Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-330/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 1(005)-110/2025 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı qismində idarə etdiyi mopedlə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmaqla nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozmuşdur. Belə ki, o, 03 oktyabr 2024-cü il tarixdə saat 15:15-də texniki cəhətdən saz vəziyyətdə olan mühərrik həcmi 49 kub santimetr təşkil edən “Tufan M50” markalı mopedlə yol hərəkətinin digər iştirakçısı qismində ünvan 1 ünvanın qarşısındakı avtomobil yolu ilə təxminən 40-45 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt avtomobil yolunu keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə vurması nəticəsində ehtyatsızlıqdan sonuncunun sol qamış və incik sümüklərinin qapalı yerdəyişmiş sınıqları, ənsə nahiyəsinin əzilmişcırılmış yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə o Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Olimpik starın qarşısında dostu ilə görüşmüşdür. Bundan sonra o, mopedə əyləşib baş qoruyucunu taxıb Səməd Vurğun küçəsi ilə üzü bulvar istiqamətində hərəkət etmişdir. Hərəkət surəti təxminən 40-45 km/saat olmuşdur. X1rşısına çatan zaman bir nəfər piyada qadın sağdan yola doğru hərəkət etməyə başlamışdır. O, yolun orta zolağı ilə hərəkət etmişdir. O, qadını görən zaman təxminən onunla aralarında məsafə 4-5 metr olmuşdur. O, özünü itirib qəfil əyləcdən istifadə etmişdir. Bu zaman o, müvazinətini itirərək mopedlə birlikdə qadına dəymişdir. Bundan sonra həmin qadın və o, yıxılmışdır. Mopedin qabaq hissəsi hadisə nəticəsində zədə almışdır. Hadisə yerinə gələn şəxslərin köməyi ilə ayağa qalxdıqdan sonra o, TTY maşınına minib mopedlə vurduğu xanımla birlikdə X5 getmişdilər. Həmin qadın və o xəstəxanaya yerləşdirilmişdir. O, xəstəxanada qadına baş çəkdikdən sonra evə gedib hadisə barədə anasına məlumat vermişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə məsuliyyətə cəlb olunduğunu bildirərək məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən vaxt təxminən 1 ay olardı ki, Azərbaycan Tibb Universitetinin X4 rotasiya keçirmiş. Hər gün səhər saat 09:00-da iş saatı başlayır və həmin saatda o artıq işdə olurdu. İş saatı bitdikdə saat 15 radələrində işdən çıxıb ictimai nəqliyyatdan istifadə edərək evə gedirmiş. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:20 radələrində ünvan 2 ünvanında yerləşən ATU-nun X2 çıxaraq yolu əks istiqamətdə keçmək istəmişdir. Yolun əks istiqamətində avtobus dayanacağı yerləşir. O da avtobus dayanacağına getmək üçün avtomobil yoluna daxil olmuşdur. Sol tərəfə baxaraq heç bir avtomobilin gəlmədiyini görüb yola doğru addımlamışdır. Hərəkət surəti orta tempdə olmuşdur. Çünki yolu tez keçib getmək istəyirmiş. Bu zaman sol tərəfdən markasını və modelini xatırlamadığı moped onu sol tərəfindən vuraraq yerə yıxmışdır. Bundan sonra olanları xatırlamamışdır. Moped onu vurmamışdan təxminən 2-3 metr məsafədə onun üstünə gəldiyini görmüşdür. O artıq özünə gəldikdə TTY avtomobilində olduğunu, onu vuran şəxsin də həmin avtomobildə olduğunu bilmişdir. O, TTY maşını ilə X5 yerləşdirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün ona qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 03 oktyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, sürücü Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə saat 15:15-də “Tufan M50” markalı mopedlə ünvan 1 ünvanın qarşısındakı avtomobil yolu ilə saatda 40-45 km/saat sürətlə hərəkətdə olarkən yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirilməsi faktı təsdiqini tapmışdır. (i.v. 4-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 22 noyabr 2024-cü il tarixli, 1467 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Shaib qızı xx.xx.2024-cü il tarixdə ATU-nun X5 müraciət edərkən onun bədədnində aşağıdaki xəsarətlər aşkar edilmişdir - sol qamış və incik sümüklərinin qapalı yerdəyişmiş sınıqları, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Saib qızının bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərər alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hisssəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. (i.v. 22-25) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 8/3502 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, mopedn sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 50-53) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış və baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. (i.v 39-40). “Sübutların qiymətləndirilməsi barədə” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, “Tufan M50” markalı moped cinayət işi üzrə maddi sübut kimi tanınmış və Fuad Əliyevə qaytarılması qərara alınmışdır. (i.v. 89-94) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə məsuliyyətə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Tufan M50” markalı mopedin Fuad Əliyevə qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına dövlət büdcəsinin hesabından 189 (bir yüz səksən doqquz) manat pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2.500 (iki min beş) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Tufan M50” markalı mopedin Fuad Əliyevə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 189 (bir yüz səksən doqquz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-330/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-330/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver