Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-336/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə saat 21:30 radələrində təmizlikçi işlədiyi ünvan 3 ünvanında yerləşən “X6” hotelinin paltardəyişmə otağında həmin hoteldə təmizlikçi işləyən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış sözlü mübahisə zamanı sonuncunun bədən nahiyələrindən əl-ayaq zərbələri ilə qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının qançır-şişkinlik (hematoma) fonunda sıyrığı və qabırğaların qığırdaq hissələrinin krepitasiyası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin noyabr ayından Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən “X6” otelində təmizlikçi işləmişdir. Axşam saat 22 radələrində işə gəlmiş səhər saat 07 radələrinədək işdə olmuşdur. Otelin 1-ci mərtəbəsində təmizliyə baxmışdır. X1 işlədiyi “X6" otelindən tanımışdır. Tamerlan da onun kimi orada təmizlikçi işləmişdir. 05 mart 2024-cü il tarixdə saat 22 radələrində oteldə növbəni Tamerlandan təhvil alanda Tamerlan ona aid olan ərazini natamam təmizlədiyinə görə ona iradını bildirərək normal şəkildə izah etmişdir ki, ondan əvvəl lazım olan yerləri təmiz şəkildə təhvil verməlidir. Tamerlan isə onu bu sözlərindən heç bir səbəb olmadan əsəbiləşmiş və onunla kobud danışmağa başlamışdır. Aralarında mübahisə yaranmış və mübahisələri otelin birinci mərtəbəsində yerləşən soyunub geyinmə otağında davam etmişdir. Tamerlan ilk əvvəl onu söymüş, sonra yaxasından yapışmış, o da Tamerlanı özündən uzaqlaşdırmaq üçün yaxasından tutub onu itələmişdir. Həmin vaxt oteldə işləyən Kamran və gecə növbə rəisi gəlib onları aralamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış və ona dəymiş zərəri ödəmişdir. Göstərilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən “X6“ otelində təmizlikçi işləmişdir. Təqsirləndirilən şəxs da onunla birlikdə həmin oteldə işləmişdir. 05 mart 2024-cü il tarixdə o, işdən çıxıb evə getməyə hazırlaşmışdır. Axşam saat 22 radələri olmuşdur. Həmin vaxt Samir işə yeni gəlmişdir və növbəni ondan təhvil almışdır. Samir ona təmizliklə bağlı irad tutmuşdur. O da Samirə bildirmişdir ki, nə bacarır, onu etmişdir. Heç nədən problem yaratmasın. Otelin birinci mərtəbəsində geyinmə otağında buna görə onların arasında mübahisə olmuşdur. Samir isə hər iki əlləri ilə onun boynundan tutaraq onu döymüşdür. Yumruqla onun üz nahiyəsindən, qarnından, təpiklə isə ayağından vurmuşdur. Bu hadisəni oteldə işləyən Kamran görmüşdür. Lakin Kamran bir qədər sonra gəlmişdir. Hadisə otelin birinci mərtəbəsində soyunub-geyinmə otağında baş vermişdir. Hazırda onlar barışmış, ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən “X6” hotelində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların hər ikisi ilə münasibəti normaldır. Tamerlan və Samir 2024-cü ilin mart ayına qədər onun işlədiyi hoteldə təmizlikçi işləmişlər. 05 mart 2024-cü il tarixdə, saat 22 radələrində Samir Tamerlandan hotelin birinci mərtəbəsində olan təmizlik işlərini təhvil alarkən aralarında mübahisə yaranmışdır. Belə ki, Samir axşam növbəsini təhvil alan zaman Tamerlana demişdir ki, ərazini təmiz şəkildə təhvil versin. Onların hotelin birinci mərtəbəsində mübahisəsi yaranmışdır. Sonra hotelə qonaqlar gəldiyi üçün o, onlardan aralanmış, Samirlə Tamerlan isə hotelin mənfi birinci mərtəbəsində yerləşən soyunub-geyinmə otağına getmişlər. O, hoteldə işləyən ofisianta onların arxasınca getməsini və dalaşmağa qoymamasını tapşırmışdır. Bir neçə dəqiqədən sonra aşağı düşəndə Samirlə Tamerlanın əsəbi şəkildə söhbət etdiklərini görmüş və orada olan ofisiantdan eşitmişdir ki, Samirlə Tamerlan soyunub-geyinmə otağında uca səslə mübahisə etmişlər. Daha sonra iş növbəsi bitdiyi üçün Tamerlan çıxıb getmişdir. O, Samirin Tamerlanı vurduğunu görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (i.v.5); - “Məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair tərtib edilmiş yekun protokolu təsdiq edilməyərək fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdiyi yer ünvan 3 ünvanında yerləşən “X6” hotelidir, Təqsirləndirilən şəxs hadisənin nə cür və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmiş, bununla bağlı protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək iş materaillarına əlavə olunmuşdur (i.v.77-80); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.111-112); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2024-cü il tarixli, 288 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol yanaq nahiyəsinin qançırı, boynun sağ və sol yar. səthlərinin qançır fonunda “stranqulyasiya” şırımları xarakterli sıyrıqları, qırtlaq qığırdağının alt kənarı səviyyəsinin sıyrığı, sol budun aşağı 1/3-nin ön səthinin qançırı, sağ bel nahiyəsinin qançırı, döş qəfəsinin sağ yarısının qançır-şişkinlik (hematoma) fonunda sıyrığı və qabırğaların qığırdaq hissələrinin krepitasiyası ilə müşayiət olunan zədələnməsi kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə döş qəfəsinin sağ yarısının qançır-şişkinlik (hematoma) fonunda sıyrığı və qabırğaların qığırdaq hissələrinin krepitasiyası ilə müşayiət olunan zədələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, qançır və sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (i.v.26-28); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.20); - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı övladı var (i.v.71); - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş edir; - İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, onun tərəfindən dəymiş zərər ödənilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidin ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş zərəri tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışması və ona dəymiş zərəri tamamilə ödəməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-336/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-336/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver