Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-331/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Abbasəli oğlunun hüquqi varisi X1, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15.00 radələrində, Nəsimi rayonu Cavadxan küçəsi 16 ünvanında Zərərçəkmiş şəxs ilə və telefonunun təmir üçün verdiyi mağazanın işçisi Təqsirləndirilən şəxs arasında görülmüş işlə bağlı yaranmış narazılıq zəminində yaranmış mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs qəsdən yumruqla vuraraq sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması) xəsarətlərini yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü hal-hazırda heç bir dövlət müəssisəsində və ya işində işləmir, lakin özünü və ailəsini dolandırmaq üçün fərdi qaydada ünvan 1 küçəsində yerləşən mobil telefonların təmiri və satışı mağazasında işləyir. Material üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs müştəri kimi hadisə baş verməmişdən 3-4 gün əvvəl tanımış, onunla əvvəllər hər hansı bir tanışlığı, habelə ədavəti və ya münaqişəsi olmamışdır. 2020-ci ilin sentyabr ayının 10-da təxminən saat 15.00 radələrində, həmişə olduğu kimi yuxarıda qeyd olunan ünvanda yerləşən iş yerində olarkən Zərərçəkmiş şəxs oraya gəlmiş, təmir olunan telefonun yaxşı düzəldilməməsini, burada çox gözləyəcəyini və sair əsəbləşdirici sözlər deyərək onu hövsələdən çıxarmışdır. O, həmin vaxt Çingizə öz iradını bildirərkən, sonuncu onun ünvanına nəlayiq küçə söyüşü söydüyü üçün əsəbləşərək ona üz-sifət nahiyəsindən bir dəfə şillə vurub oradan uzaqlaşmasını tələb etmişdir. Həmin vaxt mağazanın çölündə olan usta Rəşad onlara yaxınlaşmış və aralaşdıraraq Çingizin getməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nə gedərək şikayət ərizəsi yazmışdır. Bütün onun dediklərimi həmin vaxt orada olan usta Rəşad təsdiq edə bilər. Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs hüquqi varisi G.F.Tağıyeva ilə barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs hüquqi varisi G.F.Tağıyeva məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, yoldaşı Zərərçəkmiş şəxs ona hadisə ilə bağlı hər hansı məlumat verməmidir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərərin ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti yoxdur, buna görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, həqiqətən də özü ailəsini dolandırmaq üçün fərdi qaydada ünvan 1 ünvanında yerləşən mağazada telefon ustası işləyir. 2020-ci ilin sentyabr ayının 10-da təxminən saat 15.00 radələrində, işin giriş qapısının ağzında olarkən sonradan adının Çingiz olması ona məlum olan müştəri içəri daxil olduqdan bir neçə dəqiqə sonra iş yoldaşı Emin ilə söz mübahisəsi etməyə başlamışdır. Həmin vaxt Çingiz, iş yoldaşı Emin ilə qeyri etiq və əsəbi formada danışdığı üçün, habelə onu nəlayiq küçə söyüşləri ilə təhqir etdiyi üçün Çingiz əsəblərini cilovlaya bilməyib ona bir dəfə üz-sifət nahiyəsindən şillə vurmuşdur. O, həmin vaxt tez Çingiz ilə Eminin arasına girib onları bir-birindən uzaqlaşdırmışdır. Sadələşdirilmiş icraat materialında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmiş, G.F.Tağıyeva Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Sadələşdirilmiş icraat materialının 23-25-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 715 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırşişkinliyi, ənsə nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması) bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki,həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsiri nəticəsində əmələ gələ bilmələri mümkündür. Sadələşdirilmiş icraat materialının 18-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 19-cu vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs hüquqi varisi G.F.Tağıyevanın ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti yoxdur, ona görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs hüquqi varisi G.F.Tağıyeva ilə barışmışlar. Göstərilənlərə əsasən, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 808520 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Abbasəli oğlu ilə X2 arasında xx xxxxxx 2012-ci il tarixdə nikah müqaviləsi bağlanmış, ərə Tağıyev arvada isə Tağıyeva soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 5 nömrəli Klinik Xəstəxanasının baş direktoru F.Alməmmədov tərəfindən verilmiş arayışın surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixdə 5 saylı şəhər klinik xəstəxanasında stasionar (ambulator) qida borusu genişlənməsi diaqnozu ilə müalicədə olmuş və kəskin qanitirmə səbəbindən ölmüşdür. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş G.F.Tağıyevanın ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 106.6-cı maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin aşağıdakılara hüququ yoxdur: 106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-331/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-331/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver