Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-338/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Tər-tər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, fərdi əməklə məşğul olan, ali təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Xətai r-nu, Əhmədli yolu, ev 34/23-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 10 iyun 2019-cu il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx" ASC-nin “Memar Əcəmi” filialının qarşısında istintaqa adı məlum olmayan şəxsdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid məlumatları özündə əks etdirən, hüquq verən “MN” seriyalı “0064659” nömrəli hərbi qulluqçunun saxta şəxsi vəsiqəsini və üzərində "xxxx" ASC-yə aid olan əmək haqqını özündə əks etdirən saxta ödəniş kartı üzrə çıxarışı istifadə etmək məqsədi ilə əldə edərək həmin sənədlərin saxta olduqlarını bildiyi halda, onları ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin “Memar Əcəmi” filialına təqdim edib 019FİZAM73036701 nömrəli zaminlik müqaviləsi əsasında tanışı Şahid2 bankdan 10.000 manat məbləğində pulun götürülməsi üçün zamin duraraq biləbilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, hazırki işdən görünür ki, cinayət hadisəsi 10 iyun 2019-cu il tarixdə baş vermiş və onun törədildiyi vaxtdan 2 ildən artıq müddət keçmişdir. Eyni zamanda ibtidai istintaq dövründə iş üzrə icraat dayandırılmasa da, məhkəmə baxışı dövründə təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzürlü səbəblər olmadan gəlmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qərarı ilə onun axtarışı elan olunaraq iş üzrə icraat dayandırılmışdır. 24.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək məhkəməyə təhvil verildiyi üçün iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Qeyd olunan Məcəllənin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bu Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd olunan Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 300-cü və 305-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-338/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-338/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver