Məhkəmə qərarları › İş №1(006)-335/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-335/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-335/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Siyəzən rayonu, Günövşə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronlar əldə edib, daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamış və 18 fevral 2021-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanının qarşısında Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış və sonuncunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağında olan divanın çəkəcəyindən 01 ədəd PH-3828M nömrəli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9 x 18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, bircərgəli, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 min kalibrli, Makarov (PM). Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 06 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı evdə yəni ünvan 4 ünvanda onun yataq otağında divanın çəkəcəyində aşkar olunmuş 01 ədəd selofan torbanın içərisində 01 ədəd tapança, üzərində darağı və 06 ədəd patronları təxminən 1 həftə müddət əvvəl Bakı şəhəri, Nəsimi rayonu, 5-ci Mikrorayon ərazisində gəzərkən zibil qutularının yaxınlığında tapmış və onu özü ilə yaşadığı evə aparmış və tutulduğu günədək də onu evdə saxlamışdır. 18.02.2021 -ci il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı ünvan 5 ünvana gələrkən ona 2 nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət eldikdə, o, onlardan nə səbəbə saxlanıldığını soruşduqda onlar ona izah etmişlər ki. onun üzərində odlu silah saxlamağı barədə onlarda məlumat var və bununla bağlı onu Polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə Nəsimi rayon Polis İdarəsinin 20-ci PB-yə gəlmişlər. Bölmənin xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra ona təklif edilmişdir ki, üzərində olan qeyri qanuni əşyaları təqdim etsin. O. üzərində heç bir əşya olmadığını bildirdikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir əşya aşkar edilməmişdir. Lakin, onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 320 saylı evdə «Makarov» tipli tapançası olmasını bildirdiyindən polis əməkdaşları onun razılığı əsasında həmin ünvana baxış keçirmişlər və evdə saxladığı odlu silah olan 01 ədəd «Makarov» tipli tapança, ona aid darağ və 06 ədəd patronları təqdim etmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 18 fevral 2021 -ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə “Musa” adlı şəxsin qanunsuz olaraq odlu silahı əldə etməsi, özündə saxlamaqla daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 20-ci PB-də onun, PB-nin baş əməliyyat müvəkkili, Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 16:20 radələrində Şahid1la birlikdə ünvan 6 ünvanının yaxınlığına gəlmişlər. Həmin ünvanda 16:30 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan şəxs qeyd edilən ünvana gəlmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, həmin şəxsə qanunsuz olaraq odlu silahı əldə etməsi, özündə saxlamaqla daşıması və gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Sonra isə həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər və həmin şəxs, buna etiraz etməyərək onlarla bölməyə gəlmişdir. Bölmədə xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin iştirakı ilə şəxsiyyətini müəyyən etdikləri Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxsə üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmişdir. Sonuncu oturduğu stuldan qalxaraq üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmiş, daha sonra onun üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq onun odlu silahı saxlaması və gəzdirməsi barədə bölməyə məlumat daxil olması ilə bağlı sorğu zamanı sonuncu bildirmişdir ki, onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi 320 saylı mənzilində 01 ədəd Makarov tipli tapança və ona aid 01 ədəd darağ, həmçinin 06 ədəd patronlar vardır. Bundan sonra iştirakçılarla birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı ünvan 8 ünvana getmişlər. Baxışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzildə ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı yaşadığı mənzildəki otağında giriş qapısından sağ tərəfdə qoyulmuş divanın çəkəcəyində 01 ədəd Makarov tipli tapançanı və yanında 06 ədəd patron ilə doldurulmuş ona aid 01 ədəd darağı çıxararaq təqdim etmiş, aşkar olunmuş əşyalar ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Nəsimi RPİ-nin 20-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunaraq tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan 18 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 95-99-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 fevral 2021-ci tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işinin 147-148-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 63-69-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar İdarəsinin 19 fevral 2021-ci il tarixli 21/144R saylı ballistik ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd PH- 3828M N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Sleçkin (APS) konsturksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. -Təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. -Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gidizlər DİN-nin KTİ-də yerləşən "güllə-giliz'’ kartotekasmda olan açılmamış cinayətlər üzrə hadisə yerindən götiirlmüş güllə-gilizlərlə müqayisə ecilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 06 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. DİN-nin KTİ-dən Nəsimi RPİ-nə daxil olmuş 25.02.2021 -ci il tarixli məktubda görünür ki, 9 mm kalibrli, PH-3828M nömrəli makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz" kartatekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə müqayisə edilmiş, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan 02 mart 2021-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs in üzərinə aşkar edilərək götürülmüş 01 ədəd PH-3828M N-li, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konsturksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli Makarov (PM), Steçkin (APS) konsturksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 06 ədəd patronlar maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 1 ədəd silah, patron darağı və 03 ədəd patron məsul saxlanc üçün Nəsimi RPİ-nin NH-yə verilmişdir. Cinayət işinin 118-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 mart 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Kirov Rayon Xalq Məhkəməsinin 13 aprel 1990-cı il tarixli hökmü ilə AZ SSR Cinayət Məcəlləsinin 100,23-1ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il əməyə mütləq cəlb olunmaqla çərti cəzaya məhkum edimiş, 2) Qaradağ Rayon Xalq Məhkəməsinin 19 aprel 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145 və 226-cı maddələri ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan və 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzalarına məhkum edilmiş, 3) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 4) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 5) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş və 14 mart 2016-cı il tarixdə cəzasınınsonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması və gəzdirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 18 fevral 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin NH-nın maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd PH-3828M nömrəli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 06 ədəd patronlar maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 01 ədəd silah patron darağı və 03 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Q.Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd PH-3828M nömrəli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 06 ədəd patronlar maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 01 ədəd silah patron darağı və 03 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar