ki, Səadət qızılları Sumqayıt şəhərindən götürəcək, gərək pulu versin ki, qızılları götürsün. Şəhla ilə Səadət asta asta bir-birilərinin qulaqlarına pıçıldamağa başlamışlar. O, Şəhlaya demişdir ki, «təklikdə sözünüz varsa biz çıxa bilərik», Şəhla da təsdiq edərək demişdir ki, təklikdə bir-birilərinə sözləri vardır. Yeganə və o, otaqdan bayıra çıxıb digər otağa keçmişlər. Şəhla ilə Səadət təxminən 15 dəqiqə söhbət etmişlər. Əvvəlcə otağa Yeganə, təxminən 5 dəqiqə sonra da o, girmişdir. Lakin onlann aralarında nə barədə söhbət getməsi barədə məlumatı olmamışdır. Şədaqət demişdir ki, iki saata Sumqayıt şəhərinə gedib pulu verib qızılları götürüb gəlir. Bundan sonra Səadət getmişdir. Təxminən iki saat keçdikdən sonra Yeganə Şəhlaya demişdir ki, Səadəti yığsın və soruşsun ki, gəlir ya yox. Şəhla Səadətə yığdıqdan sonra demişdir ki, Səadət deyir bu gün gecdi, səhər tezdən qızılları gətirəcək. O, əvvəlcə Şəhlaya etiraz etsə də sonradan demişdir ki, səhər gəlib qızılları götürər. Bundan sonra o, Yeganə ilə birlikdə mənzili tərk edib aşağı düşmüşlər. Aşağıda Kənana məsləhət etdikdən sonra ona demişdir ki, pulu geri qaytarsın, hər şey ola bilər. O, da Yeganəyə demişdir ki, qalx Şəhladan pulu geri al, qızıl istəmir. Yeganə yuxarı qaldıqdan 15-20 dəqiqə sonra Şəhla ona Yeganənin telefonu ilə zəng vuraraq demişdir ki, Yeganə qalxıb yanına özünü narahat hiss edir, onu sıxmayın, səhərisi günü saat 11-də gəlib qızılları götürər. O, Şəhlagilə qalxmış və Yeganə ilə aşağı düşdükdən sonra onu yaşadığı evə aparmışlar. Yol boyu Yeganə də ona demişdir ki, narahat olmasın, səhərisi günü saat 11:00-da qızılları Şəhladan götürəcək. Həmin günü axşam Yeganədən Şəhlanın mobil nömrəsini alaraq ona zəng edib qızılları nə vaxt götürəcəyini soruşduqda bir daha demişdir ki, ona heç bir qızıl verməyəcək, ona verdiyi 7000 manat pulu Yeganənin borcuna çıxmışdır. O, Yeganəyə zəng vuraraq nə məsələ olduğunu soruşduqda demişdir ki, səhər gəlib qızılları Şəhladan alıb ona verəcəkdir. Şəhla özü üçün danışır. Lakin səhər açıldıqda o, nə Şəhladan nə də Yeganədən pulu və yaxud da qızılları geri ala bilməmişdir. Şəhlaya yığdıqda demişdir ki, pulu Yeganənin borcuna çıxmış, o, da Şəhlaya demişdir ki, onun ona heç bir aidiyyatı yoxdur, o, 7000 manat pulu ona qızıl almaq üçün vermişdir. Sonrakı günlərdə artıq Yeganə ilə əlaqə saxlayıb pulunu və yaxud da qızılları tələb etmişdir. Yeganə özü ona demişdir ki, Şəhlaya 7.000 manat borcu olmuş, o, pulu Şəhlaya verdikdən sonra Şəhla demişdir ki, ona verəcəyi qızılları guya kimdənsə götürüb ona satır, həmin adamdan qızılı Yeganənin adı ilə alacaqdır, Yeganənin də 7.000 manat borcu olduğundan həmin adam qızıl verməyəcəkdir. Şəhla Yeganəni aldatmışdır ki, 7000 manat borcunu bağlaması barədə vərəqə qeyd etsin və yenidən həmin şəxsdən 7000 manatlıq nisyə olaraq qızıl götürüb ona verəcəkdir. Ona görə də Yeganəni aldadıb vərəqə yazdırmışdır ki, 7.000 manat borcu bağlamışdır. Sonra da Yeganə onun alası olduğu qızılı tələb etdikdə Şəhla demişdir ki, həmin pulu Yeganənin borcuna çıxmışdır və yazılı vərəqi də əsas gətirərək sübutu olduğunu bildirmişdir. Dəqiq tarixini xatırlamasa da deyə bilər ki, o, hadisədən sonrakı günlərdə demək olar ki, hər gün Yeganəni yığaraq sonuncudan qızılları və yaxud da pulları tələb etmişdir. Dəqiq tarixini xatırlamasa da deyə bilər ki, təxminən 18-19 avqust 2020-ci il tarixlərdə o, istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə Yeganənin istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə «Whatsapp» proqramı vasitəsi ilə danışıq aparan zaman Yeganə Şəhla ilə aralarında olan «Whatsapp» yazışmalarını çəkərək ona atmışdır. O, həmin yazışmaları xatırlayaraq bu yaxınlarda mobil telefonunda tapmış və A4 kağızında 04 vərəqədə ifadəsinə əlavə edir. Həmin yazışmalardan görünür ki, Şəhla Yeganəni aldadaraq ona qarşı məhz dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun yanında Şahid1 heç bir sənəd imzalamamışdır, həmçinin istər Təqsirləndirilən şəxs istərsə də Şahid1 tərəfindən bu günə qədər ona hərhansı məbləğdə pul ödənilməmiş, istintaq dövründə verdiyi 2150 manatın alınması ilə bağlı izahatı isə Şahid1 xahişi ilə vermişdir ki, onun barəsində olan digər cinayət işi ilə bağlı ağırlaşdırıcı hall olmasın. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 7000 manat pulu tutularaq ona ödənilməsini xahiş edərək və bu barədə mülki iddiaya dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Aybənizi 2020-ci ilin avqust ayının əvvəllərindən tanıyır, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur, onunla tanışlığı təsadüf nəticəsində məhəllədə olmuşdur. Aybənizə demişdir ki, qızıl alverçisidir, qızıl alış-verişi ilə məşğul olur. Elə həmin ərəfədə Aybəniz mobil telefonla ona zəng vuraraq qızı üçün xeyir iş etdiyini, bunun üçün də müxtəlif növdə qızıl əşyalarının lazım olduğunu və ondan tanış qızıl işi ilə məşğul olan adam olubolmadığını soruşduqda, belə bir adamın olduğunu demişdir. Ona bir neçə qızıl adı dedikdən sonra Şəhlaya mobil telefonla zəng vuraraq Aybənizin istədiyi növdə qızılları Şəhladan soruşduqda demişdir ki, həmin qızılları ona təşkil edə bilər. Belə ki, həmin vaxta qədər onun Şəhlaya 7000 manat borcu vardır, lakin ondan sonra Şəhlaya 2 dəfə müştəri aparmış, onlarda Şəhlaya nəğd şəkildə pul verərək sonuncudan qızıl almışlar, Şəhla da hər dəfə ona 20-30 manat miqdarda pul vermişdir. Şəhla 7000 manat borcunu ondan tələb edərkən demişdir ki, səbirli olsun, pulunu kredit götürərək qaytaracaq. Aybənizlə əlaqə saxlayıb demişdir ki, Şəhla adlı xanım dediyi qızılları təşkil edə bilər. 08 avqust 2020-ci il tarixdə axşam saatlarında istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə Şəhla ilə əlaqə saxladıqda ona demiş, sabah saat 11 radələrində onlarda olsunlar. 09 avqust 2020ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» stansiyasının yaxınlığında Aybənizlə görüşmüş, Aybəniz 1 nəfər oğlanla gəlmişdir. Sonra da Aybənizlə birlikdə Şəhlanın yaşadığı mənzilə qalxmışlar. Oğlan isə aşağıda onları gözləmişdir. Şəhla onları qarşılamış, onların evlərində oturmuşlar, Aybəniz orada qızılları Şəhlaya demiş, Şəhla onlann hamısını qeyd etmişdir. Şəhla qızılları qeyd etdikdən sonra Aybəniz onların qiymətini soruşduqda Şəhla demişdir ki, narahat olmasın, öz aralarında razılaşacaqlar. Qızılları Səadət adlı xanım gətirəcək, hazırda sonuncu yoldadır, qızılları gətirib pulu götürəcək. Daha sonra Aybəniz 7000 manat pulu masanın üzərinə qoymuş və Şəhla masada olan 100 manatlıq pul əskinazlarından ibarət pulu götürərək sayıb qəbul etmişdir. Bir qədər keçmiş Şəhlanın tanışı Səadət adlı xanım gəlmiş lakin qızılları gətirməmişdir. Sonuncu bildirmişdir ki, qızılları götürmək üçün pul satıcıya verilməlidir. Şəhla da pulu və qızılların siyahısını Səadətə verdikdən sonra sonuncu getmişdir. Şəhla onlara demişdir ki, Səadət 2 saata qızılları gətirəcəkdir. Təxminən 2 saat orada gözləmişlər. Aybənizin təkidi ilə Şəhla güya Səadətə zəng vurub danışmışdır. Daha sonra onlara demişdir ki, Səadət mağaza bağlı olduğuna görə qızılları götürə bilməmiş, sabah saat 11 radələrində qızılları gəlib götürə bilərlər. Aybəniz Şəhla ilə razılaşmışdır. Bundan sonra Aybənizlə mənzildən çıxmış və avtomobilə əyləşən zaman sonuncu ona demişdir ki, 7000 manat pulu Şəhladan alsın və səhər qızılı götürəndə pulu verər. O, yuxarı qalxmış, qapını döydükdə Şəhla qapını açmış, Şəhlaya demişdir ki, Aybəniz 7000 manat pulu geri istəyir ki, qızılları götürən zaman pulu verər. Şəhla da ona demişdir ki, ayıbdır, bu nə deməkdir, sabah saat 11 radələrində gəlib qızılı götürəcəksiz. Hətta Şəhla ona demişdir ki, müştəri gətirdiyinə görə ona da 50 manat hörmət edəcəkdir. Şəhla həmçinin ona demişdir ki, qeyd kitabçasına özünə olan 7000 manat borcunu bağladığı barədə yazı yazıb imza etsin ki, guya borcunu bağlamışdır. O, Şəhladan soruşmuşdur ki, bunu etməkdə məqsədi nədir, Şəhla da demişdir ki, guya özü də qızılları kimdənsə götürüb satır, həmin adama göstərsin ki, güya o, 7000 manat borcunu bağlamış və yenidən borca qızıl götürmüşdür. Şəhlanın sözünə inanmış və sonuncunun qeyd dəftərinə 7000 manat borcunu bağlamağı barəsində qeyd yazmış, imza etmişdir. Daha sonra da Şəhla ona bildirmişdir ki, mənim sizə verəcək qızılım yoxdur həmin 7000 manat pulu onun borcuna silib. Həmin anda a, da gərginləşmiş təzyiqi qalxmış və halı pisləşmişdir. Sonradan Şəhla onun telefonu ilə Aybənizə zəng vuraraq Şəhlanın üzərinə getməməlirinə, vəziyyətinin pisləşməsini və mənzilə qalxaraq ona aşağı düşməsinə yardım etməsini xahiş etmişdir. Aybəniz yenidən mənzilə qalxaraq onu aparmışdır. Axşam saatlarında Şəhla Aybənizə zəng vuraraq demişdir ki, verdiyi 7000 manatı Yeganənin borcuna çıxmış, o da qeyd dəftərinə bu barədə imza etmişdir. Aybəniz də ona zəng vuraraq bu barədə məlumat verdikdən sorna gecə saatlarında Şəhlaya zəng vuraraq sonuncudan nə hərəkət etdiyini soruşduqda, onu təhqir edib təkrarən bildirmişdir ki, həmin pulu onun borcuna çıxmışdır. O da Şəhlaya demişdir ki, həmin pul Aybənizin puludur, pulun ona heç bir aidiyyatı yoxdur, onu aldatmışdır ki, guya borcunu bağlamağı barədə qeyd dəftərinə imza etsin ki, qızılları aldığı şəxsə göstərsin ki, guya borcunu bağlamışdır. X3 7000 manat dəyərində qızıl gətirəcəyini bildirmişdir. Bir sözlə Şəhla ona demişdir ki, «get nə istəyirsən et, Aybənizə qızıl verməyəcəm, 7000 manat pulu borcuna çıxmışam». Bundan sonra Şəhla 7000 manat pulu qaytarmamış, nədə ki, Aybənizə qızıl verməmişdir. Aybəniz isə pulunu tələb etməyə başlamışdır. O, dəfələrlə Şəhladan pulu və ya qızılı verməsini tələb etsə də, Şəhla hər dəfə ona pulu borcuna çıxdığını demişdir. Hətta o, Aybənizi inandırmaq üçün Şəhla ilə aralarında «Whatsapp» mobil tətbiqində olan yazışmaları da atmış və həmin yazışmalarda da Şəhla pulun Aybənizin olduğunu bildiyini qeyd edir. 7000 manat pulu Aybənizdən Şəhla özü şəxsən qəbul etmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, onun məhkəməyədək istintaq dövründə Aybəniz xanıma qarşı törətdiyi dələdüzluq cinayətinin etiraf etməsinin səbəbi onun onsuzda Şəhlaya 7000 manat borcunun və verməli olduğunu düşünərək hesab etmiş ki, elə həmin pulu Aybənizə verər, lakin sonradan onun barəsində olan cinayət işi üzrə o, etirafın onun vəziyyətini ağırlaşdığını görüb qərara gəlmiş ki, istintaqa doğruları bildirsin. Həmçinin onun tərəfindən Aybənizə hər-hansı bir məbləğdə ödəniş edilmədiyini və sonuncunun bu barədə ərizə yazmasının səbəbi isə onun barəsində olan cinayət işi üzrə halının ağırlaşdırılmaması ilə əlaqədar olmasıdır. Bundan başqa bildirmişdir ki, ikinci dəfə Şəhlagilə qalxarkən halının pisləşməsinin səbəbi sonuncunun Aybənizdən aldığı pulun onun borcuna sildiyini deməsi olmuşdur. Əlavə olaraq da bildirmişdir ki, Şəhlaya olan borcu zamanı da əvvəllərdə onun yanına iki dəfə müştəri aparmış və Şəhladan qızıl alveri etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəhla İsmayılovanı təxminən 15 ildir ki, tanıyır. O, heç vaxt qızıl alveri ilə məşğul olmamış, hazırda da məşğul olmur və Şəhla ilə sadəcə rəfiqədirlər. Hətta pulları olmayan vaxtı onlar biri-birindən borca pulda almışlar. 2020-ci ilin may ayında Şəhlanın pulu olmadığından ondan borc olaraq 7000 manat pul almışdır. Daha dəqiq aralarında olan qızıl alış-verişi ilə bağlı Şəhlanın ona 7000 manat pul borcu qalmışdır. 08 avqust 2020-ci il tarixdə Şəhla mobil telefon vasitəsi ilə ona zəng vuraraq ona qalmış olduğu pulun ödəyəcəyini demiş və bildirmişdir ki, səhərisi günü onlara gəlsin. xx.xx.2020-ci il tarixdə saat təxminən 12-13 radələrində o, Şəhlanın yaşadığı mənzilə getmiş, həmin vaxt orada 2 nəfər onun tanımadığı qadınları görmüş, o, Şəhla ilə aralarında borcla bağlı söhbət etdikdən sonra, Şəhla ona 7000 manat borcunu vermişdir. Həmin vaxt Şəhla ona bir neçə qızıl sifariş etmişdir. Bundan sonra o, mənzili tərk edərək oradan çıxıb getmişdir. Şəhlagildə olan zaman onun mənzildə olan tanımadığı xanımlarla heç bir ünsiyyəti olmamış və sonrakı hadisələrdən onun xəbəri olmamışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 7000 manat borcu olmuşdur və heç vaxt qızıl alveri ilə məşğul olmamışdır, Şəhla ona qızıl gətirməyi ilə və ya qızıl sifarişi ilə bağlı zəng vurmamışdır, lakin məhkəməyədək istintaq dövründə izahatında Şəhlanın ona 7000 deyil 8000 manat borcunun olmasını, qızıl alveri ilə məşğul olmasını və uzun müddətdir ki, qızıl alış-veriş etməsini, 09 avqust 2020-ci il tarixdə Şəhlanın mənzilində alış-veriş etdiklərini, həmin evdən çıxdıqdan bir müddət sonra Şəhlanın ona zəng edərək sifariş etdiyi qızılları nə vaxt gətirəcəyini soruşmasını və onunda sabah gələcəyini bildirməsinin səbəbini izah edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildən çoxdur ki, tanıyır. Onunla bir tanış kimi münasibətləri normal olmuşdur. 08 avqust 2020-ci il tarixdə axşam saatlarında Aybənizlə mobil telefonla danışan zaman ona demişdir ki, tanışı Yeganə adlı xanımın vasitəsi ilə Şəhla adlı başqa xanımdan qızının nişan mərasimi üçün qızıl-zinət əşyaları almaq istəyir. Bunun üçün 7.000 manat pul lazımdır, özünün 4.000 manat pulu vardır və bir neçə gün müddətə ondan 3.000 manat borc olaraq pul istəmişdir. O, da Aybənizə heç bir problemin olmadığını demişdir. Aybəniz xanım ona demişdir ki, hazırda rayondadır, səhər bir yerdə görüşərək pulu ondan götürər. Səhər açıldıqda, yəni 09 avqust 2020-ci il tarixdə saat 10 radələrində Aybəniz xanımla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Bakı şəhəri, Nizami rayonu ərazisində görüşmüşlər və o, 3.000 manat borc olaraq Aybənizə vermişdir. Sonra da Aybəniz avtomobilini saxlamış və onun idarə etdiyi «BMW 740» markalı, ** NG *** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. Sonra birlikdə «Yeganə» şadlıq evinin yaxınlığına gəlmişlər. Saat 11 radələrində həmin yerə çatdıqda Yeganə artıq Aybənizi gözləmişdir. Yeganə də idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Şəhla adlı xanımın yaşadığı ünvan 4 ünvanının qarşısına getmişlər. Şəhlanın yaşadığı evinə gedən yolu Yeganə tanımış və ora yolu Yeganə göstərmişdir. Ünvana çatdıqda Aybəniz və Yeganə Şəhla adlı xanımın yaşadığı evə qalxmışlar, o, isə avtomobildə əyləşmişdir. Bir qədər keçmiş o, Aybənizlə əlaqə saxladıqda ona demişdir ki, qızılı gətirmək üçün Sumqayıt şəhərinə getmişlər və 2 saata qızılları gətirirlər. Sonra da saat 14 radələrinə kimi o, aşağıda avtomobildə gözləmişdir. Daha sonra da Aybənizlə Yeganə adlı xanım aşağı düşüb avtomobilə əyləşmişlər. O, Aybənizdən qızılları götürüb-götürmədiyini soruşduqda ona demişdir ki, qızıllar sabah gətirəcəklər, geç olduğu üçün bugünə çatmadı. Daha sonra Aybəniz ona yuxarıda olan söhbətləri danışdıqda o, ona demişdir ki, verdiyi pulu qaytarsın, qızılları təhvil alan zaman pulu yenidən verər. Belə olan halda Aybəniz Yeganəyə demişdir ki, yuxarı qalxsın pulu Şəhladan alsın, sabah qızılları təhvil alan zaman pulu verər. Yeganə də pulu almaq üçün yuxarı qalxmışdır. Yeganə yuxarı qaldıqdan 15-20 dəqiqə sonra Şəhla Aybənizə zəng vuraraq demişdir ki, Yeganə qalxıb yanma özünü narahat hiss edi:, onu sıxmasın, sohərisi günü saat 11-də gəlib qızılları götürər. Bir neçə dəqiqədən sonra Yeganə aşağı düşdükdən sonra onu yaşadığı evə aparmışlar. Yol boyu Yeganə də Aybəıizə demişdir ki, narahat olmasın, səhərisi günü saat 11 :Ö0-da qızılları Şəhladan götürər. Bundan sonra o, Aybənizlə birlikdə Yeganəni yaşadığı evə düşürmüşlər. Daha sonra isə o, Aybənizi düşürmüşdür. Səhərisi günü Aybənizlə əlaqə saxladıqda ona demişdir ki, Şəhla və Yeganə ona qızılları verməmiş yə ondan aldığı pulu geri qaytarmamışdır. Daha sonra da Aybəniz bu barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. O, Şahla adlı şəxsi əvvəldən tanımamış, onu görməmiş, onunla düşməçilik və ədavəti olmamışdır. Yeganəni də əvvəllər tanımamış, onu ilk dəfə 09 avqust 2020-ci il tarixdə görmüş, onunla da əvvəllər düşməçilik və ədavəti olmamışdır. Sonradan Zərərçəkmiş şəxs ondan borc kimi aldığı 3000 manat pulu ona qaytarmışdır. Cinayət işinin İİ cild 141-144-cü vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİİ cild 14-15-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 91-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 29 noyabr 2021ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin İİ cild 176-cı vərəqəsində olan "xxxx" MMC-nin təqdim etdiyi və CDdiskində olan məlumatlardan görünür ki, 08 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək Şahid1 müxtəlif vaxtlarda istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə qarşılıqlı olaraq telefon danışıqlar aparılmışdır. Cinayət işinin İİ cild 150-ci vəəqəsində olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd 17 saniyəlik videofayl vardır. Videofaylda olan görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Şəhla qarşısında olan Yeganə ilə onun xəbəri olmadan gizli çəkiliş apararaq söhbət edir və söhbət zamanı videogörüntünün Yeganə ona «ərimdən xəbərsiz verirəm sənin nəyinə gərəkdi» sözlərini deyir, Şəhla isə ona «yoxe Yeganə mən sənə ona görə dedim ki, mənim üçün dəxli yoxduye bu kimindi, 7000 xalxın borcun ödədin indi bu gətirib malı versə də verəcək verməsə də mən ona nə deyim» sözlərini deyir, lakin həmin sözləri deyən zaman qarşısında olan Yeganənin nə deməsi başa düşülmür, belə ki, kamera qarşısında olan Şəhlanın səsi daha yüksəkdən çıxır. Bu videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs öz lehinə olan danışıqları gizli çəkilişlə telefon vasitəsi ilə qeydə alsa da, Yeganə ilə olan bütün danışıqlarını qeydə almasını təqdim etməmişdir. Cinayət işinin İİ cild 59-62-ci vərəqələrində olan whatsapp yazışmalarını əks etdirən sənədlərdən görünür ki, Şahid1 müxtəlif vaxtlarda istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs ilə mesajlaşaraq Şahid1 Təqsirləndirilən şəxs “mən dedim gətirdim sizə pulu verdi” sonuncu isə cavabında “Aldığın borcu bağladın, yazdığını oxuda”, “Mənədə sən borclusan borcunu qaytarırsan”, Şahid1 isə Təqsirləndirilən şəxs “Borc ayrı, mən bununla səndən qızıl almağa gəldim pul axı onundu, sonrasında mənə dediz ki, “yaz borcumu qaytardım sonra qızılı verib borc yazacam” nə oldu? Siz mənə belə eləməzdiz Sizə kliyent gətirdin 7000 aldız ondan borca çıxdız heç nədə vermədiz” sözlərini yazmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verdikləri ziddiyətli ifadələri, CD diskində olan məlumatlarla (telefon zəngləri), whatsapp yazışmalarını əks etdirən sənədlərlə və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir və məhkəmə iclaslarında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və videogörüntülər ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri bilavasitə öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs zəng edərək ona müştəri tapdığını, həmin müştəriyə qızıl lazım olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs əvvəlcədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 ilə Zərərçəkmiş şəxs guya sonuncuya qızıl satmaq niyyəti ilə evinə dəvət etmiş, Zərərçəkmiş şəxs ilə hansı zinət əşyaların sifariş edilməsi ilə bağlı söhbətlər aparmış, sonuncudan Şahid1 yanında şəxsən 7.000 manat pulu qəbul etmiş, sonradan qabaqcadan planlaşdırdığı halda digər Şahid3 zəng edərək həmin qızılların gətirilməsini və pulu götürməsini xahiş etmiş, sonuncu bilərəkdən sifariş edilmiş qızılları gətirməyərək Şəhlagilə gəlmiş, qızılın gətirilməməsinin səbəbini qızıl satanın pulu əvvəlcədən istəməsi səbəbini bildirməsi olmuşdur. Sonradan Şahid3 pulu götürərək 2 saat ərzində malı gətirəcəyini söz verərək oradan çıxıb getmişdir. Daha sonra o, gəlmədiyi üçün Şəhla guya ona zəng vurmuş, o, isə sabah saat 11:00-də qızılı gətirəcəyini bildirmiş, Aybənizdə əlacsız qalıb razılaşaraq qızılları sabah saat 11:00da gəlib götürəcəyini bildirərək Yeganə ilə evdən çıxmışlar. Maşına minən zaman aralarında olan söhbət əsnasında Aybəniz Yeganəyə qalxıb pulu götürməsini və qızılları əldə etdikdən sonra pulu verəcəyini bildirmişdir. Sonradan Yeganə yuxarı qalxmış, Şəhla ona qızılların sabah saat 11:00-da onda olacağını və narahat olmamalarını bildirərək, həmçinin Şəhlanı bəhanə gətirərək aldadaraq 7.000 manat borcunu bağlanmasına dair qeyd kitabçasına imza etdirmişdir. Yuxarıda göstərilən hallar məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verilmiş ziddiyyətli ifadələrlə, CD disklərdə olan telefon zəngləri və görüntülərlə, whatsapp yazışmaları ilə tam öz təsdiqini tapır. Belə ki, whatsapp yazışmaları müəyyən edilir ki Şahid1 müxtəlif vaxtlarda istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs ilə mesajlaşaraq Şahid1 Təqsirləndirilən şəxs “mən dedim gətirdim sizə pulu verdi” sonuncu isə cavabında “Aldığın borcu bağladın, yazdığını oxuda”, “Mənədə sən borclusan borcunu qaytarırsan”, Şahid1 isə Təqsirləndirilən şəxs “Borc ayrı, mən bununla səndən qızıl almağa gəldim pul axı onundu, sonrasında mənə dediz ki, “yaz borcumu qaytardım sonra qızılı verib borc yazacam” nə oldu? Siz mənə belə eləməzdiz Sizə kliyent gətirdin 7000 aldız ondan borca çıxdız heç nədə vermədiz” sözlərini yazmışdır (cinayət işinin İİ cild 59-62 vərəqələrində). Həmçinin məhkəmə islasında tədqiq edilmiş CD diskdə olan 17 saniyəlik video görüntülərlə müəyyən edilir ki, həmin görüntülərdə Təqsirləndirilən şəxs telefon vasitəsi gizli çəkiliş aparır. İstintaq orqanına isə çəkilişi tam şəkildə deyil yalnız öz lehinə olan danışıqları təqdim edir və orada Şəhla bildirir ki, «yoxe Yeganə mən sənə ona görə dedim ki, mənim üçün dəxli yoxduye bu kimindi, 7000 xalxın borcun ödədin indi bu gətirib malı versə də verəcək verməsə də mən ona nə deyim» sözlərini deyir, lakin həmin sözləri deyən zaman qarşısında olan Yeganənin nə deməsi başa düşülmür, belə ki, kamera qarşısında olan Şəhlanın səsi daha yüksəkdən çıxır (cinayət işinin İİ cild 150 vərəqələrində). Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, whatsapp yazışmaları ilə CD diskdə olan 17 saniyəlik video görüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona ödənilmiş 7.000 manat pulun məhz Zərərçəkmiş şəxs aid olmasından məlumatlı olmuşdur (cinayət işinin İİ cild 59-62 və 150 vərəqələrində). Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs və Şahid3 məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verilmiş ziddiyyətli ifadələri qeyd etməyi və onlara qiymət verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məkəmə iclasında tanışı Səadətə 8000 manat borcunun olduğunu, həmin gün, yəni 09 avqust 2020-ci il tarixdə Səadət onlara gəldiyini və o, da 7000 manatı ona verərək 1000 manat borclu qaldığını, sonrada Səadət pulu götürərək evdən çıxıb getdiyini, iki saat sonra sonuncuya zəng vuraraq mağaza üçün qızıl-zinət əşyaları sifariş etdiyini və Səadət də ona qızılları sabah gətirəcəyini bildirmişdir. Şahid3 məhkəməyədək istintaq dövründə Şəhlanın ona 8000 manat borcunun olmasını, qızıl alveri ilə məşğul olmasını və uzun müddətdir ki, qızıl alış-veriş etməsini, 09 avqust 2020-ci il tarixdə Şəhlanın mənzilində alış-veriş etmələrini, həmin evdən çıxdıqdan bir müddət sonra Şəhlanın ona zəng edərək sifariş etdiyi qızılları nə vaxt gətirəcəyini soruşmasını və onunda sabah gələcəyini deməsini bildirmişdir (cinayət işinin İ cild 70-71 vərəqələrində). Lakin Şahid3 məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında isə Təqsirləndirilən şəxs ona 8000 deyil 7000 manat borcunun olmasını və heç vaxt qızıl alveri ilə məşğul olmamasını, Şəhlanın evindən çixdıqdan sonra ona qızıl gətirməyi ilə və ya qızıl sifarişi ilə bağlı zəng vurmamasını bildirmişdir (cinayət işinin İİ cild 161-163-cü vərəqələrində). Həmçinin məhkəmə iclasında tədqiq edilmiş, Bakcell” MMC-nin istintaq orqanına təqdim etdiyi CD-diskidə olan məlumatlardan görünür ki, Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə 08 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək müxtəlif vaxtlarda hazırki cinayət hadisəsi ilə əlaqədar dəfələrlə telefon danışıqları aparmışdır. Belə ki, hazırki cinayət üzrə cinayət hadisəsinin baş verdiyi 09 avqust 2020-ci il tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında həmin gün saat 10-37-də 90 saniyə, 10- 39-da 57 saniyə, 10-47-də 80 saniyə, 14-37-də 152 saniyə, 16-29-da 10 saniyə, 16-38-də 45 saniyə, 10 avqust 2020-ci il tarixdə saat 10-33-də 295 saniyə, 10-45-də 172 saniyə, 10- 51-də 120 saniyə, 11-03-də 177 saniyə danışıqlar, eyni zamanda 09 avqust 2020-ci il tarixdə Şahid1 ilə Zərərçəkmiş şəxs arasında həmin gün saat 10-49-da 11 saniyə, 13-28də 06 saniyə, 14-02-də 209 saniyə, 14-18-də 72 saniyə, 14-20-də 42 saniyə, 14-40-da 121 saniyə, 15-29-da 181 saniyə, 16-05-də 82 saniyə, 16-13-də 51 saniyə, 16-52-də 122 saniyə, 17-22-də 20 saniyə, 17-23-də 125 saniyə, 17-58-da 6 saniyə, 18-08-də 123 saniyə, 18-10-da 408 saniyə, 18-22-də 70 saniyə, 18-24-də 22 saniyə, 18-30-da 55 saniyə, 18-31-də 28 saniyə, 19-15-də 14 saniyə, 19-29-da 13 saniyə, 10 avqust 2020-ci il tarixdə saat 08-18-də 370 saniyə, 08-30-da 70 saniyə, 08-49-da 22 saniyə, 13-17-də 108 saniyə, 13-47-də 33 saniyə, 13-48-də 15 saniyə, 15-17-da 35 saniyə və 19-43-də 56 saniyə danışıqlar olmuşdur. (cinayət işinin İİ cild 176-cı vərəqəsində olan "xxxx" MMC-nin təqdim etdiyi CD-diskindən məhkəmə iclasında tədqiq edilmiş əlavə çıxarış). Bununla da, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda göstərilən şəxslərin cinayət hadisəsinin baş verdiyi 09 avqust 2020-ci il tarixdən 11 avqust 2020-ci il tarixədək öz aralarında qarşılıqlı telefon danışıqlarını aparması ona dəlalət edir ki, zərərçəkmiş şəxs aldanıldığını başa düşmüş və pulunun geri qaytarılması ilə bağlı Şahid1 çoxsaylı telefon zəngləri etmiş və danışıqları aparmış, sonuncu isə həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlayaraq və təkidlə 7000 manatı zərərçəkmiş şəxsə qaytarılmasını tələb etmişdir. Bu hallar isə məhkəmə iclasında tərəflərin ifadələri ilə də öz təsdiqini tapmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dairişlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu əvəzsiz olaraq ələ keçirmək niyyəti yaranmış etibarlı münasibətlərdən istifadə olunması zamanı əmələ gəlmişdir. Beləiklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi təqsirinin olmamasına dair ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən qadın olmasını və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh - Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli və vurulmuş maddi zərərə görə 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddia tam təmin edilsin və vurulmuş maddi zərərə görə 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-330/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-330/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver