Məhkəmə qərarları › İş №1(006)-333/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-333/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-333/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1986-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağsu şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxsin cibindən əmlakını çıxarmaqla oğurlamağa cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04.02.2021-ci il tarixdə saat 18 radələrində 79 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda olarkən, ünvan 2 ünvanın qarşısında avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus içərisində 4 manat dəyərində ***-***-**- ** saylı mobil nömrə olan, 100 manat dəyərində “X13 4” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talamış və həmin ünvanda avtobus dayanacağından düşərək uzaqlaşmaq istəyərkən Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli özündən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 104 (yüz dörd) manat maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa, o, 02 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,360 qram təşkil edən narkotik vasitə heroini əldə edərək saxlamaqla daşımış, 04 fevral 2021-ci il tarixdə saat 18:15-də Nəsimi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən oğurluq etməkdə və narkotik vasitələrin qanunsuz əldə edilməsində şübhəli bilinərək ünvan 2 ünvanda saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gətirilmiş və həmin gün üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitə heroin 01 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 04.02.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 2 ünvanında yerləşən “20 Park Shopinq” ticarət mərkəzinin qarşısında dayanacaqda 79 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda sonradan tanıdığı Zərərçəkmiş şəxs onunla telefonunun oğurlanması barədə mübahisə etməyə başlamışdır. O, heç bir telefon oğurlamaması barədə təkidlə bildirsə də, Zərərçəkmiş şəxs buna inanmamış, avtobusda səs-küy qaldırmış və bu zaman həmin avtobusda tanımadığı polis əməkdaşı onlara yaxınlaşaraq mübahisəyə aydınlıq gətirmək istəmişdir. O, isə polis əməkdaşına heç bir telefon oğurlamadığını və zərərçəkmiş şəxsin ona böhtan atdığını bildirmişdir. Lakin polis əməkdaşı onun sözlərinə məhəl qoymayaraq onu və zərərçəkəni avtobusdan düşürtmüş, onların mübahisələri davam etdiyindən həmin ərazidə olan digər polis əməkdaşları onlara yaxınlaşmış, onu və Zərərçəkmiş şəxs polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona narkotik vasitədən istifadə etməsində şübhəli olduğunu və Zərərçəkmiş şəxs məxsus telefonu avtobusda oğurladığından barəsində şikayət olduğu üçün saxlanıldığı bildirilmiş, o isə buna etiraz edərək tərəfindən heç bir cinayət törədilmədiyini demişdir. Polis bölməsində ona təzyiqlər edilmiş və həmin təzyiqlər nəticəsində kamera çəkilişi zamanı guya etdiyi cinayət əməllərini etiraf etmişdir. Halbuki o, heç bir cinayət əməli törətməmiş, yəni narkotik vasitəni üzərində daşımamış və saxlamamış, eyni zamanda heç kimdən oğurluq etməmişdir. İstintaq zamanı “Samsung Galaxy A 21s” markalı mobil telefonun onun tərəfindən oğurlanması “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda əks olunsa da, əslində həmin markalı telefonu oğurlamadığını, sadəcə olaraq, tapdığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq təqsirli bilindiyi maddələr üzrə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 04 fevral 2021-ci ildə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 30 ünvanında yerləşən avtobus dayanacağında 79 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minmişdir. Həmin vaxt sərnişin avtobusunda sərnişin sıxlığı olduğundan o, məcbur olaraq ayaq üstə dayanmışdır. Bir neçə dəqiqə həmin vəziyyətdə dayandıqdan sonra Nəsimi rayonu, Dövlət ittihamçısı 2 saylı ünvanda olarkən gödəkçəsinin sağ cibinin biraz yüngülləşdiyini hiss etmiş, bu zaman əlini əynində olan gödəkçəsinin sağ cibinə salmış və orada ona məxsus “X13 4” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Həmin vaxtı yanında ona çox yaxın dayanmış şəxsdən, yəni sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs şübhələnmiş və ondan mobil telefonunu götürüb-götürmədiyini soruşmuşdur. Həmin şəxs isə cavabında ona telefonunu götürmədiyini bildirmişdir. Lakin, həmin şəxs özünü şübhəli apardığından və həyəcanlı olduğundan və əli ilə nəsə gizlətdiyindən əmin olmuşdur ki, telefonunu o, götürmüşdür. Bundan sonra o, həmin şəxsin əlindən itələmiş və bu zaman ona məxsus “X13 4” markalı mobil telefon yerə düşmüş, həmin şəxs də artıq etdiyi oğurluq cinayətinin üstünün açılmasından qorxaraq ayağını telefonun üzərinə qoymuşdur. Bundan sonra onlar arasında mübahisə baş vermiş və onların səs küyünə həmin avtobusda təsadüfən sərnişin qismində olan bir nəfər polis əməkdaşı yaxınlamış və nə səbəbə mübahisə etdiklərini soruşmuşdur. O, da cavabında bildirmişdir ki, onun telefonu yanında dayandığı və şübhələndiyi şəxs tərəfindən götürülmüş, hal-hazırda isə ayağını ona məxsus telefonun üzərinə qoyaraq gizlətmişdir. Təqsirləndirilən şəxs isə onun telefonunu oğurlamadığını və yerdə olan telefonun kimə məxsus olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra telefonu yerdən götürən zaman telefonun ekranının sındığının şahidi olmuşdur. Avtobus dayanacaqda saxladıqdan sonra onların mübahisələri davam etmiş və sonda onların mübahisəsinə həmin ərazidə xidmətdə olan Nəsimi RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları gəlmiş, onu və Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmiş və o da onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və onun üzərindən markasını xatırlamadığı digər telefon və narkotik vasitə çıxmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməsə də, ona qarşı şikayətçi deyil, təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin Cinayət Axtarış üzrə kiçik inspektoru Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Hadisə vaxtı Nəsimi RPİ-nin, CAŞ-nin kiçik inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət aparmışdır. 04 fevral 2021-ci il tarixdə, saat 18 radələrində iş yoldaşı Şahid1 ilə Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 2 ünvanında xidmətdə olarkən həmin ünvanda yerləşən “20 Shopping” adlı ticarət mərkəzinin qarşısında 2 nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşdıqda özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və nə baş verdiyini soruşmuşlar. Həmin vaxt özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxs mübahisə etdiyi şəxsin 79 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda onun cibindən özünə məxsus “X13 4” markalı telefonunu oğurladığını bildirmişdir. Onlar Zərərçəkmiş şəxs telefonunun oğurlanması barədə ərizə yazması üçün Nəsimi RPİ-nin 20-ci polis bölməsinə dəvət etmişlər. Həmçinin şəxsiyyəti sonradan onlara məlum olan şəxs, yəni Təqsirləndirilən şəxs də 20-ci polis bölməsinə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edən zaman özünü qeyri-səmimi apardığını, onların yanlarından yayınıb getmək istədiyini görmüşlər. Lakin onlar buna imkan verməmişlər. Bundan sonra onlar Nəsimi RPİ-nin 20-ci polis bölməsinin rəhbərliyinə raportla müraciət edərək Təqsirləndirilən şəxs oğurluqda və narkotik vasitələri qanunsuz olaraq əldə edərək üzərində saxlamaqda şübhəli olmasını bildirmişlər. Bundan sonra aidiyyəti üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs X9in xidməti otağına aparılmışdır. X9 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videokamera vasitəsi ilə videoçəkiliş aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən siqaretin bir ədəd gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər kütlə çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin gödəkçəsinin sağ yan cibindən 1 ədəd “X13 4” markalı mobil telefonu çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra isə həmin gödəkçəsinin sol iç cibindən 1 ədəd “Samsung Galaxy A 21s” markalı mobil telefon çıxararaq stolun üzərinə qoymuşdur. Təhqiqatçı ona heroinə bənzər kütləni və mobil telefonları haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu təsdiq edərək “Papanin” adlı yerdən 02.02.2021-ci il tarixdə tanımadığı şəxsdən 20 manata aldığını, mobil telefonları isə Nəsimi rayon ərazisində 79 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda vətəndaşların cibindən gizli yolla oğurladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində onun razılığı ilə şəxsi axtarış keçirilmiş, lakin başqa bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş heroinə bənzər kütlə bir ədəd zərfdə qablaşdırılmışdır. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin Cinayət Axtarış Üzrə kiçik inspektorları Şahid1 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı X11 tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin CAŞ-nin Cinayət Axtarış üzrə kiçik inspektorları Şahid2 və Şahid1, Nəsimi RPİ-nə mütəxəssis qismində dəvət edilmiş X8 və barəsində istintaq hərəkəti aparılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 04 fevral 2021-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş qalxaraq əlini əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibinə salaraq oradan bir ədəd arxa hissəsi qara rəngli, ön hissəsi isə şüşə olan “X16 4” markalı mobil telefonu, həmin gödəkçənin sol iç cibindən bir ədəd arxa hissəsi göy rəngli, ön hissəsi isə şüşə olan “Samsung Galaxy A 21s” markalı mobil telefonu, həmin gödəkçənin sol yan cibindən isə 1 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol yan cibindən çıxararaq təqdim etdiyi 1 ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş maddə barədə soruşduqda, o həmin maddəni əli ilə göstərərək həmin maddənin heroin olmasını bildirmişdir. Ondan həmin maddəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs 2 ildir ki, narkotik vasitə istifadə etdiyini, həmin maddəni 02.02.2021-ci il tarixində “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 20 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonlar barəsində soruşduqda, o bir ədəd arxa hissəsi qara rəngli, ön hissəsi isə şüşə olan “X16 4” markalı mobil telefonu 04.02.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 2 ünvanında yerləşən “20 Park Shoping” ticarət mərkəzinin qarşısında dayanacaqda 79 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda tanımadığı sərnişinin gödəkçəsinin cibindən oğurladığını, bir ədəd arxa hissəsi göy rəngli, ön hissəsi isə şüşə olan “Samsunq Galaxy A 21s” markalı mobil telefonu isə iki gün oncə, yəni 02.02.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində 79 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda tanımadığı sərnişinin gödəkçəsinin cibindən oğurladığını bildirmişdir. Bundan sonra istintaq hərəkətinin iştirakçıları ilə siqaretin gümüş rəngli kağızına bükülmüş maddə açılmış və siqaretin gümüş rəngli kağızının içərisində qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır: ilk olaraq onun əynində olan qara rəngli uzunqol gödəkçəsinin boynuna və ciblərin içərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsun əynində olan göy rəngli cins şalvarının ciblərinə baxılmış və hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs şalvar kəmərini açması tələb olunmuş, o, şalvarın kəmərini çıxaranda kəmərin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Bundan sonra iştirakçılara həmin siqaretin gümüş rəngli kağızına bükülmüş maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin cibindən götürərək təqdim etdiyi siqaretin gümüş rəngli kağızına bükülmüş maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 20-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 188 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 41-47). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.02.2021ci il tarixli, 6/514 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 52-55). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2021ci il tarixli, 9/866 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ekspertiza tədqiqatına təqdim edilmiş GSM mobil nömrənin və mobil telefonların satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vaxta olan orta bazar qiyməti təxminən 1 ədəd Vyetnam istehsalı olan "Samsung” markalı, "SM-N910C” (Note 4) model, 356387/06/323951/2 İMEİ kodlu mobil telefon 100 manat, 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, "SM- A217F/DSN” (A21s) model, 351832/19/723776/2 İMEİ kodlu mobil telefon 250 manat, ********** saylı GSM mobil nömrə - 4 manat müəyyən edilmişdir (i/v 148-151). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 29.03.2021-ci il tarixli 881 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 145-146). İş materiallarında olan qəbzdən görünür ki, 19 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs “X13 4” markalı, 356387/06/323951/2 İMEİ kodlu telefonu Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəşad İsmayılzadədən təhvil almışdır (i/v 191). İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd paketdə qablaşdırılaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 №59” mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan 0,05 qramı ekspertiza tədqiqatına təqdim edilmiş 0,360 qramdan qalmış 0,310 qram narkotik vasitə heroin və 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, “SN-N910C” (Note 4) model, 356387/06/323951/2 İMEİ kodlu mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, 0,310 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş və 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, “SN-N910C” (Note 4) model, 356387/06/323951/2 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 162- 168). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli arayışdan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 may 2019-cu il tarixli, 1(006)-186/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 29.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 01.08.2019-cu il tarixli qərarı ilə 29.05.2019-cu il tarixli hökm dəyişdirilib, cəza müddəti 01 il 06 aya endirilmişdir. 17.07.2020-ci il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə 19 gün vaxtından əvvəl şərti azad olunmuş, 06.08.2020-ci il tarixdə cəzanı tam çəkib qurtarmışdır (i/v 129-131, 153-157). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06 fevral 2021-ci il tarixli, 4(006)-69/2021 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(006)-177/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 24 may 2021-ci il tarixədək uzadılmışdır (i/v 18-19, 122-125). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluğa cəhd etməməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir və təzyiq altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 164 (yüz altmış dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, 1 ədəd paketdə qablaşdırılaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 №59” mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan 0,05 qramı ekspertiza tədqiqatına təqdim edilmiş 0,360 qramdan qalmış 0,310 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, “SN-N910C” (Note 4) model, 356387/06/323951/2 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-333/2021 saylı, 07 may 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 07 may 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 164 (yüz altmış dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, 1 ədəd paketdə qablaşdırılaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 №59” mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan 0,05 qramı ekspertiza tədqiqatına təqdim edilmiş 0,360 qramdan qalmış 0,310 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, “SN-N910C” (Note 4) model, 356387/06/323951/2 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar